Məhkəmə qərarları › İş №1(051)-87/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-87/2020

11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-87/2020 11.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, X2katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi- Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1987-ci ildə Ağdam rayonun Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, birinci qrup əlil, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 288.3-cü və 288.3-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 il azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 mənzil 11 ünvanında yaşayan, barəsindəpolis nəzarəti altına vermə qətimkantədbiriseçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü-qırmızı rəngli kağız bükümündə təmiz çəkisi 0,794 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlayaraq daşımış və xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospektində Mərkəzi avtovağzalın qarşısında polis əməkdaşları tərəfindən saxlanılıb Mingəçevir ŞPŞyə aparılaraq həmin tarixdə saat 15:40 radələrində üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış şalvarının sol yan cibindən bir ədəd gümüşü-qırmızı rəgli kağız bükümündə təmiz çəkisi 0,794 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür Təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci ildə səhər saat 18 radələrində Bakı şəhərində Mərkəzi Avtovağzalın yaxınlığında gəzən zaman yerdən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm tapmış, həmin bükülünü açarkən içərisində sarı rəngli kəskin iyli olan narkotik vasitə olan heroin olduğunu görmüş, o, narkotik vasitəni görünüşündən, rəngi və iyindən tanımış, həmin bükümü götürüb özü üçün istifadə etmək məqsədi ilə əynindəki şalvarın cibinə, qoyub saxlamışdır. Bildirmişdir ki, xx xxxxxx 2020-ci ildə saat 15 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində Avtovağzalın yaxınlığında olan zaman ona mülki geyimdə olan polis əməkdaşı yaxınlaşıb özlərini təqdim etmiş, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək onu polis şöbəsinə dəvət etmiş, bundan sonra o, polis əməkdaşları ilə birlikdə Mingəçevir ŞPŞ-yə gəlmiş, daha sonra vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı qara rəngli şalvarın sol yan cibində saxladığı içərisində heroin olan qırmızı rəngli siqaret kağızına bükülmüş bükülünü polis əməkdaşları tərəfində aşkar edilərək götürülmüş, büküm açılarkən içərisindəki maddənin nə olduğu ondan soruşulmuş, o isə kağıza bükülmüş kütlənin heroin olduğunu bildirmiş, daha sonra aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş, polis əməkdaşları tərəfindən baş verənlərlə bağlı protokol tərtib olunmuş, həmin protokol onun tərəfindən və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən ona cəza təyin edilərkən birinci qrup əlilolmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci ildə Mingəçevir ŞPŞ-nə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, o Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkili Şahid1 əməliyyat tədbiri keçirmiş, həmin gün saat 15 radələrində Mingəçevir şəhərin H.Əliyev prospektində Mərkəzi Avtovağzalın yaxınılığında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmış, onlar özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Mingəçevir ŞPŞ-yə getməli olduğunu bildirmiş, sonuncu da onlara razılıq verib ŞPŞ-nə gəlmiş, Mingəçevir ŞPŞ-də olarkən Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sol yan cibində saxladığı içərisində bir ədəd siqaretin qırmızı rəngli gümüşü kağızına bükülmüş büküm, aşkar olunmuş, sorğusual zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini xx xxxxxx 2020-ci ildə saat təxminən 18 radələrində Bakı şəhəri Mərkəzi Avtovağzalın qarşısından yerdən tapdığını bildirmiş, daha sonra həmin büküm elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, baş verənlər barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 Məhyəddin oğlu şahid X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 148 saylı rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə ...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü –qırmızı rəngli kağız bükümdə təmiz çəkisi -0,794 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 846 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir 1-ci qrup əlil olduğundan məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün ifadəsi, şahidin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib, saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə müvafiq olaraq törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən və hökümün surətindən görünür ki, Nağıyev X1 şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 288.3-cü və 288.3-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 il azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, birinci qrup əlil olmasını və səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəstən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən cinayətin residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CM-nin 234.1-ci maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Bundan başqa iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Mingəçevir şəhər məhkəməsini xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 288.3-cü və 288.3-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 il azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikasının 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Buna görə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs sınaq müddəti ərzində qəsdən az ağır cinayət törətdiyi üçün ona təyin olunmuş şərti məhkum etmə ləğv edilməlidir və Azərbaycan Respublikası CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odurki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının 71.5-ci maddəsinə əsasən Mingəçevir şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş şərti məhkumetmə ləğv edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hal-hazırki hökümlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Mingəçevir şəhər məhkəməsini xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 3 il azadlıqdan məhrum etmə cəzası hökümlərin məcmusu üzrə qismən birləşdirilərək üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə zalından dərhal həbs edilməli. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Narkomaniyadan məcburi müalicə İ qrup əlil olduğu üçün tətbiq oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən iş üzrə 71,94 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,744 qram heroin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 90 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının 71.5-ci maddəsinə əsasən Mingəçevir şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş şərti məhkumetmə ləğv edilsin. AzərbaycanRespublikasıCM-nin 67.1-ci maddəsinəəsasənTəqsirləndirilən şəxs halhazırki hökümlə təyin edilmiş 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına Mingəçevir şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 3 il azadlıqdan məhrum etmə cəzası hökümlərin məcmusu üzrə qismən birləşdirilərək üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci tarixədək 02 gün gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,744 qram heroin qalığı məhv edilsin. İş üzrə 71,94 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar