Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-87/2022 07.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 müdafiəçisi X7, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs1 xx xxxx 1982-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Mingəçevir şəhər məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 69.3-cü maddələrinə əsasən 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməyən, Mingəçevir şəhəri Naxçıvan küçəsi ev 29 mənzil 9-da qeydiyyatda olan, Mingəçevir şəhəri Vaqonlar qəsəbəsi ev 49-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 xx.xx.1986-cı ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Mingəçevir şəhəri Yeni Həyat qəsəbəsi ev C128-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Babaşov X1 şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq, islah olunmayaraq tamah niyyəti ilə xx.xx.2021 -ci il tarixdə Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində Zərərçəkmiş şəxs məxsus 6 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli tikintisi tam başa çatdırılmamış fərdi yaşayış evinə qanunsuz daxil olaraq evdən 1 ədəd yaşıl rəngli 29 ölçülü 250 manat dəyərində velosipedi, 30 ədəd hər birinin qiyməti 10 manat olan 6 metrlik 16-lıq armatur və hər biri 100 metrə olan 7 top hər bir topunun qiyməti 70 manat olan 4 mm-lik «Mətin» kabeli ümumilikdə Zərərçəkmiş şəxs məxsus 1040 manat məbləğdə əmlakı gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə xx.xx.2021 -ci il tarixdə saat 13 radələrində qabacadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 ilə birgə Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində Zərərçəkmiş şəxs məxsus 6 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli tikintisi tam başa çatdırılmamış fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən dəmir qapının üzərində olan kilidi sındırmaq yolu ilə həmin fərdi yaşayış evinin birinci mərtəbəsinə qapıdan qanunsuz daxil olmaqla, həmin evin dəhlizində yerləşən 2 ədəd un kisəsinin içərisində olan hər birinin uzunluğu 3 metr olan 40 mm-lik 1 ədədinin qiyməti 9 manat olmaqla, 6 ədədinin qiyməti 54 manat olan dəmir boruları, hər birinin uzunluğu 2 metr olan 65 mm-lik 1 ədədinin qiyməti 12 manat olan 10 ədəd 120 manat dəyərində dəmir boruları və hər birinin uzunluğu 6 metr olan 19 mm-lik 1 ədədinin qiyməti 12 manat olmaqla, 15 ədədinin qiyməti 180 manat olan dəmir boruları və onlarla birlikdə ümumilikdə 140 kiloqram çəkidə olan 2646 manata bərabər digər dəmir tikinti materialları və avadanlığı ümumilikdə Zərərçəkmiş şəxs qızma məxsus 3000 manat məbləğində əmlakı gizli yolla talayaraq təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə xx.xx.2021-ci il tarixdə saat 13 radələrində qabacadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birgə Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində Zərərçəkmiş şəxs qızma məxsus 6 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli tikintisi tam başa çatdırılmamış fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən dəmir qapının üzərində olan kilidi sındırmaq yolu ilə həmin fərdi yaşayış evinin birinci mərtəbəsinə qapıdan qanunsuz daxil olmaqla, həmin evin dəhlizində yerləşən 2 ədəd un kisəsinin içərisində olan hər birinin uzunluğu 3 metr olan 40 mm-lik 1 ədədinin qiyməti 9 manat olmaqla, 6 ədədinin qiyməti 54 manat olan dəmir boruları, hər birinin uzunluğu 2 metr olan 65 mm-lik 1 ədədinin qiyməti 12 manat olan 10 ədəd 120 manat dəyərində dəmir boruları və hər birinin uzunluğu 6 metr olan 19 mm-lik 1 ədədinin qiyməti 12 manat olmaqla, 15 ədədinin qiyməti 180 manat olan dəmir boruları və onlarla birlikdə ümumilikdə 140 kiloqram çəkidə olan qalan hissəsi 2646 manata bərabər digər dəmir tikinti materialları və avadanlığı ümumilikdə Zərərçəkmiş şəxs qızma məxsus 3000 manat məbləğdə əmlakı gizli yolla talayaraq oğurluq etmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək verdiyi ifadəsində bildirdi ki, 2021 -ci ilin yaz aylarında o, Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində hörgü işləri görmüşdür. Onun maddi durumu yaxşı deyildi. O, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində işləyən zaman həyətdə elektrik kabellərinin və dəmirlərin olduğunu xatırlamış və həmin ünvandan oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2021-ci saat 23 radələrində o, təkcə Zərərçəkmiş şəxs məxsus Yeni Həyat qəsəbəsində yerləşən fərdi yaşayış evinə getdi. Tikinti işlər başa çatmadığı üçün həmin evdə yaşayış yox idi. Həmin yerə gedən zaman özü ilə kəlbətin və çəkic götürmüşdür. Evi dörd bir tərəfdən mişar daşı ilə hasarlanmışdır, iki mərtəbəli evdir. Evin birinci və ikinci mərtəbəsinin hər birinin dəmir qapısı vardır. Lakin fərdi yaşayış evinin həyətinə daxil olan giriş darvazası yoxdur. O, həyətə daxil oldu, əlindəki kəlbətin və çəkicdən istifadə etməklə evin birinci mərtəbəsinin dəmir qapısını açdı və içəri daxil olduqdan sonra orada olan dəmir armaturları və elektrik naqillərini evdən çıxardı. Qaranlıq olduğu üçün o, evin içərisində başqa nələrin olduğunu görməmişdir. Daha sonra oğurladığı dəmir armatur və elektrik naqillərini gecə yaşadığı Mingəçevir şəhərində Vaqonlar qəsəbəsində yerləşən fərdi yaşayış evinin arxa tərəfində gizlətdi. O, armaturları və elektrik naqillərini oğurlayıb aparan zaman yolda heç kim olmayan yerdə elektrik naqillərini yandırıb mis halına gətirmişdir. Bundan sonra həmin dəmir armaturları və əritdiyi misi yaşadığı evin arxa tərəfində gizlətdikdən sonra yaşadığı evə getdi. Sabahsı gün o, səhər saatlarında evdən piyada çıxıb oğurladığı dəmirləri və əritdiyi misi satmaq üçün taksi axtarmağa başladı. Bu zaman Vaqonlar qəsəbəsində avtomobil yolu ilə ağ rəngli üzərində yük yeri olan Vaz 21011 markalı avtomobil keçirdi. O, həmin avtomobili saxladıb yaşadığı evin həyətində ona məxsus dəmirləri satmaq üçün aparacağımı bildirdi. Sürücü onunla razılaşdı. O, dəmir armaturları və ərimiş misi avtomobilin yük yerinə qoyub Mingəçevir şəhəri, Samux küçəsində yerləşən Füzuli adlı şəxsə məxsus metalların qəbuluna getdi və orada Füzuli ona 45 manat pul verdi. Təqsirləndirilən şəxs2 Mingəçevir şəhərində çayxanaların birində çay içən zaman tanımışdır. Həmin vaxtdan sonra Eminlə bir neçə dəfə küçələrdən dəmirləri yığıb metal qəbuluna verib pul qazanmışlar. 12 avqust 2021 -ci il tarixdə Eminin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vurdu və Mingəçevir şəhəri Yeni Həyat qəsəbəsi ətrafında görüşdülər. O, əvvəl həyətində işlədiyi Zərərçəkmiş şəxs yarımçıq evində dəmir parçaları, borular olduğunu bildirərək, Eminə həmin dəmir parçalarını, boruları oğurlamağı təklif etdi. Emin onunla razılaşdı. O və Emin fərdi yaşayış evinin həyətinə daxil olmuşlar. Özləri ilə götürdükləri çəkiclə dəmir qapının üzərində olan kilidi sındırdılar. Bundan sonra evə daxil oldular. Evə daxil olduqdan sonra yerdə olan dəmir parçalarının kisələrin içərisinə yığdılar və Eminlə birgə içərisində dəmir parçaları olan 2 kisəsi və müxtəlif uzunluqda dəmir boruları evdən çıxartdılar. Onlar içərisində dəmir olan kisələri və dəmir boruları evdən çıxartdıqdan sonra həmin evdən 50-60 metr uzaqlaşaraq dayandılar. O, Eminə dəmirlərin yanında gözləməyi, özünün isə gedib taksi çağıracağını bildirdi. Bundan sonra o, piyada Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən Qədiroğlu marketin qabağında olan taksi ilə həmin yerə gəlmiş, içərisində dəmir olan kisələri və dəmir boruları həmin avtomobilə yükləmişdir. Taksi sürücüsü ondan dəmir və boruların oğurluq olub-olmadığını soruşan zaman o, həmin şəxsə usta işlədiyi evin sahibinin həmin dəmir boruları ona əmək haqqı kimi verdiyini bildirdi. Bundan sonra o və Emin avtomobilə əyləşdilər və o, taksi sürücüsünə Mingəçevir şəhəri, Samux küçəsində yerləşən Füzuli adlı şəxsə məxsus olan metalların qəbulu məntəqəsinə sürməyi dedi. Taksi sürücüsü avtomobili onun dediyi ünvana sürdü. Füzuli adlı şəxsə məxsus metalların qəbulu məntəqəsində dəmir parçalarını və boruları avtomobildən düşürtdü və orada dəmirlər tərəzidə çəkildi. Füzuli ondan gətirdiyi əşyaların oğurluq olub-olmadığını soruşan zaman o, Füzuliyə usta olduğunu və həmin əşyaların ona məxsus oduğunu bildirdi. 2 kisə dəmir parçası və dəmir borunun ümumilikdə çəkisi 140 kiloqram oldu və onlara ümumilikdə 43 manat pul verildi. Bundan sonra o, taksi sürücüsünə 5 manat pul verdi, qalan 38 manat pulu isə Eminlə hərəsinə 19 manat olmaqla bölmüşlər. Taksi sürücüsü onu Mingəçevir şəhər Mərkəzi bazar yaxınlığında düşürtdü, Emin isə taksi sürücsü ilə birgə Mingəçevir şəhəri, DRES qəsəbəsinə getdi. Oğurladığı dəmirlərin satışından əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, ittiham aktında göstərilən qədər əmlak oğurlamamışdır. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs dəymiş ziyandan 1000 manat ödəməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, Aqşini dostu Əfqana görə tanıyırdı. 2021-ci ilin avqust ayının 12-də saat 13 radələrində o, Mingəçevir şəhərində yaşadığı Yeni Həyat qəsəbəsində yerləşən çayxanada olan zaman Aqşin onun istifadəsində olan mobil nömrəsinə zəng vurub onunla görüşmək istədiyini bildirdi və çayxanaya onun yanına gəldi. Həmin vaxtlar onun maddi durumu zəif idi. Aqşin ona yaxınlıqdakı fərdi yaşayış evində işlədiyini və işlədiyi evdə olan dəmirləri satmaq üçün onunla birgə getməyini və dəmiri oradan götürüb metal qəbulunda satıb gəlir əldə etməyi təklif etdi. O da razılaşdı. Bundan sonra onlar həmin ünvana getdilər. Həmin ünvan Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində yerləşir. O və Aqşin həyətə daxil oldular. Aqşin fərdi yaşayış evinin dəmir qapısını açıb içəri daxil oldu. Evin içərisindən bir ədəd içərisində dəmir olan kisəni çıxartdı. O, evin qapısında dayandı lakin içəri daxil olmadı. Daha sonra Aqşin içəridən ikinci un kisəsini gətirdi və yenə də evin içərisində olan balaca ölçülü dəmirləri gətirib həmin kisəyə yığdı. O, isə kisəni saxladı. Daha sonra Aqşin içəridən dəmir borular gətirdi. Bundan sonra onlar həyətdən çıxdı və həmin evin yaxınlığında Aqşin ona gözləməyi və gedib taksi çağıracağını bildirdi. Aqşin təxminən yarım saat sonra taksi ilə geri qayıtdı. O və Aqşin həmin fərdi yaşayış evindən götürdüyü 2 ədəd kisədə olan dəmirləri və dəmir boruları avtomobilin yük yerinə yığdılar. Sonra Aqşin taksi sürcüsünə avtomobili Samux küçəsində olan metal qəbuluna sürməyi bildirdi. Onlar Mingəçevir şəhəri, Samux küçəsində olan metalların qəbuluna getdilər. Orada gətirdikləri dəmiri və dəmir boruları həmin metalların qəbuluna 43 manata satdılar. Daha sonra onlar avtomobilə əyləşdilər və Aqşin əldə etdiyi 43 manatdan 5 manat taksi sürücüsünə, qalan 38 manat puldan 19 manat ona verdi, 19 manat isə özünə götürdü. Aqşin taksi sürcüsünə Mingəçevir şəhəri, Mərkəzi bazarın qabağında saxlamağı bildirdi və avtomobildən düşdü. Sonra taksi sürücüsü onu yaşadığı evin yaxınlığında düşürtdü. Əməlindən peşimandır.O, dəymiş zərərdən 200 manat ödəmişdir. Ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhəri Yeni Həyat qəsəbəsində yerləşən və hazırda tikilməkdə olan fərdi həyət evi ona məxsusdur. Ona məxsus olan həmin həyət evinin tikinti tam olmadığı üçün orada hazırda yaşayış yoxdur. xx.xx.2021 -ci il tarixdə saat 23 radələrində oğlu Şahid3 Seyyaf oğlu evə nəzarət üçün gedən zaman hamam-tualet üçün nəzərdə tutulan otağa daxil olarkən 1 il əvvəl kreditlə 450 manata aldığı yaşıl rəngli, 29-luq velosipedin yerində olmadığını, bundan sonra mətbəx otağı kimi nəzərdə tutulan otağa daxil olarkən 30 ədəd hər biri 6 metrəlik olan 16-lıq almaturların, yataq otağı kimi nəzərdə tutulan otağa daxil olarkən isə 1 il əvvəl aldığı, hər biri biri 100 metr olan, 7 ədəd “Metin kablo” adlı 4-luk kabelin yerində olmadığını aşkar etmişdir. Qeyd olunan əşyaları oğurlandığını anlayıb DİN-nin 102 xidmətinə məlumat verdi. O, xx.xx.2021 -ci il tarixdə fərdi yaşayış evinə gedib baxdı və yaşadığı Mingəçevir şəhəri, Naxçıvan küçəsi 29 saylı binada yerləşən mənzilinə getdi. O, yarımtikili evindən çıxan zaman qapını kilidlə bağladı. xx.xx.2021-ci il tarixdə saat 12 radələrində yaşadığı Mingəçevir şəhəri, Naxçıvan küçəsi 29 saylı binada yerləşən mənzilindən çıxıb piyada fərdi yaşayış evinə baş çəkmək üçün getdi. Evin birinci mərtəbəsində yerləşən qapının kildini açmaq istəyən zaman kilidin sındırıldığını gördü. Qapını açıb içəri girən zaman evin dəhlizində 6 ədəd 40-lıq hər birinin uzunluğu 3 metr olan dəmir borular, 10 ədəd 65-lik hər birinin uzunluğu 2 metr olan və 15 ədəd 19-luq hər birinin uzunluğu 6 metr olan dəmir boruların 4 ədəd un kisələrində yerləşən “kəsilmiş uqolniklər” in oğurlandığını gördü. Bundan sonra DİN-nin 102 xidmətinə zəng vurub bu haqda məlumat verdi. xx.xx.2022-ci il tarixdə ona məxsus Mingəçevir şəhər, Yeni Həyat qəsəbəsində yerləşən fərdi yaşayış evindən 1040 manat dəyərində, xx.xx.2021ci il tarixdə isə ona məxsus Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində yerləşən fərdi yaşayış evindən 3000 manat dəyərində, ümumilikdə 4040 manat dəyərində əmlakın oğurlanmışdı. Təqsirləndirilən şəxs X5 ona dəymiş ziyandan 1000(bir min) manat, digər Təqsirləndirilən şəxs2 isə ona dəymiş ziyandan 200(iki yüz) manat ödəmişlər. Onlara qanun daxilində cəza verilməsini xahiş edir. Ona dəymiş 4040(dörd min qırx) manat məbləğində dəymiş zərərin ödənilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi vermişdir. Qeyd etdiyi kimi həmin zərərdən 1200 manat ödənilmiş, 2840(iki min səkkiz yüz qırx) manat ödənilməmişdir. İddianın təmin olunmasını və 2840 manat pulun təqsirləndirilən şəxslərdən alınıb ona verilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, o, təxminən 12-13 ildir ki, Mingəçevir şəhəri, Samux küçəsində özünə məxsus yerdə, əlvan metalların qəbulu ilə məşğul olur. Onun çalışdığı şirkətin əsas zavodu Bakı şəhərində yerləşir və o, qəbul etdiyi metalları Bakı şəhərinə göndərir. Ayrı-ayrı yararlı metal materialdan hazırlanmış məhsulları alan zaman isə onların şəxsiyyət vəsiqəsinin surətini tələb edirdi. xx.xx.2022-ci il tarixdə o, işlətdiyi metalların qəbulu obyektində olan zaman günorta saatlarında “Vaz 2101” markalı avtomobil obyektin həyətinə daxil oldu. Həmin avtomobilin üstündə taksi olduğunu bildirən nişan var idi. Avtomobildən ön oturacaqdan tanıdığı Aqşin adlı şəxs yerə düşdü. Aqşini təxminən 5 ildir ki, Mingəçevir şəhəri, Naxçıvan küçəsində işləyən vaxtdan tanıyır. Həmçinin o, özünə məxsus evi təmir etdirdiyi zaman Aqşin usta kimi ona məxsus evdə işləmişdi. Aqşin avtomobilin yük yerindən çəkisini xatırlamadığı qədər əridilmiş və dəmir boruları gətirib satdığını bildirdi. O, Aqşindən gətirdiyi dəmirləri haradan əldə etdiyini və həmin dəmirlərin oğurluq olub-olmadığını soruşan zaman Aqşin ona həmin dəmirlərin oğurluq olmadığını və öz yaşadığı evin həyətindən yığıb gətirdiyini bildirdi. Bundan sonra ərimiş misə və dəmirə görə ümumilikdə 45 manat pul ödədi. Aqşin çıxıb getdi. Bundan başqa xx.xx.2022-ci il tarixdə işlətdiyi metalların qəbulu obyektində olan zaman günorta saatlarında Vaz 2106 markalı qırımızı rəngli avtomobil obyektin həyətinə gəldi. Həmin avtomobilin üstündə də taksi olduğunu bildirən nişan var idi. Avtomobildən bir nəfər ön oturacaqdan, bir nəfər isə arxa oturacaqdan endi. Həmin şəxslərdən biri yenə də Aqşin idi. Aqşin və yanında olan şəxs avtomobildən 2 ədəd un kisəsində dəmirləri və 5 ədəd dəmir borunu onun yanına gətirdilər, Aqşin gətirdiyi dəmirləri satdığını bildirdi. Aqşindən gətirdiyi dəmirləri haradan əldə etdiyini və həmin dəmirlərin oğurluq olub-olmadığını soruşan zaman Aqşin ona həmin dəmirlərin oğurluq olmadığını və öz yaşadığı evin həyətindən yığıb gətirdiyini bildirdi. Bundan sonra həmin kisədə olan dəmirlər və 5 ədəd boru dəmir tərəziyə yükləndi və həmin dəmirlərin ümumi çəkisinin 140 kiloqram olması müəyyən olundu. Həmin dəmirin kilosunu 32 qəpikdən alacağını bildirdi. Aqşin də həmin qiymətə satmağa razılaşdı. Bundan sonra Aqşinə 140 kiloqram dəmirə görə ümumilikdə 43 manat məbləğdə pul ödədi. Aqşinə 43 manat ödədikdən sonra Aqşin yanındakı şəxslə birlikdə gəldikləri avtomobilə əyləşib çıxıb getdilər. Şahid2 məhkəmə iclasında ifadəsində bildirdi ki, o, təxminən 2 ildir ki, özünə məxsus «VAZ 2106» markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhəri, Naxçıvan küçəsində təkər təmiri yerində avtomobilinin təkərlərinə hava vurdurarkən Mingəçevir şəhər sakini kimi tanıdığı Aqşin ona yaxınlaşıb özünə məxsus dəmir məmulatlarının olduğunu və həmin dəmir məmulatlarını Mingəçevir şəhəri, Samux küçəsində yerləşən metalların qəbulu məntəqəsinə aparmaq istədiyini bildirdi. Bundan sonra onlar Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsi istiqamətində getdilər. Bir qədər getdikdən sonra Aqşin avtomobili yolun kənarında saxlamasını xahiş etdi. Avtomobili saxladı, yolun kənarında Mingəçevir şəhər sakini kimi tanıdğı Emin adlı şəxsin yanında dəmir parçaları və borularla dolu olan 2 kisə gördü. Onun avtomobilinin dam yerində yük yeri olduğu üçün Aqşin və Emin kisələri və dəmir boruları avtomobilin yük yerinə yığdılar. O, dəmirləri avtomobili yük yerinə yığmamış Aqşindən dəmirlərin oğurluq olub olmadığını soruşan zaman Aqşin ona usta işlədiyini və gördüyü işin müqabilində dəmirləri ona verdiklərini bildirdi. Günorta olduğu üçün Aqşinin oğurluq edəcəyinə inanmadı. Bundan sonra o, avtomobili Mingəçevir şəhəri, Samux küçəsində yerləşən metalların qəbulu olan yerə sürdü. Aqşin və Emin orada boruları və içərisində dəmir olan kisələri boşaltdılar. Dəmir və boruları verdikdən sonra onlar həmin yerdən çıxdılar. Aqşin Mingəçevir şəhər mərkəzi bazar yaxınlığında avtomobildən düşdü, avtomobildən düşən zaman ona 5 manat pul verdi. Emin isə Mingəçevir şəhəri, Naxçıvan küçəsi yarımtikili yaşayış binaların yanında avtomobildən düşdü. Şahid3 məhkəmə iclasında ifadəsində bildirdi ki, zərərçəkmiş şəxs onun anasıdır. Mingəçevir şəhəri Yeni Həyat qəsəbəsində yerləşən və hazırda tikilməkdə olan fərdi həyət evi onlara məxsusdur. Ev tam hazır olmadığı üçün orada yaşayış yoxdur. xx.xx.2021-ci tarixdə saat 23 radələrində o, həmin evə nəzarət üçün gedən zaman hamam-tualet üçün nəzərdə tutulan otağa daxil olarkən 1 il əvvəl kreditlə 450 manata aldığı yaşıl rəngli, 29-luq velosipedin yerində olmadığını, bundan sonra mətbəx otağı kimi nəzərdə tutulan otağa daxil olarkən 30 ədəd hər biri 6 metrəlik olan 16-lıq almaturların, yataq otağı kimi nəzərdə tutulan otağa daxil olarkən isə 1 il əvvəl aldığı, hər biri biri 100 metr olan, 7 ədəd “Metin kablo” adlı 4-luk kabelin yerində olmadığını aşkar etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli digər Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. İşin 8-ci vərəqində olan 02 avqust 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində yerləşən fərdi yaşayış evindən bir ədəd 29-luq yaşıl rəngli velosiped, 30 ədəd 6 metrəlik 16-lıq armatirlar, 7 ədəd hər biri 100 metrə olan “Metin Kablo” adlı 4-lük elektrik naqilləri oğurlanmışdır. İşin 47-ci vərəqində olan 13 avqust 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində yerləşən fərdi yaşayış evindən 6 ədəd 40-lıq, hər birinin uzunluğu 3 metr olan dəmir borular, 10 ədəd 65-lik hər birinin uzunluğu 2 metr olan və 15 ədəd 19-luq hər birinin uzunluğu 6 metr olan dəmir boruların oğurlandığı müəyyən edilmişdir. İşin 132-134-cü vərəqlərində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/7208 saylı rəyində göstərilir ki, - 6 ədəd hər birinin uzunluğu 3 metr olan 40 mm-lik olan dəmir boruların hər birinin qiyməti 9 manat olmaqla ümumi dəyəri 54 manat təşkil edir, - 10 ədəd hər birinin uzunluğu 2 metr olan 65 mm-lik dəmir boruların hər birinin qiyməti 12 manat olmaqla ümumi dəyəri 120 manat təşkil edir. - 15 ədəd hər birinin uzunluğu 6 metr olan 19 mm-lik dəmir boruların hər birinin qiyməti 12 manat olmaqla ümumi dəyəri 180 manat təşkil edir. ekspertiza təyini haqqında qərarda qeyd edilən dəmir boruların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 354 manat müəyyən edilir. İşin 244-247-ci vərəqlərində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9-/1582 saylı rəyində göstərilir ki, - 1 ədəd yaşıl rəngli 29 ölçülü velosipedin qiyməti 250 manat dəyərindədir. - 30 ədəd hər birinin qiyməti 10 manat olan 6 metrlik 16-lıq armatur - hər biri 100 metrə olan 7 top hər bir topunun qiyməti 70 manat olan 4 mm-lik “Mətin” kablo kabel Ekspertiza təyini haqqında qərarda qeyd edilən 3 adda tədqiqat obyektlərinin 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1040 manat müəyyən edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021 -ci il tarixdə Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində Zərərçəkmiş şəxs məxsus 6 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli tikintisi tam başa çatdırılmamış fərdi yaşayış evinə qanunsuz daxil olaraq evdən 1 ədəd yaşıl rəngli 29 ölçülü 250 manat dəyərində velosipedi, 30 ədəd hər birinin qiyməti 10 manat olan 6 metrlik 16-lıq armatur və hər biri 100 metrə olan 7 top hər bir topunun qiyməti 70 manat olan 4 mm-lik «Mətin» kablo kabeli ümumilikdə Zərərçəkmiş şəxs məxsus 1040 manat məbləğdə əmlakı gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə xx.xx.2021 -ci il tarixdə saat 13 radələrində qabacadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 ilə birgə Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində Zərərçəkmiş şəxs məxsus 6 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli tikintisi tam başa çatdırılmamış fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən dəmir qapının üzərində olan kilidi sındırmaq yolu ilə həmin fərdi yaşayış evinin birinci mərtəbəsinə qapıdan qanunsuz daxil olmaqla, həmin evin dəhlizində yerləşən 2 ədəd un kisəsinin içərisində olan hər birinin uzunluğu 3 metr olan 40 mm-lik 1 ədədinin qiyməti 9 manat olmaqla, 6 ədədinin qiyməti 54 manat olan dəmir boruları, hər birinin uzunluğu 2 metr olan 65 mm-lik 1 ədədinin qiyməti 12 manat olan 10 ədəd 120 manat dəyərində dəmir boruları və hər birinin uzunluğu 6 metr olan 19 mm-lik 1 ədədinin qiyməti 12 manat olmaqla, 15 ədədinin qiyməti 180 manat olan dəmir boruları və onlarla birlikdə ümumilikdə 140 kiloqram çəkidə olan qalan hissəsi 2646 manata bərabər digər dəmir tikinti materialları və avadanlığı ümumilikdə X2ma məxsus 3000 manat məbləğində əmlakı gizli yolla talayaraq təkrarən oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə xx.xx.2021 -ci il tarixdə saat 13 radələrində qabacadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birgə Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində Zərərçəkmiş şəxs qızma məxsus 6 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli tikintisi tam başa çatdırılmamış fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən dəmir qapının üzərində olan kilidi sındırmaq yolu ilə həmin fərdi yaşayış evinin birinci mərtəbəsinə qapıdan qanunsuz daxil olmaqla, həmin evin dəhlizində yerləşən 2 ədəd un kisəsinin içərisində olan hər birinin uzunluğu 3 metr olan 40 mm-lik 1 ədədinin qiyməti 9 manat olmaqla, 6 ədədinin qiyməti 54 manat olan dəmir boruları, hər birinin uzunluğu 2 metr olan 65 mm-lik 1 ədədinin qiyməti 12 manat olan 10 ədəd 120 manat dəyərində dəmir boruları və hər birinin uzunluğu 6 metr olan 19 mm-lik 1 ədədinin qiyməti 12 manat olmaqla, 15 ədədinin qiyməti 180 manat olan dəmir boruları və onlarla birlikdə ümumilikdə 140 kiloqram çəkidə olan qalan hissəsi 2646 manata bərabər digər dəmir tikinti materialları və avadanlığı ümumilikdə Zərərçəkmiş şəxs qızma məxsus 3000 manat məbləğdə əmlakı gizli yolla talayaraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 -ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin əməli törətmələri özlərinin qismən etirafları, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, işdə olan digər sənədlərlə sübuta yetirilir. Ona görə də onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 151-153-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(051)-126/2020 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2(iki) il 05(beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(051)-35/2022 saylı qərarından görünür ki, “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsinə əsasən məhkum Təqsirləndirilən şəxs1 Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(051)-126/2020 saylı hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə 2(iki) il 5(beş) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1(bir) il 5(beş) ay 19(on doqquz) gün hissəsi 1(bir) il azadılmışdır. İşə əlavə olunmuş Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 30 sentyabr 2022-ci il tarixli 180625/3-12 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. İşin 269-cu vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. İşin 236-237-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İşin 271-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 əməlindən qismən peşiman olması, yaşayış yerində müsbət xarakterizə olunması, dəymiş zərərin bir qismini ödəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs2 əməlindən qismən peşiman olması, yaşayış yerində müsbət xarakterizə olunması, dəymiş zərərin bir qismini ödəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, vurmuş olduqları zərəri tam ödəmədiklərini nəzərə alıb onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İşin 83-cü vərəqində olan şübhəli şəxsi tutma haqqında 13 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 110-cu vərəqlərində olan Mingəçevir şəhər polis Şöbəsinin 15 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad olunmuşdur. İşin 162-163-cü vərəqlərində olan ittiham elan edilməsi üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında 07 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 axtarış elan olunmuşdur. İşin 171-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İşə əlavə edilmiş Mingəçevir şəhər polis şöbəsinin 03 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 müvəqqəti saxlama yerindən dərhal azad olunmuşdur. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 1(051)-87/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. İşə əlavə edilmiş “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 13 avqust 2021-ci il tarixdən 15 avqust 2021-ci il tarixə, 01 mart 2022-ci il tarixdən 03 mart 2022-ci il tarixə kimi həbsdə saxlandığı 4 (dörd) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cəzasının əvvəli tutulduğu vaxtdan, 22 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşin 165-166-cı vərəqlərində olan ittiham elan edilməsi üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında 07 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 axtarış elan olunmuşdur. İşin 172-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İşin 187-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 94-95-ci vərəqində olan Mingəçevir şəhər polis şöbəsinin 03 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad olunmuşdur. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 1(051)-87/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. İşə əlavə edilmiş “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 mart 2022-ci il tarixdən 03 mart 2022-ci il tarixə kimi şübhəli şəxs qismində həbsdə saxlandığı 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cəzasının əvvəli tutulduğu vaxtdan, 11 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşə əlavə edilmiş mülki iddiaçı Zərərçəkmiş şəxs iddia tələbinin həcminin azadılması barədə ərizəsindən görünür ki, təqsirləndirilən şəxs X5 ona dəymiş ziyandan 1000(bir min) manat, digər Təqsirləndirilən şəxs2 isə ona dəymiş ziyandan 200(iki yüz) manat ödəmişlər. Qalan 2840 manat pulun təqsirləndirilən şəxslərdən alınıb ona verilməsini xahiş etmişdir. İş üzrə mülki iddia təmin olunmalı, 2840 (iki min səkkiz yüz qırx) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınıb dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut yoxdur. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək 2(iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. 13 avqust 2021-ci il tarixdən 15 avqust 2021-ci il tarixə, 01 mart 2022-ci il tarixdən 03 mart 2022-ci il tarixə kimi həbsdə saxlandığı 4 (dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 1(bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli tutulduğu vaxtdan, 22 iyul 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. 01 mart 2022-ci il tarixdən 03 mart 2022-ci il tarixə kimi həbsdə saxlandığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1(bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli tutulduğu vaxtdan, 11 iyun 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə mülki iddia təmin olunsun, 2840 (iki min səkkiz yüz qırx) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınıb, dövlət büdcəsinə keçirilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-87/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-87/2022
07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver