Məhkəmə qərarları › İş №1(051)-88/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-88/2020

10.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-88/2020 10.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs-xx.xx.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhər Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2, 67.1-ci maddələrinə əsasən 4 il müddətinə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanun tətbiq edilərək cəzası 3 (üç) il 6 (altı) aya endirilmiş, xx xxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ rəngli sellafon bükümünün içərisində təmiz çəkisi 34,820 qram olan küstar üsulla hazırlanmış narkotik vasitətiryəki satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki qara rəngli gödəkcənin sol ön cibində gizlədib saxlayaraq daşımış və həmin gün saat 20:00 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri A.S.Puşkin küçəsi 3 saylı yaşayış binasının yaxınlığında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə tiryək onun əynində olan qara rəngli gödəkcənin sol ön cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər narkotik vasitədən istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Avtovağzalı”-ın yaxınlığından keçərkən yerdən bir ədəd sellofana bükülmüş büküm tapdı. Bükümün içərisinə baxdıqda içərisindəkinin narkotik vasitə olan tiryək olduğunu gördü. O, içərisində tiryək olan sellofan bükümü əynində olan qara rəngli gödəkcənin sol ön cibinə qoyaraq gizlətdi. Gün ərzində həmin bükümdə olan narkotik vasitə tiryəkdən bir qədərini özü istifadə etdi. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Mingəçevir şəhəri A.S.Puşkin küçəsi 3 saylı yaşayış binasının yaxınlığı ilə hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Həmi vaxt tapdığı narkotik vasitə də cibində idi. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Polis şöbəsinə vəkil dəvət edib, onun iştirakı ilə üzərinə video çəkiliş aparmaqla baxış keçirmək istədiklərini bildirdilər. O da üzərinə baxış keçirilməsinə etiraz etmədi. Onun üzərinə video çəkiliş aparmaqla baxış keçirildi. Baxış zamanı əynində olan qara rəngli gödəkcənin cibindən tapdığı içərisində tiryək olan sellofan bükümü polis əməkdaşları tərəfindən aşkar olunaraq götürüldü. Bu barədə protokol tərtib olundu, o da protokola imza etdi. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhər polis şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Mingəçevir şəhər PŞ-nin əməkdaşları Şahid2 və o, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri A.S.Puşkin küçəsi 3 saylı yaşayış binasının yaxınlığında görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Polis şöbəsində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədi. Bundan sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi və baxış zamanı onun əynində olan qara rəngli gödəkcənin sol ön cibindən1 ədəd ağ rəngli sellefona bükülmüş büküm aşkar olundu. Aşkar olunmuş həmin büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində tiryəkə oxşar narkotik vasitə olan kütlə müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bükümün içərisindəkinin tiryək olduğunu, həmin tiryəki özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə saat təxminən 11 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Avtovağzalı”-ın yaxınlığından keçərkən yerdən tapdığını bildirdi. Bundan sonra aşkar edilmiş tiryəkə oxşar kütlə elektron tərəzisində çəkildi və zərfə qoyularaq qablaşdırıldı. Şahid- Mingəçevir ŞPŞ-nin PPXB-nin polis nəfəri işləyən Şahid2 da məhkəmə iclasında Şahid1 ifadəsinə uyğun ifadə verdi. İşin 28-29-cu vərəqlərində olan xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd “Nokia” marakı mobil telefon, bir ədəd “Prima” adda siqaret qutusu, sağ yan cibindən isə bir ədəd mənzil açarı, gödəkçənin sol yuxarı cibindən isə bir ədəd ağ sellofana bükülmüş bükümü təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli sellofana bükülmüş bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə-tiryəkə oxşar kütlə olması müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş içərisində narkotik vasitətiryəkə oxşar kütləni xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhər Avtovağzalı yaxınlığında piyada gəzərkən yerdə ağ sellofana bükülmüş büküm tapdığını, həmin bükümün içərisində olan kütlənin narkotik vasitə tiryək olduğunu , əvvəllərdə tiryəkdən istifadə etdiyi üçün tanıdığını, özünün istifadə etməsi məqsədilə götürərək əynindəki qara rəngli gödəkçənin sol yuxarı cibinə qoyaraq orada saxladığını bildirdi. İşin 42-44 vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 17/210 saylı rəyində göstərilir ki, üzərində « Vət. “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş....” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellafon bükümdə, təmiz çəkisi 34,820 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tiryəkin təmiz çəkisi 34,820 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 34,720 qram. İşin 96-cı vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 420 saylı xx xxx 2020-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Tərkibində narkotik vasitə olan tiryək alkaloidlərindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ rəngli sellafon bükümünün içərisində təmiz çəkisi 34,820 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-tiryəki satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki qara rəngli gödəkcənin sol ön cibində gizlədib saxlayaraq daşımış və həmin gün saat 20:00 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri A.S.Puşkin küçəsi 3 saylı yaşayış binasının yaxınlığında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə tiryək onun əynində olan qara rəngli gödəkcənin sol ön cibindən aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 94-cü vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlindən peşiman olması, yaşayış yerində müsbət xarakterizə olunması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 1(051)-37/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmənin xx xxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 67.1-ci maddələri ilə 4 il müddətinə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 7(002)- 716/2018 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılaraq 3 il 6 ay müddətinə endirilmiş, ona hökmlərin məcmusu üzrə qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 4000 manat məbləğində cərimə cəzası müəyyən olunmuşdur. İşə əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İşə əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 7(051)-25/2020 saylı qərarından görünür ki, Əzizov X2 şəhər məhkəməsinin xx xxxxx 2016-cı il tarixli hökmü və Qaradağ rayon Məhkəməsinin 7(002)-716/2018 saylı qərarı ilə təqsirli bilinib təyin olunmuş 4000 manat miqdarda cərimə cəzası, 300 saat ictimai işlər cəzası ilə əvəz edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 83903/3-3 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş ictimai işlər cəzasının 300 saat icra edilməmiş qalmışdır. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan cəza təyin olunmasına əsas verən hallar yoxdur. Təqsirləndirilən şəxs Mingəçevir şəhər məhkəməsinin 1(051)-37/2016 saylı xx xxxxx 2016-cı il tarixli hökmü və Qaradağ rayon Məhkəməsinin 7(002)-716/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarı ilə təyin olunmuş 4000 manat məbləğində cərimə cəzasının Mingəçevir şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə əvəz edilmiş 300 saat ictimai işlər cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günə 8 saat hesablamaqla CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzaya hökmlərin məcmusu qaydasında qismən birləşdirilməlidir. İşin 23-cü vərəqində olan şübhəli şəxsi tutma haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:40-da şübhəli şəxs kimi tutulmuşdur. İşin 66-67-ci vərəqlərində olan Mingəçevir şəhər Polis Şöbəsinin xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx xxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına verməqətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 34,720 qram narkotik vasitətiryək məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 69,06 (altmış doqquz manat altı qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 90 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx xxxx 2020-ci il tarixdən xx xxxxx 2020-cu il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 1(bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hazırki hökmlə təyin edilmiş cəza Mingəçevir şəhər məhkəməsinin 1(051)-37/2016 №li xx xxxxx 2016-cı il tarixli hökmü və Qaradağ rayon Məhkəməsinin 7(002)-716/2018 №li xx xxxx 2018-ci il tarixli qərarı ilə təyin olunmuş 4000 manat məbləğində cərimə cəzasının Mingəçevir şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə əvəz edilmiş 300 saat ictimai işlər cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günə 8 saat hesablamaqla 1 (bir) ay 7 ( yeddi) gün CM-nin 67.1-ci maddəsinə əsasən qismən toplama yolu ilə birləşdirməklə üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli bu gündən, xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. İş üzrə ekspertiza xərci olan 69,06 (altmış doqquz manat altı qəpik) manat Təqsirləndirilən şəxs alınıb, dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 34,720 qram narkotik vasitətiryək məhv edilsin. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 90 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar