Məhkəmə qərarları › İş №1(051)-88/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-88/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-88/2021 06.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs xx.xx.1991-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Mingəçevir şəhər Dövlət yanğından mühafizə dəstəsinin böyük yanğınsöndürəni vəzifəsində çalışan, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu Mollabayramlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs dünya ölkələri arasında, o cümlədən Azərbaycan Respublikası ərazisində yayılmış yeni növ «Coronavirus COVİD-19» infeksiyasma yoluxmasının müəyyən edilməsi ilə əlaqədar olaraq 24.11.2020-ci il tarixdə verdiyi laboratoriya müayinələri nəticəsində koronavirus infeksiyasma yoluxma faktının təsdiq edilməsi barədə 25.11.2020-ci il tarixdə olduğu yerdə təcrid olunma haqqında məlumat aldıqdan sonra yaşadığı ünvan 2 ünvanında karantinə alınmasına və Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində havadamcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları»nm 4.5.5 və 4-1-ci maddələrinin tələbinə əsasən 14 gün müddətinə yaşadığı mənzili tərk etməməli olduğu halda 26.11.2020-ci il tarixdə, saat 12 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı mənzili tərk edərək İTSÜDA-nm Mingəçevir ŞMX PHŞ-yə gedərək müayinə olunması üçün saturasiyasmı ölçdürmüş, müalicəsi ilə əlaqədar ona yazılmış resepti xəstəxanadan alıb geri qayıdarkən yaşadığı evin yaxınlığında Mingə çevir şəhər polis şöbəsi əməkdaşları tərəfindən saxlanılmış, özündə aşkar olunan yeni növ «Coronavirus COVİD-19» infeksiyasmm xəstəxanada müalicə olunan hərbi qulluqçuların, tibbi personalın, xəstəxanaya müayinə və müalicə üçün gələn xəstələrin arasında yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, səhhətində narahatlıq hiss etdiyinə görə 24 noyabr 2020-ci il tarixdə, saat 15 radələrində Mingəçevir şəhər mərkəzi xəstəxanasına Covid-19 infeksiyası ilə əlaqədar laborator analiz vermiş, 25 noyabr 2020-ci il tarixdə, saat 21 radələrində yaşadığı ərazi üzrə soyadını və adını bilmədiyi sahə həkimi yaşadığı mənzilin ***-**-** nömrəli şəhərdaxili telefonuna zəng vuraraq ona Covid-19 infeksiyasına yoluxduğunu və yoluxduğu infeksiya ilə əlaqədar müalicə üçün resept yazdığını bildirərək həmin resepti götürmək lazım olduğunu bildirdi. 26 noyabr 2020-ci il tarixdə, saat 09 radələrində its.gov.az dövlət portalından istifadəsində olan (050)600-16-50 mobil operator nömrəsinə Covid-19 infeksiyasına yoluxması ilə bağlı pozitiv məlumat gəlmişdir. 26 noyabr 2020-ci il tarixdə, saat 12 radələrində ona yazılmış resepti almaq üçün sahə həkiminin işlədiyi Mingəçevir şəhər mərkəzi xəstəxanasına getdi. Çünki resepti götürmək üçün xəstəxanaya gedə biləcək adamı olmamışdır. Həmin xəstəxanaya getməkdə məqsədi resepti götürməkdən əlavə həm də yoluxduğu infeksiya ilə əlaqədar xəstəxana şəraitindəki müasir aparatlar vasitəsilə ətraflı müayinədən keçmək idi. Belə ki, onunla birlikdə yaşayan atası ağır formada onkoloji xəstədir, anası əməliyyat olmuşdur, qardaşı ruhi xəstədir, iki nəfər də azyaşlı uşaqlarıvar. Piyada təkbaşına xəstəxanaya gedərək ASM-ə müraciət edib əvvəlcə saturasiyasını ölçdürmək istədi. Tanımadığı tibb işçisi əl barmağını aparata qoşaraq saturasiyasını ölçərək səhhətinin normal olduğunu bildirdi. Həmin zaman saturasiya aparatı qanındakı oksigenin 98 faiz olduğunu göstərdi. Həmin tibb işçisinə əlavə olaraq ciyərlərini aparat vasitəsilə yoxlatmaq istədiyini bildirsə də, tibbi işçisi ona həkim olmadığı üçün başqa vaxt müraciət etməsini bildirdi. Oradan çıxıb yan binada yerləşən ailə həkimi Şahid2 xidməti otağının yerləşdiyi binaya tərəf getdi, həmin binanın qarşısına çatanda pəncərədən baxan tanımadığı tibb bacısından həkimi Şahid2 ona yazdığı resepti gətirməsini xahiş etdi. Sonuncu ona resepti gətirib verdikdən sonra evinə qayıtdı. Yolda olarkən arvadı Şahid3 istifadəsində olan mobil telefona zəng vuraraq polis əməkdaşlarının infeksiya ilə əlaqədar evi tərk edib etmədiyini yoxladıqlarını bildirdi. Yaşadığı mənzilin blokunun qarşısına çatanda orada gözləyən polis əməkdaşları yaxınlaşaraq şəxsiyətini müəyyən etdikdən sonra sənədləşmə işləri apardılar. Bundan sonra infeksiya üçün ayrılmış xüsusi təcili tibbi yardım nəqliyyat vasitəsi ilə yaşadığı mənzilə aparıldı. O, birlikdə yaşadıqları xəstə valideynlərini qorumaq üçün ətraflı müayinədən keçməli olduğunu düşünərək xəstəxanaya getmişdi. Yaşayış yerini tərk etməməsi barədə məlumat its.gov.az dövlət portalından ona bildirilmişdi. Yaşadığı ünvanı tərk etməsinə səbəb sahə həkimi tərəfindən Covid-19 infeksiyası ilə bağlı müalicə üçün yazılmış resepti əldə etmək, həm də xəstəliklə bağlı ətraflı müayinədən keçmək olmuşdur. Əməlindən peşimandır. Şahid X8 məhkəmə iclasında ifadəsində bildirdi ki, 2010-cu ildən etibarən İTSÜDAnm Mingəçevir ŞMX PHŞ-nin Acil şöbəsinin tibb bacısı işləyir. 26 noyabr 2020-ci ildə saat 09:00-dan 26 noyabr saat 16:00-dək Acil şöbəsində koronoviruslu xəstələrinin müayinəsi üzrə növbətçilik qrafıkində tibb bacısı kimi növbədə olmuş, ondan başqa həmin vəzifədə çalışan digər tibb bacısı olmamışdır. 2020-ci ilin iyul ayından 2021-ci ilin yanvar ayının sonlarınadək koronovirus infeksiyasma yoluxmuş pasiyentlərin vaxtında aşkar edilməsi məqsədilə Mingəçevir ŞMX-nin Acil şöbəsinin tibb personalından ibarət xüsusi qruppa Acil şöbəsindən kənarda, yəni Mingəçevir ŞMX-nin ASM-nin yerləşdiyi binanın yaxınlığındakı peyvənd otağında fəaliyyət göstərdi. Həmin fəaliyyətin məqsədi koronovirus infeksiyasma yoluxmasına şübhəli olan pasiyentin vaxtında aşkar edilməsi və müvafiq tədbirin görülməsi olmuşdur. Müraciət edən pasiyentin qızdırması, təzyiqi və saturasiyası ölçülür, narahatlığa əsas olan pasiyenti dərhal KT və yaxma analizi üçün getmələrini məsləhət görürlər. Həmin şəxslərin çoxu ailə həkiminin şifahi göstərişi əsasında müayinə olunmaq üçün gəlsələr də, bəziləri öz təşəbbüsü ilə müayinə üçün müraciət edirlər. Müayinə üçün heç bir sənəd tələb olunmamaqla onların heç bir qeydiyyatı aparılmamışdır. Hər hansı şəxsin müayinəsi və müalicəsi zamanı dərman preparatlarından istifadə edildiyi zaman həmin xəstənin və istifadə olunmuş dərmanların qeydiyyatı aparılmışdır. Müraciət edən hər bir pasiyent müayinə olunaraq yola salınmışdır. Həmin zaman koronavirus infeksiyasmdan qorunmaq üçün xüsusi tibbi geyimdə fəaliyyət göstərmiş və müraciət edən pasiyentlərin sayı çox olurdu. 2021-ci ilin yanvar ayının sonlarına yaxın isə müraciət edən şəxslərin sayı azaldığına görə Acil şöbəsinə qayıtmaqla hazırda həmin şöbədə fəaliyyət göstərməkdədirlər. 26.11.2020- ci il tarixdə özünü narahat hiss edən hər bir pasiyentin şifahi müraciəti əsasında müayinə olunaraq saturasiyası ölçülmüş, saturasiya ölçülməsi sadə proses olmaqla 1 dəqiqədən də az müddətə aparıldığına görə tibb bacısı tərəfindən də aparıla bilmişdir. Həmin tarixdə müraciət edən pasiyentlərin sayı həddən artıq çox olduğuna, hadisənin üzərindən uzun müddət keçdiyinə və səhhətində problem aşkar olunmayan pasiyentlərin qeydiyyatı aparılmadığma görə Təqsirləndirilən şəxs onun tərəfindən müayinə olunub-olunmaması barədə konkret məlumatı yoxdur, ancaq şifahi müraciət əsasında müayinə olunaraq yola salınması mümkün ola bilər. Şahid2 məhkəmə iclasında ifadəsində bildirdi ki, 1982-ci ildən Mingəçevir ŞMX-da həkim kimi fəaliyyət göstərir, hazırdaxəstəxananın 1 saylı ASM-də ailə həkimi vəzifəsində işləyir. Ailə həkimi kimi vəzifəsi təhkim olunmuş ərazi üzrə COVİD-19 infeksiyasına yoluxmuş pasiyentlərin adına ambulator karta tərtib edib onların müalicə prosedurunu təyin etmək, onlara yaşayış yerlərini tərk etməmələri barədə telefon vasitəsilə məlumatlandırmaqdan, eləcə də karantinə alındıqları 14 gün ərzində 2-3 gündə bir dəfə telefonla əlaqə saxlayıb onların səhhəti ilə maraqlnamaqdan ibarət olmuşdur. COVİD-19 infeksiyasına yoluxmuş pasiyentlə hər bir halda telefonla əlaqə saxlanılmışdır. Təqsirləndirilən şəxs 24 noyabr 2020-ci il tarixdə COVİD 19 infeksiyasına yoluxması ilə əlaqədar mərkəzi xəsətəxanada test vermiş, 25 noyabr 2020-ci il tarixdə, saat 21 radələrində N. Abdullayevin yaşadığı mənzilin şəhərdaxili telefonuna zəng vuraraq ona Covid-19 infeksiyasına yoluxduğunu bildirərək yaşadığı mənzili tərk etməməsi barədə məlumat vermişdi. İnfeksiya ilə əlaqədar müalicə üçün resept yazmış və həmin resepti götürə biləcəyini demişdir. N.Abldullayevin xəstəliyi ilə əlaqədar ambulator karta tərtib etmiş və evi tərk etməməli olması barədə tərəfindən məlumat verilməsi haqqında qeydlər aparmışdı. Təqsirləndirilən şəxs yazılmış resepti kimin aparmasını xatırlamır. Çalışdığı xəstəxanada qəbul olunmuş praktikaya əsasən COVİD 19 infeksiyasına yoluxmuş pasiyentlərlə qarşı-qarşıya heç bir halda təmas həyata keçirilmir, COVİD 19 infeksiyasına yoluxmuş xəstələrin yaşadıqları mənzilə telefon vasitəsi ilə zəng olunaraq Covid-19 infeksiyasına yoluxması bildirilərək yaşadığı mənzili tərk etməməsi barədə məlumat verilir, 2-3 gündən bir həmin infeksiyaya yoluxmuş şəxslərin yaşadığı mənzilə zəng olunaraq səhhəti barədə maraqlanılır, həmin danışıqlar zamanı xəstənin səhhətində ağırlaşmalar müəyyən edilərsə Covid 19 infeksiyasına yoluxmuş pasiyentlər üçün regionlarda yaradılan “Covid 19 infeksiyası Mərkəzi xəstəxanaları”na göndərilir. Hər bir halda Covid-19 infeksiyasına yoluxmuş şəxslərin yaşadıqları evi tərk etməmələri barədə onlara yalnız şifahi formada məlumat verilir, yoluxmuş şəxslərin barəsində ambulator karta açılır. Bundan əlavə heç bir sənəd tərtib edilmir. Covid-19 infeksiyasına yoluxan pasiyentin ev şəraitində müalicəsi üçün ambulator karta açılır, müalicə resepti yazılır, 14 gün ərzində ev şəraitində müalicə alaraq yaşadığı evi tərk etməməsi barədə şifahi məlumat verilir. Yaşadığı evi tərk etməməli olması barədə heç bir yazılı sənədə imza etdirilmir. Şahid3 məhkəmə iclasında ifadəsində bildirdi ki, 23 noyabr 2020-ci il tarixdə saat 18 radələrində əri Təqsirləndirilən şəxs daxili orqanlarında ağrılar hiss etməyə başlamışdır. 24 noyabr 2020-ci il tarixdə, saat 15 radələrində Mingəçevir şəhər mərkəzi xəstəxanasına Covid-19 infeksiyası ilə əlaqədar laborator analiz vermək üçün getmiş, 25 noyabr 2020-ci il tarixdə, saat 21 radələrində yaşadığı ərazi üzrə soyadını və adını bilmədiyi sahə həkimi yaşadıqları mənzilin ***-**-** nömrəli şəhərdaxili telefonuna zəng vuraraq əri N. Abdullayevə Covid-19 infeksiyasına yoluxduğunu və yoluxduğu infeksiya ilə əlaqədar müalicə üçün resept yazdığını bildirərək, həmin resepti götürmək lazım olduğunu bildirmişdir. 26 noyabr 2020-ci il tarixdə, saat 09 radələrində its.gov.az dövlət portalından əri Təqsirləndirilən şəxs istifadəsində olan (050) 600-16- 50 mobil operator nömrəsinə Covid-19 infeksiyasına yoluxmağı ilə bağlı pozitiv məlumat gəlmişdir. 26 noyabr 2020-ci il tarixdə, saat 12 radələrində əri Təqsirləndirilən şəxs yaşadıqları mənzili tərk edərək sahə həkiminin işlədiyi Mingəçevir şəhər mərkəzi xəstəxanasına getmişdir. Mingəçevir şəhər xəstəxanasında əri Təqsirləndirilən şəxs ona yazılmış müalicə reseptini götürüb geri qayıdarkən sonuncunun istifadəsində olan mobil telefona zəng vuraraq polis əməkdaşlarının evinə gələrək infeksiya ilə əlaqədar evi tərk edib-etmədiyini yoxladıqlarını bildirdi. Bundan sonra polis əməkdaşları binanın qarşısında ərini gözlədilər. Özü isə yaşadıqları ünvanı tərk etmədən ərini evdə gözlədi. Bir müddət sonra əri Təqsirləndirilən şəxs evlərinə gəldi. Təqsirləndirilən şəxs yaşadığı ünvanı tərk etməsinə səbəb sahə həkimi tərəfindən Covid- 19 infeksiyası ilə bağlı müalicə üçün ona yazılmış resepti əldə etmək, həm də xəstəliklə bağlı ətraflı müayinədən keçmək olmuşdur. Evlərində azyaşlı uşaqları, xəstə atası, anası və qardaşı olduğundan onlara xəstəliyin yoluxma ehtimalından qorxduqlarına görə Təqsirləndirilən şəxs ətraflı müayinə üçün xəstənaxanaya getmək qərarına gəldi. N. Abdullayevin xəstəxanaya gedib-gəlməsi təxminən 30 dəqiqə çəkdi. Şahid7 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir ŞPŞ-nin X4 baş inspektoru vəzifəsində işləyir. 26.11.2020-ci il tarixdə «Covid-19» infeksiyasma yoluxmuş Mingəçevir şəhər sakinlərinin karantin rejimi qaydalarına riayət edib-etmədiklərini yoxlamaq məqsədilə reyd keçirərkən saat 13 radələrində 14 günlük ev şəraitində karantin rejimi tətbiq edilmiş olan Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilini tərk etməsi barədə məlumat daxil olmuşdur. Mingəçevir ŞPŞ-nin PPXB-nin polis nəfərləri, polis serjantı Şahid4, PPXB- nin sürücü polis nəfəri Vüsal Quliyev, İB-nin müstəntiqi Şahid6 və ŞPŞ- nin kriminalistik tədqiqatlar qrupunun baş ekspert kriminalisti Şahid5 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı mənzili tərk edərək yaşadığı binanın yaxınlığında piyada hərəkətdə olduğunu görmüşlər. Təqsirləndirilən şəxs yaşadığı binanın yaxınlığında yaxınlaşaraq özünü təqdim edib sonuncuya «Covid-19» infeksiyasma yoluxduğunu, ev şəraitində karantinə aldındığım, karantin qaydalarını pozduğunu elan etdi. Sonra isə hadisə yerinə Mingəçevir ŞPŞ-nin əməliyyat-istintaq qrupu və təcili tibbi yardım avtomobili, dezinfeksiya şöbəsinin əməkdaşları dəvət olunmuş və Təqsirləndirilən şəxs yaşadığı mənzilə geri qaytarılmışdı. Şahidlər Şahid5 və Şahid4 da məhkəmə iclasında Şahid7 ifadəsinə uyğun ifadə verdi. Təqsirləndirilən şəxs əməli digər Şahid6 Nürəddin oğlunun ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. İşin 10-cu vərəqində olan Mingəçevir şəhər mərkəzi xəstəxanası publik hüquqi şəxsin 01 dekabr 2020-ci il tarixli, 697 saylı məktubunda göstərilir ki, Təqsirləndirilən şəxs 26.11.2020-ci il tarixdə COVİD-19 virusu diaqnozu ilə X14-1 tərəfindən qeydiyyata götürülmüşdür. İşin 22-ci vərəqində olan Mingəçevir şəhər mərkəzi xəstəxanası publik hüquqi şəxsin 17 dekabr 2020-ci il tarixli, 735 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 24.11.2020-ci il tarixdə COVİD-19 virusu ilə əlaqədar laborator müayinə(yaxma) olunmuş və 25.11.2020-ci il tarixdə müəyyən edilmiş müayinənin nəticəsi pozitiv olmuşdur. İşin 36-cı vərəqində olan 22 dekabr 2020-ci il tarixli mobil telefona baxış keçirilməsi barədə protokolda göstərilir ki, 26 noyabr cümə axşamı 09:39-sa daxil olmuş mesajda yazılmışdır: “Hörmətli Təqsirləndirilən şəxs 24 noyabr 2020-ci il tarixdə Covid -19 ilə bağlı verdiyiniz testin nəticəsi pozitivdir. Xahiş olunur, siz və ailə üzvləriniz yaşayış yerini tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə, Azərbaycn Respublikasının İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz”.09 dekabr 2020-ci il tarixdə, çərşənbə 16:43-də həmin portaldan sonuncu mesaj daxil olmuşdur. Həmin mesajda yazılmışdır ki, “Hörmətli Təqsirləndirilən şəxs siz və sizinlə eyni evdə yaşayan şəxslərin COVİD-19 ilə bağlı evdə özünü təcrid müddəti bitmişdir. İşin 42-ci vərəqində olan 18 yanvar 2021-ci il tarixli diskə baxış kerilməsi barədə protokoldan görünür ki, 26.11.2020-ci il tarixdə, saat 13:00 radələrində 14 günlük ev şəraitində karatin rejimi tətbiq edilmiş olan, Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti ev 76 mənzil 45 ünvanını tərk edərək yaşadığı binanın arxasında piyada hərəkətdə olması müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmış və onunla aparılan sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, İts.gov.az dövlət portalından istifadəsində olan(055) ***-**-** mobil operator nömrəsinə göndərilmiş Covid -19 infeksiyası ilə bağlı mesajda 24 noyabr 2020-ci il tarixində testin nəticəsinin pozitiv olduğunu, özü və ya ailə üzvlərinin yaşayaış yerini tərk etməməsi, karantin rejimini pozduğu təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna biləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs 26.11.2021-ci tarixdə yaşadığı mənzili tərk etməsinin səbəbini sahə həkini tərəfindən Covid-19 infeksiyası ilə bağlı müalicə üçün yazılmış resepti əldə etmək, həm, də xəstəliklə bağlı ətraflı müayinədən keçmək olduğunu bildirir. Bundan sonra əraziyə dərhal Mingəçevir şəhər məhkəzi xəstəxanası publik hüquqi şəxsin təcili tibbi yardım stansiyasının və dezinfeksiya idarəsinin əməkdaşları cəlb olunmuş, infeksiya üçün ayrılmış xüsusi təcili tibbi yardım nəqliyyat vasitəsi ilə yaşadığı mənzilə aparılmışdır. “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.05.2020-ci il tarixli qərarının 4.1-ci bəndinə əsasən Təmasda olmuş şəxslərin dairəsi Nazirliyin gigiyena və epidemiologiya mərkəzlərinin mütəxəssisləri tərəfindən 12 (on iki) saat ərzində müəyyən edilir və onlar barədə tibbi müşahidənin aparılması üçün ərazi ambulator-poliklinika müəssisəsinə, yaxud tabeliyində sanitariya nəzarətini həyata keçirən tibb müəssisələri olan orqanlara məlumat verilir. Həmin qərarın 4.2-ci bəndinə əsasən Bu Qaydaların 4.1-ci bəndində göstərilən şəxslərin dairəsinin müəyyən edilməsinə daxili işlər orqanları da cəlb olunurlar. Həmin qərarın 4.3-ci bəndinə əsasən Yoluxucu xəstəliyə yoluxmuş şəxslə təmasda olan şəxslər son təmasdan sonra bu Qaydaların 3.1-ci bəndi ilə müəyyən edilmiş müddətdə yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülürlər. Həmin qərarın 4.5-ci bəndinə əsasən yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir. Həmin qərarın 4-1.2-ci bəndinə əsasən yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq tibbi müşahidə həyata keçirilir. Həmin qərarın 4-1.3-ci bəndinə əsasən yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların 4.5-ci bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır. Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs iltizamı imzalamaqdan imtina etdikdə, bu barədə (ona qanunda nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdarlıq edildiyi göstərilməklə) 2 (iki) nüsxədə akt tərtib edilir. Aktın bir nüsxəsi yoluxucu xəstəliyə tutulma faktı təsdiq edilmiş şəxsə verilir, digər nüsxəsi tibb müəssisəsində qalır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs dünya ölkələri arasında, o cümlədən Azərbaycan Respublikası ərazisində yayılmış yeni növ «Coronavirus COVİD-19» infeksiyasma yoluxmasının müəyyən edilməsi ilə əlaqədar olaraq 24.11.2020ci il tarixdə verdiyi laboratoriya müayinələri nəticəsində koronavirus infeksiyasma yoluxma faktının təsdiq edilməsi barədə 25.11.2020-ci il tarixdə olduğu yerdə təcrid olunma haqqında məlumat aldıqdan sonra yaşadığı ünvan 2 ünvanında karantinə alınmasına və Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində hava- damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları»nm 4.5.5 və 4-1-ci maddələrinin tələbinə əsasən 14 gün müddətinə yaşadığı mənzili tərk etməməli olduğu halda 26.11.2020-ci il tarixdə, saat 12 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı mənzili tərk edərək İTSÜDA-nm Mingəçevir ŞMX PHŞ-yə gedərək müayinə olunması üçün saturasiyasmı ölçdürmüş, müalicəsi ilə əlaqədar ona yazılmış resepti xəstəxanadan alıb geri qayıdarkən yaşadığı evin yaxınlığında Mingə çevir şəhər polis şöbəsi əməkdaşları tərəfindən saxlanılmış, özündə aşkar olunan yeni növ «Coronavirus COVİD-19» infeksiyasmm xəstəxanada müalicə olunan hərbi qulluqçuların, tibbi personalın, xəstəxanaya müayinə və müalicə üçün gələn xəstələrin arasında yayılması üçün real təhlükə yaratmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşə əlavə edilmiş 291 saylı 15.04.2021-ci il tarixli Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsindən verilmiş arayışdan görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün olan Təqsirləndirilən şəxs 6 nəfər ailə üzvü ilə birlikdə ( atası X3, anası X6, qardaşı X7, arvadı Şahid3, oğlu Abdullayev İsmayıl və qızı Abdullayeva Zümrüd) ünvan 5- də müvəqqəti məşkunlaşmışlar. İşin 104-cü vərəqində olan Mingəçevir şəhər Mərkəzi xəstəxansı dispanserindən verilmiş 25 fevral 2021-ci il tarixli, 165 saylı arayışdan görünür ki, X5 24.08.1994-cü ildən “orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğu,İntihar cəhdləri” diaqnozu ilə Mingəçevir X1 psixiatrık müşahidədədir. İşin 115-ci vərəqində olan tibbi kartoçkadan görünür ki, X6 07.02.2018-ci il tarixdən 10.02.2018-ci il tarixədək Uşaqlığın Submokroz mioması, uşaqlı qanaxması diaqnozu ilə xəstəxanada stasionar malicə almışdır. İşin 123-cü vərəqində olan 01.03.2021-ci il tarixli, 161 saylı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə dövlət Agentliyi “Tibbi ərazi bölmələrini idarəetmə birliyi”publik hüquqi şəxs Mingəçevir şəhər mərkəzi xəstəxanası publik hüquqi şəxsin məktubundan görünür ki, X3 02.09.2018-ci il tarixdən Mingəçevir şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin Onkologiya bölməsində “Sidik kisəsinin Cr” diaqnozu ilə qeydiyyatdadır. İşin 139-cu vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 141-142-ci vərəqlərində olan şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 20.12.2016cı il təvəllüdlü Zümrüd, 14.11.2015-ci il təvəllüdlü İsmayıl adlı iki nəfər azyaşlı uşaqları var. İşin 136-cı vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqların olması, onunla birlikdə yaşayan atasının onkoloji xəstə, qardaşının ruhi xəstə olmaları, yaşayış yerində müsbət xarakterizə olunması, əməlindən peşman olması Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətiimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödəməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Vəkil X9 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətiimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Vəkil X9 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar