Məhkəmə qərarları › İş №1(051)-88/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-88/2022

14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-88/2022 14.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçi– Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 2006-cı il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Qazax şəhəri, Babək küçəsi, ev 50 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Qazax şəhəri, ünvan 2a çatmayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə vahid niyyətdə əhatə olunan qəsdlə 2022-ci ilin yanvar ayının sonunda anası Qanuni nümayəndə əməliyyat olunmuş xalası qızına baş çəkmək üçün getdikləri və qanuni əsaslarla olduğu Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri, H.Əliyev prospekti, 30 nömrəli evin, 60 saylı mənzilinin yataq otağında paltar dolabında içərisində qızıl-zinət əşyalarının saxlandığı qutudan 1 ədəd Rusiya istehsalı, 3 qram çəkidə, 585 əyarlı 255 manat dəyərində qızıl üzük, 1 ədəd Rusiya istehsalı 585 əyarlı 7,5 qram çəkidə 900 manat dəyərində qızıl qəpik, 1 ədəd Rusiya istehsalı, 585 əyarlı, boyunbağının çəkisi 20 qram, klonunun çəkisi 4 qram olmaqla ümumilikdə 24 qram çəkidə 2040 manat dəyərində balıq bürcü klonlu qızıl boyunbağı, 1 ədəd 5 qram çəkidə, 585 əyarlı 425 manat dəyərində “Gülyaz” yazılmış klonlu boyunbağı, 1 ədəd 4 qram çəkidə, 585 əyarlı 340 manat dəyərində “G” hərfi yazılmış klonlu boyunbağı, Rusiya istehsalı, 1 ədəd üzük, 2 ədəd sırğa olmaqla kvadrat formalı hər üçü sadə qaşlı olmaqla ümumilikdə 15 qram çəkidə 1275 manat dəyərində qızıl dəsti, 08 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri, H.Əliyev prospekti, 30 saylı evin, 60 saylı mənzilinin yataq otağında paltar dolabında içərisində qızıl-zinət əşyalarının saxlandığı qutudan İtaliya istehsalı, 750 əyarlı, hər biri briliant qaşlarla bəzədilmiş 1 ədəd üzük, 2 ədəd sırğa, 1 ədəd klon və 1 ədəd qolbağı olmaqla ümumilikdə 30 qram çəkidə 9000 manat dəyərində qızıl dəsti və 1 ədəd Türkiyə istehsalı, 750 əyarlı, 4 qram çəkidə, briliant qaşlı 1000 manat dəyərində qızıl üzüyü oğurlayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 15.235 (on beş min iki yüz otuz beş) manat dəyərində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4–cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, nənəsi X1 şəhərində yaşayır. Anası ilə atası təxminən, 2016-cı ildən rəsmi olaraq boşansalar da, birlikdə yaşamışlar. Lakin son vaxtlar aralarındakı münasibət pisləşdiyindən anası onu, bacısı Rəna və qardaşı Rəvanı götürüb təxminən 2 ay əvvəl Mingəçevir şəhərinə nənəsinin yanına gəlmişdir. Birinci dəfə anası, bacısı, qardaşı və nənəsi ilə birlikdə onların qohumları olan yan blokda yaşayan Elşəngilə getmişlər. O, əvvəllər də yay tətillərində nənəsigilə gələn zaman onlara getmişdir. O, oynamaq üçün həmin evə gedən zaman İlsurə, gəlini Gülyaz və uşağı Ramal evdə olmuşlar. Ramalla oynayan zaman Ramal yataq otağındakı dolabın içərisində gizlənmişdir. Ramalı axtaran zaman uşaq çantasının arxasında bir ədəd qutunun içərisndə qızıl-zinət əşyalarının olduğunu görmüşdür. Sonra həmin qızıl-zinət əşyalarını oğurlamaq qərarına gəlmişdir. O, qızılları götürən zaman Ramal digər şkafda gizlənmişdir. O, həmin qızılları qablarından çıxararaq cibinə qoymuşdur. Oradan birbaşa qızılları satmaq üçün Mingəçevir şəhəri H.Əliyev prospektində 9 mərtəbəli binanın aşağısında yerləşən musiqi məktəbinin yaxınlığında olan qızıl mağazalarına tərəf getmişdir. Həmin gün əvvəlcə oğurladığı 7 qramlıq çəkidə olan qəpiyi 490 manat müqabilində qızıl alqı-satqısı ilə məşğul olan Səkinə adlı qadına satmışdır. Qəpiyi satdıqdan sonra Qazaxa getmiş və 2 gün orada qaldıqdan sonra Mingəçevir şəhərinə qayıtmışdır. Qazaxda olan zaman Sənan adlı şəxsin atasına məxsus “Universam” adlı mağazaya üzərində Gülyaz yazılan sepi və “G” hərfli klon olan sepi 290 manat müqabildə satmışdır. Sənana həmin qızılların özünə məxsus olduğunu, lakin adının yalnış olaraq Gülyaz olaraq yazıldığını bildirmişdir. Yerdə qalan qızıl-zinət əşyalarını isə üzərində gəzdirmişdir ki, bu barədə heç kim bilməsin. Qazaxdan qayıtdıqdan sonra balıq bürcü klonu olan qızıl boyunbağını da Səkinə adlı qadına 800 manata, 1 ədəd qızıl üzüyü isə 65 manat müqabilində satmışdır. Boyunbağının çəkisi klonla birlikdə 24 qram olmuşdur. Üzük isə təxminən 1 qram olmuşdur. Səkinə həmin vaxt ona 865 manat pul vermişdir. O, Səkinəyə qızıl-zinət əşyalarını satan zaman Səkinə ondan şəxsiyyət vəsiqəsini tələb etsə də, o, vəsiqənin olmadığını demişdir. Sonra o, ad, soyad və mobil telefon nömrəsini və yaşayış ünvanını Səkinəyə vermişdir. Səkinə ondan qızılın kimə məxsus olmasını soruşduqda, o, qızılın özünə məxsus olduğunu bildirmişdir. Bundan bir neçə gün sonra 4 bucaqlı formada olan 1 cüt sırğa və 1 ədəd üzüyü Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “İki Qardaşlar” adlanan mağazanın yaxınlığında yerləşən qızıl mağazasına 520 manata satmışdır. Həmin vaxt qızılı alan şəxs ondan vəsiqəsini istəsə də, o, vəsiqəsinin üzərində olmadığını, qızılların isə anasına məxsus olduğunu demişdir. Sonra isə xx.xx.2022-ci il tarixdə yenidən qohumları Zərərçəkmiş şəxs evinə qızıl-zinət əşyalarını yığdıqları yerdən yenidən oğurluq etmək məqsədilə getmiş və paltar dolabından briliant komplekti və 1 ədəd briliant üzüyü oğurlayaraq elə həmin gün “Corona” qızıl mağazasına 2850 manat müqabilində satmışdır. Əldə etdyi pullardan 500 manatına mobil telefon almış, 700 manat pula anası ilə Rusiya Federasiyasına xalalarının yanına işləmək üçün getmək məqsədilə bilet almışdır. Təxminən 400 manata Mingəçevir şəhərində yerləşən kosmetika mağazalarından kosmetik avadanlıqlar almışdır. Təxminən 300 manat dəyərində paltar və 500 manata isə dırnaq üçün ləvazimatlar almışdır. Həmçinin oğurladığı qızılları sataraq əldə etdiyi pul vəsaitinin 2000 manatını Ceyhun adlı tanışına olan borcunun müqabilində vermişdir. Belə ki, o, özü təxminən 1 ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir və həmin metamfetamini də Qazax şəhərində yaşayan Ceyhun adlı şəxsdən almışdır. Buna görə də Ceyhuna 2000 manat borcu yaranmışdır. O cümlədən yerdə qalan pul vəsaitlərini də öz ehtiyacları üçün xərcləmişdir. 12 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs oğlu Şahid1 onun nənəsigilin evinə gələrək nənəsini kənara çəkib evdən oğurluq baş verdiyini və evdən onun, bacısı və qardaşının əlbarmaq izlərinin çıxmasını demişdir. O, əvvəlcə etdiyi əməli etiraf etmək istəməsə də, bacısı və qardaşının da adı hallandığından törətdiyi əməli etiraf etmişdir. Əməlindən peşimandır. Zərəçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla razılıq əldə etmişdir. Ona görə də ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, qohumları Raisə onlarla eyni binada qonşu blokda yaşayır. Raisənin qızı Qanuni nümayəndə ailəsi ilə birlikdə Qazax rayonunda yaşayır. Təxminən 10 gün əvvəl Elyana qızları Nuray, Rəna və oğlu Rəvan ilə birlikdə Raisənin yaşadığı evə qonaq gəlmişlər. Təxminən 1 həftə əvvəl Raisə, Elyana və uşaqları onların evinə qonaq gəlmişlər. Elyana və uşaqları onun mənzilində təxminən 1-2 saat dayandıqdan sonra getmişlər. Təxminən 3 gün əvvəl Nuray qardaşı Rəvanla onun 4 yaşlı nəvəsi ilə oynamaq üçün gəlmişlər. Təxminən saat 17 radələrində o, mətbəxdə oboy yapışdırırdı. Həmin vaxt Nuray və Rəvan nəvəsi ilə oynayırdı. Rəvan ağladığından Nuray Rəvanı aparıb həyətə düşürdükdən sonra özü geri qayıtmışdır. Gəlib kiçik yataq otağında bir qədər dayandıqdan sonra yoldaşı oyanmış və Nuraya hələ burada olduğunu demiş, Nuray isə o, yatdığından gözlədiyini oyandığına görə artıq gedə biləcəyini deyərək çıxıb getmişdir. Nuray evdə təxminən bir saat yarım qalmışdır. Sonra isə çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə o, evdə olmayan zaman oğlu Fuad ona zəng edərək yaşadıqları mənzildən arvadı və gəlini üçün aldığı müxtəlif qızıl-zinət əşyalarının oğurlandığını və oğurluq edən şəxsin bir müddət əvvəl Qazaxdan gələn qohumları Nuray tərəfindən edildiyini bildirmişdir. Sonra isə bu barədə DİN-nin 102 zəng xidmətinə və Mingəçevir ŞPŞ-nə məlumat vermişlər. Ona məxsus mənzildən 500 manat dəyərində 1 ədəd Rusiya istehsalı, 3 qram çəkidə 585 əyarlı sadə qaşlı üzük, 1000 manat dəyərində 1 ədəd Rusiya istehsalı 585 əyarlı, boyunbağının çəkisi 20 qram, klonunun çəkisi 4 qram olmaqla ümumilikdə 24 qram çəkidə klonlu boyunbağı, 1000 manat dəyərində Rusiya istehsalı 1 ədəd üzük, 2 ədəd sırğa olmaqla kvadrat formalı hər üçü sadə qaşlı ümumilikdə 15 qram çəkidə olan qızıl dəsti, 1000 manat dəyərində 1 ədəd Rusiya istehsalı 585 əyarlı 7,5 qram çəkidə qızıl qəpik, 250 manat dəyərində 1 ədəd 5 qram çəkidə, 585 əyarlı, “GÜLYAZ” yazılmış klonlu boyunbağı, 250 manat dəyərində 1 ədəd 4 qram çəkidə 585 əyarlı “G” hərfli klonlu boyunbağı, 1000 manat dəyərində 1 ədəd Türkiyə istehsalı, 750 əyarlı, 4 qram çəkidə briliant qaşlı üzük, 9.000 manat dəyərində İtalya istehsalı, 750 əyarlı, hər biri briliant qaşlarla bəzədilmiş, 1 ədəd üzük, 2 ədəd sırğa, 1 ədəd klon və 1 ədəd qolbağı olmaqla ümumilikdə 30 qram çəkidə qızıl dəsti olmaqla ümumi dəyəri təxminən 14.000 manat olan qızıl-zinət əşyalarının Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını bildirmişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs Nuray Binətovadan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də onun barəsində yüngül cəza tətbiq edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qızıdır. X1 şəhəri H.Əliyev prospekti ev 30, mənzil 51 ünvanında yaşayır. O, əri Anarla 2016-cı il tarixdə boşanmışdır. Lakin buna baxmayaraq o, əri ilə birlikdə yaşamışdır. 2021-ci ilin sentyabr ayından isə Qazaxda kirayədə yaşamışlar. 2022-ci ilin yanvar ayının 7-də anasının yanına Mingəçevir şəhərinə qızları Rəna, Nuray və oğlu Rəvanla birlikdə gəlmişlər. Qızı Nuray yay tətillərində də Mingəçevirə anasının yanına gəlmişdir. Onun anası ilə eyni binada yaşayan qohumları vardır. Belə ki, İlsurə onun xalası qızıdır və əri Elşən, oğlu Fuad, gəlinləri Gülyaz və nəvələri Ramalla birlikdə yaşayırlar. Onlar hamısı birlikdə İlsurəgilə getmişlər və orada bir qədər qaldıqdan sonra evə qayıtmışlar. Oradan gəldikdən sonra bir dəfə də Nuray evdə darıxdığını deyərək Rəvanla birlikdə İlsurəgilə getmişdir. Rəvan müəllim yanına hazırlığa getmiş, bir neçə gündən sonra Nuray yenə darıxdığını çölə çıxıb mağazalara gedəcəyini demişdir. Lakin sonradan isə zəng edərək Qazaxda olduğunu demişdir. xx.xx.2022-ci il tarixdə isə Fuad onların yaşadığı evə gələrək evlərində olan qızıl-zinət əşyalarının oğurlandığını evdən isə Nuray və Rəvanın əl-barmaq izlərinin aşkar olunduğunu demişdir. Nuray əvvəlcə oğurluq etdiyini deməsə də, sonradan qızılları necə oğurlaması və hara satmasını etiraf etmişdir. Həmin vaxta qədər onun Nurayın oğurluq etməsi haqqında heç bir məlumatı olmamışdır. Lakin Nuray həmin ərəfələrdə özünə paltar, kosmetik vasitələr, oğlu Rəvana da geyim əşyaları almış, həmçinin onlar Rusiya Federasiyasına getməli olduqlarından bilet almaq üçün ona 700 manat pul da vermişdir. O Nuraydan pulu hardan əldə etməsini soruşduqda Nuray həmin pulu sələmə Qazaxdan aldığını demişdir. Eyni zamanda Nuray özünə də mobil telefon almış və telefonunun pulunu hissə-hissə verəcəyini demişdir. Həmçinin əlavə olaraq qeyd etmişdir ki, Nuray əvvəllərdə atasının pullarını bir neçə dəfə oğurlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2010-ci il tarixdən Mingəçevir şəhəri, 20 yanvar küçəsi 168 saylı binanın birinci mərtəbəsində yerləşən qızıl mağazasını icarə əsasında işlədir. Mağaza ona məxsus deyil, lakin mağazanın içərisindəki qızıllar onunla şərik olan Asəf Mikayılova məxsusdur. 2010cu il tarixdən həmin mağazada qızıl-alqı satqısı ilə məşğul olur. 2012-ci il tarixdən isə Asəflə şərik olmuşdur. Gün ərzində hər ikisi mağazada olur. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində o, mağazada tək olan zaman adını sonradan bidiyi Nuray adlı şəxs mağazaya daxil olmuşdur. Nuray mağazaya tək daxil olmuşdur. Nuray mağazaya girən zaman əlində bir cüt üzərində qaşları olan qızıl sırğa və bir ədəd üzərində qaşları olan qızıl üzük olmuşdur. Nuray əlindəki qızılları ona göstərib bütün mağazalarda əlindəki qızıllara 500 manat pul verildiyini, əgər o, 520 manat pul versə həmin qızılları ona satacağını bildirmişdir. O isə qızıla baxıb köhnə model olduğu üçün istəmədiyini bildirmişdir. Bundan sonra Nuray mağazadan çıxmışdır. Lakin Nuray mağazadan çıxdıqdan bir neçə saniyə sonra yenidən mağazaya daxil olub evlərində anasının xəstəsi olduğunu, əlində olan qızılları 520 manata almasını xahiş etmişdir. Bundan sonra o, Nurayın əlindəki qızllara baxmışdır. Həmin qızılları 585 əyarlı üzərində sadə qaşları olan bir cüt qızıl sırğa və bir ədəd üzərində sadə qaşları olan 585 əyarlı qızıl üzük olmuşdur. Bundan sonra o, Nuraydan şəxsiyyət vəsiqəsinin sürətini tələb etmişdir. Lakin o, vəsiqəsinin üzərində olmadığını bildirmişdir. O isə ailə üzvlərindən kiminləsə danışmaq istəməsini bildirmişdir. Nuray isə Whatsapda anasına mesaj yazmış və anasının razı olduğunu bildirmişdir. Lakin ona heç bir mesaj göstərməmişdir. Bundan sonra o, Nuraya inanıb 520 manata bir cüt 583 əyarlı qızıl sırğa və bir ədəd 583 əyarlı qızıl üzüyü Nuraydan almış və satmaq üçün vitrinə qoymuşdur. Həmin vaxt onların yanında heç kim olmamışdır. O, Nuraydan 520 manata qızılları aldıqdan sonra aldığı qızıl barəsində məlumatı özünə məxsus kitabçada qeyd etmişdir. Həmçinin kitabçada Nurayın yaşadığı ünvanı qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2007-ci il tarixdən Mingəçevir şəhəri, H.Əliyev prospekti 167 saylı binanın birinci mərtəbəsində yerləşən qızıl mağazasının sahibidir. 2007-ci il tarixdən həmin mağazada qızıl-alqı satqısı ilə məşğul olur. O, mağazada satıcı Çinarə adlı qızla birgə işləyir. Çinarə onun mağazasında 8 ildir ki, satıcı işləyir. 08 fevral 2022-ci il tarixdə saat təxminən 18 radələrində mağazanı bağlayan zaman adını sonradan bildiyi Nuray adlı şəxs mağazaya daxil olmuşdur. Nuray mağazaya tək daxil olmuşdur. Həmin vaxt mağazada o, arvadı Maya və satıcısı Çinarə olmuşdur. Nuray mağazaya daxil olub qızıl satmaq istədiyini bildirmişdir. O Nuraya şəxsiyyət vəsiqəsini təqdim etməsini bildirmişdir. Lakin Nuray isə şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirdikdə o, şəxsiyyət vəsiqəsiz qızıl almadığımı bildirmişdir. Bundan sonra isə Nuray ağlayaraq balaca qardaşının xəstə olduğunu, qardaşının əməliyyatı üçün pul lazım olduğunu, bu səbəbdən valideynlərinin Bakı şəhərində olduğunu, valideynlərinin evdə olan qızılları satıb təcili olaraq Bakı şəhərinə qardaşının əməliyyatı üçün pul göndərməli olduğunu bildirmişdir. O Nuraydan nə qızılı satmaq istədiyini soruşduqda, Nuray cibində 750 əyarlı ağ rəngli qızıl komplekt və bir ədəd 750 əyarlı üzərində briliyant qaşı olan ağ rəngli qızıl üzük çıxartmışdır. O, həmin qızllara baxan zaman komplektin içərisində bir ədəd üzərində briliant qaşları olan 750 əyarlı qızıl klon, bir cüt üzərində briliyant qaşla 750 əyarlı qızıl sırğa, bir ədəd üzərində briliyant qaşları olan 750 əyarlı qızıl üzük, bir ədəd üzərində briliyant qaşları olan 750 əyarlı qızıl qolbağı və ayrıca bir ədəd üzərində bir ədəd briliyant qaşı olan 750 əyarlı qızıl üzük olmuşdur. Bundan sonra o, Nuraya kamera ilə valideyni yığmağını yalnız valideyni icazə verdikdən sonra qızılları ala biləcəyini demişdir. Nuray isə razılaşmış və cibindən telefonu çıxardıb kamera bir nəfər şəxsi yığmış və kamera zəngini bir qadın açmışdır. Həmin şəxs adının Əfsanə olduğunu və Nurayın anası olduğunu bildirmişdir. Bu zaman arvadı Maya və satıcısı Çinarə həmin qadın ilə kamera zəngi ilə danışmışdır. O, qadınlar danışdığı üçün kameraya baxmamışdır. Həmin qadın həqiqətən də övladının xəstə olduğunu bu səbəbdən hazırda Bakı şəhərində olduğunu, övladının əməliyyatı üçün pul lazını olduğundan qızı Nurayı evdə olan qızılları satımaq üçün göndərdiyini bildirmişdir. Həmin vaxt o, qızılların hamısını tərəziyə qoyub çəkmiş, ümumilikdə hamısının çəkisi 28,5 qram olmuşdur. O, hesablayıb bütün qızllara görə 2850 manat pul verə biləcəyini demişdir. Həmin vaxt kamerada özünü Nurayın anası kimi təqdim edən şəxs 2850 manat qiymətlə razı olduğunu bildirmişdir. Bundan sonra o, 2850 manat pulu sayıb Nuraya vermiş və Nuraya axşam saatları olduğundan ehtiyatlı olmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2003-cü il tarixdən Mingəçevir şəhəri H.Əliyev prospekti 167 saylı binanın birinci mərtəbəsində yerləşən qızıl mağazasının sahibidir. 2003-cü il tarixdən həmin mağazada qızıl-alqı satqısı ilə məşğul olur. O mağazada tək işləyir. Təxminən 1 həftə bundan öncə saat 16 radələrində adını sonradan bildiyi Nuray adlı şəxs mağazaya daxil olmuşdur. Nuray mağazaya tək daxil olmuşdur. Həmin vaxt mağazada Nuray və ondan başqa heç kim olmamışdır. Nuray barmağından qızıl və üzərində qaşı olan üzüyü çıxardıb üzüyü satdığını və üzüyə görə nə qədər pul verə biləcəyini soruşmuşdur. O, üzüyü Nuraydan götürüb baxanda üzüyün 585 əyarlı (Türkiyə istehsalı olan) üzük olduğunu, üzərindəki qaşın isə sadə qaş olduğunu görmüş və bundan sonra həmin üzüyü tərəziyə qoyub çəkmişdir. Həmin üzük 1.1 qram olmuşdur. O, Nuraya bu üzüyə görə 62 manat verə biləcəyini demişdir. Nuray razılaşmışdır. Lakin o, Nuraydan ilk öncə şəxsiyyət vəsiqəsinin sürətini istəmişdir. Nuray isə ona Rusiya Federasiyasından yeni gəldiyini, Şəmkir rayonundan Mingəçevir şəhərinə qonaq gəldiyini, xarici pasportunun Şəmkir rayonunda olduğunu, rayona gedən zaman pasportun sürətini çıxardıb ona gətirəcəyini bildirmişdir. O da razılaşmışdır. Lakin o, Nurayın ad, soyad, ata adını, yaşadığı ünvanı özünə məxsus kitabçada qeyd etmişdir. Bundan sonra o, Nuraya 62 manat pul vermiş, o isə həmin bir ədəd qızıl üzüyü ona vermişdir. Bu zaman onların yanında heç kim olmamışdır. Bundan sonra o, Nuraydan aldığı bir ədəd qızıl üzüyü mağazada satmaq üçün vitrinə qoymuşdur. Həmin günü saat 17 radələrində mağazanı bağlayıb yaşadığı evə getmişdir. Sabahısı gün saat 13 radələrində o, mağazada tək olan zaman Nuray mağazaya daxil olmuşdur. Nuray mağazaya tək daxil olmuşdur. Nuray boynundan üzərində klon olan qızıl sepi çıxardıb ona satmaq istədiyini bildirmişdir. Həmçinin, Nuray dünən yəni qızıl üzük aldığı gün axşam saat 18 radələrində qızıl komplekt satmaq üçün onun yanına gəldiyini lakin onun mağazası bağlı olduğu üçün onunla eyni Mingəçevir şəhəri, H.Əliyev prospekti 167 saylı binanın cərgəsində qızıl alqı satqısı ilə məşğul olan Sahib adlı şəxsə qızıl komplekti satdığını bildirmişdir. O, isə Nuraydan hansı səbəbdən gün ərzində iki dəfə qızıl satdığını soruşan zaman Nuray ona Mingəçevir şəhərinə Bazarstoredə işləmək üçün gəldiyini, bu məqsədlə Bazarstoreyə “CV” verdiyini və özünə avtomobil almaq üçün qızllarını satmaq istədiyini bildirmişdir. O avtomobili kredit ilə aldığını soruşan zaman Nuray avtomobili nağd aldığını və qalan pulu düzəltmək üçün qızılları satdığını və boynundan çıxartdığı üzərində qızıl klon olan sepi də bu səbəbdən satmaq istədiyini bildirmişdir. Bundan sonra o qızıl sepə və klona baxmış və həmin sep və klonun 585 əyarlı qızıl olduğunu görmüş və həmin sep və klonu tərəziyə qoymuşdur. Həmin sep və klonun təxmini çəkisi 9 qram olmuşdur. Bundan sonra o, Nuraya 562 manat pul vermişdir. Nuray isə həmin sep və klonu ona vermişdir. Bu zaman onların yanında heç kim olmamışdır. Daha sonra Nuray çıxıb getmişdir. O Nuraydan aldığı qızılları satmaq üçün yenidən vitrinə qoymuşdur. Həmin günü axşam saatlarında o, Nurayın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurub pasportun sürətini nə vaxt gətirəcəyini soruşmuşdur. Nuray isə hələki rayona getmədiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid6 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, artıq 25 ildir ki, qızıl-zinət əşylarının satışı ilə məşğul olur. Təxminən 5 ildir ki, Qazax şəhəri, H.Əliyev prospketində yerləşən “Universam” ticarət mərkəzində icrarəyə götürdüyü obyektdə qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Oğlu Şahid7 da ona işlərini görməkdə kömək edir. Yəni qızılları rəflərə yığır, alqı-satqının qeydiyyatını aparır. Təqsirləndirilən şəxs əvvəllər tanımışdır. xx.xx.2021 -ci il tarixdə təxminən səhər saat 11 radələrində Nuray mağazaya gələrək dolaşmış vəziyyətdə birinin klonunda N hərfi, birinin klonunda G hərfi, digərinin klonunda Gülyaz”yazılmış boyunbağları və bir ədəd qolbağını vermişdir. Həmin qızıl-zinət əşyaları bir-birinə dolaşıq vəziyyətdə olmuş, yəni rəfə qoyularaq satılası vəziyyətdə olmadığından o, həmin qızılları xammal qiymətinə, yəni qramını 53 manatdan almışdır. Həmin qızılların çəkisi 9,03 qram olmuş və Nuraya 450 manat pul vermişdir. Bundan sonra oğlu Sənan Nurayın ad-soyadını, şəxsiyyət vəsiqəsinin ünvanını və ona məxsus ***-***-**-** saylı mobil telefon nömrəsini qızıl-brilliantların alqısatqısı kitabında qeydiyyatını aparmışdır. Qeydiyyatın aşağısından isə Nuray öz imzasını çəkmişdir. Həmin vaxt Nuray, həmçinin anasının və özünün şəxsiyyət vəsiqələrinin fotoşəkillərini çəkərək oğlu Sənana göndərmişdir. Bundan təxminən 3 gün sonra Nuray yenidən mağazaya gələrək özünə məxsus 2 ədəd biri qırmızı, biri ağ rəngli ipli qolbağıları qolundan açaraq satmaq istədiyini demişdir. O və Sənan Nuraydan nə üçün bunları satdığını, valideynlərinin məlumatının olub-olmadığını soruşmuşlar. Həmin vaxt Nuray valideynlərinin bundan məlumatı olduğunu demişdir. Həmin qolbağılarm müqabilində Nuraya 30 manat pul vermişlər. xx.xx.2022-ci il tarixdə onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs satmış olduğu qızıl-zinət əşyaları oğurluq yolu ilə əldə edilmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid7 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində Şahid6 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Mingəçevir şəhər Polis şöbəsində CAB-nın baş əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yaşayan Qurbanov X9 ŞPŞ-nə ərizə ilə müraciət edərək ona məxsus evdən qohumları Təqsirləndirilən şəxs 20.000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlaması haqqında məlumat vermişdir. Qeyd olunan müraciət əsasında keçirilmiş tədbirlər zamanı oğurluq hadisəsinin həqiqətən də, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi və əldə etdiyi qızılzinət əşyalarını Mingəçevir və Qazax şəhərləri ərazisində qızıl mağazalarına satması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs oğurlayaraq Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 saylı binanın birinci mərtəbəsində yerləşən Şahid3, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 167 saylı binanın birinci mərtəbəsində yerləşən Şahid4 və Mingəçevir şəhəri H.Əliyev prospekti 167 saylı binanın birinci mərtəbəsində yerləşən Şahid5 satmış olduğu qızıl-zinət əşyaları qeyd olunan mağazalara baxış keçirilərək iş üzrə maddi sübut kimi əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi qızıl-zinət əşyalarının bir qismini Qazax şəhərində Şahid6 satması müəyyən edilmişdir. Lakin Şahid6 Təqsirləndirilən şəxs aldığı qızıl-zinət əşyalarını xammal kimi satdığından onların maddi sübut kimi götürülməsi mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid11, Şahid9 və Şahid10 ifadələrində Şahid8 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 13 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanında yataq otağında paltar dolabının içərisində olan qızıl-zinət əşyalarını yığmaq üçün nəzərdə tutulmuş qutuların içərisindən qızıl-zinət əşyaları oğurlanmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli baxış və götürmənin keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanından oğurluq etdikdən sonra əldə etdiyi qızıl-zinət əşyalarından Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 saylı binanın birinci mərtəbəsində qızıl-zinət əşyalarım satışını həyata keçirən Şahid3 satmış olduğu 1 cüt sırğa və 1 ədəd üzükdən ibarət olan kvadrat formalı qızıl dəsti mağazada aşkar olunmuş və iş üzrə maddi sübut kimi götürülmüşdür. Cinayət işinin materiallarında olan 13 fevral 2022-ci il tarixli baxış və götürmənin keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanından oğurluq etdikdən sonra əldə etdiyi qızıl-zinət əşyalarından Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 167 saylı binanın birinci mərtəbəsində qızıl-zinət əşyalarının satışını həyata keçirən Şahid4 satmış olduğu hər biri briliant qaşlarla bəzədilmiş 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd klon və 1 ədəd qolbağı olmaqla qızıl dəstini və 1 ədəd ayrıca briliant qaşlarla bəzədilmiş üzük mağazada aşkar olunmuş və iş üzrə maddi sübut kimi götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli baxış və götürmənin keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanından oğurluq etdikdən sonra əldə etdiyi qızıl-zinət əşyalarından Mingəçevir şəhəri H.Əliyev prospekti 167 saylı binanın birinci mərtəbəsində qızıl-zinət əşyalarım satışını həyata keçirən Şahid5 satmış olduğu 1 ədəd sadə qaşlı qızıl üzük, 1 ədəd balıq bürcü klonlu qızıl boyunbağı mağazada aşkar olunmuş və iş üzrə maddi sübut kimi götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli baxış və götürmənin keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanından oğurluq etdikdən sonra əldə etdiyi qızıl-zinət əşyalarından Qazax şəhəri H.Əliyev prospektində yerləşən “Universam” ticarət mərkəzində qızıl-zinət əşyalarının satışını həyata keçirən Şahid6 mağazasına baxış keçirilmiş, lakin Şahid6 Təqsirləndirilən şəxs 1 ədəd “G” və “Gülyaz” yazılı klonları olan boyunbağıları dolaşıq vəziyyətdə aldığını bildirsə də, hal-hazırda qeyd olunan qızıl- zinət əşyalarını xammal kimi satdığını bildirmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli tanınmaya təqdim etmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilən 3 ədəd briliant qaşlarla bəzədilmiş qızıl dəstlərini nəzərdən keçirərək qızıl dəstlərinin içərisindən 3-cü yerdə qoyulmuş qızıl dəstini göstərərək həmin qızıl dəstində olan klon və sırğaların yarpaq formasında olmasından, qolbağının üzərində olan bəzək hissəsindən, eyni zamanda qızıl dəstində olan üzüyün formasından və qaş hissəsinin nisbətən böyük olmasından ona məxsus mənzildən Təqsirləndirilən şəxs tərəfindən oğurlanaraq satılmış qızıl dəstini tanıdığını bildirmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli tanınmaya təqdim etmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilən 3 ədəd kvadrat formalı qızıl dəstlərini nəzərdən keçirərək qızıl dəstlərinin içərisindən 2-ci yerdə qoyulmuş qızıl dəstini göstərərək həmin qızıl dəstində olan üzük və sığalarm üzərində olan qaşların şəffaf rəngli olmasında, eyni zamanda digərlərindən daha parlaq olmasından tanıdığını və ona məxsus mənzildən Təqsirləndirilən şəxs tərəfindən oğurlanaraq satılmış qızıl dəsti olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli tanınmaya təqdim etmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilən 3 ədəd klonlu boyunbağıları nəzərdən keçirərək boyunbağıların içərisindən 1-ci yerdə qoyulmuş klonlu qızıl boyunbağını göstərərək boyunbağının klonunda “balıq bürcü” formasının olmasından, eyni zamanda boyunbağının digər boyunbağılardan qalın və çəkisinin çox olmasından tanıdığını və ona məxsus mənzildən Təqsirləndirilən şəxs tərəfindən oğurlanaraq satılmış qızıl boyunbağı olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli tanınmaya təqdim etmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilən 3 ədəd üzüyü nəzərdən keçirərək üzüklərin içərisindən 1-ci yerdə qoyulmuş üzüyü göstərərək həmin üzüyü rəngindən, qaşının formasından tanıdığını və ona məxsus mənzildən Təqsirləndirilən şəxs tərəfindən oğurlanaraq satılmış üzük olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli tanınmaya təqdim etmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilən 3 ədəd üzüyü nəzərdən keçirərək üzüklərin içərisindən 3-cü yerdə qoyulmuş üzüyü göstərərək həmin üzüyü sadə qaşlı olduğuna görə parlaqlığının olmamasından tanıdığını və ona məxsus mənzildən Təqsirləndirilən şəxs tərəfindən oğurlanaraq satılmış üzük olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan 13 fevral 2022-ci il tarixli baxış keçirilməsi və götürmə protokolları ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus mənzildən oğurladığı 1 ədəd 3 qram çəkidə, 585 əyarlı sadə qaşlı qızıl üzük, 1 ədəd 585 əyarlı, 24 qram çəkidə balıq bürcü klonlu qızıl boyunbağını Şahid5 qızma, 1 ədəd üzük, 2 ədəd sırğa olmaqla kvadrat formalı hər üçü sadə qaşlı olmaqla 15 qram.çəkidə qızıl dəstini Şahid3, 750 əyarlı, briliant qaşlarla bəzədilmiş 1 ədəd üzük, 2 ədəd sırğa, 1 ədəd klon və 1 ədəd qolbağı olmaqla 30 qram çəkidə qızıl dəsti və 1 ədəd 750 əyarlı, 4 qram çəkidə, briliant qaşlı qızıl üzüyü Şahid4 satması müəyyən edilərək qeyd olunan qızıl-zinət əşyaları onlardan götürülmüşdür. Həmin qızıl-zinət əşyaları maddi sübut kimi tanınaraq mülkiyyətçi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 aprel 2022-ci il tarixli 9/1584 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 6 adda zərgərlik məmulatlarının 2022-ci ilin yanvar-fevral aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 5235,00 manat müəyyən edilir. 2 adda qızıl-zinət əşyalarının üzərində olan qaşların sayı, çəkisi, keyfiyyəti, istehsal yeri və s. aydın olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16 fevral 2022-ci il tarixli 189 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 06 may 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə və Şahid5, Şahid3 Şahid4 və X7 barəsində cinayət təqibi rədd edilmişdir. X3 və X8 əməlinmə qiymət verilməsi üçün ********* cinayət işindən mattteriallar ayrılmışdır. İş üzrə götürülmüş 1 ədəd 3 qram çəkidə, 585 əyarlı sadə qaşlı qızıl üzük, 1 ədəd 585 əyarlı, 24 qram çəkidə balıq bürcü klonlu qızıl boyunbağı, 1 ədəd üzük, 2 ədəd sırğa olmaqla kvadrat formalı hər üçü sadə qaşlı olmaqla 15 qram çəkidə qızıl dəsti, 750 əyarlı, briliant qaşlarla bəzədilmiş 1 ədəd üzük, 2 ədəd sırğa, 1 ədəd klon və 1 ədəd qolbağı olmaqla 30 qram çəkidə qızıl dəsti və 1 ədəd 750 əyarlı, 4 qram çəkidə, briliant qaşlı qızıl üzük maddi sübut kimi tanınaraq mülkiyyətçi Zərərçəkmiş şəxs verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə vahid niyyətdə əhatə olunan qəsdlə özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə vahid niyyətdə əhatə olunan qəsdlə 2022-ci ilin yanvar ayının sonunda anası Qanuni nümayəndə əməliyyat olunmuş xalası qızma baş çəkmək üçün getdikləri və qanuni əsaslarla olduğu Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri H.Əliyev prospekti 30 saylı evin, 60 saylı mənzilin yataq otağında paltar dolabında içərisində qızıl-zinət əşyalarının saxlandığı qutudan 1 ədəd Rusiya istehsalı, 3 qram çəkidə, 585 əyarlı 255 manat dəyərində qızıl üzük, 1 ədəd Rusiya istehsalı 585 əyarlı 7,5 qram çəkidə 900 manat dəyərində qızıl qəpik, 1 ədəd Rusiya istehsalı, 585 əyarlı, boyunbağının çəkisi 20 qram, klonunun çəkisi 4 qram olmaqla ümumilikdə 24 qram çəkidə 2040 manat dəyərində balıq bürcü klonlu qızıl boyunbağı, 1 ədəd 5 qram çəkidə, 585 əyarlı 425 manat dəyərində “Gülyaz” yazılmış klonlu boyunbağı, 1 ədəd 4 qram çəkidə, 585 əyarlı 340 manat dəyərində “G” hərfi yazılmış klonlu boyunbağı, Rusiya istehsalı, 1 ədəd üzük, 2 ədəd sırğa olmaqla kvadrat formalı hər üçü sadə qaşlı olmaqla ümumilikdə 15 qram çəkidə 1275 manat dəyərində qızıl dəsti, 08 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri H.Əliyev prospekti 30 saylı evin, 60 saylı mənzilin yataq otağında paltar dolabında içərisində qızıl-zinət əşyalarının saxlandığı qutudan İtaliya istehsalı, 750 əyarlı, hər biri briliant qaşlarla bəzədilmiş 1 ədəd üzük, 2 ədəd sırğa, 1 ədəd klon və 1 ədəd qolbağı olmaqla ümumilikdə 30 qram çəkidə 9000 manat dəyərində qızıl dəsti və 1 ədəd Türkiyə istehsalı, 750 əyarlı, 4qram çəkidə, briliant qaşlı 1000 manat dəyərində qızıl üzüyü oğurlayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 15.235 (on beş min iki yüz otuz beş) manat dəyərində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.4–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2–ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, ona təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti törədərkən yetkinlik yaşına çatmamasını, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, onunla barışıq əldə etməsini, habelə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 2006-cı il tarixdə doğulmuş Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxsdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 19 fevral 2022–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Qazax RİHB-nin şəhər İƏD tərəfindən 15 aprel 2022–ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, «Yetkinlik yaşına çatmayanların Ədalət Mühakiməsinin icrası üçün Birləşmiş Millətlər Təşkilatının X13»nın (Pekin Qaydalarının) İİİ hissəsinin 17-ci maddəsinin «c» bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan qanun pozucusu yalnız başqasına qarşı zor işlətməklə ciddi qanun pozuntusunda günahkar sayıldıqda, həmçinin digər müvafiq təsir növü olmadıqda azadlıqdan məhrum edilə bilər. Azərbaycan Respublikası CPM-nin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusi ilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədə uyğun deyildir. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 iyun 2008-ci il tarixli Qərarının 15-ci bəndinə görə yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, qanunvericilikdə (CM-nin 85.1-ci maddəsi) bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan cəmi 4 cəza növünün (cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrum etmə) hər biri üçün qısaldılmış müddət və ya azaldılmış məbləğ nəzərdə tutulmuşdur. Ona görə də yetkinlik yaşına çatmayanlara CM-in 85-ci maddəsinə uyğun olaraq CM-nin xüsusi hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin edilərkən CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında”xx.xx.2021--ci il tarixli Qərarının 2.2-ci bəndinə görə Cinayət Məcəlləsinin 52-1-ci maddəsi yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini istisna etmir, Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsi isə onlara bu cəzanın iki aydan iki ilədək müddətə təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 fevral 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş, Qazax RİHB-nin şəhər İƏD tərəfindən 15 aprel 2022–ci il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qazax şəhəri, ünvan 9 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə cəzanın icrası ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Qazax rayonunda yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək dəyişməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Qazax və Ağstafa rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 991.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd 3 qram çəkidə, 585 əyarlı sadə qaşlı qızıl üzük, 1 ədəd 585 əyarlı, 24 qram çəkidə balıq bürcü klonlu qızıl boyunbağı, 1 ədəd üzük, 2 ədəd sırğa olmaqla kvadrat formalı hər üçü sadə qaşlı olmaqla 15 qram çəkidə qızıl dəsti, 750 əyarlı, briliant qaşlarla bəzədilmiş 1 ədəd üzük, 2 ədəd sırğa, 1 ədəd klon və 1 ədəd qolbağı olmaqla 30 qram çəkidə qızıl dəsti və 1 ədəd 750 əyarlı, 4 qram çəkidə, briliant qaşlı qızıl üzüyünün saxlanması üçün mülkiyyətçi Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 80.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə qeyd edir ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyan ödənildiyindən, mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekpertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, vəkil X11 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 270 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN:**********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Qazax və Ağstafa rayonunun ərazi hüdudlarını tərk etməmək, Qazax rayonunda yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Qazax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 1 ədəd 3 qram çəkidə, 585 əyarlı sadə qaşlı qızıl üzük, 1 ədəd 585 əyarlı, 24 qram çəkidə balıq bürcü klonlu qızıl boyunbağı, 1 ədəd üzük, 2 ədəd sırğa olmaqla kvadrat formalı hər üçü sadə qaşlı olmaqla 15 qram çəkidə qızıl dəsti, 750 əyarlı, briliant qaşlarla bəzədilmiş 1 ədəd üzük, 2 ədəd sırğa, 1 ədəd klon və 1 ədəd qolbağı olmaqla 30 qram çəkidə qızıl dəsti və 1 ədəd 750 əyarlı, 4 qram çəkidə, briliant qaşlı qızıl üzüyün saxlanması üçün mülkiyyətçi Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 manat (əlli manat) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 270 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN:**********. Hesab № AZ34İBAZ**********41 53005270 saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar