Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-88/2023 24.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Mingəçevir Konsensus Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində yaşadığı ünvan 1 ünvanında ailə münaqişəsi və qısqanclıq zəminində arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq kəlmələr işlətdiyinə görə o, evdə masanın üzərindəki, içərisində qaynar su olan termosu götürüb, Zərərçəkmiş şəxs baş nahiyəsinə vurub, bununla da termosu onun başında sındırmaqla və içərisindəki qaynar suyun Zərərçəkmiş şəxs sifət, boyun və sağ said nahiyələrinə tökülməsinə səbəb olan hərəkətlərə yol verməklə ona sifətin, boyunun və sağ saidin 1-2-ci dərəcəli termiki yanıqları ilə nəticələnən və səhhətin qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokol tərtib edilərək məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə məhkəməyə verildiyi cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs onun həyat yoldaşı olduğunu, xx.xx.2010-cu il tarixdə ailə həyatı qurduqlarını, birgə nigahlarından 3 az yaşlı övladları olduğunu, ailə qurandan normal münasibətləri olsada qısqanclıq zəmnində bir neçə dəfə mübahisələri olduğunu, hətta son bir ay ərzində evə gec gəlməsinə görə həyat yoldaşı Günelin başqa qadınla münasibətdə olması ilə bağlı ona irad bildirdiyini, aralarında mübahisələrin daha çox olduğunu, buna görə də onunla küslü hərəkət etdiyini, xx.xx.2023-cü il tarixdə saat 13radələrində yuxudan durandan sonra eyvanda səliqəlilik yaratmaq üçün oradakı əşyaların yerinin dəyişdirilməsinə köməklik etməsini həyat yoldaşı Güneldən xahiş etdiyini, lakin, Günelin ona əhəmiyyət verməyib saymamazlıq etdiyini, sonra isə qışqıraraq onu danışdırmamasını tələb etdiyini,həmin vax əsəbləşərək Günelin sinəsindən tutub ayrılmaq təklifi edib evdən çıxıb getməsini tələb etdiyini, buna görə aralarında mübahisə yarandığını, mübahisə zamanı həyat yoldaşı Günelin onun ünvanına kobud və nalayiq sözlər dediyinə görə əsəbləşərək stolun üzərindəki içərisində qaynar su olan termosu onun başına qəsdən vurduğunu, həmin vaxt termosun qırılaraq içərisindəki qaynar suyun Günelin sifət və qol nahiyyəsinə töküldüyünü, nəticədə Günelin xəsarətlər aldığını bildirmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs ilə barışmışdır. Hazırda əməlindən peşmandır, bir daha cinayət törətməyəcəyinə söz verir və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs onun həyat yoldaşı olduğunu, xx.xx.2010-cu il tarixdə ailə həyatı qurduqlarını, birgə nigahlarından 3 az yaşlı övladları olduğunu, ailə qurandan normal münasibətləri olsa da qısqanclıq zəminində bir neçə dəfə mübahisələrinin olduğunu, hətta son bir ay ərzində həyat yoldaşı Təqsirləndirilən şəxs evə gec gəldiyini, başqa qadınla münasibət qurması haqqında şaiələr gəzdiyini, buna görə də onunla küsülü olduğunu, xx.xx.2023-cü il tarixdə saat 13-radələrində həyat yoldaşı Təqsirləndirilən şəxs yuxudan durub eyvanda səliqəlilik yaratmaq üçün oradakı əşyaların yerinin dəyişdirilməsinə köməklik etməsini ondan xahiş etdiyini, lakin, həyat yoldaşı Təqsirləndirilən şəxs onu danışdırmamasmı tələb etdiyini, həmin vaxt Raminin onun sinəsindən tutub evindən çıxıb getməsini tələb edəndə onun ünvanına əsəbləşib kobud sözlər dediyini, bu zaman həyat yoldaşı Raminin stolun üzərindəki içərisində qaynar su olan termosu götürüb qəsdən onun baş nahiyyəsinə vurduğunu və termosun qırılaraq içərisindəki qaynar suyun sifət və əlinə töküldüyünü, nəticədə xəsarətlər aldığını bildirdi. Lakin hadisədən sonra o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Hazırda ondan heç bir şikayəti yoxdur və məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində Zərərçəkmiş şəxs gəlini, Təqsirləndirilən şəxs oğlu olduğunu, onların xx.xx.2010-cu il tarixdə ailə həyatı qurduqlarını, birgə nigahlarından 3 az yaşlı övladları olduğunu, ailə qurandan normal münasibətləri olsada qısqanclıq zəmnində bir neçə dəfə mübahisələri olduğunu, hətta son bir ay ərzində oğlu Raminin evə gec gəlməsinə görə həyat yoldaşı Günelin başqa qadınla münasibətdə olması ilə bağlı ona irad bildirdiyini, aralarında mübahisələrin daha çox olduğunu, buna görə də Günelin küslü hərəkət etdiyini, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində oğlu Raminin yuxudan durandan sonra eyvanda səliqəlilik yaratmaq üçün oradakı əşyaların yerinin dəyişdirilməsinə köməklik etməsini həyat yoldaşı Güneldən xahiş etdiyini, lakin, Günelin ona əhəmiyyət verməyib saymamazlıq etdiyini, sonra isə qışqıraraq onu danışdırmamasını tələb etdiyini,həmin vax oğlu Raminin əsəbləşərək Günelin sinəsindən tutub ayrılmaq təklifi edib evdən çıxıb getməsini tələb etdiyini, buna görə aralarında mübahisə yarandığını, mübahisə zamanı Günelin oğlunun ünvanına kobud və nalayiq sözlər dediyinə görə Raminin əsəbləşərək stolun üzərindəki içərisində qaynar su olan termosu götürüb başına qəsdən vurduğunu, həmin vaxt termosun qırılaraq içərisindəki qaynar suyun Günelin sifət və qol nahiyyəsinə töküldüyünü, nəticədə Günelin xəsarətlər aldığını bildirmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, baş vermiş hadisə yeri Mingəçevir şəhəri, H.Əliyev pros., ev 84 mənzil 50-də yaşayan Zərərçəkmiş şəxs yaşadığı 1 otaqlı mənzildir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 13radələrində yaşadığı evdə həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yarandığını, mübahisə zamanı Raminin termosu onun baş nahiyyəsinə qəsdən vuranda qırılaraq içərisindəki qaynar suyun sifət, boyun və sağ said nahiyyələrinə tökülərək xəsarət yanıq xəsarətləri yetirdiyini bildirmiş və həmin yerləri göstərmişdir. Eyni zamanda baxışda iştirak edən Təqsirləndirilən şəxs münaqişə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs başına termosu qəsdən vuraraq içərisindəki qaynar suyun onun sifət, boyun və qol nahiyyələrinə tökülüb xəsarət yetirdiyini bildirmiş və həmin yeri göstərmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi publik hüquqi şəxsin Mingəçevir şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 286 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər - sifətin, boyunun və sağ saidin 1-2-ci dərəcəli termiki yanıqları, qaynar maye - su təsirindən əmələ gəlmişlər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddir. 15 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokol və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Odur ki, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayəti olmadığını bildirmiş və ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını bildirmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfədir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməldir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM–nin 72–ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Odur ki, məhkəmə hazırki iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–nin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə onun barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-88/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-88/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver