Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-88/2025 14.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1, onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, müdafiəçisi– Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 yanında Qəyyumluq və Himayəçilik Orqanının səlahiyyətli nümayəndəsi X3, müdafiəçisi-Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx.xx.2008-ci il tarixdə Ağstafa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri seçilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM–in 185.2.1 və 185.2.2-ci maddələri ilə, xx.xx.2007-ci il tarixdə Yevlax rayonu, Gülövşə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 11 (on bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM–in 69.3–cü maddəsinə əsasən üzərində qəti olaraq 7 (yeddi) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, ünvan 3 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM–in 185.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında olan razılığa əsasən hər ikisi birlikdə xx.xx.2024-cü il tarixdə təxminən gecə saat 02 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 68/18 №-li yaşayış binasının qarşısında saxladığı Zərərçəkmiş şəxs1 məxsus 1988-ci ildə istehsal olunmuş, açıq yaşıl rəngli Vaz markalı 2107 modelli, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqdan sonra Təqsirləndirilən şəxs1 avtomobilin qabaq sol qapısını istintaqa məlum olmayan mənbədən əldə etdiyi avtomobil açarı vasitəsilə açar seçmə yolu ilə açdıqdan sonra hər ikisi birlikdə avtomobilin salonuna əyləşmiş, Təqsirləndirilən şəxs1 özündə olan avtomobil açarı vasitəsilə açarseçmə yolu ilə avtomobilin mühərrikini işə salıb avtomobili Mingəçevir şəhəri ərazisində müəyyən müddət idarə edib geri qaytarıb Mingəçevir şəhəri H.Əliyev prospekti 68/18 №-li yaşayış binasının qarşısında saxlayaraq, Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 məxsus avtomobili talama məqsədi olmadan ələ keçirib qaçırmışdır. Bundan başqa o, təkrarən xx.xx.2024-cü il tarixdə təxminən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12/1 №-li yaşayış binasının qarşısında saxladığı Zərərçəkmiş şəxs2 məxsus 2006-cı ildə istehsal olunmuş, göy-yaşıl rəngli Vaz markalı, 21074 modelli, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısını istintaqa məlum olmayan mənbədən əldə etdiyi özündə olan avtomobil açarı vasitəsilə açarseçmə yolu ilə açıb avtomobilin salonuna əyləşib özündə olan açar vasitəsilə açarseçmə yolu ilə avtomobilin mühərrikini işə salıb avtomobili Mingəçevir şəhəri ərazisində müəyyən müddət idarə edib geri qaytarıb Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 12/1 №-li yaşayış binasının qarşısında saxlayaraq, Zərərçəkmiş şəxs2 məxsus avtomobili talama məqsədi olmadan ələ keçirib qaçırmışdır. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2ci maddələri ilə ittiham verilmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında olan razılığa əsasən hər ikisi birlikdə xx.xx.2024-cü il tarixdə təxminən gecə saat 02 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti 68/18 №-li yaşayış binasının qarşısında saxladığı Zərərçəkmiş şəxs1 məxsus 1988-ci ildə istehsal olunmuş, açıq yaşıl rəngli Vaz markalı 2107 modelli, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqdan sonra Təqsirləndirilən şəxs1 avtomobilin qabaq sol qapısını istintaqa məlum olmayan mənbədən əldə etdiyi avtomobil açarı vasitəsilə açar seçmə yolu ilə açdıqdan sonra hər ikisi birlikdə avtomobilin salonuna əyləşmiş, Təqsirləndirilən şəxs1 özündə olan avtomobil açarı vasitəsilə açarseçmə yolu ilə avtomobilin mühərrikini işə salıb avtomobili Mingəçevir şəhəri ərazisində müəyyən müddət sürüb geri qaytarıb Mingəçevir şəhəri H.Əliyev prospekti 68/18 №-li yaşayış binasının qarşısında saxlayaraq Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs1 məxsus avtomobili talama məqsədi olmadan ələ keçirib qaçırmışdır. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. 9-cu sinifdən təhsilini başa vurmuşdur. Atası vəfat etmiş, hazırda anasının himayəsində yaşayır. xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri, Nəsimi küçsində yerləşən dostluq şadlıq sarayının yaxınlığından keçərkən avtomobil yolunun kənarında avtomobil açarları olduğunu görüb götürmüşdür. Özü avtomobil həvəskarıdır. xx.xx.2024cü il tarixdə gecə saat 02 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən ''Atabank"-ın inzibati binasının yaxınlığında yerləşən yaşayış binasının qarşısından keçərkən binanın qarşısında açıq yaşıl rəngli 2107 markalı avtomobil görüb həmin avtomobili sürmək fikrinə düşmüşdür. Bundan sonra avtomobilə yaxınlaşıb özündə olan açarla avtomobilin qabaq qapısını açıb salona əyləşmişdir. Daha sonra yenə də özündə olan açarla avtomobilin mühərrikini işə salmışdır. Avtomobilin yanacağının az olması barədə xəbərdaredici işıq yanmışdır. Buna görə də həmin avtomobili təxminən 15 dəqiqə ərizində şəhər ərazisində sürərkən tanışı Həsrəti görmüş və avtomobili saxlayıb Həsrət də digər qapını açıb qabaq oturacaqda əyləşməsini təklif etmişdir. Avtomobili biraz sürdükdən sonra geri qayıdaraq avtomobili əvvəlki saxlanılmış yerdən bir qədər kənarda saxlayıb oradan çıxıb yaşadıqları evə getmişlər. Bundan başqa xx.xx.2024-cü il tarixdə yenə də gecə təxminən saat 03 radələrində Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində yerləşən binaların qarşısından keçərkən binanın qarşısında tünd yaşıl rəngli Vaz 2107 markalı avtomobil dayandığını görüb həmin avtomobili də sürmək fikrinə düşmüşdür. Avtomobilə yaxınlaşıb özündə olan açarla avtomobilin qabaq qapısını açıb salona əyləşmiş, daha sonra yenə də özündə olan açarla avtomobilin mühərrikini işə salmışdır. Avtomobili idarə edib şəhərin H.Əİiyev prospektində avtovağzalın yaxınlığında yerləşən Azpetrol yanacaq doldurma məntəqəsinə gedərək orada avtomobilə 2.9 manat dəyərində yanacaq doldurmuşdur. Həmin avtomobili də bir qədər şəhər ərazisində sürdükdən sonra geri qayıdaraq yenə də həmin avtomobili əvvəllər saxlanılmış yerdən bir qədər aralıda saxlayıb yaşadığı evə getmişdir. Hər iki avtomobili tək qaçırmış, avtomobil həvəskarı olduğundan avtomobilləri bir qədər sürüb sonra isə geri qaytarıb qoymaq fikrində olmuş, həmin avtomobilləri oğulamaq məqsədi ilə qaçırmamış, avtomobillərin salonundan da hər hansı əşya oğurlamamış, cinayət hadisələri törətməsi barədə heç kimə məlumat verməmiş, qaçırdığı avtomobillərə hər hansı zədə yetirməmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmiş və onlarla barışıq əldə edilmişdir. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə2 yanında Qəyyumluq və Himayəçilik Orqanının səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, hazırda heç bir yerdə işləmir. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilmişdir. Amar adlı şəxsi uzun müddətdir ki, tanıyır. Amarla münasibətləri normaldır. xx.xx.2024-cü il tarixdə gecə saatlarında Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən ”Atabank”-ın inzibati binasının yaxınlığındakı Amar Vaz 2107 markalı avtomobili sürüb yanında saxlamış, onunla avtomobildə şəhərdə gəzməyi təklif etmiş, o da razılaşıb avtomobilə əyləşmişdir. Onlar həmin avtomobillə şəhər ərazisində avtomobili bir qədər sürdükdən sonra geri qayıdıb avtomobili Amar götürdüyü yerdə saxlayıb avtomobildən düşüb yaşadıqları evə getmişlər. Sonradan polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər, o da necə olduğunu danışmışdır. Amarla ondan başqa həmin avtomobildə kimsə olmamışdır. Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs2 yaşadığı Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12/1 №-li yaşayış binasının qarşısında saxladığı Vaz 2107 markalı BK 301 dövlət qeydiyyat nişanlı avtomobili qaçırmasından məlumatı olmamış, avtomobil həvəskarı olduğundan avtomobili bir qədər sürüb sonra isə geri qaytarıb qoymaq fikrində olmuşdur, həmin avtomobili oğulamaq məqsədi ilə qaçırmamışdır, həmçinin avtomobilin salonundan da hər hansı əşya oğurlamamış, avtomobilə hər hansı zədə yetirməmişlər. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxs1 dəymiş ziyan ödənilmiş və onunla barışıq əldə edilmişdir. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, hazırda Mingəçevir şəhəri 13 saylı orta məktəbdə müəllim vəzifəsində işləyir. 2019-cu ildə 5100 manata özünə Vaz 21074 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Avtomobil 2006-cı ildə istehsal olunubdur, göy-yaşıl rənglidir. Avtomobili daima yaşadığı binanın qarşısında saxlayır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində avtomobili yaşadığı binanın qarşısında saxlayıb yaşadığı mənzilə qalxmışdır. Avtomobilin qapılarını bağlamışdır. Ertəsi gün, yəni xx.xx.2024-cü il tarixdə saat 10 radələrində mənzilin eyvanına çıxıb baxdıqda avtomobili saxladığı yerdən bir qədər aralıda olduğunu görüb həyətə düşmüşdür. Avtomobilə yaxınlaşarkən arxa qapının açıq olduğunu görmüşdür. Daha sonra qabaq oturacağa keçdikdə avtomobilin kilidinə müdaxilə olduğunu görüb dərhal avtomobildən bayıra çıxıb kapotu qaldırıb mühərrikə baxdıqda mühərrikin də isti olduğunu, yəni avtomobilin sürüldüyünü başa düşmüşdür. Buna görə də polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Avtomobilin kuzov və ya salonuna hər hansı zədə yetirilməmiş, Təqsirləndirilən şəxs1 tanımır, onunla arasında hər hansı ədavət və ya düşmənçilik yoxdur. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs1 həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Vaz 2107 markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında ona məxsusdur. xx.xx.2024-cü il tarixdə saat 00 radələrində o, yaşadığı binaya avtomobillə gəldikdən sonra avtomobili binanın qarşısında saxlayıb düşdükdən sonra avtomobilin qapılarını bağlayıb getmişdir. Daha sonra saat 02 radələrində eyvana çıxanda avtomobili yerində olmadığını görmüşdür. Bundan sonra həmin gün onun yaşadığı mənzildə qonaq olan dostu Elamin ilə birlikdə aşağı yəni həyətə düşüb maşını axtarmışlar, lakin yaxınlıqda tapa bilmədiyi üçün avtomobilin surətlər qutusun neytarala düşərək öz başına hərəkət edərək Nizami küçəsinə düşməsini, buna görə də polis əməkdaşlarının polis şöbəsinə aparmasını güman edib polis şöbəsinə getmişdir. Lakin avtomobili tapa bilmədikdə o, DİN-nin 102 xidmətinə zəng edərək maşının qaçırılması barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə hadisə yerinə yəni, avtomobilin qaçırıldığı yerə baxış keçirilməsi üçün geri qayıtdıqda avtomobilin yerində olmasını və qapısının açıq vəziyyətdə olmasını aşkarlamışlar. Avtomobilin içərisinə diqqətlə baxanda məlum olmuşdur ki, avtomobilin salonundan hər hansı əşya götürülməyibdir, eləcə də avtomobilə hər hansı zədə yetirilməyibdir. Daha sonra avtomobildən ekspert tərəfindən əl barmaq izləri götürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır, onlarla arasında hər hansı ədavət və ya düşmənçilik yoxdur. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Onlarla barışmışdır. Odur ki, məhkəmədən təqsirləndirilən şəxslərə həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şahar Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri H.Əliyev küçəsi 68/1 №-li evin 23№-li mənzilində yaşayan Zərərçəkmiş şəxs1 Mingəçevir ŞPŞ-nə ərizə ilə müraciət edərək həmin gün saat 02 radələrində yaşadığı binanın qarşısında saxladığı özünə məxsus Vaz 21074 markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılıb bir müddət idarə edildikdən sonra yaşadığı binanın qarşısında saxlanıldığını bildirmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12/1 №-li evin 5№-li mənzilində yaşayan Məmmədov X1 ŞPŞ-nə ərizə ilə müraciət edərək həmin gün gecə saatlarında yaşadığı binanın qarşısında saxladığı özünə məxsus Vaz 21074 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılıb bir müddət idarə edildikdən sonra yaşadığı binanın qarşısında saxlanıldığını bildirmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində qeyd olunan cinayət hadisələrinin xx.xx.2008-ci ildə Ağstafa şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi ev 22 mənzil 66-da qeydiyyatda olmaqla yaşayan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 və xx.xx.2007-ci ildə Yevlax rayonu Gülövşə kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri H.Əliyev küçəsi ev 84 mənzil 1A-da qeydiyyatda olmaqla yaşayan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 tərəfindən törədildiyi müəyyən edilmişdir. Hər iki şəxs polis şöbəsinə gətirilmiş və törətdikləri əməli etiraf etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Vaz 21074 markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobil qapısı açıq vəziyyətdə Mingəçevir şəhəri H.Əliyev küçəsi 68/18№-li yaşayış binasının qarşısında saxlanılmışdır. Baxış zamanı avtomobilin salonunda və kuzov hissəsində hər hansı zədə müəyyən edilməmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb etdiyi üçün avtomobilin kuzovununda əl-barmaq izləri götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən yer Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 14/1№-İi yaşayış binasının qabaq hissəsidi. Təbriz küçəsi 3 saylı yaşayış binası 5 mərtəbədən 4girişdən ibarətdir. Binanın ön hissəsinə asfalt döşənmişdir. Asfalt yolun eni 4 metrdir. Asfalt yolun qurtaracağından torpaq sahə başlayır. Binanın qarşısında mağar vardır. Binadan 15 metr aralıda gündəlik tələbat malları mağazası yerləşir. Binanın qarşısında avtomobillərin saxlanılması üçün nəzərdə tutulmuş sahə vardır. Baxış zamanı Zərərçəkmiş şəxs2 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində özünə məxsus Vaz 21074 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı binanın qarşısında saxlamış, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində yaşadığı mənzildən çıxıb binanın qarşısına gəldikdə avtomobilin saxladığı yerdə deyil, həmin yerdən təxminən 2 metr aralıda olduğunu, daha sonra avtomobilin qapısının açıq olduğunu və avtomobilin kilidindən də istifadə edildiyini görüb avtomobilin qaçırılması barədə polis şöbəsinə məlumat vermişdir. Baxış zamanı avtomobilin salonunda və kuzov hissəsində hər hansı zədə müəyyən edilmədi. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı maddi sübut aşkar edilmədi. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli baxış keçirilmə və götürülmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 qaçırdığı avtomobillərin qapısını açmaq və mühərriklərini işə salmaq üçün istifadə etdiyi 4 ədəd açarlar Təqsirləndirilən şəxs1 götürülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-11/2-12194/2024 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli, 3-13-98/2-31059/2024 nömrəli məktub vasitəsi ilə, xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus Vaz 2107 markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2024-cü il tarixdə KTİyə daxil olmuşdur. Təqdim edilmiş əl izləri DİN KTİ-nin ADİS məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı izlərdən 02 (iki) ədədi (d/x Mingəçevir ŞPŞ-dən şübhəli şəxs qismində ADİS-in məlumat bankında olan) xx.xx.2007-ci ildə Yevlax şəhərində anadan olmuş Təqsirləndirilən şəxs2 (avtomobilin yük yerinin qapısının üzərindən) sağ əlinin ovucu (02 dəfə) ilə, 02 ədədi (d/x Mingəçevir ŞPŞ-dən şübhəli şəxs qismində ADİS-in məlumat bankına daxil olan) xx.xx.2008-ci ildə Ağstafa rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 (avtomobilin yük yerinin qapısının üzərindən) sağ əlinin böyük (02 dəfə) barmağı ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilmədi. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 185.2.4-cü maddələri ilə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 185.2.4-cü maddələri ilə cinayət təqibi rədd edilmiş, Zərərçəkmiş şəxs1 məxsus Vaz markalı 2107 modelli ** MN *** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs2 məxsus Vaz markalı 21074 modelli ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillər və 4 ədəd açarlar maddi sübut kimi tanınmış və avtomobillərin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 1(051)- 65/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona CM–in 177.2.1–ci və 177.2.3-cü maddələri ilə 1 (bir) il 11 (on bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 8 (səkkiz) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 5 (beş) ay 15 (on beş) gün, cəmi 7 ay 27 gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasına iki gün hesabı ilə hesablanmaqla 1 (bir) il 3 (üç) ay 24 (iyirmi dörd) gün müddət təyin edilmiş cəzadan çıxılıb, üzərində qəti olaraq 7 (yeddi) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. Cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1–ci və 177.2.3-cü maddələri ilə məhkumluğu vardır. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş məktubdan görünür ki, İbrahimli X5 Şəhər Məhkəməsinin 25 dekabr 2024–cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1–ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 7 ay 6 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum xx.xx.2025-ci il tarixdə cəzasının icrası ilə bağlı qeydiyyata alınmışdır. Bugünkü tarixə cəzasının 3 ay 23 günü icra olunmuş, 3 ay 13 günü icra olunmamış qalmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında olan razılığa əsasən hər ikisi birlikdə xx.xx.2024-cü il tarixdə təxminən gecə saat 02 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti 68/18 №-li yaşayış binasının qarşısından Zərərçəkmiş şəxs1 məxsus 1988-ci ildə istehsal olunmuş, açıq yaşıl rəngli Vaz markalı 2107 modelli, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobili istintaqa məlum olmayan mənbədən əldə etdiyi özündə olan avtomobil açarı vasitəsilə açarseçmə yolu ilə avtomobilin mühərrikini işə salıb Mingəçevir şəhəri ərazisində müəyyən müddət idarə edib geri qaytarmaqla Zərərçəkmiş şəxs1 məxsus avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmış, bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən xx.xx.2024-cü il tarixdə təxminən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12/1 №-li yaşayış binasının qarşısında saxladığı Zərərçəkmiş şəxs2 məxsus 2006-cı ildə istehsal olunmuş, göy-yaşıl rəngli Vaz markalı, 21074 modelli, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili istintaqa məlum olmayan mənbədən əldə etdiyi özündə olan avtomobil açarı vasitəsilə açarseçmə yolu ilə avtomobilin mühərrikini işə salıb avtomobili Mingəçevir şəhəri ərazisində müəyyən müddət sürüb idarə edib qaytarmaqla Zərərçəkmiş şəxs2 məxsus avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmışdır. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ictimai təhlükəli əməli törətmiş və onların əməlində cinayət tərkibinin bütün əlamətlərinin olması tam sübuta yetirilmişdir. Onlara qarşı elan edilmiş ittihamda təqsirli olmaları şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslərin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında olan razılığa əsasən hər ikisi birlikdə xx.xx.2024-cü il tarixdə təxminən gecə saat 02 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti 68/18 №-li yaşayış binasının qarşısında saxladığı Zərərçəkmiş şəxs1 məxsus 1988-ci ildə istehsal olunmuş, açıq yaşıl rəngli Vaz markalı 2107 modelli, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobili istintaqa məlum olmayan mənbədən əldə etdiyi avtomobil açarı vasitəsilə açar seçmə yolu ilə açdıqdan sonra hər ikisi birlikdə avtomobilin salonuna əyləşmiş, Təqsirləndirilən şəxs1 özündə olan avtomobil açarı vasitəsi ilə açarseçmə yolu ilə avtomobilin mühərrikini işə salıb avtomobili Mingəçevir şəhəri ərazisində müəyyən müddət idarə edib geri qaytarıb Mingəçevir şəhəri H.Əliyev prospekti 68/18 №-li yaşayış binasının qarşısında saxlayaraq Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 məxsus avtomobili talama məqsədi olmadan ələ keçirib qaçırmışdır. Bundan başqa o, təkrarən xx.xx.2024-cü il tarixdə təxminən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 12/1 №-li yaşayış binasının qarşısında saxladığı Zərərçəkmiş şəxs2 məxsus 2006-cı ildə istehsal olunmuş, göy-yaşıl rəngli Vaz markalı, 21074 modelli, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısını istintaqa məlum olmayan mənbədən əldə etdiyi özündə olan avtomobil açarı vasitəsi ilə açarseçmə yolu ilə açıb avtomobilin salonuna əyləşib özündə olan açar vasitəsi açarseçmə yolu ilə avtomobilin mühərrikini işə salıb avtomobili Mingəçevir şəhəri ərazisində müəyyən müddət idarə edib geri qaytarıb Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12/1 №-li yaşayış binasının qarşısında saxlayaraq Zərərçəkmiş şəxs2 məxsus avtomobili talama məqsədi olmadan ələ keçirib qaçırmışdır. Ona görə də məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2–ci maddələri ilə tövsif olunmalıdır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2–ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə istintaqında, həmçinin tam sübuta yetdi ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında olan razılığa əsasən hər ikisi birlikdə xx.xx.2024-cü il tarixdə təxminən gecə saat 02 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti 68/18 №-li yaşayış binasının qarşısında saxladığı Zərərçəkmiş şəxs1 məxsus 1988-ci ildə istehsal olunmuş, açıq yaşıl rəngli Vaz markalı 2107 modelli, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqdan sonra Təqsirləndirilən şəxs1 avtomobilin qabaq sol qapısını istintaqa məlum olmayan mənbədən əldə etdiyi avtomobil açarı vasitəsilə açarseçmə yolu ilə açdıqdan sonra hər ikisi birlikdə avtomobilin salonuna əyləşmiş, Təqsirləndirilən şəxs1 özündə olan avtomobil açarı vasitəsilə açarseçmə yolu ilə avtomobilin mühərrikini işə salıb avtomobili Mingəçevir şəhəri ərazisində müəyyən müddət idarə edib geri qaytarıb Mingəçevir şəhəri H.Əliyev prospekti 68/18 №-li yaşayış binasının qarşısında saxlayaraq Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs1 məxsus avtomobili talama məqsədi olmadan ələ keçirib qaçırmışdır. Ona görə də məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, İbrahimli X5 şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 7 (yeddi) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lakin Təqsirləndirilən şəxs2 məhkum olunmamışdan və həmin hökm qanuni qüvvəyə minməmişdən əvvəl, yəni xx.xx.2024-cü il tarixdə qəsdən cinayət törətsə də, o, həmin cinayətə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş, habelə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 sonuncu cinayəti Mingəçevir Şəhər Məhkəməsinin 25 dekabr 2024–cü il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, ona hazırkı cinayət işi üzrə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən, cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2–ci maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə ilə əlaqədar qəsdən törədilən cinayətlərdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət törədərkən yetkinlik yaşına çatmamasını, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2008-ci il tarixdə Ağstafa rayonunda doğulmuşdur. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış ərizələrdən görünür ki, onlara dəymiş ziyan ödənilmişdir. Onların Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbləri yoxdur. Onunla barışmışlar. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə saxlanıldığı Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin xx.xx.2024–cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs2 cinayət törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Cinayət işinin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2007-ci il tarixdə Yevlax rayonu, Gülövşə kəndində doğulmuşdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmişdir. Onun hazırda Təqsirləndirilən şəxs2 heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini və həmin cəzanı CM-in 66.5–ci maddəsində nəzərdə tutulmuş qaydada, Mingəçevir Şəhər Məhkəməsinin 25 dekabr 2024–cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla, ona cinayətlərin məcmusu üzrə qəti olaraq azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinib, 7 (yeddi) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum xx.xx.2025-ci il tarixdə cəzasının icrası ilə bağlı qeydiyyata alınmışdır. Bugünkü tarixə cəzasının 3 ay 23 günü icra olunmuş, 3 ay 13 günü icra olunmamış qalmışdır. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini xx.xx.2024-cü il tarixdə, yəni hökm qüvvəyə minməmişdən əvvəl törətmişdir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-65/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəlki iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanılmış, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında saxlanılmışdır. Həmin müddət cəmi 7 ay 27 gün təşkil edir. Ona görə də hazırkı cinayət işi üzrə həmin çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalı, həmçinin şübhəli şəxsin tutulması haqqında qərara əsaən Təqsirləndirilən şəxs2 xx.xx.2024–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə saxlanıldığı Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin hazırkı cinayət işi üzrə həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanıldığı müddət ümumilikdə 7 ay 29 gün müddət təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanıldığı 7 ay 29 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 1 il 3 ay 28 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə cəzanın başlanğıcı ilə bağlı qeyd edir ki, İbrahimli X5 Şəhər Məhkəməsinin 25 dekabr 2024–cü il tarixli hökmü ilə təyin edilmiş 7 ay 6 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası ilə bağlı xx.xx.2025-ci il tarixdə cəzanın icrasına nəzarət edən Mingəçevir Şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alınmışdır. Hazırkı hökmlə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası CM-in 66.5–ci maddəsində nəzərdə tutulmuş qaydada, birinci hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla, ona cinayətlərin məcmusu üzrə qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən, ona hazırkı hökmlə təyin edilən qəti cəzanın başlanğıcı birinci hökm üzrə cəzanın icrası ilə bağlı cəzanın icrasına nəzarət edən Mingəçevir Şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hazırkı cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus Vaz markalı 2107 modelli ** MN *** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs2 məxsus Vaz markalı 21074 modelli ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillərin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də saxlanılan 4 ədəd açarlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 2 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 15 noyabr 2024-cü il tarixdən 17 noyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq, 1 (bir) il 1 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yeni hökm üzrə təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-65/2024 saylı 25 dekabr 2024–cü il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırkı cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlandığı 02 (iki) gün, əvvəlki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 8 (səkkiz) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 5 (beş) ay 15 (on beş) gün, cəmi 7 ay 27 gün müddət, ümumilikdə 7 ay 29 gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasına iki gün hesabı ilə hesablanmaqla 1 (bir) il 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 8 (səkkiz) ay 2 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzasının başlanğıcı birinci hökm üzrə çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla xx.xx.2025ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus Vaz markalı 2107 modelli ** MN *** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs2 məxsus Vaz markalı 21074 modelli ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillərin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də saxlanılan 4 ədəd açarlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-88/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-88/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver