Məhkəmə qərarları › İş №1(051)-89/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-89/2021

20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-89/2021 20.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və təqsirləndirilən şəxsin müdafiəçisi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Ağdaş rayonu, Qolqəti kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin Xüsusi xilasetmə hissəsinin Xilasetmə növbəsinin xilasedicisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində yayılmış "Koronavirus-covid 19" pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyənləşdirilmiş xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq Mingəçevir şəhərinə girişçıxışın məhdudlaşdırılması və vətəndaşların xüsusi icazə əsasında hərəkətinin tənzimlənməsinə nəzarətin həyata keçirilməsi məqsədilə şəhərinin giriş və çıxışında stasionar polis postu quraşdırılmaqla vətəndaşların müvafiq icazə sənədlərinin yoxlanılması ilə bağlı tələblərə əməl etməyərək 12.12.2020-ci il tarixdə saat 10:54 radələrində şəhərdən çıxış icazəsi olmayan qohumları Şahid6 və Şahid5 X8 məxsus olan etibarnamə əsasında idarə etdiyi "Nissan Altima" markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə icazəsiz şəhərdən çıxarmaq istəyərkən şəhərin Yevlax rayonu Xaldan qəsəbəsi istiqamətindən çıxışında quraşdırılmış stasionar polis postuna yaxınlaşaraq mövcud növbəni gözləmədən əks istiqamətdə yola çıxıb hərəkət etmək istəyərkən onun və avtomobildə sərnişin qismində əyləşmiş və xüsusi karantin rejimi şərtlərinə uyğun olaraq şəhərdən çıxış icazəsi olmayan Şahid6 və Şahid5 icazə sənədlərinin yoxlanılması məqsədilə avtomobili saxladaraq sənədləri tələb edən Mingəçevir ŞPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid1 qanuni tələbindən hiddətlənərək istifadəsində olan avtomobili qəflətən şəhərin çıxışı istiqamətində hərəkət etdirmiş və Azərbaycan Respublikası Prezidentinin 19.03.2020-ci il tarixli fərmanı əsasında şəhər ərazisində tətbiq edilən xüsusi karantin rejiminə əməl olunması vəzifəsi həvalə edilmiş Azərbaycan Respublikası DİN-nin Mingəçevir ŞPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirmək məqsədilə onun idarə etdiyi avtomobilin qarşısına keçərək saxla əmrinə tabe olmayıb hərəkətini davam etdirərək avtomobilin sağ yan güzgüsü ilə Zərərçəkmiş şəxs sol qolunun dirsək nahiyyəsinə vurmaqla ona sol dirsəyində qançır ilə nəticələnən sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə hakimiyyət nümayəndəsinə xidməti vəzifəsini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin dekabr ayının əvvələrində arvadı Tamellanın dayısı Qafur və həyat yoldaşı Sahilə (vəfat edib) sonuncunu həkim müayinəsindən keçirmək üçün Bakı şəhərindən onun yaşadığı evə gəlmişdilər. Lakin, karantin rejimi ilə əlaqədar Mingəçevir şəhər xəstəxanası bağlı olduğundan heç bir xəstə qəbul etməmişdir. Buna görə də onlar xəstəxanaya və həkim qəbuluna düşə bilməmişlər. Daha sonra Sahilə Mustafayeva 10.12.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etmiş və doğulduğu yer olan Zərdab rayonu Alıcanlı kəndində dəfn olunmuşdur. 12.12.2020-ci il tarixdə təxminən saat 10 radələrində arvadı Tamella və qayınanası Gülarə ilə birlikdə X8 məxus, etibarnamə ilə idarə etdiyi "Nissan Altima" markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sahilə Mustafayevanın yas mərasimində iştirak etmək məqsədilə Zərdab rayonuna getmək üçün Mingəçevir şəhərinin “Ala qapı” istiqamətindəki giriş-çıxışına gəlmişdir. Orada karantin postu qurulmuş, bir neçə avtomobillər sıra ardıcıllığı ilə keçmək və yoxlanmaq üçün dayanıb gözləmişdilər. Həmin vaxt tələsdiyi üçün qaydalara əməl etməyərək avtomobillərin arxasından gözləməyib əks hərəkət yoluna çıxıb hərəkətini davam etdirmiş, postda yoxlanış aparan adı ona sonradan məlum olan Nicat adlı polis əməkdaşı ona saxla işarəsi vermiş, avtomobilini saxlayıb iş yeri barədə arayışı göstərib FHN-nin əməkdaşı olduğunu bildirmişdir. Həmin vaxt Nicat adlı polis əməkdaşı icazəsi olmayan avtomobildəki sərnişinlərində şəxsiyyətini təsdiq edən və icazə sənədlərini istəmişdir. Bu zaman o, əsəbləşib onun göstərişinə tabe olmadan avtomobilini şəhərin çıxışı istiqamətində sürmüşdür. Həmin vaxt şəhərə daxil olmaq istəyən avtomobillərin yoxlanışını aparan adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qarşısına keçib əl ilə işarə edib avtomobili saxlamağını tələb etmişdir. Lakin, o, əsəbi halda olduğundan və avtomobildə olan yaxınlarının icazəsi olmadığı üçün idarə etdiyi avtomobili polis əməkdaşı Hakimin üzərinə doğru sürmüş, həmin vaxt Zərərçəkmiş şəxs onun avtomobili saxlamadığını və hərəkətini davam etdirirərək onun üzərinə sürdüyünü görüb yoldan çıxmış, bu zaman idarə etdiyi avtomobilin sağ yan güzgüsü Zərərçəkmiş şəxs sol qoluna dəymişdir. Mingəçevir şəhəri “Ala Qapı” adlanan ərazidə quraşdırılmış giriş-çıxışa nəzarət edən karantin postundan saxla əmrinə məhəl qoymadan keçən zaman Mingəçevir ŞPŞ-nin PPXB-nin polis nəfəri Zərərçəkmiş şəxs onun idarə etdiyi avtomobili saxlamağı üçün işarə edən zaman onun ilə avtomobil arasında təxminən 15 metr məsafə olmuşdur. 12.12.2020-ci il tarixdə baş vermiş hadisə zamanı idarə etdiyi avtomobildə sərnişin qismində arvadı Şahid5 və qaynanası Şahid6 olmuşdur. Daha sonra əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışmasını, həmçinin, ailəli olmaqla himayəsində 2 nəfər az yaşlı uşağının olmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci ildən Mingəçevir ŞPŞ-nin PPXB-nin polis nəfəri olaraq işləyir. 12.12.2020-ci il tarixdə saat 09:00-da Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, Mingəçevir ŞPŞ-nin PPXB-nün polis nəfərləri Şahid1, Şahid3 və X9 ilə birlikdə Mingəçevir şəhərinin giriş hissəsində (Ala qapı) qurulan karantin postuna xidmətə başlamışdır. Onların orada vəzifə borcu sərt karantin qaydalarına uyğun olaraq şəhər ərazisindən çıxmaq və daxil olmaq istəyən şəxslərin icazələrinin olub olmamasını sıra ilə müəyyən etmək, icazə olmayan şəxsləri və ya avtomobilləri geri qaytarmaq, ya da onların barəsində qanuna müvafiq tədbirlər görmək olmuşdur. Həmin günü təxminən saat 10:50-radələrində o, şəhərə daxil olmaq istəyən, Şahid1 isə şəhərdən çıxmaq istəyən avtomobillərin və içərisində olan sərnişinlərin yoxlanışını aparmışdır. Hər iki istiqamətdə təxminən 30 avtomobil sıra ilə düzülüb yoxlama vaxtlarını gözləmişdir. Bu zaman şəhərdən çıxmaq üçün dayanıb gözləyən avtomobillərin arxa hissəsindən gələn "Nissan Altima" markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü qaydalara əməl etməyərək və sırada gözləmədən əks hərəkət yoluna çıxaraq sürətlə hərəkətini davam etdirmişdir. Bu vaxt Şahid1 ona işarə edib avtomobili saxlamasını tələb etsə də sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi həmin avtomobil sürücüsü avtomobili Nicatın yanında saxlayıb kobud cavab qaytararaq FHN-nin əməkdaşı olduğunu bildirmişdir. Nicat isə ona idarə etdiyi avtomobildə olan digər iki nəfər şəxsin şəhəri tərk etmək üçün müvafiq icazələrinin olubolmamasının yoxlanılmalı olduğunu bildirmiş, Təqsirləndirilən şəxs isə Nicatın bu sözündən əsəbləşərək avtomobilini sürətlə idarə edib şəhərdən çıxmaq üçün hərəkətini davam etdirmişdir. Avtomobilin qaydalara əməl etmədiyini gördüyü üçün avtomobilin qarşısında keçib ona saxla işarəsi verərək avtomobilini saxlamasını tələb etmişdir. Bu zaman Təqsirləndirilən şəxs onun avtomobilin qarşısında olmağına məhəl qoymaraq sürət qutusuna (qaz) ayağını basıb hərəkətini davam etdirmişdir. Onun avtomobili saxlamadığını görüb xəsarət almamaq üçün avtomobilin qabağından qaçıb sol tərəfə yoldan çıxmışdır. Həmin vaxt avtomobilin sağ güzgüsü onun sol qolunun dirsək nahiyyəsinə dəyərək ona xəsarət yetirmişdir. Həmin zərbənin təsirindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sağ yan güzgüsü qatlanmışdır. Təqsirləndirilən şəxs isə avtomobili saxlamadan sürüb çıxıb getmişdir. Təxminən 10 metr uzaqlaşdıqdan sonra isə həmin avtomobilin sağ qabaq oturacağında əyləşmiş adını bilmədiyi qadın əli ilə həmin güzgünü düzəldərək əvvəlki vəziyyətinə qaytarmışdır. Baş vermiş hadisəyə Mingəçevir ŞPŞnin CAB-nin əməliyyat müvəkkili Şahid2, Mingəçevir ŞPŞ-nin PPXB-nün polis nəfərləri Şahid1, Şahid3 və X9 və orada növbə gözləyən adlarını bilmədiyi şəxslər şahid olmuşlar. Lakin sonradan təqsirləndirilən şəxslə barışmışdır. Ona görə də onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Ona yüngül cəza verilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin may ayından etibarən Mingəçevir ŞPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. Baş vermiş hadisə ilə bağlı olaraq bildirir ki, 12.12.2020-ci il tarixdə saat 09-da o, Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, Mingəçevir ŞPŞ-nin PPXB-nin polis nəfərləri Zərərçəkmiş şəxs, Şahid3 və X9 ilə birlikdə Mingəçevir şəhərinin giriş hissəsində (Ala qapı) qurulan karantin postuna xidmətə başlamışdır. Onların orada vəzifə borcu sərt karantin qaydalarına uyğun olaraq şəhər ərazisindən çıxmaq və daxil olmaq istəyən şəxslərin icazələrinin olub olmamasını sıra ilə müəyyən etmək, icazə olmayan şəxsləri və ya avtomobilləri geri qaytarmaq, ya da onların barəsində qanuna müvafiq tədbirlər görmək olmuşdur. Həmin günü təxminən saat 10:50-radələrində Zərərçəkmiş şəxs şəhərə daxil olmaq istəyən, o isə şəhərdən çıxmaq istəyən avtomobillərin və içərisində olan sərnişinlərin yoxlanışını aparmışdır. Hər iki istiqamətdə təxminən 30 avtomobil sıra ilə düzülüb yoxlama vaxtlarını gözləmişdir. Bu zaman şəhərdən çıxmaq üçün dayanıb gözləyən avtomobillərin arxa hissəsindən gələn "Nissan Altima" markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü qaydalara əməl etməyərək və sırada gözləmədən əks hərəkət yoluna çıxaraq sürətlə hərəkətini davam etdirmişdir. Bu vaxt o, ona işarə edib avtomobili saxlamasını tələb etsə də sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi həmin avtomobil sürücüsü avtomobili onun yanında saxlayıb kobud cavab qaytararaq FHN-nin əməkdaşı olduğunu bildirmişdir. Ona idarə etdiyi avtomobildə olan digər iki nəfər şəxsin şəhəri tərk etmək üçün müvafiq icazələrinin olub-olmamasının yoxlanılmalı olduğunu bildirmiş, Təqsirləndirilən şəxs isə onun bu sözündən əsəbləşərək avtomobilini sürətlə idarə edib şəhərdən çıxmaq üçün hərəkətini davam etdirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs avtomobilin qarşısında dayanıb əl işarəsi edib avtomobilini saxlamasını tələb etmişdir. Bu zaman Təqsirləndirilən şəxs onun avtomobilin qarşısında olmağına məhəl qoymaraq sürət qutusuna (qaz) ayağını basıb hərəkətini davam etdirmişdir. Hakim isə onun avtomobili saxlamadığını görüb xəsarət almamaq üçün avtomobilin qabağından qaçıb sol tərəfə yoldan çıxmışdır. Həmin vaxt avtomobilin sağ güzgüsü Hakimin sol qolunun dirsək nahiyyəsinə dəyərək ona xəsarət yetirmişdir. Həmin zərbənin təsirindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sağ yan güzgüsü qatlanmışdır. Təqsirləndirilən şəxs isə avtomobili saxlamadan sürüb çıxıb getmişdir. Təxminən 10 metr uzaqlaşdıqdan sonra isə həmin avtomobilin sağ qabaq oturacağında əyləşmiş adını bilmədiyi qadın əli ilə həmin güzgünü düzəldərək əvvəlki vəziyyətinə qaytarmışdır. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin iyun ayından etibarən Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Baş vermiş hadisə ilə bağlı olaraq bildirir ki, 12.12.2020-ci il tarixdə saat 09-da o, Mingəçevir ŞPŞ-nin PPXB-nin polis nəfərləri Zərərçəkmiş şəxs, Şahid1, Şahid3 və X9 ilə birlikdə Mingəçevir şəhərinin giriş hissəsində (Ala qapı) qurulan karantin postuna xidmətə başlamışdır. Onların orada vəzifə borcu sərt karantin qaydalarına uyğun olaraq şəhər ərazisindən çıxmaq və daxil olmaq istəyən şəxslərin icazələrinin olub olmamasını sıra ilə müəyyən etmək, icazə olmayan şəxsləri və ya avtomobilləri geri qaytarmaq, ya da onların barəsində qanuna müvafiq tədbirlər görmək olmuşdur. Həmin günü təxminən saat 10:50-radələrində Zərərçəkmiş şəxs şəhərə daxil olmaq istəyən, Şahid1 isə şəhərdən çıxmaq istəyən avtomobillərin və içərisində olan sərnişinlərin yoxlanışını aparmışdır. Hər iki istiqamətdə təxminən 30 avtomobil sıra ilə düzülüb yoxlama vaxtlarını gözləmişdir. Bu zaman şəhərdən çıxmaq üçün dayanıb gözləyən avtomobillərin arxa hissəsindən gələn "Nissan Altima" markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü qaydalara əməl etməyərək və sırada gözləmədən əks hərəkət yoluna çıxaraq sürətlə hərəkətini davam etdirmişdir. Bu vaxt Şahid1 ona işarə edib avtomobili saxlamasını tələb etsə də sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi həmin avtomobil sürücüsü avtomobili Nicatın yanında saxlayıb kobud cavab qaytararaq FHN-nin əməkdaşı olduğunu bildirmişdir. Nicat isə ona idarə etdiyi avtomobildə olan digər iki nəfər şəxsin şəhəri tərk etmək üçün müvafiq icazələrinin olub-olmamasının yoxlanılmalı olduğunu bildirmiş, Təqsirləndirilən şəxs isə Nicatın bu sözündən əsəbləşərək avtomobilini sürətlə idarə edib şəhərdən çıxmaq üçün hərəkətini davam etdirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs avtomobilin qarşısında dayanıb əl işarəsi edib avtomobilini saxlamasını tələb etmişdir. Bu zaman Təqsirləndirilən şəxs onun avtomobilin qarşısında olmağına məhəl qoymayaraq sürət qutusuna (qaz) ayağını basıb hərəkətini davam etdirmişdir. Hakim isə onun avtomobili saxlamadığını görüb xəsarət almamaq üçün avtomobilin qabağından qaçıb sol tərəfə yoldan çıxmışdır. Həmin vaxt avtomobilin sağ güzgüsü Hakimin sol qolunun dirsək nahiyyəsinə dəyərək ona xəsarət yetirmişdir. Həmin zərbənin təsirindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sağ yan güzgüsü qatlanmışdır. Təqsirləndirilən şəxs isə avtomobili saxlamadan sürüb çıxıb getmişdir. Təxminən 10 metr uzaqlaşdıqdan sonra isə həmin avtomobilin sağ qabaq oturacağnda əyləşmiş adını bilmədiyi qadın əli ilə həmin güzgünü düzəldərək əvvəlki vəziyyətinə qaytarmışdır. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, 2019-ci ilin may ayından etibarən Mingəçevir ŞPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. Baş vermiş hadisə ilə bağlı olaraq bildirir ki, 12.12.2020-ci il tarixdə saat 09-da o Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, Mingəçevir ŞPŞ-nin PPXB-nin polis nəfərləri Zərərçəkmiş şəxs, Şahid1 və X9 ilə birlikdə Mingəçevir şəhərinin giriş hissəsində (Ala qapı) qurulan karantin postuna xidmətə başlamışdır. Onların orada vəzifə borcu sərt karantin qaydalarına uyğun olaraq şəhər ərazisindən çıxmaq və daxil olmaq istəyən şəxslərin icazələrinin olub olmamasını sıra ilə müəyyən etmək, icazə olmayan şəxsləri və ya avtomobilləri geri qaytarmaq, ya da onların barəsində qanuna müvafiq tədbirlər görmək olmuşdur. Həmin günü təxminən saat 10:50-radələrində Zərərçəkmiş şəxs şəhərə daxil olmaq istəyən, Şahid1 isə şəhərdən çıxmaq istəyən avtomobillərin və içərisində olan sərnişinlərin yoxlanışını aparırmışdır. Hər iki istiqamətdə təxminən 30 avtomobil sıra ilə düzülüb yoxlama vaxtlarını gözləmişdir. Bu zaman şəhərdən çıxmaq üçün dayanıb gözləyən avtomobillərin arxa hissəsindən gələn "Nissan Altima" markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü qaydalara əməl etməyərək və sırada gözləmədən əks hərəkət yoluna çıxaraq sürətlə hərəkətini davam etdirmişdir. Bu vaxt Şahid1 ona işarə edib avtomobili saxlamasını tələb etsə də sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi həmin avtomobil sürücüsü avtomobili Nicatın yanında saxlayıb kobud cavab qaytararaq FHN-nin əməkdaşı olduğunu bildirmişdir. Nicat isə ona idarə etdiyi avtomobildə olan digər iki nəfər şəxsin şəhəri tərk etmək üçün müvafiq icazələrinin olubolmamasının yoxlanılmalı olduğunu bildirmiş, Təqsirləndirilən şəxs isə Nicatın bu sözündən əsəbləşərək avtomobilini sürətlə idarə edib şəhərdən çıxmaq üçün hərəkətini davam etdirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs avtomobilin qarşısında dayanıb əl işarəsi edib avtomobilini saxlamasını tələb etmişdir. Bu zaman Təqsirləndirilən şəxs onun avtomobilin qarşısında olmağına məhəl qoymaraq sürət qutusuna (qaz) ayağını basıb hərəkətini davam etdirmişdir. Hakim isə onun avtomobili saxlamadığını görüb xəsarət almamaq üçün avtomobilin qabağından qaçıb sol tərəfə yoldan çıxmışdır. Həmin vaxt avtomobilin sağ güzgüsü Hakimin sol qolunun dirsək nahiyyəsinə dəyərək ona xəsarət yetirmişdir. Həmin zərbənin təsirindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sağ yan güzgüsü qatlanmışdır. Təqsirləndirilən şəxs isə avtomobili saxlamadan sürüb çıxıb getmişdir. Təxminən 10 metr uzaqlaşdıqdan sonra isə həmin avtomobilin sağ qabaq oturacağnda əyləşmiş adını bilmədiyi qadın əli ilə həmin güzgünü düzəldərək əvvəlki vəziyyətinə qaytarmışdır. Şahid X9 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin may ayından etibarən Mingəçevir ŞPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. Baş vermiş hadisə ilə bağlı olaraq bildirir ki, 12.12.2020-ci il tarixdə saat 09-da o, Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, Mingəçevir ŞPŞ-nin PPXB-nin polis nəfərləri Zərərçəkmiş şəxs, Şahid3 və Şahid1 ilə birlikdə Mingəçevir şəhərinin giriş hissəsində (Ala qapı) qurulan karantin postuna xidmətə başlamışdır. Onların orada vəzifə borcu sərt karantin qaydalarına uyğun olaraq şəhər ərazisindən çıxmaq və daxil olmaq istəyən şəxslərin icazələrinin olub olmamasını sıra ilə müəyyən etmək, icazə olmayan şəxsləri və ya avtomobilləri geri qaytarmaq, ya da onların barəsində qanuna müvafiq tədbirlər görmək olmuşdur. Həmin günü təxminən saat 10:50-radələrində Zərərçəkmiş şəxs şəhərə daxil olmaq istəyən, Şahid1 isə şəhərdən çıxmaq istəyən avtomobillərin və içərisində olan sərnişinlərin yoxlanışını aparmışdır. Hər iki istiqamətdə təxminən 30 avtomobil sıra ilə düzülüb yoxlama vaxtlarını gözləmişdir. Bu zaman şəhərdən çıxmaq üçün dayanıb gözləyən avtomobillərin arxa hissəsindən gələn "Nissan Altima" markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü qaydalara əməl etməyərək və sırada gözləmədən əks hərəkət yoluna çıxaraq sürətlə hərəkətini davam etdirmişdir. Bu vaxt Şahid1 ona işarə edib avtomobili saxlamasını tələb etsə də sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi həmin avtomobil sürücüsü avtomobili Nicatın yanında saxlayıb kobud cavab qaytararaq FHN-nin əməkdaşı olduğunu bildirmişdir. Nicat isə ona idarə etdiyi avtomobildə olan digər iki nəfər şəxsin şəhəri tərk etmək üçün müvafiq icazələrinin olubolmamasının yoxlanılmalı olduğunu bildirmiş, Təqsirləndirilən şəxs isə Nicatın bu sözündən əsəbləşərək avtomobilini sürətlə idarə edib şəhərdən çıxmaq üçün hərəkətini davam etdirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs avtomobilin qarşısında dayanıb əl işarəsi edib avtomobilini saxlamasını tələb etmişdir. Bu zaman Təqsirləndirilən şəxs onun avtomobilin qarşısında olmağına məhəl qoymaraq sürət qutusuna (qaz) ayağını basıb hərəkətini davam etdirmişdir. Hakim isə onun avtomobili saxlamadığını görüb xəsarət almamaq üçün avtomobilin qabağından qaçıb sol tərəfə yoldan çıxmışdır. Həmin vaxt avtomobilin sağ güzgüsü Hakimin sol qolunun dirsək nahiyyəsinə dəyərək ona xəsarət yetirmişdir. Həmin zərbənin təsirindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sağ yan güzgüsü qatlanmışdır. Təqsirləndirilən şəxs isə avtomobili saxlamadan sürüb çıxıb getmişdir. Təxminən 10 metr uzaqlaşdıqdan sonra isə həmin avtomobilin sağ qabaq oturacağnda əyləşmiş adını bilmədiyi qadın əli ilə həmin güzgünü düzəldərək əvvəlki vəziyyətinə qaytarmışdır. Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər polis şöbəsinin əməkdaşlarının 14.12.2020-ci il tarixdə raportla verdikləri məlumatla tanış olmuşdur. Həmin məlumatla bağlı bildirir ki, Təqsirləndirilən şəxs onun əridir. Mirağa 2011-ci ildən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin Xüsusi xilasetmə hissəsinin Xilasetmə növbəsinin xilasedicisi vəzifəsində işləyir. 2020-ci ilin dekabr ayının əvvələrində onun dayısı Qafur və həyat yoldaşı Sahilə (vəfat edib) sonuncunu həkim müayinəsindən keçirmək üçün Bakı şəhərindən onların yaşadıqları evə gəlmişdilər. Lakin, karantin rejimi ilə əlaqədar Mingəçevir şəhər xəstəxanası bağlı olduğundan heç bir xəstə qəbul etdilməmişdir. Buna görə də onlar xəstəxanaya və həkim qəbuluna düşə bilməmişlər. Daha sonra Sahilə Mustafayeva 10.12.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etmiş və doğulduğu yer olan Zərdab rayonu Alıcanlı kəndində dəfn olunmuşdur. 12.12.2020-ci il tarixdə təxminən saat 10 radələrində Mirağa, o və anası Şahid6 ilə birlikdə Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi "Nissan Altima" markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sahilə Mustafayevanın yas mərasimində iştirak etmək məqsədilə Zərdab rayonuna getmək üçün Mingəçevir şəhərinin “Ala qapı” istiqamətindəki giriş-çıxışına gəlmişdir. Orada karantin postu qurulmuş, bir neçə avtomobillər sıra ardıcıllığı ilə keçmək və yoxlanmaq üçün dayanıb gözləmişdir. Həmin vaxt Mirağa tələsdiyi üçün qaydalara əməl etməyərək avtomobillərin arxasından gözləməyib əks hərəkət yoluna çıxıb hərəkətini davam etdirmiş, postda yoxlanış aparan adı ona sonradan məlum olan Nicat adlı polis əməkdaşı Mirağaya saxla işarəsi vermiş, Mirağa da avtomobilini saxlayıb iş yeri barədə arayışı göstərib FHN-nin əməkdaşı olduğunu bildirmişdir. Həmin vaxt Nicat adlı polis əməkdaşı Mirağa ilə kobud danışaraq icazəsi olmayan avtomobildəki sərnişinlərində şəxsiyyətini təsdiq edən və icazə sənədlərini istəmişdir. Həmin vaxt onun müvafiq icazəsi olmasına baxmayaraq anasının müvafiq icazəsinin olub-olmaması barədə məlumatı olmamışdır. Bu zaman Mirağa əsəbləşib polisin göstərişinə tabe olmadan avtomobilini şəhərin çıxışı istiqamətində sürmüşdür. Həmin vaxt şəhərə daxil olmaq istəyən avtomobillərin yoxlanışını aparan adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs Mirağanın idarə etdiyi avtomobilin qarşısına keçib əli ilə işarə edib avtomobili saxlamağını tələb etmişdir. Lakin, Mirağa əsəbi halda olduğundan və avtomobildə olan anasının icazəsi olmadığı üçün idarə etdiyi avtomobili polis əməkdaşı Hakimin yoldan çıxması və hərəkətini davam etdirə bilməsi üçün onun üzərinə doğru sürmüşdür. Həmin vaxt polis əməkdaşı Hakim Mirağanın avtomobili saxlamadığını və hərəkətini davam etdirirərək polis əməkdaşının üzərinə sürdüyünü görüb yoldan çıxmışdır. Bundan sonra Mirağa hərəkətini davam etdirərək yoluna davam etmişdir. Şahid6 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər polis şöbəsinin əməkdaşlarının 14.12.2020-ci il tarixdə raportla verdikləri məlumatla tanış olmuşdur. Həmin məlumatla bağlı bildirir ki, Təqsirləndirilən şəxs onun qızı Şahid5 əridir. Mirağa 2011-ci ildən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin Xüsusi xilasetmə hissəsinin Xilasetmə növbəsinin xilasedicisi vəzifəsində işləyir. 2020-ci ilin dekabr ayının əvvələrində onun qardaşı Qafur və həyat yoldaşı Sahilə (vəfat edib) sonuncunu həkim müayinəsindən keçirmək üçün Bakı şəhərindən Mirağagilin yaşadığı evə gəlmişlər. Lakin, karantin rejimi ilə əlaqədar Mingəçevir şəhər xəstəxanası bağlı olduğundan heç bir xəstə qəbul edilməmişdir. Buna görə də onlar xəstəxanaya və həkim qəbuluna düşə bilməmişlər. Daha sonra Sahilə Mustafayeva 10.12.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etmiş və doğulduğu yer olan Zərdab rayonu Alıcanlı kəndində dəfn olunmuşdur. 12.12.2020-ci il tarixdə təxminən saat 10 radələrində Mirağa, qızım Tamella və o, Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi "Nissan Altima" markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sahilə Mustafayevanın yas mərasimində iştirak etmək məqsədilə Zərdab rayonuna getmək üçün Mingəçevir şəhərinin “Ala qapı” istiqamətindəki giriş-çıxışına gəlmişdir. Orada karantin postu qurulmuş, bir neçə avtomobillər sıra ardıcıllığı ilə keçmək və yoxlanmaq üçün dayanıb gözləmişdir. Həmin vaxt Mirağa tələsdiyi üçün qaydalara əməl etməyərək avtomobillərin arxasından gözləməyib əks hərəkət yoluna çıxıb hərəkətini davam etdirmiş, postda yoxlanış aparan adı ona sonradan məlum olan Nicat adlı polis əməkdaşı Mirağaya saxla işarəsi vermiş, Mirağa da avtomobilini saxlayıb iş yeri barədə arayışı göstərərək FHN-nin əməkdaşı olduğunu bildirmişdir. Həmin vaxt Nicat adlı polis əməkdaşı icazəsi olmayan avtomobildəki sərnişinlərində şəxsiyyətini təsdiq edən və icazə sənədlərini istəmişdir. Həmin vaxt qızı Tamellanın və qardaşı arvadı Sahilənin müvafiq icazəsi olmasına baxmayaraq onun müvafiq icazəsi olmamışdır. Bu zaman Mirağa əsəbləşib polisin göstərişinə tabe olmadan avtomobilini şəhərin çıxışı istiqamətində sürmüşdür. Həmin vaxt şəhərə daxil olmaq istəyən avtomobillərin yoxlanışını aparan adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs Mirağanın idarə etdiyi avtomobilin qarşısına keçib əli ilə işarə edib avtomobili saxlamağını tələb etmişdir. Lakin, Mirağa əsəbi halda olduğundan və avtomobildə olan onun icazəsi olmadığı üçün idarə etdiyi avtomobili polis əməkdaşı Hakimin yoldan çıxması və hərəkətini davam etdirə bilməsi üçün onun üzərinə doğru sürmüşdür. Həmin vaxt polis əməkdaşı Hakim Mirağanın avtomobili saxlamadığını və hərəkətini davam etdirirərək polis əməkdaşının üzərinə sürdüyünü görüb yoldan çıxmışdır. Bundan sonra Mirağa hərəkətini davam etdirərək yoluna davam etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 21 yanvar 2021-ci il tarixli diskə baxış keçirilməsi protokoldan görünür ki, hadisə yeri – görüntüdə əks olunan yer Mingəçevir şəhərinin Yevlax rayonu, Xaldan qəsəbəsi istiqamətində olan giriş-çıxışıdır. Videogörüntüdə müxtəlif tipli xeyli sayda avtomobil sıra ilə düzülərək qurulmuş stasionar postdan keçdiyi müşahidə olunur. Videogörüntünün 3-cü saniyəsində Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Altima” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Mingəçevir şəhərinin çıxışı istiqamətində hərəkət edərkən Mingəçevir şəhər polis şöbəsinin PPX bölüyünün polis nəfəri Şahid1 tərəfindən stasionar postda yoxlanış üçün dayandırılır. Videogörüntünün 17-ci saniyəsinə kimi, yəni 14 saniyə müddətində polis nəfəri Şahid1 “Nissan Altima” markalı avtomobili idarə edən Təqsirləndirilən şəxslə həmsöhbət olduğu görünür. Daha sonra videogörüntünün 18-ci saniyəsində Təqsirləndirilən şəxs polis nəfəri Şahid1 dur əmrinə tabe olmayaraq idarə etdiyi “Nissan Altima” markalı avtomobili şəhərin çıxışına doğru hərəkət etdirir. Videogörüntünün 22-ci saniyəsində Mingəçevir şəhər polis şöbəsinin PPX bölüyünün polis nəfəri Zərərçəkmiş şəxs polis nəfəri olan Şahid1 dur əmri verdiyi “Nissan Altima” markalı avtomobilin durmadığını görərək həmin avtomobilin qarşısına çıxaraq onu dayandırmağa çalışır, nəticədə isə Təqsirləndirilən şəxs avtomobili saxlamadığını görüb yolun ortası istiqamətinə çəkilir. Zərərçəkmiş şəxs yoldan çəkilən zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Altima” markalı avtomobilin sağ yan güzgüsü polis nəfəri Zərərçəkmiş şəxs sol qoluna toxunur. “Nissan Altima” markalı avtomobil isə şəhərin çıxışı istiqamətində hərəkətinə davam edir. Cinayət işinin materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 15.01.2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.10.2020-ci il tarixli 410 nömrəli “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.09.2020-ci il tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərarına və 19.11.2020-ci il tarixli 450 nömrəli “Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən Mingəçevir şəhərinin iznibati ərazisinə giriş-çıxış 28.12.2020-ci il tarixinədək dayandırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının 11.09.2020-ci il tarixli, 34 nömrəli rəyində göstərilmişdir ki, 17 dekabr 2020-ci il tarixli 831 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər:- üst sol dirsəyində qançır küt əşyanın (alətin) təsirindən, o cümlədən avtomobilin hissələri ilə vurulması zamanı əmələ gəlmişdir, yetirilmə müddəti qərarda göstərilən 12.12.2020-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə alınmış rəy ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkarlanmış xəsarət işin faktiki hallarına uyğundur və həmin xəsarətlərin lokalizasiyası istintaq zamanı dindirilmiş zərərçəkmiş şəxsin o cümlədən şahidin ifadələri ilə üst-üstə düşür. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir şəhər X1 daxil olmuş 10 fevral 2021ci il tarixli 173 nömrəli məktubda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Abdullayev X5 şəhər X2 psixatrik müşahidədə olmamış və müraciət etməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş 10 fevral 2021-ci il tarixli 97 nömrəli məktubda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Abdullayev X5 Şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur və həmin dispanserə müraciət etməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir şəhər polis şöbəsindən sorğu ilə alınmış 03.02.2021-ci il tarixli 158-4646-1221 nömrəli məktubda göstərilmişdir ki, 12.12.2020-ci il tarixdə şəhərin Xaldan istiqamətindən giriş-çıxışında quraşdırılmış karantin postunda CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 İmran oğlu, PPXB-nin polis nəfərləri, polis serjantı Zərərçəkmiş şəxs, Şahid1, polis kiçik serjantları Şahid3 və Şahid4 xidmətdə olmuşlar. Cinayət işinin materiallarına əlavə edilmiş DİN BƏSİİ-nin 06.02.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş və onlar barışmışlar. Ona görə də ondan heç bir şikayət və tələbi yoxdur. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Ona görə də ona yüngül cəza verilməsini xahiş etmişdir. İşdə olan MKTK-nın 4 saylı MİS-i tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Mingəçevir şəhəri C.Əliyev küçəsi ev 37/3, mənzil 7-də qeydiyyatda olub, faktiki olaraq F.Əzimov küçəsində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs barəsində MKTK-nın 4 saylı MİSnə heç bir şikayət və narazıçılıq daxil olmamışdır. Onu tərbiyəli və nümunəvi bir yaşayışçı kimi tanımışlar. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində özünü nizam-intizamlı, bacarıqlı və qarşısına qoyulan vəzifələrin icrasını təmin edən bir əməkdaş kimi göstərmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materiallarında olan sənədlərlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 315-ci maddəsi ilə tövsif edilib və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdılar. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, Azərbaycan Respublikasının CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasına CM-nin 59.1.12-ci maddəsinə əsasən və təqsirini səmimi etiraf edib peşmançılıq keçirməsinə, yaşayış və iş yerlərində müsbət xarakterizə olunmasına CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin ailə şəraitinə təsirini, iş üzrə cəzanı ağırlaşdıran halların olmadığını və cəzanı yüngülləşdirən halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətlərin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olumamışdır, o, yaşadığı ərazidə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs azadlıqdan məhrum olması və cəmiyyətdən təcrid olunması, onun ailəli olmaqla himayəsində 2 nəfər az yaşlı uşağının və ailədə yeganə gəlir gətirən şəxs olmasına görə onu və bütün ailəsini maddi və mənəvi cəhətdən sarsıda bilər. Məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən edilməklə təyin ediləcək cəza şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq və qanuni hesab edir. Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların (Tokio qaydaları) 1.2-ci maddəsinə uyğun ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən məhkumlara davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumlarda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. Şərti məhkum etmənin xarakterik cəhəti ondan ibarətdir ki, şərti məhkum etmə zamanı məhkum cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza icra olunmasa da təyin olunan cəza qanunla müəyyən olunmuş xüsusi formada şərti həyata keçirilir. İnsan Hüquqlarının və X7 haqqında Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu, sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən cıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin-tərcümə) növünə, müddətinə, nəticələrinə və həyata kecirilmə üsuluna diqqət yetirilməlidir. Azadlıqdan məhrum etmə ilə azadlığın məhdudlaşdırılması arasındakı fərq xarakter və ya mahiyyət məsələsi yox, sadəcə dərəcə və ya intensivlik məsələsidir. Həmin Konvensiyanın 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Bu azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurətin tələb etdiyi müddətdən artıq davam etməməlidir. (bax, Avropa Məhkəməsinin Amyur Fransaya qarşı işi üzrə 25 iyun 1996-cı il tarixli qərar, 42-ci b.) Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində hansı cəzanı təyin edərkən onun himayəsində olan 2 nəfər az yaşlı uşaqların mənafeyi üstün tutulmalı və uşaqların hüquqularının təmin olunmasına şərait yaradılmalıdır. (inkişafı, təhsili, onlara qayğı,). Belə ki, «Uşaq hüquqları haqqında» Beynəlxalq Konvensiyanın 6-cı maddəsinə əsasən, hər bir uşaq yaşamaq üçün ayrılmaz hüquqa malikdir və buna görə də dövlət uşağın sağ qalmasına və inkişafını təmin etməyə borcludur. Həmin Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaq barəsində bütün tədbirlərdə onun manefeləri tam həcmdə nəzərə alınmalıdır. Əgər uşağa müvafiq qayğı üçün məsuliyyət daşıyan valideyn(lər) və yai digər şəxslər bu qayğını göstərməmişsə, onda dövlət uşağı müvafiq qayğı il təmin etməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün hüquqi və fiziki şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafeylərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməmlidir. Uşağın hüquq və mənafeyləri məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkumun davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməli və onun davranışı üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Minəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, vəkil xərci, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası, 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətində davranışı üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs üzərinə vəzifə kimi qoyulsun. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Minəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, vəkil xərci, ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM : Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar