Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-89/2022 15.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X9, Təqsirləndirilən şəxs və müdafiəçisi Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1994-cü il tarixdə Bərdə rayonu Yeni Daşkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda aparıcı baytar həkim vəzifəsində işləyən, məhkumluğu olmayan, Kəlbəcər rayonu Molla Bayramlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Mingəçevir şəhəri 5N°-li X20 Zavodunun inzibati binasında müvəqqəti məskunlaşıb yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4–cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X12 özünün Mingəçevir şəhərinin ətraf ərazilərində yerləşən rayonlarda fəaliyyət göstərən kompleks iribuynuzlu mal-qara fermer təsərrüfatlarında baytar həkim kimi fəaliyyət göstərdiyini bildirib, həmin fermer təsərrüfatlarında saxlanılan cins heyvanların yeni doğulmuş balalarını (buzovlarını) ucuz qiymətə alıb baha qiymətə sataraq əldə olunacaq gəlirləri öz aralarında yarı bölüb gəlir qazanacaqlarını yalandan vəd edib Elçin Quluyevin aldadılmasına nail olduqdan sonra 2020-ci ilin noyabr - 2021-ci ilin yanvar aylarında işlədiyi Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Mərkəzi Bazardakı baytarlıq aptekində Elçin Quluyevdən hissə-hissə olmaqla, ümumilikdə 7000 manat məbləğdə pulunu alıb, ələ keçirərək zərərçəkmiş şəxs X12 ümumilikdə 7000 manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X13 özünün Mingəçevir şəhərinin ətraf ərazilərində yerləşən rayonlarda fəaliyyət göstərən kompleks iribuynuzlu mal-qara fermer təsərrüfatlarında baytar həkim kimi fəaliyyət göstərdiyini bildirib, həmin fermer təsərrüfatlarında saxlanılan cins heyvanların yeni doğulmuş balalarını (buzovlarını) ucuz qiymətə alıb baha qiymətə sataraq əldə olunacaq gəlirləri öz aralarında yarı bölüb gəlir qazanacaqlarını yalandan vəd edib, Vasif Quluyevin aldadılmasına nail olduqdan sonra 2021-ci ilin yanvar ayında işlədiyi Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Mərkəzi Bazardakı baytarlıq aptekində Vasif Quluyevdən hissə-hissə olmaqla ümumilikdə 15000 manat məbləğdə pulu alıb ələ keçirərək zərərçəkmiş şəxs X13 ümumilikdə 15000 manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 özünün Mingəçevir şəhərinin ətraf ərazilərində yerləşən rayonlarda fəaliyyət göstərən kompleks iribuynuzlu mal-qara fermer təsərrüfatlarında baytar həkim kimi fəaliyyət göstərdiyini bildirib, həmin fermer təsərrüfatlarında saxlanılan heyvanları konserv hazırlanması üçün ucuz qiymətə alıb baha qiymətə sataraq, əldə olunacaq gəlirləri öz aralarında yarı bölüb gəlir qazanacaqlarını yalandan vəd edib, Zərərçəkmiş şəxs3 aldadılmasına nail olduqdan sonra 09 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 müvəqqəti məskunlaşıb yaşadığı Mingəçevir şəhəri, 5 nömrəli X20 zavodunun inzibati binasında Zərərçəkmiş şəxs3 7000 manat məbləğdə pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 7000 manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4–cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. 2016-cı il tarixdə Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq təbabəti və zoo mühəndisliyi fakültəsini bitirmişdir. Həmin tarixdən o, özəl müəssisələrdə, fermalarda baytar həkim kimi fəaliyyət göstərərək, cins iribuynuzlu heyvanların sağlamlığına nəzarət etmişdir. Hazırda Azərbaycan Qida X1 aparıcı baytar həkim vəzifəsində fəaliyyət göstərir. Əsasən Mingəçevir şəhəri ətrafında yerləşən rayonlardakı fermalarda saxlanılan mal-qaralara tibbi xidmət göstərir. X17 ilə qohumluq əlaqələri var, aralarında düşmənçilik və ya ədavət yoxdur. 2019-cu ilin əvvəllərindən Mingəçevir şəhərində baytar həkim kimi işləməyə davam edərək həmin ərəfədə özünə məxsus Mingəçevir şəhəri Mərkəzi bazarında baytarlıq aptekini də işlətmişdir. Həmçinin Mingəçevir şəhər ərazisində yerləşən fermada da baş baytar həkim kimi işləyərək, cins iribuynuzlu heyvanlara nəzarət etmişdir. 2020-ci ilin sentyabr ayından o, fermada yeni doğulmuş cins malların balasını həmin fermaya nəzarət edən şəxsdən alıb saxlayır, sonra isə həmin cins heyvanların balalarını (buzovları) aldığı qiymətdən bir qədər baha qiymətə müxtəlif şəxslərə sataraq qazanc əldə etmişdir. Həmin vaxtda nə qədər çox pulu olardısa bir qədər çox heyvan alıb sataraq çox miqdarda qazanc əldə etmişdir. Buna görə də o, yaxınlarına və qohumlarına da bu barədə məlumat vermişdir. Tanışları onun yeni doğulmuş cins heyvanları alıb-satdığını bilmişlər. 2020-ci ilin noyabr ayının əvvəllərində qohumu Elçin onun işlətdiyi Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Mərkəzi Bazardakı baytarlıq aptekinə gəlib ona "eşitmişəm ki, sən cins heyvanların alqı-satqısı ilə məşğul olursan və qazanc əldə edirsən, əgər istəyirsən mən də sənə pul verim əlavə cins heyvanlar al, nə xeyir qalarsa, onu şərik bölərik" demiş, o da etiraz etməmişdir. Bundan sonra o hər bir heyvan üçün əldə olunan qazancı bildiyinə görə Elçinə 1000 manat pul verdiyi təqdirdə hər həftəsinə üstündə əlavə olaraq 100 manat pul (əlavə gəlir pulu) verəcəyini təklif etmişdir. Bu səbəbdən Elçin də qazanc əldə etmək istədiyini bildirərək 1000 manat məbləğdə pulu gətirib ona verəcəyini bildirmişdir. Təxminən xx.xx.2020-ci il tarixdə Elçin onun işlədiyi Mingəçevir şəhərində yerləşən aptekə gələrək 1000 manat məbləğdə pulu ona vermişdir. Həmin vaxtdan sonra o, 1 ay ərzində, yəni 4 həftədə cins heyvanları alıb-satdıqdan sonra hər həftəsinə 100 manat olmaqla, Elçinə 400 manat qazanc pulu vermişdir. xx.xx.2020-ci il tarixdə Elçin yenə də onun işlədiyi aptekə gələrək ona yenidən 2000 manat məbləğdə pul vermişdir ki, daha çox qazanc əldə etsin. Buna görə də o, hər həftə (1 ay müddətində) Elçinə 300 manat qazanc pulu, ümumilikdə 1200 manat məbləğdə pul vermişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə Elçin daha çox qazanc əldə etmək üçün yenidən onun işlədiyi obyektə gələrək, ona 2000 manat məbləğdə pul vermişdir, həmin pula görə Elçinə hər həftəsinə 200 manat olmaqla, 2 həftə ərzində ümumilikdə 400 manat və əvvəl verdiyi 3000 manata görə də 600 manat olmaqla, ümumilikdə 1000 manat qazanc pulu vermişdir. Lakin alqı-satqı zəiflədiyinə, bəzən də heyvanlarda olan xəstəliyə görə ziyanlıq yarandığı üçün o, Elçinə 2021-ci ilin yanvar ayından hər verilən 1000 manata görə 50 manat qazanc pulu verəcəyini bildirmiş, Elçin də buna etiraz etməmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə Elçin qardaşı Vasiflə birlikdə onun işlədiyi obyektə gələrək, ona daha çox qazanc əldə etmək istədiklərini bildirmişlər, həmin vaxt Vasif ona 10000 manat pul vermişdir. xx.xx.2021-ci il tarixdə isə Elçin özü də gətirib ona yenidən 1000 manat pul vermişdir. Həmin vaxtdan sonra Elçinin ona verdiyi cəmi 6000 manata görə həftəsinə 300 manat, qardaşı Vasifə isə cəmi 1000 manat qazanc pulu vermişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə yenidən Elçin ona 1000 manat, Vasif isə 5000 manat məbləğdə pul vermişlər ki, daha çox qazanc əldə edə bilsinlər. Beləliklə, Elçinin onda 7000 manat, qardaşı Vasifin isə 15000 manat pulu olmuşdur. Beləliklə də o, hər həftə Elçinin 7 min manat puluna qarşı 350 manat, qardaşı Vasifin 15000 manat puluna görə isə ona 700 manat qazanc pulu verməli olmuşdur. Həmin vaxtdan sonra 2021-ci ilin fevral ayının əvvəllərində o, cəmi 2 həftə hər həftəsinə 350 manat olmaqla Elçinə 700 manat, qardaşı Vasifə isə hər həftəsinə 750 manat olmaqla, cəmi 1500 manat qazanc pulu vermişdir. Lakin sonradan 1 başını 500 manata aldığı 47 baş iribuynuzlu cins heyvanların yeni doğulmuş balaları saxlanıldığı yerdə kütləvi xəstəlikdən məhv olub ölmüşlər. Buna görə də özünün, Elçinin və qardaşı Vasifin onda olan pulları (maya dəyəri) batmış və o, Elçinlə Vasifə hər həftə üçün verməli olduğu qazanc pullarını və verdikləri cəmi 22000 manat pulu qaytara bilməmişdir. Buna baxmayaraq, o, Elçin və qardaşı Vasifdən ona bir qədər vaxt vermələrini xahiş edərək, aldığı pulu hissə-hissə qaytara biləcəyini demişdir. Vasif və Elçin də onunla birlikdə bir neçə dəfə qazanc əldə etdiklərinə görə onda olan Vasif və Elçinə məxsus ümumilikdə 22000 min manat puldan 3500 manatını bağışlamış, yerdə qalan 18500 manat pulu qaytarmağını ondan tələb etmişlər, bununla razılaşmışdır. Lakin bir neçə ay keçsə də, maddi imkanı olmadığına görə o, Elçin və qardaşı Vasifdən aldığı pulu onlara qaytara bilməmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs3 da uzun müddətdir ki, tanıyır. Belə ki, qohumluq əlaqələri vardır. Eləcə də Uğurun övladı Seymurla da eyni sinifdə oxumuşdur. 2021-ci ilin əvvəllərində Seymur ona yaxınlaşaraq cins iribuynuzlu mal-qaranın satışı ilə məşğul olması barədə məlumat aldığını və özünün də onunla birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istədiyini bildirmişdir. O da Seymura fəaliyyəti barədə məlumat verərək baytar həkim kimi fəaliyyət göstərdiyi fermalardan cins iribuynuzlu mal-qaranın balalarını ucuz qiymətə alaraq baha qiymətə satdığını Seymura demişdir. Bundan bir qədər sonra Seymurun atası Uğur onun yaşadıqları ünvana çağırmış və o, söhbət zamanı Uğura da bu barədə məlumat vermişdir. Həmçinin Uğura nə qədər çox pul versə, bir o qədər çox qazanc əldə edə biləcəyini demişdir. Həmin vaxt Uğur ona təxminən 7000 manat məbləğdə pul verə biləcəyini bildirmişdir. O isə Uğura ona verdiyi 7000 manat məbləğdə pula iribuynuzlu cins mal-qara alıb-satacağını və bunun müqabilində Uğura hər ay ərzində 1400 manat məbləğdə pul verəcəyini bildirmişdir. Uğur da onunla razılaşmış və həmin vaxt ona yaşadığı evdə 7000 manat məbləğdə pul vermişdir. O da Uğurdan pulu alıb çıxıb getmişdir. Uğurdan aldığı pula da iribuynuzlu cins mal-qara alıb-sataraq, bunun müqabilində Uğura təxminən 700 manat məbləğdə pulu oğlu Seymurun vasitəsi ilə vermişdir. Lakin sonradan onun aldığı mal-qara tələf olduğu üçün qeyd olunan fəaliyyətlə məşğul olmaqda çətinlik çəkmiş və bu səbəbdən də aldığı pulu və ya həmin pulun qazancı kimi vəd etdiyi məbləği Uğura da verə bilməmişdir. Elçin Quluyev, Vasif Quluyev və Zərərçəkmiş şəxs3la aralarında olan razılığa əsasən sərmayəni Elçin Quluyev, Vasif Quluyev və Zərərçəkmiş şəxs3 verməli olmuşdur. O isə verilən pulla mal-qara alıb sataraq əldə olunan gəlirdən həmin şəxslərə qazanc pul verməli idi. O, Mingəçevir şəhəri ətrafında yerləşən fermalarda səyyari baytarlıq fəaliyyəti ilə məşğul olur, lakin həmin fermalarda baytarlıq fəaliyyəti ilə məşğul olmağı barədə hər hansı müqavilə imzalanmamışdır. Əsasən Tərtər rayonunda yerləşən fermalardan və əksərən də Bərdə, Ağdaş və digər rayonlarda yerləşən mal bazarlarından cins mal-qara alaraq, aldığı mal-qaranı isə pərakəndə olaraq Mingəçevir şəhərində yerləşən fermada satır, mal-qaranı alıb-satdığı şəxslərin adları və ya yaşayış yerləri barədə hər hansı məlumatı yoxdur. Aldığı buzovların çəkiləri təxminən 35-40 kiloqram olmuşdur. Buzovları orta qiymətə 500 manata alıb, 600 manata satmış, bir ay ərzində orta hesabla təxminən 100 baş mal-qara alıb-satmış, alıb-satdığı hər heyvanda ümumilikdə 100 manat xeyir olmuş, həmin xeyrin də 50 manatını özünə götürüb, 50 manatını isə Vasif və ya Elçinə verməli olmuşdur. Satıb qazanc əldə etdiyi heyvanları ən çox Goranboy rayon sakini Mahmud kimi tanıdığı şəxsə satsa da, həmin şəxsin soyadını və ata adını dəqiq bilmir, kim olması, harada yaşaması və telefon nömrəsi barədə heç bir məlumatı yoxdur. Fermada saxlanılan heyvanlar yalnız ciddi xəstəliklərdən (qara yara, bürsülyoz və s.) məhv olduqda, baytarlıq idarəsinə məlumat verilir. Lakin daxili həkim nəzarətində olduğuna görə və 47 baş heyvan pastrilyoz və salmanelyoz xəstəliklərindən tələf olduqlarına görə bu barədə baytarlıq idarəsinə məlumat verilməsi vacib deyil. Heyvanların cəsədləri isə ferma tullantıları olan yerə atılmışdır. Sonra isə qalıqları zibil avtomaşınları ilə daşınıb aparılır. Ölmüş heyvanları saxladığı yerlə onların cəsədlərini atdığı yer arasında nə qədər məsafənin olması, saxladığı yerdən ölmüş heyvanların cəsədlərinin atıldığı əraziyə hansı qaydada və hansı nəqliyyat vasitəsi ilə daşınması ilə bağlı dəqiq bir məlumatı yoxdur. Özü baytar həkim olduğu üçün ölmüş heyvanlar barədə müvafiq ödəmələrdən yayınmaq üçün heyvanların ölməsi barədə X4 məlumat verməmişdir. Elçindən və Uğurdan aldığı ayrıayrılıqda 7000 manat məbləğdə pulun hamısını geri qaytarmışdır. Vasifdən aldığı 15000 manat məbləğdə puldan bir qismini Vasifə geri qaytarmışdır. Qalan 11000 manat məbləğində pulu isə qaytaracaqdır. Bununla bağlı Vasiflə razılaşmışlar. Hesab edir ki, onunla zərərçəkmişlər arasında olan münasibət mülki xarakterli olmuş, yəni onun zərəçəkmiş şəxsləri aldatmaq niyyəti olmamış, lakin ondan asılı olmayan səbəblərə görə ziyan etmiş və nəticə də arzu olunan qazanc əldə edə bilməmişdir. Ona görə də aralarında mübahisə yaranmışdır. Belə olan halda onun əməlində cinayət tərkibi yoxdur. Zərərçəkmiş şəxslərlə barışmışdır. Odur ki, məhkəmədən əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, Vasif Quluyev onun qardaşıdır. Təqsirləndirilən şəxs isə uzaq qohumudur, Ruslan baytar həkim işləyir, Ruslanla heç bir düşmənçiliyi və ədavəti yoxdur, əvvəllər münasibətləri normal olmuşdur. 2020-ci ilin noyabr ayının əvvəllərində qohumlarından Ruslanın baytar işlədiyi bir neçə fermalarda cins iribuynuzlu heyvanların yeni doğulmuş balalarının satışı ilə məşğul olaraq qazanc əldə etdiyini, kim 500 manat pul verirsə, həftəsinə üstündə əlavə olaraq 50 manat pul (əlavə gəlir pulu) verməsini eşitmişdir. Bu səbəbdən də o da qazanc əldə etmək məqsədi ilə Ruslanın Mingəçevir şəhəri, Mərkəzi Bazarda işlətdiyi aptekə gedib Ruslanla görüşmüşdür. Söhbət zamanı Ruslan həqiqətən də fermalarda cins iribuynuzlu heyvanların yeni doğulmuş balalarının satışı ilə məşğul olub qazanc əldə etdiyini, nə qədər çox pul olsa, bir qədər də çox qazanc əldə olunacağını və hər verilən 500 manat pul üçün əlavə 50 manat pul verəcəyini ona bildirmişdir. Buna görə Ruslana qazanc əldə etmək istədiyini, bu məqsədlə də 1000 manat məbləğdə pul verə biləcəyini bildirmiş, Ruslan da onunla razılaşmışdır. Təxminən xx.xx.2020-ci il tarixdə o, 1000 manat məbləğdə pulu aparıb işlətdiyi aptekdə Ruslana vermişdir. Həmin vaxtdan sonra 1 ay müddət ərzində, yəni 4 həftədə hər həftə 100 manat olmaqla, Ruslan ona 400 manat məbləğdə qazanc pulu vermişdir. 1 ay keçdikdən sonra o, yaxşı qazanc əldə etdiyini görüb, buna görə də Ruslana daha çox pul vermək qərarına gəlmiş, buna görə də xx.xx.2020-ci il tarixdə Ruslanla görüşüb Ruslana yenidən 2000 manat vermişdir. Hər həftə (cəmi 4 həftə, yəni 1 ay) Ruslan ona 300 manat gəlir pulu, ümumilikdə 1200 manat qazanc pulu vermişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə o, yenidən Ruslana daha çox qazanc əldə etmək məqsədi ilə 2000 manat məbləğdə pul vermişdir. Həmin pula görə Ruslan həftəsinə 200 manat olmaqla, 2 həftə üçün ona 400 və əvvəl verdiyi 3000 manata görə 600 manat olmaqla, ümumilikdə 1000 manat qazanc pulu vermişdir. Lakin həmin vaxt Ruslan 2021-ci ilin yanvar ayından hər verilən 1000 manata görə 50 manat qazanc pulu verəcəyini bildirmiş, o da etiraz etməmişdir. 2021-ci ilin yanvar ayında o, qardaşı Vasifə qohumları Ruslanın məşğul olduğu fəaliyyətlə bağlı məlumat verərək, Ruslana hər verilən 1000 manata görə həftəsinə 50 manat qazanc əldə olunduğunu bildirmişdir. xx.xx.2021-ci il tarixdə Vasif Ruslana 10000 manat pul vermişdir. O isə xx.xx.2021-ci il tarixdə Ruslana yenidən 1000 manat pul vermişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə yenidən o, Ruslana 1000 manat, Vasif isə 5000 manat məbləğdə pul vermişlər ki, daha çox qazanc əldə edə bilsinlər. Beləliklə, ümumilikdə o, Ruslana 7000 manat, qardaşı Vasif isə 15000 manat məbləğdə pul vermişdir. Ruslan hər həftə onun verdiyi 7000 manat pul müqabilində 350 manat, qardaşı Vasifin verdiyi 15000 manat pula görə isə Vasifə 700 manat qazanc pulu verməli olmuşdur. Həmin vaxtdan sonra 2021-ci ilin fevral ayında Ruslan 2 həftə, hər həftəsinə 350 manat olmaqla, ona 700 manat, qardaşı Vasifə isə hər həftəsinə 750 manat olmaqla, cəmi 1500 manat qazanc pulu vermişdir. Həmin vaxtdan sonrakı həftələrdə o və qardaşı Vasif Ruslanın yanına həftəlik qazanc pullarını almaq üçün gedəndə Ruslan onlara pulların batdığını, başına iş gəldiyini, daha qazanc olmayacağını bildirmiş, sonralar isə müxtəlif bəhanələr gətirərək onlardan aldığı pulu geri qaytarmamışdır. Lakin o və qardaşı Vasifin ümumi verdikləri 22000 manat puldan qazanc əldə etdiklərinə görə Ruslana 3500 manatı bağışlamışlar. Hazırda işə məhkəmədə baxılan vaxt təqsirləndirilən şəxs ondan aldığı pulu tam şəkildə qaytarmışdır. Onunla barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə qohumluq əlaqələri var. Təqsirləndirilən şəxs baytar həkim işləyir, onunla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur, münasibətləri yaxşı olmuşdur. 2020-ci ilin noyabr ayının əvvəllərində o və qardaşı Elçin yaxınlarından Ruslanın baytar işlədiyi bir neçə fermalarda cins iribuynuzlu heyvanların yeni doğulmuş balalarının satışı ilə məşğul olduğunu və bundan qazanc əldə etdiyini eşitmişlər, Ruslan verilən 500 manat pulun müqabilində hər həftəsinə əlavə olaraq 50 manat pul (əlavə gəl pulu) verir. Bu səbəbdən də qardaşı Elçin də qazanc əldə etmək istəmiş və Ruslanın Mingəçevir şəhəri Kolxoz bazarında işlətdiyi baytarlıq aptekinə gedib Ruslanla görüşmüşdür. Orada söhbət zamanı Ruslan Elçinə həqiqətən də Mingəçevir şəhərinin ətraf rayonlarında yerləşən fermalarda cins iribuynuzlu heyvanların yeni doğulmuş balalarının satışı ilə məşğul olub, qazanc əldə etdiyini, nə qədər çox pul olsa, bir o qədər də çox qazanc əldə olunacağını və hər verilən 500 manat pul üçün hər həftə üçün əlavə 50 manat pul verəcəyini Elçinə bildirmişdir. Ona görə qardaşı Elçin də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qazanc əldə etmək məqsədi ilə Ruslana 1000 manat pul verəcəyini bildirmişdir. Təxminən xx.xx.2020-ci il tarixdə qardaşı Elçin 1000 manat düzəldib aparıb Təqsirləndirilən şəxs işlədiyi Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən baytarlıq aptekində Ruslana vermişdir. Həmin vaxtdan sonra 1 ay müddət ərzində, yəni 4 həftədə hər həftəsinə 100 manat olmaqla Ruslan onun qardaşı Elçinə 400 manat qazanc pulu vermişdir. 1 ay keçdikdən sonra qardaşı Elçin yaxşı qazanc əldə etdiyini görüb, buna görə də Ruslana daha çox pul vermək qərarına gəlmiş və xx.xx.2020-ci il tarixdə Elçin Ruslanla işlədiyi Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən baytarlıq aptekində görüşüb, Ruslana yenidən 2000 manat pul vermişdir. Ruslan da hər həftə (cəmi 4 həftə yəni 1 ay) Elçinə 300 manat gəlir pulu, cəmi 1200 manat qazanc pulu vermişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə qardaşı Elçin yenə Ruslanın işlədiyi Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən baytarlıq aptekində ona 2000 manat pul vermiş ki, daha da çox qazanc əldə etsin, həmin pula görə Ruslan həftəsinə 200 manat olmaqla, Elçinə 2 həftə cəmi 400 və əvvəl verdiyi 3000 manata görə 600 manat olmaqla, cəmi 1000 manat qazanc pulu vermişdir. Lakin həmin vaxt Ruslan 2021-ci ilin yanvar ayından başlayaraq, hər verilən 1000 manata görə 50 manat qazanc pulu veriləcəyini qardaşı Elçinə bildirmişdir. 2021-ci ilin yanvar ayında qardaşı Elçin ona qohumları Ruslanın bu işlə məşğul olduğunu və Ruslana hər verilən 1000 manat üçün həftəsinə 50 manat qazanc əldə olunduğunu bildirərək, ona da Ruslana pul verib qazanc əldə etməyini məsləhət bilmişdir. Buna görə də xx.xx.2021-ci il tarixdə o, qardaşı Elçinlə Ruslanın işlədiyi Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən baytarlıq aptekinə getmiş, orada o, qohumları Ruslana 10000 manat pul vermişdir. xx.xx.2021-ci il tarixdə isə qardaşı Elçin özü də yenidən Ruslana 1000 manat pul vermişdir. Elə həmin vaxtdan sonra 2 həftə Ruslan qardaşı Elçinin verdiyi cəmi 6000 manata görə həftəsinə 300 manat olmaqla, cəmi 600 manat, onun özünə isə cəmi 1000 manat qazanc pulu vermişdir. Sonuncu dəfə, xx.xx.2021-ci il tarixdə yenidən qardaşı Elçin Ruslana 1000 manat, onun özü isə 5000 manat pul vermiş ki, daha çox qazanc əldə etsinlər. Beləliklə, qardaşı Elçin Ruslana ümumilikdə 7000 manat, onun özü isə 15000 manat məbləğdə pul vermişdir. Beləliklə, Ruslan hər həftə Elçinin 7 min manat puluna qarşı 350 manat, onun 15000 manat puluna görə isə 700 manat qazanc pulu verməli olmuşdur. Həmin vaxtdan sonra 2021-ci ilin fevral ayının əvvəllərində Ruslan cəmi 2 həftə, hər həftəsinə 350 manat olmaqla, qardaşı Elçinə 700 manat, ona isə hər həftəsinə 750 manat olmaqla, cəmi 1500 manat qazanc pulu vermişdir. Həmin vaxtdan sonrakı həftələrdə də o və qardaşı Elçin Ruslanın yanına həftəlik qazanc pullarını almaq üçün gedəndə Ruslan onlara pulların batdığını, başına iş gəldiyini daha qazanc olmayacağını bildirmiş, sonralar isə müxtəlif bəhanələr gətirərək aldığı pulları geri qaytarmamışdır. Hazırda təqsirləndirilən şəxs ondan aldığı pulun bir hissəsini qaytarmış, qalan 11000 manat pulu qaytarmağı öhdəsinə götürmüşdür. Eləcə də, təqsirləndirilən şəxsin qardaşı X7 11.000 manat məbləğində pulu qaytarmaq barədə üzərinə notariusda yazılı öhdəlik götürmüşdür. Ona görə də o, təqsirləndirilən şəxslə barışmış və həmin məbləğə münasibətdə onunla razılaşmışdır. Hazırda onun təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, onlar Mingəçevir şəhərində yerləşən 5 nömrəli Dəmir Beton zavodunun inzibati binasında məskunlaşıb yaşayırlar. Ruslanın ailə üzvləri ilə də münasibəti yaxşı olmuşdur. Ruslan özü baytar həkimi işləyərək, ətraf rayonlarda yerləşən fermalarda heyvanlara tibbi yardım göstərir. 2021-ci ilin yanvar ayında oğlu Seymur Ruslanla birlikdə yaşadıqları evə gəlmişlər. Seymur ona Ruslanın birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq buynuzlu mal-qara alıb-satmağı təklif etdiyini, qeyd olunan fəaliyyətin müqabilində qazanc əldə edəcəklərini ona bildirmişdir. O bu barədə Ruslanla maraqlandıqda, Ruslan ona Bərdə, Ağcabədi və Tərtər rayonlarında yerləşən fermalardan satışa çıxarılan iribuynuzlu malqaranı ucuz qiymətə alıb, Azərsun Holdingə satdığını, belə ki, Azərsun Holdingdə həmin mal-qaranın ətindən konserva hazırlanmasında istifadə edildiyini demişdir. Həmçinin Ruslan ona həftə ərzində təxminən 1 baş yaşlı heyvan alıb aparıb konservə verib gəlir əldə edəcəklərini də bildirmişdir. O, Ruslandan qeyd etdiyi fəaliyyətlə necə məşğul olduqlarını və həmin fəaliyyətlə məşğul olmaq üçün ilkin olaraq nə qədər pul lazım olduğunu soruşduqda, Ruslan ona nə qədər çox pul olsa, bir qədər çox gəlir əldə edəcəklərini bildirmişdir. Həmçinin Ruslan ona Seymurun da qeyd etdiyi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda hər ay təxminən 1000 manat məbləğdə pul qazanacağını da demişdir. O da həmin vaxt Ruslandan sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə rəsmi qeydiyyatdan keçib-keçmədiyini soruşduqda, Ruslan ona hüquq mühafizə orqanlarının yüksək rütbəli şəxslərinin ona himayədarlıq etdiyini, buna görə də işlərində hər hansı problemlər yaranmadığını demişdir. O da Ruslanı uzun müddət tanıdığından, Ruslanın hər hansı dələduzluq əməlinin şahidi olmadığı üçün ona inanmışdır. Ruslana ilkin olaraq təxminən 7-8 min manat məbləğdə pul verə biləcəyini, ilk aylardan əldə edəcəkləri gəlirdən asılı olaraq Ruslana əlavə də pul verəcəyini bildirmişdir. Birlikdə Ruslanla sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq barədə razılaşdıqdan sonra Ruslan çıxıb getmişdir. O, sonra yaşadığı evdə oğlu Seymurla məsləhətləşmiş və söhbət zamanı özünə məxsus olan 7000 manat məbləğdə pulu ilkin olaraq Ruslana vermək barədə qərara gəlmişdir. Təxminən bir neçə gün sonra Ruslan onunla telefonla əlaqə saxlayaraq yaşadığı evə gəlmişdir. Ona mal-qaranın alacağı yerlərdə sifariş verdiyi sayda mal-qaranın toplanıldığını, gedib mal-qaranı götürüb aparıb konserv hazırlanması üçün qəbul edən ünvana çatdırmaq lazım olduğunu bildirmişdir. O da həmin vaxt, yəni xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində oğlu Seymurun və Peymanın yanında Ruslana 7000 manat məbləğdə pul vermişdir. Həmçinin o, söhbət zamanı Ruslandan nə vaxt ödəniş olacağını soruşduqda, Ruslan ona iki ay ərzində xeyir qazanacağını deyərək çıxıb getmişdir. Bundan sonra o, iki ay gözləmiş, lakin Ruslanın həmin iki ay müddətində hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını görməmişdir. Daha sonra isə o, Təqsirləndirilən şəxs başqa adamları da aldadaraq pullarını ələ keçirdiyini eşitmişdir. Sonra Ruslanla bu barədə danışdıqda sonuncu ona hər dəfə ona müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Hazırda işə məhkəmədə baxılan vaxt təqsirləndirilən şəxs aldığı pulu tam şəkildə qaytarmış və onunla barışmışdır. Odurki, onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 onun atasıdır. Təqsirləndirilən şəxslə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs uzun müddətdi tanıyır və ailə üzvləri ilə də münasibətləri yaxşı olmuşdur. Onun onların evlərinə də gediş-gəlişi olmuşdur. 2021-ci ilin yanvar ayında Ruslan onların evlərində olarkən atasına və ona müraciət edərək, o, işlədiyi kompleks fermaların heyvanlarının satışa çıxarıldığını və Azərsun HOLDİNQ-ə konserv üçün mal verdiyini, bir yerdə həftəyə 100 baş qoca heyvan alıb aparıb ora vermələrini və oradan xeyir götürəcəklərini demişdir. Atası evdə olduğu üçün onunla danışdıqdan sonra atası da ona suallar verməyə başladı. Atası ondan nə qədər pul lazım olduğunu, alverin necə olduğunu soruşmuşdur. Ruslan da nə qədər pul çox olsa, alveri də o qədər yaxşı olacağını, digər şəxslərdən 70-80 min manat pul yığdığını bildirərək, onların ona nə qədər pul verəcəklərini soruşmuşdur. Atası da ondan təkrarən nə qədər xeyir götürəcəklərini soruşduqda, Ruslan yenə də əldə edəcəkləri qazancı bərabər şəkildə böləcəklərini bildirmişdir. Atası isə Ruslandan VÖEN açdırıb-açdırmadığını soruşduqda, o, DTX-da bir nəfərin ona himayədarlıq etdiyini, aylıq həmin şəxsə 6000 manat pul verdiyini və problem olmadığını demişdir. Onlar da bundan sonra Ruslanı tanıdıqları üçün ona inanmış və bir-iki günə 7-8 min manat pul tapıb verəcəklərini, ilkin aylıqda onlara qazancı göstərməsini, əgər xeyir olacaqsa, sonradan əlavə şəxsləri də bura cəlb edərək, artıq pul verəcəkləri barədə razılaşlaşmışlar. Ondan sonra Ruslan evdən çıxıb getmişdir. O, sonra evdə atası ilə məsləhətləşmiş və xalası Nailədə yığıb saxlamaq üçün verdikləri təxminən 1500 manat pul olduğunu və əlavə pul olsa xalasından borc götürmək qərarına gəlmişlər. O, bir neçə gün sonra xalası Nailənin evinə getmiş və atası da xalasına zəng edərək ondan borca pul istəmiş, xalası da onlara 5000 manat pul vermişdir. Həmçinin anası da əlavə pul düzəltmiş və ümumi 7000 manat pul yığılmışdır. Bu müddət ərzində Ruslan bir neçə dəfə atasına zəng etmiş və atası da ona pulu gəlib götürməsini bildirmişdir. Ruslan da xx.xx.2021-ci il tarixdə axşam saat 22:00 radələrində evə gəlmiş və evdə ailə üzvlərinin yanında 7000 manat pulu atasından almışdır. Həmçinin atası və o, ondan söhbət zaman nə vaxt ödəniş olacağını soruşduqda, Ruslan onlara 2 ay ərzində xeyir əldə edəcəklərini demiş və getmişdir. Bundan sonra onlar onu 2 ay gözləmişlər. Daha sonra eşitmişlər ki, Təqsirləndirilən şəxs başqa adamları da aldadaraq pullarını ələ keçirmişdir. O, sonra Ruslanla bu barədə danışdıqda, o, hər dəfə onu müxtəlif bəhanələrlə yubatmağa başlamışdır. Ruslanın ailə üzvləri ilə söhbət etsələr də, onlar pulu geri qaytarmamışlar. Ona görə də atası məcbur qalıb bu barədə ərizə ilə Polis şöbəsinə müraciət etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X19 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirakı mümkün olmamış, Şahid3 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid3 da şahidlər Şahid1 və X19 ilə eyniməzmunlu ifadə verərək, onların göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərlə heç bir ədavəti və düşmənçiliyi yoxdur. O, Təqsirləndirilən şəxs işlətdiyi aptekdən tanıyır, oradan alver edərkən, onun baytar həkim olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxsləri tanımır. Ruslanı yaxşı baytar həkim kimi tanımışdır, onun mal-qarasına baxmış, müalicə etmişdir. O, mal-qara saxlayır və onlara dərmanı daima Ruslandan almışdır. Ruslan arada mal-qara alveri ilə də məşğul olduğunu bilmişdir. Mal-qaranı kimdən alması ilə bağlı məlumatı olmamışdır. Danaları Tərtərdəki fermadan gətirib, 1 baş heyvanı 650-700 manata almışdır. İki il əvvəl Ruslandan 3 baş buzov və isveç keçisi almış, bir az böyüdükdən sonra satmışdır. 2 baş isveç keçisinin birini 250-300 manat dəyərində almışdır. Ruslandan aldığı mal-qaradan tələf olanı olmamışdır. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərlə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs onun qaynıdır. Zərərçəkmiş şəxs3 həmyerli və qonşu kimi tanıyır. Ruslan baytar həkimdir, mal-qara alveri ilə də məşğul olurdu. O da Ruslandan 5-6 baş mal-qara almış, 1-2 ay saxladıqdan sonra satmışdır. Ruslan buzovdan başqa, keçi və quzu da satırdı. Həmin mal-qaranı Ruslanın kimdən aldığını bilməmişdir. Sonuncu dəfə aldığı mal-qara 1-2 ay keçdikdən sonra təxminən 15-20 baş iribuynuzlu malı tələf olduğunu Ruslan özü ona demişdir. Ruslan aldığı mal-qaranı dağın dibində yerləşən fermada saxlamışdır. Tələf olmuş mal-qaranı isə hara atdığını və başqa kiminlə alver etdiyini bilməmişdir. 2020-ci ildə aldığı mal-qara xəstələnəndə Ruslan heyvanları müalicə edib sağaltmışdır. Ruslandan aldığı heyvanlardan tələf olanı olmayıb. Ruslan onunla birlikdə mal-qara alveri ilə məşğul olmağı ona təklif etməmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərlə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs 2020-ci ilin payızından tanıyır. Belə ki, o, Etibar müəllimin fermasında çoban işləmişdir. O, işlədiyi fermada təxminən 50-60 baş qoyun-quzu və hazırda sayını xatırlamadığı buzovlar olmuşdur. İkinci ferma isə dağın dibində Sədi müəllimin torpaq sahəsində yerləşirdi. Ruslan baytar həkimidir, həmçinin malqara alveri ilə də məşğul olurdu, o mal-qaranı kimdən alıb, kimə satdığından məlumatı olmamışdır. Qış ayları idi, fermada 1 inək və 4 buzov tələf oldu və onların cəsədlərini sel kanalına atmışlar, bəzilərini isə zibilxana tərəfdə basdırmışlar. Müstəntiq fermaya gələndə tələf olmuş buzovları torpağa basdırdıqlarını demişlər, lakin o, əhəmiyyət verməmişdir. Mal-qaranın ölüm səbəbini o, bilməmişdir, həkim özü bilir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 1 dəfə fermada görmüş, gəlmə səbəbini isə bilməmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərlə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs 2018-ci ildə Goranboy rayonunda yerləşən fermada işlədiyi zaman tanımışdır. Ruslan məsul şəxs kimi heyvanların müalicəsi ilə məşğul olmuşdur. Ruslan mal-qara müalicəsindən əlavə, buzov vədana alveri ilə də məşğul olmuş, yəni erkək buzovları ucuz qiymətə almış və baha qiymətə satmışdır. Xatırlamadığı vaxtda, heyvanlar kütləvi ağ ciyərin iltihabı xəstəliyinə tutulduğundan, 500 baş heyvandan 35-40 başı tələf olmuşdur. Mal-qara, əsasən yaz və payız aylarında tələf olur. Fermada saxlanılan inəklər rəsmi qeydiyyata alınıb, buzovlar tez-tez satılır deyə, onlar rəsmi qeydə alınmırlar və bu səbəbdən sığortalanmırlar. Tələf olmuş heyvanları zibiliyə atmışlar, orada da onları çaqqallar yemişdir. Ruslanın onlarda 6-7 baş buzovu olmuş, əvvəldən pulu ödəyib almışdı. Satılana qədər fermada qalırdı, tələf olanda onlar məsuliyyət daşımırdılar. Ruslanın əvvəllər onlardan alıb apardığı buzovlardan tələf olubolmamasını bilməmiş, nə də maraqlanmamışdır. 2019-2020-ci illlərdə Ruslan onlardan buzov alıb satmışatmışdır. 2021-ci ilin əvvəlində fəaliyyətlərini dayandırmışlar. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini, iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində əməlində cinayət tərkibinin olmaması ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, zərərçəkmiş şəxslərdən aldığı pulları heyvanların tələf olması səbəbi ilə onlara geri qaytara bilməməsi ilə bağlı istinad etdiyi dəlillər iş materiallarına əlavə edilmiş sənədlərlə və şahid ifadələri ilə təkzib edilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən pul aldığını etiraf etsə də, lakin pulu qazanc əldə etmək məqsədilə aldığını və ziyan etdiyinə görə geri qaytara bilməməsi ilə bağlı əsaslandığı hal onun cinayət məsuliyyətindən yayınması və öz dələduzluq niyyətini gizlətmək məqsədi güdməsinə dəlalət edir. Belə ki, təqsirləndirilən şəxsin eyni üsulla zərərçəkmiş şəxslərə qazanc vəd etmiş və onlara bir neçə dəfə vəd etdiyi qazancı verməklə etibar qazanmaqla onları aldadıb pullarını ələ keçirmişdir. Bu hallar məhkəmə iclası zamanı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Eləcə də, buzovların tələf olması ilə bağlı təqsirləndirilən şəxsin istinad etdiyi dəlillər, baxış protokolu, habelə onun özü tərəfindən dəvət edilmiş və əlavə şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə də təkzib edilmişdir. Bu da onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsdə dələduzluq niyyəti qabaqcadan formalaşmış, yəni onun məqsədi zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etməklə aldadıb əmlaklarını ələ keçirməkdən ibarət olmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin həmin hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ölmüş mal-qaranın meyitlərini atdığı Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən zibilxanaya baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs ölmüş iribuynuzlu mal-qaranın atıldığı yeri əli ilə göstərmiş, lakin həmin ərazidə Təqsirləndirilən şəxs qeyd etdiyi iribuynuzlu mal-qaranın qalıqları, yəni sümükləri, eləcə də hər hansı mal-qaraya aid meyit və qalıqlar aşkar olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X10 etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə, həmçinin zərərçəkmiş şəxs X9 etibarından sui-istifadə edərək və aldadaraq onun əmlakını xeyli miqdarda ələ keçirməklə, o cümlədən Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etmə və aldatma yolu ilə onun əmlakını xeyli miqdarda ələ keçirməklə təkrarən dələduzluq etməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinəəsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X12 özünün Mingəçevir şəhərinin ətraf ərazilərində yerləşən rayonlarda fəaliyyət göstərən kompleks iribuynuzlu mal-qara fermer təsərrüfatlarında baytar həkim kimi fəaliyyət göstərdiyini bildirib, həmin fermer təsərrüfatlarında saxlanılan cins heyvanların yeni doğulmuş balalarını (buzovlarını) ucuz qiymətə alıb baha qiymətə sataraq əldə olunacaq gəlirləri öz aralarında yarı bölüb gəlir qazanacaqlarını yalandan vəd edib Elçin Quluyevin aldadılmasına nail olduqdan sonra 2020-ci ilin noyabr - 2021-ci ilin yanvar aylarında işlədiyi Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Mərkəzi Bazardakı baytarlıq aptekində Elçin Quluyevdən hissə-hissə olmaqla, ümumilikdə 7000 manat məbləğdə pulunu alıb, ələ keçirərək zərərçəkmiş şəxs X12 ümumilikdə 7000 manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X13 özünün Mingəçevir şəhərinin ətraf ərazilərində yerləşən rayonlarda fəaliyyət göstərən kompleks iribuynuzlu mal-qara fermer təsərrüfatlarında baytar həkim kimi fəaliyyət göstərdiyini bildirib, həmin fermer təsərrüfatlarında saxlanılan cins heyvanların yeni doğulmuş balalarını (buzovlarını) ucuz qiymətə alıb baha qiymətə sataraq əldə olunacaq gəlirləri öz aralarında yarı bölüb gəlir qazanacaqlarını yalandan vəd edib, Vasif Quluyevin aldadılmasına nail olduqdan sonra 2021-ci ilin yanvar ayında işlədiyi Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Mərkəzi Bazardakı baytarlıq aptekində Vasif Quluyevdən hissə-hissə olmaqla ümumilikdə 15000 manat məbləğdə pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs X13 ümumilikdə 15000 manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 özünün Mingəçevir şəhərinin ətraf ərazilərində yerləşən rayonlarda fəaliyyət göstərən kompleks iribuynuzlu mal-qara fermer təsərrüfatlarında baytar həkim kimi fəaliyyət göstərdiyini bildirib, həmin fermer təsərrüfatlarında saxlanılan heyvanları konserv hazırlanması üçün ucuz qiymətə alıb baha qiymətə sataraq, əldə olunacaq gəlirləri öz aralarında yarı bölüb gəlir qazanacaqlarını yalandan vəd edib, Zərərçəkmiş şəxs3 aldadılmasına nail olduqdan sonra 09 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 müvəqqəti məskunlaşıb yaşadığı Mingəçevir şəhəri, 5 nömrəli X20 zavodunun inzibati binasında Zərərçəkmiş şəxs3 7000 manat məbləğdə pulunu alıb, ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 7000 manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in məhz 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin dələduzluq kimi qiymətləndirilməsinə dair öz qənaətini onunla əsaslandırır ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş təkzibedilməz sübutlara əsasən onun niyyəti, zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxslərin əmlakını ələ keçirib onları aldatmaqdan ibarət olmuşdur. Belə ki, təqsirləndirilən şəxs mal-qara alqı-satqısı işi ilə məşğul olmaq və qazanc əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsləri aldadaraq onların pul vəsaitlərini almış, lakin həmin pul vəsaitlərini geri qaytarmayaraq dələduzluq niyyətini həyata keçirmişdir. Bununla da təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri əlverişsiz vəziyyətə salmaqla, onların etibarından sui-istifadə etmək və aldatmaq yolu ilə əmlaklarını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq niyyətini gerçəkləşdirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin saksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla təkrar talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və X12 dəymiş ziyanı tam, zərərçəkmiş şəxs X13 dəymiş ziyanı qismən ödəməsini və onlarla razılıq əldə edib barışmasını, eləcə də həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2022–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs3 tərəfindən yazılmış ərizədən görünür ki, cinayət nəticəsində ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və zərərçəkmiş şəxs X18 tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində ona vurduğu ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və zərərçəkmiş şəxs X17 tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində ona vurduğu ziyanı qismən ödəmiş, qalan 11000 manat pulu isə yaxın vaxtlarda ödəyəcəkdir. Təqsirləndirilən şəxslə barışmış, hazırda ondan heç bir şikayəti yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mingəçevir Şəhər Bölməsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində qeydiyyatda olduğu Dövlətqaçqınkomunun Mingəçevir şəhər nümayəndəliyinə heç bir narazılıq, şikayət daxil olmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərinin, Goranboy və Yevlax rayonlarının ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərlə zərərçəkmiş şəxslərə maddi ziyan vurulması, habelə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlinə görə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və X12 dəymiş ziyanı tam şəkildə, zərərçəkmiş şəxs X13 isə vurulmuş 15000 manat məbləğində ziyandan 4000 manat məbləğində pul ödənilmişdir. X13 vurulmuş ziyandan qalan 11000 manat məbləğində pul ödənməsə də, bununla bağlı zərərçəkmiş şəxs X17 tərəfindən cinayət mühakimə icraaatı zamanı mülki iddia verilməmişdir. Bununla belə məhkəmə hesab edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxs X13 vurulmuş maddi ziyanı mülki mühakimə qaydasında tələb etmək üçün subyektiv hüququnun olması izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə hazırkı cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak və maddi sübut müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Hazırkı cinayət işi üzrə məhkəmə məsrəfi yoxdur. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin, Goranboy və Yevlax rayonlarının ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00– dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Zərəçəkmiş şəxs X2 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-89/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-89/2022
15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver