Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-89/2023 06.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi- Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Zərərçəkmiş şəxs Müseyib oğlunun iştirakı ilə, xx.xx.1968-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan vəMingəçevir şəhəri, Şəfa bağ massivi 7-ci küçədə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xx.xx.2023cü il tarixdə saat 17:00-da açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 07 radələrində yaşadığı evin həyətində oğlu Zərərçəkmiş şəxs Müseyib oğlu, ona spirtli içki qəbul etdiyinə görə irad bildirdiyi üçün aralarında ailə münaqişəsi zəmnində yaranan mübahisə zamanı bir dəfə yumruqla Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə vuraraq ona sağ gözünün alt qapağında qançır, sağ gözünün ağlı qişasına qansızma və sağ gicgah nahiyyəsində hematoma və səhətin qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vunnaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Aşkar cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsindəgöstərdi ki,son 1 ay ərzində bir neçə dəfə spirtli içki qəbul edib sərxoş olduğu səbəbədən oğlu Orxanın və həyat yoldaşı Kamalənin ona irad bildirməsinə görə onlarla mübahisələr etmişdir. Sonuncu dəfə, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində sərxoş vəziyyətdə evə gəlmiş, sonra isə yatmaq üçün otağına keçmişdr.Lakin, gün ərzində yata bilmədiyini üçün xx.xx.2023-cü il tarixdə saat 06:30 radələrində yaşadığı evin həyətinəçıxaraq spirtli içki araq qəbul etmiş və bir qədər keçəndən sonra oğlu Orxanın çöləçıxıb onun araq içdiyini və danışdığını görüb irad bildirib onunla kobud rəftar etmişdir.Buna görə dəəsəbləşib yumruqla bir dəfə oğlu Orxanın göz nahiyəsinə vurub xəsarət yetirmiş, həmin vaxt arvadı Kamalənin onları aralaşdırmışdır.Lakin, həmin günü saat 14-radələrində yenidən yaşadığı evin həyətində spirtli içki qəbul edəndə oğlu Orxanın ona irad bildirdiyinə görəəsəbləşib onunla mübahisə etmiş və buna görə də Orxanın DİNnin 102 xidmətinə zəng edib məlumat vermiş və Mingəçevir ŞPŞ-nəərizə ilə müraciət etmişdir.Daha sonra bildirdi ki, zərərçəkmişşəxslə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Ona görə də məhkəmədən barəsində olan işəxitam verilməsini xahişedir. Zərərçəkmiş şəxs Müseyib oğlu məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun atasıdır. Atası Müseyibin son 1 ay ərzində bir neçə dəfə spirtli içki qəbul edib sərxoş olanda mübahisələr yaratmışdır. Sonuncu dəfə, xx.xx.2023-cü il tarixdə saat 23-radələrində atası Müseyibin sərxoş vəziyyətdə evə gələrək nalayiq və kobud sözlər işlədib mübahisə yaratmış, bir qədər sonra yatmaq üçün otağa getmişdir.Lakin, xx.xx.2023-cü il tarixdə saat 07 radələrində atası Müseyibin mübahisə səslərini eşidib yuxudan oyanmış və yaşadığı evin həyətinə çıxanda atası Müseyibə spirtli içki qəbul etməsini və nalayiq ifadələrlə səs küy salmasını görmüşdür. Bununla bağlıatasına irad bildirib sakitləşməsini xahiş etdiyi üçün aralarında mübahisə yaranmış, mübahisə zamanı atası Müseyibin yumruqla 1 dəfə onun sağ göz nahiyyəsinə vurub xəsarət yetirmişdir. Sonra isə anası Kamalənin onları aralaşdırmışdır. Lakin, həmin günü saat 14-radələrində atası Müseyibin yenidən yaşadığı evin həyətində spirtli içki qəbul edib sərxoş vəziyyətdə mübahisə yaratdığı üçün DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və Mingəçevir ŞPŞ-nəərizə ilə müraciət etmişdir. Daha sonra bildirdi ki, aşkar cinayət əməli törətmişşəxs onunla barışmışdır. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Ona görə dəəməli törətmişşəxs Təqsirləndirilən şəxsbarəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə Şahid bildirdi ki, şikayət edən Orxanın oğlu, Təqsirləndirilən şəxs isə əridir. Müseyibin son 1 ay ərzində bir neçə dəfə spirtli içki qəbul edib sərxoş olanda evdə mübahisələr yaratmışdır. Sonuncu dəfə, xx.xx.2023-cü il tarixdə saat 23-radələrində Müseyibin sərxoş vəziyyətdə evə gələrək nalayiq və kobud sözlər işlədib mübahisə yaratmış və bir qədər sonra yatmaq üçün otağa getmişdr. Lakin, xx.xx.2023-cü il tarixdə saat 07 radələrində əri Müseyibin yaşadığı evin həyətində spirtli içki içib mübahisə etmiş, həmin vaxt oğlu Orxanın səsə çölə çıxıb Müseyibə spirtli içki qəbul etməsi və nalayiq ifadələrlə səs küy salması ilə bağlı irad bildirib sakitləşdirməyə çalışmışdır. Buna görə aralarında mübahisə yaranmış, mübahisə zamanı Müseyib yumruqla 1 dəfə oğlu Orxanın sağ göz nahiyəsinə vurub xəsarət yetirmişdir. Bundan sonra o, onları aralaşdırıb sakitləşdirmişdir. Həmin günü saat 14-radələrində əri Müseyibin yenidən yaşadığı evin həyətində spirtli içki qəbul edib sərxoş vəziyyətdə mübahisə yaratdığı üçün oğlu Orxanın DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və Mingəçevir ŞPŞ-nəərizə ilə müraciət etmişdir. İş materiallarında olan xx.xx.21023-cü il tarixli baxış protokolundan görünür ki, baş vermiş hadisə yeri Mingəçevir şəhəri, Şəfa bağ massivi 7-ci küçədə yerləşən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs birgə yaşadıqlarm evin həyətində baş vermişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs Müseyib oğlu xx.xx.2023-cü il tarixdə saat 07 radələrində yaşadığı evin həyətində atası Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yarandığını, mübahisə zamanı atası Müseyibin onun sağ göz nahiyyəsinə yumruqla vurub xəsarət yetirdiyini bildirdi və həmin yerləri göstərdi. Eyni zamanda baxışda iştirak edən Təqsirləndirilən şəxs münaqişə zamanıyumruqla Zərərçəkmiş şəxs sağ göz nahiyyəsinə qəsdən vurub xəsarət yetirdiyini bildirib həmin yeri göstərdi. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 318 saylı rəyindən isə görünür ki, Zərərçəkmiş şəxs Müseyib oğlunun məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər – sağ gözünün alt qapağında qançır, sağ gözünün ağlı qişasına qansızma və sağ gicgah nahiyyəsində hematoma, küt əşyanın (alət-lərin) təsirindən əmələ gəlmiş, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cüil tarixə uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmadığıüçün dərəcəsi təyin olunmayan xəsarətə aid edilir. İşəəlavə olunmuş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Müseyib oğlu tərəfindən yazılmışərizələrdən görünür ki, onlar barışmışlar. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. İşdə olan DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 07 radələrində yaşadığı evin həyətində oğlu Zərərçəkmiş şəxs Müseyib oğlu, ona spirtli içki qəbul etdiyinə görə irad bildirdiyi üçün aralarında ailə münaqişəsi zəmnin yaranan mübahisə zamanı bir dəfə yumruqla Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə vuraraq ona sağ gözünün alt qapağında qançır, sağ gözünün ağlı qişasına qansızma və sağ gicgah nahiyyəsində hematoma və səhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki,məhkəmə istintaqı zamanı cinayət hadisəsinin olması, təqsirləndirilən şəxsin əməlində cinayətin tərkibinin olması və cinayət törədilməsində aidiyyətinin olması şahid ifadələri və məhkəmədə tədqiq olunmuş digər sənədlərlə tam sübuta yetirilir və Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-cimaddəsi ilə tövsüf olunmuşdur. Lakin məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməsini və zərərcəkmiş şəxslə barışdığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 73.2-ci maddəsinəəsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuşəməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamiləödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əssən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2–ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. İş materiallarından görünür ki, əməli törətmiş şəxslə zərərçəkmiş şəxs barışmış, zərərçəkmiş şəxsin dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, əməli törətmişşəxsin zərərçəkmişlə barışması qəbul edilməli və cinayət məsuliyyətindən azad edilməklə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallar ıüzrə icraata xitam verilməlidir. İşüzrə maddi sübut, mülki iddia vəməhkəməxərcləri yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 73.2-ci, CPM-in 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutaraq qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qərar elan olduğuandan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsiilə Şəki ApellyasiyaMəhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətinbaşa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-89/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-89/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver