Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-89/2025 20.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi–ünvan 2ir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.2007-ci ildə ünvan 2ir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ir şəhəri, Şəfa bağ massivində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 31 oktyabr 2024-cü il tarixdə günorta saatlarında ünvan 2ir şəhəri Şəfa bağ massivində yaşayan vətəndaşlara məxsus mal-qaranın otladığı ünvan 2ir şəhəri Şəfa bağ massivində yerləşən məişət tullantılarının atıldığı ərazinin yaxınlığındakı açıq sahədən Zərərçəkmiş şəxs1 məxsus 550 manat dəyərində 1 baş diri çəkisi 70 kiloqram olan, dişi cinsli, 7 aylıq buzovu, Zərərçəkmiş şəxs2 məxsus 1050 manat dəyərində, 1 baş diri çəkisi 150 kiloqram olan, erkək cinsli, 1 illik dananı, Zərərçəkmiş şəxs3 məxsus 1700 manat dəyərində 1 baş diri çəkisi 250 kiloqram olan, erkək cinsli, 2 illik dananı həmin ərazidə otlayan digər mal-qaradan ayırıb, yaxınlıqda yaşayan əmisi X4 yaşadığı ünvan 2ir şəhəri Şəfa bağ massivində yerləşən fəri yaşayış evinin həyətinə apararaq özgənin, yəni Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 3300 manat məbləğdə əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Qeyd olunan əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının 177.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Göstərilən ünvanda atası Səbuhi ilə birlikdə yaşayır. Metal qırıntılarını yığıb metal qəbulu məntəqələrinə təhvil verməklə məşğul olur. Yaşadığı evin yaxınlığında yəni, qonşuluqda yaşayan şəxslər mal-qara saxlayırlar. Qonşulara məxsus mal-qara Şəfa bağ massivində məişət tullantıları atılan açıq sahədə otlayırlar. Rüfət adlı şəxs onlarla qonşuluqda yaşayır. Rüfətlə münasibətləri normaldır. Hadisədən təxminən 2-3 gün əvvəl Rüfətlə yaşadıqları evin yaxınlığında görüşüb söhbət edən zaman aralarında razılaşmışlar ki, qonşuların otlaq sahəsində olan heyvanlarını oğurlasınlar. Ertəsi gün o, otlaq sahəsində olarkən 1 baş erkək dananın şəklini çəkib Whatsapp tətbiqi vasitəsi ilə Rüfətə göndərmişdir. Rüfət də dananın şəklinə baxıb həmin dananın normal dana olmasını ona bildirmişdir. Həmin gün axşam saatlarında Rüfətə mobil telefonla Whatsapp tətbiqi vasitəsi ilə sms yazaraq səhər tezdən onu oyatmasını bildirmişdir. Rüfət də onunla razılaşmışdır. 31 oktyabr 2024-cü il tarixdə səhər saatlarında Rüfət zəng edərək onu oyatmışdır. Bir qədər sonra Rüfətlə mal-qaranın otladığı sahədə görüşüb, həmin ərazidə gəzmişlər. Həmin ərazinin kənarları əhatələnməyibdir. Yəni, mal-qara otladığı sahənin ətrafları açıqdır. Günorta saatlarında mal-qaranın növbətini çəkən adam mal-qaranın ətrafında olmamışdır. Orada olarkən Rüfətə mal-qaranın arasından 3 baş dananı oğurlamağı təklif etmişdir. Həmçinin oğurlayacaqları danaların qonşuluqda yaşayan Fazil, Fərhad və Toğrul adlı şəxslərə məxsus olmasını da Rüfətə demişdir. Lakin, Rüfət onunla razılaşmamışdır. Belə ki, Rüfət onunla birlikdə mal-qara oğurlamaqdan imtina etmişdir. Daha sonra isə onun yanından aralaşıb bir qədər aralıda məişət tullantıları yığan anasının yanına getmişdir. Bir qədər keçdikdən sonra o, ətrafda heç kəs olmadığını görüb mal-qaranın arasından 3 baş dananı ayırıb otlaq sahəsindən oğurlayaraq əmisi Coşqunun yaşadığı evin həyətinə doğru aparıb qapıdan həyətə salmışdır. Bir qədər sonra polis əməkdaşları yaşadığı evə gəlib onu polis şöbəsinə dəvət etmişlər. O da polis şöbəsində törətdiyi əməli etiraf edib oğurladığı danaları təqdim etmişdir. Həmçinin o, ifadəsində Rüfətə birlikdə malqara oğurlamağı təklif etsə də Rüfət mal-qaranın qonşuluqda yaşayan şəxslərə məxsus olduğunu bildikdən sonra onun yanından aralaşıb anasının yanına getdiyini, 7 baş dananı o özü təkcə digər heyvanlardan ayırıb, əmisi Coşqunun yaşadığı evin həyətinə aparıb saldığını, bu hərəkətləri edərkən Rüfətin onun yanında olmadığını, ilkin izahat verərkən özünü müdafiə etmək üçün Rüfətin də onunla birlikdə iştirak etməsini bildirdiyini, qeyd olunan cinayət əməlinin törədilməsində özündən başqa heç kəsin iştirak etmədiyini, əmisi Coşqunun yaşadığı evin həyətinə cinayət yolu ilə əldə etdiyi heyvanları aparmasından Coşqunun məlumatı olmadığını, Coşqunun həmin zaman işdə olduğunu, oğurladığı malqaranın qonşuluqda yaşayan Toğrul, Fazil və Fərhad adlı şəxslərə məxsus olduğunu göstərmişdir. Zərərçəkmiş şəxslərə vurduğu ziyanı geri ödəmişdir. Əməlindən peşmandır. İş üzrə zərərçəkmiş qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Hazırda fərdi əməklə məşğul olur. Qonşularla münasibəti normaldır, özünə məxsus bir neçə baş inək və buzovları var. Qonşuluqda yaşayan şəxslər və o, özlərinə məxsus malqaranı ünvan 2ir şəhəri Şəfa bağ massivində yerləşən məişət tullantılarının atıldığı ərazinin yaxınlığındakı ətrafı açıq olan sahədə otarırlar. Mal-qaranı hər gün səhər saatlarında açıb otladıqları sahəyə ötürürlər, axşam saatlarında isə mal-qara yaşadığı evin həyətinə qayıdırlar. xx.xx.2024-cü il tarixdə səhər saatlarında mal-qaranı otlaq sahəsinə ötürmüşdür. xx.xx.2024-cü il tarixdə günorta saatlarında ünvan 2ir şəhər Polis Şöbəsinin əməkdaşları onu polis Şöbəsinə dəvət edərək otlaq sahəsindən ona məxsus 1 baş buzovun oğurlandığını, hazırda ona məxsus buzovun qonşuluqda yaşayan Coşqun adlı şəxsin həyətində olduğunu bildirmişlər. O da buzovun oğurlanması barədə Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Şəfa bağ massivinə getmişlər. Orada Coşqun adlı qonşuluqda yaşayan şəxsin evinin həyətində olan inəklərin arasından özünə məxsus inəyi tanımışdır. Həmçinin bildirmişdir ki, ona məxsus olan buzov dişi cinsli, diri halda 70 kq çəkiyə malik 7 aylıq, təxminən 700 manat dəyərindədir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı geri qaytarmışdır, barəsində heç bir şikayət və tələbi yoxdur. İş üzrə zərərçəkmiş qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Hazırda fərdi əməklə məşğul olur. Qonşularla münasibəti normaldır. ünvan 2ir şəhəri Şəfa bağ massivində özünə məxsus heyvandarlıq təsərrüfatı vardır. Qonşuluqda yaşayan şəxslər və o özlərinə məxsus mal-qaranı ünvan 2ir şəhəri Şəfa bağ massivində yerləşən məişət tullantılarının atıldığı ərazinin yaxınlığındakı ətrafı açıq olan sahədə otarırlar. Malqaranı hər gün səhər saatlarında açıb otladıqları sahəyə ötürürlər, axşam saatlarında isə mal-qara yaşadığı evin həyətinə qayıdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında malqaranı otlaq sahəsinə ötürmüşdür. xx.xx.2024-cü il tarixdə günorta saatlarında ünvan 2ir şəhər Polis Şöbəsinin əməkdaşları onu polis Şöbəsinə dəvət edərək otlaq sahəsindən ona məxsus 1 baş dananın oğurlandığını, hazırda ona məxsus dananın qonşuluqda yaşayan Coşqun adlı şəxsin həyətində olduğunu bildirmişlər. O da dananın oğurlanması barədə Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Şəfa bağ massivinə getmişdir. Orada Coşqun adlı qonşuluqda yaşayan şəxsin evinin həyətində olan inəklərin arasından o, özünə məxsus inəyi tanımışdır. Həmçinin bildirmişdir ki, ona məxsus olan dana erkək cinsli, diri halda 250 kq çəkiyə malik, 2 illik, təxminən 2500 manat dəyərindədir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı geri qaytarmışdır, barəsində heç bir şikayət və tələbi yoxdur. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməmiş, zərərçəkmiş şəxsin istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Hazırda fərdi əməklə məşğul olur. Qonşularla münasibəti normaldır. Özünə məxsus bir neçə baş inək və buzovları var. Qonşuluqda yaşayan şəxslər və o, özlərinə məxsus mal-qaranı ünvan 2ir şəhəri Şəfa bağ massivində yerləşən məişət tullantılarının atıldığı ərazinin yaxınlığındakı ətrafı açıq olan sahədə otarırlar. Mal-qaranı hər gün səhər saatlarında açıb otladıqları sahəyə ötürürlər, axşam saatlarında isə mal-qara yaşadığı evin həyətinə qayıdırlar. xx.xx.2024-cü il tarixdə səhər saatlarında mal-qaranı otlaq sahəsinə ötürmüşdür. xx.xx.2024-cü il tarixdə günorta saatlarında ünvan 2ir şəhər Polis Şöbəsinin əməkdaşları onu polis Şöbəsinə dəvət edərək otlaq sahəsindən ona məxsus 1 baş dananın oğurlandığını, hazırda ona məxsus dananın qonşuluqda yaşayan Coşqun adlı şəxsin həyətində olduğunu bildirmişlər. O da dananın oğurlanması barədə Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Şəfa bağ massivinə getmişlər. Orada Coşqun adlı qonşuluqda yaşayan şəxsin evinin həyətində olan inəklərin arasından o, özünə məxsus inəyi tanımışdır. Həmçinin bildirmişdir ki, ona məxsus olan dana erkək cinsli, diri halda 150 kq çəkiyə malik, 1 illik, təxminən 1500 manat dəyərindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ünvan 2ir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, o, ünvan 2ir şəhər Polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə Nurlan adlı şəxsin ünvan 2ir şəhəri, Şəfa bağ massivində yerləşən məişət tullantılarının atıldığı sahədən vətəndaşlara məxsus 3 baş dananı oğurlaması barədə məlumat daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsinə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ünvan 2ir şəhəri, Şəfa bağ massivində yerləşən məişət tullantılarının atıldığı sahədən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus danaları oğurlayaraq əmisi X4 yaşadığı evin həyətinə salmışdır. Daha sonra Coşqun İsmayılovun yaşadığı evin həyətinə gedilmiş, həyətə baxış keçirilərkən Təqsirləndirilən şəxs oğurladığı 3 baş dana evin həyətyanı sahəsində aşkar edilmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında əvvəllər hər hansı ədavət və ya düşmənçilik olmamışdır. İş üzrə şahid qismində tanınmış Şahid2 və Şahid3 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına sədrlik edən hakim tərəfindən şahidlərin istintaq zamanı vermiş olduğu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 3 baş dana X4 yaşadığı ünvan 2ir şəhəri Şəfa bağ massivində yerləşən fərdi yaşayış evinin həyətindən aşkar edilib götürülmüşdür (i.v. 24-31). xx.xx.2024-cü il tarixli “əşyanın tanınması haqqında” protokollardan görünür ki, Zərərçəkmiş şəxs1 özünə məxsus oğurlanmış 1 baş buzovu ona təqdim edilmiş danaların arasından tanıyaraq göstərmiş, Zərərçəkmiş şəxs2 arvadı X5 özünə məxsus oğurlanmış 1 baş dananı ona təqdim edilmiş danaların arasından tanıyaraq göstərmiş və Zərərçəkmiş şəxs3 özünə məxsus oğurlanmış 1 baş dananı ona təqdim edilmiş danaların arasından tanıyaraq göstərmişdir (i.v. 32-38). xx.xx.2024-cü il tarixli “maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarixli protokolla götürülmüş 3 baş dana Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ifşa edilməsi üçün mühüm əhəmiyyətli olduğundan iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün sahibləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 verilməsi qərara alınmışdır (i.v. 38-45). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs HK-1/2295 nömrəli material üzrə xx.xx.2024-cü il tarixdə, saat 18:15dən şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir (i.v. 63). xx.xx.2024-cü il tarixli “qanuni nümayəndə təyin edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs atası X6 qanuni nümayəndə təyin edilməsi qərara alınmışdır (i.v. 50). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid3 HK-1/2295 nömrəli material üzrə xx.xx.2024-cü il tarixdə, saat 20:00-dan şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir (i.v. 85). xx.xx.2024-cü il tarixli “qanuni nümayəndə təyin edilməsi barədə” qərardan görünür ki, Şahid3 anası X1 qanuni nümayəndə təyin edilməsi qərara alınmışdır (i.v. 72). xx.xx.2024-cü il tarixli “əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid3 əməlləri Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır (i.v. 97). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə ittiham elan edilməsi və həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmişdir (i.v. 99). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, yetkinlik yaşına çatmayan Şahid3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ittiham elan edilməsi və həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmişdir (i.v. 99). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid3 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.115-119). xx.xx.2024-cü il tarixli “vəsatətin təmin olunmasının rədd edilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs Şahid3 ona elan edilmiş ittihamla özünü təqsirli bilməməsini göstərməsi barədə göstərdikləri vəsatət kimi qiymətləndirilərək əsassız hesab edilib təmin olunmasının rədd edilməsi qərara alınmışdır (i.v. 121-122). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs və Şahid3 əvvəllər məhkum olunmamışdır (i.v. 131-132). xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxs kimi tanımaq haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır (i.v. 135). xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxs kimi tanımaq haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır (i.v. 143). xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxs kimi tanımaq haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır (i.v. 151). xx.xx.2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid3 Təqsirləndirilən şəxs üzünə qarşı Nurlanın ona qonşulara məxsus dananı oğurlamasını təklif etdiyini, xx.xx.2024-cü il tarixdə onun yanına gələrkən 3 baş dananı oğurlamalarını təklif etdiyini, həmin danaların qonşuluqda yaşayanlara məxsus olmasını bildikdən sonra oğurluqdan imtina edərək oradan getdiyini bildirmiş, Əliyev X9 Rüfətin dedikləri ilə razılaşmış, ona mal-qara oğurluğu ilə bağlı təklif etmiş, lakin Şahid3 imtina etmiş və oradan getmiş, həmin 3 baş dananı tək oğurladığını bildirmişdir (i.v. 174-175). xx.xx.2024-cü il tarixli 9/9555 №li ekspert rəyindən görünür ki, 03 adda iribuynuzlu heyvanların 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3300 manat müəyyən edilir (i.v. 178-179). xx.xx.2025-ci il tarixli “məcburi gətirilmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs məcburi qaydada ünvan 2ir ŞPŞ-nin İstintaq Bölməsinə gətirilməsi qərara alınmışdır (i.v. 188). xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və tutulması qərara alınmışdır (i.v. 190). xx.xx.2025-ci il tarixli “axtarışda olan şəxsin könüllü gəlməsi barədə” protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs Əliyev X3 ŞPŞ-nin İstintaq Bölməsinə gələrək özünü könüllü olaraq təqdim etmişdir (i.v. 196). xx.xx.2025-ci il tarixli “qanuni nümayəndənin iştirakına xitam verilməsi barədə” qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs 18 yaşı tamam olmuşdur. X6 cinayət işi üzrə qanuni nümayəndə kimi iştirakına xitam verilməsi qərara alınmışdır (i.v. 199). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilərək ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilməsi, barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinə xitam verilməsi, Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibinə və barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinə xitam verilməsi, X4 barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs1 məxsus 1 baş buzovun Zərərçəkmiş şəxs2 məxsus 1 baş dananın, Zərərçəkmiş şəxs3 məxsus 1 baş dananın maddi sübut kimi tanınaraq saxlanılması üçün zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınması, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 09/9555 №-li rəyi, şahid ifadələri, cinayət işi üzrə tərtib edilmiş protokolların sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 200- 210). xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi qərara alınmışdır (i.v. 212-213). Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v. 220-221). xx.xx.2025-ci il tarixli 250 nömrəli arayışa əsasən Əliyev X3 Psixo-Nevroloji Dispanserdə qeydiyyatda durmur və müraciət etməmişdir. xx.xx.2025-ci il tarixdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Məmmədov X2 Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək onlara vurulmuş ziyanın geri qaytarıldığını, Təqsirləndirilən şəxs şikayətlərinin olmadığını qeyd etmişlər. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 47.1. İctimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. 47.2. İctimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. 47.2-1. Məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. 47.3. Bu cəzaya məhkum olunmuş şəxs həmin işləri yerinə yetirməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə ictimai işlərin çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman məhkumun ictimai işləri yerinə yetirdiyi müddət nəzərə alınır və çəkilməmiş dörd saat ictimai işə bir gün azadlığın məhdudlaşdırılması və ya səkkiz saat ictimai işə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 84.1. Cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. 85.3. İctimai işlər səksən saatdan üç yüz iyirmi saatadək müddətə təyin olunur və yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti on beş yaşınadək şəxslər üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək şəxslər üçün isə gündə üç saatdan çox ola bilməz. 86.1. Yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. 86.2. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsi, cinayət nəticəsində dəymiş ziyanı aradan qaldırmasını və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-59.1.2, 59.1.12, 59.1.13), təqsirini etiraf edərək səmimi peşmanlıq çəkməsini (CM-59.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü ictimai işlər cəzasının 8 (səkkiz) saatına bərabər tutulmaqla ona təyin edilmiş ictimai işlər cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerdə çəkməlidir. Cəzasının əvvəli məhkumun həmin işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 91.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 280 (iki yüz səksən) saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ictimai işlər cəzasının 16 (on altı) saatına bərabər tutulmaqla, onun cəzasından 16 (on altı) saat çıxılaraq üzərində qəti olaraq 264 (iki yüz altmış dörd) saat ictimai işlər cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerdə çəksin. Cəzasının əvvəli məhkumun həmin işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində ünvan 2ir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №1(051)-89/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-89/2025
20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver