Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-9/2021 04.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri – Mingəçevir şəhər vəkil bürosunun vəkilləri X2 və X3 iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri, Zərərçəkmiş şəxs2 küçəsi ev 12, mənzil 38 ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3 və 177.2.3-cü maddələri ilə, xx xxxx 2001-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Zərərçəkmiş şəxs2 onun barəsində 2017-ci ildə xoşagəlməz və nalayiq ifadələr işlətməsi səbəbindən ondan qisas almaq qərarına gəlmiş və əvvəldən tanıdığı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 09.09.2019-cu il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 qardaşı Amil Məmmədovun vasitəsilə yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti ev 80/25 saylı binanın qarşısına çağırmış, orada çay içmək adı ilə Zərərçəkmiş şəxs2 Mingəçevir şəhəri, Kür çayı sahilində yerləşən “Yaşıl Məkan” restoranının yaxınlığına aparmış, orada ilkin olaraq üzərində olan vintaçanla Zərərçəkmiş şəxs2 baş nahiyəsindən vuraraq sonuncunu yerə yıxmış, sonra Təqsirləndirilən şəxs2lə birlikdə üzərlərində olan vintaçanla Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrindən vuraraq ona kürək nahiyəsində, sağ budunda, sağ bazu nahiyəsində, başın tüklü hissəsində kiçik ölçülü 14 ədəd deşilmiş sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan səthi yaralar xəsarətini yetirib Azərbaycan Respublikası CMnin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan Zərərçəkmiş şəxs2 zorakı hərəkətlərlə güclü fiziki ağrılar yetirməklə ona əzab vermişdir. Bundan başqa o, 20.02.2020-ci il tarixdə saat 23:30 radələrində Mingəçevir şəhəri, X.Şuşinski küçəsində yerləşən avtomobil təmir mərkəzinin həyətinə dəmir hasardan aşdıqdan sonra orada olan Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri olan təmir sexinə hasardan aşıb qanunsuz daxil olaraq, sexdə yerləşən bir ədəd 20 manat dəyərində avtomobil radiatorunu, bir ədəd 60 manat dəyərində avtomobil mühərriki qalovkasını, bir ədəd 80 manat dəyərində avtomobil mostunu, iki ədəd ümumi dəyəri 30 manat olan danqratı, hər birinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 10 manat olan iki ədəd radiator üçün boruları və bir ədəd 15 manat dəyərində avtomobil kollektorunu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 215 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 09.09.2019-cu il tarixdə saat 15 radələrində əvvəldən tanıdığı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tanışı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 barəsində 2017-ci il tarixdə nalayiq ifadələr işlətməsi səbəbindən ondan qisas almaq məqsədilə sonuncunu qardaşı Amil Məmmədov vasitəsilə yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti ev 80/25 saylı binanın qarşısına çağırmış, daha sonra Zərərçəkmiş şəxs2 çay içməyə dəvət etdiklərini bildirib Mingəçevir şəhəri, Kür çayı sahilində yerləşən “Yaşıl Məkan” restoranının yaxınlığına aparmış, orada ilkin olaraq Təqsirləndirilən şəxs1 üzərində olan vintaçanla Zərərçəkmiş şəxs2 baş nahiyəsindən vuraraq sonuncunu yerə yıxmış, daha sonra hər ikisi üzərlərində olan vintaçanla Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrindən vuraraq ona kürək nahiyəsində, sağ budunda, sağ bazu nahiyəsində, başın tüklü hissəsində kiçik ölçülü 14 ədəd deşilmiş sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan səthi yaralar xəsarətini yetirib Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan Zərərçəkmiş şəxs2 zorakı hərəkətlərlə güclü fiziki ağrılar yetirməklə ona əzab vermişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 uzun müddətdir ki, tanıyır. Belə ki, Adillə Mingəçevir şəhəri 14 saylı tam orta məktəbdə birlikdə oxumuşlar. Onun Adillə yaxın münasibəti olmuşdur. Təxminən 2 il əvvəl o, iş tapmaq üçün Bakı şəhərinə Adilin yanına getmişdir. Adil həmin vaxtlar Bakı şəhərində oxuyurmuş. O bir neçə müddət Adillə eyni evdə qalmışdır. Lakin iş tapa bilməmişdir. O bir dəfə Adillə birlikdə qaldığı evdən çıxıb iş axtarmağa getmiş, bir neçə saatdan sonra evə qayıtmışdır. Bir neçə dəfə qapını döysə də qapını heç kim açmamış, evin hasarından aşıb evin həyətyanı sahəsinə keçmişdir. Adilin yaşadığı evin sahibi yaşlı rus milliyətindən olan qadın olmuşdur. Həmin qadın onu həyətdə görüb əsəbiləşmiş və ona rus dilində nəsə deməyə başlamışdır. O, qadına Adilin dostu olduğunu demiş və Adilin evdə olub-olmadığını soruşmuşdur. Lakin həmin qadın ona qışqıraqışqıra nəsə demişdir. O, qadının sakitləşmədiyini görüb evdən çıxmışdır. Daha sonra o, Bakı şəhər avtovağzalına gedərək oradan Mingəçevir şəhərinə gəlmişdir. Mingəçevir şəhərinə çatanda o, ac və susuz olmuşdur. Həmin vaxtlar Adilin qardaşı Amil xalası oğlu ilə birlikdə Mingəçevir şəhəri ərazisində sərin su satırmışlar. O, onların su satdığı yerə yaxınlaşıb su istəmişdir. Bu vaxt Amil ona Adilin onun haqqında nalayiq söyüşlər söydüyünü demişdir. O, Adilin onun barəsində nalayiq söyüşlər söydüyünə inanmamış və Amilin telefonu ilə Adilə zəng etmişdir. O, Adildən nə üçün onun barəsində nalayiq söyüşlər söydüyünü soruşduqda Adil ona ev sahibinə söyüş söydüyü üçün ona nalayiq söyüşlər söydüyünü demişdir. Lakin o, Adilin ev sahibinə heç bir söyüş söyməmişdir. O bundan sonra Adilə onunla buna görə söhbət edəcəyini dedikdə Adil ona nə vaxt istəsə onunla söhbət edəcəyini demişdir. O bundan sonra Adilin Mingəçevir şəhərinə gəlməyini gözləmişdir. Adilin onun barəsində nalayiq söyüşlər söydüyünü yaxın münasibəti olanların hamısı bilmişdir. O bundan sonra Adillə görüşüb Adilə xəsarət yetirmək qərarına gəlmişdir. O bu barədə yalnız dostu Əliyə demişdir. 2019-cu ilin sentyabr ayının əvvəllərində o, şəhər ərazisində Adilin qardaşı Amillə rastlaşmışdır. O, X7 şəhərinə nə zaman gələcəyini soruşduqda Amil ona yaxın zamanlarda Adilin Mingəçevir şəhərinə gələcəyini demişdir. 09.09.2019-cu il tarixdə o, Əli ilə birlikdə Adilin anasının ətir satdığı yerə getmişlər. Onlar Adilin anasından Adilin Mingəçevir şəhərinə gəlib-gəlmədiyini soruşmuşdur. Adilin anası ona Adilin evdə olduğunu demişdir. O, Adilin anasına Adillə görüşmək istədiyini demişdir. Bundan sonra Adilin anası Amilə zəng vurmuşdur. Anası Amillə danışdıqdan sonra Adilin evdə olduğunu demişdir. O bundan sonra Əli ilə birlikdə Adilin yaşadığı binanın qarşısına getməyə qərar vermişlər. Yolda olarkən o, Əliyə Adili vuracağını demişdir. Əli isə ona özünün də Adili vuracağını demişdir. Həmin vaxt onların hər ikisinin üzərində vintaçan olmuşdur. Onlar Adilin yaşadığı binanın qarşısına çatanda Amilin binanın qarşısında olduğunu görmüşlər. O, Amildən Adili çağırmasını istəmişdir. Amil Adili çağırmışdır. O, Adilə birlikdə gedib çay içmələrini demişdir. Adil də onunla razılaşmışdır. Onlar birlikdə Mingəçevir kəndi ərazisində, “Yaşıl məkan” adlı kafenin yaxınlığında yerə getmişlər. Orada o, Adildən ona nə üçün nalayiq söyüşlər söydüyünü demişdir. Əli isə Adilə ondan üzr istəməyini, bundan sonra razılaşıb məsələni həll etmələrini demişdir. Lakin Adil onun sinəsindən yumruqla vuraraq “bundan üzr istəyim?” demişdir. O bundan sonra üzərində olan vintaçanla Adilin başından vurmuşdur. Əli də üzərində olan vintaçanla Adili vurmağa başlamışdır. Onlar Adilə çoxsaylı zərbələr vurmuşlar. Lakin onlar Adilə zərbələri güclü vurmamışlar. Adil onlara vurmamaqlarını demişdir. Adil onlara matəm ayına and verərək vurmamalarını demişdir. Bundan sonra onlar Adili vurmamışlar. Onlar Adili yaşadığı binanın qarşısına aparmış və qardaşı Amilə vermişlər. Daha sonra onlar oradan uzaqlaşıb getmişlər. Bundan başqa bildirmişdir ki, 20.02.2020-ci il tarixdə saat 23:30 radələrində Mingəçevir şəhəri, X.Şuşinski küçəsində yerləşən avtomobil təmiri mərkəzinin qarşısından keçirmiş. O həmin vaxt təmir mərkəzinin ərazisinə daxil olub oğurluq etmək qərarına gəlmişdir. O bundan sonra mərkəzin dəmir barmaqlıq formasında olan hasarından aşaraq mərkəzin həyətinə keçmişdir. Mərkəzdə yerləşən təmir sexlərinin hasarı dəmirdən olmuş və hasarla sexlərin tavanı arasında boşluq yer olmuşdur. O, sexslərdən birinin hasarından aşaraq sexə daxil olmuş və sexin içərisindəki şkafda olan bir ədəd avtomobil radiatorunu, bir ədəd avtomobil motorunun qalovkasını, bir ədəd avtomobil mostunu, iki ədəd avtomobil üçün qaldırıcını, iki ədəd radiatorun ötürücü borularını və bir ədəd kollektoru götürmüşdür. O, oğurladığı avtomobil ehtiyat hissələrini bir-bir təmir sexinin hasarından çölə tullamışdır. Daha sonra o, oğurladığı ehtiyat hissələrini Sübhan adlı şəxsə məxsus evin həyətyanı sahəsinə aparıb evin zirzəmisində gizlətmişdir. Lakin bu barədə o, Sübhana heçnə deməmişdir. Törətdiyi oğurluq hadisəsinə görə əməlindən peşmandır, lakin digər hadisəni Adil onu söydüyü üçün törətmişdir, buna görə də həmin əməlinə görə peşman deyil. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 uzun müddətdir ki, tanıyır. Adil onunla Mingəçevir şəhəri 14 saylı tam orta məktəbdə birlikdə oxumuşlar. Təxminən 2 il əvvəl Vəkil ona Adilin Vəkilə nalayiq söyüş söydüyünü demişdir. Həmin vaxtdan o, Vəkilin Adili vurmaq istədiyini bilmişdir. 09.09.2019-cu il tarixdə Vəkil ona Adilin Mingəçevir şəhərinə gəlməli olduğunu, birlikdə Adilin anasının ətir satdığı yerə getmələrini demişdir. O da Vəkillə razılaşmışdır. Onlar birlikdə Adilin anasının ətir satdığı yerə getmişlər. Onlar Adilin anasından Adilin Mingəçevir şəhərinə gəlib-gəlmədiyini soruşmuşlar. Adilin anası Vəkilə Adilin evdə olduğunu demişdir. Vəkil Adilin anasına Adillə görüşmək istədiyini demişdir. Bundan sonra Adilin anası Amilə zəng vurmuşdur. Anası Amillə danışdıqdan sonra Adilin evdə olduğunu demişdir. O bundan sonra Vəkil ilə birlikdə Adilin yaşadığı binanın qarşısına getməyə qərar vermişlər. Yolda olarkən Vəkil ona Adili vuracağını demişdir. O isə Vəkilə onun da Adili vuracağını demişdir. Həmin vaxt onların hər ikisinin üzərində vintaçan olmuşdur. Onlar Adilin yaşadığı binanın qarşısına çatanda Amilin binanın qarşısında olduğunu görmüşlər. Vəkil Amildən Adili çağırmasını istəmişdir. Amil Adili çağırmışdır. Vəkil Adilə birlikdə gedib çay içmələrini demişdir. Adil də razılaşmışdır. Yolda Adilin qardaşı Amil sinif yoldaşı ilə onların arxasınca gəlirmiş. Amil və sinif yoldaşı 17 saylı tam orta məktəbin qarşısına kimi onların arxasınca gəlmişdir. 17 saylı tam orta məktəbin qarşısında o, Amilə burda gözləmələrini, bura gələcəklərini demişdir. Amil və sinif yoldaşı bundan sonra onların arxasınca gəlməmişlər. Onlar birlikdə Mingəçevir kəndi ərazisində, “Yaşıl məkan” adlı kafenin yaxınlığındakı yerə getmişlər. Orada Vəkil Adildən ona nə üçün nalayiq söyüşlər söydüyünü demişdir. O isə Adilə Vəkildən üzr istəməyini, bundan sonra razılaşıb məsələni həll etmələrini demişdir. Lakin Adil Vəkilin sinəsinə yumruqla vuraraq “bundan üzr istəyim?” demişdir. Həmin vaxt o və Vəkil əyinlərində olan paltarın qol hissəsində olan vintaçanları çıxarmağa başlamış və Adil bunu görmüşdür. Vəkil bundan sonra üzərində olan vintaçanla Adilin başından vurmuşdur. Adil bundan sonra qaçmağa başlamış və bir qədər aralıda dayanmışdır. Onlar bundan sonra Adilin yanına getmişlər və Vəkil üzərində olan vintaçanla Adili vurmağa başlamışdır. O da üzərində olan vintaçanla Adili vurmağa başlamışdır. Onlar Adilə çoxsaylı zərbələr vurmuşlar. Lakin onlar Adilə zərbələri güclü vurmamışlar. Adil onlara vurmamaqlarını demişdir. Adil onlara matəm ayına and verərək vurmamaqlarını demişdir. Bundan sonra onlar Adili vurmamışlar. Onlar Adili yaşadığı binanın qarşısına aparmış və qardaşı Amilə vermişlər. Daha sonra onlar oradan uzaqlaşıb getmişlər. Etdiyi əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhəri, X.Şuşinski küçəsində yerləşən avtomobil təmiri sexində bir il olar ki, motor təmiri ustası kimi fəaliyyət göstərir. O, 20.02.2020-ci il tarixdə saat 18:30 radələrində həmişə olduğu kimi müştəriyə məxsus avtomobilin ehtiyat hissələrini sexdə olan dəmir şkafa yığıb sexin dəmir darvazasını bağlamış və iş yerindən uzaqlaşmışdır. Növbəti gün yəni, 21.02.2020-ci il tarixdə saat 09 radələrində sexə daxil olan zaman sexdə yerləşən şkafda yerləşdirdiyi avtomobilə məxsus işlənmiş halda olan bir ədəd 100 manat dəyərində avtomobil radiatorunun, bir ədəd qiyməti təxminən 200 manat olan avtomobil motoru qəlibinin, bir ədəd dəyəri təxminən 150 manat olan avtomobil mostunun, iki ədəd ümumilikdə qiyməti 50 manat olan iki ədəd avtomobil üçün qaldırıcının, bir ədəd dəyəri təxminən 30 manat olan avtomobil kollektorunun və iki ədəd ümumi dəyəri 20 manat olan radiator borularının yerində olmadığını görmüş və oğurlandığını bilmişdir. Bundan sonra o, Mingəçevir şəhər polis şöbəsinə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. Sonradan polis şöbəsində aparılan araşdırma zamanı ona məlum olmuşdur ki, oğurluq hadisəsini Təqsirləndirilən şəxs1 törətmişdi. Hadisədən sonra oğurlanmış əşyalar ona qaytarılmışdır. Ona görə də Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 həqiqi hərbi xidmətdə olduğundan məhkəmə iclasında onun iştirakını təmin etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsindən verilmiş 24.02.2021-ci il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsi tərəfindən 02.07.2020-ci il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təhvil verilmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə göndərdiyi ərizəsində ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, Əli və Vəkil adlı şəxsləri uzun müddətdir ki, tanıyır. Belə ki, Vəkil və Əli onunla birlikdə Mingəçevir şəhəri 14 saylı tam orta məktəbdə təhsil almışlar. 09.09.2019-cu il tarixdə 15 radələrində qardaşı Amil ilə birlikdə yaşadığı binanın qarşısında olarkən Əli və Vəkil onun yanına gəlmişlər. Onlar salamlaşıb söhbət etməyə başlamışlar. Bir qədər söhbət etdikdən sonra Əli və Vəkil ona birlikdə çay içməyə getmələrini, tanışları olan bir nəfər şəxsin Mingəçevir kəndi ərazisində, Kür çayı sahilində yeni restoran açdığını, həmin restorana getmələrini təklif etmişlər. O da razılaşmışdır. Bundan sonra onlar piyada həmin restorana getməyə başlamışlar. Mingəçevir kəndinə çatdıqda Əli və Vəkil ondan arxada getməyə başlamışlar. O, Əli və Vəkilə tez-tez gəlmələrini dedikdə Əli və Vəkil ona qabaqda getməyini demişlər. Mingəçevir kəndi ərazisində, həyət evlərinin arası ilə gedərkən Əli və Vəkil onun başından zərbə vurmuşlar. O, Əli və Vəkilin zərbəni küt alətlə vurduqlarını hiss etmişdir. Bundan sonra o yerə yıxılmışdır. Yerdə Vəkil və Əli ona təpik zərbələri vurmağa və ona bıçaqla xəsarət yetirməyə başlamışlar. O, Əli və Vəkilin hər ikisinin əlində bıçaq olduğunu görmüşdür. Əli və Vəkil hər ikisi ona çoxsaylı bıçaq zərbələri vurmuşlar. Daha sonra Əli və Vəkil öz hərəkətlərinə son qoyub qaçaraq oradan uzaqlaşmağa başlamışlar. O bundan sonra yerdən qalxıb piyada yaşadığı evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, 20.02.2020-ci il tarixdə saat 22 radələrində şəhərin Nəsimi küçəsində yerləşən “083” adlı kafedə əyləşib pivə və araq içmişdir. 21.02.2020-ci il tarixdə saat 00:10 radələrində ilkin olaraq yanına Vəkil gəlmişdir. Sonradan isə qardaşı oğlu Əli onların yanına gəlmişdir. Sonra onlar birlikdə oradan çıxıb getmişlər. Təqsirləndirilən şəxs1 Müşfiq Şahverdiyevə məxsus avtomobil təmiri sexindən oğurladığı ehtiyat hissələrini ona məxsus yaşayış evinin zirzəmisində gizlətməsindən heç bir məlumatı olmamışdır. Onun bu barədə sonradan polis şöbəsində məlumatı olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qardaşıdır. Əli və Vəkil adlı şəxsləri qardaşının sinif yoldaşı olduqları üçün əvvəllər tanımışdır. 09.09.2019-cu il tarixdə saat təxminən 14 radələrində anası ona zəng edərək Adilin dostlarının Adillə görüşmək istədiklərini, Adilin evdə olub-olmadığını soruşmuşdur. Anası Adilin dostlarından birinin adının Abbas olduğunu demişdir. Həmin vaxt anası telefonu Adilin dostlarından birinə verəcəyini, həmin şəxsin onunla danışmaq istədiyini demişdir. O, telefonla onunla danışan şəxsin səsindən Vəkil olduğunu tanımışdır. Vəkil ondan Adilin evdə olub-olmadığını soruşmuş və o, Vəkilə Adilin evdə yatdığını demişdir. Təxminən yarım saat sonra Vəkil və Əli yaşadığı binanın qarşısına gəlmiş və onunla salamlaşıb görüşmüşlər. Həmin vaxt onun yanında dostu Sədrəddin olmuşdur. Vəkil ondan Adili çağırmağını, Adili uzun müddətdir ki görmədiklərini, Adillə birlikdə çay içmək istədiklərini demişdir. O bundan sonra evə qalxıb Adilə Vəkil və Əlinin Adillə görüşmək istədiklərini demişdir. Adil əynini geyinib binanın qarşısına gəlmişdir. Vəkil və X12 kəndi deyilən yerdə dostlarının kafesi olduğunu, oraya gedib çay içmələrini demişdir. Adil Vəkillə razılaşmış və birlikdə getməyə başlamışlar. Onlar həmin vaxt Sədrəddinlə birlikdə Sədrəddinin xalasıgilə getməli olmuşlar. Sədrəddinin xalası 17 saylı tam orta məktəbin yaxınlığında qaldıqları üçün onlar Adil, Vəkil və Əli ilə birlikdə yol getməyə başlamışlar. 17 saylı orta məktəbin yaxınlığına çatanda Əli ona arxalarınca gəlməməyini, Adillə söhbət edib geri qayıdacaqlarını demişdir. O isə Əliyə Sədrəddinin xalasıgilə getdilərini demiş və onlar aralaşıb getmişlər. Sədrəddin xalasıgilə getmiş və o, Sədrəddini binanın qarşısında gözləmişdir. Təxminən 25 dəqiqə sonra Sədrəddin onun yanına gəlmiş və onlar birlikdə 17 saylı məktəbin qarşısına getmişlər. Oraya çatanda Adilin Mingəçevir kəndi tərəfdən gəldiyini, üstünün qan olduğunu görmüşdür. O, Adilə yaxınlaşıb nə baş verdiyini soruşduqda Adil ona Əli və Vəkilin Adili arxadan vurduqlarını, daha sonra hər ikisinin bıçaqla çoxsaylı zərbələr vurduqlarını demişdir. O, Adili dərhal evə aparmış və bu barədə anasına demişdir. Anası bir qədər sonra evə gəlmiş və təcili tibbi yardıma zəng vurmuşdur. Anası Adildən kimlərin Adili bıçaqladığını soruşduqda Adil anasına Əli və Vəkil adlı şəxslərin Adili bıçaqla vurduqlarını, təxminən 4 il əvvəl Vəkilə nalayiq söyüş söydüyünü, buna görə Əli və Vəkilin Adili bıçaqla vurduqlarını demişdir. Bir müddət sonra təcili tibbi yardım maşını gəlib Adili xəstəxanaya aparmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun oğludur. Əli və Vəkil adlı şəxsləri isə əvvəllər tanımamışdır. 09.09.2019-cu il tarixdə saat təxminən 14 radələrində ətir satdığı yerə üç nəfər tanımadığı şəxs gəlmişdir. Həmin şəxslərdən bir özünü ona Adilin dostu Abbas kimi təqdim edərək Adilin sinif yoldaşı olduğunu, Adilin harda olduğunu, Adili uzun müddətdir ki görmədiyini demişdir. O bundan sonra həmin şəxsə Adilin evdə olduğunu demişdir. O dəqiqləşdirmək üçün digər oğlu Amilə zəng vuraraq Adilin evdə olub-olmadığını soruşmuş və Adilin dostlarının Adillə görüşmək istədiklərini demişdir. Amil Adilin evdə olduğunu, Adilin dostları ilə danışmaq istədiyini demişdir. O bundan sonra telefonu özünü Abbas kimi təqdim edən şəxsə vermişdir. Həmin şəxs Amillə danışmışdır. Bundan sonra həmin şəxslər oradan uzaqlaşıb getmişlər. Təxminən 2 saat sonra digər oğlu Amil onun ətir satdığı yerə gələrək Adilin bıçaqlandığını, mağazanı bağlayıb tez evə gəlməyini demişdir. O bundan sonra mağazanı bağlayıb evə getmişdir. Yolda olarkən o, Amildən Adili kimlərin bıçaqladığını soruşduqda Amil ona Adili Əli və Vəkil adlı şəxslərin bıçaqladığını demişdir. O, evə çatanda Adilin qan içində olduğunu, dayanmadan kusduğunu görmüşdür. O bundan sonra təcili tibbi yardıma zəng etmişdir. O, Adildən kimlər tərəfindən bıçaqlandığını soruşduqda Adil ona Əli və Vəkil adlı şəxslər tərəfindən bıçaqlandığını, təxminən 4 il əvvəl Vəkilə nalayiq söyüş söydüyünü, buna görə Əli və Vəkilin Adili bıçaqla vurduqlarını demişdir. Söhbət əsnasında Amil ona onun telefonu vasitəsilə Amillə danışan şəxsin Vəkil olduğunu demişdir. Bir müddət sonra təcili tibbi yardım maşını gəlib Adili xəstəxanaya aparmışdır. Cinayət işi materiallarında olan baxış keçirilməsi haqqında 21 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus avtomobil təmiri sexindən bir ədəd radiator, bir ədəd avtomobil motoru qalovkasını, bir ədəd avtomobil mostunu, iki ədəd danqratı, iki ədəd radiator üçün boruları və bir ədəd avtomobil kollektoru oğurlanmışdır. Cinayət işi materiallarında olan baxış keçirilməsi və götürmə barədə 21 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 məxsus təmir sexindən oğurladığı bir ədəd radiator, bir ədəd avtomobil motoru qalovkasını, bir ədəd avtomobil mostunu, iki ədəd danqratı, iki ədəd radiator üçün boruları və bir ədəd avtomobil kollektoru ondan götürülmüşdür. Cinayət işi materiallarında olan götürmə və baxış keçirilməsi haqqında 09 sentyabr 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olan bir ədəd köynək ondan götürülmüşdür. Cinayət işi materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 aprel 2020-ci il tarixli 9/79 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş VAZ 2106 markalı avtomobilə məxsus avtoehtiyat hissələrinin 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada 215 manat müəyyən olunur. O cümlədən bir ədəd radiator 20 manat, iki ədəd radiatorun ötürücü boruları hər birinin dəyəri 5 manat olmaqla 10 manat, bir ədəd avtomobil qalovkası 60 manat, bir ədəd most 80 manat, 2 ədəd qaldırıcı qurğu hər birinin dəyəri 15 manat olmaqla 30 manat və bir ədəd kollektor 15 manat müəyyən olunur. Cinayət işi materiallarında olan 09.09.2019-cu il tarixli qərarla təyin edilmiş məhkəmətibbi ekspertizasının 17.09.2019-cü il tarixli 517 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunmuş xəsarətlər: kürək nahiyəsində, sağ budunda, sağ bazu nahiyəsində, başın tüklü hissəsində 14 ədəd kiçik ölçülü deşilmiş səthi yaralar, deşici xarakterli bərk küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərlər, yetirilmə müddətləri qərarda göstərilən 09.09.2019-cu il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Cinayət işi materiallarında olan maddi sübut kimi tanımaq haqqında 06 iyul 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus avtomobil təmiri sexindən oğurlanmış bir ədəd radiator, bir ədəd avtomobil motoru qalovkası, bir ədəd avtomobil mostu, iki ədəd danqrat, iki ədəd radiator üçün borular və bir ədəd avtomobil kollektoru, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olan bir ədəd köynək maddi sübut kimi tanınmışdır. Cinayət işi materiallarında olan 07.07.2020-ci il tarixli qəbzdən görünür ki, bir ədəd radiator, bir ədəd avtomobil motoru qalovkası, bir ədəd avtomobil mostu, iki ədəd danqrat, iki ədəd radiator üçün borular və bir ədəd avtomobil kollektoru saxlanması üçün Zərərçəkmiş şəxs1 Müşviq oğluna təhvil verilmişdir. Cinayət işi materiallarında olan 07.07.2020-ci il tarixli raportdan görünür ki, maddi sübut kimi tanınmış bir ədəd köynək saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlancına verilmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 tanışı Zərərçəkmiş şəxs2 onun barəsində 2017-ci ildə xoşagəlməz və nalayiq ifadələr işlətməsi səbəbindən ondan qisas almaq qərarına gəlmiş və əvvəldən tanıdığı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 09.09.2019cu il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 qardaşı Amil Məmmədovun vasitəsilə yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti ev 80/25 saylı binanın qarşısına çağırmış, orada çay içmək adı ilə Zərərçəkmiş şəxs2 Mingəçevir şəhəri, Kür çayı sahilində yerləşən “Yaşıl Məkan” restoranının yaxınlığına aparmış, orada ilkin olaraq üzərində olan vintaçanla Zərərçəkmiş şəxs2 baş nahiyəsindən vuraraq sonuncunu yerə yıxmış, sonra Təqsirləndirilən şəxs2lə birlikdə üzərlərində olan vintaçanla Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrindən vuraraq ona kürək nahiyəsində, sağ budunda, sağ bazu nahiyəsində, başın tüklü hissəsində kiçik ölçülü 14 ədəd deşilmiş sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan səthi yaralar xəsarətini yetirib Azərbaycan Respublikası CM-nin 126 və 127ci maddələrində göstərilən nəticələrə səbəb olmayan Zərərçəkmiş şəxs2 zorakı hərəkətlərlə güclü fiziki ağrılar yetirməklə ona əzab vermişdir. Bundan başqa o, 20.02.2020-ci il tarixdə saat 23:30 radələrində Mingəçevir şəhəri, X.Şuşinski küçəsində yerləşən avtomobil təmir mərkəzinin həyətinə dəmir hasardan aşdıqdan sonra orada olan Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri olan təmir sexinə hasardan aşıb qanunsuz daxil olaraq, sexdə yerləşən bir ədəd 20 manat dəyərində avtomobil radiatorunu, bir ədəd 60 manat dəyərində avtomobil mühərriki qalovkasını, bir ədəd 80 manat dəyərində avtomobil mostunu, iki ədəd ümumi dəyəri 30 manat olan danqratı, hər birinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 10 manat olan iki ədəd radiator üçün boruları və bir ədəd 15 manat dəyərində avtomobil kollektorunu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 215 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 09.09.2019-cu il tarixdə saat 15 radələrində əvvəldən tanıdığı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tanışı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 barəsində 2017-ci il tarixdə nalayiq ifadələr işlətməsi səbəbindən ondan qisas almaq məqsədilə sonuncunu qardaşı Amil Məmmədov vasitəsilə yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti ev 80/25 saylı binanın qarşısına çağırmış, daha sonra Zərərçəkmiş şəxs2 çay içməyə dəvət etdiklərini bildirib Mingəçevir şəhəri, Kür çayı sahilində yerləşən “Yaşıl Məkan” restoranının yaxınlığına aparmış, orada ilkin olaraq Təqsirləndirilən şəxs1 üzərində olan vintaçanla Zərərçəkmiş şəxs2 baş nahiyəsindən vuraraq sonuncunu yerə yıxmış, daha sonra hər ikisi üzərlərində olan vintaçanla Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrindən vuraraq ona kürək nahiyəsində, sağ budunda, sağ bazu nahiyəsində, başın tüklü hissəsində kiçik ölçülü 14 ədəd deşilmiş sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan səthi yaralar xəsarətini yetirib Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan Zərərçəkmiş şəxs2 zorakı hərəkətlərlə güclü fiziki ağrılar yetirməklə ona əzab vermişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 133.2.3 və 177.2.3-cü maddələri ilə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 əməli CM-nin 133.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərə cəza təyin edilməsini aradan qaldıran hal müəyyən olunmamışdır. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs1 Müşviq oğlunun ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan tam həcmdə ödənilmişdir, onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Eyni zamanda Zərərçəkmiş şəxs2 ərizəsindən də görünür ki, onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə olunmuş 11.05.2020-ci il tarixli DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Cinayət işinə əlavə olunmuş 11.05.2020-ci il tarixli DİN-nin BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Ağdaş rayon məhkəməsinin 18.02.2020-ci il tarixli hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib iki il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəza bir il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Cinayət işinə əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin 04 may 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 təyin edilmiş sınaq müddəti 11.03.2021-ci il tarixdə bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam həcmdə ödəməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsi, eləcə də törətdiyi oğlurluq əməlinə görə peşmançılıq hissi keçirməsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətlərin az ağır cinayətlər olmasını, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu CM-nin 133.2.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə, CM-nin 177.2.3-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsində göstərilmişdir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclası zalından dərhal həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsi, eləcə də törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, şəxsiyyətini, belə ki, əvvəllər də cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə əsasən Ağdaş rayon məhkəməsinin 18.02.2020-ci il tarixli 1(014)-8 saylı hökmü ilə məhkum olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına, həmçinin onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 27.10.2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarında olan məhkəmənin 12.10.2020-ci il tarixli qərarından görünür ki, X4 məhkəmədən qaçıb gizləndiyinə görə həmin tarixdə onun barəsində axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, qərarın icrası Mingəçevir şəhər polis şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Mingçevir ŞPŞ-nin 28.10.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 27.10.2020-ci il tarixdə tutulmuşdur. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan 1 ədəd avtomobil motoru qalovkası, 1 ədəd avtomobil mostu, 2 ədəd danqrat, 2 ədəd radiator üçün boru və 1 ədəd avtomobil kollektorunun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 1 ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 50 manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə ödənilməlidir. Vəkil X5 132 manat və X6 228 manat ibtidai istintaqda göstərdikləri hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə göstərilən məbləğində pul dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 133.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs1 qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclası zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 133.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 27.10.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd avtomobil motoru qalovkası, 1 ədəd avtomobil mostu, 2 ədəd danqrat, 2 ədəd radiator üçün boru və 1 ədəd avtomobil kollektoru Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 1 ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 50 manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Vəkil X5 132 manat və X6 228 manat ibtidai istintaqda göstərdikləri hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə göstərilən məbləğində pul dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülsün. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-9/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-9/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver