Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-9/2022 10.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Mingəçevir şəhər vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1995-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Samux Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.24, 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə həbsdən azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Mingəçevir şəhəri, Şəfa bağ massivi, küçə 6 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 228.4, 234.1 və 234.2–ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq ümumi təmiz çəkisi 406,18 qram narkotik vasitə - qurudulmuş marixuana əldə etdikdən sonra, həmin çəkidə narkotik vasitə - qurudulmuş marixuananın üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 11,18 qram çəkidə olan hissəsini ayıraraq bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində satış məqsədi olmadan əynindəki qara rəngli gödəkçənin sol yan cibinə qoyaraq qanunsuz olaraq üzərində saxlayaraq daşımış, qalan 395 qram çəkidə olan hissəsini isə daşıyaraq, Mingəçevir şəhəri, Samux və Energetika küçələrinin kəsişməsində yerləşən Ağdam rayon 26 saylı tam orta məktəbin yaxınlığında olan boş sahədə bir qədər qazılmış yerdə daş və təkər rezinin altında gizlədərək satış məqsədi ilə qanunsuz olaraq bir ədəd yaşıl rəngli sellofan bükümün içərisində saxlamış, xx.xx.2021 -ci il tarixdə saat 17:20 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Samux küçəsində yerləşən çörək zavodunun yaxınlığında saxlanıldıqdan sonra Mingəçevir ŞPŞ-yə gətirilərək, üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində təmiz çəkisi 11,18 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüş, davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 18 radələrində onun iştirakı ilə Mingəçevir şəhəri, Samux və Energetika küçələrinin kəsişməsində yerləşən Ağdam rayon 26 saylı orta məktəbin yaxınlığındakı boş sahəyə baxış keçirilən zamanı orada bir qədər qazılmış yerdə daş və təkər rezininin altında gizlədilmiş halda bir ədəd yaşıl rəngli sellofan bükümün içərisində satış məqsədi ilə saxladığı təmiz çəkisi 395 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində, təmiz çəkisi 0,301 qram, bir ədəd baş hissəsi kəsilmiş şüşə lampanın içərisində təmiz çəkisi 0,078 qram, bir ədəd baş hissəsi kəsilmiş şüşə lampanın içərisində təmiz çəkisi 0,057 qram olmaqla ümumi təmiz çəkisi 0,436 qram olan psixotrop maddə-metafetamini əldə edib özü ilə gəzdirdiyi qara rəngli dəri materialından hazırlanmış əl çantasının içərisində və istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 1 ədəd kustar üsulla hazırlanmış, vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən kasteli (beşbarmaq) əynində olan qara rəngli cins şalvarın qabaq cibində, həmçinin 1 ədəd kustar üsulla hazırlanmış kiçik ölçülü əzici-vurucu- deşici xassəyə malik soyuq silah hesab edilən üzüyü barmağına taxaraq üzərində gəzdirmiş, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin şərtlərini pozaraq, istintaqdan gizləndiyi üçün barəsində tutulma və axtarış elan edilməsi haqqında xx.xx.2021 -ci il tarixli qərara əsasən Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə saat 21:40 radələrində Mingəçevir şəhəri, A.Şaiq küçəsində yerləşən “Əsgər” kafesində tutulduqdan sonra Mingəçevir ŞPŞ-yə gətirilərək müvəqqəti saxlama yerinə təhvil verilərkən müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən üzəri yoxlandığı zaman bir ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,301 qram, bir ədəd baş hissəsi kəsilmiş şüşə lampanın içərisində təmiz çəkisi 0,078 qram, bir ədəd baş hissəsi kəsilmiş şüşə lampanın içərisində təmiz çəkisi 0,057 qram olmaqla ümumi təmiz çəkisi 0,436 qram olan psixotrop maddə - metamfetamin boynundan asılı vəziyyətdə olan qara rəngli dəri materialından hazırlanmış əl çantasının içərisindən, 1 ədəd kustar üsulla hazırlanmış vurucuəzici xassəyə malik soyuq silah hesab edilən kastel (beşbarmaq) əynində olan qara rəngli cins şalvarın qabaq cibindən aşkar edilərək, habelə 1 ədəd kustar üsulla hazırlanmış kiçik ölçülü əzici-vurucu-deşici xassəyə malik soyuq silah hesab edilən üzük barmağından çıxarılaraq götürülmüş və istintaqa təqdim olunmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.1 və 234.2–ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CM-nin 228.4, 234.1 və 234.2-ci maddələri ilə ona qarşı elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Əvvəllər oğurluq hadisələri törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri, Samux küçəsində yaşayan dostu “Vika” ləqəbli şəxs ona zəng edərək ondan yaşadığı evin işıq kartını düzəltdirməyini istəmişdir.O, həmin gün saat 11 radələrində “Vika” ləqəbli qadının yaşadığı evə gedib işıq kartını götürmüş və taksi ilə həmin kartı Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən İşıq idarəsinə aparmışdır. Ona orada işıq sayğacının şəklini çəkməli olduğunu demişlər və o, bundan sonra maşın olmadığı üçün dostu Elyara zəng vurmuş və gəlib onu işıq idarəsindən götürməyini xahiş etmişdir. Elyar onunla razılaşmış və bir qədər sonra taksi ilə onu işıq idarəsinin qarşısından götürmüşdür. Onlar birlikdə “Vika” ləqəbli şəxsin yaşadığı evin qarşısına getmişlər. O, işıq sayğacının şəklini çəkib yenidən taksiyə əyləşmişdir. Onlar bir qədər aralaşdıqdan sonra polis əməkdaşları avtomobillə onların qarşılarını kəsmişlər. Həmin avtomobildən iki nəfər polis əməkdaşı düşmüş və polis əməkdaşları onları maşından düşürdüb üzərlərini yoxlamışlar. Lakin onların üzərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Daha sonra həmin polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. O, onlarla birlikdə polis şöbəsinə gətirilən taksi sürücüsünün adını bilməmişdir. Onu şöbənin üçüncü mərtəbəsində yerləşən otağa qaldırmışlar. Həmin otaqda əməliyyatçılar onu qorxudaraq narkotik vasitələrin satışı ilə məşğul olmağı ilə bağlı cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirmişlər. Ona görə də onu həmin otaqda təzyiq altında 5-6 saat saxladıqdan sonra saat 17-18 radələrində əməliyyatçılar onun əynində olan qara rəngli gödəkçənin sol yan cibinə şəffaf sellofana bükülmüş bükümdə narkotik vasitə qurudulmuş marixuana qoyaraq həmin narkotik vasitənin ona məxsus olmasını deməyini istəmişlər. O da qorxduğu üçün razılaşmışdır. Ona üzərinə videoçəkiliş vasitəsilə baxış keçiriləcəyini, baxış vaxtı Mingəçevir şəhəri, Energetika küçəsində yerləşən boş torpaq sahəsində qurudulmuş marixuana gizlətməyi barədə ifadə verməyini demişlər. O, Qafar adlı polis əməkdaşı və digər adlarını bilmədiyi polis əməkdaşlarından qorxduğu üçün deyilənlərlə razılaşmışdır. Daha sonra onu Mingəçevir şəhəri, Energetika küçəsinə aparmışlar. Energetika küçəsində zibillik adlanan ərazinin yaxınlığında adını bilmədiyi polis əməkdaşı ona boş torpaq sahəsini göstərərək həmin əraziyə yaşıl rəngli sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana qoyacağını, həmin yaşıl rəngli torbanın üzərinə təkər rezini və bir neçə mişar daşı qoyacağını, videoçəkiliş vasitəsilə həmin əraziyə baxış keçirilən zaman narkotik vasitə qurudulmuş marixuananı göstərib özünün gizlətdiyini deməsini bildirmişlər. O da razılaşmışdır. Onu daha sonra polis şöbəsinə gətirmişlər. O, polis şöbəsində növbətçi hissənin qarşısında dayanmışdır. Onun hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi dəvət olunmuşdur. Daha sonra növbətçi hissənin qarşısında vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki qara rəngli gödəkçənin sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd sellofan büküm aşkar edilərək götürülmüşdür. Bundan sonra o, polis əməkdaşlarının ona əvvəlcədən dediyi kimi sorğuya cavab olaraq həmin bükümün içərisindəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, 2021-ci ilin mart ayının ortalarında Mingəçevir şəhəri, Energetika küçəsində yerləşən Ağdam rayon 26 saylı orta məktəbin yaxınlığında, zibillik adlanan yerə gedən yolun kənarında yerdən bir ədəd yaşıl rəngli sellofan torba tapdığını, həmin torbanı götürüb içinə baxdıqda onun narkotik vasitə olan qurudulmuş marixuana olduğunu gördüyünü, yaşıl rəngli sellofan torbanın içərisində olan narkotik vasitə qurudulmuş marixuanadan daha sonra istifadə etmək məqsədilə yaxınlıqda yerləşən boş torpaq sahəsində torpağı biraz qazıb həmin torbanı oraya qoyduğunu və torbanın üzərini dəmir və təkər rezinləri ilə örtdüyünü, üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı isə gizlətdiyi narkotik vasitə qurudulmuş marixuananın üzərindən götürdüyünü bildirmişdir. Daha sonra həmin sellofan büküm tərəzidə çəkilmiş və sellofan bükümün çəkisi 13,72 qram olmuşdur. Daha sonra həmin büküm onun, vəkilinin və iştirakçıların iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o və vəkili də imza etmişlər. Daha sonra polis işçiləri üzərinə şəxsi axtarış zamanı yazmış olduqları protokolu oxumuş və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Bundan sonra, polis əməkdaşları narkotik vasitə qurudulmuş marixuananı gizlətdiyi yerə onun və vəkilinin iştirakı ilə baxış keçirmək istədiklərini bildirmişlər.O da baxış keçrilməsinə etiraz etməmişdir. Bundan sonra, onun, polis əməkdaşlarının və vəkilinin iştirakı ilə narkotik vasitə qurudulmuş marixuananı gizlətdiyi Mingəçevir şəhəri, Energetika küçəsində yerləşən Ağdam rayon 26 saylı orta məktəbin yaxınlığındakı boş sahəyə baxış keçirilmişdir. Həmin vaxt ona hüquqları izah olunmuş və ona gizlətdiyi narkotik vasitə olan marixuananı təqdim etməyi təklif olunmuşdur. O da üzərini dəmir və təkər rezinləri ilə örtdüyü bir ədəd yaşıl rəngli sellofan torbanın içərisindəki qurudulmuş marixuananın yerini göstərmiş və həmin sellofan torbanı çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir.Bir ədəd sellofan torbanın içərisində olan narkotik vasitə marixuana polis əməkdaşları tərəfindən götürülmüşdür. Aşkar olunub götürülmüş bir ədəd yaşıl rəngli sellofan torbada olan marixuana “DigitalScole” markalı elektron tərəzidə çəkilmiş və həmin torbanın ümümi çəkisi 410 qram olmuşdur. Daha sonra polis əməkdaşları tərtib olunmuş baxış protokolunu oxumuş və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. O, narkotik vasitədən istifadə etdiyini, lakin satışı ilə məşğul olmadığını, üzərindən və Mingəçevir şəhəri Energetika küçəsində aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmadığını, polis əməkdaşlarının onu narkotik vasitələrin satışı ilə cinayət məsuliyyətinə cəlb edəcəkləri hədəsindən qorxduğu üçün həmin narkotik vasitələrin ona məxsus olmasını ilkin ifadəsində bildirmişdir. O, polis əməkdaşlarının onu bir neçə nəfər şəxsi gətirib onunla üzləşdirəcəklərini, həmin şəxslərin də ondan narkotik vasitə aldıqlarını deyəcəklərini bildirdikləri üçün qorxub razılaşmışdır. O, Mədət və Səkinə adlı şəxslərin onun qonşuları olduqlarını, Mədət ilə yazışma vaxtı Mədətin ondan nə istədiyini başa düşmədiyini və buna görə də Mədətə ondan istədiyi şeyin olmadığını demişdir. Bundan başqa Səkinə adlı şəxslə Whatsapp yazışma zamanı Səkinənin ona 15 manat borcu olduğunu və pulu Səkinədən götürmədiyini bildirmişdir. Həmçinin “X31 adlı şəxslə yazışma zamanı Muradın bostanı olduğunu və bostanı satmaq istədiyini bildirmişdir. Ondan başqa ***-***-**-** mobil nömrəsi ilə “nağarsan yetim, mənəm İlkin, gəlim bir dənə 5-lik şey ver də” məzmununda mesajda isə ilkin onunla 0.5 litirlik araq içmək istədiyini bildirmiş, o da ona həmişə yeyib içdikləri yerə gəlməsini yazmışdır. Eləcə də, onun mobil telefonunda olan ***-***-**-** saylı mobil telefonun istifadəçisi ilə aralarında olan “qaqa diş ağrımı kəsmək üçün xırda bir şey əməl gətirə bilərsən” məzmununda mesaja onun cavabında “hələ yox” mesajını isə Kamil adlı şəxsin ondan diş ağrısı dərmanı istədiyi üçün yazdığını bildirmişdir. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə axşam saatlarında tanışı Nazim ilə Mingəçevir şəhəri, «Nur» şadlıq sarayının yaxınlığında olan çay evinə getmişlər. Çayxanada kupedə Nazimlə oturan zaman, o çantasından bir ədəd içərisində metamfetamin olan kiçik ölçülü lampanı, bir paket siqareti çıxardıb masanın üzərinə istifadə etmək üçün qoymuşdur. Nazim isə cibindən bir paket siqaret və bir ədəd kiçik ölçülü içərisində metamfetamin olan işıq lampasını masanın üzərinə qoymuşdur. Onların həmin lampaları masanın üzərinə qoymaqlarında məqsədləri çayxananın kupesində metafetamindən kiçik ölçülü lampanı alt hissəsindən yandırıb kiçik ölçülü boru ilə çəkmək olmuşdur. Çantasında olan bir ədəd açılıb qatlanan bıçağı çıxardıb özü ilə gətiridiyi limonu doğramaq üçün masanın üzərinə qoymuşdur. Həmin vaxt ona məxsus olan beşbarmaq onun şalvarının cibində, üzük isə barmağında olmuşdur. Çayxanada çay içən zaman polis əməkdaşları kupeyə daxil olub onları Mingəçevir ŞPŞ-yə aparmışlar. Həmçinin o, başlığı qırılmış halda olan və içərisi boş olan, başlığı qırılmış olan və içərisində psixotrop maddə metafetamin olan lampaların ona məxsus olduğunu, başlığında plastik boru olan və içərisində psixotrop maddə metafetamin olan lampanın isə Nazimə məxsus olduğunu, o və Nazim kupedə əyləşən zaman o çantasından iki ədəd biri boş digəri isə içərisində metafetamin olan lampaları çıxardıb istifadə etmək üçün masanın üzərinə qoyduğunu, Nazim isə cibindən başlığında boru, içərisində isə metafetamin olan lampanı çıxardıb masanın üzərinə qoymuş, lakin polis əməkdaşları kupeyə daxil olub, onları polis şöbəsinə gətirən zaman masanın üzərində olan hər şeyi onun əl çantasına yığmışlar, polis əməkdaşları masanın üzərində olan hər şeyi onun çantasına qoymuş, çantasından aşkar olunan bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə içərisində psixotrop maddə olan metafetamin ona məxsus olmamışdır. Lakin çantasından aşkar olunmuş ona məxsus psixotrop maddə olan metafetamini təxminən 1 ay öncə dostu Yasinin yaşadığı Mingəçevir şəhəri, H.Əliyev 78 nömrəli binada yerləşən bloka daxil olan zaman yerdə siqaretin qızılı rəngli kağızına bükülmüş halda tapdığını göstərmişdir. o, metafetamindən istifadə etdiyi üçün həmin kütlənin metafetamin olduğunu bilmiş və həmin bükümü çantasına istifadə etmək məqsədi ilə qoymuşdur.Təxminən 2021-ci ilin may ayının əvvələrində Mingəçevir şəhəri 20 yanvar küçəsində yerləşən mağazaların birindən bir ədəd kiçik ölçülü lampa almışdır. O hər ehtimala qarşı həmin lampanı almışdır ki, digəri qırılan zaman ondan içərisinə metafetamin qoyub istifadə etsin, həmçinin o, Nazim ilə çayxanaya getməkdə məqsədinin çay içmək olduğunu, Nazimin narkotik vasitələrdən istifadə etdiyini bildiyi üçün onun yanında çantasından, içərisində metamfetamin olan lampanı çıxartmış və çay içidikdən sonra Nazim və o lampalarda olan metafetamini istifadə etmək niyyətində olmuşdur. Onun üzərindən aşkar olunmuş bir ədəd beşbarmağı Bakı şəhərindən gələn zaman adını xatırlamadığı şəxs ona hədiyyə etmiş, üzərində olan beşbarmağa heç bir dəyişiklik etməmiş, bundan başqa üzərində aşkar olunan bir ədəd üzərində deşici və kəsici uduqları olan üzüyü saxlanmamışdan 3-4 ay öncə Bakı şəhərində tanımadığı mağazadan almış, onun üzərində hər hansı bir konstruktiv dəyişiklik etməmişdir. Bundan başqa çantasından aşkar olunan bir ədəd açılıb-qatlanan bıçağı Bakı şəhərindən tanımadığı mağazadan almış, həmin bıçağın üzərində heç bir dəyişiklik etməmiş və həmin bıçağı itiləməmiş, həmin əşyaları həvəsi olduğu üçün üzərində gəzdirmişdir. Ona görə də özünü verilmiş ittiham üzrə AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilmir. Odur ki, məhkəmədən ifadəsində qeyd edilənləri nəzərə alaraq, ona CM-nin 234.2-ci maddəsi ilə bəraət, CM-in 228.4 və 234.1-ci maddələri ilə isə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, xx.xx.2021ci il tarixdə saat 17 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 və o, Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Samux küçəsində yerləşən çörək zavodunun qarşısında olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Mingəçevir şəhəri, Samux küçəsi çörək sexinin qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən Mingəçevir ŞPŞ-yə gətirilmişdir. Polis şöbəsinə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi dəvət olunmuş və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibində olan 1 ədəd şəffaf rəngli sellafonda olan bükümü çıxarıb təqdim etmişdir.Həmin şəffaf rəngli sellafon büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində qurudulmuş marixuanaya oxşar narkotik vasitə olan kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alınmışdır. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Həmin bükümün ümumi çəkisi 13.72 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmış. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni təxminən 6-7 gün əvvəl Mingəçevir şəhəri, Energetika küçəsi, Ağdam rayon 26 saylı tam orta məktəbin yaxınlığında yerləşən boş sahədən yolun kənarından tapdığını, həmçinin narkotik vasitə olan qurudulmuş marixuana tapdığı yerdən biraz kənarda narkotik vasitə olan qurudulmuş marixuana gizlətdiyini bildirmişdir. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir şəhəri Energetika küçəsi, Ağdam rayonu 26 saylı tam orta məktəb yaxınlığında olan boş torpaq sahəsində birqədər qazılmış yerdə baxış keçirilmiş və Təqsirləndirilən şəxs dəmir və təkər rezinlərin altında olan yaşıl rəngli sellafon torbada narkotik vasitə olan qurudulmuş marixuananı könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni yaşıl rəngli sellafon torbada olan narkotik vasitənin üzərindən götürdüyünü və həmin narkotik vasitəni 6-7 gün bundan qabağ Mingəçevir şəhəri Energetika küçəsi, Ağdam rayon 26 saylı tam orta məktəbin yaxınlığında yolun kənarından tapdığını və həmin narkotik vasitədən satmaq məqsədi ilə deyil özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra bir ədəd yaşıl sellafon torbada olan kütlə tərəzidə çəkilmiş və onun ümumi çəkisinin 410 qram olması bəlli olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 şahid X11 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 21 radələrində o, Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid4 və X17 şəhərində yaşayan X4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar və Mingəçevir ŞPŞ-nin İB-də barəsində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən və istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, A.Şaiq küçəsində yerləşən «Əsgər» kafesində olması ilə bağlı keçirilən əməliyyat tədbirləri zamanı X12 və Həsənov X10 şəhəri, A. Şaiq küçəsində yerləşən Əsgər kafesində saxlanılaraq X6 barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu, Təqsirləndirilən şəxs isə istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilməsini bildirib həmin şəxsləri polis şöbəsinə dəvət etmişlər. Bundan sonra X12 və Həsənov X10 ŞPŞyə gətirilmişdir.Həsənov X10 ŞPŞ-nin MSY-yə təhvil verilmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Əsgər kafesində kupedə saxlayan zaman kupedə masanın üzərində heç bir əşya olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 21 radələrində xidmətdə olduqları zaman Mingəçevir ŞPŞ-nin İB-nin sabiq müstəntiqi polis baş leytenantı Kərim İsmayılbəyli tərəfindən barəsində axtarış elan edilmiş Həsənov X10 ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən tutularaq MSY-yə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin müvafiq əmrinə əsasən şəxs müvəqqəti saxlama yerinə təhvil verilərkən şəxsin üzəri axtarılır. Həsənov X10 ŞPŞ-nin əməkdaşları tərəfindən tutulduqdan sonra Mingəçevir MSY-yə təhvil verildiyindən tərəflərindən Təqsirləndirilən şəxs üzərində olan əşyalara baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs çantasından və üzərindən bir ədəd sarı rəngli konfet, bir ədəd başı qırılmış vəziyyətdə içərisi boş olan kiçik ölçülü işıq lampası, bir ədəd içərisində kütlə olan və başlığında plastikdən hazırlanmış kiçik ölçülü boru olan içərisində kütlə olan kiçik ölçülü işıq lampası, 1 ədəd kiçik ölçülü kağız, bir ədəd alışqan doldurmaq üçün qaz balonu, bir ədəd siqaretin gümüş və ağ rəngli kağızma bükülmüş içərisində kütlə olan büküm, bir ədəd qara rəngli boyunbağı, bir paket tütün kağızı, bir ədəd başlığı olmayan qırmızı rəngli alışqan, bir ədəd üzərində alov nəticəsində yaranması ehtimal olunan ləkələri olan 1 manatlıq əskinaz, bir ədəd başlığı olmayan içərisində kütlə olan kiçik ölçülü işıq lampası, bir ədəd vintaçan, bir ədəd dəmirdən olan boyunbağı, bir ədəd alışqanın başlığına bükülmüş halda olan 1 manatlıq əskinaz, bir ədəd kiçik ölçülü plastikdən hazırlanmış boru, 3 ədəd 20 qəpiklik əskinaz, 6 ədəd 10 qəpiklik əskinaz, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd Express banka məxsus üzərində “Səxavət Məmmədov” sözləri yazılmış plastik kart, 1 ədəd 20 manatlıq əskinaz, 3 ədəd 5 manatlıq əskinaz və 10 ədəd 1 manatlıq əskinaz, bir ədəd “Huawei” markalı mobil telefon, bir ədəd Samsung markalı mobil telefon, bir ədəd markası bilinməyən qırılmış vəziyyətdə olan qol saatı, bir ədəd Omega markalı qol saatı, bir ədəd gün eynəyi, bir ədəd mobil telefonlar üçün nəzərdə tutulmuş enerji yığmaq üçün kabel, bir ədəd qara rəngli kustar üsulla hazırlanmış beşbarmaq, bir ədəd kustar üsulla hazırlanmış iki ədəd deşici və kəsici ucluqları olan qara rəngli üzük və bir ədəd açılıb qatlanan dəmirdən hazırlanmış bıçaq, bir ədəd çiyindən və boyun nahiyyəsindən asmaq üçün ipi olan qara rəngli dəri çanta aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən və çantasından aşkar olunan əşyalar qablaşdırılmış və həmin əşyaların içərisində qanunla gəzdirilməsi və saxlanması qadağan olan əşyalar olmasında şübhələr oduğu üçün raport əsasında Mingəçevir ŞPŞ-nin İstintaq Bölməsinə təhvil verilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin əməkdaşı X15 Şahid5 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, ***-***-**-** saylı mobil telefon nömrəsi ona məxsusdur. O, həmin mobil telefon nömrəsini təxminən 2014-cü il tarixdən işlədir. Onun Eminlə heç bir ədavət və düşmənçiliyi yoxdur. Hazırda musiqiçi kimi fəaliyyət göstərir. Bakı şəhərində işləyir. Təqsirləndirilən şəxs xx.xx.2021 -ci il tarixdə “Vatsapp” mesaj saytı vasitəsilə mesajları o, yazmamışdır. Belə ki, həmin mesajları başqa bir şəxs telefonunda internet olmadığı üçün onun telefonundan Eminə yazmışdır Ona polis şöbəsinndə təzyiq göstərildiyi üçün məcburiyyət qarşısında qalıb istintaqda yazılmış ifadəsini imzası ilə təsdiq etmişdir. Əvvəllər məhkum olunmamışdır. O, əvvəllər narkotik vasitə istifadə etsə də, hazırda etmir. Emindən heç vaxt narkotik vasitə almamışdır. Bununla belə şahid X13 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirmişdir ki, Hazırda musiqiçi kimi fəaliyyət göstərir. Əvvəllər məhkum olunmamışdır. O, arabir narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs xx.xx.2021 -ci il tarixdə “Vatsapp” mesaj saytı vasitəsilə mesajları o, yazmışdır. Təqsirləndirilən şəxs təxminən 2 ay əvvəl tanımışdır. Onun Eminlə heç bir ədavət və düşmənçiliyi yoxdur. Onu Təqsirləndirilən şəxsla tanımadığı bir nəfər şəxs tanış etmişdir. Həmin tanımadığı şəxs ona Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu demişdir. O, Eminlə söhbət edən zaman Emin ona istədiyi vaxt ona narkotik vasitə qurudulmuş marixuana təşkil edə biləcəyini demişdir. Lakin o, Təqsirləndirilən şəxs özünü İlkin adı ilə təqdim etmişdir. O, Emindən mobil telefon nömrəsini almışdır. Təxminən bir ay əvvəl Təqsirləndirilən şəxs 5 manata qurudulmuş marixuana alıb istifadə etmişdir. Həmin vaxt Emin onu Mingəçevir şəhəri, Samux küçəsində yerləşən “Zərif’ şadlıq sarayının yaxınlığına çağırmış və orada ona beş manat qarşılığında narkotik vasitə qurudulmuş marixuana satmışdır. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində o, yenidən narkotik vasitə qurudulmuş marixuana istifadə etmək istəmiş və bu səbəbdən yenidən Təqsirləndirilən şəxs “vatsapp” mesaj saytı vasitəsilə mesaj yazaraq ona beş manatlıq narkotik vasitə qurudulmuş marixuana satmağını istəmişdir. Emin isə ona həmişəki yerə, yəni “Zərif’ şadlıq sarayının yaxınlığına gəlməyini demişdir. O, razılaşaraq həmin yerə getmişdir. Orada o, Təqsirləndirilən şəxsla görüşmüş və Eminə beş manat pul vermişdir. Emin qarşılığında ona ağ rəngli kağıza bükülmüş bükümdə bir dəfə istifadə etmək üçün kifayət edəcək miqdarda narkotik vasitə qurudulmuş marixuana vermişdir. O, daha sonra oradan uzaqlaşmış və tək olduğu vaxt həmin narkotik vasitə qurudulmuş marixuananı istifadə etmişdir. Bundan başqa, Emindən hər hansı narkotik vasitə qurudulmuş marixuana almamışdır. O, Təqsirləndirilən şəxs yalnız iki dəfə narkotik vasitə qurudulmuş marixuana aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, ***-***-**- ** saylı mobil telefon nömrəsi ona məxsusdur. O, Təqsirləndirilən şəxsla qonşu olmuşdur. O, Emin həbsdən çıxdıqdan sonra onu tanımışdır. Ona polis şöbəsinndə təzyiq göstərildiyi üçün məcburiyyət qarşısında qalıb istintaqda yazılmış ifadəsini imzası ilə təsdiq etmişdir. Onunla Emin arasında narkotik alqı-satqısı ilə bağlı heç bir Vatsapp yazışması olmamış və Eminlə Zərif şadlıq sarayının yanında görüşməmişdir. Onun Eminə 15 manat borcu olmuşdur. Vatsapp yazışmasında da həmin borc haqqında danışıblar. O, Eminin narkotik vasitə satdığını eşitməmiş və ondan heç vaxt narkotik vasitə almamışdır. Bununla belə şahid X19 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 1 il əvvəl tanımışdır. O, onu tanıyan vaxtlar Emin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, Emini tanıyandan təxminən bir ay sonra Emin narkotik vasitələrin satışı ilə məşğul olmağa başlamışdır. Bu barədə hazırda xatırlamadığı şəxslərdən eşitmişdir. O özü təxminən 2 ay əvvəl narkotik vasitə qurudulmuş marixuanadan və psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. O, bu səbəbdən bir neçə dəfə Eminə zəng vuraraq ondan narkotik vasitə qurudulmuş marixuana istəmişdir. Lakin ilk vaxtlar Emin ona narkotik vasitə satmaqdan imtina edirmişdir. Təxminən 1 ay əvvəl o, Eminlə mobil telefon vasitəsilə əlaqə saxlayıb ondan ona narkotik vasitə qurudulmuş marixuana satmağını istəmişdir. Emin ondan nəsə problem yaşanmayacağını soruşduqda, o, Eminə heç bir problem olmayacağını demişdir. Bundan sonra Emin onunla razılaşmış və ona 10 manata bir büküm narkotik vasitə satacağını demişdir. Emin onu Mingəçevir şəhəri, Samux küçəsində yerləşən “Zərif’ şadlıq sarayının arxasına çağırmış və o, orada Eminə 10 manat pul verib Emindən siqaretin kağızına bükülmüş bükümdə narkotik vasitə qurudulmuş marixuana almışdır. O aldığı qurudulmuş marixuananı özü tək olduğu vaxt istifadə etmişdir. O bundan sonra müxtəlif aralıqlarla Emindən 10 manat qarşılığında 2 dəfə narkotik vasitə qurudulmuş marixuana alıb istifadə etmişdir. O, hər dəfə Emindən narkotik vasitə qurudulmuş marixuananı “Zərif’ şadlıq sarayının arxasında almışdır. Bir dəfə də Emindən ona psixotrop maddə olan metamfetamin satmağını istəmişdir. Emin isə ona ilk dəfə pula ehtiyac olmadığını, birlikdə psixotrop maddə metamfetamindən istifadə etməyi təklif etmiş və onunla razılaşmışdır. Onlar birlikdə Emininlə həmin vaxt kirayədə yaşadığı Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən mənzildə psixotrop maddə metamfetamin istifadə etmişlər. Bundan sonra o, Emindən müxtəlif aralıqlarla 3 dəfə psixotrop maddə metamfetamin alıb istifadə etdiyini bildirmişdiir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişidir ki, təxminən 2018-ci ildən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2021-ci il tarixdə axşam saat 20 radələrində Mingəçevir şəhəri, A.Şaiq küçəsi, «Nur» şadlıq sarayının yaxınlığında olan uşaq baxçasının yanından keçən zaman yerdən bir ədəd qırmızı rəngli sellafona bükülmüş büküm tapmışdır. Həmin sellafonu açıb içərisinə baxdıqda ağ rəngli kağızlara bükülmüş bükümlər olduğunu və maraqlı olduğu üçün həmin bükümləri açan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. O, qurudulmuş marixuana istifadə etdiyi üçün iyindən və rəngindən kağızların içərisində olanın narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bilmişdir. O, ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra həmin bükümlərdən birini yandırıb çəkərək istifadə etmiş, qalan bükümləri isə qırmızı sellafonun içərisinə qoyaraq əynində olan göy rəngli cins şalvarın sol yan cibində gizlətmişdir. Həmin günü, yəni xx.xx.2021-ci il tarixdə saat 21 radələrində o, Mingəçevir şəhəri, A.Şaiq küçəsində yerləşən «Əsgər» kafesinin qarşısından keçən zaman tanışı Emin adlı şəxslə rastlaşmışdır. Eminlə bir qədər kafenin qarşısında söhbət etdikdən sonra birlikdə həmin kafedə, yəni “Əsgər” kafesində kupedə çay içmək qərarına gəlmişlər. Həmin vaxt tapdığı bir ədəd qırmızı rəngli şəffaf sellafon torbanın içərisində olan 9 ədəd büküm onun əynində olan göy rəngli cins şalvarın sol yan cibində imiş. Kafedə oturub çay içən zaman bir qədər keçdikdən sonra qapı açılıb içəri üç nəfər mülki geyimli şəxslər daxil olmuşlar. 3 nəfər mülki geyimli şəxslər kupeyə daxil olan kimi Emin dərhal masanın üzərində olan hər şeyi öz çantasına yığıb çantanı bağlamışdır. Həmin 3 nəfər şəxs vəsiqələrini onlara təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş və Təqsirləndirilən şəxs barəsində axtarış elan edildiyini, onun isə narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onları polis şöbəsinə dəvət etmişlər. Bundan sonra onlar polis şöbəsinə aprılmışdır. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə aşkar olunduğundan, şübhəli şəxs qismində saxlanılmışdır. Həmçinin o, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Emini son 5-6 aydır ki, tanımışdır. Emini tanıdıqdan sonra onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu, Eminin kimlərə narkotik vasitə satmasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə almadığını, həmçinin o, psixotrop maddə olan metamfetamindən istifadə etmədiyini bildirmişdir. Mingəçevir şəhərində yerləşən «Əsgər» kafesində kupedə oturub çay içən zaman Eminlə ikisi olmuş, kupedə çay içən zaman masanın üzərində ona məxsus məxsus Redmi markalı mobil telefon, bir ədəd dostu Səxavətə məxsus Ekspress banka məxsus plastik kartı olmuşdur. Onunla birgə kupedə oturan Təqsirləndirilən şəxs masanın üzərinə bir ədəd bıçaq, 2 ədəd mobil telefon və salfetkaların altında kiçik ölçülü lampalar qoymuş, həmçinin Eminin barmağında bir ədəd qara rəngli kəsici və deşici iti ucluqları olan üzük olmuşdur. Həmçinin ölçülü lampalarda olan metamfetaminlər Təqsirləndirilən şəxs özünə məxsus olmuş, onun üzərində isə yalnız narkotik vasitə olan qurudulmuş marixuana olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, o, Uşaq Gənclik mərkəzində cüdo müəllimi işləyir. Təqsirləndirilən şəxsla dostdurlar. 2021-ci ilin yaz aylarında Emin ona zəng vurmuş və gəlib onu işıq idarəsindən götürməyini xahiş etmişdir. O da onunla razılaşmış və bir qədər sonra taksi ilə onu işıq idarəsinin qarşısından götürmüşdür. Onlar birlikdə bir evin qarşısına getmişlər. Həmin vaxt təxminən saat 10:30-11 radələri olardı Emin işıq sayğacının şəklini çəkib yenidən taksiyə əyləşmişdir. Onlar bir qədər aralaşdıqdan sonra polis əməkdaşları avtomobillə qarşılarını kəsmişlər. Həmin avtomobildən iki nəfər polis əməkdaşı düşmüş və polis əməkdaşları onları maşından düşürüb üzərlərini yoxlamışlar. Lakin üzərlərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Daha sonra həmin polis əməkdaşları onu tanıdıqları üçün buraxmışlar, Emini və taksi sürücüsünü isə polis şöbəsinə aparmışlar. O, həmçinin bildirmişdir ki, Eminin narkotik vasitə istifadə etməsi və ya satması barədə heç bir şey eşitməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 0222 taksi şirkətində sürücü işləyir. Elyar Həsənli ilə birlikdə sağ sahildə yerləşən işıq idarəsinin qarşısından Təqsirləndirilən şəxs götürmüş və arxa yoldakı çörək zavodunun yanındakı yaşayış evlərinə aparmışdır. Orada Emin avtomobildən düşüb enerji saycacını telefonla şəklini çəkib yenidən maşina əyləşmiş və geri qayıdan zaman təxminən saat 11-12 radələrində yolda polis əməkdaşları onları saxlamışlar və polis əməkdaşları onları maşından düşürüb üzərlərini yoxlamışlar. Lakin üzərlərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Bundan sonra əlavə polis əməkdaşları gələrək onları ayrı-ayrılıqda polis Şöbəsinə aparmışlar. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2021 -ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellafon torbanın aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni təxminən 6-7 gün əvvəl Mingəçevir şəhəri, Energetika küçəsində Ağdam rayon 26 saylı tam orta məktəbin yaxınlığından zibilliyə gedən yoldan tapdığını, üzərində aşkar olunmuş narkotik vasitəni tapdığı yerdən bir az aralıda da narkotik vasitə gizlədib saxladığını bildirmişdir. Cinayət işinin materiallarında olan 23 mart 2021-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Energetika küçəsi, Ağdam rayon 26 saylı tam orta məkəbin yaxınlığında boş torpaq sahəsində torpağı qazaraq gizlətdiyi sellafon torbada içərisində ümumi çəkisi 410 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 17/220 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə..” sözləri və imzalar yazılmış zərfi açdıqda,içərisindəki 01 (bir) ədəd şəffaf sellafon bükümdə təmiz çəkisi-11.18 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustr üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “Vət.Təqsirləndirilən şəxs Samux küçəsində zibillik adlanan ərazidə saxladığı narkotik vasitə.” sözləri və imzalar yazılmış sellafon torbanı açdıqda, içərisində “təmiz çəkisi- 395,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd şəffaf sellafon bükümdə və 01 (bir) ədəd sellafon torbada olan qurudulmuş marixuanalar tərkibinə görə eynidirlər. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellafon torbanın aşkar edilməsi müəyyən edilmiş, bundan başqa Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Energetika küçəsində Ağdam 26 saylı tam orta məktəbin yaxınlığında boş torpaq sahəsində içərisində narkotik vasitə qurudulmuş marixuana olan yaşıl rəngli sellafon torbanı qeyd olunan ərazidə dəmir və rezinlərin altında gizlətməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus Samsung All mini markalı mobil telefona baxış keçirilən zaman mobil telefonda Whatsapp proqramında “Medet” adı ilə kontakta əlavə edilmiş ***-***-**- ** saylı mobil nömrəsinin istifadəçisi ilə yazışmasında - Təqsirləndirilən şəxs: “Atmışam, SMS, sənə oxumayıbsan” -Mədət: “oxudum.” - Təqsirləndirilən şəxs: “onu ver o uşağa cavan uşaqdımaklerdi” -Mədət: “yaxşı, gəlim mənə koku verərsən?” - Təqsirləndirilən şəxs: “hələ yox, evi yığışdırmışdım, ortalıqda heçnə qalmamışdı” -Mədət: “yox, nə vaxt götürüm kolunu, 15 doh verərsən, cavab verdə at tez lazımdı” - Təqsirləndirilən şəxs: “yoxdu sənöl” -Mədət: “nə vaxt olacaq, ata səkinə istəyib yazıqdı ona götürürəm sənöl, ağrıyır, ölür yetim, ona buna ağız açdığına hazır səndən götürürdə” - Mədət: səs atıb - “qaqa başqasına ağız açdığına səndən istəyir, deyir Emin özümüzünküdü, yetim ağrıdadı, deyir 15 manat verim, 15-lik versin, ürəyim ağrıyır” -Mədət: “oxudana tıncıxdım, cavab ver də, makler götürmür telefonu” - Təqsirləndirilən şəxs: “mən indi işimi gücümü atım sənin sms-ni gözləyim, yoxduda, hardan alım” -Mədət: “nə vaxt olacaq onda” - Təqsirləndirilən şəxs: “sabah olsa olar” Bundan əlavə olaraq adı “Sekine” adı ilə kontakta əlavə edilmiş ***-***-**-** mobil nömrəsi ilə - Səkinə: “Emiş dünən niyə pulu götürmədin, mən utanırdım, götürmədin ki, birdə səndən heçnə istəməyim? ” Bundan başqa “MukiMaxiSebus dostu” adı ilə kontakta əlavə edilmiş ***-***-**-** mobil nömrəsi ilə“ay qaqa yaxşı bostan var, torpaq da var, nə qədər istəsən kiloyla ” Bundan başqa, mobil telefonun foto qalereyasnda fotoşəkillərə və ekrandan çəkilmiş fotoşəkillərə baxış keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs “nağarsan yetim, mənəm İlkin, gəlim bir dənə 5-lik şey ver də” məzmununda mesaj yazmış, Təqsirləndirilən şəxs cavabında “həmişəki yerə gəl” mesajını göndərmiş, ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi isə “10 dəqiqəyə ordayam” cavabını vermişdir. Bundan başqa fotoşəkillərə baxış zamanı Təqsirləndirilən şəxs oturduğu stolun üzərində bıçaq, odlu silah tapança olduğu aşkar olundu. Bundan başqa fotoşəkillərə baxış zamanı Təqsirləndirilən şəxs istintaqa məlum olmayan bir nəfər qadınla şəkil çəkdirdiyini, həmin qadının əlində şüşə flakon olduğu aşkar olundu. Bundan başqa fotoşəkillərə baxış zamanı Emin X1 adına 495 manat pul göndərdiyini təsdiq edən qəbzin şəkli aşkar olundu. Bundan başqa baxış zamanı müəyyən olundu ki, mobil telefonda Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi ilə arasında “vatsapp” mesaj saytı vasitəsilə yazışma olmuş, həmin yazışma zamanı ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs “qaqa diş ağrımı kəsmək üçün xırda bir şey əməl gətirə bilərsən” məzmununda mesaj yazmış, Təqsirləndirilən şəxs cavabında “hələ yox” mesajını göndərmişdir. Cinayət işinin materiallarında olan 21 may 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və çantasında aşkar edilərək götürülmüş bir ədəd siqretin gümüşü kağızma bükülmüş bükümdə olan kütlənin ümumiu çəkisi 0.46 qram, bir ədəd başlığında plastik boru olan və içərisində kütlə olan lampanın ümumi çəkisi 3.98 qram, bir ədəd başlığı qırılmış halda içərisində kütlə olan kiçik ölçülü lampanın ümumi çəkisi isə 4.12 qram olmuş, bundan başqa baxış keçirilən zaman bir ədəd kastel (beşbarmaq), bir ədəd kustar üsulla hazırlanmış iki ədəd deşici və kəsici ucluqları olan üzük və bir ədəd açılıb-qatlanan bıçaq aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 17/361 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs..” sözləri və imzalar yazlmış zərfin içərisindəki-01 (bir) ədəd gümüşü-ağ rəngli bükümdə təmiz çəkisi - 0.301 qram olan maddə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (İ siyahı, İİ bənd sıra Rs27) daxil olan- metamfetamindir. 01 (bir) ədəd baş hissəsi kəsilmiş şüşə lampanın içərisində təmiz çəkisi- 0.078 qram olan maddə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (İ siyahı, İİ bənd sıra N°67) daxil olan- metamfetamindir. 01 (bir) ədəd baş hissəsi kəsilmiş şüşə lampanın içəırisində, təmiz çəkisi- 0.57 qram olan maddə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (İ siyahı, İİ bənd sıra N°67) daxil olan- metamfetamindir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə və 02 (iki) ədəd baş hissələri kəsilmiş şüşə lampaların içərisində olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan məhkəmə-ballistik eksperizasının xx.xx.2021-ci il tarixli 17/362 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla kastet (beşbarmaq tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır. Tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik, məişət təyinatlı turist bıçağıdır. Soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla hazırlanmış küçük ölçülü əzici-vurucu-deşici xassəyə malik üzükdür, soyuq silah hesab olunur. Cinayət işinin materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(058)- 34/2014 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.24, 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş qalan 3000 manat cərimə təyin edilmiş cəza ilə tam birləşdirlərək ona qəti olaraq 7 il müddətə azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzası təyin edilmişdir. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanınma haqqında xx.xx.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs məxsus 406.08 qram olan narkotik vasitə qurudulmuş marixuana, 0.286 qram psixotrop maddə olan metamfetamin, 1 ədəd “Huawei” markalı, 1 ədəd “Samsung All markalı”, 1 ədəd “ Samsung GT-C3322” markalı mobil telefonlar, 1 ədəd soyuq silah hesab edilen kastet (beşbarmaq), 1 ədəd soyuq silah hesab edilən kustar üsulla hazırlanmış kiçik ölçülü əzic-vurucu-deşici xassəyə malik üzük maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(058)-34/2014 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.24, 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökmdən CM-nin 186.2.1-ci maddəsi xaric edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2018-cı il tarixli qərarı ilə hökmdən CM-nin 66.3cü maddəsi xaric edilmiş və cəzası 6 ilə endirilmişdir. xx.xx.2020-ci il tarixdə isə cəzasının sonu ilə həbsdən azad edilmişdir. Cinayət işi materiallarında olan AR Ədliyyə Nazirliyinin penitensiar xidmətin 5 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2022-ci il tarixli xx/xx-1290 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cəzadan azad edilmiş və cərimə cəzasından heç bir ödəniş etməmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2022ci il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.24, 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzasına məhkum olunmasına dair Samux Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(058)-34/2014 saylı hökmü Mingəçevir İcra və Probasiya Şöbəsinə daxil olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Birliyinin xx.xx.2021-ci il tarixli, 306 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində xəsarət aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan, Mingəçevir şəhər prokurorunun böyük köməkçisi X14 tərəfindən xx.xx.2021-ci verilmiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqından qərardan görünür ki, Təqsirləndirilən şəxs məlumatı əsasında aparılmış araşdırma nəticəsində Mingəçevir ŞPŞ-nin CAB-ın rəisi X2 və qeyrilərinin əməllərində cinayət tərkibi olmadığından, toplanmış material üzrə barələrində cinayət işinin bağlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus Samsung CT 3322 və Huawei markalı mobil telefonlara baxış keçirilmiş və baxış zamanı Huawei markalı mobil telefonda“Vatsapp” mesaj saytından olan yazışmalara baxış keçirilən zaman mesaj saytında Təqsirləndirilən şəxs “İlhameHafısDosdu” adı ilə kontakta əlavə olunmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi ilə yazışmaları aşkar olunmuşdur. Həmin yazışmalara baxış zamanı Təqsirləndirilən şəxs və ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi arasında aşağıdakı məzmunda danışıqların aparılması müəyyən olundu. - X29:Neynirsen, - X29: gelesi olmadln - X29:Qadası allmlrsa yatlm men - X29ıSenide narahat etməyim -X29:Sen mene inanmafln Allah dahidimdir sen bizde hecbir vaxt prablemle uzlese bilmezsen inan Allaha -X29:Salam emin necesen inan geceden yata bilmemişəm istəməzdim məni pis tanlyasan gəlmədiyinə görə mənə guvnmemisen inanki mən sen fikirləşdiyin insan deyilem -X30:Yenede məsləhər senindir -Təqsirləndirilən şəxs:Yox niye hele fikirleşirsen çox yorğun idim yatib qalmişam inşallah bugün oturaraq - X29:İnsallah qadan alim gozleyecem gelersen - X29:Emin menem gulu gelesi olmadln sen he yox dedaaa -Təqsirləndirilən şəxs:Xanabatdayam çörək yeyirik şeherde geıim gelecem -X29:Gozleyecem inşallah gel haa temiz dlncxmlsam vallah inanki cox narahatam ceksem rahatlasam qadan alim - X29: Salam necesen - X29:sagolda dedin gelmedin - X29:Birde narahat etmerem seni eger narahat etsem en - X29:Axlrlncl adam olaram - X29:Uzurlu say sene yazlb seni narahat etdim -X29:Nedense asil olmaq insaı yalvarnafada vadar edir lOq da varsa gotoreceydim gucum catanl bir az toxtuyardlm allnmadl mecburam clxlm bir az hava alim belke sakitkesem - X30:Emin 3Oluq patl lazmdlr allnar - X29:Mumkunse -Təqsirləndirilən şəxs: 1 saada - X29:İndi allnmlr? Bundan başqa Samsung CT-3322 mobil telefonunda adı telefon rəhbərində “Qurban Peltek” kimi qeyd edilmiş mobil nömrəsi isə ***-***-**-** olan mobil nömrədən Eminin istifadəsində olan Samsung markalı mobil telefona “yetim 20m aynon gelim alimdirirsan yetim?” qısa sms mətnin gəlməsi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021 -ci il tarixli, 1025 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan məhkəmə-linqvistik ekspertizasının xx.xx.2022-ci il tarixli 4/877 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus Samsung A11 markalı mobil telefonda Vatsapp sosial şəbəkəsi vasitəsi ilə Mədət adı ilə kontanka əlavə edilmiş 050 388 29 74 saylı mobil nömrə, Səkinə adı ilə kontakta əlavə edilmiş 050 715 48 12 mobil nömrə, MukiMaxiSebus dostu adı ilə kontakta əlavə edilmiş 050 348 73 74, ***-***-**-** saylı mobil telefon nömrə istifadəçiləri arasında aparılmış yazışmalarda istifadə olunan sözlər və ya söz birləşmələri əsasən ilkin mənasında lakin müəyyən gizlilik əlamətləri daşımaqla (alınan-satılan əşyanın adının çəkilməməsi) işlədilmişdir. “WhatsApp Messenger” vasitəsi ilə aparılan yazışmalarda yer almış “gəlim mənə koku verərsən?”, “nə vaxt götürüm kolunu, 15 doh verərsən”, “ağrıyır, səndən götürmək istəyir”, “ortalıqda heç nə qalmayıb”, “Səkinə istəyib, yazıqdı, ona götürürəm sənöl, ağrıyır. Ölür yetim, ona- buna ağız açdığına hazır səndən götürür də”, “deyir 15 manat verim, 15-lik versin, ürəyim ağrıyır”, -“ay qaqa, yaxşı bostan var, torpaq da var, nə qədər istəsən kiloyla”, “gəlim bir dənə 5lik şey ver də” kimi cümlələrdə böyük ehtimal ilə dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitələrin və ya psixotrop maddələrin alışından söhbət getdiyi, alış məqsədi ilə həmin müraciətlərin əsasən, Təqsirləndirilən şəxs olunduğu, mesaj mətnlərinin ümumi məzmunundan isə Təqsirləndirilən şəxs tərəfindən həmin şəxslərə əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə satıldığı anlaşılır. Cinayət işinin materiallarında olan Azercell Telekom MMC tərəfindən məhkəməyə göndərilmiş CD diskdə olan məlumatlardan görünür ki, ********** mobil nömrə ilə ********** nömrə arasında xx.xx.2021-ci il tarixdə saat 10:29:55-də Mingecevir şəhəri, Vaqif küçəsi, 2/17 ünvanında 50 saniyə, ********** saylı mobil nömrə ilə **********1585 mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə saat 11:03:21-də Mingəçevir şəhərində 47 saniyə, ********** saylı mobil nömrə ilə ********** mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə saat 11:13:14-də Mingecevir şəhəri, Vaqif küçəsi, 2/17 ünvanında 55 saniyə, ********** saylı mobil nömrə ilə ********** mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə saat 11:15:01-də Mingecevir şəhəri, Vaqif küçəsi, 2/17 ünvanında 51 saniyə, ********** saylı mobil nömrə ilə ********** saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə saat 11:16:28-də Mingəçevir şəhərində 46 saniyə, ********** saylı mobil nömrə ilə ********** mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə saat 11:17:32-də Mingecevir şəhəri, Vaqif küçəsi, 2/17 ünvanında 71 saniyə, ********** saylı mobil nömrə ilə ********** mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə saat 11:19:25-də Mingecevir şəhəri, Vaqif küçəsi, 2/17 ünvanında 11 saniyə, ********** saylı mobil nömrə ilə ********** mobil nömrə arasında 11:27:30da Mingəçevir şəhərində 33 saniyə, ********** saylı mobil nömrə ilə ********** mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə saat 11:33:32-də Mingeçevir şəhəri., İslamzade küçəsi, 25/4 ünvanında 25 saniyə, ********** saylı mobil nömrə ilə ********** mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə saat 11:38:15-də Mingəçevir şəhərində 18 saniyə, ********** saylı mobil nömrə ilə ********** mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə saat 11:53:25-də Mingecevir şəhəri, Vaqif küçəsi, 2/17 ünvanında 33 saniyə, ********** saylı mobil nömrə ilə ********** mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə saat 13:13:54-də ünvan 3 ünvanında 23 saniyə telefon danışığı olmuşdur. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı və məhkəmə istintaqında verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmamasını, Vatsapp sosial şəbəkəsi vasitəsi ilə aparılmış danışıqlar zamanı Mədətin ondan nə istədiyini başa düşmədiyini və buna görə də Mədətə onda istədiyi şeyin olmadığını deməsini, Səkinə adlı şəxslə Whatsapp yazışma zamanı Səkinənin ona 15 manat borcu olduğunu və pulu Səkinədən götürmədiyini, həmçinin “X31” adlı şəxslə yazışma zamanı Muradın bostanı olduğunu və bostanı satmaq istədiyini, lakin ***-***-**- ** mobil nömrəsi ilə “nağarsan yetim, mənəm İlkin, gəlim bir dənə 5-lik şey ver də” məzmununda mesaj yazdığını, cavabında “həmişəki yerə gəl” mesajına heç bir izah verə bilməməsini, onun mobil telefonunda olan ***-***-**-** saylı mobil telefonun istifadəçisi ilə aralarında olan “qaqa diş ağrımı kəsmək üçün xırda bir şey əməl gətirə bilərsən” məzmununda mesaja onun cavabında “hələ yox” mesajını isə Kamil adlı şəxsin ondan diş ağrısı dərmanı istədiyi üçün yazdığını bildirməsi ilə bağlı istinad etdiyi dəlillər işin həqiqi hallarına uyğun olmadığına görə məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təyin edilmiş məhkəmə-linqvistik ekspertizasının rəyindən də göründüyü kimi təqsirləndirilən şəxin Vatsapp sosial şəbəkəsi vasitə ilə apardığı yazışmalar narkotik vasitələrin alqı-satqısını ehtiva edir. Həmçinin təqsirləndirilən şəxs tərəfindən “nağarsan yetim, mənəm İlkin, gəlim bir dənə 5-lik şey ver də” məzmununda mesaj yazdığını, cavabında isə onunun “həmişəki yerə gəl” mesajına heç bir izah verə bilməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmaq üçün bu cür ifadələr vermişdir. Bütün bu xüsusatlar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin narkotik vasitələrin satışıyla məşğul olmaması ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla təkzib olunmuşdur. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində cinayətin predmeti olan narkotik qurudulmuş marixuananın onun cibinə qoyulması, Mingəçevir şəhəri, Energetika küçəsində zibillik adlanan ərazinin yaxınlığında narkotik vasitə qururudulmuş marixuana gizlətmədiyi, həmçinin polis əməkdaşlarından qorxduğu üçün həmin halları video çəkiliş zamanı etiraf etməsi ilə bağlı istinad etdiyi dəlilləri də işin həqiqi hallarına uyğun hesab etmir. Belə ki, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman onun əynindəki qara rəngli gödəkcənin sol yan cibindən çıxdığı, həmçinin Samux və Enerketika küçələrinin kəsişməsində yerləşən Ağdam rayonu 26 saylı orta məktəbin yaxınlığındakı boş sahədən bir qədər qazılmış yerdə daş və təkər rezinlərinin altında gizlədilmiş yaşıl rəngli sellofan bükümün içərisində satış məqsədi ilə saxladığı qururudulmuş marixuananın aşkar edilərək götürülməsi videoçəkiliş zamanı öz əksini tapmışdır. Təqsirləndirilən şəxsin döyülməsi ilə bağlı isə Mingəçevir şəhər prokurorluğuna müraciət olunmuş və aparılmış araşdırma zamanıcinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs həmin qərardan şikayət verməmişdir. Eləcə də, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədənində xəsarət aşkar olunmadığı Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Birliyinin xx.xx.2021-ci il tarixli, 306 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Bütün bu xüsusatlar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən zor tətbiqinə məruz qalması ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsini bütövlükdə inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Məhkəmə, həmçinin şahidlər X9, X5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqında verdiyi ifadəsi arasında olan ziddiyyəti, iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, həmin şahidlərin ifadəsi təqsirləndirilən şəxsin təqsirli olmasını təsdiq edən həlledici sübut olduğu üçün onun digər sübutlarla məcmu halında qiymətləndirilməsi ittihamın qanuni həll edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, məhkəməyədək icraat zamanı X19 ifadələrində Emin onu Mingəçevir şəhəri, Samux küçəsində yerləşən “Zərif’ şadlıq sarayının arxasına çağırdığını və orada Eminə 10 manat pul verib Emindən siqaretin kağızına bükülmüş bükümdə narkotik vasitə qurudulmuş marixuana aldığını, bundan sonra müxtəlif aralıqlarla Emindən 2 dəfə 10 manat qarşılığında narkotik vasitə qurudulmuş marixuana aldığını və X13 isə Eminin onu Mingəçevir şəhəri, Samux küçəsində yerləşən “Zərif’ şadlıq sarayının yaxınlığına çağırdığını və orada ona beş manat qarşılığında narkotik vasitə qurudulmuş marixuana satmasını bildirsə də, lakin məhkəmə istintaqı zamanı isə onlar polis əməkdaşlarının təsiri altında belə ifadə verdiklərini qeyd edərək Təqsirləndirilən şəxs narkotik vasitə almadıqlarını bildirmişlər. Məhkəmə hesab edir ki, şahidlər həmin ifadələri təqsirləndirilən şəxsə kömək etmək məqsədilə vermişlər. Belə ki, şahidlər yalnız formal mülahizələrlə polis əməkdaşları tərəfindən onlara təzyiq göstərildiyini bildirməklə kifayətlənmişlər. Lakin bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişlər, nə də özlərinə təzyiq göstərilməsi ilə bağlı heç bir aidiyyəti orqana şikayət və ya müraciət etməmişlər. Bununla belə məhkəmə hesab edir ki, həmin şahidlərlə təqsirləndirilən şəxs arasında yaxın dostluq əlaqəsi olduğundan və onlar ictimai qınaqdan çəkindikləri üçün məhkəmə istintaqında fərqli ifadə vermişdirlər. Ona görə də məhkəmə şahidlər X9 və X5 məhkəmə istintaqı zamanı verdiyi ifadələri dostluq və tanışlıq münasibətinin təsiri altında verildiyindən inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla yanaşı, məhkəmə şahidlər X9 və X5 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini daha inandırıcı sayaraq sübut növü kimi qəbul edir və ittihamın qanuni həll edilməsi zamanı nəzərə alır. Məhkəmə, həmçinin məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X8 və Şahid6 məhkəmə istintaqında verdikləri, polis əməkdaşları tərəfindən saat 11-12 radələrində saxlanmalarına dair ifadələrini də inandırıcı hesab etmir. Belə ki, həmin şahidlər öz ifadələrində baş vermiş hadisəni məntiqi ardıcıllıqla təsvir edə bilməmiş, hadisənin xırda detallarına yer ayırmadan, yalnız təqsirləndirilən şəxsin ifadəsinə uyğun olaraq, polis əməkdaşları tərəfindən saat 11-12 radələrində saxlanıldıqlarını göstərməklə kifayətlənmişlər. Bu hal o nəticəyə gəlməyə əsas verir ki, şahidlər təqsirləndirilən şəxslə həmrəylik nümayiş etdirməklə, onun cinayət məsuliyyətindən yayınması məqsədi güdmüşlər. Məhkəmə, həmçinin nəzərə alır ki, hər iki şahid narkotik vasitə istifadəçiləri olduqlarına görə AR CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşlar. Şübhəsiz, onlar da təqsirləndirilən şəxslə olan narkotik vasitə ilə bağlı münasibətlərinin təsiri altında onun xeyrinə ifadə verməyi üstün tutmuşlar. Belə olan halda məhkəmə əlavə şahid qismində dindirilmiş X8 və Şahid6 ifadələrini inandırıcı saymır , habelə ittihamın qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul etmir və nəzərə almır. Belə ki, işdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-113/2022 saylı hökmü ilə X16 AR CM 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Xocavənd Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(069)-2/2022 saylı hökmündən görünür ki, Şahid6 AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 3 ay 24 gün gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi narkotik vasitə-qurudulmuş marixuana və qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi psixotrop maddə-metamfetamini üzərində təkrara saxlayaraq daşımaqla, qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi narkotik vasitə-qurudulmuş marixuananı daşıyaraq boş torpaq sahəsində saxlamaqla, həmçinin istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi, kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən kastel (beşbarmaq) və istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi kustar üsulla hazırlanmış kiçik ölçülü əzici-vurucu-deşici xassəyə malik soyuq silah hesab edilən üzüyü üzərində gəzdirməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq ümumi təmiz çəkisi 406,18 qram narkotik vasitə qurudulmuş marixuana əldə etdikdən sonra, həmin çəkidə narkotik vasitə - qurudulmuş marixuananın üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 11,18 qram çəkidə olan hissəsini ayıraraq bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində satış məqsədi olmadan əynindəki qara rəngli gödəkçənin sol yan cibinə qoyaraq qanunsuz olaraq üzərində saxlayaraq daşımış, qalan 395 qram çəkidə olan hissəsini isə daşıyaraq, Mingəçevir şəhəri, Samux və Energetika küçələrinin kəsişməsində yerləşən Ağdam rayon 26 saylı tam orta məktəbin yaxınlığında olan boş sahədə bir qədər qazılmış yerdə daş və təkər rezinin altında gizlədərək satış məqsədi ilə qanunsuz olaraq bir ədəd yaşıl rəngli sellofan bükümün içərisində saxlamış, xx.xx.2021 -ci il tarixdə saat 17:20 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Samux küçəsində yerləşən çörək zavodunun yaxınlığında saxlanıldıqdan sonra Mingəçevir ŞPŞ-yə gətirilərək, üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində təmiz çəkisi 11,18 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüş, davam edən əməliyyataxtarış tədbirləri nəticəsində həmin gün saat 18 radələrində onun iştirakı ilə Mingəçevir şəhəri, Samux və Energetika küçələrinin kəsişməsində yerləşən Ağdam rayon 26 saylı orta məktəbin yaxınlığındakı boş sahəyə baxış keçirilən zamanı orada bir qədər qazılmış yerdə daş və təkər rezininin altında gizlədilmiş halda bir ədəd yaşıl rəngli sellofan bükümün içərisində satış məqsədi ilə saxladığı təmiz çəkisi 395 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində, təmiz çəkisi 0,301 qram, bir ədəd baş hissəsi kəsilmiş şüşə lampanın içərisində təmiz çəkisi 0,078 qram, bir ədəd baş hissəsi kəsilmiş şüşə lampanın içərisində təmiz çəkisi 0,057 qram olmaqla ümumi təmiz çəkisi 0,436 qram olan psixotrop maddə - metafetamini əldə edib özü ilə gəzdirdiyi qara rəngli dəri materialından hazırlanmış əl çantasının içərisində və istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 1 ədəd kustar üsulla hazırlanmış, vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən kasteli (beşbarmaq) əynində olan qara rəngli cins şalvarın qabaq cibində, həmçinin 1 ədəd kustar üsulla hazırlanmış kiçik ölçülü əzici-vurucu- deşici xassəyə malik soyuq silah hesab edilən üzüyü barmağına taxaraq üzərində gəzdirmiş, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin şərtlərini pozaraq, istintaqdan gizləndiyi üçün barəsində tutulma və axtarış elan edilməsi haqqında xx.xx.2021 -ci il tarixli qərara əsasən Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə saat 21:40 radələrində Mingəçevir şəhəri, A.Şaiq küçəsində yerləşən “Əsgər” kafesində tutulduqdan sonra Mingəçevir ŞPŞ-yə gətirilərək müvəqqəti saxlama yerinə təhvil verilərkən müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən üzəri yoxlandığı zaman bir ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,301 qram, bir ədəd baş hissəsi kəsilmiş şüşə lampanın içərisində təmiz çəkisi 0,078 qram, bir ədəd baş hissəsi kəsilmiş şüşə lampanın içərisində təmiz çəkisi 0,057 qram olmaqla ümumi təmiz çəkisi 0,436 qram olan psixotrop maddə - metamfetamin boynundan asılı vəziyyətdə olan qara rəngli dəri materialından hazırlanmış əl çantasının içərisindən, 1 ədəd kustar üsulla hazırlanmış vurucuəzici xassəyə malik soyuq silah hesab edilən kastel (beşbarmaq) əynində olan qara rəngli cins şalvarın qabaq cibindən aşkar edilərək, habelə 1 ədəd kustar üsulla hazırlanmış kiçik ölçülü əzici-vurucu-deşici xassəyə malik soyuq silah hesab edilən üzük barmağından çıxarılaraq götürülmüş və istintaqa təqdim olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in məhz 228.4, 234.1 və 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanununun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Həmin Qanunun 1.0.11–ci maddəsinə əsasən miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011–ci il tarixli Qərarının 9–cu bəndində izah edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(058)-34/2014 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.24, 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə isə cəzasının sonu ilə həbsdən azad edilsə də, 3000 manat cərimə cəzasını ödəməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş hədlərdə ayrı-ayrılıqda azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı, həmin Məcəllənin 66.2–ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmçinin həmin Məcəllənin 67.1–ci maddəsində nəzərdə tutulmuş qaydada yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəsası, əvvəlki hökm üzrə təyin edilmiş cərimə cəzasının çəkilməmiş hissəsi ilə tamamilə toplanmaqla ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli və cərimə növündə cəza müstəqil icra edilməlidir. Belə ki, CM-in 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2–ci maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4–cü maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən” olmaqla qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahın əldə edilməsi, satılması və ya gəzdirməsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat birliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Mənzil Kommunal Təsərrüfat İstehsalat birliyi heç bir şikayət daxil olmamışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(058)-34/2014 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.24, 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzasına məhkum edilməsinə və xx.xx.2020-ci il tarixdə cəza müddətinin sonu ilə həbsdən azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən yenidən, xx.xx.2021-ci il tarixdə qəsdən az ağır cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 67.1–ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini müxtəlif vaxtlarda vahid niyyət və ümumi məqsədlə əhatə olunmayan halda törətməsini nəzərə alaraq qənaətə gəlir ki, ittihamın qanuni, əsaslı və ədalətli həll edilməsi üçün təqsiləndirilən şəxsin əməlində cinayətin təkrar törədilməsi halının olub-olmamasının müəyyən edilməsi, cəzanı ağırlaşdıran halların dairəsinin müəyyən olunması baxımından zəruridir. Belə ki, məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda pxisotrop maddə metamfetamin və narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə etmiş, daşımış və saxlamışdır. Bununla da o, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini iki dəfə törətmişdir. Təqsirləndirilən şəxs birinci dəfə xx.xx.2021-ci il tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, 406,18 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuananın üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 11,18 qram çəkidə olan hissəsini ayıraraq bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində satış məqsədi olmadan əynindəki qara rəngli gödəkçənin sol yan cibinə qoyaraq daşımaqla törətmiş, ikinci dəfə isə xx.xx.2021-ci il tarixdə şəxsi istehlak miqdarından bir ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində, təmiz çəkisi 0,301 qram, bir ədəd baş hissəsi kəsilmiş şüşə lampanın içərisində təmiz çəkisi 0,078 qram, bir ədəd baş hissəsi kəsilmiş şüşə lampanın içərisində təmiz çəkisi 0,057 qram olmaqla ümumi təmiz çəkisi 0,436 qram olan psixotrop maddə - metafetamini əldə edib özü ilə gəzdirdiyi qara rəngli dəri materialından hazırlanmış əl çantasının içərisində saxlamaqla törətmişdir. Bununla da təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini iki dəfə qəsdən törətmiş və hər iki cinayət əməli ayrı-ayrı tarixlərdə başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni bir maddəsi ilə nəzərdə tutulan cinayəti əməlini iki dəfə qəsdən törətmiş və heç birinə görə məhkum olunmamış, həmçinin heç bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə görə həmin Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi və təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 228.4, 234.1 və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə hər bir cinayətə görə ayrı-ayrılıqda azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 66.2–ci maddəsində nəzərdə tutulmuş qaydada təyin olunmuş cəzalar qismən toplanmalı və ona cinayətlərin məcmusu üzrə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, həmçinin CM-in 67.1–ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə, yeni hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına əvvəlki hökm üzrə təyin edilmiş 3000 manat cərimə cəzasının çəkilməmiş hissəsi tamamiylə birləşdirməklə ona azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə cəza təyin edərkən, həmçinin nəzərə alır ki, Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində müəyyən edilmiş qaydada azadlıqdan məhrumetmə cəzası ilə tamamiylə toplanmaqla qəti cəza təyin edilməli və cərimə cəzası müstəqil icra edilməlidir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3–cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə təyin ediləcək qəti cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2021–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY–dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021–ci il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 03 gün təşkil edir. Bundan sonra təöqsirləndirilən şəxs intintaqdan yayındığı üçün xx.xx.2021-ci il tarixdə barəsində axtarış elan edilmiş və xx.xx.2021-ci il tarixdə tutlmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 4(051)-63/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək yəni 2 ay 11 gün müddətə həbs qətimkan qərarı seçilmiş və həbsə almanın əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı 03 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 03 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, cəzanın məqsədlərinə nail olunması istiqamətində zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM–in 93.1.2–cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Mingəçevir ŞPŞ–yə məsul saxlanca verilmiş, 1 ədəd Huavei markalı, 01 ədəd Samsung A11 markalı və Samsung GT-C3322 markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–yə məsul saxlanca verilmiş, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 406.08 qram olan narkotik vasitə qurudulmuş marixuana və 0.286 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd soyuq silah hesab edilen kastet (beşbarmaq), 1 ədəd soyuq silah hesab edilən kustar üsulla hazırlanmış kiçik ölçülü əzic-vurucu-deşici xassəyə malik üzük hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 480 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İbtidai araşdırma və məhkəmə istintaqı zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekpertiza tədqiqatının dəyəri olan 344 manat 25 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344– 349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.1 və 234.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-in 228.4-ci maddəsi ilə 6 (altı) ay, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay, CM-in 234.2-ci maddəsi ilə 3 (üç) il 6(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2021–ci il tarixdən xx.xx.2021–ci il tarixədək həbsdə saxlanıldığı 03 gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrumetmə cəzasının 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində 3 il 11 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Azərbaycan Respublikası CM–in 67.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş 3 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına, Samux Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM–nin 177.2.1, 177.2.2, 177.2.3, 177.24, 186.2.1 və 186.2.2-ci maddələri ilə təyin edilmiş 7 il müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasının çəkilməmiş qalan 3000 manat hissəsi ilə tamamilə birləşdirilməklə, ona qəti olaraq 3 il 11 ay 27 gün müddətə azadlıqdan məhrumetmə və 3000 manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 may 2021–ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalan 406.08 qram narkotik vasitə - qurudulmuş marixuana, 0.286 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. iş üzrə maddi sübut olub Mingəçevir ŞPŞ–yə məsul saxlanca verilmiş, 1 ədəd Huavei markalı, 01 ədəd Samsung A11 markalı və Samsung GT-C3322 markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut olub Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd soyuq silah hesab edilen kastet (beşbarmaq) və 1 ədəd soyuq silah hesab edilən kustar üsulla hazırlanmış kiçik ölçülü əzic-vurucu-deşici xassəyə malik üzük hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 344.25 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 480 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-9/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-9/2022
10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver