Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-9/2023 31.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – X6 iştirakı ilə, xx.xx.1972-ci ildə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Xətai rayonu General Mehmandarov 50 № li evin 90 № li mənzilində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünün müxtəlif tanışları olduğunu və həmin tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs növbəti tibbi komissiyadan keçərək əllilklə bağlı müavinət almasına köməklik edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs aldadılmasına nail olduqdan sonra 2021-ci ilin mart ayının ortalarında Mingəçevir şəhəri Zərərçəkmiş şəxs küçəsində yerləşən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həyətində 300 manat, sonradan isə 2021-ci ilin mart ayının ortalarında Bakı şəhəri 7-ci mikrorayonda yerləşən “Zərifə Əliyeva adına Göz Klinikası”-nın yaxınlığında 2500 manat məbləğdə, daha sonra Zərərçəkmiş şəxs Mingəçevir şəhər ərazisində yerləşən mağazalarda quraşdırılmış elektron ödəmə sistemi terminalı vasitəsi ilə göndərdiyi 200 (iki yüz) manat, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 3000 (üç min) manat məbləğdə pulunu vahid niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs 3000 (üç min) manat məbləğdə maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünün müxtəlif tanışları olduğunu və həmin tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs övladı X9 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə qəbul olunmasına köməklik edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs aldadılmasına nail olduqdan sonra Afət X1 adına olan 4*****1544 nömrəli ******************** hesab nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 16:35-də Mingəçevir şəhəri Arifoğlu marketdə quraşdırılmış Milliön elektron ödəmə sistemi terminalı vasitəsi ilə göndərdiyi 1000 manat məbləğdə, xx.xx.2021-ci il tarixdə saat 09:29-da Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən Qədiroğlu marketdə quraşdırılmış Milliön elektron ödəmə sistemi terminalı vasitəsi ilə 500 manat məbləğdə, xx.xx.2021-ci il tarixdə saat 08:30-da Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən Qədiroğlu marketdə quraşdırılmış Milliön elektron ödəmə sistemi terminalı vasitəsi ilə 500 manat məbləğdə, xx.xx.2021-ci il tarixdə saat 10:13-də Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən Qədiroğlu marketdə quraşdırılmış Milliön elektron ödəmə sistemi terminalı vasitəsi ilə göndərdiyi 1000 manat məbləğdə, 2021-ci ilin aprel ayının ortalarında Mingəçevir şəhəri ərazisində yerləşən mağazalarda qurlaşdırılmış elektron ödəmə sistemi terminalları vasitəsi ilə göndərdiyi 700 (yeddi yüz) manat məbləğdə ümumilikdə Zərərçəkmiş şəxs məxsus 3700 (üç min yeddi yüz) manat məbləğdə pulunu vahid niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs 3700 (üç min yeddi yüz) manat məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Beləki, onların qohumluq münasibətləri var. Afət ailəsi ilə birlikdə Mingəçevir şəhərində yaşayır. Özü də 1995-ci ilədək Mingəçevir şəhərində yaşamışdır. Əvvəllər də Afətin bir neçə çətinliklərini həll etmişdir. 2021-ci ilin mart ayında Afətlə telefon vasitə ilə əlaqə saxlayarkən Afət ona əllilliklə bağlı təkrar tibb komissiyasından keçməkdə problemləri yarandığını bildirərək ona köməklik göstərməyini xahiş etmişdir. O da Afətə köməklik edəcəyini bildirmişdir. Bir neçə gün sonra o, Mingəçevir şəhərinə gəlmiş, Mingəçevir şəhərində olarkən Afətlə tibbi komissiyadan keçməklə bağlı təkrarən danışmış, Afətə bildirmiş ki, qeyd etdiyi problemini həll edəcəkdir. Lakin, bunun üçün 3000 (üç min) manat məbləğdə pula ehtiyyac var. Afət də onunla razılaşmışdır. İlkin olaraq Afət Mingəçevir şəhərində ona 300 manat məbləğdə pul vermişdir. Bundan sonra o, Bakı şəhərinə getmişdir. Bakı şəhərində olarkən Afətlə telefon vasitəsi ilə əlaqə saxlamışdır. 2021-ci ilin mart ayının ortalarında Bakı şəhəri 7-ci mikrorayonda yerləşən “Zərifə Əliyeva adına Göz Klinikasının” yaxınlığında Afətlə görüşmüşdür. Orada Afət ona 2500 manat məbləğdə pul vermişdir. Həmin zaman qardaşı Vüqar da onun yanında olmuşdur. Vüqar da onun Afətdən qeyd olunan məqsədlə pul aldığını görmüşdür. Həmçinin söhbət zamanı Afət övladını Sərhəd Qoşunlarını Xüsusi Təhsil Müəssisəsinə qəbul olunmasında köməklik edə biləcəyini ondan soruşmuş, o, da Afətə bu barədə də köməklik edəcəyini bildirmişdir. Həmçinin Afətə övladını məktəbə qəbulu üçün 3000 manat məbləğdə pul lazım olduğunu demiş, Afət də onula razılaşmışdır. O, Afətdən pul aldıqdan sonra Afət çıxıb Mingəçevir şəhərinə getmişdir. Mingəçevir şəhərində olarkən Afət onunla telefon vasitəsi ilə əlaqə saxlamış, o da Afətə övladının məktəbə qəbulu üçün razılaşdıqları məbləğdə pulu elektron ödəmə sistemləri vasitəsi ilə ona göndərməsini demişdir. Afət də onunla razılaşaraq onun dediyi şəxslərin yəni, qardaşı qızı X4 adına müxtəlif məbləğdə pul göndərmişdir. O da həmin kartlardan pulları çıxarmışdır. Lakin sonradan vəd etdiyi işləri görə bilməmiş və Afətdən aldığı pulları gündəlik tələbat xərclərinə sərf etmişdir. Buna görə də Afətdən aldığı pulları geri qaytara bilməmişdir. Həmçinin o, ifadəsində 2021-ci ilin mart ayının ortalarında Zərərçəkmiş şəxs əlilliklə bağlı təkrar tibb komissiyasından keçməsinə köməklik etmək üçün 3000 manat məbləğdə pul aldığını, həmin məbləğdə pulun 300 manatını Mingəçevir şəhərində, 2500 manat məbləğdə pulu isə Bakı şəhəri 7-ci mikrorayonda yerləşən Zərifə Əliyev adına Göz Klinikasının yaxınlığında aldığını, qalan 200 manatı isə Afət kart vasitəsi ilə ona göndərdiyini, bundan başqa Zərərçəkmiş şəxs oğlunu Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinə qəbul olmasına köməklik etmək məqsədi ilə təxminən 3700 manat məbləğdə pul aldığını, qeyd olunan məqsədlə pulu Afət ona elektron ödəmə sistemləri vasitəsi ilə onun Afətə şəklini göndərdiyi karta yüklədiyini, o da həmin pulları kart hesablarından çıxardığını, Zərərçəkmiş şəxs pul alması barədə qardaşı Vüqarın məlumatı olduğunu, lakin Vüqarın qeyd olunan cinayət əməlini törətməsinə hər hansı aidiyyatı olmamasını, X5 onun qardaşı qızı olduğunu, Nüşabə Cabbarovanın adına olan kart hesabına Afət tərəfindən jansı məbləğdə hansı məqsədlə pulun göndərilməsindən məlumatı olmadığını, təqdim edilmiş DVD diskdə olan görüntülərdəki şəxsin və telefon danışıqları aparan şəxsin özü olduğunu bildirmişdir. Daha sonra bildirdi ki, zərərçəkmiş şəxs X8 dəymiş ziyandan 1500 manat ödəmiş və onunla barışıq əldə edilmişdir. Odur ki, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Zərərəçəkmiş şəxs X10 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2006cı ildə Şahid1 ilə rəsmi nigaha daxil olub ailə qurmuş, birgə nigahdan 2 övladları var. Təqsirləndirilən şəxs onun qayınatasının əmisi oğludur. Şabanla əvvəllər münasibətləri normal olubdur. Şabanın tibb sahəsində tanışları olmuşdur. Belə ki, Şaban dəfələrlə xəstəxanada qohumlarının müalicəsi ilə bağlı yaranmış problemləri həll etmişdir. Özü ikinci qrup əlildir. 2021ci ilin mart ayında əlilliklə bağlı təkrar komissiyadan keçməli olmuşdur. Bu sahədə bəzi problemlərin yarandığını bilib Şabanla telefon vasitəsi ilə əlqə saxlayaraq onun əlilliklə bağlı təqaüd almaq üçün təkrar komissiyadan keçməyinə köməklik etməsini Şabandan xahiş etmişdir. Şaban da onu inandıraraq tanışları vasitəsi ilə həll edəcəyini bildirmişdir. Bir neçə gün sonra Şaban Mingəçevir şəhərinə gəlmiş, onun Mingəçevir şəhərində yerləşən evində qonaq olarkən təqaüdlə bağlı təkrar komissiyadan keçib yenidən təqaüd almağına köməklik etmək üçün ondan 3000 manat məbləğdə pul istəmişdir. Həmçinin bildirmiş ki, pulun 300 manatını əvvəlcədən ona verməlidir. Ertəsi gün onlar birlikdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına getmişlər. Orada Şaban xəstəxananın inzibati binasına daxil olub çölə çıxdıqdan sonra həkimlərə vermək üçün ondan 300 manat pul istəmiş o da həmin pulu Şabana vermişdir. Sonra Şaban xəstəxanaya girib bayıra çıxaraq problemin həll olunduğunu ona demişdir. Təxminən 10 gün sonra o, arvadı Sura ilə birlikdə Bakı şəhərinə getmişlər. Bakı şəhərində 7-ci mikrorayonda “Zərifə Əliyeva adına Göz Klinikası”-nın yaxınlığında o, Şaban və Şabanın qardaşı Vüqar adlı şəxslə görüşmüşdür. Görüşdükdən sonra o, Şabana 2500 manat məbləğdə pul vermişdir. Qalan iki yüz manatı isə Mingəçevir şəhərinə qayıtdıqdan sonra Şabana göndərəcəyini bildirmiş və Mingəçevir şəhərinə qayıtdıqdan sonra 200 manat məbləğdə pulu hissə hissə olmaqla Şabanın ona göndərdiyi plastik bank kartlarına yükləmişdir. Avtomobildə Şaban pulu ondan aldıqdan sonra Vüqar və Şaban heç bir problem olmadığını yaxın vaxtlarda əlilliklə bağlı təqaüd alacağını ona demişlər. Həmin zaman söhbət edərkən o, Şabana və Vüqara övladının bir neçə dəfə Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinə imtahan verdiyini lakin, qəbul ola bilmədiyini demişdir. Şaban və Vüqar isə ona Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli əməkdaşlarını tanıdığını və həmin şəxslərin vasitəsi ilə övladının qeyd olunan təhsil müəssisəinə qəbul olunmasına köməklik göstərəcəklərini demişlər. Həmçinin ona bildirmişlər ki, qeyd olunan təhsil müəssisəinə qəbul olunmaq üçün 5000 manat məbləğdə pul lazımdır. Lakin qohum olduqları üçün ona bu işi 3000 manata düzəldəcəklərini bildirmişlər. Bundan sonra o, Mingəçevir şəhərinə geri qayıtmışdır. Mingəçevir şəhərinə qayıtdıqdan sonra Şaban ona zəng edərək övladının təhsil müəssisəinə qəbul olunmasına köməklik edəcəyi üçün Şabana göndərməli olduğu pulları göndərəcəyi plastik bank kartlarına yükləməyini bildirmişdir. O da bundan sonra xx.xx.2021-ci il tarixdə X4 adına 1000 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat olmaqla ümumilikdə 3000 manat məbləğdə pul yükləmişdir. Həmçinin, əlavə olaraq Şabanın ona göndərdiyi plastik kart hesablarına da 700 manat məbləğdə də pul yükləmişdir. Belə ki, həmin pulun müqabilində Şaban onun oğlunu Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinə qəbul olunmasına köməklik etməliymiş. Lakin, keçən müddət ərizində nə Şaban nə də ki, Vüqar onun əlilliklə təqaüd almağına və ya oğlunun məktəbinə qəbul olunmasına hər hansı köməklik etməmişlər. Həmçinin, o, ifadəsində əlilliyə görə təqaüd almaq üçün təkrar tibb komissiyasından keçməyinə köməklik etməsi üçün Təqsirləndirilən şəxs ümumilikdə 3000 manat məbləğdə pul verdiyini, həmin pulunb 300 manatını 2021-ci ilin mart ayında Mingəçevir şəhəri Zərərçəkmiş şəxs küçəsində yerləşən Mərkəzi Xəstəxananın həyətində, qalan 2500 manat məbləğdə pulu isə Bakı şəhəri 7-ci mikrorayonda yerləşən “Zərifə Əliyeva adına Göz Klinikası”-nın yaxınlığında Şabana verdiyini, qalan 200 manat məbləğdə pulu isə hissə hissə olmaqla Şabanın ona şəklini göndərdiyi plastik kart hesabına yüklədiyini, Bundan başqa övladı X17 Xidmətinin xüsusi məktəbinə qəbul olunmasına köməklik etməsi üçün Şabana ümumilikdə 3700 manat məbləğdə pul verdiyini, həmin məbləğdə pulu Şabanın ona göndərdiyi plastik kartlara Mingəçevir şəhəri ərazisində yerləşən mağazalarda qurlaşdırılmış elektron ödəmə terminalları vasitəsi ilə yüklədiyini, hər iki məqsədlə pulu Şahid2 deyil Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Hal-hazırda da Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan qismən 1500 manat məbləği ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxslə barışıq əldə etmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan daha yüngül cəza təyin ediləsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, X12 onun qardaşıdır. Zərərçəkmiş şəxs isə onların qohumlarıdır. Şabanla və onun Afət və Afətin ailə üzvlərinin normal münasibətləri var. Əvvəllərdə Şaban öz tanışları vasitəsi ilə Afətin bir neçə problemlərini həll etmişdir. 2021-ci ilin mart ayının ortalarında Bakı şəhərində olarkən Şaban ona idarə etdiyi avtomobillə 7-ci mikrorayonda yerləşən “Zərifə Əliyeva adına Göz Klinikasının” yaxınlığına getməyi təklif etmişdir. Həmçinin yolda ona orada Afətlə görüşəcəyini bildirmişdir. Belə ki, Afətin əlilliklə bağlı təqaüd alması üçün təkrar tibb komisiyyasında keçməsinə koməklik etməyi söz verdiyini bildirmişdir. Onlar görüşüb ona məxsus avtomobildə söhbət edərkən Afət 2500 manat məbləğdə pulu sayıb Şabana vermişdir. Həmçinin orada söhbət zamanı Afət Şabana övladı Sadiqin bir neçə dəfə Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinə imtahan verdiyini lakin qəbul ola bilmədiyini demiş, Şaban da X20 Xidmətinin əməkdaşlarını tanıdığını və həmin şəxslərin vasitəsi ilə Afətinin övladının qeyd olunan təhsil müəssisəinə qəbul olunmasına köməklik göstərəcəyini demişdir. Lakin, həmin zaman Afət və Şaban aralarında pulla bağlı danısıq etməmişlər. Belə ki, razılaşmışlar ki, sonradan telefon vasitəsi ilə əlaqə saxlayıb danışsınlar. Daha sonra Afət və arvadı avtomobildən düşüb getmişlər. Lakin, sonradan Afət onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq Şabanın Afətdən əlilliklə bağlı təqaüd alması üçün təkrar tibb komissiyasında keçməsinə köməklik etmək məqsədi ilə və övladının Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinə qəbul edilməsinə köməklik etmək məqsədi ilə pul aldığını lakin, nə aldığı pulu geri qaytardığını nədəki vəd etdiyi işləri yerinə yetirmədiyini bildirmişdir. Həmçinin, o, ifadəsində Afətə hər hansı işlə bağlı hər hansı vəd vermədiyini, eləcə də onlardan hər hansı məbləğdə pul almadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, 2006-cı ildə Zərərçəkmiş şəxs ilə rəsmi nigaha daxil olub ailə qurmuş, birgə nigahdan 2 övladı var. Təqsirləndirilən şəxs onun atasının əmisi oğludur. Şabanla əvvəllər münasibətləri normal olubdur. Şabanın tibb sahəsində tanışları var, belə ki, dəfələrlə xəstəxanada qohumlarının müalicəsi ilə bağlı yaranmış problemləri həll etmişdir. Əri Afət ikinci qrup əlildir. Afət 2021-ci ilin mart ayında əlilliklə bağlı təkrar komissiyadan keçməli olmuşdur. Bu sahədə bəzi problemlərin yarandığını bilib Şabanla telefon vasitəsi ilə əlqə saxlayaraq Afətin əlilliklə bağlı təqaüd almaq üçün təkrar komissiyadan keçməyinə köməklik etməsini Şabandan xahiş etmişdir. Şaban da Afəti inandıraraq tanışları vasityəsi ilə həll edəcəyini bildirmişdir. Bir neçə gün sonra Şaban Mingəçevir şəhərinə gələrək onların Mingəçevir şəhərində yerləşən evlərində qonaq olarkən Şaban Afətin təqaüdlə bağlı təkrar komissiyadan keçib yenidən təqaüd almağıma köməklik etməsi üçün 3000 manat məbləğdə pul istəmişdir. Həmçinin, Şaban pulun 300 manatını əvvəlcədən verməli olduqlarını onlara demişdir. Ertəsi gün onlar birlikdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına getmişlər. Orada Şaban xəstəxananın inzibati binasına daxil olub çölə çıxdıqdan sonra həkimlərə vermək üçün Afətdən 300 manat pul istəmiş, Afət də həmin pulu Şabana vermişdir. Sonra Şaban xəstəxanaya girib bayıra çıxaraq problemin həll olunduğunu onlara demişdir. Təxminən 10 gün sonra o, əri Afət ilə birlikdə Bakı şəhərinə getmişlər. Bakı şəhərində 7-ci mikrorayonda yerləşən “Zərifə Əliyeva adına Göz Klinikası”-nın yaxınlığında Şaban və Şabanın qardaşı Vüqar adlı şəxslə görüşmüşlər. Görüşdükdən sonra Afət onun yanında Şabana 2500 manat məbləğdə pul vermişdir. Həmçinin yerdə qalan 200 manat məbləği isə Mingəçevir şəhərinə qayıtdıqdan sonra Afət Şabanın göndərdiyi plastik kart hesablarına hissə hissə göndərmişdir. Şaban avtomobildə pulu onlardan aldıqdan sonra Vüqar və Şaban heç bir problem olmadığını yaxın vaxtlarda əlilliklə bağlı təqaüd alacağını Afətə demişlər. Həmin zaman söhbət edərkən Afət Şabana və Vüqara övladı Sadiqin bir neçə dəfə Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinə imtahan verdiyini lakin, qəbul ola bilmədiyini demiş Şaban və Vüqar isə onlara Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli əməkdaşlarını tanıdığını və həmin şəxslərin vasitəsi ilə övladlarının qeyd olunan təhsil müəssisəinə qəbul olunmasına köməklik göstərəcəklərini bildirmişdir. Həmçinin, onlara qeyd olunan təhsil müəssisəsinə qəbul olunmaq üçün 5000 manat məbləğdə pul lazım olduğunu, lakin, qohum olduqları üçün onlara bu işi 3000 manata düzəldəcəklərini demişlər. Bundan sonra onlar Mingəçevir şəhərinə geri qayıtmışlar. Mingəçevir şəhərinə qayıtdıqdan sonra Şaban əri Afətə zəng edərək övladının təhsil müəssisəinə qəbul olunmasına köməklik edəcəyi üçün göndərməli olduğu pulları Şabanın göndərəcəyi plastik bank kartlarına yükləməyi Afətə bildirmişdir. Afət də bundan sonra xx.xx.2021-ci il tarixdə X4 adına 1000 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat olmaqla ümumilikdə 3000 manat məbləğdə pul yükləmişdir. Həmçinin əlavə olaraq Şabanın göndərdiyi plastik kart hesablarına da 700 manat məbləğdə də pul yükləmişdir. Belə ki, həmin pulun müqabilində Şaban onun övladını Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinə qəbul olunmasına köməklik etməliymiş. Lakin keçən müddət ərizində nə Şaban nə də ki, Vüqar Afətin əlilliklə təqaüd almağına və ya oğullarının məktəbə qəbul olunmasına hər hansı köməklik etməmişlər. Həmçinin o, ifadəsində əri Afətin əlilliyə görə təqaüd almaq üçün təkrar tibb komissiyasından keçməyinə köməklik etməsi üçün Təqsirləndirilən şəxs ümumilikdə 3000 manat məbləğdə pul verdiyini, həmin pulun 300 manatını 2021-ci ilin mart ayında Mingəçevir şəhəri Zərərçəkmiş şəxs küçəsində yerləşən Mərkəzi Xəstəxananın həyətində, qalan 2500 manat məbləğdə pulu isə Bakı şəhəri 7-ci mikrorayonda yerləşən “Zərifə Əliyeva adına Göz Klinikası”nın inzibati binasının yaxınılığında Şabana verdiklərini, 200 manatı isə Şabanın Afətə göndərdiyi plastik kart hesabına Afətin göndərdiyini, bundan başqa övladı X17 Xidmətinin xüsusi məktəbinə qəbul olunmasına köməklik etməsi üçün Şabana ümumilikdə 3700 manat məbləğdə pul verdiklərini, lakin həmin məbləğdə pulu Şabanın göndərdiyi plastik kartlara Mingəçevir şəhəri ərazisində yerləşən mağazalarda qurlaşdırılmış elektron ödəmə terminalları vasitəsi ilə Afətin yüklədiyini, hər iki məqsədlə pulu Şahid2 deyil Təqsirləndirilən şəxs verdiklərini bildirmişdir. Cinayət işində olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pul göndərməsini təsdiq edən qəbzlər Zərərçəkmiş şəxs götürülmüşdür. Həmin qəbzlərə baxış keçirilərkən X4 adına olan 4*****1544 nömrəli ******************** hesab nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 16:35-də Mingəçevir şəhəri Arifoğlu marketdə qurlaşdırılmış Milliön elektron ödəmə sistemi vasitəsi ilə 1000 manat məbləğdə, xx.xx.2021-ci il tarixdə saat 09:29-da Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən Qədiroğlu marketdə qurlaşdırılmış Milliön elektron ödəmə sistemi vasitəsi ilə 500 manat məbləğdə, xx.xx.2021-ci il tarixdə saat 08:30-da Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən Qədiroğlu marketdə qurlaşdırılmış Milliön elektron ödəmə sistemi vasitəsi ilə 500 manat məbləğdə, xx.xx.2021-ci il tarixdə saat 10:13-də Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən Qədiroğlu marketdə qurlaşdırılmış Milliön elektron ödəmə sistemi vasitəsi ilə 1000 manat məbləğdə pulun yüklənilməsi müəyyən edilmişdir. Cinayət işində olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pul verməsinin video görüntüləri və telefon danişiqlarının görüntüləri olan DVD disk tərəfimdən götürülmüşdür. Həmin DVD diskə baxış keçirilərkən Zərərçəkmiş şəxs avtomobilin arxa oturacağında əyləşməsi onun yanında əyləəşən şəxsin isə video görüntüləri telefonun yaddaşına qeyd etməsi eləcə də həmin zaman Zərərçəkmiş şəxs 50 və 100 manatlıq əskinaslardan ibarət ümumilikdə 2500 manat məbləğdə pulu sayaraq avtomobilin qabaq sağ oturacağında əyləşən şəxsə verməsi həmin şəxsin də pulları sayaraq Afətdən almasınının görüntüləri olduğu, söhbət zamanı həmin şəxsin Zərərçəkmiş şəxs 5 illik müddətinə təqaüd almasına köməklik edəcəyini bildirməsi müəyyən olundu. Daha sonra disk də olan görüntülərdən görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon vasitəsi ilə Şaban adı telefonun ekranında yazılan şəxslə əlaqə saxlayarkən həmin şəxs Afətə övladını Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinə qəbul olunmasına köməklik göstərəcəyini vəd edir və bu barədə aralarına telefon danışığı baş tutur. Daha sonra digər video görüntüdən görünür ki, bir nəfər qadın telefonun ekranında adı Şaban kimi qeyd olunmuş şəxslə telefon vasitəsi ilə əlaqə saxlayarkən Şaban adı qeyd olunmuş şəxs pulu telefon danışığının baş verdiyi gün axşam saatlarındək geri qaytaracağını həmin qadına vəd edir. Baxış zamanı Zərərçəkmiş şəxs bildirdi ki, həmin qadın onun arvadı Şahid1dır. Digər görüntüyə baxış keçirərkən Zərərçəkmiş şəxs telefonun ekranında adı Vüqar kimi qeyd olunmuş şəxslə əlaqə saxlayarkən Vüqara Şabana onun pulunu qaytarmasınbı bildirməsi olan görüntülərin olduğu müəyyən edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli **********41 №-li məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materialına əlavə edilmiş zərərçəkmiş şəxs X7 ərizəsindən görünür ki, ona dəymiş ziyandan Təqsirləndirilən şəxs Əyyub oğlu tərəfindən 1500 manatı ödənilmişdir. Qalan məbləğin ödənilməsi ilə bağlı razılaşmışlar. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünün müxtəlif tanışları olduğunu və həmin tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs növbəti tibbi komissiyadan keçərək əllilklə bağlı müavinət almasına köməklik edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs aldadılmasına nail olduqdan sonra 2021-ci ilin mart ayının ortalarında Mingəçevir şəhəri Zərərçəkmiş şəxs küçəsində yerləşən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həyətində 300 manat, sonradan isə 2021-ci ilin mart ayının ortalarında Bakı şəhəri 7-ci mikrorayonda yerləşən “Zərifə Əliyeva adına Göz Klinikası”-nın yaxınlığında 2500 manat məbləğdə, daha sonra Zərərçəkmiş şəxs Mingəçevir şəhər ərazisində yerləşən mağazalarda quraşdırılmış elektron ödəmə sistemi terminalı vasitəsi ilə göndərdiyi 200 (iki yüz) manat, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 3000 (üç min) manat məbləğdə pulunu vahid niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs 3000 (üç min) manat məbləğdə maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünün müxtəlif tanışları olduğunu və həmin tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs övladı X9 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə qəbul olunmasına köməklik edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs aldadılmasına nail olduqdan sonra Afət X1 adına olan 4*****1544 nömrəli ******************** hesab nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 16:35-də Mingəçevir şəhəri Arifoğlu marketdə quraşdırılmış Milliön elektron ödəmə sistemi terminalı vasitəsi ilə göndərdiyi 1000 manat məbləğdə, xx.xx.2021-ci il tarixdə saat 09:29-da Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən Qədiroğlu marketdə quraşdırılmış Milliön elektron ödəmə sistemi terminalı vasitəsi ilə 500 manat məbləğdə, xx.xx.2021-ci il tarixdə saat 08:30-da Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən Qədiroğlu marketdə quraşdırılmış Milliön elektron ödəmə sistemi terminalı vasitəsi ilə 500 manat məbləğdə, xx.xx.2021-ci il tarixdə saat 10:13-də Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən Qədiroğlu marketdə quraşdırılmış Milliön elektron ödəmə sistemi terminalı vasitəsi ilə göndərdiyi 1000 manat məbləğdə, 2021-ci ilin aprel ayının ortalarında Mingəçevir şəhəri ərazisində yerləşən mağazalarda qurlaşdırılmış elektron ödəmə sistemi terminalları vasitəsi ilə göndərdiyi 700 (yeddi yüz) manat məbləğdə ümumilikdə Zərərçəkmiş şəxs məxsus 3700 (üç min yeddi yüz) manat məbləğdə pulunu vahid niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs 3700 (üç min yeddi yüz)manat məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə ilk növbədə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsiri özünün etirafı, zərərçəkmiş və şahid ifadələri, məhkəmədə tədqiq olunmuş digər sənədlərlə sübuta yetirilir. Məhkəmə həmin sübutları biri digərinə uyğun gəlməklə bir-birini tamamladığı və işin faktiki hallarına uyğun gəldiyi üçün möhtəbər sübut kimi qəbul edərək hüquqi qiymət verir. Odur ki, istintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddələrinin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına həmçinin zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş ziyanın bir qismini ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.14-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Həmçinin Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən əməlini səmimi etiraf etməsini, peşmançılıq hissi keçirməsini və cəmiyyətdə müsbət xaraktriezə olunmasını da cəzanı yüngülləşdirən hal kimi qiymətləndir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində hansı cəza növünü müəyyən edərkən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini və zərərçəkmiş şəxs X10 ilə barışıq əldə etməsini, cəzanı yüngülləşdirən digər halları da nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdən 19 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün və 23 dekabr 2022-ci il tarixdən 31 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı 1 ay 8 gün, cəmi 1 ay 10 gün CM-nin 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 2 ay 20 gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin ittiham elan edilməsi üçün tutulması və barəsində axtarış elan edilməsi haqqında Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi Rəşad Əhmədovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. Cinayət işi materiallarında olan qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən dərhal azad etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işi materiallarında olan Mingəçevir şəhər məhkəməsinin təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməsi və barəsində axtarış elan edilməsi qərara alınmışdır. Cinayət işi materiallarında olan axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq Mingəçevir ŞPŞ-nin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyi üçün onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barəsində iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdən 19 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün və 23 dekabr 2022-ci il tarixdən 31 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı 1 ay 8 gün, cəmi 1 ay 10 gün CM-nin 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 2 ay 20 gün ona təyin edilmiş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il, 9 (doqquz) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin o, məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsində tapşırılsın. İş üzrə maddi sübut və digər məhkəmə məsrəfləri yoxdur. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM : Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-9/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-9/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver