Məhkəmə qərarları › İş №1(051)-9/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-9/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-9/2024 02.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3 nümayəndəsi- Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxsin müdafiəçisi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1983-cü ildə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayonu Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli Aministiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 (altı) ay müddətinə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Mingəçevir şəhəri S.Vurğun küçəsi 3№-li evin 5№-li mənzilində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 23 may 2022-ci il tarixdə saat 23 radələrindən Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhəri N.Nərimanov küçəsi 5 №-li evin 30№-li mənzilinin mətbəxinin pəncərəsinə binaya bərkidilmiş boru vasitəsi ilə mətbəxin plastik materialından olan pəncərəsini əvvəlcədən üzərində olan vint açanla açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin yataq otağında yerləşən paltar dolabının rəfində olan şüşə bankanın içərisdə saxlanılan 1200 (min iki yüz) manat məbləğdə pulu, həmin dolabın rəfində olan digər şüşə bankada saxlanılan 60 (atmış) manat dəyərində qəpik pulları, dolabın digər rəfindən 1 manatlıq əskinaslardan ibarət 20 (iyirmi) manat məbləğdə pulu 1 cüt 20 manat dəyərində 4 qram çəkidə 927 əyyarlı gümüş sırğanı, 1 cüt 20 manat dəyərində 4 qram çəkidə 927 əyyarlı gümüş sırğanı, 1 ədəd 130 manat dəyərində 26 qram çəkidə 927 əyyarlı gümüş boyunbağını, 1 ədəd 180 manat dəyərində qızıl rəngli metal qolbağı olan “Tissot” markalı saatı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1630 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 16 avqust 2022-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Yuxarı Mədən küçəsi 16 №-li evin plastik materialından olan pəncərəsini üzərində olan linglə açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub,mənzilin yataq otağındakı dolabın rəfindən 440 (dörd yüz qırx) manat məbləğdə pulu, dəyəri 160 manat olan 1 cüt sırğa, 1 ədəd üzük, və 1 ədəd kloundan ibarət gümüş dəstini, dəyəri 120 manat olan 1 cüt sırğa və 1 ədəd üzükdən ibarət gümüş dəstini, qonaq otağından isə dəyəri 320 manat olan 1 ədəd alışqan, 1 ədəd bıçaq və 1 ədəd qol saatından ibarət suvenir dəstini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 1040 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa ona ittiham elan edilmişdir ki, özgənin əmlakını talama məqsədi ilə 17 avqust 2022-ci il tarixdə saat 21 radələrindən 23 radələrinədək olan müddət ərizində Zərərçəkmiş şəxs3 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 8№-li evin 14№-li mənzilinin eyvanına boru vasitəsi ilə qalxıb eyvanın açıq pəncərəsinin üzərinin üzərində olan toru əli ilə itələyib içəri saldıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin yataq otağında yerləşən paltar dolabı və əşya dolabında saxlanılan 1600 manat dəyərində 583 əyyarlı Rusiya Federasiyası istehsalı olan hər biri 9 ədəd brilliant qaşlarla bəzədilmiş 5 qram çəkidə sırğa, 5 qram çəkidə üzük 10 qram çəkidə boyunbağıdan ibarət dəsti, 1 ədəd 800 manat dəyərində 583 əyyarlı Rusiya Federasiyasında istehsal olunmuş aleksandrit qaşlı 10 qram çəkidə qızıl üzüyü, 1600 manat dəyərində Rusiya Federasiyasında istehsal olunmuş 583 əyyarlı, 1 ədəd spfir qaşlı hər birində 9 ədəd brillinat qaşlar olan 10 qram çəkidə üzük və 10 qram çəkidə sırğalardan ibarət qızıl dəstini,1 ədəd 5600 manat dəyərində 70 qram çəkidə 583 əyyarlı Rusiya Fedrerasiyasında istehsal olunmuş qızıl bilərziyi, 1 ədəd 2400 manat dəyərində 583 əyyarlı Rusiya Federasiyasında istehsal olunmu 30 qram çəkidə qadın üçün qızıl tros boyunbağını, 1 ədəd 1680 manat dəyərində 583 əyyarlı Rusiya Federasiyasında istehsal olunmuş 21 qram çəkidə 6 ədəd brilliant qaşlı qızıl saatı,1 ədəd 1200 manat dəyərində 583 əyyarlı 15 qram çəkidə 12 ədəd brilliant qaşlı qızıl qolbağı, 1 ədəd 1000 manat dəyərində 12,5 qram çəkidə 583 əyyarlı qızıl nişan üzüyünü,1 ədəd 1320 manat dəyərində üzərində 3 ədəd brilliant qaşları olan 583 əyyarlı 16,5 qram çəkidə qızıl kişi üzüyünün, 1 ədəd 1320 manat dəyərində 583 əyyarlı 16,5 qram çəkidə tək brilliant qaşlı qızıl kişi üzüyünü, 3000 manat dəyərində 30 qram çəkidə brilliant qaşlarla bəzədilmiş 750 əyyarlı sırğa üzük, qolbağı və boyunbağından ibarət qızıl dəstini, 1 ədədinin qiyməti 1700 manat olan 8500 manat dəyərində 5 ədəd LNS markalı saatları, 3100 ABŞ dollarının qed olunan valyutanın 2022-ci ilin avqust ayına olan azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla 5270 manat məbləğdə pulu və 10700 AZN məbləğdə pulu, Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 45990 manat məbləğdə xeyli miqdarda əmlakı gizli olaraq talayıb oğurlamış, eləcə də digər mühüm şəxsi sənədlər hesab olunan Zərərçəkmiş şəxs3 1980-ci ildə Azərbaycan Tibbi İnstitutu təfəindən verilmiş pediatır ixtisası üzrə həkim fəaliyyəti ilə məşğul olmaq hüququ verən diplomunu, Zərərçəkmiş şəxs6 Savəddin oğluna məxsus doğum haqqında şəhadətnaməni və əmək kitabçasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 məxsus doğum haqqında şəhadətnamələri və Zərərçəkmiş şəxs4 məxsus AZE 15143272 seriyalı şəxsiyyət vəsiqəsini gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, heç bir yerdə işləmir. Əvvəllərdə törətdiyi oğurluq hadisələrinə görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. 2022-ci ilin fervral ayında cəzanın sonu ilə əlaqədar olaraq azadlığa çıxmışdır. Göstərmişdir ki, azadlıqdan məhrum etmə növündə cəzanı çəkib qurtardıqdan sonra sosial müdafiə fondundan ona 1200 manata yaxın pul mənə verilməliymiş. Lakin o, Mingəçevir şəhəri Sosial Müdafiə Fonduna bu barədə müraciət etdikdə ona cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökmün surətini təqdim etməsi bildirilmişdir. Buna səbəbdən də o, Abşeron rayon məhkəməsinə gerədək oradan hökmün surətini götürməli olmuşdur. Həmin gün də Bakı şəhərinə oradan isə Abşeron rayon məhkməsinə gedərək hökmün surətini əldə etməyi qərarlaşdırmışdır. Buna görə də, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində yaşadığı mənzildən çıxaraq tanışlarından borc pul almağı fikirləşmişdir. Lakin, Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən binaların qarşısından keçərkən mənzillərə baxaraq oğurluq etməyi fikirləşmişdir. N.Nərimanov küçəsi 3 saylı yaşayış binasının qarşısından keçərkən binanın birinci blokunun sağ tərəfdə yerləşən mənzilinin işığının yanmadığını görmüşdür. Daha sonra ətrafa nəzər salaraq heç kəsin olmadığından əmin olmuşdur. Belə ki, həmin gün hava yağışlı olduğundan həyətdə heç kəs olmamışdır. Daha sonra dəmir boru vasitəsi ilə pəncərəyə yaxınlaşmışdır. Cibimdə olan vint açan vasitəsi ilə plastik pəncərənin açmağa çalışmışdır. Təxminən 4-5 dəfə cəhd etdikdən sonra pəncərə açılmışdır. Pəncərədən mənzilin mətbəxinə daxil olmuşdur mənzilin işıqlarını yandırmamış, alışqanın işığı vasitəsi ilə hərəkət etmişdir. Mətbəxdən sağ tərəfdəki otağa daxil olmuş, həmin otağa daxil olan zaman sağ tərəfdə paltar dolabı yerləşirdi. Paltar dolabını axtaran zaman dolabın içərisindən 1 ədəd şüşə banka olduğunu görmüşdür. Bankanın içərisində qəpiklər olmuşdur. Bankanın qapağını açıb qəpikləri hər iki cibinə yığmışdır. Daha sonra paltar dolabının yanında olan güzgülü dolabın rəflərin axtaran zaman oradan bir ədəd sarı rəngli qolbağlı saat və bir neçə ədəd sırğa və boyunbağın olduğunu görüb götürüb cibinə qoymuşdur. Daha sonra mənzilə daxil olduğu pəncərədən çölə çıxmışdır. Piyada hərəkət edib yaşadığı evin arxasına gedib orada oturacaqda əyləşərək oğurladığı qəpik pullardan 50 qəpiklik olanları cibinə yığımış qalan qəpikləri isə dəsmala bağlayıb həmin yerdə kolun dibində gizlətmişdir. Oğurladığı 50 qəpikliklər təxminən 15 manat olmuşdur. Daha sonra Bakı şəhərinə gedən avtobus sürücülərinə zəng edərək Bakı şəhərinə getmək üçün avtobusda yer sifariş vermişdir. Sonra piyada hərəkət edib M.Maqomayev küçəsində yerləşən 5+ supermarketin yanına gedərək orada tanımadığı şəxsə 6 ədəd 50 qəpiklik verərək həmin şəxsdən 3 manat məbləğdə pul almışdır. Sonra isə MingoParkın yaxınlığına gedib orada da tanımadığı şəxsə 50 qəpikliklər verərək pul əskinasları əldə etmişdir. Həmin gecə avtobus vasitəsi ilə Bakı şəhərinə yola düşmüşdür. Avtobusa minməmiş 15-20 dəqiqə əvvəl gül kolunun arasına qoyduğu dəsmalın içərisində olan qəpikləri də götürmüşdür. Bakı şəhərinə səhər saat 06 radələrində çatmışdır. O, Bakı şəhərinə çatdıqdan sonra Abşeron rayonuna gedərək hökmün surətini almaq üçün saat 09:00-u gözləmişdir. Daha sonra cibindəki qəpikləri Bakı şəhəri 20 Yanvar ərazisində marketlərdə kağız pul əskinazlarına dəyişib 27-28 manat məbləğdə pul əldə etmişdir. Daha sonra o, mənzildən oğurladığı saat, sırğa və boyunbağının qızıl olmadığını güman etdiyi üçün Bakı şəhəri, 20 Yanvar yolundan Şamaxinka adlanan əraziyə gedən istiqamətdə maqistral yola tullamışdır. Daha sonra Abşeron rayon məhkəməsinin dəftərxansından hökmün surətini əldə edərək Bakı şəhər avtovağzalına gedərək avtobus vasitəsi ilə Mingəçevir şəhərinə qayıtmışdır. Bundan başqa 2022-ci ilin iyul ayının sonları Bakı şəhərinə getmişdir. Bakı şəhəri ərazisində gündəlik kirayə evlərdə yaşamışdır. 16 avqust 2022-ci il tarixdə saat 11 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində ara küçələrlə piyada hərəkət edərək fərdi yaşayış evlərinin qarşısından keçərkən evlərdən birinin darvazasının qıfılının qapının üzərində olduğunu görüb evdə heç kəs olmadığını başa düşmüşdür. Həmin evə oğurluq etmək məqsədi ilə daxil olmaq üçün həyətə keçmişdir. Evin həyətə baxan qapı və pəncərəsinin bağlı olduğunu görüb daha sonra bayıra çıxaraq evin bayıra baxan plastik pəncərəsini üzərində olan dəmir ling vasitəsi ilə açaraq pəncərədən evə daxil olmuşdur. Evin digər otaqlarına keçən qapısının kilidi bağlı olduğu üçün əli ilə vurub həmin qapının üzərində olan şüşəni sındırmış, daha sonra əlini salıb qapını açmışdır. Yataq otağına daxil olub paltar dolabını axtarmağa başlamışdır. Paltar dolabında olan paltarların arasından 440 manat məbləğdə pulu, gümüş materialından olan 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd kolundan ibarət dəsti, 1 cüt sırğa və 1 cüt üzüyü də götürüb cibinə qoymuşdur. Daha sonra qonaq otağına keçərək qab dolabının üzərində olan alışqan, bıçaq və qol saatından ibarət dəstidə götürüb özündə olan torbaya yığmışdır. Daha sonra evə daxil olduğu yerdən bayıra çıxmışdır. Daha sonra “28 May” metrostansiyasının yaxınlığına gedərək oğurladığı əşyaları tanımadığı şəxslərə xatırlamadığı qiymətə satmışdır. Daha sonra isə həmin gündə gecə saatlarında Mingəçevir şəhərinə geri qayıtmışdır. Daha sonra bildirdi ki, ona elan edilmiş ittiham üzrə Zərərçəkmiş şəxs3 evindən ona məxsus qızıl-zinyət əşyalarının, pulunu oğurluq edərək ona xeyli miqdarda 45990 manat ziyan vurması, Zərərçəkmiş şəxs3 məxsus 1980-ci ildə Azərbaycan Tibbi İnstutu tərəfindən verilmiş pediatır ixtisası üzrə həkim fəaliyyəti ilə məşğul olmaq hüququ verən diplomunu, Zərərçəkmiş şəxs6 Savəddin oğluna məxsus doğum haqqında şəhadətnaməni və əmək kitabçasını zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 aid doğum haqqında şəhadətnamələrin və Zərərçəkmiş şəxs4 məxsus şəxsiyyət vəsiqəsinin oğurlanması epizodu ona aid deyildir. Həmin hadisələri o törətməmişdir. İbtidai istintaq zamanı həmin epizodu polis təzyiqi ilə öz üzərinə götürmüşdür. Ona görə də ona həmin epizod üzrə bəraət verilməsini xahiş edir. Digər epizodlar üzrə təqsirini etiraf edir. Həmin epizodlar üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. Ona görə də ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, qeyd olunan ünvanda arvadı Lalə Nəsirli ilə icarə əsasında bir otaqlı mənzildə yaşayırlar. Həmin mənzil 1 otaqlıdır və biunanın ikinci mərtəbəsində yerləşir. Özü Mingəçevir şəhəri “Həsənoğlu” inşaatda satış meneceri işləyir, iş vaxtı səhər saat 08-dən axşam saat 19:00-a kimidir. İş vaxtından sonra fərdi şəkildə usta kimi fəliyyət göstərir. xx.xx.2022-ci il tarixdə istirahət günü olmuşdur. Həmin gün günorta saat 13-dək kimi mənzildə olmuşdur. Daha sonra arvadı Lalə Nəsirlini anasıgilin yaşadığı evə aparmış, özü isə valideynlərinin yaşadığı Mingəçevir şəhəri Köhnə qəsəbədə yerləşən mənzilə getmişdir. Təxminən saat 23 radələrində arvadı Lalə Nəsirli ilə birlikdə yaşadığı ünvana qayıdıb avtomobili binanın qarşısında saxlayan zaman arvadı Lalə Nəsirli yaşadıqları mənzilin plastik pəncərəsinin açıq olduğunu bildirmişdir. O da mənzilin pəncərəsinə nəzər yetirdikdə pəncərənin açıq olduğunu görüb mənzildə kənar şəxslər olduğundan qorxaraq mənzilə qalxmayaraq binanın qarşısında dayanıb dostu Bəhruz Qasımova zəng edərək, yaşadığı mənzilə oğru girdiyini və binanın qarşısına gəlməsini ona bildirmişdir. Bəhruz Qasımov da gəldikdən sonra binanın qarşısnda dayanmış, o, özü isə mənzilə qalxıb qapını açaraq içəri daxil olub mənzilin otağının dağınıq vəziyyətdə olduğunu görmüşdür. Otağa baxış keçirən zaman ağ rəngli paltar dolabının yuxarı rəfindəki şüşə bankanın içərisindən 1200 manat pul, digər şüşə bankada miqdarı 60 manat olan qəpik pullar, həmin paltar dolabının alt rəfindən 1 manatlıq əskinazlardan ibarət olmaqla 20 manat nəğd pul, 2019-cu ildə 180 manata aldığı “Tissot” markalı qızılı rəngli saat, 2021-ci il tarixdə arvadı Lalə Nəsirliyə aldığı 4 qramlıq bir cüt sırğa, 2021-ci il tarixdə arvadı Lalə Nəsirliyə ad günündə aldığı 4 qramlıq bir cüt sırğa, 2019-cu ildə aldığı 26 qramlıq gümüş boyunbağı nəməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bu barədə dərhal dostu Bəhruz Qasımova bildirmiş, Bəhruz Qasımov isə DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Sonradan bildirmişdir ki, Təqsirləndirilən şəxs İnqilab oğlu ona məxsus mənzilindən ümumi dəyəri 1500 manat oğurluq etmişdir. Ona maddi ziyan ödənmişdir. Hal-hazırda onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona qanunla nəzərdə tutulmuş ən yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, 1984-cü ildə Zərərçəkmiş şəxs6 ilə rəsmi nigaha daxil olub ailə qurmuş, birgə nigahdan 3 övladları var. Ərim Xaləddin işləmək üçün Rusiya Federasiyasına getmişdir. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində ailə üzvləri ilə birlikdə Kür çayının sahilindəki parka getmişlər. Bir qədər parkda olduqdan sonra saat təxminən saat 24 radələrində mənzilə geri qayıtmışlar. Bloka daxil olduqda blokun işığının sönülü olduğunu görmüşdür. Buna görə də oğlu Ayxana blokun işığını yandırmağı bildirmişdir. Ayxan blokun işığını yandırıqdan sonra onlar mənzilə daxil olmuşlar. Həmin zaman mənzilində işıqları yanmışdır. Belə ki, mənzilə daxil olmuş şəxs blokda elektrik qutusundan mənzilin işıqlarını da söndürmüşdür. Mənzilə daxil olduqdan sonra Orxan sol tərəfdə yerləşən otağa keçib dolaba baxdıqda dolbda kisənin yerində olmadığını görmüşdür. Mənzilə kimsənin daxil olduğunu bildirmişdir. Daha sonra onlar mənzilin digər otaqlarına baxdıqda mənzilin dağınıq olduğunu mənzilə digər şəxslərin daxil olduğunu bilmişlər. Belə ki, həmin şəxs və ya şəxslər mənzilə eyvandan daxil olmuşlar. Həmin şəxs və ya şəxslər mənzilin yataq otağındakı güzgülü dolabın rəfindəki içərisində qızılları saxladığı mücrünün oğurladığını görmüşdür. Belə ki, həmin mücrüdə 583 əyyarlı Rusiya Federasiyası istehsalı olan hər biri 9 ədəd brilliant qaşlarla bəzədilmiş olan 5 qram çəkidə sırğa, 5 qram çəkidə üzük 10 qram çəkidə boyunbağıdan ibarət dəst, 1 ədəd 583 əyyarlı Rusiya Federasiyasında istehsal olunmuş aleksandrit qaşlı 10 qram çəkidə qızıl üzük, hər biri 5 qram çəkidə olan 583 əyyarlı qızıl boyunbağı, mənzilin yataq otağındakı paltar dolabının alt rəfində kiçik ölçülü boz rəngli çemodanda saxladığı Rusiya Federasiyasında istehsal olunmuş 583 əyyarlı spfir qaşlı hər birində 9 ədəd brillinat qaşlar olan 10 qram çəkidə üzük və 10 qram çəkidə sırğalardan ibarət qızıl dəsti, 70 qram çəkidə 583 əyyarlı Rusiya Fedrerasiyasında istehsal olunmuş qızıl bilərzik, 583 əyyarlı Rusiya Federasiyasında istehsal olunmu 30 qram çəkidə qadın üçün qızıl tros boyunbağı, 583 əyyarlı Rusiya Federasiyasında istehsal olunmuş 21 qram çəkidə 6 ədəd brilliant qaşlı qızıl saat, 583 əyyarlı 15 qram çəkidə 12 ədəd brilliant qaşlı qızıl qolbağ, 1 ədəd 12,5 qram çəkidə 583 əyyarlı qızıl nişan üzüyü, 3 ədəd brilliant qaşları olan 583 əyyarlı 16,5 qram çəkidə qızıl kişi üzüyü, 583 əyyarlı 16,5 qram çəkidə tək brilliant qaşlı kişi qızıl üzüyü, təxminən 30 qram çəkidə brilliant qaşlarla bəzədilmiş 750 əyyarlı sırğa üzük, qolbağı və boyunbağından ibarət qızıl dəsti, 5 ədəd hər biri təxminən 15 qram çəkidə LNS markalı qızıl qol saatı, 100-lük əskinaslardan ibarət 3100 ABŞ dolları, 100-lük əskinaslardan ibarət 10000 manat məbləğdə pul, yaşadığı mənzilin çıxarışı, yaşadığı binanın qarşısında yerləşən qarajın müqaviləsi, əri Xaləddinə məxsus əmək kitabçası, özünə məxsus Azərbaycan Tibbi İnstitutu təfədindən 1980-ci ildə verilmiş pediatiriya ixtisası üzrə diplom, özünə və oğlu Orxana məxsus Ümumi vətəndaşlıq pasportu, özünə ərinə, övladları Orxan və Ayxana məxsus doğum haqqında şəhadətnamələr olan kiçik ölçülü çemodan, digər otaqdakı dolabın rəfindən isə 700 manat məbləğdə pul və Orxana aid şəxsiyyət vəsiqəsi oğurlanmışdır. O, daha sonra bildirdi ki, ibitdai istintaqın araşdırmasından narazıdır. Belə ki, müstəntiq ona dəymiş ziyanı düzgün müəyyən etməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı da müəyyən olunur ki, onun evini Təqsirləndirilən şəxs deyil, başqa şəxslərdir. Odur ki, məhkəmədən cinayət işinə ədalətli hüquqi qiymət verib onun evindən oğurluq törədən şəxslərin müəyyən edilməsi üçün cinayət işinin ona aid hissədə yenidən araşdırılması üçün istintaq orqanına geri qaytarılmasını xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində dinirilmiş Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdikləri xüsusatları öz ifadələrində təsdiq etmişlər. Məhkəmə iclası zamanı elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ailə üzvləri ilə birlikdə qeyd olunan ünvanda yaşayır. Özü “Suraxanı Oil” şirkətində maşinist işləri. İş vaxtı səhər saat 07 radələrindən axşam saat 20 radələrinədəkdir. Yaşadığı evin döşəməsi köhnəldiyi üçün 13 avqust 2022-ci il tarixdən evdə təmir işləri başlatmışdır. Bu səbəbdən də arvadı, anası və övladları yaxınlıqda yaşayan qayınatasının evində müvəqqəti qalmışlar. O isə gündüzləri işdə olmuş gecələri isə evdə gecələmişdir. 15 avqust 2022-ci il tarixdə usta döşəməni təmir edib başa çatdıraraq döşəməyə boya sürtmüşdür. Buna görə də evdə heç kəs olmamışdır. Çünki, usta evə 3 gün ərizində kimsəinin daxil olmamasını ona bildirmişdir. 18 avqust 2022-ci il tarixdə döşəmənin boyasının quruduğu üçün arvadı Püstəxanım evə getmiş, evə daxil olarkən evdən oğurluq edildiyini görüb bu barədə telefon vasitəsi ilə zəng edərək ona məlumat vermişdir. O da dərhal evə gəlib əşyaların dağınıq vəziyyətdə olduğunu görüb digər əşyalara nəzər yetirdikdə yataq otağında yerləşən dolabdakı paltarların arasından 440 manat məbləğdə pulun, 160 manat dəyərində 1 ədəd gümüş (1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd kloun) dəstin, 120 manat dəyərində (1 ədəd sırğa və 1 ədəd üzük) dəstinin, qonaq otağındakı dolabdan 320 manat dəyərində 1 ədəd alışqan, 1 ədəd bıçaq və 1 ədəd qol saatından ibarət dəstin oğurlandığını görmüşdür. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq, Təqsirləndirilən şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İstintaqda verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edə bilməyəcək və məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Bildirmişdir ki, 24 may 2022-ci il tarixdə Mingəçevir şəhəri N.Nərimanov küçəsi ev 3 mənzil 30-da yaşayan Nəsirli X2 şəhər polis şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı mənzildən oğurluq edildiyini bildirmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlinin Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri Nizami küçəsi ev 8 mənzil 14-də yaşayan Həsənova X3 şəhər polis şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə saat 24 dək olan müddət ərizində yaşadığı mənzildən müxtəlif qızıl zinət əşyaları və pulun oğurlandığını müəyyən edilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Qaratel Həsənovunanın yaşadığı mənzildən oğurladığı qızıl zinət əşyalarının Bakı şəhəri ərzisində satdığı da müəyyən edilmiş və həmin qızıl zinət əşyalarını satdığı mağazada müəyyən edilmişdir. Həmin mağazada işləyən şəxs də Təqsirləndirilən şəxs qızıl zinət əşyalarını aldığını bildirmiş və bu barədə qeydləri apardığı dəftəri də təqdim etmişdir. İş üzrə şahid qismində dinirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdikləri xüsusatları öz ifadələrində təsdiq etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində ibtidadi istintaq zamanı verdiyi ifadəsindən fərqli məzmunda ifadə verərək göstərmişdir ki, o qızıl alveri ilə əvvəl məşğul olmuşur. Hal-hazırda taksi fəaliyyəti ilə məşğuldur. Ona Rüstəmin qızıl satıb-satmadığı yadında deyil. Çünki gün ərzində çoxlu adam görür və hadisədən uzun müddət keçmişdir. Həmin gün polislər onun obyektinə daxil oldular. Yanlarında da qandallı bir şəxs elə başa düşmüş ki, həmin şəxs ona qızıl satdığını bildirmişdir. Ondan soruşdular ki, qızıl alqı satqısı zamanı qeydiyyat aparırsanmı? O da cavab olaraq kitabı polislərə göstərmişdir. Bundan sonra kitabı ondan götürmüşlər. Sonra obyektinə daxil oldular ki, burada Rüstəm qeyd olunub. Amma onun adını yazıb-yazmadığını xatırlamır. Jurnalda olan xətt onun xəttinə oxşayır. Amma dəqiq deyə bilmir. Lakin imza onun imzasıdır. Qeydiyyat jurnalında da bir yazıdan sonra bir vərəqi boş buraxmışdır. Polislərin həmin qeydiyyat jurnalında qeydiyyat aparmasını o görməmişdir. Daha sonra bildirdi ki, vitrində 3 ədəd nişan üzüyü olmuşdur. Polislər vitrinə baxdıqda həmin üzükdən birinin Rüstəmin oğurladığı qızıllardan biri olduğunu bildirərək həmin qızılı ondan götürdülər. Hələ də pulunu verməmişlər. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhəri N.Nərimanov küçəsi 5№-li evin 30№-li mənzilindən oğurluq hadisəsi baş vermişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Yuxarı Mədən küçəsi 16№-li evdən oğurluq hadisəsi baş vermişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 8№-li evin 14№-li mənzilindən oğurluq hadisəsi baş vermişdir.Hadisə yerinə baxış keçirilərkən mənzilin eyvanına bərkidilmiş boruya keçirilmiş dəmir ilgək bağlanılmış ip götürülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 011-6145-1222№-li məktubdan görünür ki, Mingəçevir şəhəri Nərimanov küçəsi 5№-li evin 30№-li mənzilindən götürülərək tədqiqata təqdim edilmiş əl izləri DİN-nin KTİ-nin AİDS məlumat bankında şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində izlərdən 01 ədədi xx.xx.1983-cü ildə mingəçevir şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin orta barmağı ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 011-9840-1222№-li məktubdan görünür ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Yuxarı Mədən küçəsi 16 №-li evdən götürülərək tədqiqata təqdim edilmiş əl izləri DİN-nin KTİ-nin AİDS məlumat bankında şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində izlərdən 03 ədədi xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət və adsız barmağı, sol əlinin isə ovucu ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayonu Moskva Univermağının yaxınlığında yerləşən “Brend Zərgərlik” qızıl zinət əşyalarının alq-satqısı ilə məşğul olan Şahid4 adı soyadı və şəxsiyyət vəsiqəsinin seriya nömrəsi qeyd etdirib müvafiq qaydada imzalamaqla xx.xx.2022-ci il tarixdə 86 qram çəkidə qızıl zinət əşyasını 4730 manata satmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi internet səhifəsində olan məlumatlara əsasən 1 ABŞ dollarının 18 avqust 2022-ci il tarixdə azərbaycan manatına münasibətdə məzənnəsi 1,700 manat olmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/4246 nömrəli ekspert rəyindən görünür ki, 1 cüt 4 qram çəkidə 927 əyyarlı gümüş sırğa 20 manat, 1 cüt 4 qram çəkidə 927 əyyarlı gümüş sırğa 20 manat, 1 ədəd 927 əyyarlı 26 qram çəkidə gümüş boyunbağı 130 manat, ekspertiza təyini haqqında qərarda qeyd edilən 3 adda əşyaların 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 170,00 manat müəyyən edilir. Digər 1 ədəd 2019cu ildə 180 manata alınmış qızılı rəngli dəmir kəməri olan “Tissot” markalı saat haqqında ətraflı məlumat (modeli, istehsal yeri və digər texniki və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işinin materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1647№-li rəyindən görünür ki, 583 əyyarlı Rusiya Federasiyası istehsalı olan hər biri 9 ədəd brilliant qaşlarla bəzədilmiş olan 5 qram çəkidə sırğa, 5 qram çəkidə üzük 10 qram çəkidə boyunbağıdan ibarət dəstin 1600 manat, 1 ədəd 583 əyyarlı Rusiya Federasiyasında istehsal olunmuş aleksandrit qaşlı 10 qram çəkidə qızıl üzüyün 800 manat, Rusiya Federasiyasında istehsal olunmuş 583 əyyarlı, 1 ədəd spfir qaşlı hər birində 9 ədəd brillinat qaşlar olan 10 qram çəkidə üzük və 10 qram çəkidə sırğalardan ibarət qızıl dəstinin 1600 manat, 1 ədəd 70 qram çəkidə 583 əyyarlı Rusiya Fedrerasiyasında istehsal olunmuş qızıl bilərziyin 5600 manat, 1 ədəd 583 əyyarlı Rusiya Federasiyasında istehsal olunmu 30 qram çəkidə qadın üçün qızıl tros boyunbağının 2400 manat, 1 ədəd 583 əyyarlı Rusiya Federasiyasında istehsal olunmuş 21 qram çəkidə 6 ədəd brilliant qaşlı qızıl saatın 1680 manat,1 ədəd 583 əyyarlı 15 qram çəkidə 12 ədəd brilliant qaşlı qızıl qolbağın 1200 manat, 1 ədəd 12,5 qram çəkidə 583 əyyarlı qızıl nişan üzüyünün 1000 manat, 1 ədəd üzərində 3 ədəd brilliant qaşları olan 583 əyyarlı 16,5 qram çəkidə qızıl kişi üzüyünün 1320 manat, 1 ədəd 583 əyyarlı 16,5 qram çəkidə tək brilliant qaşlı kişi qızıl üzüyünün 1320 manat, 30 qram çəkidə brilliant qaşlarla bəzədilmiş 750 əyyarlı sırğa üzük, qolbağı və boyunbağından ibarət qızıl dəstinin 3000 manat, ekspertiza təyini haqqında göstərilən 11 adda qızıl zinət əşyalarının 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 21520 manat müəyyən edilir. Digər 1 adda mal haqqında kifayət qədər məlumat olmadığından həmin mal üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli 61 №-li mütəxəssis rəyindən görünür ki, 1 cüt sırğa, 1 ədəd üzük, və 1 ədəd kloundan ibarət gümüş dəstininin dəyərinin 160 manat, 1 cüt sırğa və 1 ədəd üzükdən ibarət gümüş dəstininin dəyərinin 120 manat, 1 ədəd alışqan, 1 ədəd bıçaq və 1 ədəd qol saatından ibarət suvenir dəstinin dəyərinin 320 manat olmaqla ümumilikdə qeyd olunan əşyaların 2022-ci ilin avqust ayına ayına orta bazar satış qiyməti istifadə edilmə müddəti nəzərə alınaraq 600 (altı yüz) manat dəyərindədir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və elektron portaldan çıxarışdan görünür ki, o, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayonu Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli Aministiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 (altı) ay müddətinə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunmuşdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İstintaqda verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edə bilməyəcək və məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs İnqilab oğlu ona məxsus mənzilindən ümumi dəyəri 1500 manat oğurluq etmişdir. Ona maddi ziyan ödənmişdir. Hal-hazırda onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona qanunla nəzərdə tutulmuş ən yüngül cəza verilməsini xahiş edir. Məhkəmə ilk növbədə, istinad olunan prosessual normaların tələblərinə uyğun olaraq, məhkəmə istintaqında sübutların tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, 17 avqust 2022-ci il tarixdə saat 21 radələrindən 23 radələrinədək olan müddət ərizində Zərərçəkmiş şəxs3 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 8№-li evin 14№-li mənzilindən qızıl zinət əşyalarının pulun və eləcədə hüquq müyyən edici şəxsi sənədlər hesab olunan Zərərçəkmiş şəxs3 1980-ci ildə Azərbaycan Tibbi İnstitutu təfəindən verilmiş pediatır ixtisası üzrə həkim fəaliyyəti ilə məşğul olmaq hüququ verən diplomunu, Zərərçəkmiş şəxs6 Savəddin oğluna məxsus doğum haqqında şəhadətnaməni və əmək kitabçasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 məxsus doğum haqqında şəhadətnamələri və Zərərçəkmiş şəxs4 məxsus AZE 15143272 seriyalı şəxsiyyət vəsiqəsini gizli talaması ilə əlaqədar irəli sürülmüş ittiham üzrə Təqsirləndirilən şəxs həmin oğurluğu törətməkdə təqsirli olması ilə bağlı aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr olduğundan, həmin epizod əsassız hesab edilərək, onun xeyrinə həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2–ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət–prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 17 avqust 2022-ci il tarixdə saat 21 radələrindən 23 radələrinədək olan müddət ərizində Zərərçəkmiş şəxs3 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 8№-li evin 14№-li mənzilinin eyvanına boru vasitəsi ilə qalxıb eyvanın açıq pəncərəsinin üzərinin üzərində olan toru əli ilə itələyib içəri saldıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin yataq otağında yerləşən paltar dolabı və əşya dolabında saxlanılan 1600 manat dəyərində 583 əyyarlı Rusiya Federasiyası istehsalı olan hər biri 9 ədəd brilliant qaşlarla bəzədilmiş 5 qram çəkidə sırğa, 5 qram çəkidə üzük 10 qram çəkidə boyunbağıdan ibarət dəsti, 1 ədəd 800 manat dəyərində 583 əyyarlı Rusiya Federasiyasında istehsal olunmuş aleksandrit qaşlı 10 qram çəkidə qızıl üzüyü, 1600 manat dəyərində Rusiya Federasiyasında istehsal olunmuş 583 əyyarlı, 1 ədəd spfir qaşlı hər birində 9 ədəd brillinat qaşlar olan 10 qram çəkidə üzük və 10 qram çəkidə sırğalardan ibarət qızıl dəstini,1 ədəd 5600 manat dəyərində 70 qram çəkidə 583 əyyarlı Rusiya Fedrerasiyasında istehsal olunmuş qızıl bilərziyi, 1 ədəd 2400 manat dəyərində 583 əyyarlı Rusiya Federasiyasında istehsal olunmu 30 qram çəkidə qadın üçün qızıl tros boyunbağını, 1 ədəd 1680 manat dəyərində 583 əyyarlı Rusiya Federasiyasında istehsal olunmuş 21 qram çəkidə 6 ədəd brilliant qaşlı qızıl saatı,1 ədəd 1200 manat dəyərində 583 əyyarlı 15 qram çəkidə 12 ədəd brilliant qaşlı qızıl qolbağı, 1 ədəd 1000 manat dəyərində 12,5 qram çəkidə 583 əyyarlı qızıl nişan üzüyünü,1 ədəd 1320 manat dəyərində üzərində 3 ədəd brilliant qaşları olan 583 əyyarlı 16,5 qram çəkidə qızıl kişi üzüyünün, 1 ədəd 1320 manat dəyərində 583 əyyarlı 16,5 qram çəkidə tək brilliant qaşlı qızıl kişi üzüyünü, 3000 manat dəyərində 30 qram çəkidə brilliant qaşlarla bəzədilmiş 750 əyyarlı sırğa üzük, qolbağı və boyunbağından ibarət qızıl dəstini, 1 ədədinin qiyməti 1700 manat olan 8500 manat dəyərində 5 ədəd LNS markalı saatları, 3100 ABŞ dollarının qed olunan valyutanın 2022-ci ilin avqust ayına olan azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla 5270 manat məbləğdə pulu və 10700 AZN məbləğdə pulu, Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 45990 manat məbləğdə xeyli miqdarda əmlakı gizli olaraq talayıb oğurlamış, eləcə də digər mühüm şəxsi sənədlər hesab olunan Zərərçəkmiş şəxs3 1980-ci ildə Azərbaycan Tibbi İnstitutu təfəindən verilmiş pediatır ixtisası üzrə həkim fəaliyyəti ilə məşğul olmaq hüququ verən diplomunu, Zərərçəkmiş şəxs6 Savəddin oğluna məxsus doğum haqqında şəhadətnaməni və əmək kitabçasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 məxsus doğum haqqında şəhadətnamələri və Zərərçəkmiş şəxs4 məxsus AZE 15143272 seriyalı şəxsiyyət vəsiqəsini gizli olaraq talamışdır. İstintaq orqanı təqsirləndirilən şəxsin həmn epizod üzrə təqsirinin olmasını özünün ibtidai istintaq zamanı etirafı, polis əməkdaşlarının ifadələri, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi və Şahid4 verdiyi ifadəsi ilə əsaslandırmışdır. Məhkəmə istintaqı zamanı ittiham tərəfinin rəhbər tutduğu dəlillər və sübutlar təqsirləndirilən şəxsin həmin epizod üzrə əməli törətməsini və təqsirliyini müəyyən etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Halbuki, təqsirləndirilən şəxsin ictimai təhlükə törətməsini və təqsirini sübut etmək ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfinin gətirdiyi sübutlara məhkəmə istintaqı zamanı ayrı-ayrılıqda təhlil və müqayisə edildikdə müəyyən olundu ki, ittiham tərəfinin gətirdiyi həmin sübutlar obyektiv və həqiqətə uyğun deyildir. Belə ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünü təqsirli bilməsi onun məhkəmə istintaq zamanı təqsirini sübuta yetirilməsi kimi qiymətləndirilməsi yolverilməzdir və onun ziyanına şərh edilə bilməz. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs həmin epizod üzrə ona elan olunmuş ittihamda özünü təqsirli bilmişdir, lakin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs həmin ifadəsindən imtina edərək, qeyd olunan epizodlar üzrə özünü təqsirli bilməmişdir. Bundan əlavə ittiham tərəfinin sübut kimi qəbul etdiyi şahid ifadələri, ancaq polis əməkdaşları olmaqla təqsirləndirilən şəxsi şübhəli şəxs kimi tutmuş, əməliyyat müvəkkilləri olmuş, həmin ifadələr digər hallarla müqayisə edilməyərək və həmin sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməyərək ibtidai araşdırma onunla kifayətlənmişdir. Məhkəmə əməliyyat müvəkillərinin ifadələrinə inandırıcı hesab etməyərək tənqidi yanaşır və onların gətirdiyi dəlillər məkhəmədə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və Şahid4 ifadələri ilə tam təkzib olunur. Həmçinin məhkəmə istintaqı zamanı ittiham tərəfinin sübut kimi qəbul etdiyi Şahid4 ifadəsində ziddiyyətli əlamətlər aşkar edildi. Belə ki, Şahid4 istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayonunda Moskva Univermağının qarşısında qızıl zinət əşyalarının satıldığı mağazada qızl zinət əşyalarının alqı satqısı ilə məşğul olur. Aldığı qızıl zinət əşyalarının sayı, çəkisi və qızıl satan şəxsə aldığı qızılın müqabilində verdiyi pulu müvafiq dəftərdə qeydiyyat aparır. 2023-cü ilin fevral ayının əvvəllərində bir neçə şəxs işlədiyim mağazaya gələrək özlərini Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları kimi təqdim edib, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs işlədiyi mağazaya qızıl zinət əşyalarını satdığını bildirmişlər. O da müvafiq qeydiyyat apardığı dəftərə baxdıqdan sonra görmüş ki, həqiqətən də 23 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsdən 7 ədəd 86 qram çəkidə qızıl zinət əşyası alıb Təqsirləndirilən şəxs 4730 manat məbləğdə pul vermişdir. Həmçinin aldığı qızıl üzüklərdən 1 ədədini satmadığını bildirərək həmin üzüyü polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş qızıl üzük ondan götürülmüşdür. Həmçinin qızıl alqı-satqısının qeydiyyatı apardığı dəftərin sürəti də çıxarılaraq götürülmüşdür. Həmçinin o, ifadəsində Təqsirləndirilən şəxs aldığı qızıl zinət əşyalarının cinayət yolu ilə əldə edilməsi barədə məlumatı olmadığını, Təqsirləndirilən şəxs həmin qızıl zinət əşyalarının özünə məxsus olduğunu ona bildirdiyini göstərmişdir. Lakin məhkəmə istintaqı zamanı Şahid4 buna ziddiyyətli ifadə verərək təqsirləndirilən şəxsi tanımadığını, qızıl zinət əşyalarının ondan almasını xatırlamadığını, qeydiyyat dəftərində olan yazı ona məxsus olmasını dəqiq bilməməsini, maddi sübut kimi tanınan bir ədəd üzüyün ona təqsirləndirilən şəxs tərəfindən satılmasını dəqiq bilməməsini və həmin üzüyün polis əməkdaşı tərəfindən təqsirləndirilən şəxsin oğurladığı qızıl zinət əşyalarından olmasını bildirməsini və bu səbəbdən də o həmin üzüyü polis əməkdaşlarına təqdim etməsini bildirmişdir. Həmçinin 23 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsdən 7 ədəd 86 qram çəkidə qızıl zinət əşyası alıb Təqsirləndirilən şəxs 4730 manat məbləğdə pul verməsini xatırlamamasını bildirmişdir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldımaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPMnin 145.3-cü maddəsi) Cinayət təqibi üzrə toplanmış sübutlarin kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi ücün mötəbər və yekun neticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Bundan başqa iş materiallarından görünür ki, həmin epizod üzrə maddi sübut ancaq bir ədəd nişan üzüyü təşkil edir, lakin məhkəmədə həmin üzüyün maddi sübut kimi tanınmasına tənqidi yanaşır. Belə ki, həmin üzüyün məhz Zərərçəkmiş şəxs3 məxsus olması sübut olunmur. Zərərçəkmiş şəxs3 həmin üzüyün ona məxsus olmamasını bildirir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 125.2.1-ci maddəsinə əsasən İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 125.3-ci maddəsinə əsasən Bu Məcəllənin 125.2ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin həmin epizodlar üzrə cinayət törətməsini təsdiq edən sübutlar isə iş materiallarına əlavə edilməmişdir. İstintaq orqanı yalnız təqsirləndirilən şəxsin etirafına və şahidlərin ifadələrinə əsalanaraq ittiham vermişdir. Məhkəmə isə iş üzrə bir şahiddən başqa dindirilmiş digər bütün şahidlərin polis olmasını və həmin şahidlərin iş üzrə “maraqlı” olmalarını nəzərə alaraq şahid ifadələrini mötəbər sübut kimi qəbul etməmişdir. Etiraf isə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etməmişdir. Çünki təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həmin əməlləri “etiraf” etsə də, məhkəmə istintaqı zamanı etmədiyini bildirmişdir. Belə olan halda Təqsirləndirilən şəxs həmin epizod üzrə cinayətin törədilməsinə aidiyyətinin olması sübuta yetirilməmişdir. Ona görə də həmin epizod Təqsirləndirilən şəxs verilmiş ittihamdan xaric edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 177.2.4 və 326.2-ci maddələri xaric edilməlidir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 23 may 2022-ci il tarixdə saat 23 radələrindən Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhəri N.Nərimanov küçəsi 5 №-li evin 30№-li mənzilinin mətbəxinin pəncərəsinə binaya bərkidilmiş boru vasitəsi ilə mətbəxin plastik materialından olan pəncərəsini əvvəlcədən üzərində olan vint açanla açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin yataq otağında yerləşən paltar dolabının rəfində olan şüşə bankanın içərisdə saxlanılan 1200 (min iki yüz) manat məbləğdə pulu, həmin dolabın rəfində olan digər şüşə bankada saxlanılan 60 (atmış) manat dəyərində qəpik pulları, dolabın digər rəfindən 1 manatlıq əskinaslardan ibarət 20 (iyirmi) manat məbləğdə pulu 1 cüt 20 manat dəyərində 4 qram çəkidə 927 əyyarlı gümüş sırğanı, 1 cüt 20 manat dəyərində 4 qram çəkidə 927 əyyarlı gümüş sırğanı, 1 ədəd 130 manat dəyərində 26 qram çəkidə 927 əyyarlı gümüş boyunbağını, 1 ədəd 180 manat dəyərində qızıl rəngli metal qolbağı olan “Tissot” markalı saatı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1630 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 16 avqust 2022-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Yuxarı Mədən küçəsi 16 №-li evin plastik materialından olan pəncərəsini üzərində olan linglə açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub,mənzilin yataq otağındakı dolabın rəfindən 440 (dörd yüz qırx) manat məbləğdə pulu, dəyəri 160 manat olan 1 cüt sırğa, 1 ədəd üzük, və 1 ədəd kloundan ibarət gümüş dəstini, dəyəri 120 manat olan 1 cüt sırğa və 1 ədəd üzükdən ibarət gümüş dəstini, qonaq otağından isə dəyəri 320 manat olan 1 ədəd alışqan, 1 ədəd bıçaq və 1 ədəd qol saatından ibarət suvenir dəstini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 1040 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bununla da Təqsirləndirilən şəxs ictimai təhlükəli əməllləri törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Qeyd olunan epizodlar üzrə ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 353.2.4–cü maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri–əsaslandırıcı hissəsində ittihamın bir hissəsi əsassız hesab edildikdə, bunun əsasları göstərilməlidir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş hədlərdə qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3–cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını qanunsuz daxil olmaqla təkrarən gizli olaraq ziyan vurmaqla talamada ifadə olunan talama ilə əlaqədar olaraq qəsdən törədilən cinayətlərdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və zərər çəkmiş şəxslərlə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işi materiallarında olan zərərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan və Zərərçəkmiş şəxs1 oğlğunun ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onlara dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ondan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, cinayət işində olan tələbnamədən görünür ki, Əzizov X4 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayonu Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli Aministiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 (altı) ay müddətinə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə cinayətlərin residivi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə təyin ediləcək qəti cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Mingəçevir şəhər Məhkəməsinin 1(051)-87/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbslə əvəz edilmişdir. Bundan sonra “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhər ərazisində tutularaq Mingəçevir ŞPŞ-nə gətirilmiş və aidiyyəti üzrə təhvil verilmişdir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 may 2022-ci il tarixdən 29 may 2022-ci il tarixədək 02 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3 ay 1 gün həbsdə saxlandığı müddət, cəmi 3 ay 3 gün həbsdə saxlandığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq ona qəti cəza təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, 27 may 2022-ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Sonra 29 may 2022-ci il tarixdə “qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” qərar tərtib olunmuş və həmin gündən də o, saxlandığı Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Bundan başqa iş materiallarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 4(051)-11/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmişdir. Həmin qərarda həbsdə saxlama müddətinin əvvəli 28 yanvar 2023-cü ildən hesablansa da, “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin 1 gün həbsdə saxlanılması da nəzərə alınmalıdır. Həmçinin 28 aprel 2023-cü il tarixli “qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin başa çatdığı gün, yəni xx.xx.2023-cü il tarixdə Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə mülki iddia verilməmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi nəzərə alınmalıdır. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı, habelə məhkəmə istintaqında toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi bir epizod üzrə sübuta yetirilmədiyindən və həmin epizod ittihamdan xaric edildiyi üçün həmin epizod üzrə həyata keçirilmiş xx.xx.2023-cü il tarixli, 9/1647№-li məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 50 manat ekspertiza xərci Dövlət büdcəsi hesabına aid edilməlidir. İş üzrə qalan xx.xx.2022-ci il tarixli, 9/4246 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspertiza xərci olan 50 manat Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 may 2022-ci il tarixdən 29 may 2022-ci il tarixədək 02 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət və xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək 3 ay 1 gün həbsdə saxlandığı müddət, cəmi 3 ay 3 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 il 8 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cəzasının əvvəli 28 iyul 2023-cü il tarixdən hesablansın. İş üzrə xx.xx.2023-cü il tarixli, 9/1647№-li məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 50 manat ekspertiza xərci Dövlət büdcəsi hesabına aid edilsin. İş üzrə xx.xx.2022-ci il tarixli, 9/4246 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olduğu andan, Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona verildiyi andan 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar