Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-9/2025 10.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi–Mingəçevir şəhər vəkil Bürosunun vəkili Müdafiəçi3, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi2 iştirakı ilə xx.xx.1961-ci ildə Füzuli rayonu, Əhmədalılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Qax Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 2(iki) il 6(altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Füzuli rayonu, Əhmədalılar kəndində qeydiyyatda olmaqla yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar, Xidmətin 02 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 178.2.4–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs oğlu Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə «yanğınsöndürən» kimi işə qəbul edilməsinə köməklik edəcəyini əvvəlcə tanışları Şahid3 və Şahid2 vasitəsi ilə vəd verib, onu aldadaraq, ilkin olaraq xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs Şahid2 Bakı şəhərində verdiyi 4000 manat məbləğdə pulu sonuncudan 2022-ci ilin aprel ayında Bakı şəhərində istintaqa məlum olmayan ünvanlarda iki dəfəyə, hər dəfəsində 2000 manat olmaqla, habelə 07 oktyabr 2022-ci il tarixdə X4 Quliyevin Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən « Bazarstore » mağazasında quraşdırılmış « MilliÖN » ödəmə terminalından onun adına olan ******20055673 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik kart hesabına göndərdiyi 3000 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus 7000 (yeddi min) manat məbləğdə pulunu aldatma və etibardan sui-istifadə etməklə alıb, ələ keçirərək və bununla da ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və oğlu Şahid1 2022-ci il tarixdə tanışları Şahid2 və Şahid3 vasitəsilə tanımışdır. Belə ki, təxminən 2022-ci ilin aprel ayında əvvəlcə tanışı Şahid3 ona zəng edərək yaxın münasibəti olan Zərərçəkmiş şəxs oğlu Şahid1 işə düzəltməsi üçün tanışları Şahid2 xahiş etdiyini, Xanların işi düzəltməyə razılıq verdiyini, 8.000 manat müqabilində razılaşıldığını, buna görə də Qönçənin Xanlara 3 ay müddətində işin həll olunması üçün ilkin olaraq 4.000 manat pul verdiyini, qalan pulun sonradan veriləcəyi barədə danışıqlarının olduğunu, lakin Xanların işi həll edə bilmədiyini, Qönçənin yanında pis vəziyyətdə qaldığını deyərək ona köməklik etməsini istəmişdir. Həmin vaxtlarda onun FHN-də çalışan tanışları olduğundan, bu işə onun baxdığını, İlhaməyə Xanlara zəng edərək aldığı 4.000 manatı gətirib ona verməsini deməsini istəmişdir. Bundan sonra Xanlarla aralarında danışıq olmuş və Xanlar pulu alsa da, işi həll edə bilmədiyini demişdir. O, işi özünün həll edəcəyini deyərək Xanlardan pulu ona verməsini istəmişdir. Xanlar 2022-ci ilin aprel ayının sonlarında Bakı şəhərində 4.000 manat pulu 2 dəfəyə hər dəfəsində 2.000 manat olmaqla hissə-hissə ona vermişdir. Bundan sonra Xanlara işi özünün aparacağını, yalnız Röyala zəng edərək ona Bakı şəhərinə gəlməsini deməsini istəmişdir. Bakı şəhərində Xanların da iştirakı ilə Röyalla görüşmüş və orada da Röyala işi özünün həll etdiyini, Xanların onun tapşırığı ilə müəyyən sənədləşmə işlərini həll etdiyini demişdir. Orada Röyala bir neçə internet resurslarından götürülmüş heç bir əhəmiyyət kəsb etməyən müəyyən sənədlərə imza etdirmiş, lakin əslində məqsədi işi tanışlarından etdiyi xahişlərlə həll etmək olmuşdur. Belə ki, onun Mübariz adlı tanışı FHNnin Xətai rayonunda yerləşən Yanğından Mühafizə İdarəsində çalışdığından onun vasitəsilə Röyalı işə düzəldə biləcəyini güman etmişdir. Mübarizlə danışdıqdan sonra Mübariz işi həll etməyin mümkün olduğunu demişdir. O, Röyalın işə qəbulla bağlı əmri gəldikdən sonra tanışı Mübarizə köməklik etdiyi üçün müəyyən məbləğdə pul verərək onun hörmətindən çıxmaq istəmişdir. Lakin Xanların ona verdiyi 4.000 manat pulu xərclədiyindən İlhaməyə zəng edərək Röyalın anası Qönçə ilə əlaqə saxlamasını qalan pulu da istifadəsində və adına olan karta göndərmələrini istəmiş və istifadəsində olan «Unibank» KB AS-dən aldığı kartın şəklini çəkib İlhaməyə göndərmişdir. İlhamə ona zəng edərək Qönçə ilə danışdığını və Qönçənin 4.000 manata gücü çatmadığını, bir neçə gündən sonra borc alaraq onun kartına 3.000 manat pul göndərəcəklərini demişdir. Təxminən 2 gün sonra xx.xx.2022-ci il tarixdə onun kartına 3.000 manat pul köçürülmüşdür. Lakin o, işin həlli üçün maraqlı olsa da, həmin ərəfələrdə tanışı Mübariz işdən çıxarıldığından, Röyalın işə düzəlməsi məsələsini həll edə bilməmişdir. Röyalın işə düzəlməsi üçün aldığı 3.000 manat pulu da ehtiyacları üçün xərcləmişdir. Qönçə və Royalın ondan narazı qalmasını bildikdən sonra onlardan aldığı 2.000 manat pulu geri qaytarmışdır. Sonradan pulu olmadığından qalan 5.000 manat pulu geri qaytara bilməmişdir. Verilən suallara cavab olaraq o, Şahid1 FHN-nin yanğın söndürmə xidmətinə işə düzəltməyə köməklik etmək adı ilə ümumilikdə 7.000 manat pul aldığını bildirmişdir. Belə ki, tanışı Şahid2 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs 4.000 manat pulu alıb işi həll edə bilmədikdən sonra İlhamənin xahişi ilə işi həll etməyə razılıq verdikdən sonra 2022-ci ilin aprel ayında Bakı şəhərində 2 dəfəyə hər dəfəsində 2.000 manat olmaqla ona 4.000 manat pul vermişdir. xx.xx.2022-ci ilin oktyabr ayında 3.000 manat pulu Zərərçəkmiş şəxs onun kart hesabına göndərmişdir. Həmçinin o, Xanların Qönçədən müqavilə əsasında əldə etdiyi 4.000 manatı ona verdiyini, əlavə olaraq da Qönçənin onun kart hesabına 3.000 manat göndərdiyini, əldə etdiyi pulu öz ehtiyaclarına xərclədiyini, həmin pul vəsaitindən heç kimə pul vermədiyini bildirmişdir. O, istintaqa təqdim edilmiş səs yazılarında yüksək rütbəli şəxslərin adını çəkərək həmin şəxslərin vasitəsilə işin həll oluncağını, onların da Şahid1 işə düzəlmə ilə bağlı olaraq məlumatlarının olduğunu, Şahid1 zəng edən şəxsin yüksək vəzifədə çalışan şəxs olduğunu qeyd edilməsi ilə bağlı olaraq səsini dəyişərək Röyalla danışdığını, adlarını qeyd etdiyi şəxslərin isə bu barədə heç bir məlumatları və ya rolları olmadığını, vəzifəli şəxslərin adından istifadə etməkdə məqsədinin onları özünə inandırmaq olduğunu bildirmişdir. Səs yazılarında qeyd olunan Zərərçəkmiş şəxs 6.100 manat məbləğində pulu qaytarmağa söz verməsi bağlı olaraq Qönçəyə yalandan Xanların verdiyi pul da daxil olmaqla ona 6.000 manat verildiyini, Qönçənin yol pulu kimi tələb etdiyi 100 manatı da verəcəyini deyərək ümumilikdə 6.100 manatı qaytarmağa söz verdiyini qeyd etmişdir. Ama həqiqətdə isə o, Röyalın işə düzəlməsi üçün 7.000 manat məbləğində pulu alıb ələ keçirmişdir. Bununla belə işə məhkəmədə baxılan vaxt zərərçəkmiş şəxsə dəymiş ziyan tam şəkildə ödənilmiş, lakin barışıq əldə olunmamışdır. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ifadəsində göstərilən halları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid1 onun övladıdır. Röyal X6 xidmət etmək arzusu olmuşdur. Lakin boyu normativlərdən bir qədər qısa olduğu üçün X6 xidmət etmək istəyinə rəhbərlik tərəfindən razılıq verilməmişdir. O, oğlu Röyalın özünə qapandığını görmüş və buna görə də, Röyalı hər hansı bir dövlət işinə qoymaq istəmişdir. Təxminən 2021-ci ilin iyul ayında köhnə tanışı olan Xatun adlı şəxslə görüşən zaman oğlu Şahid1 Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək istəyinin olduğunu bildirmişdir. Belə ki, Xatunun mərhum oğlu da, Fövqəladə Hallar Nazirliyində işləmişdir. Xatun ona belə bir adamın olduğunu söyləmişdir. X1 vasitəsi ilə Şahid3 tanımışdır. İlhamə ilə aralarında olan söhbət zamanı X7 Nazirliyinə yanğın söndürən vəzifəsinə düzəlmək üçün 10.000 manat pul istəmişdir. O, ilkin olaraq bununla razılaşmamışdır. Bir müddət sonra isə təxminən 2022-ci ilin yanvar ayında Bakı şəhərində yas mərasimində İlhamə ilə təsadüfən görüşmüş, orada aralarında Röyalın işə düzəlməsi ilə bağlı olaraq hər hansı bir danışıq olmamışdır. Mingəçevir şəhərinə qayıdandan sonra İlhamə ilə əlaqə saxlayaraq Röyalın işə düzəlməsi ilə bağlı olaraq necə köməklik edə biləcəyini soruşmuşdur. Həmin vaxt İlhamə başqa bir tanışının olduğunu, həmin şəxsin işi 8.000 manat müqabilində həll edə bildiyini, həmin şəxsin pulu yarıbayarı olmaqla alamağa da razılaşdığını demişdir. İlhamənin dedikləri ilə razılaşdıqdan sonra 2022-ci ilin yanvar ayında Bakı şəhərinə gəlmiş və Bakıda o, Şahid2 və İlhamə görüşmüşlər. Görüş zamanı Xanlar FHN-nin yüksək rütbəli, məsul şəxslərinin adını çəkərək həmin şəxslərin vasitəsilə Röyalı işə düzəldəcəyini demişdir. Belə ki, Xanlar ona ilkin olaraq Röyalın işə düzəlməsi üçün 4.000 manat pul verməsini demiş, qalan 4.000 manat pulu isə əmr verildikdən sonra Xanlara vermək barədə razılaşmışlar. Həmçinin danışıqları zamanı İlhamə onun kimi özünün də tək övlad böyütdüyünü, bunun çətinliyini bildiyini, buna görə də özünün heç bir məbləğdə pul istəmədiyini, lakin iş düzəldikdən sonra veriləcək 8.000 manat puldan ona 500 manat pul çatacağını demişdir. xx.xx.2022-ci il tarixdə pulu Xanlara vermək üçün Bakı şəhərinə getmiş, orada o, Xanlar və İlhamə görüşmüşlər. Görüş zamanı Xanlar pulu verməsi ilə bağlı olaraq aralarında kağız vərəqədə qeydiyyat aparmağı təklif etmişdir. Lakin o bunun rəsmi qaydada olmasını dedikdən sonra Xanlar pulu notariusda verməsini təklif etmişdir. Ona görə də həmin gün, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən 15 nömrəli notarius xidmətində borc müqaviləsi ilə 4.000 manat pulu Xanlara vermişdir. Xanlar 3 ay müddətində Röyalın işə qəbul olunması ilə bağlı əmrinin veriləcəyini demişdir. Keçən 3 ay müddətində o, işin nə yerdə olmasını öyrənmək üçün həm Xanlar, həm də İlhamə ilə əlaqə saxlamışdır. Lakin onların hər ikisi müxtəlif bəhanələr ilə işin yubandığını demişlər. 2022-ci ilin iyun ayında Xanlara pulu təcili ödəməsini dedikdən sonra səhəri gün Xanlar zəng edərək Röyalı həkim komissiyasından keçirilməsi üçün Bakı şəhərində gəlməsini istəmişdir. Röyal Bakı şəhərinə getmiş və oradan gəldikdən sonra Xanların yanında başqa bir şəxsin olduğunu, orada həmin şəxsin Xanların onun işçisi olmasını deyərək sənədlər almaq üçün Xanları bir neçə yerə buyurmasını demişdir. Həmin vaxta qədər həmin şəxsin Röyalı işə düzəlməsi məsələsi ilə bağlı hansı işləri görüməsi və onun bu məsələyə haradan daxil olması haqqında heç bir məlumatları olmamışdır. 2022-ci ilin oktyabr ayının 5-də İlhamə ona zəng edərək Röyalın işə düzəlməsi ilə bağlı olaraq işləri əslində Təqsirləndirilən şəxs gördüyünü, Röyalın həkim komissiyası, idman və digər məsələləri Əkbərin həll etdiyini, Əkbərin işin düzəlməsi üçün razılaşılan qalan 4.000 manat pulu istədiyini, 15 iş günü müddətində də işin həll olunaraq əmrin veriləcəyini bildirmişdir. Həmçinin İlhamə ona Xanların yanında olan tanımadıqları şəxsin də elə Əkbər olduğunu demişdir. Belə ki, İlhamə 2022-ci ilin aprel ayında onun Xanalara verdiyi 4.000 manat pulu Xanların Əkbərə verməsini, işi artıq tam şəkildə Əkbərin həll edəcəyini demişdir. O, İlhaməyə 4.000 manat pulu olmadığını, yalnız 3.000 manat düzəldə biləcəyini demişdir. İlhamə də ona Əkbərin kartını göndərərək pulu həmin kart hesabına göndərməsini istəmişdir. O, Röyala həmin məbləğdə pulu Əkbərin kart hesabın atmasını dediyindən, Röyal həmin məbləğdə pulu Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Bazarstore mağazasında olan ödəmə terminalından Əkbərin kart hesabına göndərmişdir. Pulu göndərənə qədər o, Əkbərlə danışmamışdır. Pulu göndərəndən sonra Əkbərlə danışmış və Əkbərə işin həll olunması ilə bağlı olaraq suallar vermişdir. Danışıqları zamanı Əkbər işi 15 gün də olmasa bir müddət tez ya gec həll edəcəyini Xanların ona 3.000 manat pulu ona verdiyini, qalan 1.000 manat pulu ona vermədiyini demişdir. Hətta danışıqların birində Əkbər iş həll olunmasa ona 6.100 manat pul qaytaracağını demişdir. Belə ki, həmin 6.000 manat pul işin düzəlməsi üçün Əkbərə çatan pul, 100 manat isə yol pulu kimi xərclədikləri pullar olmuşdur. Lakin aralarında olan bir neçə danışıqda isə Əkbər ümumilikdə verdiyi 7.000 manat pulun ona çatmasını demişdir. Bundan keçən müddətdə isə o, həm İlhamə, həm Xanlar, həm də Əkbərlə danışaraq pulunu qaytarmalarını tələb etmişdir. Onun verdiyi ümumilikdə 7.000 manat pulun yalnız 2.000 manatını Təqsirləndirilən şəxs onun istifadəsində olan kart hesabına göndərmişdir. Həmin qəbzin fotoşəklini Əkbər vatsapp vasitəsilə göndərsə də, həmin qəbzi saxlamadığından onu təqdim edə bilməmişdir. Verilən suallara cavab olaraq oğlu Şahid1 Azərbaycan Respublikası FHN-nə yanğınsöndürən kimi işə düzəltməyə köməklik etməsi üçün Şahid3 vasitəsilə tanış olduğu Şahid2 xx.xx.2022-ci i tarixdə 4.000 manat pulu borc müqaviləsi ilə vermiş, xx.xx.2022-ci il tarixdə isə 3.000 manat pulu Mingəçevir şəhərində İlhamənin vasitəsilə tanıdığı Təqsirləndirilən şəxs məxsus kart hesabına göndərmişlər. Belə ki, xx.xx.2022-ci il tarixdə İlhamə ilə danışıqları zamanı o, işin artıq Təqsirləndirilən şəxs tərəfindən həll olunduğunu, Əkbərin FHN-nin rəhbərliyində yaxın adamlarının olduğunu, Röyalın bütün sənədlərinin Əkbər tərəfindən yığıldığını, 2022-ci ilin aprel ayında Xanların 4.000 manat pulu Əkbərə verdiyini demişdir. İlhamənin dediklərini həm Xanlar, həm də Əkbər təsdiq etdiyindən o, İlhamənin dediklərinin doğruluğuna inanmışdır. O, iş həll olunmadıqdan və pulu geri qaytarılmadıqdan sonra Xanlar və İlhaməyə zəng edərək pulu nə üçün Əkbərə vermələrini, nə üçün bu barədə qabaqcadan ona məlumat vermədiklərini soruşan zaman Xanlar İlhamənin pulu Əkbərə verilməsi ilə bağlı olaraq guya onunla razılaşdığını bildirdiyindən İlhamənin sözündən sonra pulu Əkbərə verdiyini demişdir. İlhamə isə Əkbərin bir neçə nəfərin işə düzəlmə məsələsini həll etməsi haqqında məlumatı olduğundan pulu ona heç bir şey demədən Əkbərə verdiklərini demişdir.Həmçinin o, İlhamə ilə danışan zaman İlhamənin ona hər hansı məbləğdə pul çatmadığını deməsinə baxmayaraq, Xanlara zəng edəndə o, pulun 1.000 manatını İlhaməyə verdiyini demişdir. O, Xanların dedikləri barədə İlhaməyə deyəndə İlhamə Xanların ona 1.000 manat borcunun olduğunu və həmin pulu da ona görə verdiyini demişdir. Lakin həmin 7.000 manatdan kimə hansı məbləğdə pul çatmasını dəqiq bilməmişdir. Yekunda verdiyi 7.000 manat pulu tələb edəndə isə həm Xanlar, həm İlhamə, həm də Əkbər ümumilikdə 7.000 manat pulun hamısının Əkbərə çatmasını demişlər. Əkbər də pulun ona verilməsini təsdiq edərək pulun 2.000 manatını Röyalın kart hesabına göndərmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ondan alınmış pul tam şəkildə qaytarılmış, lakin o, təqsirləndirilən şəxslə barışmamışdır. Hesab edir ki, təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəsə də, onun keçirdiyi mənəvi sarsıntıları heç vaxt ödəyə bilməyəcəkdir. Ona görə də onunla barışmır. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid1 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ilkin olaraq Azərbaycan Respublikasının güc strukturlarından biri olan Daxili İşlər Nazirliyində xidmətə qəbul olunmaq barədə müraciət etmişdir. Lakin həmin orqana olan normativlərlə uyğun gəlmədiyindən xidmətə qəbul oluna bilməmişdir. Bundan sonra FHN-nə yanğından mühafizə xidmətinə işə qəbul olunmaq istəmişdir. Bununla bağlı olaraq anası Zərərçəkmiş şəxs tanışlarına və qohumlarına onun həmin xidmətə işə qəbul olunmaq məsələsinin həll olunmasına köməklik etmələri üçün tanış şəxsin olub-olmaması ilə maraqlanmışdır. Təxminən 2021-ci ilin iyul ayında anası Bakı şəhərində olan zaman tanışı Xatun adlı şəxslə danışmış və onu işə düzəlmək istədiyi, lakin tanış şəxsin olmaması barədə bildirmişdir. Həmin vaxt Xatun onun belə bir tanışının olduğunu deyərək oğlu Tahirin vasitəsilə tanıdığı Şahid3 anası ilə əlaqələndirmişdir. Həmin vaxt aralarında olan danışıq zamanı İlhamə anasına onun işə qəbul olunması üçün 10.000 manat pul istəmişdir. Lakin həmin məbləğdə pulları olmadığından anası İlhamə razılaşmamışdır. 2022-ci ilin yanvar ayında anası İlhamə ilə əlaqə saxlayaraq onu işə düzəltmək müqabilində yenidən danışıqlar aparmış və 8.000 manat müqabilində razılaşmışlar. Belə ki, razılaşmalarına əsasən, onlar ilkin olaraq 4.000 manat pul verməli olmuşlar, qalan 4.000 manat pulu isə işə qəbulla bağlı əmr gəldikdən sonra verməli olmuşlar. xx.xx.2022-ci il tarixdə anası Bakı şəhərində 15 saylı notariat ofisində 4.000 manat pulu borc müqaviləsi ilə İlhamənin vasitəsilə tanıdığı Şahid2 vermişdir. Belə ki, İlhamə əvvəlcə işi Xanların gördüyünü deyərək pulu ona vermələrini istəmişdir. Təxminən 2022-ci ilin aprel-may ayında Xanlar zəng edib onu həkim komissiyasından keçmək üçün Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə FHN-nin Hospitalının qarşısına çağırmışdır. Orada Xanlar və sonradan tanıdığı Təqsirləndirilən şəxs Qanboy oğlunu görmüşdür. Orada onlar sənədlərin komissiyaya təqdim olunduğunu, binaya daxil olmaq lazım olmadığını demişlər. Təxminən 1 saat orada gözlədikdən sonra, ona bir neçə sənədə imza çəkdirmişlər və sonra o, Mingəçevir şəhərinə qayıtmışdır. Onların demələrinə görə təxminən bir neçə həftə sonra idmandan məqbul vermək üçün Bakı şəhərinə çağırılmalı olmuşdur. Lakin idman üçün onu Bakı şəhərinə çağırmamışlar. Bundan sonra İlhamənin vasitəsilə tanıdıqları şəxslərin onları aldatdığını və hər dəfə müxtəlif bəhanələr gətirmələrini görərək pullarını tələb etməyə başlamışlar. Bundan bir qədər sonra İlhamə artıq onun işə qəbulla bağlı olan məsələsini Əkbər adlı şəxsin həll edəcəyini, buna görə də Əkbərin kart hesabına 3.000 manat pul göndərmələrini, qalan 1.000 manatı işə qəbulla bağlı əmr gəldikdən sonra verəcəklərini demişdir. Buna görə də xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” mağazasında olan ödəmə terminalı vasitəsilə 3.000 manat pulu Təqsirləndirilən şəxs Qanboy oğluna məxsus son səkkiz rəqəmi ********* olan kart hesabına göndərmişdir. Onların deməsinə görə 2 həftə ərzində onun işə qəbulla bağlı olan əmri gəlməli olmuşdur. Lakin buna baxmayaraq ona verilən vədə əməl etməmişlər. Verdikləri pulu da geri qaytarmamışlar. Yalnız şikayət ərizəsi ilə müraciət etdikdən sonra Təqsirləndirilən şəxs aldıqları pulun 2.000 manatını geri qaytarmışdır. Verilən suallara cavab olaraq o, anası Zərərçəkmiş şəxs onun AR FHN-nə yanğınsöndürən vəzifəsinə işə düzəməyə köməklik etməsi üçün Şahid3 vasitəsilə tanış olduğu Xanlar adlı şəxsə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 15 saylı notarial ofisində 4.000 manat verdiyini, xx.xx.2022-ci il tarixdə İlhamənin vasitəsilə tanıdıqları Təqsirləndirilən şəxs kart hesabına Mingəçevir şəhərində yerləşən ödəmə terminalından 3.000 manat pul göndərdiyini, ümumilikdə 7.000 manat pulun 2.000 manatı geri qaytarıldığını, qalan 5.000 manat isə geri qaytarılmadığını bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid3 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 3-4 il əvvəl tanımışdır. Belə ki, onlar Bakı şəhərində olan məcburi köçkünlərə yardımlar hazırlayıb göndərən zaman, Qönçə Bakı şəhərində Dərnəgül adlanan ərazidə məcburi köçkün kimi yaşamış və həmin vaxtlardan aralarında münasibət yaranmışdır. O, Zərərçəkmiş şəxs ilə Bakı şəhərində görüşüb söhbət edən zaman Qönçə oğlu Şahid1 Azərbaycan Respublikası FHN-nə yanğın söndürən vəzifəsinə işə düzəltməyə köməklik edə biləcək tanışının olub-olmaması barədə soruşmuşdur. Həmin vaxt tanışı Şahid2 FHN-nə işə düzəltməyə köməklik edə bilcək tanışlarının olduğunu bildiyindən Xanlara zəng edərək bu məsələdə ona köməklik etməsini istəmişdir. Danışıqları zamanı Xanlar Röyalı FHN-nə işə düzətməyə köməklik edə biləcəyini demişdir. O, Xanlara Qönçə ilə yaxın münasibəti olduğunu, Qönçənin yanında onu pis vəziyyətdə qoymamasını, əgər işin düzəlməsində hər hansı maneə varsa qabaqcadan bu haqda məlumat verməsini istəmişdir. Xanlar isə Röyalın işə düzəlməsi üçün heç bir maneə olmadığını, FHN-də çalışan vəzifəli tanışları vasitəsilə işi 3 ay müddətində həll edə biləcəyini demişdir. O, Qönçə kimi övladını tək böyütdüyündən və Qönçənin də Röyalın atası vəfat etdiyindən onu tək baxması barədə məlumatı olduğundan Röyalın işə düzəlməsində Qönçəyə köməklik edəcəyini demişdir. Eyni zamanda Xanlar işi tanışlarının vasitəsilə bir qədər ucuz qiymətə həll edə biləcəyini, 8.000 manat puldan ona müəyyən qədər pul qalacağını və iş həll olunduqdan sonra ona da hörmət edəcəyini demişdir. Xanların və onun Qönçəni aldatmaqla bağlı heç bir niyyəti olmamışdır. 2022-ci ilin yanvar ayının ortalarında Qönçə, o və Xanlar birinci dəfə Bakı şəhərində görüşüb danışmışlar. Danışıq zamanı Röyalın işə düzəlməsi məsələsinin həlli üçün Xanlar və Qönçə 8.000 manat müqabilində razılaşmışlar. Belə ki, razılaşmalarına görə Qönçə sənədləşmə işlərinin həlli üçün ilkin olaraq Xanlara 4.000 manat, iş həll olunduqdan sonra qalan 4000 manatı verməli olmuşdur. Bu danışıqdan təxminən 1 həftə sonra xx.xx.2022-ci il tarixdə o, Xanlar və Qönçə yenidən Bakı şəhərində görüşmüşlər. Görüş zamanı Qönçə üzərində 4.000 manat pul olduğunu, həmin pulu rəsmi qaydada, sənədləşmə aparılaraq vermək istədiyini dediyindən, Xanlar pulu notariusda borc müqaviləsi ilə verməsini təklif etmişdir. Qönçə də onun təklifi ilə razılaşmışdır. Odur ki, həmin gün Bakı şəhəri 15 saylı notariat ofisinə getmişlər və orada Qönçə 4.000 manat pulu 3 ay müddətinə borc müqaviləsi ilə Şahid2 vermişdir. Bundan sonra Xanlar Röyalın işə düzəlməsi üçün bir neçə tanışlarından xahişlər etməyə başlamış, lakin Röyalın işə düzəlməsi ilə bağlı olaraq heç bir irəliləyiş əldə edə bilmədir. Xanlar Röyalın 3 ay ərzində işlə təmin olunacağını desə də, vədinə əməl edə bilməmişdir. Bu müddət ərzində isə Qönçə ona və Xanlara dəfələrlə zənglər etmiş və bu barədə danışıqları olmuşdur. Xanların 3 ay müddətində işi düzəldə bilmədiyini görmüş və digər bir tanışı Təqsirləndirilən şəxs zəng edərək Qönçə adlı tanışına oğlunu FHN-nə işə düzəltmək üçün Xanlardan xahiş etdiyini, Xanların isə onu pis vəziyyətdə qoyduğunu, onu yalançı çıxardığını, Qönçədən 4.000 manat almasına baxmayaraq heç bir iş görə bilmədiyini demişdir. Belə ki, o, Əkbərin əvvəllər FHN-nə işə düzəlmə ilə bağlı olaraq bir neçə şəxsin işinin həll olunmasına köməklik etməsi barədə eşitmişdir. Əkbər elə bu işlərə özünün baxdığını, Xanlara həmin pulu verməsini, işi tez bir müddətdə həll edəcəyini demişdir. O, Qönçənin yanında pis olmamaq, həmçinin ona verdiyi sözün üstündə durmaq üçün Xanlara ona verilən 4.000 manat pulu aparıb Əkbərə verməsini demişdir. Qönçə ilə razılaşılmış 3-cü ayın sonunda 2022-ci ilin aprel ayının sonunda Xanlar 4.000 manat pulu Əkbərə vermişdir. Lakin o, və Xanlar işin həll olunması xatirinə Qönçəyə bu barədə heç nə deməmiş və Əkbərin işi həll edəcəyini düşünmüşlər. Əkbərin onları və Qönçəni aldada biləcəyini düşünməmişlər. Təxminən 2022-ci ilin oktyabr ayında Əkbər onunla əlaqə saxlayaraq işin 15 iş günü müddətində həll olunacağını, qalan 4.000 manat pulu da Qönçədən alaraq onun kart hesabına göndərməsini istəmişdir. Lakin qabaqcadan Qönçə ilə bu şəkildə danışmadıqlarından Əkbərə işi həll edəndən sonra pulun veriləcəyini demiş, lakin Əkbər işin həll olunması üçün lazımi şəxslərə pul verilməli olduğunu və pulunun olmadığını demişdir. Artıq bundan sonra o, Qönçəyə zəng edərək həqiqəti demək məcburiyyətində qalmışdır. Qönçəyə zəng edərək oğlu Röyalın işə düzəlmə məsələsinin Xanlar deyil, Təqsirləndirilən şəxs tərəfindən həll olunacağını, pulun aprel ayından Əkbərə verildiyini, lakin işin həll olunması xatirinə ona bu barədə məlumat vermədiyini bildirmişdir. O, Əkbərin dediklərini olduğu kimi Qönçəyə deyərək oğlunun 15 iş günü müddətində işlə təmin olunacağını, buna görə əmrin verilməsi üçün vəzifəli şəxslərə verilməsi məqsədilə qalan 4.000 manat pulu da göndərməsini istəmişdir. Qönçə ilkin olaraq razılaşmasa da, sonradan 3.000 manat pulu göndərəcəyini, qalan 1.000 manatı əmr verildikdən sonra Əkbərə verəcəyini demişdir. Bundan sonra Əkbərin göndərdiyi özünün adına olan kartı 3.000 manat pulu köçürməsi üçün Qönçəyə göndərmişdir. xx.xx.2022-ci il tarixdə həmin karta 3.000 manat pul göndərilmişdir. Əkbər pulun ona çatdığını, işi 15 gün ərzində həll edəcəyini, bundan sonra qalan 1.000 manatı istəyəcəyini demişdir. Əkbərin deməsinə görə artıq iş tam şəkildə həll olunmuş, sadəcə olaraq əmrin imzalanması və möhürlənməsi işi qalmışdır. Lakin Əkbərin verdiyi müddət bitməsinə baxmayaraq o, yenidən bəhanələr gətirməyə başlayaraq işin həlli üçün maneələrin yarandığını demişdir. Bundan sonra keçən müddət ərzində Əkbər 7.000 manat pulu qaytara bilmədiyindən, həmçinin verdiyi vədinə əməl edə bilmədiyindən Qönçə şikayət ərizəsi ilə müraciət etmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs onun vasitəsilə tanış olduğu Şahid2 oğlu Röyalı işə düzəltmək üçün ilkin olaraq Bakı şəhərində 15 saylı notariat ofisində 4.000 manat pul vermişdir. Razılaşmaya əsasən işə qəbulla bağlı ilkin olaraq sənədləşmə işlərinin həlli üçün 4.000 manat pul verildikdən sonra, qalan 4.000 manat isə əmr verildikdən sonra Xanlara verilməli olmuşdur. Lakin Xanlar 3 ay müddətində işi həll edə bilmədiyindən Xanlara Qönçədən aldığı 4.000 manat pulu Təqsirləndirilən şəxs verməsini, artıq Əkbərin işi həll edəcəyini demişdir. Əkbər işin həlli üçün qalan pulun da verilməsini istədiyindən xx.xx.2022-ci il tarixdə Qönçə Əkbərin istifadəsində olan kart hesabına 3.000 manat pul göndərmiş, lakin Əkbər ümumilikdə 7.000 manat pulu almasına baxmayaraq işi tam şəkildə həlll edə bilməmişdir. Həmçinin o, tanışı Şahid2 Zərərçəkmiş şəxs oğlunu işə düzəldə bilməməsi haqqında məlumat verəndə Qönçənin yanında pis vəziyyətdə qaldığını, bu işi necə olursa həll etmək lazım olduğunu deyərək tanışı Təqsirləndirilən şəxs müraciət etdiyini, Qönçədən 4.000 manat pul almaları barədə məlumat verəndə Əkbər hər bir halda necə olursa işi həll edəcəyini dediyindən, Xanlara pulu aparıb Bakı şəhərində Əkbərə verməsini dediyini bildirmişdir. X10 aldatmaq məqsədinin olmasını qabaqcadan bilməmişdir. O, Qönçənin oğlunun işə düzəlmə məsələsinin həlli üçün Xanlarla danışıqlar apararaq Qönçə və Xanları əlaqələndirdiyini, Xanların işi həll edə bilməyəcəyini gördüyündən, Əkbərdən həmin işi həll etməsini xahiş etdiyini bildirmişdir. Lakin işin həlli üçün ona hər hansı bir məbləğdə pul vəsaiti verilməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid2 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid2 istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2 il əvvəl tanışı Şahid3 vasitəsilə tanımışdır. Belə ki, təxminən 2022-ci ilin yanvar ayında İlhamə onunla əlaqə saxlayaraq tanışı Zərərçəkmiş şəxs oğlu Şahid1 Azərbaycan Respublikası FHN-nə yanğın söndürən vəzifəsinə işə düzəltməyə köməklik edib-edə bilməyəcəyi barədə ondan soruşmuşdur. O, Şahid1 işə düzəltmək üçün tanışının olduğunu deyərək İlhamənin vasitəsilə Qönçə ilə əlaqə saxlamışdır. Çünki o, FHN-də Şahid1 işə düzəlməsi ilə bağlı məsələnin həll olunması üçün tanış şəxs taparaq işi həll edəcəyini və işin həllindən ona müəyyən məbləğdə pul qalacağını düşünmüşdür. Buna görə də Zərərçəkmiş şəxs ilə Bakı şəhərində İlhamənin yanında görüşüb danışan zaman Röyalın işə düzəlməsi üçün 3 ay müddət lazım olduğunu, həmin müddət ərzində Röyalın işlə təmin oluncağını demişdir. Eyni zamanda Qönçə ilə danışıqları zamanı Röyalı yanğın söndürən vəzifəsinə işə düzəltmyə köməklik etmək üçün Qönçə ilə 8.000 manat müqabilində razılaşmışdır. Belə ki, ilkin olaraq Qönçədən pulun 4.000 manatını verməsini istəmişdir. Həmin pulu da Röyalın işə düzəlməsi üçün lazım olan sənədləşmə işlərinin həlli üçün istifadə edəcəyini demişdir. Qalan 4.000 manat pulu isə Röyalın işə qəbulla bağlı olan əmri gələndən sonra verməsini istəmişdir. Qönçə də onunla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə o, Qönçə və İlhamə Bakı şəhərində görüşmüşlər. Qönçə 4.000 manat pulu rəsmi qaydada vermək istədiyini deyən zaman Qönçəyə pulu borc müqaviləsi ilə notariusun iştirakı ilə verməsini təklif etmişdir. Beləliklə, həmin gün Bakı şəhəri, 15 saylı notariat ofisində Qönçə ona 4.000 manat pulu borc müqaviləsi ilə vermişdir. Borc müqaviləsində pulun 3 ay müddətində verilməsini qeyd etmişlər. O, 3 ay müddətində Röyalı işlə təmin etməyə köməklik edəcəyini və aldığı puldan na da müəyyən mələğdə pul qalacağını düşünmüşdür. Qönçəni və ya Röyalı aldatmaq niyyəti olmamışdır. Lakin keçən 3 ay ərzində bir neçə tanışından Röyalın işə düzəlməsi üçün xahişlər etsə də, onu işə düzəldə bilməmişdir. Bu müddət ərzində də İlhamə ilə dəfələrlə danışıqları olmuş və İlhamə Qönçənin yanında pis vəziyyətdə qaldığını, onu da işə saldığını demişdir. Təxminən elə söz verdiyi kimi 3 aydan sonra İlhaməyə zəng edərək Röyalın işə düzəlmə məsələsini həll edə bilmədiyini və Qönçənin pulunu özünə qaytaracağını demişdir. X11 yanında yalançı çıxmaq istəmədiyini, işin həll olunması üçün başqa kiminləsə danışaraq ona məlumat verəcəyini demişdir. Sonra İlhamə ilə danışıqları zamanı İlhamə başqa bir tanışı olan Təqsirləndirilən şəxs Röyalın işi ilə bağlı məlumat verdiyini, Əkbərin həmin işi həll edə biləcək tanışlarının olduğunu, onun özünün də işi həll etməyə razılıq verdiyini deyərək Qönçədən aldığı 4.000 manat pulu Əkbərə verməsini demişdir. Təxminən 2022-ci ilin aprel ayının sonlarında 4.000 manat pulu Bakı şəhərində, hal-hazırda xatırlamadığı ərazidə 2 dəfəyə hər dəfəsində 2000 manat olmaqla Əkbərə vermişdir. O da İlhamə də Zərərçəkmiş şəxs ilə ümumilikdə 8.000 manat müqabilində razılaşmaları və bunun üçün Qönçədən ilkin olaraq 4.000 manat pul almaları haqqında Əkbərə məlumat vermişlər. Mütəmadi olaraq Qönçə onunla əlaqə saxlayan zaman isə işin tez bir zaman kəsiyində həll olunacağı barədə Qönçəyə məlumat vermişdir. Həmçinin Qönçənin pulunu Əkbərə verdiyindən 4.000 manatı Qönçəyə qaytara bilməmişdir. Pulu Əkbərə verəndən sonra Əkbərin işin həll olunması üçün əlavə olaraq Zərərçəkmiş şəxs 3.000 manat pulu istifadəsində olan kart hesabına göndərtməklə ələ keçirməsi, sonradan Əkbərin barəsində şikayət ərizəsi ilə müraciət olunduqdan sonra həmin pulun 2.000 manatını geri qaytarması barədə məlumatı olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs Əkbərlə əlaqə saxlayaraq pulunu ala bilmədiyindən onunla əlaqə saxlayaraq pulu tələb etmiş və bu barədə də həmin vaxt məlumatı olmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilkin olaraq oğlu Röyalı işə düzəltmək üçün Bakı şəhərində 15 saylı notariat ofisində 4.000 manat pul almışdır. Razılaşmalarına əsasən işə qəbulla bağlı ilkin olaraq sənədləşmə işlərinin həlli üçün 4.000 manat pul verilmiş, qalan 4.000 manat isə əmr verildikdən sonra verilməli olmuşdur. Həmçinin o, işi 3 ay müddətində həll edəcəyini dediyindən, borc müqaviləsini də həmin müddətlik bağlamışlar. Lakin işi həll edə bilməmiş və İlhamə Qönçəyə söz verdiyini və onun yanında pis vəziyyətdə qaldığını deyərək başqa şəxsin vasitəsilə işi həll etmək istədiyini dediyindən pulu Qönçəyə verməmişdir. Həmçinin sonradan İlhamə Əkbərlə danışaraq Əkbərin işi həll etməyə razılıq verdiyini dedikdən sonra Qönçədən aldığı 4.000 manat pulu 2022-ci ilin aprel ayının sonlarında Bakı şəhərində Əkbərə vermişdir. Əkbər özü sonradan 3.000 manat pulu istifadəsində olan kart hesabına göndərilməsinə nail olmuşdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli götürmə və baxış prokolundan görünür ki, təqdim olunmuş borc müqaviləsi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 15 saylı notariat ofisində borc verən Zərərçəkmiş şəxs ilə borc alan Şahid2 arasında bağlanmış və Zərərçəkmiş şəxs Şahid2 4.000 manat pulu 3 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək borca vermişdir. Təqdim olunmuş 1 ədəd qəbzə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15:29:23-də Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” mağazasında yerləşən 51349 nömrəli ödəmə terminalından Təqsirləndirilən şəxs adına olan son səkkiz rəqəmi 20055673 olan “Unibank” kartına 3.000 manat pul köçürülmüşdür. Həmçinin təqdim olunmuş 1 ədəd diskə baxış zamanı Zərərçəkmiş şəxs və onun səs nümunəsinin sahibi olduğunu qeyd etdiyi Təqsirləndirilən şəxs ilə aralarında Şahid1 işə düzəltmək ilə bağlı olan danışıqlar aparılmışdır Cinayət işinin materiallarında xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş disk açılan zaman orada 11 ədəd audio formatda material aşkar olunmuş, baxış zamanı danışıqlardan məlum olmuşdur ki Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlu Şahid1 Azərbaycan Respublikası FHN-nə yanğın söndürmə vəzifəsinə işə düzəltmək ilə bağlı olaraq sənədlərin hazırlanaraq nazirliyin kadrlar şöbəsinə verildiyini, Şahid1 işə düzəldilməsi ilə bağlı olaraq yüksək vəzifəli şəxslərlə danışıqlar aparıldığını və işin düzəldilməsi üçün hər şeyin hazır olduğunu, yalnız sənədlərin nazirlik tərəfindən möhürlənməsi işinin qaldığını bildirir, lakin verdiyi vədinə əməl etmədiyindən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onlardan tələb etdikləri bütün sənədləri verdiklərini, həmçinin deyilən vaxtlarda Bakı və Gəncə şəhərlərində FHN-in müvafiq struktur qurumlarında olduqları halda işin heç bir şəkildə düzəlmədiyini qeyd edərək ondan oğlu Şahid1 işə düzəlmə müqabilində verdiyi pulu tələb edir. Baxış zamanı müəyyən olunmuşdur ki, 7-ci səs yazısının 58-ci saniyəsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 6.100 manat pulunu tələb etməsi, Təqsirləndirilən şəxs isə 6.100 manat pulu verəcəyini qeyd etməsi əks olunmuşdur. Səs yazılarından 10-cu səsdə X12 Quliyevin işə düzəlmə məsələsinin həlli üçün Qönçə ilə 8.000 manat deyil, 6.000 manat qarşılığında razılaşmalarını deməsi qeyd olunmuşdur. Cinayət işinin materiallarında olan 26 yanvar 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 310, 32.4, 312-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Şahid2 və Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.4,32.5,178.2.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan Qax Rayon Məhkəməsinin 1(024)-20/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdən 23 avqust 2024-cü il tarixədək həbsdə saxlandığı 05 ay 27 gün müddət Azərbaycan Respublikası CM–in 69.3– cü maddəsinə əsasən həbsdə saxlandığı bir gün azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanaraq cəmi 11 ay 24 gün müddət təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 2(iki) il 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2025–cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə AR CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2(iki) il 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 09 dekabr 2025-ci il tarixli cavab məktubundan görünür ki, Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-nin 178.2.1, 178.2.4 və 69.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm və onun icrası barəsində göstəriş xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs 09 dekabr 2025-ci il tarixə kimi Abşeron Rayon İcra və Probasiya şöbəsində gəlib qeydiyyatdan keçməmiş, cəzası çəkilməmiş qalmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə onun 7000(yeddi min) manat məbləğdə pul vəsaitini ələ keçirərək, ona xeyli miqdarda ziyan vurmaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə,məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs oğlu Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə «yanğınsöndürən» kimi işə qəbul edilməsinə köməklik edəcəyini əvvəlcə tanışları Şahid3 və Şahid2 vasitəsi ilə vəd verib, onu aldadaraq, Zərərçəkmiş şəxs məxsus 7000 (yeddi min) manat məbləğdə pulu aldatma və etibardan sui-istifadə etməklə alıb, ələ keçirərək və bununla da ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 178.2.4–cü maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin dələduzluq kimi qiymətləndirilməsinə dair öz qənaətini onunla əsaslandırır ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş təkzibedilməz sübutlara əsasən, onun niyyəti zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxsin pul vəsaitini ələ keçirib onu aldatmaqdan ibarət olmuşdur. Belə ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlu Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə «yanğınsöndürən» kimi işə qəbul edilməsinə köməklik edəcəyini əvvəlcə tanışları Şahid3 və Şahid2 vasitəsi ilə yalan vəd verib, onu aldadaraq, zərərçəkmiş şəxsin 7000 (yeddi min) manat məbləğdə pulunu almış, lakin həmin pul vəsaitlərini geri qaytarmayaraq dələduzluq niyyətini həyata keçirmişdir. Bununla da təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi əlverişsiz vəziyyətə salmaqla, onun etibarından sui-istifadə etmək və aldatmaq yolu ilə pul vəsaitini ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq niyyətini gerçəkləşdirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4–cü maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4–cü maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, eləcə də həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, cinayət nəticəsində ona vurulmuş 7000 manat məbləğində ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə edilməmişdir. Cinayət işinin materiallarında olan Füzuli rayonu Əhmədalılar kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə AR CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 2(iki) il 6(altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsə də, hazırkı cinayət əməlini hökm çıxarılmazdan əvvəl törətmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs ilkin olaraq 2022ci ilin aprel ayında, habelə 07 oktyabr 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs baxılan cinayət işi üzrə cinayət əməlini hökm çıxarılmazdan əvvəl törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayət əməli Təqsirləndirilən şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl törədildiyinə görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4–cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası və Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını AR CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməsinə baxmayaraq, ona cəza təyin edilməsi ilə bağlı mövqeyini onunla əsaslandırır ki, zərərçəkmiş şəxsə vurulmuş ziyan tam şəkildə ödənilsə də, hazırda təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında barışıq əldə edilməmişdir. Ona görə də təqsirləndirilən şəxsin CM-in 73-1.2-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad olunması istisna olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2–ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəsə də, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etsə də, zərərçəkmiş şəxslə barışıq əldə etmədiyinə görə onun AR CM-nin 178.2.4-cü maddəsi ilə barəsində olan hazırkı cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar məcmu halında mövcud deyildir. Ona görə də onun cinayət məsuliyyətindən azad edilməsi, və barəsində olan cinayət təqibinə xitam verilməsi istisna olunur. Bununla belə təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın tam şəkildə ödənilməsini məhkəmə onun barəsində cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş və cəza təyin edərkən nəzərə almışdır. Bununla belə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş 7000 manat məbləğində maddi ziyanın 25 faizini,yəni 1750 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 1750 manat məbləğində vəsait təqsirləndirilən şəxsə geri qaytarılmalıdır. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstutisiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin edilmiş vahid cəzadan çəkilmiş cəza çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Qax Rayon Məhkəməsinin 1(024)-20/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs əvvəlki iş üzrə 26 fevral 2024-cü il tarixdən 23 avqust 2024-cü il tarixədək həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 05 ay 27 gün təşkil etmişdir. Ona görə də hazırkı cinayət işi üzrə həmin müddət nəzərə alınmalıdır. Eləcə də axtarışda olan şəxsin tutulması barədə protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhər ərazisində saxlanılaraq Mingəçevir ŞPŞ-nə gətirilmiş, aidiyyəti üzrə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixdə barəsində "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmişdir. Axtarışda olan şəxsin tutulması barədə protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhər ərazisində saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilmiş, aidiyyəti üzrə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli qərara əsasən barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbirinin nəzərə alınması qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(051)-9/2025 saylı qərarı ilə barəsində axtarış elan edilmiş və axtarışda olan şəxsin tutulması barədə protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhər ərazisində saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilmiş, aidiyyəti üzrə təhvil verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(051)-9/2025 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və axtarışda olan şəxsin tutulması barədə protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhər ərazisində tutularaq Mingəçevir ŞPŞ-yə gətirilmiş, aidiyyəti üzrə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət 29 gün təşkil edir. Bununla da təqsirləndirilən şəxsin hazırkı cinayət işi üzrə həbsdə saxlanıldığı müddət cəmi 1 ay 02 gün təşkil edir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəmi 6 ay 29 gün müddət təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə saxlandığı 6 ay 29 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın müddəti ona cinayətlərin məcmusu üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 1 il 1 ay 28 gün müddət, təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Füzuli rayonunun ərazi hüdudlarını tərk etməmək, Füzuli rayonunda yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, məhkəməyə cinayət işi üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı 5000 manat məbləğində mülki iddiasını iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, mülki cavabdeh Təqsirləndirilən şəxs vurduğu 7000 manat ziyanı tamamilə ödəməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, mülki iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2 və 181.2.1–ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini tələb edir. Həmin Məcəllənin 354.1 və 354.1.2-ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın rədd edilməsi əks etdirilir. Məhkəmə hazırkı cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə maddi sübut yoxdur, həmçinin müsadirə edilməli olan əmlak müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum etməklə barəsində ittiham hökmü çıxarıldıqda, şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 2 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(024)- 20/2024 saylı hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM–in 66.2–ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 05 ay 27 gün müddət, hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2025-ci il tarixdə həbsdə saxlanıldığı cəmi 03 gün müddət, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 29 gün müddət, ümumilikdə 6 ay 29 gün müddət Azərbaycan Respublikası CM–in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Füzuli rayonunun ərazi hüdudlarını tərk etməmək, Füzuli rayonunda yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia təmin edilməsin. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödənilmiş 1750 (bir min yeddi yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən alınaraq Təqsirləndirilən şəxs qaytarılsın. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-9/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-9/2025
10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver