Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-90/2020 10.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı ildə Yevlax rayonu Varvara kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Mingəçevir şəhəri Yaşıllaşdırma və X1 bağban işləyən, məhkum olunmamış, Yevlax rayonu Varvara kəndində qeydiyyatda olan, Mingəçevir şəhəri Günəşli bağ massivi 12-ci küçədə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs xx.xx.2020-ci tarixdə saat 03 radələrində Mingəçevir şəhəri, Günəşli bağ massivi 12-ci küçədə yerləşən evə gəldikdən sonra onunla nə səbəbə görə maraqlanmadığını keçmiş arvadı Zərərçəkmiş şəxs deyib sonuncu ilə şəxsi münasibətlər zəminində mübahisə zamanı qəsdən onun saçından tutub bir dəfə yumruq zərbəsi ilə sağ gözünün alt nahiyəsinə, bir dəfə isə ağız nahiyəsinə, sonra isə əli ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq hər iki bazu nahiyələrində, sol said nahiyəsində, sol kürək nahiyəsində və hər iki baldırlarında qançırlar, üst dodağında yara ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Aşkar cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ülkər ilə 2008-ci ildə ailə həyatı qurub 2020-ci ilin fevral ayında isə rəsmi qaydada boşanmışlar. Boşanmaqlarına baxmayaraq yenə də Mingəçevir şəhəri Günəşli bağ massivi 12-ci küçədə birlikdə yaşayırlar. Evli olduqları müddət ərzində aralarında mütəmadi olaraq mübahisələr olmuş və sonuncu dəfə xx.xx.2020-ci il tarixdə saat 03 radələrində spirtli içki qəbul edib yaşadığı evə getmişdir. Həmin günü evdə Ülkərin xalası qızı Günelin və rəfiqəsi Mətanət də olmuşdur. Sərxoş vəziyyətdə olduğundan evə daxil olub Ülkərə hansı səbəbdən onu axtarmadığını, onunla maraqlanmadığını bildirmiş və onunla mübahisə etmişdir. Mübahisə zamanı Ülkərin saçından tutub bir dəfə yumruq zərbəsi ilə sağ gözünün alt nahiyyəsinə, bir dəfə isə ağız nahiyyəsinə vurmuşdur. Sonra isə əli ilə Ülkərin bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. Bunu görən Günel və Mətanət onları aralaşdırmış və bundan sonra evdən çıxıb getmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış və ona vurulmuş ziyanı ödəmişdir. Ona görə də barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini xahiş edir. Aşkar cinayət üzrə şikayət vermiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. Təqsirləndirilən şəxsla 2008-ci ildə ailə həyatı qurmuş, 2020-ci ilin fevral ayında isə rəsmi qaydada boşanmışdır. Boşanmaqlarına baxmayaraq yenə də Mingəçevir şəhəri Günəşli bağ massivi 12-ci küçədə bir evdə yaşamışlar. Evli olduqları müddət ərzində aralarında mütəmadi olaraq mübahisələr olmuşdur. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə yaşadıqları evə gəlmiş, həmin vaxtı evdə xalası qızı Şahid1 və rəfiqəsi Mətanət də olmuşdur. Asim evə daxil olan kimi ondan onu hansı səbəbdən axtarmadığını, onunla maraqlanmadığını bildirmiş və onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Asim onun saçından tutub bir dəfə yumruq zərbəsi ilə sağ gözünün alt nahiyyəsinə, bir dəfə isə ağız nahiyyəsinə vurmuşdur. Sonra Asim əli ilə onun bədəninin müxtəlif nahiyyələrinə vurmaqla onu döymüş, xalası qızı Günel və rəfiqəsi Mətanət onu Asimin əlindən almışdır. Hal hazırda barışdıqlarına və ona dəymiş ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək barışdıqlarını bildirmiş, bu əsasa görə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını öyrənməklə aşağıdakılara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 370 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı hər iki bazu nahiyyələrində, sol said nahiyyəsində, sol kürək nahiyyəsində və hər iki baldırlarında qançırlar, üst dodağında yara, küt əşyanın (alətin-lərin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğundur, ağırlıq dərəcələrinə görə ümumilikdə götürdükdə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aid olduğu müəyyən edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə olunmuş tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar barışmışlar. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarından görünür ki, əməli törətmiş şəxslə zərər çəkmiş şəxs barışmış, zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması qəbul edilməli və cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73.2-ci, CPM-nin 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutaraq qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə xitam verilsin və o,cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-90/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-90/2020
10.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver