Məhkəmə qərarları › İş №1(051)-90/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-90/2023

09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-90/2023 09.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.2004-cü il tarixdə Şəki rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay,işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Mingəçevir şəhəri, Fizuli küçəsində yerləşən “Sahil” parkının qarşısında xalası Şahid1 keçmiş əri Zərərçəkmiş şəxs ilə təsadüfən qarşılaşarkən bir neçə gün əvvəl Zərərçəkmiş şəxsla onun xalası Şahid1 arasında yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs xalası ilə kobud rəftar etdiyinə görə Zərərçəkmiş şəxs qisas almaq məqsədi ilə Mingəçevir şəhəri, Fizuli küçəsində yerləşən “Sahil” parkının qarşısındakı dairədə yerləşən parkda şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı başı ilə Zərərçəkmiş şəxs burun nahiyəsindən vuraraq, ona burun sümüyünün yerdəyişən sınığı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokol tərtib edilərək məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə məhkəməyə verildiyi cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs onun xalası Şahid1 keçmiş həyat yoldaşı olduğunu, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs onun xalası Şahid1 döydüyünü, xx.xx.2023-cü il tarixdə isə xalası və xalası oğlu Fəridlə birlikdə “Sahil” parkına gəzmək məqsədi ilə getdikdə, parkın girişində Zərərçəkmiş şəxsla rastlaşmalarını, Zərərçəkmiş şəxs onun xalasını döydüyü üçün onunla söhbət etmək məqsədi ilə onu kənara çəkməsini, söhbət zamanı Zərərçəkmiş şəxs onun üzərinə bıçaq çıxartmasını və bu zaman o, Zərərçəkmiş şəxs burun nahiyyəsinə başı ilə zərbə vurmasını bildirmiş, hadisə zamanı Zərərçəkmiş şəxs tək döydüyünü göstərmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxsla barışmış, hazırda əməlindən peşmandır, ona görə də cinayət məsuliyyətindən azad edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində xx.xx.2023-cü il tarixdə “Sahil” parkının girişində olan zaman keçmiş həyat yoldaşı Şahid1, oğlu Fərid və bacısı oğlu Muradla oraya gəlməsini, Muradın onu kənara çəkərək, guya xalasını nə üçün döydüyünə aydınlıq gətirməsini, daha sonra isə aralarında yaranmış mübahisə zamanı başı ilə onun burun nahiyyəsindən vurmasını, yerə yıxıldıqda isə Murad və Fərid ayaqları ilə onun bədəninə bir neçə zərbələr vurmalarını göstərmişdir. Lakin hadisədən sonra o, Təqsirləndirilən şəxslə barışmışdır. Hazırda ondan heç bir şikayəti yoxdur və məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşı olduğunu, lakin 2022ci ildə onlar ayrılmasını, Zərərçəkmiş şəxs mütəmadi olaraq onu narahat etməsini, xx.xx.2023cü il tarixdə isə onu döydüyünü, xx.xx.2023-cü il tarixdə isə oğlu Fərid və bacısı oğlu Muradla birlikdə “Sahil” parkına gəzmək məqsədi ilə getdikdə, parkın girişində Zərərçəkmiş şəxsla rastlaşmalarmı, Zərərçəkmiş şəxs onu döydüyü üçün bacısı oğlu Murad onunla söhbət etmək məqsədi ilə onu kənara çəkməsini, söhbət zamanı Zərərçəkmiş şəxs onun üzərinə bıçaq çıxartmasını və bu zaman o, Zərərçəkmiş şəxs burun nahiyyəsinə başı ilə zərbə vurmasını bildirmiş, hadisə zamanı Zərərçəkmiş şəxs Muradın tək döydüyünü göstərmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid2 və Şahid3 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadələrini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Zərərçəkmiş şəxs onun anası Şahid1 keçmiş həyat yoldaşı olduğunu, lakin 2022-ci ildə onlar ayrılmasını, Zərərçəkmiş şəxs mütəmadi olaraq onları narahat etməsini, xx.xx.2023cü il tarixdə isə Zərərçəkmiş şəxs onun anasını döydüyünü, xx.xx.2023-cü il tarixdə isə anası İnci və xalası oğlu Muradla birlikdə “Sahil” parkına gəzmək məqsədi ilə getdikdə, parkın girişində Zərərçəkmiş şəxsla rastlaşmalarını,Zərərçəkmiş şəxs onun anasını döydüyü üçün xalası oğlu Murad onunla söhbət etmək məqsədi ilə Romanı kənara çəkməsini, söhbət zamanı Zərərçəkmiş şəxs onun üzərinə bıçaq çıxartmasını və bu zaman Muradın Zərərçəkmiş şəxs burun nahiyyəsinə başı ilə zərbə vurduğunu görməsini göstərmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində xx.xx.2023-cü il tarixdə, saat 19:30 radələrində işlədiyi “Gənclik” restoranının qarşısında dayandığını, bu zaman Romanın bir nəfər şəxslə mübahisə etməsini gördüyünü, həmin şəxsin başı ilə Romanın üz nahiyyəsindən vurub, yerə yıxdığını, daha sonra isə həmin şəxs və sonradan Romanın keçmiş həyat yoldaşının oğlu olmasını bildiyi şəxsin yerdə Romanı ayaqları ilə bir neçə zərbə vuraraq döydüklərini, tez gəlib orada Romanın keçmiş həyat yoldaşı ilə birlikdə onları ayırmasını, daha sonra isə polis əməkdaşlarının ora gəldiklərini göstərmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, baş vermiş hadisə yeri Mingəçevir şəhəri, Fizuli küçəsində yerləşən “Sahil” parkının qarşısıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi publik hüquqi şəxsin Mingəçevir şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 302 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər - burun sümüyün qapalı yerdəyişən sınığı və sol bazunun qançırı küt əşyanın (alət-lərin) təsirindən əmələ gəlmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə burun sümüyün sınığı sağlamlığın qısa müddətdə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya, sol bazu nahiyəsində qançır sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan xəsarətə aid edilir. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şahid2,Zərərçəkmiş şəxs yerdə olan zaman onu ayağı ilə vurması ilə bağlı onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün şöbənin İTB-nə qərar verilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində CM-nin 221.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. 24 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokol və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Odur ki, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayəti olmadığını bildirmiş və ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını bildirmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfədir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməldir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM–nin 72–ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Odur ki, məhkəmə hazırki iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–nin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə onnu barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar