Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-90/2024 28.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 oğlunun və onun müdafiəçisi Mingəçevir şəhər Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Mingəçevir şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri H.Əliyev küçəsi ev 84/1 mənzil 68-də qeydiyyatda olmaqla Mingəçevir şəhəri Günəşli bağ massivi 3-cü küçədə yaşayan, barəsində xx.xx.2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1988-ci ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri Nizami küçəsi ev 12 mənzil 30-da qeydiyyatda olmaqla Mingəçevir şəhəri Günəşli bağ massivi 12-ci küçədə yaşayan, barəsində xx.xx.2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 oğlu tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup halında cinayət əlaqəsinə girərək əvvəllcədən aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən hər ikisi birlikdə, 27 dekabr 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi Əli İslam küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə açıq qapıdan keçdikdən sonra hər ikisi birlikdə həyətdəki yaşayış evinə açıq olan giriş qapısından qanunsuz olaraq daxil olub evin otağından 150 (yüz əlli) manat dəyərində 1 (bir) ədəd 5 (beş) kiloqram tutumlu istifadə edilmiş “Arçelik” markalı, paltaryuyan maşını, 40 (qırx) manat dəyərində “Eurolux” markalı, 3 (üç) ocaqlı istifadə edilməmiş 1 (bir) ədəd quraşdırılan qaz piltəsini, 20 (iyirmi) manat dəyərində 1 (bir) ədəd suvenir xəncəri özgənin, yəni Zərərçəkmiş şəxs məxsus 210 (iki yüz on) manat məbləğdə əmlakını Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 oğlu ilə qabaqcadan əlbir olub qrup halında cinayət əlaqəsinə girərək əvvəllcədən aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən hər ikisi birlikdə, 27 dekabr 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi Əli İslam küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə açıq qapıdan keçdikdən sonra hər ikisi birlikdə həyətdəki yaşayış evinə açıq olan giriş qapısından qanunsuz olaraq daxil olub evin otağından 150 (yüz əlli) manat dəyərində 1 (bir) ədəd 5 (beş) kiloqram tutumlu istifadə edilmiş “Arçelik” markalı, paltaryuyan maşını, 40 (qırx) manat dəyərində “Eurolux” markalı, 3 (üç) ocaqlı istifadə edilməmiş 1 (bir) ədəd quraşdırılan qaz piltəsini, 20 (iyirmi) manat dəyərində 1 (bir) ədəd suvenir xəncəri özgənin, yəni Zərərçəkmiş şəxs məxsus 210 (iki yüz on) manat məbləğdə əmlakını Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 oğlu məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Mingəçevir şəhəri ərazisində fəhləliklə məşğul olur. Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır. Beləki Günəşli bağ massivində qonşuluqda yaşayırlar. 27 dekabr 2023-cü il tarixdə Mingəçevir şəhəri Günəşli bağ massivi 14-cü küçədə yerləşən evlərdən birinin həyətində fəhləlik etdikdən sonra saat təxminən 23 radələrində Günəşli bağ massivinin küçələrarası yol ilə yaşadıqları evə geri qayıdarkən həyətlərdən birinin qarşısından keçərkən həyətdə işıq yandığını görmüşlər. Həyətin bayır qapısı açıq olmuşdur. Qapıdan həyətə keçdikdən sonra həyətdəki evin də qapısının açıq olduğunu görüb hər ikisi birlikdə evə daxil olmuşlar. Ev 1 otaqdan ibarət olmuşdur. Otaqda müxtəlif məişət əşyaları olmuşdur. Evdən 1 ədəd masa üstü sobanı, 1 ədəd paltaryuyan maşını, 1 ədəd xəncəri götürüb bayıra çıxmışlar. Fəhləliklə məşğul olduqları üçün özlərində yük arabası olmuşdur. Həmin əşyaları arabaya yükləyib küçələrarası yolla yaşadıqları evlərə getmişlər. Paltaryuyan maşını o, xəncər və qaz piltəsini isə Anar öz yaşadıqları evə aparmışdır. 28 dekabr 2023-cü i tarixdə şəhər ərazisində fəhləliklə məşğul olan Elçin adlı tanışına paltaryuyan maşın satdığını müştəri olsa ona məlumat verməsini bildirmişdir. 29 dekabr 2023-cü il tarixdə axşam saatlarında Elçin istifadəsində olan mobil telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq paltaryuyan maşını almaq istəyən olduğunu demişdir. O da Elçinə yaşadığı ünvana gəlmələrini bildirmişdir. Bir qədər sonra Elçin ağ rəngli xarici markalı taksi fəaliyyəti ilə məşğul olan avtomobillə onun yaşadığı evin qarşısına gəlmişdir. Avtomobildən bir nəfər də düşmüşdür. Həmin şəxslə razılaşıb paltaryuyan maşını ona 120 manata satmışdır. Ertəsi gün Anarla görüşdükdə o da qaz piltəsi və xəncəri tanışına satacağını bildirmişdir. Birlikdə Anarla qonşuluqda yaşayan evə getmişlər və oğurladıqları qaz piltəsini 40 manata, xəncəri isə 20 manata Anarla qonşuluqda yaşayan şəxsə satmışlar. Əldə etdikləri pulları birlikdə gündəlik tələbat xərclərinə sərf etmişlər. Həmçinin o, ifadəsində qeyd olunan cinayət əməlini Təqsirləndirilən şəxs2 ilə birlikdə törətdiklərini, qeyd olunan ünvandan oğurluq etmələri barədə onlara kimsə məsləhət vermədiyini, oğurladıqları paltaryuyan maşını Kərim adlı şəxsə 120 manata, qaz sobası və suvenir xəncəri isə Hüseyn adlı şəxsə 60 manata satdıqlarını, həmin əşyaları satarkən əşyaları alan şəxlərə əşyaların cinayət yolu ilə əldə edilməsi barədə məlumat vermədiklərini, əşyaların özlərinə məxsus olduğunu bildirdiklərini, eləcə də evə daxil olduqları zaman evdəki əşyaların dağınıq vəziyyətdə olduğunu gördüklərini göstərmişdir. Zərərçəkmiş şəxsə dəyən ziyanı ödəmişdir. Törətdiyi əməldən peşmandır. Səmimi peşmançılığını nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Mingəçevir şəhəri ərazisində fəhləliklə məşğul olur. Təqsirləndirilən şəxs1 oğlunu uzun müddətdir ki, tanıyır. Beləki birlikdə Günəşli bağ massivində qonşuluqda yaşayırlar. 27 dekabr 2023-cü il tarixdə Mingəçevir şəhəri Günəşli bağ massivi 14-cü küçədə yerləşən evlərdən birinin həyətində fəhləlik etdikdən sonra saat təxminən 23 radələrində Günəşli bağ massivinin küçələrarası yol ilə geri qayıdarkən həyətlərdən birinin qarşısından keçərkən həyətdə işıq yandığını görmüşlər. Həyətin bayır qapısı açıq olmuşdur. Qapıdan həyətə keçdikdən sonra həyətdəki evin də qapısının açıq olduğunu görüb hər ikisi birlikdə evə daxil olmuşlar. Ev 1 otaqdan ibarət olmuşdur. Otaqda müxtəlif məişət əşyaları olmuşdur. Evdən 1 ədəd masa üstü qaz piltəsini, 1 ədəd paltaryuyan maşını, 1 ədəd xəncəri götürüb bayıra çıxmışlar. Fəhləliklə məşğul olduqları üçün özlərində yük arabası olmuşdur. Həmin əşyaları arabaya yükləyib küçələrarası yolla yaşadıqları evlərə getmişlər. Paltaryuyan maşını Samir, xəncər və qaz piltəsini isə o, öz yaşadıqları evə aparmışdır. 29 dekabr 2023-cü il tarixdə axşam saatlarında Anarla görüşdükdə paltaryuyan maşını Yevlax rayonu Salahlı kənd sakininə 120 manata satdığını bildirmişdir. Bundan sonra birlikdə sobanı “Qusi” ləqəbi ilə tanıdığı Hüseyn adlı şəxsə Samirlə birlikdə aparıb 40 manata, xəncəri isə 20 manata satmışlar. Əldə etdikləri pulları gündəlik tələbat xərclərinə sərf etmişlər. Həmçinin o, ifadəsində qeyd olunan cinayət əməlini Təqsirləndirilən şəxs1 oğlu ilə birlikdə törətdiklərini, qeyd olunan ünvandan oğurluq etmələri barədə onlara kimsə məsləhət vermədiyini, oğurladıqları paltaryuyan maşını Kərim adlı şəxsə 120 manata, qaz sobası və suvenir xəncəri isə Hüseyn adlı şəxsə 60 manata satdıqlarını, həmin əşyaları satarkən əşyaları alan şəxlərə əşyaların cinayət yolu ilə əldə edilməsi barədə məlumat vermədiklərini, əşyaların özlərinə məxsus olduğunu bildirdiklərini, eləcə də evə daxil olduqları zaman evdəki əşyaların dağınıq vəziyyətdə olduğunu gördüklərini göstərmişdir. Himayəsində 2 nəfər azyaşlı uşağı vardır. Zzərərçəkmiş şəxsə dəyən ziyanı ödəmişdir. Törətdiyi əməldən peşmandır. Səmimi peşmançılığını nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, 1998-ci ildə X2 ilə rəsmi nigah daxil olub ailə qurmuşdur. Birgə nigahdan 2 övladı var. Ailə vəziyyəti ilə əlaqədar olaraq ailə üzvləri müvəqqəti Bakı şəhərində yaşayırlar. O, isə Mingəçevir şəhəri Günəşli bağ massivi Əli-İslam küçəsində yerləşən Birilliant adlı qadına məxsus 1 otaqlı evdə kirayədə yaşayır. Ailə üzvlərinə məxsus əşyalar da həmin evdə saxlanılır. xx.xx.2023-cü il tarixdə arvadı Afayətlə oğlu İlkin birlikdə onun yaşadığı həmin evə gəlib baxdıqda evdəki əşyaların dağınıq vəziyyətdə olduğunu görüb ona məlumat vermişlər. Lakin, evdən hər hansı əşya oğurlanmadığından onlar hüquq mühafizə orqanlarına müraciət etməmişlər. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadığı evə gəldikdə evin giriş qapısı açıq olduğunu və evdəki əşyaların dağınıq vəziyyətdə olduğunu görmüşdür. Buna görə də dərhal DİN-nin 102 xidmətinə zəng edərək evdən oğurluq edilməsi barədə məlumat vermişdir. Evə nəzər yetirdikdə ona məlum olmuş ki, evdən 1 ədəd təxminən 3-4 il istifadə edilmiş 500 manat dəyərində paltar yuyan maşın, 1ədəd istifadə edilməmiş 2 manat dəyərində qaz sobasını, 1 ədəd 50 manat dəyərində suvenir xəncəri, 1 ədəd istifadə edilməmiş 150 manat dəyərində tozsovuran maşın, 2 ədəd hər biri 70 manat dəyərində olan ət çəkən maşın, 1 ədəd təxminən 180 manat dəyərində elektrikli hamam üçün su qızdırıcısı, 90 manat dəyərində elektrikli sac, 140 manat dəyərində avtomobilin beli üçün olan yek yeri, təxminən 50 manat dəyərində adeyallar, 2 ədəd hər biri 50 manat dəyərində istifadə edilməmiş DVD aparatı,1 ədəd 50 manat dəyərində peyk antenasının aparatı, 2 ədəd hər biri 15 manat dəyərində elektrik kabel uzadıcısı oğurlanmışdır. O da dərhal bu barədə polis şöbəsinə məlumat vermişdir. Ona dəymiş ziyan tam ödənməmişdir. O, ona dəymiş ziyanın tam ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər ərazisində fəhləlik edərək fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs1 oğlunu da şəhər sakini kimi tanıyır. Belə ki, Samir də onun kimi fəhləliklə məşğuldur. 2023-cü ilin dekabr ayının sonlarında Samirlə şəhər ərazisində görüşərkən Samir ona özünə məxsus paltaryuyan maşını satdığını və həmin paltaryuyan maşını satmaqda ona köməklik etəyini demişdir. O da onunla birlikdə fəhləliklə məşğul olan şəxslərə bu barədə bildirmişdir. Həmin zaman onunla birlikdə fəhləliklə məşğul olan Yevlax rayonu Salahlı kənd sakini Kərim adlı şəxs paltayuyan maşını almaq istədiyini bildirmişdir. Bundan sonra o, Samirlə əlaqə saxlayıb Kərimlə birlikdə Samirgilin yaşadığı ünvana getmişlər. Orada Kərim paltaryuyan maışna baxdıqdan sonra həmin paltaryuyan maşını Samirdən 120 manata almışdır. Daha sonra Kərim həmin paltaryuyan maşını taksi fəaliyyəti ilə məşğul olan avtomobilə yükləyib yaşadığı ünvana aparmışdır. Samir ona və ya Kərimə həmin paltaryuyan maşının cinayət yolu ilə əldə edilməsi barədə hər hansı məlumat verməmiş, həmin paltaryuyan maşının özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər ərazisində fəhləlik edərək fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs1 oğlunu və Təqsirləndirilən şəxs2 tanımır. 2023-cü ilin dekabr ayının sonlarında onunla birlikdə fəhləliklə məşğul olan Elçin adlı şəxs tanışının istifadə edilmiş paltaryuyan maşın satdığını bildirmişdir. O da yaşadığı evdə paltaryuyan maşın olmadığından həmin paltaryuyan maşını almaq istəmişdir. Buna görə də Elçinə paltaryuyan maşını satan şəxslə görüşüb paltaryuyan maşına baxmaq istədiyimi bildirmişdir. Elçin də telefonla zəng edərək Samirlə danışmış, daha sonra Elçinlə birlikdə taksi fəaliyyəti ilə məşğul olan avtomobilə əyləşib Samirin yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivinə getmişlər. Orada o, paltaryuyan maşına baxıdıqdan sonra həmin paltaryuyan maşını almaq istədiyini bildirmişdir. Samirlə paltaryuyan maşının 120 manata almağı ilə bağlı razılaşdıqdan sonra Samirə 120 manat məbləğdə pul verib paltaryuyan maşını avtomobilə yükləyib oradan yaşadığı ünvana getmişdir. Bir neçə gün sonra polis əməkdaşları ona yaxınlaşıb polis şöbəsinə dəvət etmişlər. O da polis şöbəsində həqiqətən də Elçin adlı tanışının vasitəsi ilə tanış olduğu Samir adlı şəxsdən 120 manata paltaryuyan maşın aldığımı bildirmişdir. Həmçinin Samir nə ona nədə ki, Elçinə həmin paltaryuyan maşının cinayət yolu ilə əldə edilməsi barədə hər hansı məlumat verməmiş, həmin paltaryuyan maşının özünə məxsus olduğunu onlara bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024cü il tarixdə Zərərçəkmiş şəxs polis şöbəsinə ərizə ilə müraciət edərək, 09 dekabr 2023-cü il tarixdən 04 yanvar 2024-cü tarixədək olan müddət ərizində yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi Əli-İslam küçəsində yerləşən həyətyanı sahəsi olan evdən müxtəlif məişət əşyalarını oğurlandığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət hadisəsini Mingəçevir şəhəri Günəşli bağ massivində yaşayan Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmçinin keçirilmiş tədbirlər zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yaşadığı evdən oğurladıqları əşyaları Mingəçevir şəhəri Günəşli bağ massivində yaşayan Şahid3 və Yevlax rayonu Salahlı kənd sakini Şahid2 satmışlar. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin PPXBnün polis nəfəri Şahid6 məhkəmə istintaq zamanı Şahid5 ifadəsində göstərdikləri xüsusatları öz ifadəsində təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər sakinləri Təqsirləndirilən şəxs1 oğlunu və Təqsirləndirilən şəxs2 uzun müddətdir ki tanıyır. Beləki, birlikdə Günəşli bağ massivində qonşuluqda yaşayırlar. Samir və Anar Mingəçevir şəhəri ərazisində fəhləliklə məşğul olurlar. 2023-cü ilin dekabr ayının sonlarında Anar və Samirlə yaşadıqları küçədə görüşərkən Samir və Anar ona 1 nəfər şəxsin evində fəhləlik etdiklərini, həmin şəxsin onlara pul əvəzinə 1 ədəd qaz piltəsi və 1 ədəd xəncər verdiyini, hazırda həmin əşyaları satdıqlarını bildirmişlər. O da qaz piltəsi və xəncərə baxdıqdan sonra Samir və Anar ona həmin qaz piltəsini 40 manat, xəncəri isə 20 manata satdıqlarını bildirmişlər. O da Samir və Anarla razılaşaraq onlara 60 manat məbləğdə pul verib, qaz piltəsini və xəncəri onlardan almış, daha sonra aldığı əşyaları yaşadığı evə aparmışdır. Bir neçə gün sonra polis əməkdaşları ona yaxınlaşıb polis şöbəsinə dəvət etmişlər. O da polis şöbəsində həqiqətən də Samir və Anardan 40 manata 1 ədəd qaz piltəsi və 20 manata suvenir xəncər aldığını bildirmişdir. Həmçinin o, ifadəsində Samir və ya Anarın qaz piltəsi və ya suvenir xəncəri cinayət yolu ilə əldə edilməsi barədə ona hər hansı məlumat vermədiklərini, həmin əşyaların özlərinə məxsus olduğunu ona bildirdiklərini göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs qızı polis şöbəsinə ərizə ilə müraciət edərək, 09 dekabr 2023-cü il tarixdən 04 yanvar 2024-cü tarixədək olan müddət ərizində yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi Əli-İslam küçəsində yerləşən həyətyanı sahəsi olan evdən müxtəlif məişət əşyalarını oğurlandığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət hadisəsini Mingəçevir şəhəri Günəşli bağ massivində yaşayan Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmçinin keçirilmiş tədbirlər zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yaşadığı evdən oğurladıqları əşyaları Mingəçevir şəhəri Günəşli bağ massivində yaşayan Şahid3 və Yevlax rayonu Salahlı kənd sakini Şahid2 satmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi Əli-İslam küçəsində yerləşən həyətyanı sahəsi olan fərdi yaşayış evindən oğurluq hadisəsi baş vermişdir. Hadisə yerinə baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilməmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi Əli-İslam küçəsində yerləşən həyətyanı sahəsi olan fərdi yaşayış evindən oğurlayaraq Şahid2 satdıqları 1 ədəd “Arçelik” markalı paltarytuyan maşın Şahid2 götürülmüşdür. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi Əli- İslam küçəsində yerləşən həyətyanı sahəsi olan fərdi yaşayış evindən oğurlayaraq Şahid3 satdıqları 1 ədəd “Eurolux” markalı qaz piltəsi və 1 ədəd suvenir xəncər Şahid3 götürülmüşdür. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi Əli-İslam küçəsində yerləşən həyətyanı sahəsi olan fərdi yaşayış evindən oğurlanmış 1 ədəd “Arçelik” markallı paltarytuyan maşını, 1 ədəd “Eurolux” markalı qaz piltəsi və 1 ədəd suvenir xəncəri tanımışdır. Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/942/2024 saylı rəyindən görünür ki, 1 ədəd ağ rəngli “Arcelik” markalı 5 kiloqram tutumlu istifadə edilmiş paltaryuyan maşının qiymətinin 150 (yüz əlli) manat, 1 “Eurolux” markalı, 3 ocaqlı, istifadə edilməmiş quraşdırılan qaz piltəsinin qiymətinin 40 (qırx) manat, 1 ədəd suvenir xəncərin qiymətinin 20 (iyirmi) manat, ekspertiza təyini haqqında qərarda və fotocədvəllərdə göstərilən 03 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin dekabr ayına olanorta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 210,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə xx.xx.2024-cü il tarixli protokolla Şahid2 götürülmüş 1 ədəd “Arçelik” markalı paltaryuyan maşın, Şahid3 1 ədəd “Eurolux” markalı qaz piltəsi və 1 ədəd suvenir xəncər maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlancı yerinə verilmişdir. xx.xx.2024-cü il tarixli ərizədən və qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək 1 ədəd “Arçelik” markalı paltaryuyan maşın, 1 ədəd “Eurolux” markalı qaz piltəsi və 1 ədəd suvenirin saxlanılması məqsədilə ona verilməsini xahiş etdiyindən qeyd olunan maddi sübutlar ona verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2015-ci il təvəllüdlü Gülay adlı və xx.xx.2017-ci il təvəllüdlü Leyla adlı azyaşlı uşaqları vardır. Mingəçevir şəhər MKTİB tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 oğlu barəsində yaşadığı müddətdə qonşularından və ictimaiyyətdən Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə heç bir şikayət daxil olmamışdır. Mingəçevir şəhər MKTİB tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində yaşadığı müddətdə qonşularından və ictimaiyyətdən Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə heç bir şikayət daxil olmamışdır. Şübhəli şəxsin tutulması haqqında 05 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu həmin tarixdə saat 16:20-də şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin tutulması haqqında 05 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında 07 yanvar 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 oğlunun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında 07 yanvar 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Təqsirləndirilən şəxs1 oğlunun adına tərtib edilmiş tələbnamədən görünür ki, onun məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxs2 adına tərtib edilmiş tələbnamədən görünür ki, onun məhkumluğu olmamışdır. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs1 oğlunun cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsi CM-nin 59.1.13-cü maddəsinə əsasən, səmimi peşmançılığı və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 himayəsində 2 nəfər azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsi CM-nin 59.1.13-cü maddəsinə əsasən, səmimi peşmançılığı və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məkhəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, eyni zamanda təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 05 yanvar 2024-cü il tarixdən 07 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə cəza çəkdiyi bütün dövr ərzində üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, eyni zamanda təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 05 yanvar 2024-cü il tarixdən 07 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə cəza çəkdiyi bütün dövr ərzində üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan 1 ədəd “Arçelik” markalı paltaryuyan maşın, 1 ədəd “Eurolux” markalı qaz piltəsi, 1 ədəd suvenir xəncərin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 oğlunun və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344– 349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 oğlunun 05 yanvar 2024-cü il tarixdən 07 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 oğlunun yaşayış yeri üzrə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 oğlunun üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 05 yanvar 2024-cü il tarixdən 07 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi 1 ədəd “Arçelik” markalı paltaryuyan maşın, 1 ədəd “Eurolux” markalı qaz piltəsi, 1 ədəd suvenir xəncərin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-90/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-90/2024
28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver