Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-90/2025 19.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1984-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–nin 178.2.4–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tikinti materiallarının daşınması üçün ********** saylı vöenlə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahid “Nəcəfli İ" adlı yanacaq doldurma məntəqəsinin müdiri olaraq nisyə qaydada 40.000 manat məbləğdə verdiyi yanacağın pulunun yalnız onun (Şahid) Mingəçevir şəhər Vaqonlar qəsəbəsində saxlanıldığı tikinti materiallarının satışından sonra ödənilə biləcəyini anlayıb, buna görə də Dilqəm Bayramova məxsus həmin tikinti materiallarının satışında israrlı şəkildə maraqlı olan və həmin tikinti materiallarının Mingəçevir şəhərində "xxxx" MMC-də təmir tikinti işlərini icra edən "xxxx" QSC-yə satılmasının onun (Təqsirləndirilən şəxs) tərəfindən "xxxx" ASC-də işləyən yüksək ranqlı qohumu vasitəsi ilə təşkil oluna biləcəyini zənn edən və bununla bağlı ona (Təqsirləndirilən şəxs) müraciət edən Zərərçəkmiş şəxs Şahid məxsus həmin tikinti materiallarını "xxxx" ASC-də yüksək vəzifədə işləyən yaxın qohumunun vasitəsilə "xxxx" MMC-də təmir tikinti işlərini icra edən "xxxx" QSC-yə satılmasına və bununla bağlı müəyyən edilmiş pul məbləğinin Şahid ödənilməsinə köməklik göstərəcəyinə dair Zərərçəkmiş şəxs vəd verib, bu xidmətin göstərilməsi bəhanəsi ilə xx.xx.2023-cü il tarixdə saat 15:27-də Zərərçəkmiş şəxs ünvan 3 ünvanında quraşdırılmış ödəmə terminalından onun (Təqsirləndirilən şəxs) adına olan, "xxxx" ASC tərəfindən verilmiş «4169 7388 4278 8642» seriya nömrəli plastik kart hesabına göndərdiyi 9000 manat, xx.xx.2023-cü il tarixdə eyni terminaldan Zərərçəkmiş şəxs ona məxsus həmin kart hesabına göndərdiyi 5000 manat və xx.xx.2023-cü il tarixdə saat 09:11-də Zərərçəkmiş şəxs eyni terminaldan ona məxsus həmin kart hesabına göndərdiyi 5000 manat, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 19000 (on doqquz min) manat məbləğdə pulunu Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu alıb, ələ keçirərək və bununla da Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və göstərdi ki, 2016-cı ilin mart ayından 2019-cu ilin yanvar ayına qədər Almaniya Federasiyasında yaşamışdır. İşləmək üçün getdiyi Almaniya səfəri uğursuzluqla bitdiyindən yenidən Azərbaycan Respublikasına qayıtmışdır. Almaniya Federasiyasında türk iş adamının restoranında ofisiant işləmiş, daha sonra orada qeyd edilən ölkədə restoran işlədən Ali Özer ilə maşınların alqı-satqı işi ilə məşğul olmuş və qeyd edilən biznesin gedişi zamanı ona 7500 avro məbləğində borcu yaranmışdır. Türkiyə Respublikası vətəndaşına borclu qaldığı halda Azərbaycan Respublikasına qayıtmış və burada hər hansı fərdi əməklə məşğul ola bilmədiyindən əlavə borclar alıb yenidən borclanmış, nəticədə ümumilikdə 19000 manat məbləğində borcu yaranmışdır. Daha sonra "xxxx" MMC- də böyük usta vəzifəsi üzrə işə qəbul olmuşdur. İşə qəbul olduqdan bir müddət sonra artıq borclular onu dayanmadan narahat etmişlər, belə bir zamanda 2023-cü ilin oktyabr ayında Mingəçevir şəhər ərazisində şəhər sakini kimi Şahid ilə tanış olmuş, tanışlıq zamanı Şahid onun Üzeyir Yusifovun qardaşı oğlu olmasını öyrənmişdir. X6-də İstehsalat idarəsinin müdiri vəzifəsini icra edir. Elə buna görə də Şahid ona köməklik göstərməyi üçün "xxxx" MMC-nin ərazisində qum çınqıl gətirdiyini, lakin orada tikinti işlərini icra edən "xxxx" QSC tərəfindən alınmadığını həmin məhsulun qeyd edilən şirkət tərəfindən alınmasında köməklik etməyi ondan xahiş etmişdir. Həmin vaxt o, 9000 manat qarşılığında qeyd edilən işi həll edəcəyini Şahid bildirmişdir. Bu vaxt Şahid maddi vəsaiti olmadığını lakin İsmayıl adlı şərikinin olduğunu sonuncunun isə həmin pul vəsaitini ona verə biləcəyini bildirmişdir. Bir neçə gün sonra 2023-cü ilin oktyabr ayında "xxxx" ASC yə məxsus **********788642 nömrəli plastik kartına köçürtdürməklə əldə etmişdir. Həmin vaxt İsmayıl adlı şəxs qeyd edilən karta 9100 manat məbləğində pul vəsaiti köçürmüşdür. O, həmin pulu əldə etdikdən sonra Dilqəmin xahişi ilə 100 manat məbləğində pul vəsaitini özünə vermişdir. 9000 manat məbləğində pul vəsaitini isə yuxarıda qeyd etdiyi borclarına ödəyib İsmayıl və Dilqəmə isə yalandan həmin pul vəsaitini lazımi yerlərə verdiyini məsələnin tez bir zamanda həll olunacağını bildirmişdir. Bir müddət sonra Şahid həmin işlə bağlı əlavə pul verilməli olmasını bildirib və işin tezliklə həll olunacağını deyib əlavə 10000 manat məbləğində pul tələb etmişdir. Qeyd edilən 10000 manat məbləğində pul vəsaitini də öz adına olan plastik karta 2023-cü ilin oktyabr-noyabr aylarında köçürmə qaydasında əldə etmişdir. Lakin köçürmənin dəqiq tarixlərini xatırlamır. Əldə etdiyi 10000 manat məbləğində pul vəsaitini yenə də öz borclarına ödəyib yalandan əvvəl dediyi kimi yaxınları vasitəsilə qeyd edilən məhsulların "xxxx" QSC tərəfindən alınmağında köməklik edəcəyini bildirmişdir. Hər dəfəsində yalandan qeyd etdiyi qaydada İsmayıla yalandan sözlər verməklə işin tez bir zamanda həll olunacağına dair yalan vədlər vermişdir. Ümumilikdə 19000 manat məbləğində İsmayıldan aldığı pul vəsaitini hər hansı vəzifəli şəxsə verməmiş şəxsi ehtiyacları üçün xərcləmişdir. 2025-ci ilin yanvar ayınadək o, Zərərçəkmiş şəxs 1250 manat pul ödəmişdir. Əldə etdiyi 19000 manat məbləğində pul vəsaitinin 15200 manatını Almaniyada yaşayan türkün Bakı şəhərində olan adını xatırlamadığı tanışına əlbəəl formada ödəmiş, dayısı oğlu Nəbiyə 1600 manat, xalası oğlu Niyaza 1000 manat birdə xırda-xırda 200-300 manat məbləğində yaranmış borclarını ödəmişdir. Əldə etdiyi 19000 manat məbləğində pul vəsaitini Azərenerji və yaxud "xxxx" MMC-nin hər hansı vəzifəli şəxsinə verməmiş, sadəcə özü yalandan guya götürdüyü pul vəsaitini vəzifəli şəxsə verdiyini bildirmiş, həmin pul vəsaitlərini ələ keçirdikdən sonra öz borclarını ödəmişdir. 2023-cü ilin sentyabr ayından həmin ilin noyabrın 15-dək işsiz olmuş, bunu əmək kitabçasını təqdim etməklə təsdiqləyə bilər. Pul göndərilməsi üçün təqdim etdiyi bank kartı öz adına olan və kapital banka məxsus 4169 7388 7278 8642 seriya nömrəli bank kartını təqdim edə bilər. Zərərçəkmiş şəxs aldadaraq xeyli miqdarda yəni 19000 manat pul almaqda hər hansı şəxsin ona köməkliyi olmamışdır. Hər hansı sövdələşmə apardığı şəxs olmamışdır. Zərərçəkmiş şəxs ona 9000 manat pul göndərərkən səhvən 100 manat artıq pul göndərmişdir, daha sonra ödəniş qəbzində 100 manat artıq olmasını aşkar edib ona zəng edərək 100 manat artıq pulu səhvən göndərdiyini deyərək həmin pulu Dilqəmə göndərməyini xahiş etmiş və o da həmin 100 manat pulu Dilqəmə vermişdir. Bununla belə işə məhkəmədə baxılan zaman o, zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmış, ona vurduğu ziyanı tamamilə ödəmiş, həmçinin həmin ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş də etmişdir. Odur ki, məhkəmədən cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, fərdi sahibkarlıqla məşğuldur. "Nəcəfli İ" adlı yanacaq doldurma məntəqəsi onun mülkiyyətində olmaqla istifadəsindədir. Şahid tanıyır. 2023-cü ilin yay aylarında Şahid tikinti sahəsinə yük daşıtdırdığını bununla bağlı yanacağa ehtiyacı olduğunu lakin pulunu ödəniş edildikdən sonra ona qaytaracağını bildirdiyinə görə o, Dilqəmə ümumilikdə 40000 manat dəyərində nisyə formada yanacaq satmışdır. Bir müddət sonra Şahid yanacağa dair pul vəsaitini ödəməsini istədiyi zaman sonuncu məhsulu "xxxx" MMC-nin ərazisində olan anbarda olduğunu, lakin məhsulun Təhmasib Hüseynovun göstərişi ilə "xxxx" tərəfindən alınmadığını ona bildirmişdir. O, Şahid inanmadığından onunla birlikdə dediyi kimi həmin əraziyə gedib orada həqiqətən də xeyli miqdarda qum-çınqıl olduğunu görmüşdür. Daha sonra Təhmasib Hüseynova yaxın olduğunu bildiyi Rəhmanla əlaqə yaradıb Təhmasib Hüseynovdan qeyd olunmuş ərazidə mövcud olan qum-çınqılın "xxxx" QSC-dən alınmasında köməklik göstərməsini xahiş etmişdir. Rəhmanla birlikdə Təhmasib Hüseynovla görüşmüş görüş zamanı Təhmasib Hüseynov hələ gözləməli olduğunu ona demişdir. Bundan sonra Rəhman 5000 manat pul düzəltməyini və həmin pulu Təhmasib Hüseynova verməyi ona bildirmişdir. Görüş zamanı Təhmasib Hüseynova 5000 manat məbləğində pul təklif etsə də sonuncu həmin pul vəsaitin qəbul etməyib biraz gözləməli olduğumu bildirmişdir. Bir müddət sonra Şahid ona zəng edərək Az Dress-də nəzarətin rəisi Üzeyir müəllimin qardaşı oğlu Nicatla tanış olduğunu sonuncunun qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirmişdir. Nicat qeyd edilən xüsusat üzrə köməklik göstərəcəyini bildirərək əvvəlcə 9000, daha sonra isə 10000 manat məbləğində pul tələb istəmiş, o da razılaşmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs "xxxx" ASC-də mövcud olan **********788642 nömrəli plastik kartına 9100 manat məbləğində pul vəsaiti köçürmüş, bundan sonra Nicat ona zəng edib əlavə olaraq eyni məqsədlər üçün 10000 manat məbləğində pul tələb etdiyindən həmin pul vəsaitini 10000 manat olmaqla 2 dəfəyə Təqsirləndirilən şəxs göndərmişdir. Lakin qeyd etdiyi pul vəsaitləri verilməsinə baxmayaraq həmin məhsulların BCC Group tərəfindən alınmasına dair köməklik göstərəcəyinə vəd vermiş Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək dələduzluq yolu ilə onun əmlakını ələ keçirmişdir. Təqsirləndirilən şəxs onu aldatdığını yəni, pul vəsaitini geri qaytarmayacağını başa düşdükdə onun barəsində ərizə ilə şikayət etmişdir. Təqsirləndirilən şəxs 19000 manat məbləğində pul vəsaitini 2023-cü ilin oktyabr-noyabr aylarında ünvan 4 ünvanında yerləşən "xxxx" ASC- nin Mingəçevir şəhər filialının qarşısında yerləşən 53044 nömrəli ödəmə terminalından Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan 4169 7388 4278 8642 nömrəli plastik kartına xx.xx.2023-cü il tarixdə 9100 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat və xx.xx.2023-cü il tarixdə 5000 manat köçürməklə ödəmişdir. Nicat X4rdaşı oğludur. X3 yüksək vəzifədə işləyən şəxsdir. Bu məsələ ilə bağlı özünün Üzeyir Yusifovla birbaşa hər hansı əlaqəsi olmamışdır. 2024cü ilin mart aprel aylarında Mingəçevir şəhər sakini olan dostu Mahirin köməkliyi ilə "xxxx" MMC-də Üzeyir Yusifovla görüş təyin olunmuş, həmin görüşdə Şahid dostu Mahir və Üzeyir Yusifov özü iştirak etmişdir. Görüşdə baş tutan söhbət zaman artıq müəyyən edilmişdir ki, Şahid tikinti materialları orada olmasını lakin aqibəti barədə məlumatsız olmasını bildirmişdir. Bir sözlə Şahid ona olan ödənməmiş borcunu əldə etməkdən ötrü sonuncunun qeyd olunmuş məhsullarının BCC GROUP tərəfindən alnmasına köməklik göstərməsi üçün Şahid vasitəsilə tanış olduğu Azərenerjinin vəzifəli şəxsi Üzeyir Yusifovun qardaşı oğlu Təqsirləndirilən şəxs ayrı ayrı vaxtlarda olmaqla ümumilikdə 19000 manat məbləğində pul vəsaitini vermişdir. Bununla belə işə məhkəmədə baxılan vaxt ərzində ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqda qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Mingəçevir İES MMC-nin direktoru Təhmasib Hüseynovdan o, şikayət etmişdir. Fəaliyyət sahəsi tikinti və tikinti materiallarının alqı-satqısı ilə məşğul olmaqdan ibarətdir. 2022-ci ilin dekabr ayından etibarən ********** saylı vöenlə fəaliyyət göstərdiyi müddətdə AZ Dres-də yeni enerji blokunun tikintisi işlərini aparan "xxxx" QSC ilə müqavilə əsasında ballas, qum, assept, şebel tikinti materiallarını satışı ilə məşğul olmuşdur. O, elektron qaimə əsasında Tərtər rayon ərazisində fəaliyyət göstərən X5 məxsus və "xxxx" ASC karxanalarından sadaladığı tikinti materiallarını alaraq BCC Group QSC-yə satmışdır. Həmin müqavilə alqısatqısı və sair sənədləşmələr vergi uçotunda qeydə alınmaqla fəaliyyət göstərmişdir. 2023-cü ilin fevral ayının son günlərinədək o, Mingəçevir şəhər Az Dres qəsəbəsində vergi xidməti ilə müqavilə əsasında 1 hektar ərazi icarəyə götürməklə tikinti materiallarını həmin əraziyə toplamışdır. Elektron qaimələrdə də əks olunduğu kimi həmçinin vergi xidmətinin operativ xidmət əməkdaşlarının müvafiq hesabatlarında da əks olunduğu kimi 40000 m3 tikinti materiallarını anbara toplamışdır. Həmin tikinti materiallarından 15100 m3 tikinti materiallarını "xxxx" və Azərenerjinin park layihəsinə elektron qaimə ilə satmış və həmin satış üzrə vergi ödəmişdir. Qalıq 24900 m3 tikinti materialları (ballas, qum, assept və şebeldən ibarət olmaqla) anbarda saxlanılmışdır. Qalıq materiallara dair hesabatlar vergi xidmətinin hesabatlarında da öz əksini tapmışdır. Belə ki, vergi əməkdaşları tərəfindən materialların və ərazinin fotoşəkilləri verginin bazasında saxlamışlar. 2023-cü ilin sentyabr ayından başlayaraq AZ Dress MMC-nin rəhbəri Təhmasib Hüseynov ona müxtəlif vasitələrlə təzyiq göstərərək istifadəsində olan və tikinti materialları saxlanılan anbarın ərazisinin Az Dres MMC-nin ərazisinə yaxın ərazidə yerləşdiyini əsas gətirərək ondan anbarın yerində qalması və tikinti materiallarının saxlanmasına görə hər ay üçün 5000 manat pul istəmişdir. O isə ərazinin Az Dresə aid olmamasını bildirib əgər aid olmasına dair sənəd təqdim edəcəyi halda onunla müqavilə bağlayacağını və tələb etdiyi pulu verə biləcəyini demişdir. Onun anbarda saxladığı tikinti materialları Az Dres MMC-nin ərazisində park salınmasında istifadə olunmaq üçün həmin anbarda saxladığını bildiyinə görə Təhmasib Hüseynov daha sonralar Pərviz adlı BCC Group-da layihə rəhbəri vəzifəsində işləyən şəxsə ondan tikinti materiallarını almamalarına dair göstəriş verib əks halda zəruri sənədlərə imza etməyəcəyini bildirmişdir. Təxminən 2023-cü ilin oktyabr ayında ona hər hansı rəsmi bildiriş xəbərdarlıq edilmədən, həmçinin alqı-satqıya dair hər hansı müqavilə bağlanmadan anbarda saxlanan 24900 m3 ballas tikinti materiallarını anbar ərazisinə yaymaqla düzləşdirmişlər. Daha sonra isə həmin ərazinin üzərinə torpaq örtüyü çəkərək park salmışlar. O da bu barədə Təhmasib Hüsyenovdan tikinti materiallarının dəyərini istədikdə Təhmasib Hüseynov bildirib ki, həmin materiallara dair heç bir ödəniş etməyəcək, materialları yığıb aparacağı halda dövlət əhəmiyyətli müəssisəyə ziyan vurmuş kimi göstərərək onu məsuliyyətə cəlb etdirəcəyi ilə hədələmişdir. Bundan sonra anbarda olduğu halda hazırda istifadə olunmuş tikinti materiallarının yerində olmadığı üçün vergi xidməti tərəfindən barəsində yoxlama aparılmışdır. Belə ki, vergi sənədlərinə əsasən o, elektron qaimə əsasında almış olduğu tikinti materiallarını vergidən yayınaraq satmış kimi göründüyü üçün vergidən yayınma ilə barəsində yoxlama aparılmışdır. Lakin o, vergi xidmətinin əməkdaşlarına da bildirib ki, anbarda olan mah satmamış, hər hansı başqa əraziyə daşıtdırmamışdır. Həmin uçotda qeyd olunan miqdarda tikinti materialları anbar ərazisində Təhmasib Hüseynov tərəfindən düzləşdirilib üzərinə torpaq örtük çəkdirilib park salınmışdır. Bunu məhkəmə tikinti ekspertizasının ekspertləri də müəyyən edə bilərlər. Daha sonralar öyrənib ki, ona məxsus tikinti materiallarının düzlənərək istifadə olunmasını sənədləşdirilib pul silinmişdir. Həmin faktın aşkara çıxarılmasını maliyyə və vergi yoxlaması keçiriləcəyi halda müəyyən ediləcəkdir. X1suz əməli nəticəsində ona məxsus 24900 m3 tikinti materialları israf edilməklə vergi qiymətləndirməsinə əsasən həmin materiallar üzrə ona 259.958 (iki yüz əlli doqquz min doqquz yük doxsan səkkiz) manat maddi ziyan yetirilmişdir. O, fəaliyyət göstərdiyi müddətdə BCC Group və Azərenerji ilə tikinti materialları alqı-satqısı etməyinə dair onlarla bağlı hər hansı şikayət və tələbi yoxdur. 24900 m3 tikinti materialları Təhmasib Hüseynov tərəfindən anbarda olduğu müddətdə heç bir rəsmi bildiriş xəbərdarlıq və ya alqı-satqı olmadan düzlənərək üzərində torpaq tökülüb park salındığı üçün ona ziyan yetirilmişdir. Tikinti materiallarının daşınması zamanı nisyə qaydada yanacaq doldurma məntəqəsinin sahibi Zərərçəkmiş şəxs müqavilə əsasında nisyə yanacaq almışdır. Həmin yanacaq alqı-satqısından müqavilə əsasında 40000 manat Zərərçəkmiş şəxs borcu yaranmışdır. Daha sonra İsmayıl ondan pulu istədikdə tikinti materiallarını tam satışı başa çatdırmadığını, buna görə də ona qalan borcu verə bilmədiyini Zərərçəkmiş şəxs bildirmişdir. Lakin Zərərçəkmiş şəxs ona inanmayaraq anbara gedib baxdıqda anbarda tikinti materiallarının olmasını görmüşdür. İsmayıl ondan soruşanda bildirib ki, Təhmasib şəxsi marağına görə tikinti materialı alışına qadağan qoymuşdur. İsmayıl da ondan borcunu ala bilməsi üçün anbarda olan tikinti materiallarını satışının baş tutması üçün vasitəçi tapacağını bildirmişdir. Daha sonra Azərenerjinin yüksək vəzifəli şəxsi Üzeyir adlı şəxsin qohumu Təqsirləndirilən şəxs tapmışdır. Nicatla qeyd olunan mövzuda danışarkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yalan vəd verərək guya əmisi Üzeyir və Təhmasib ilə danışıb onları razı saldığını və anbarda olan materialları alacaqlarını bildirdiklərini deyərək Zərərçəkmiş şəxs aldadıb əvəzində 19000 manat pul alaraq dələduzluq etmişdir. Razılaşmaya əsasən 40000 manat yanacaq pulundan əlavə 19000 manat pulu da o, İsmayıla verməli olmuşdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli DVD diskə baxış protokolundan görünür ki, DVD diskdə 05 (beş) ədəd fotoşəkil vardır. Fotoşəkillərdən biri ödəniş qəbzinin fotoşəkilidir. Belə ki, həmin qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:27-də ünvan 6 ünvanda quraşdırılmış ödəmə terminalından ad soyad və ata adlarının baş hərfləri y***N*** M*** oğlunun adına olan kapital banka məxsus 416973*****8642 seriya nömrəli plastik kart hesabına 9100 manat pul göndərilmişdir. Digər fotoşəkil də ödəniş qəbzinin fotoşəkilidir. Belə ki, həmin qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:11-də ünvan 6 ünvanda quraşdırılmış ödəmə terminalından ad soyad və ata adlarının baş hərfləri Y***N*** M*** oğlunun adına olan kapital banka məxsus 416973*****8642 seriya nömrəli plastik kart hesabına 5000 manat pul göndərilmişdir. Zərərçəkmiş şəxs bildirdi ki, həmin kart hesabı Təqsirləndirilən şəxs adınadır, seriya nömrəsi **********788642 olmaqla və sonuncu tərəfindən pul ödənilməsi məqsədilə ona göndərilmişdir. Həmin Diskdə 1 ədəd səs yazısı vardır. Həmin səsyazıya baxış zamanı müəyyən edildi ki, Dilqəm İsmayıl və Nicat kimi müraciət olunan şəxslər arasında söhbətlər zamanı Nicat kimi müraciət olunan şəxs 19000 manat pulu materialların satışını həyata keçirməkdə vasitəçilik edəcəyini vəd edərək almasını, vəd etdiyi işləri görmədiyini və pulu tezliklə qaytaracağım bildirməsi, Dilqəm və İsmayıl kimi müraciət olunan şəxslər Nicata verilmiş 19000 manatı işi həll etmək məqsədilə vermiş olduğu şəxsin adını onlara bildirməsi, yaxud həmin şəxslə mobil əlaqə yaratmasını tələb etsələr də Nicat kimi müraciət edilən şəxs pulu özü ödəyəcəyini bildirərək hər hansı şəxsə verməsini bildirməmişdir. Həmin diskdə 10 ədəd vatsap tətbiqi vasitəsilə göndərilmiş eyni məzmunlu söhbətlərə dair yəni Təqsirləndirilən şəxs materialların alınmasında vasitəçilik edəcəyinə dair vədlər verməsi, həmin vədin qarşılığında 19000 manat pulu Zərərçəkmiş şəxs alması və sair məzmunlu səsyazılar olması müəyyən edilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixli baxış və götürmə keçirilməsi barədə protokoldan görünür ki, ******* seriya nömrəli Təqsirləndirilən şəxs adına əmək kitabçasına baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən "xxxx" MMC-dən “Böyük Usta” vəzifəsindən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də “Böyük Usta” vəzifəsinə işə qəbul edilmişdir. Təqdim edilmiş plastik kart 4169 73884278 8642 seriya nömrəli kapital banka məxsus plastik kartdır. Cinayət işi materiallarında olan 20 fevral 2025-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.3, 29, 312.1, 312-1.1 və 312- 1.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs CM-nin 32.4, 312.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid məxsus tikinti materiallarının mənimsənilməsi faktına dair 24065024 saylı cinayət işindən yoxlama materialının ayrılması və zəruri sənədlərin surətlərinin həmin materiala əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ümumilikdə 19000 (on doqquz min) manat məbləğində pulunu etibarından sui-istifadə etmə və aldatma yolu ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 19000 (on doqquz min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 178.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu 19000 (on doqquz min) manat məbləğdə maddi ziyanı tam şəkildə ödəmişdir və zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, onunla barışdığını və ondan şikayət və tələbinin olmadığını bildirmiş, eyni zamanda zərərçəkmiş şəxsə vurulmuş 19000 manat məbləğində maddi ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, cinayət işinin materiallarında olan, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Onlar barışmışlar. Onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 4750 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı və həmin ziyanın 25 faizi məbləğində vəsaiti Dövlət büdcəsinə tam şəkildə ödəmişdir. Ona görə də həmin əsaslar üzrə cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra cinayətin zərərli nəticələrini tamamilə aradan qaldırmasını, cinayət işinin icraatına xitam verilməsinə dair razılıq verməsini, əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, zərərçəkmiş şəxslə barışdığına, ona dəymiş ziyanı tamamilə ödədiyinə və həmin ziyanın iyirmi beş faizi miqdarında vəsaiti Dövlət büdcəsinə ödəniş etdiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət işinin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, təqsirləndirilən şəxs hazırkı vaxta qədər CM-in 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və barəsində olan cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–347, 356, 384–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışdığına, cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə və həmin ziyanın iyirmi beş faizi miqdarında vəsaiti Dövlət büdcəsinə ödəniş etdiyinə görə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-90/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-90/2025
19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver