Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-91/2023 17.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmayan, Ağdaş rayon Kükəl kəndində qeydiyyatda olmaqla ünvan 5-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 20 dekabr 2022-ci il tarixdə saat 02 radələrində və 22 dekabr 2022-ci il tarixdə saat 01 radələrində ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus “Aydınoğlu” dəmirçi sexinə qanunsuz daxil olub, 1 ədədinin qiyməti 1,25 manat olan 25 manat dəyərində 20 ədəd dairəvi formalı,«dəmir finans» adlanan dəmir xammalı, «1M63» markalı dəmir yonan dəzgahın 1 ədəd, dəyəri 250 manat olan böyük ölçülü bıçaq tutucusunu və həmin dəzgahın 1 ədəd, dəyəri 100 manat olan kiçik ölçülü bıçaq tutucusunu, hər birinin dəyəri 300 manat olmaqla 600 manat dəyərində «1KA62» markalı dəzgahın 2 ədəd detal tutan hissəsini (patronları) və 1 ədəd 1 tona qədər çəkini çəkmək funksiyasına malik, Rusiya Federasiyasının istehsalı olan, 300 manat dəyərində, əqrəbli tərəzini vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1275 (min iki yüz yetmiş beş) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmir, fəhlə olaraq iş olduqda günəmuzd işləyir. Əvvəllər məhkumluğu olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində nənəsi Qəribənin bacısı Tamaranın yaşadığı Mingəçevir şəhəri, Şəfa bağ massivindəki adını bilmədiyi küçədə yerləşən evinə nənəsini götürmək üçün Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsindən H.Əliyev küçəsinə doğru piyada gedərkən, oradan şəhərin Samux küçəsinə daxil olmuş, piyada hərəkət etdiyi istiqamətdə, yolun kənarında yerləşən “Çempion”çay evinin yaxınlığından keçərkən, orada dəmir emalı sexinin yerləşdiyini, orada müxtəlif ölçülərdə dəmir avadanlıq, habelə dəmir metal parçalarının olduğunu görmüşdür. Saat 20 radələrində havanın qaranlıq vaxtı olduğundan həmin dəmir emalı sexinin təhlükəsizlik kameralarının olmasını diqqətindən qaçırmışdır. Tamara adlı qohumunun evinə çatdıqda nənəsi Qəribənin artıq oradan getdiyini bilib, oradan evə qayıtmışdır. Evdə olarkən həmin metal emalı sexinin içərisində gördüyü metalları oğurlamaq və metal qəbul edən yerlərdən birinə sataraq pul əldə etmək niyyətinə düşmüşdür. Əldə edəcəyi pulu da evin məsrəflərinə xərcləməyi planlaşdırmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 01 radələrində evdən çıxıb, kimsəyə demədən tək qeyd olunan dəmir avadanlıqlarının saxlandığı sexin yerləşdiyi küçəyə yollanmışdır. Şəhərin Ş.İ.Xətai küçəsi ilə piyada gedərkən çörək sexinin qarşısından keçəndə istifadə olunmuş un kisələrindən götürmək məqsədilə çörək sexinin arxasına keçmiş və orada zibil olaraq atılmış un kisələrindən götürmüşdür. Kisələri götürdükdə onların içərisində beton parçalarının olduğunu görmüşdür. Bundan sonra kisənin içərisini boşaltmış və bükərək şalvarının sağ yan cibinə qoyub, Samux küçəsi istiqamətində hərəkətə davam etmişdir. Başında idman papağı ilə həmin metal emalı sexinə yaxınlaşmış, sexin qapı adlandırılan dəmirdən ibarət hisəsinin alt tərəfi paslanaraq çürümüş, habelə müqaviməti zəifləmiş vəziyyətdə olmuşdur. Bunu gördükdən sonra həmin çürümüş hissədən dəmir qapını əyib, əlini içəri salaraq, oradan müxtəlif ölçüdə olan dəmirləri götürmüş və özü ilə gətirdiyi un kisəsinə yığmışdır. Daha sonra kisəni çiyninə götürüb gəldiyi yol ilə piyada yaşadığı binaya qayıtmış və binanın zirzəmisinə girib oğurladığı metal avadanlıqları orada gizlətmişdir. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində eyni məqsədlə yenidən həmin dəmirçi sexinə oğurluq etmək məqsədilə getmişdir. Yenə eyni qaydada qaranlıq vaxtı sexin anbar hissəsinə əlini salaraq, əlinə keçən dəmir avadanlıqlar götürmüş və onları aparıb yaşadığı binanın zirzəmisində gizlətmişdir. Oğurluqdan səs-soraq çıxmayacağını bir neçə gün gözləmiş, sonradan isə oğurladığı həmin dəmir avadanlıqlarını metal qəbulu sexlərindən birinə satmaq qərarına gəlmişdir. İki dəfə həmin sexdən oğurluq etdikdən sonra yenidən həmin sexdən oğurluq etməklə bağlı planı olmamışdır. Aşkar olunmayacağı təqdirdə də həmin yerdən yenidən oğurluq etmək məqsədi olmamışdır. Daha sonra əlində torba ilə həmin sexin yaxınlığından keçərkən orada olan kamera görüntüsünə tuş gəldiyini polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra bilmişdir. Sonradan polis şöbəsində həmin görüntülərə şəxsən baxmışdır. Polis şöbəsinə gətirildikdən sonra növbəti gün yaşadığı binanın zirzəmisində gizlətdiyi, sexdən oğurladığı həmin əşyaları özü aparıb, Zərərçəkmiş şəxs sexində sahibinə təhvil vermiş və əməlindən peşmançılığını bildirmişdir. Oğurladığı iki ədəd dəmir patronları Zərərçəkmiş şəxs geri qaytarmış, lakin dəzgahın iki ədəd bıçaq tutucusu və tərəziləri o oğurlamamışdır. Ona görə də onların aqibəti ona məlum deyil. Həmin avadanlıqların əlamətlərini qeyd edə bilməsə də, sexə geri qaytararkən iki ədəd patron gətirmişdir. Müxtəlif vaxtlarda, həmçinin 2022-ci ilin dekabr ayında Füzuli adlı şəxsin metal qəbulu yerinə metal tullantılar satmış olsa da, ona tərəzi və ya bıçaq tutucusu satmamışdır. Nə oğurluq edərkən, nə də bundan sonra kimsənin bu barədə məlumatı olmamış, habelə ona hər hansı formada köməklik edən şəxs və ya şəxslər olmamışdır. Qeyd edilənlərdən başqa heç bir oğurluq hadisəsində iştirakı olmamışdır. Oğurluğu maddi vəziyyəti çətin olduğuna görə etmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinə oğurluq barədə şikayət ərizəsi ilə müraciət etmişdir. ünvan 2 ünvanda yerləşən “Aydın oğlu” tornaçı sexi ona məxsusdur. Sexin giriş qapısı dəmirdəndir və açarı özündən başqa kimsədə yoxdur. Sexin yan tərəfində yerləşən digər tikili ilə sexin arasında qalan boş hissənin üzərini və ətrafını bağlayaraq, sexdə istifadə etdiyi əşyalardan artıq qalan ləvazimatları və digər metal avadanlıqları həmin yerdə saxlayır. Qeyd etdiyi hissəyə giriş qapısı həm sexin içərisindən mövcuddur, həm də qabaq tərəfdə üzü yola istiqamətində giriş qapısı vardır. Anbar olaraq istifadə etdiyi həmin hissənin arxa tərəfi dəmirlərdən quraşdırılımış hasardan ibarətdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında sexdə olarkən dəmir yonan qurğunun patron adlanan detalını axtarmış, lakin onu tapa bilməmişdir. Bu zaman yardımçı anbar olan hissəyə keçib, orada da onu axtardıqda tapa bilməmişdir. Həmçinin anbarda saxladığı patronlar, finans adlanan dəmir xammalların da yerində olmadığını müəyyən etmişdir. Həmin vaxt anbarın arxa tərəfində dəmirdən ibarət hasarda dəmirlərin aralanmış vəziyyətdə olmasını aşkar etmişdir. Bundan sonra oğurluq olmasından şübhələnmiş və anbarın arxa tərəfinə keçmişdir. Bu zaman anbarın arxa tərəfindən yerləşən ağacın gövdəsində zədələr olduğunu və dəmirin aralanmış hissəsindən oğurluq zamanı çölə atılmış dəmir avadanlıqların həmin ağacın gövdəsini zədələməsini aşkarlamışdır. Bundan sonra anbara qayıtmış və oğurlanmış əşyaları dəqiqləşdirməyə başlamışdır. Həmin vaxt ona20 ədəd, hər birinin təxmini çəkisi 2,5 kq olan, dairə formalı dəmir xammalın, 2 ədəd «1M63» markalı dəmir yonan dəzgahın bıçaq tutucusunun (derjatelin), «1KA62» markalı dəzgahın 2 ədəd patronunun (detalı tutan hissəsinin), 1 ədəd, 1 tonadək çəkini çəkmə funksiyasına malik, Rusiya Federasiyasının istehsalı olan tərəzinin oğurlanmasını aşkar etmişdir. Həmin tərəzi yuxarıdan asılmaqla çəkiləcək metal yaxud əşyalar ondan asılaraq çəkilmək üçün istifadə olunmuşdur. Təxmini ölçüləri, uzunluğu 70 sm, eni 25 sm olan rəqəmsaldır. Həmin əşyalar sexin yardımçı anbarından çölə atılaraq oğurlanmışdır. Həmin əşyaları isə anbara daxil olmadan götürmək qeyri-mümkündür. Bundan sonra həmin küçədə yerləşən obyektlərdə quraşdırılmış təhlükəsizlik kamerasının görüntülərinə baxmış və xx.xx.2022-ci il tarixdə saat 03 radələrində bir nəfər şəxsin hər iki əlində torba, habelə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində həmin şəxsin əlində ağ rəngli torba ilə ona məxsus sexdən şəhərin H.Əliyev prospektinə doğru hərəkət etməsi məlum olmuşdur. Həmin şəxsi tanımamış, əlində, həmçinin daha sonrakı tarixdə çiynində torba aparması onu şübhələndirmişdir. Buna görə də, həmin video görüntünü diskə köçürtdürmüş, sonra isə polis şöbəsinə gələrək, oğurluq olması barədə şikayət etmişdir. Bundan bir neçə gün sonra Mingəçevir şəhər sakini, əvvəllər tanımadığı sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs onun işlədiyi tornaçı sexinə gələrək, iki ədəd dəmir patronları təqdim etmişdir. Təqsirləndirilən şəxs adlı həmin şəxs oğurluğun özü tərəfindən törədilməsini etiraf edərək, qalan iki ədəd patronu ona təhvil vermişdir. Həmin dəmir xammal metal qismində alınarkən, hər kq üçün təxminən 45- 50 qəpikdən olmaqla təxminən 1,5 manat təşkil edir. Lakin həmin xammalı torna aparatında istifadə etmək məqsədilə alarkən xammal şəklində aldığı üçün 1 ədədinin qiyməti 10 manat cəm halında isə 20 ədədinin dəyəri 200 manat təşkil edir. 2 ədəd olmaqla «1M63» markalı dəzgahın bıçaq tutucusu (derjatel) hər biri təzə vəziyyətdə olmuşdur, ölçüləri biri-digərindən fərqli olduğundan qiymətləri fərqli olmuşdur. Belə ki, təxmini ağırlığı 20 kq olan böyük derjatelin dəyəri 200 manat, kiçik ölçülü təxmini çəkisi 12 kq olan derjatelin dəyəri isə 100 manat təşkil edir. Cəm haında iki ədəd derjatelin oğurlanması nəticəsində ona 300 manat maddi ziyan dəymişdir. Oğurlanmış iki ədəd patron işlək vəziyyətdə olmaqla hər birinin ağırlığı təxminən 23-25 kq olmaqla, dəyəri ayrılıqda 300 manat, cəm halında isə 600 manat təşkil etmişdir. Oğurlanmış tərəzi elektron olmamışdır, əqrəbli tərəzidir, tərəzini yuxarıda asmaqla çəkiləcək yük ondan asıldıqda çəkini müəyyən edir, 1 tonadək çəkini çəkmək mümkündür, işlək vəziyyətdədir, Rusiya Federasiyası istehsalıdır, təxmini dəyəri 300 manat təşkil edir. Əlavə ifadəsində oğurlanmış dəmir avadanlıqlarla bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəydə müəyyən etdiyi məbləğlərlə razıdır. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində Şahid1 İsrəfil oğlu bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus “Aydınoğlu” tornaçı sexindən metal avadanlıqlarının oğurlanması barədə Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli şikayət ərizəsi əsasında oğurluq etmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa təqdim edilməsi barədə müstəntiqin əməliyyat tapşırığı icraatına daxil olmuşdur. Tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli olan və video görüntüsü əldə edilmiş şəxsin Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmçinin keçirilmiş tədbirlər zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda “Aydınoğlu” tornaçı sexindən oğurlayaraq əldə etdiyi metal avadanlıqların bir qismini metal qəbulu yerinə satmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs şəhər ərazisində tərəflərindən saxlanılaraq polis şöbəsinə gətirilərək istintaqa təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin oğurluğu törətməkdə kömək etmiş şəxs və ya şəxslər keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs mərhum oğlunun övladı olmaqla, nəvəsidir. xx.xx.2022ci il tarixdə nəvəsi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq oğurluqda şübhəli bilinərək polis şöbəsinə aparılmışdır. xx.xx.2022-ci il tarixdə nəvəsi Təqsirləndirilən şəxs polis şöbəsindən azad edildikdən sonra onunla görüşdükdə söhbət əsnasında Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən sexdən metal avadanlıqlar oğurladığını və yaşadığı binanın zirzəmisində saxladığını, həmçinin etdiyi oğurluq əməlindən peşman olduğunu və zirzəmidə saxladığı metal avadanlıqların sahibinə geri qaytarılmalı olduğunu demişdir. Nəvəsi peşmançılığını bildirdikdə o da həmin əşyaları geri qaytarmağın zəruri olduğunu Orxana deyib, həmin sexə birlikdə gedib, oğurlanmış əmlakı sahibinə qaytarmağı demişdir. Orxanla birlikdə getməkdə məqsədi sex sahibindən üzrxaxlıq etmək və nəvəsi ilə onu barışdırmaq olmuşdur. Bundan sonra oğurladığı dəmir avadanlıqları Orxan yaşadığı binanın zirzəmisindən çıxarıb, tanımadıqları taksi ilə şəhərin Ş.İ.Xətai küçəsi, 87 ünvanında yerləşən sexə aparmışlar. Metal əşyaları sexin sahibi Rauf adlı şəxslə orada söhbət edərək həm o, həm də nəvəsi Təqsirləndirilən şəxs Raufdan üzrxahlıq edib, şikayətçi olmamasını ondan xahiş etmişlər. Rauf adlı sex sahibi onları mehriban qarşılayaraq, üzrxahlıqlarını və avadanlığı qəbul etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 09 yanvar 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır zərərçəkmiş şəxs qismində tanınma haqqında 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. 04 aprel 2023-cü il tarixli təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan respublikası CM-nin 177.2.3-cü vmaddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 04 aprel 2023-cü iltarixli cinayət işi üzə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tutulmalı olan şəxs Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilib istintaqa təqdim olunduğu vaxtadək dayandırılmışdır. 04 may 2023-cü il tarixlio axtarışda olan şəxsin tutulmaqsı haqqında prptokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər ərazisində tutularaq MSY-ə təhfil verilmişdir. 05 may 2023-cü il tarixli dayandırılmış icraatın təzələnməsi və cinayət işinin icraata qəbul edilməsi barədə qərardan görünür ki, ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. hadisə yerinə baxış keçirilməsi haqqında 25 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanda yerləşən “Aydınoğlu” tornaçı sexinin yan hissəsində sexin içərisindən giriş qapısı olan metal hasarlı və otaq halında olan yerdən müxtəlif təyinatlı metal avadanlıqlar saxlanılır və saxlanc yeri hesab olunan həmin otağın çölə açılan qapısı vardır. Metal hasarın əyilərək genişləndirilmiş hissəsi sexin arxa tərəfində yerləşir. Zərərçəkmiş şəxs məxsus metal avadanlıqların əyilərək genişləndirilmiş hissədən çıxarılmaqla oğurlanmışdır. xx.xx.2022-ci il tarixli baxış və götürmə protokoluna əsasən Zərərçəkmiş şəxs təqdim etdiyi DVD diskə keçirilmiş baxış zamanı DVD diskdə iki ədəd video faylın olduğu müəyyən edilmişdir. Həmin video görüntülərdə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində bir nəfər şəxsin əlində torba ilə ağır əşya aparması, digər video faylda isə həmin şəxsin xx.xx.2022-ci il tarixdə saat 02 radələrində çiynində torba ilə getməsinin görüntülərinin olması müəyyən edilərək DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanaraq bir neçə gün sonra «1KA62» markalı dəzgahın 2 ədəd patronu Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qaytarılmışdır. xx.xx.2023-cü il tarixli tədqiqat üçün nümunələrin götürülməsi protokolu ilə məhkəməəmtəəşünaslıq ekspertizasına təqdim edilməsi üçün Zərərçəkmiş şəxs məxsus sexdən oğurlanmış «M63» markalı dəmir yonan dəzgahın böyük ölçülü 1 ədəd bıçaq tutucusu ilə eyni əlamətlərə və xarakterə malik «M63» markalı dəzgahın başqa oğurlanmamış sexdə olan başqa böyük ölçülü bıçaq tutucusu vəTəqsirləndirilən şəxs tərəfindən oğurlanaraq daha sonra qaytarılmış «1KA62» markalı dəzgahın patronu qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/405 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 20 ədəd hər birinin təxmini çəkisi 2,5 kq olan, dairə formalı dəmir xammalın (metal qırıntı kimi) orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi nəzəri qaydada təxminən 25,00 manat müəyyən edilir. - qiymətləndirilməyən digər 3 adda mallar (1M63 markalı dəzgahın bıçaq tutucuları, 1KA62 markalı dəzgahın patronu və rəqəmli tərəzi) haqqında kifayət qədər məlumat (markası, istehsal yeri, istehsal ili, istismar müddəti, ölçüləri, texniki göstəriciləri və.s) olmadığı üçün qiymətləndirmə aparılması mümkün olmamışdır. əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1820 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunan malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 550 manat müəyyən edilir. - M63 markalı dəmir yonan cihazın 01 ədəd bıçaq tutucusu 250 manat - 1KA62 markalı dəzgahın 01 ədəd patronu 300 manat. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. 25 may 2023-cü vil tarixli 244 saylı arayışdan görünür ki, Məmmədov X1 şəhəri Ş.İ.Xətai küçəsi ev 9, mənzil 13 ünvanda yaşayır. xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs qeyd olunan ərazidə yaşadığı müddətdə onun barəsində 8 saylı MİS-ə şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını (CM- 59.1.12) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini tam etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, xx.xx.2022–ci il tarixdən xx.xx.2022–ci il tarixədək və xx.xx.2023-cü il tarixədək xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 3 (üç) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı (CM-nin 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Mingəçevir şəhərində yerləşən ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhər ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınan “1KA62” marklı dəzgahın iki ədəd patronu Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022–ci il tarixdən xx.xx.2022–ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün, xx.xx.2023-cü il tasrixdək xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1(bir) günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınan “1KA62” marklı dəzgahın iki ədəd patronu Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm, şikayət və protest verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-91/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-91/2023
17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver