Məhkəmə qərarları › İş №1(051)-92/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-92/2020

07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-92/2020 07.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı və müdafiəçi - Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1996-cı ildə Mingəçevir şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cümaddələri ilə təqsirli bilinib 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq 1 (bir) ədəd siqaret qutusunun içərisindəşəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 10,97 qram olan narkotik vasitəqurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2020-ci il tarixdə saat 21:00 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Ə.Vahid küçəsi 6 saylı binanın yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinəşəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə – qurudulmuş marixuana Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-nin MSY-də onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 6 ay əvvəl narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. 5 gün əvvəl Kür çayının sahilində gəzərkən yerdən bir ədəd “West” markalı siqaret qutusu tapmış, həmin siqaret qutusunu açıb baxdıqda əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün içərisindəkinin narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. İçərisində qurudulmuş marixuana olan siqaret qutusunu əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyaraq gizlətmişdir. Həmin bükümün üzərindən bir dəfə götürüb istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri Ə.Vahid küçəsi 6 saylı binanın yanından keçib “Dostluq parkı” istiqamətində gedərkən tapdığı narkotik vasitə olan qurudulmuş marixuana əynindəki qara rəngli şalvarın sağ yan cibində idi. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkil Müdafiəçi iştirakı ilə onun üzərinəşəxsi axtarış keçirilmiş, axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində qurudulmuş marixuana olan bir ədəd siqaret qutusu polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Həmin siqaret qutusunda olan kütlənin spesifik iyindən və rəngindən narkotik vasitə qurudulmuş marixuana olması müəyyən olunmuşdur. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzisindəçəkilmiş və bükümün siqaret qutusu ilə birlikdəçəkisi 15,43 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni bir neçə gün əvvəl Kür çayının sahilində gəzərkən yerdən tapmışdır. Tərəzidəçəkildikdən sonra həmin kütlə onun, vəkilinin və iştirakçıların iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o və vəkili də imza etmişlər.Daha sonra polis işçiləri üzərinə şəxsi axtarış zamanı yazmış olduqları protokolu oxumuş və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2 və o Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Ə.Vahid küçəsi 6 saylı binanın qarşısından Mingəçevir şəhəri N.Nərimanov prospektində yerləşən “Dostluq” parkı istiqamətində piyada gedərkən görmüş və Təqsirləndirilən şəxs yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Kərimov X3 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil Müdafiəçi dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərinəöz razılığı iləşəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilmişdir.Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinəşəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuşəşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bundan sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd “Vest”markalı siqaret qutusu aşkar olunmuş və həmin siqaret qutusu Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində qurudulmuş marixuanaya oxşar narkotik vasitə müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar 1(bir) ədəd siqaret qutusundakı kütlələnin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmiş və həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidəçəkilmişdir.İçərisində narkotik vasitəyə oxşar kütlə bir ədəd siqaret qutusu ilə birlikdəçəkisi 15.43 qram olmuşdur.Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxsözü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalandı. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1(bir) ədəd siqaret qutusundakı olan kütlənin qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı xx.xx.2020-ci il tarixdə yaşadığı Mingəçevir şəhəri kür çayı sahilində piyada gəzən zaman yerdən tapdığını vəözü istifadə etmək məqsədi ilə üstündə saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin PPXB-nin polis serjantı Şahid2 da oxşar məzmunlu ifadələr verərək, Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Cinayət işinin 22-23-cü səhifələrində olan xx xxxx 2020-ci il tarixdə tərtib olunmuşşəxsi axtarış və götürmə keçirilməsi barədə protokoldan görünür ki, həmin tarixdə, Mingəçevir şəhər Polis ŞöbəsindəTəqsirləndirilən şəxs üstünə baxış keçirilərkən, onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində qurudulmuş marixuana olan bir ədəd siqaret qutusu aşkar edilmişdir. Həmin narkotik vasitə olan marixuana elektron tərəzi iləçəkilmiş, zərfə qoyularaq qablaşdırılmış və həmin zərf Azərbaycan Respublikası DİN-nin 76 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə tərtib olunmuş protokol və zərfin üzəri Təqsirləndirilən şəxs, proses iştirakçıları tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 17/190 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) “Vest” yazısı olan siqaret qutusunun içərisində təmiz çəkisi -10,97 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Ekspertiza zamanı həmin narkotik vasitənin 0,02 qramı tədqiqata sərf olunmuş, 10,95 qramı isə qalıq qalmışdır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 467 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan qurudulmuş marixuanadən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinentdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq 1 (bir) ədəd siqaret qutusunun içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 10,97 qram olan narkotik vasitəqurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2020-ci il tarixdə saat 21:00 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Ə.Vahid küçəsi 6 saylı binanın yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinəşəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə –qurudulmuş marixuana Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-nin MSY-də onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsi və peşimançılıq hissi keçirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələbinə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətindən çıxılaraq, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx xxxx 2020-ci il tarixədək 2(iki) gün müddətinə həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomanlıq xəstəliyindən məcburi müalicəyə cəlb olunmalı, narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən iş üzrə 34,55 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,95 qram çəkidə qurudulmuş marixuana Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 132 manat dövlət büdcəsindən tutularaq Mingəçevir şəhər Vəkil Bürosunun Azərbaycan X1 filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521 BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, cəmi dörd gün ona təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İşüzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 10,95 qram qurudulmuş marixuana məhv edilsin. İşüzrə 34,55 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 132 manat dövlət büdcəsindən tutularaq Mingəçevir şəhər Vəkil Bürosunun Azərbaycan X1 filialında olan VÖEN: **********. Hesan № AZNAZ 521 BAZ******************** saylı hesabına köçürülsün. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar