Məhkəmə qərarları › İş №1(051)-92/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-92/2021

23.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-92/2021 23.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Müdafiəçi iştirakı ilə, xx.xx.1965-ci ildə Ağdaş rayonu rayonu Korarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Mingəçevir şəhəri Məhsəti küçəsi 3 №-li evin 73№-li mənzilində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri Şəfa bağ massivində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 23 radələrində oğurluq etmək məqsədi ilə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən evin həyətinə hasardan aşıb keçərək həyətə qanunsuz olaraq daxil olub evin 1-ci mərtəbəsində yerləşən saxlanc yeri kimi istifadə edilən otağın qapısını əli ilə itələyib açıb oradan 1 (bir) ədəd 85 (səksən beş) manat dəyərində Rusiya Federasiyasında istehsal edilmiş tikiş maşınını, 1 (bir) ədəd 85 (səksən beş) manat dəyərində Rusiya Federasiyasında istehsal edilmiş 5 (beş) litrlik odun samovarını, 1 (bir) ədəd 70 (yetmiş) manat dəyərində Rusiya Federasiyasında istehsal edilmiş 3 (üç) litrlik odun samovarını, özgənin, yəni Zərərçəkmiş şəxs məxsus 240 (iki yüz qırx) manat məbləğdə əmlakını Zərərçəkmiş şəxs ziyan vurmaqla gizli olaraq talayaraq oğurlamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. 1985-ci ildə X3 ilə rəsmi nikaha daxil olub ailə qurmuşdur. Birgə nigahdan 3 övladı var. Hazırda ailəsini dolandırmaq məqsədi ilə fəhləlik edir. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Onunla münasibəti normaldır. xx.xx.2020-ci il tarixdə Yevlax rayonu ərazisində olarkən bir qədər spirtli içki olan araq qəbul etmişdir. Spirtli içkinin təsirindən sərxoş vəziyyətdə olmuşdur. Saat təxminən 23 radələrində Vahidin yaşadığı evin qarşısından keçərkən evin həyətinə daxil olub oradan oğurluq etmək fikrinə düşmüşdür. Buna görə də evin hasarından aşıb həyətə keçmişdir. Həyətdəki yardımçı tikilinin qapısını açıb içəriyə daxil olmuş və görmüşdür ki, orada iki ədəd samovar və bir ədə köhnə mexaniki tikiş maşını var. Həmin əşyaları oğurlamaq məqsədi ilə bir-bir samovarları və tikiş maşınını hasardan keçirib hasarın küçə tərəfdən kənarına yığmışdır. Sonra oğurladığı əşyaları götürüb yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən evə gedərkən yolda polis əməkdaşları onu saxladıb oğurladığı əşyalarla birlikdə polis şöbəsinə aparmışlar. Polis Şöbəsində o, törətdiyi əməli etiraf edərək oğurladığı əşyaları təqdim etmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxslə barışdığını bildirərək, qeyd olunanları nəzərə alıb təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, yaşadığı evin 1-ci mərtəbəsində yerləşən otaqdan məişət əşyalarını saxlamaq üçün saxlanc yeri kimi istifadə edirlər. Həmin otaqda müxtəlif əşyaları saxlayırlar. xx.xx.2020-ci il tarixdə yaşadığı evin həyətinə çıxarkən evin 1-ci mərtəbəsindəki saxlanc yeri kimi istifadə etdiyi anbarın qapısının açıq olduğunu görmüşdür. Ona məlum olmuş ki, həyətə kimsə daxil olubdur. Buna görə də içəri daxil olub içəridəki əşyalara baxmış, görmüş ki, otaqda saxladığı 1 ədəd 3 litrlik, 1 ədəd 5 litrlik nerj materialından olan, Rusiya Federasiyasında istehsal olunmuş samovarlar və 1 ədəd tikiş maşını yerində deyil. Yəni oğurlanıbdır. Bundan sonra oğlu Tofiq Mingəçevir şəhər Polis Şöbəsinə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, yaşadığı evdən oğurluq edən şəxs Təqsirləndirilən şəxsdur. Oğurlanmış əşyalar ona qaytarılmışdır, təqsirləndirilən şəxslə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir ŞPŞ-nin PPXB-nün manqa komandiri vəzifəsində xidmət edir. xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Mingəçevir ŞPŞ-nin PPXB-nün polis nəfəri Şahid3la birlikdə Mingəçevir şəhərinin Şəfa bağ massivi ilə xidməti avtomobildə gəzərkən bir nəfər şəxsin əlində iki ədəd samovar və bir ədəd tikiş maşını olduğunu görüb həmin şəxsin yanında avtomobili saxlamışlar. Avtomobildən bayıra çıxdıqdan sonra həmin şəxsin şübhəli davrandığını görüb onu polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində həmin şəxsin xx.xx.1965-ci ildə Ağdaş rayonu Korarx kəndində anadan olmuş, Mingəçevir şəhəri Məhsəti küçəsi ev 3 mənzil 73-də qeydiyyatda olmaqla Mingəçevir şəhəri Şəfa bağ massivində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Həmçinin məlum olmuş ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığ Mingəçevir şəhəri Şəfa bağ massivi M.Rəhimov döngəsi 1 ev 47-dən əlində olan əşyaları oğurlamışdır. Məhkəmə iclası zamanı Şahid1 şahid qismində ifadə vermiş Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarında olan xx.xx.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivi M.Rəhimov küçəsi 1-ci döngə 47 ünvanda yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsindən oğurluq edilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evdən oğurladığı 2 ədəd samovar və 1 ədəd mexaniki tikiş maşını Təqsirləndirilən şəxs götürülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs götürülmüş 2 ədəd odun samovarı və 1 ədəd mexaniki tikiş maşını iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün qəbzlə Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli qərarla təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxx 2021-ci il tarixli 9/726 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensiviliyi parametrlərinə uyğun olaraq 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 240,00 manat müəyyən edilir. O cümlədən: 1 ədəd Rusiya Federasiyası istehsalı olan uzun müddət istifadə edilmiş tikiş maşını-85 manat, 1 ədəd Rusiya Federasiyası istehsalı olan 5 litrlik odun samovarı - 85 manat, 1 ədəd Rusiya Federasiyası istehsalı olan 3 litrlik odun samovarı - 70 manat. Cinayət işinə əlavə edilmiş DİN BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 23 radələrində oğurluq etmək məqsədi ilə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən evin həyətinə hasardan aşıb keçərək həyətə qanunsuz olaraq daxil olub evin 1-ci mərtəbəsində yerləşən saxlanc yeri kimi istifadə edilən otağın qapısını əli ilə itələyib açıb oradan 1 (bir) ədəd 85 (səksən beş) manat dəyərində Rusiya Federasiyasında istehsal edilmiş tikiş maşınını, 1 (bir) ədəd 85 (səksən beş) manat dəyərində Rusiya Federasiyasında istehsal edilmiş 5 (beş) litrlik odun samovarını, 1 (bir) ədəd 70 (yetmiş) manat dəyərində Rusiya Federasiyasında istehsal edilmiş 3 (üç) litrlik odun samovarını, özgənin, yəni Zərərçəkmiş şəxs məxsus 240 (iki yüz qırx) manat məbləğdə əmlakını Zərərçəkmiş şəxs ziyan vurmaqla gizli olaraq talayaraq oğurlamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan tam həcmdə ödənilmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddəsinə, törətdiyi əməli səmimi etiraf etməsini və peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 2 ədəd samovar və 1 ədəd tikiş maşınının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə 50 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətiimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 2 (iki) ədəd samovar və 1 (bir) ədəd tikiş maşınının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülsün. Hökm, şikayət və protest verilmədiyi halda elan olunduqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM : Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar