Məhkəmə qərarları › İş №1(051)-92/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-92/2022

15.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-92/2022 15.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1977-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Mingəçevir şəhər məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 1(051)-116/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: Pirimov X4 şəhər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 02 (il) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib cəzasını çəkdiyi müddətdə islah olunmayaraq, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın yuxarı həddi üçün 5,00 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə çəkisi 163,39 qram olan narkotik vasitə qurudulmuş marixuanadan 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 9,68 qram olan hissəsini üzərində gəzdirərək əynindəki göy rəngli gödəkcənin sol iç cibində saxlayaraq daşımış, həmçinin həmin narkotik vasitə qurudulmuş marixuandan 1 (bir) ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 153,71 qram olan hissəsini isə yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti 49№-li evin 8№-li mənzilində yataq otağındakı çarpayının üzərində olan döşəyin altında gizlətməklə saxlamış və xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər X2 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən 15N°-li yaşayış binasının yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 16:40-da üzərinə şəxsi axtarış keçirilərkən 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 9,68 qram olan narkotik vasitə qurudulmuş marixuana onun əynində olan göy rəngli gödəkcənin sol iç cibindən, 1 ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 153,71 qram olan qurudulmuş martixuana isə həmin gün saat 17:10-da yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti 49№-li evin 8№-li mənzilinə Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən baxış keçirilərkən mənzilin yataq otağındakı çarpayının üzərindəki döşəyin altından aşkar edilib götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən imtina edərək, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, doğrudur, o, hazırda da narkotik vasitələrdən istifadə edir. Lakin o, xx.xx.2022-ci il tarixdə, günorta saatlarında, Mingəçevir şəhərində yas yerində olmuş və bacanağı ilə mağarın arxasında oturmuşdur. Həmin vaxt polis əməkdaşları heç bir söz demədən onlara yaxınlaşmış və onları Mingəçevir ŞPŞ-yə aparmışlar. Bacanağını tez buraxmışlar. Onun üstünü yoxladıqdan sonra heç bir şey tapmamışlar. Sonra ona təzyiq göstərmişlər ki, marixuananı etiraf etsin, əks halda, onu heroinlə sənədləşdirəcəklər. O da məcbur qalıb razılaşmışdır. Halbuki, onun üzərindən narkotik vasitə çıxmamışdır. Doğrudur, onu döyməyiblər, lakin psixoloji təzyiq göstəriblər. Ona görə də o, polislərin dediyi ilə razılaşmışdır. O, anasına məxsus evdə yaşayır. Bununla belə onun evdə narkotik vasitəsi olmamışdır. Eləcə də o, evə baxış keçirilməsindən məlumatı olmamışdır. Polislər onu baxışa aparanda bir neçə dəqiqə həyətdə saxlamışlar. Həmin vaxtda da marixuananı onun döşəyinin altına qoymuşlar. Çünki onun yatdığı yatağı anası yığışdırır. Elə bir şey olsaydı anası görərdi. Baxış keçirilən vaxt anası evdə olmuşdur. Ancaq o da narkotik vasitə tapılan vaxt etiraz etməmişdir. Çünki o narkotik vasitədən istifadə etdiyi üçün anası ilə mübahisə etmişdir. Ona görə də anası ondan polisə şikayət etmişdir. Həmin vaxt anası onun tutulmağını istəmişdir. O səbəbdən də o, bütün sənədlərə imza etmişdir. Ancaq ona qarşı irəli sürülən ittiham tam əsasızdır. Hesab edir ki, polislər anasının şikayəti əsasında ona qarşı ittiham vermişlər. Ona görə də özünü verilmiş ittiham üzrə təqsirli bilmir. Odur ki, məhkəmədən onun təqsirsiz elan edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis Şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində, Mingəçevir şəhər PŞ-nin əməkdaşı Şahid2 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyt tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin 20 Yanvar küçəsi 15№-li yaşayış binasının yaxınlığında görüb ona yaxınlaşaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirilib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs də üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o da əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən 4 ədəd West markalı siqareti, iki ədəd alışqanı, bir ədəd konfeti, bir ədəd təsbehi, bir ədəd siqaret müştüyünü, salfeti, əynindəki gödəkçəsinin sol iç cibindən 1 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynində göy rəngli gödəkcənin sol iç cibindən aşkar olunmuş şəffaf rəngli sellofan bükümə açılıb baxıldıqda bükümdə olan kütlənin yaşıl rəngli, kəskin iyə malik, ota bənzər kütlə yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş l(bir) şəffaf rəngli sellofan büküm narkotik vasitəyə oxşar kütlə aptek tərəzisində çəkilmiş, 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümü ilə birlikdə ümumi cəmi çəkisi 11,13 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında Mingəçevir şəhərinin Günəşli bağ masivində küçədən keçərkən yerdən 1 ədəd qara rəngli sellofan bükümdə yerdən tapıb bir qədərini üzərində qalan hissəsini isə yaşadığı mənzildə gizlədərək saxladığını və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri H.Əliyev küçəsi 49№-li evin 8№-li mənzilinə gedilmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitə qurudulmuş marixuana saxlaması, anası X1 razılığı əsasında mənzilə baxış keçiriləcəyi bildirilmişdir. Daha sonra Dövlət Qəhrəmanova yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti 49№-li evin 8№-li mənzilinə baxış keçirilərkən mənzilin yataq otağı kimi istifadə etdiyi otağındakı çarpayının üzərində olan döşəyin altında gizlədərək saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd qara rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli sellofan torba digər şəxslərin yanında açılıb baxılarkən içərisində olan kütlənin yaşıl rəngli kəskin iyə malik, otabənzər kütlə yəni narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçılarm yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, qara rəngli sellofan torba ilə birlikdə narkotik vasitə qurudulmuş marixuananın çəkisi 170 qram olmuşdur. Tərəzidə çəkildikdən sonra həmin torba onun və digər şəxslərin iştirakı ilə qablaşdırılaraq möhürlənmişdir. Daha sonra baxış keçirilən zamanı yazılmış protokol oxunmuş və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Üzərinə video çəkilişlə şəxsi axtarış, yaşadığı evdə axtarış və götürmə aparılarkən etiraz etməmişdir.Əksinə, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir Şəhər Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxs X5 məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində, üzərində və yaşadığı mənzildə narkotik vasitə olmaması ilə bağlı istinad etdiyi dəlillər işin həqiqi hallarına uyğun olmadığına görə məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında çarpaz dindirmə zamanı Şahid1 video çəkilişlə aparılan şəxsi axtarış və götürmə zamanı təqsirləndirilən şəxsin əynindəki göy rəngli gödəkcənin sol iç cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 9,68 qram, və yaşadığı mənzildə yataq otağındakı çarpayının üzərində olan döşəyin altından isə 1 (bir) ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 153,71 qram olan qurudulmuş marixuananın aşkar olunar götürüldüyünü və təqsirləndirilən şəxsin narkotik vasitələrin ona məxsus olduğunu etiraf etdiyini onun üzünə qarşı demişdir. Eləcə də, təqsirləndirilən şəxs anasının da iştirak etdiyi istintaq hərəkətində yataq otağında aşkar olunan marixunanın oraya polislər tərəfindən qoyulması, həmçinin polislərin onu anasının şikayəti əsasında tutması ilə bağlı bildirdikləri də inandırıcı görünmür. Bütün bu xüsusatlar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin qanunsuz olaraq satış məqsədi olmadan üzərində və yaşadığı mənzildə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə saxlamaması və daşımaması ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsini bütövlükdə inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan 20 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən 4 ədəd West markalı siqareti, iki ədəd alışqanı, bir ədəd konfeti, bir ədəd təsbehi, bir ədəd siqaret müştüyünü, salfeti, əynindəki gödəkçəsinin sol iç cibindən 1 ədəd şəffaf rəngli sellofanda yaşın rəngli kəskin iyli narkotik vasitəyə oxşar büküm aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş, bir ədəd şəffaf sellofanda olan kütlənin narkotik vasitə olduğunu, təxminən 3-4 gün əvvəl Günəşli bağ massivində yolun kənarından tapdığını, həmin narkotik vasitədən yaşadığı evdə də olduğunu və tapdığı narkotik vasitəni yaşadığı evdə gizlətdiyini, üzərindən götürüb üstündə saxladığını və daşıdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş, bir ədəd şəffaf sellofanda olan narkotik vasitəyə oxşar kütlə elektron tərəzi ilə çəkildi. Narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisinin 11,13 qram olması müəyyən edildi. Samsung markalı videokamera ilə videoyaya çəkilərək zərfə qoyulmuş və AR DİN-in 76 nömrəli möhürü ilə möhürlənmişdir. Həmin zərf Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan 20 aprel 2022-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti 49№-li evin 8№-li mənzilinə baxış keçirilərkən mənzilin yataq otağındakı çarpayının üzərindəki döşəyin altından 1 (bir) ədəd qara rəngli sellofan bükümündə ümumi təmiz çəkisi 153,71 qram olan olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 21 aprel 2022-ci il tarixli 17/350 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “ Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi- 9,68 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş” sözləri yazılmış qara rəngli sellofan torbanın içərisindəki 01 (bir) ədəd sarı rəngli sellofan torbada təmiz çəkisi-153,71 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə olan qurudulmuş marixuana ilə 01 (bir) ədəd qara rəngli sellofan torbanın içərisindəki 01 (bir) ədəd sarı rəngli sellofan torbada olan qurudulmuş marixuana təkiblərinə görə eynidirlər. Məhkəmə bioloji ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan 0,10 qram (hər ob- 0,05 qr) narkotik vasitə kütlələsindən sonra yerdə qalan ümumi qalıq çəkisi 163,29 qramdır. Cinayət işinin materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 21 aprel 2022-ci il tarixli 536 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserinin ambulator məhkəmə–psixiatrik ekspertizasının 09 iyun 2021-ci il tarixli 298 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdə cinayət əməlini törədərkən öz hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik etmək qabiliyyətində, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tələblərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik etmək iqtidarındadır. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 16 may 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə aşkar edilərək götürülmüş bir ədəd şəffaf sellofan bükümdə və bir ədəd qara rəngli sellofan torbada olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iş üzrə təyin edilmiş məhkəmə bioloji ekspertizasının keçirilməsi zamanı tədbiqata sərf olunan 0,10 qram (hər ob-0,05qram) narkotik vasitə kütlələrindən sonra yerdə qalan ümumi çəkisi 163,29 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanca verilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 1(051)-116/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ, 29 aprel 2022–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Pirimov X4 şəhər Məhkəməsinin 09 2021-ci il tarxili hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 02 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, məhkum Pirimov X4 şəhər məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin 31 yanvar 2022-ci il tarixli qərarı ilə amnistiya aktına əsasən məhkumun cəzası 1 (bir) il azaldılmışdır. Məhkum Təqsirləndirilən şəxs 01 noyabr 2021-ci il tarixdə cəzanın icrası ilə bağlı qeydiyyata alınmışdır. 20 fevral 2022-ci il tarixdə barəsində 15 gün müddətinə inzibati həbs seçilmiş, həbsin başlanğıcı 18 fevral 2022-ci il tarixdən hesablanmışdır. İnzibati həbsdə olduğu müddət məhkumun cəzasına hesablanmamışdır. Həmçinin 22 aprel 2022-ci il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, tutulmanın başlanğıcı 20 aprel 2022-ci il tarixdən hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 15 iyul 2022-ci il tarixə 5 ay 2 günü icra olunmuş, 1 il 24 günü icra olunmamış qalmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən “qurudulmuş marixuana” əldə edib üzərində saxlayaraq daşımış və yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti 49№-li evin 8№-li mənzilində gizlədərək saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Pirimov X4 şəhər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 02 (il) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum məhkum edilib cəzasını çəkdiyi müddətdə islah olunmayaraq, istintaqa məlum olmayan mənbədən istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə çəkisi 163,39 qram olan narkotik vasitə qurudulmuş marixuanadan 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 9,68 qram olan hissəsini üzərində gəzdirərək əynindəki göy rəngli gödəkcənin sol iç cibində saxlayaraq daşımış, həmçinin həmin narkotik vasitə qurudulmuş marixuandan 1 (bir) ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 153,71 qram olan hissəsini isə yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti 49№-li evin 8№-İİ mənzilində yataq otağındakı çarpayının üzərindəki döşəyin altında gizlətməklə saxlamış və xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər X2 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən 15N°-li yaşayış binasının yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 16:40-da üzərinə şəxsi axtarış keçirilərkən 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 9,68 qram olan narkotik vasitə qurudulmuş marixuana onun əynində olan göy rəngli gödəkcənin sol iç cibindən, 1 ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 153,71 qram olan qurudulmuş martixuana isə həmin gün saat 17:10-da yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti 49№-li evin 8№-İİ mənzilinə Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən baxış keçirilərkən mənzilin yataq otağındakı çarpayının üzərindəki döşəyin altından aşkar edilib götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Pirimov X4 şəhər Məhkəməsinin 09 iyun 2021ci il tarxili hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 02 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkəmənin 31 yanvar 2022-ci il tarixli qərarı ilə amnistiya aktına əsasən məhkumun cəzası 1 (bir) il müddətə azaldılmışdır. Cəzanı icra edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində 22 aprel 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, tutulmanın başlanğıcı 20 aprel 2022-ci il tarixdən hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 15 iyul 2022-ci il tarixə 5 ay 2 günü icra olunmuş, 1 il 24 günü icra olunmamış qalmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu cinayəti hökm qanuni qüvvəyə mindikdən sonra törətdiyinə görə, ona hazırkı cinayət işi üzrə cəza hökmlərin məcmusu qaydasında təyin edilməlidir. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə və həmin Məcəllənin 67.1–ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, şəhid ailəsi olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Pirimov Ramil Səməd oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmçinin Mingəçevir şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 09 iyun 2021-ci il tarixli 1(051)–24/2019 nömrəli hökmü ilə təyin edilmiş 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının hazırda çəkilməmiş 1 (bir) il, 24 (iyirmi dörd) günü hissəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsində müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla 6 (altı) ay 12 (on iki) gün müddət hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 67.1–ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökmlə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə nəticəyə gələrkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs 20 aprel 2022–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan əlavə, Mingəçevir Şəhər Məhkəməsinin 22 aprel 2022–ci il tarixli 4(051)–50/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və onun həbsdə saxlama müddətinin başlanğıcı 20 aprel 2022–ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəlləniun 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-də məsul saxlanca verilmiş, təqsirləndirilən şəzs Təqsirləndirilən şəxs üzərindən götürülmüş ekspertizadan sonra təmiz qalıq çəkisi 163,29 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 35,97 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Mingəçevir şəhər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il, 24 (iyirmi dörd) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsində müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla 6 (altı) ay 12 (on iki) gün müddət hazırkı hökmlə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertizadan sonra təmiz qalıq çəkisi 163,29 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar