Məhkəmə qərarları › İş №1(051)-93/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-93/2020

21.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-93/2020 21.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Şikayət verən şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1976-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 19 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 16.06.2020-ci il tarixdə saat 10 radələrində Mingəçevir şəhəri Şəfa Bağ massivində yaşayan anası Zərərçəkmiş şəxs yaşadığı mənzildə onun haqqında kobud sözlər deməsini əsas gətirərək ailə münaqişəsi zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs saçından tutub dartaraq baş nahiyyəsinə şəpitlə bir dəfə vurub, boğaz nahiyyəsindən tutub sıxmış, sonra isə əlindəki şüşə stəkanla Zərərçəkmiş şəxs sol qol nahiyyəsinə bir dəfə vurub ona boynunda sıyrıq və sol saidin kəsilmiş yarası, sağlamlığına qısa müddətdə pozulması ilə nəticələnən zərərçkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışı iclasında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun anasıdır. O, hər gün anasıgilə gəlib ona baş çəkib qulluq edirdi. Bu günə qədər Zərərçəkmiş şəxs ilə onun arasında ailədaxili müxtəlif səbəblərə görə mübahisələri olmuşdur. Sonuncu dəfə, 16.06.2020-ci il tarixdə təxminən saat 10:00 radələrində o, anası Zərərçəkmiş şəxs yaşadığı evinə gəlmişdir. Orada o, maddi vəziyyəti çətin olduğuna, dolana bilmədiyinə görə Mingəçevir şəhəri A.S.Puşkin küçəsi 8 №li evin, 19 №li mənzilini satmaq, özünə bir otaqlı mənzil almaq, yerdə qalan pulla ehtiyaclarını ödəmək istədiyini bildirdikdə, anası ona kobud formada evi satıb başqa kişilərə xərcləyəcəyini deyərək ona irad bildirmiş və ona görə də aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, əsəbləşərək anasının saçından tutub dartmış, baş nahiyyəsinə şəpitə bir dəfə vurmuş, sonra şüşə stəkanı ona atmış, nəticədə anasına xəsarət dəymişdir. Əməlindən peşimandır. Hazırda anası Zərərçəkmiş şəxs ilə barışmışlar. İş üzrə icraata xitam verilməsini xahiş edir. Şikayət verən şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun qızıdır. Onlar ayrı yaşayırlar, lakin Şəfəq hər gün gəlib ona baş çəkib qulluq edirdi. 16.06.2020-ci il tarixdə təxminən saat 10:00 radələrində qızı Şəfəq onun yaşadığı evə gələrək öz yaşadığı evini satmaq istədiyini bildirdi. Lakin o, etiraz etdi və qızı Şəfəqə kobud formada irad bildirdi. Buna görə də aralarında mübahisə yarandı. Mübahisə zamanı qızı Şəfəq əsəbləşərək onun saçından tutub dartdı, baş nahiyyəsinə şəpitlə bir dəfə vurdu. Sonra şüşə stəkanı ona tərəf atdı. Stəkan qırılaraq onun qoluna xəsarət yetirdi. Bu səbəbdən də Mingəçevir ŞPŞ-nə ərizə ilə şikayət etmişdir. Hal-hazırda qızı Təqsirləndirilən şəxs ilə barışmışlar. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Materiala əlavə olunmuş məhkəmə tibb ekspertizasının 376 №li 16.06.2020-ci il tarixli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər:–boynuna sıyrııq küt əşyanın təsirindən, sol saidin kəsilmiş yarası isə kəsici əşyanın ola bilsin şüşə materiyalın kəsici hissəsi ilə yetirilmişdir, yetirilmə müddəti qərarda göstərilən 16.06.2020-ci il tarixə uyğundur, ağırlıq dərəcələrinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gelir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şikayət verən Zərərçəkmiş şəxsnun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şikayət verən şəxsin ifadəsi və iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq edilir və onun törətmiş olduğu əməl təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Materialda olan DİN Baş əməliyyat və Statistika informasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Materiala əlavə olunmuş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsnun ərizələrindən görünür ki, onlar barışmışlar, bir-birilərinə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə şikayət verən şəxsin və əməli törətmiş şəxsin ərizələrini, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, onlar barışdıqları üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş üzrə mülki tələb, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci, Cinayət Prosessual Məcəlləsinin 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar