Məhkəmə qərarları › İş №1(051)-93/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-93/2021

12.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-93/2021 12.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiçi Müdafiəçi, Şikayət verən şəxs Zərərçəkmiş şəxs, Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Yevlax rayonu Xaldan kəndində yaşayan Salmanov Eyvaz Cəfər oğlunun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Əməli törətmiş şəxs Salmanov Eyvaz Cəfər oğlu xx.xx.2021 -ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, Gəncə şossesində "Azpetrol" YDM-dən təxminən 500 metr aralıda yol kənarında dayısı oğlu Zərərçəkmiş şəxs onun anası Şahid2 haqqında kobud sözlər deməsini əsas gətirərək şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs baş nahiyəsinə 1 dəfə ağac parçası vurub ona alıntəpə nahiyəsində yara ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışı iclasında əməli törətmiş şəxs Salmanov Eyvaz Cəfər oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirdi ki, xx.xx.2021 -ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, Gəncə şossesində "Azpetrol" YDM-dən təxminən 500 metr aralıda yol kənarında dayısı oğlu Zərərçəkmiş şəxs onun anası Şahid2 haqqında kobud sözlər deməsinə görə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs baş nahiyəsinə 1 dəfə ağac parçası vurub ona xəsarət yetirmişdir. Əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışlar. İş üzrə icraata xitam verilməsini xahiş edir. Şikayət verən şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində bildirdi ki, xx.xx.2021 -ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, Gəncə şossesində "Azpetrol" YDM-dən təxminən 500 metr aralıda yol kənarında bibisi oğlu Təqsirləndirilən şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs onun baş nahiyəsinə əlində olan ağac parçası ilə vurmuşdur. Halhazırda Təqsirləndirilən şəxs ilə barışmışlar. Ondan heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2021 -ci il tarixli 138 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər - alın-təpə nahiyəsində yara bərk küt əşyanın təsirindən əmələ gəlmiş, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2021 -ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gelir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şikayət verən Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Salmanov Eyvaz Cəfər oğlunun Azərbaycan Respublikası CMnin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şikayət verən şəxsin ifadəsi və iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq edilir və onun törətmiş olduğu əməl təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan DİN Baş əməliyyat və Statistika informasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Salmanov Eyvaz Cəfər oğlu əvvəllər məhkum olunmamışdır. İşə əlavə olunmuş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizələrindən görünür ki, onlar barışmışlar, bir-birilərinə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə şikayət verən şəxsin və əməli törətmiş şəxsin ərizələrini nəzərə alaraq hesab edir ki, onlar barışdıqları üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş üzrə mülki tələb, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci, Cinayət Prosessual Məcəlləsinin 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Salmanov Eyvaz Cəfər oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar