Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-93/2022 29.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs- xx.xx.1981-ci ildə Ağdam rayonu, Suma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, məhkumluğu olmayan, Ağdam rayonu, Suma kəndində qeydiyyatda olmaqla Bərdə rayonu 588 mənzilli Qaçqınlar və Məcburi köçkünlər üçün inşa olunmuş qəsəbədə bina 4, mənzil 5-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan heroinin şəxsi isteklak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümünün içərisində, şəxsi istehlak miqdarından atrıq miqdarda təmiz çəkisi 0,197 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan əynindəki boz rəngli gödəkcənin sol yan cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımış, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Şahmat məktəbinin” yaxınlığında saxlanılaraq Mingəçevir şəhər Polis Şöbəsinə gətirilib ŞPŞ-nin inzibati binasında saat 12:40 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə heroin əynində olan boz rəngli gödəkcənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, Bərdə rayonunda yaşayır. xx.xx.2022-ci ildə Mingəçevir şəhərinə tanışlarının evinə qonaq gəlmişdir. Şəhərdə gəzən zaman polis əməkdaşları onu polis şöbəsinə apardılar. Üzərinə vəkilin iştirakı ilə baxış keçirildi. Üzərində narkotik vasitə aşkar olunmadı. Özü narkotik vasitədən istifadə edəndir. Anacq onun üzərində narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdi ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı Bərdə rayonunda olan zaman Bayraq meydanının yaxınlığında piyada gəzərkən yerdən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm tapıb götürdü. O, həmin bükümdə olan kütlənin narkotik vasitə olan heroin olduğundan tanıdı və şəxsi istifadəsi üçün cibinə qoydu. xx.xx.2022-ci il tarixdə səhər saatlarında “Xocalı faciəsinin” il dönümü ilə bağlı Mingəçevir şəhərinə yaşayan qohumlarına baş çəkmək üçün onlara qonaq gəldi. Bir qədər qohum-əqrabadan hal-əhval tutduqdan sonra yaşadığı Bərdə rayonuna qayıtmaq qərarına gəldi. Bu səbəbdən həmin gün saat 12:00 radələrində piyada gəzə-gəzə Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən “Şahmat” klubunun yanına gələn zaman 3 nəfər polis əməkdaşı ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün onlarla birgə şəhər polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşlarının qanuni tələblərinə tabe olaraq onlarla birgə polis şöbəsinin inzibati binasına gəldi. O, şəhər polis şöbəsinin inzibati binasına gətirilən zaman üzərinə axtarış keçiriləcəyi izah olundu. Bundan sonra ona növbətçi vəkil təqdim olunaraq üzərinə axtarış keçirildi. Axtarış zamanı polis əməkdaşları üzərində olan bütün əşyaları təqdim etməsini dedilər. O da həmin vaxt üzərində olan bütün əşyaları çıxarıb masanın üzərinə qoydu. Şəxsi axtarış zamanı əynində olan boz rəngli parça gödəkçənin sağ yan cibindən 2 ədəd “Samsung” və “Xiaomi redmi”markalı mobil telefonlar, sol yan cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm və bir ədəd “Kapital” banka aid plastik kart, 1 ədəd şampun və bir ədəd boş siqaret qutusu aşkar olundu. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər Polis şöbəsində PPXBnün manqa komandiri vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Mingəçevir ŞPŞ-nin PPXB-nün polis nəfərləri Şahid3 və Şahid2 ilə birlikdə şəhərin 20 Yanvar küçəsində xidmətdə olarkən “Şahmat məktəbinin” yaxınlığında olan zaman bir nəfər şəxsin özünü şübhəli aparması və əlində kağız büküm olduğunu görüb ona yaxınlaşdılar. Həmin şəxsə tərəf yaxınlaşan zaman o, əlində olan kağız bükümü cibinə qoyub qaçmağa çalışmasını gördülər. Sonra isə həmin şəxsi narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlayaraq Mingəçevir polis şöbəsinə dəvət etdilər. Polis şöbəsində Təqsirləndirilən şəxs olmasını müəyyən etdilər. Polis şöbəsinə vəkil dəvət olundu və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədi. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkcənin sol yan cibindən içərisində narkotik vasitə - heroin olan bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü könüllü olaraq təqdim etdi. Təqdim olunmuş həmin bir ədəd siqaretin gümüşü rəngli bükümü Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən onun əynindəki boz rəngli şalvarın sol yan cibindən sxladığı bükümün içərisindəkinin narkotik vasitə olduğu aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd siqaretin gümüşü rəngli bükümündə olan kütlənin narkotik vasitə-heroin olduğunu və həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Bərdə rayonunda Bayraq Meydanın yaxınlığında tapdığını, bükümü açıb baxdıqda isə onun içərisində narkotik vasitə-heroin olduğunu və və özü istfadə etmək üçün saxladığını bildirdi. Şahidlər Şahid2 və Şahid3 da məhkəmə iclasında Şahid1 ifadəsinə uyğun ifadə verdi. İşin 24-25-ci vərəqlərində olan 26 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan boz rəngli gödəkcənin sol yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümünün içərisində çəkisi 0,26 qram narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. İşin 33-35-ci vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının 26 fevral 2022-ci il tarixli, 17/195 saylı rəyində göstərilir ki, üzərində“Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,197 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi -0,197 qram, tədqiqata sərf edildi- 0,05 qram, qalıq -0,147 qram İşin 90-92-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji dispanserinin 02 mart 2022-ci il tarixli, 126 №li rəyində göstərilir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hal-hazırkı vəziyyətdə psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. İşin 115-119-cu vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza mərkəzinin xx.xx.2022-ci il tarixli, 54 №li rəyində göstərilir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməlini törədən zaman «Üzvi mənşəli şəxsiyyət pozuntusu» formasında psixi patologiyadan əziyyət çəkmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidanda olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Onun əməli ərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən onun əziyyət çəkdiyi travma mənşəli üzvi şəxsiyyət pozuntusunun dişində natamam kompensasiya vəziyyəti olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onlan tam ölçüdə arə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi cinayət əməlini törətməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi ona tiham olunan əmələ görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci naddəsinin təsiri altına düşür. İşin 88-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 260 saylı 02 mart 2022-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından atrıq miqdarda təmiz çəkisi 0,197 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan əynindəki boz rəngli gödəkcənin sol yan cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımış, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Şahmat məktəbinin” yaxınlığında saxlanılaraq Mingəçevir şəhər Polis Şöbəsinə gətirilib ŞPŞ-nin inzibati binasında saat 12:40 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə heroin əynində olan boz rəngli gödəkcənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməlin törətməsi şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 70-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 86-87-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusunun olması, 2-ci qrup əlil olması, yaşayış yerində müsbət xarakterizə olunması, Cinayət Məcəlləsinin 59.1.9 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs 26 fevral 2022-ci il tarixdən 28 fevral 2022-ci il tarixədək 2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Bərdə rayonunun ərazi hüdüdlarını, eləcə də saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,147 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Hökmün icrası Bərdə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2(iki)il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 26 fevral 2022-ci il tarixdən 28 fevral 2022-ci il tarixədək-2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş 2(iki)il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2(iki) il 5(beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Bərdə rayonunun ərazi hüdüdlarını, eləcə də saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs dən alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,147 qram narkotik vasitə olan heroin məhv edilsin. Hökmün icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-93/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-93/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver