Məhkəmə qərarları › İş №1(051)-93/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-93/2024

29.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-93/2024 29.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs hüquqi varisi, həmçinin mülki iddiaçı X3 və onun nümayəndəsi Konsesus vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1983-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs uzun müddət dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs ilə birlikdə xx.xx.2024-cü il tarixdə, saat 19-20 radələrində Mingəçevir şəhəri, Dilarə Əliyeva küçəsində “Səməd Vurğun” parkı ərazisində yerləşən “Samux” adlı ictimai iaşə obyektində yemək yeyib spirtli içki qəbul etdikdən sonra tanışları, Şahid1 və Şahid2 iştirakları ilə həmin tarixdə saat 22:00 radələrində yenidən spirtli içki qəbul etmək məqsədilə sonuncuya məxsus Mingəçevir şəhəri, Günəşli Bağlar massivi, 8-ci küçə ünvanında yerləşən 42 nömrəli fərdi yaşayış evinə gedərək, fərdi yaşayış evinin dəhlizinə daxil olub ev sahibi Şahid2 məxsus, açıq şəkildə saxlanılan, odlu və ya qaz silahı hesab edilməyən, “X21 125” modelli, 4.5 mm kalibrli yivsiz pnevmatik tüfəngi görüb zarafat etrnək məqsədi ilə götürərək əvvəlcə, Şahid2 tərəf, daha sonra isə orada olan aşağı əyilərək ayyaqqabısının bağını açan digər dostu Zərərçəkmiş şəxs tərəf tutub cinayətkarcasına etinasızlıq göstərərək öz əməlinin ictimai təhlükəli nəticələrə səbəb olacağını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli və görə bilməli olduğu halda bunu görməyib pnevmatik tüfəngin dolu ola biləcəyini, canlı şəxsləri öldürə biləcəyini qabaqcadan görməli və görə bilməli olduğu halda, görməyərək, həmin tüfəngdən soldan-sağa, yuxarıdan aşağı və nisbətən öndən arxaya istiqamətində atdığı bir ədəd atış nəticəsində “Diablo” tipli, 4.5 mm kalibrli mərmiciyin Zərərçəkmiş şəxs ürək kisəsinin, sağ qulaqcığının, orta divar aralığının və ağciyərin zədələnməsi ilə döş qəfəsinin daxilinə dəlib keçməsi ilə müşayiət olunan həyat üçün təhlükəli olduğundan ağırlıq dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarət yetirib ehtiyatsızlıqdan sonuncunu öldürmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi, həmçinin ona qarşı irəli sürülmüş mülki iddianı qəbul etmədi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs, Şahid2 və Şahid1la dost olmuşlar. Zərərçəkmiş şəxs onun sinif yoldaşı, Şahid2 və Şahid1 isə məktəb yoldaşları olmuşdur. Onlar 1 saylı orta məktəbdə birlikdə təhsil almışlar. Adlarını qeyd etdiyi şəxslərlə davamlı olaraq görüşüb asudə vaxtlarını bir yerdə keçirmişlər. xx.xx.2024-cü il tarixdə saat 17:45 radələrində həmişə olduğu kimi dostu Aqillə Mingəçevir şəhəri 41-45 ünvanında görüşdükdən sonra əvvəlcə Aqil ilə Yevlax rayonu Tanrıqullar kəndinə getmiş, orada Zərərçəkmiş şəxs işlədiyi "xxxx" MMC tərəfindən ona həvalə edilmiş vəzifəyə uyğun olaraq Tanrıqullar kəndində müəyyən işləri icra edib bitirdikdən sonra yenidən Mingəçevir şəhərinə qayıtmışlar. Mingəçevir şəhərinə qayıtdıqdan sonra təxminən saat 19 radələrində “Mingo park” adlı ictimai iaşə obyektinin yanında yerləşən kafedə pivə qəbul etmişlər. Pivə içdikdən sonra Aqil ilə Səməd Vurğun meydanında yerləşən kafeyə getmişlər. Orada iki nəfərə 0.7 litr tutuma malik spirtli içki qəbul edib kafedən çıxdıqdan sonra Zərərçəkmiş şəxs dostları Şahid2la görüşməyi təklif etmişdir. Bundan sonra Şahid2 istifadəsində olan nəqliyyat vasitəsilə onları həmin ünvandan götürmüş və onlar ünvan 6 Həmçinin həmin vaxt digər dostları Şahid1 da onlara qoşulmuşdur. Elə həmin gün təxminən saat 22:00 radələrində həmin ünvana çatıb darvazadan içəri daxil olub bir mərtəbəli yaşayış evinə daxil olmuşlar. Evə daxil olduğu zaman ayaqqabı şkafının yanında söykənmiş və açıq vəziyyətdə olan tir tüfəngini görmüşdür. Həmin tüfəngi götürüb, əli ilə yoxladığı zaman əli tüfəngin tətiyinə dəymiş və atəş səsi gəlmişdir. Zərərçəkmiş şəxs həmin vaxt təxminən ondan 2 metr məsafədə qarşısında olmuşdur. Həmin an üçün hətta açılmış atəşin dostu Aqilə dəydiyindən xəbərsiz olmuşdur. Təxminən 5-10 saniyə sonra Aqil üzərində olan gödəkçəni çıxartdığı zaman sol nahiyyəsindən qan gəldiyini görmüşdür. Dərhal təcili tibbi yardıma məlumat vermişlər. Aqili qucaqlayıb necə olduğunu soruşduğu zaman Aqil narahatçılığının olmadığını, yaxşı olduğunu bildirmişdir. Təcili tibbi yardım briqadası gəldikdən sonra Aqili təcili tibbi yardım briqadası vasitəsilə Mingəçevir ŞMX-na aparmışlar. Zərərçəkmiş şəxs öldüyünü polis əməkdaşları gəldikdən sonra bilmişdir. Zərərçəkmiş şəxsla hər hansı münaqişəsi, ədavəti və düşmənçiliyi olmamışdır. Həmin vaxt içkili olmuşdur. Hazırda əməlindən peşmandır. Bununla belə zərəçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə çalışsa da, mümkün olmamış, çünki onun zərərçəkmiş şəxsin hüquqi varisin tələb etdiyi məbləğdə vəsaiti yoxdur. Ona görə də məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini və mülki iddiann rədd olunmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi, həm də mülki iddiaçı qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Mingəçevir şəhəri ərazisində yerləşən 04 nömrəli tam orta məktəbdə ingilis dili müəlliməsi işləyir. Zərərçəkmiş şəxs onun əri olmuşdur. Zərərçəkmiş şəxs Mingəçevir şəhəri ərazisində yerləşən "xxxx" şirkətində sürücü vəzifəsində işləmişdir. 30 may 2015-ci il tarixdə Zərərçəkmiş şəxsla nikah bağlayaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından Əsmər və Toğrul adında 2 nəfər uşaqları doğulmuşdur. Zərərçəkmiş şəxs sonuncu dəfə hadisə günü, yəni 10 fevral 2024-cü il tarixdə görmüşdür. Zərərçəkmiş şəxs yaşadıqları ünvana gəlmişdir. Təqsirləndirilən şəxs tanımamış, sadəcə adını eşitmişdir. Hadisə zamanı ərinin yanında olmuş digər şəxslərin heç adını belə eşitməmişdir. 11 fevral 2024-cü il tarixdə, gecə saat 01 radələrində bacıları Kifayət Məmmədova və Vəfa Quliyeva yaşadığı ünvana gələrək ərinin dostları ilə yeyib-içdikləri zaman dostunun tir tüfəngi ilə ərini öldürdüyünü bildirmişlər. Biraz özünə gəldikdən sonra dərhal bacıları və qonşusunun yoldaşı Zahid adlı şəxslə birlikdə sonuncunun idarə etdiyi avtomobillə morqa getmişlər. Əri Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan deyil, qəsdən öldürüldüyünü düşünmüşdür. Əri vəfat etdiyi gündə üzərində 1000 manata yaxın pul olmuşdur. Ərinin üzərində olan pul vəsaitinə görə öldürüldüyünü düşünmüşdür. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqında şahid ifadələrindən, o cümlədən təqsirləndirilən şəxsin ifadəsindən belə nəticəyə gəlmək olur ki, cinayət hadisəsinin ehtiyatsızlıqdan deyil, qəsdən olması ehtimalı böyükdür. Onun əri öldürüldükdən sonra tək qalmışdır. Mərhum Zərərçəkmiş şəxs sağkən işləyirdi, əmək haqqı və digər gəlirləri ilə birlikdə aylıq 1000 manatdan artıq evə qazanc gətirirdi. Təqsirləndirilən şəxs təqsirliliyi səbəbindən ailə başçısını itirməklə hər ay ailənin 1000 manat qazancının itirilməsinə səbəb olan maddi ziyan, 4 yaşlı və bir aylıq körpələri atasız qoyaraq ata nəvazişindən mərhum etməklə, onu isə 34 yaşda dul etməklə əvəzi olmayan mənəvi zərər vurmuşdur. O, Mingəçevir şəhəri ərazisində yerləşən 04 nömrəli tam orta məktəbdə müqavilə ilə işləyirdi. Hazırda müqavilə müddəti bitmişdir, işsizdir. Uşaqları da çox körpə olduqları üçün heç bir yerdə işləyə bilmir. Odur ki, məhkəmədən mülki iddianın təmin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməklə, hər ay ailəyə 1000 manat qazanc gətirən ailə başçısı Zərərçəkmiş şəxs öldürməsi nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 20000 (iyirmi min) manatın, eyni zamanda Zərərçəkmiş şəxs öldürməsi-xx.xx.2019-cu il tarixdə doğulmuş Əsmər, xx.xx.2024-cü il tarixdə doğulmuş Toğrul adlı uşaqları atasız qoyması, onu dul etməyi nəticəsində ona mənəvi zərərin əvəzi olaraq isə 30000 (otuz min) manat məbləğində ziyanın ödənilməsi və dövlət rüsumu kimi ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində pulun mülki cavabdeh Təqsirləndirilən şəxs alınıb ona verilməsini, təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs hüquqi varisi X3 nümayəndəsi Konsesus vəkil bürosunun vəkili Müdafiəçi təmsil etdiyi şəxsin ifadəsinə uyğun ifadə verərək mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, uzun müddət "xxxx" MMC-də elektrik vəzifəsində çalışmışdır. Hal-hazırda Mingəçevir şəhəri ərazisində yerləşən "xxxx" şirkətində mühafizəçi vəzifəsini icra edir. Zərərçəkmiş şəxs, Adil Əhmədov və SəyŞahid5 onun övladlarıdır. Zərərçəkmiş şəxs yaşca ən balaca övladı olmuşdur. Təqsirləndirilən şəxs tanımamışdır. Oğlu Zərərçəkmiş şəxs tez-tez görməmişdir. Zərərçəkmiş şəxs işlədiyi yerdən icazə ala bilmədiyi üçün yalnız həftədə 1-2 dəfə yaşadığı ünvana gəlib baş çəkmişdir. Həm də oğlu başqa ünvanda ailəsi ilə birlikdə yaşadığı üçün onu tez-tez görmək imkanı olmamışdır. Zərərçəkmiş şəxs bir qız, bir oğlan uşağı olmaqla iki övladı olmuşdur. Qız övladının 3-4 yaşı olmuş, oğlan uşağı isə yeni dünyaya gəlmişdir. Sonuncu dəfə övladını 09 fevral 2024-cü il tarixdə səhər saatlarında görmüşdür. Zərərçəkmiş şəxs onların yaşadıqları ünvana gəlmiş, onlarla birlikdə yemək yemişdir. Oğlu Zərərçəkmiş şəxs ondan ayrı yaşadığı üçün Aqilin harada kimlə olmasını, nə işlə məşğul olmasını bilməmişdir. 11 fevral 2024-cü il tarixdə, gecə saat 00:30 radələrində evdə olduğu zaman oğlu ilə birlikdə işlədiyini bildiyi Arzu adlı şəxs ona zəng edərək yaşadığı ünvanın qarşısında olduğunu, aşağı düşməsini bildirmişdir. Aşağı düşdükdə isə Arzu adlı şəxs oğlunun aldığı xəsarətdən öldüyünü bildirmiş və onlar birlikdə morqa getmişlər. Sonradan öyrəndiyi qədəri ilə oğlu dostu Təqsirləndirilən şəxs və digər dostları ilə birlikdə olmuşdur. Təqsirləndirilən şəxs zarafatlaşarkən tüfəngdən açdığı qırma atəşi nəticəsində oğlu Zərərçəkmiş şəxs xəsarət yetirmiş, oğlu aldığı xəsarətdən dünyasını dəyişmişdir. Şahid qismində dindirilmiş Şahid2 oğlunun ölümü ilə bağlı danışıqları telefona yazılmışdır, o, təqsirləndirilən şəxslə oğlu arasında narazılıq olduğunu və söyüşdüklərini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2015-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirmişdir. 2016-cı ilin avqust ayından hazırda işlədiyi Mingəçevir ŞMX-da TTTY bölməsində çağırışçı həkim kimi işləmişdir. Vəzifəsi 103 xidmətinə daxil olmuş məlumatlar əsasında çağırış ünvanına gedərək xəstələrə ilkin tibbi yardım göstərməkdən ibarət olmuşdur. 10 fevral 2024-cü il tarixdə, saat 21 radələrində 103 xidmətinə daxil olmuş müraciət əsasında tibb bacısı Şahid4, kiçik tibb bacısı Naibə Qurbanova və sürücü İlqar Sadıqovla birlikdə Mingəçevir şəhəri, Günəşli Bağlar massivi 8-ci küçə ünvanında yerləşən 42 nömrəli fərdi yaşayış evinə getmişlər. Hadisə yerinə getdikləri zaman tanımadıqları şəxs fərdi yaşayış evinin giriş darvazasını açmışdır. Onlar dərhal fərdi yaşayış evinin içərisinə daxil olmuşlar. Sol tərəfdəki otağa girdikləri zaman xəsarət alan şəxsin çarpayıya uzadıldığını görmüşlər. Hadisə yerində olan 3 nəfər şəxsin içkili vəziyyətdə olduqlarını güman etmişdir. Həmin şəxslərin hərəkətlərindən və evdə olan spirt qoxusundan onların içkili olduqlarını anlamışdır. Çarpayının üzərində olan şəxsin huşu yerində olsa da, halsız vəziyyətdə olmuşdur. Xəsarət alan şəxs ətrafında olan şəxslərə və onlara yaxşı olduğunu, heç bir problemin olmadığını bildirmişdir. Onlar hadisənin necə olduğunu soruşduqda orada olan şəxslərdən biri xəstənin sol sinə nahiyəsindən mismar batdığını və qırılıb bədənin içərisində qaldığını bildirdiyi zaman şəxsin əynində olan köynəyi yuxarı doğru sıyırıb xəsarət yerinə baxdığı zaman mismar batmasını xarakterik olan heç bir zədə müəyyən etməmişdir. Lakin orada olan şəxslər içkili olduqları üçün sonunculardan düzgün məlumat ala bilməyəcəyini bildiyindən heç nə deməmiş və şəxs dərhal təcili tibbi yardım avtomobilinə yerləşdirməklə tez formada acil şöbəsinə aparılmışdır. Xəstəxanaya gəldikləri zaman da xəstənin huşu yerində olmuşdur. Xəstə acil şöbəsinə gətirildikdən 1-2 dəqiqə sonra huşu getmişdir. Acil şöbəsinin və reanimasiya şöbəsinin həkimləri tərəfindən xəstəyə 30 dəqiqə müddətində tibbi müdaxilə və təxirəsalınmaz tibbi tədbirlər icra edilsə də, həmin şəxsi xilas etmək mümkün olmamışdır. Sonradan öyrəndiyi qədəri ilə şəxs dostu ilə zarafatlaşarkən sonuncu tir tüfəngindən açdığı atəş nəticəsində qırma mərhumun sol sinə nayihəsinə girmiş və sonuncu aldığı xəsarətdən ölmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Şahid2 uzun müddətdir tanımışdır. Onlar eyni məhəllədə böyümüş və yaxın dost olmuşlar. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs sinif yoldaşı kimi sonuncunun vasitəsilə tanımışdır. Onlar tez-tez axşamlar birlikdə yemək yeyib spirtli içkilər qəbul etmişlər. 10 fevral 2024-cü il tarixdə, saat 21 radələrində anası X12, X13 və dayısı X1 birgə yaşadıqları ünvan 8 ünvandan çıxıb piyada olaraq ailəsi ilə birgə yaşadığı Mingəçevir şəhəri, Günəşli Bağlar massivi, 14-cü küçədə yerləşən evə getmişdir. Anası, atası və dayısı yaşlı olduqlarından sonuncuların ehtiyaclarını görmək üçün tez-tez yaşadıqları, ünvanda yerləşən evə gedib-gəlmişdir. Yolda olarkən uzun müddət tanıdığı, uşaqlıq dostu olan Zərərçəkmiş şəxs onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək görüşmək istədiyini bildirmiş, saatın gec olduğunu, evə getmək istədiyini bildirsə də, Zərərçəkmiş şəxs təkidlə görüşmək istədiyini bildirdiyindən sonuncunun təklifini qəbul etmişdir. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Şahid2 ilə birlikdə Səməd Vurğun adlanan kafedən gəldiklərindən onlar görüşdükləri zaman Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs içkili vəziyyətdə olmuşlar. Şahid2 idarə etdiyi “Vaz 2106” markalı, sonu 357 ilə bitən dövlət qeydiyyat nişanlı avtomobil ilə sonuncunun yaşadığı ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə getmişlər. Şahid2 idarə etdiyi avtomobili yaşadığı evin qarşısında saxlamış və qapını açaraq evin həyətinə daxil olmuşdur. Məhəmmədin ardınca Təqsirləndirilən şəxs içəri daxil olmuş, Zərərçəkmiş şəxs isə ayaqyoluna getmək üçün onlardan ayrılmışdır. Zərərçəkmiş şəxs əlində olan sellofan torbanı götürərək evə daxil olub sol tərəfdə yerləşən otağa daxil olmuş və əlindəki sellofan torbanı stolun üzərinə qoyaraq əyləşmişdir, içəri keçərkən Təqsirləndirilən şəxs və Şahid2 evin giriş qapısının yanında dəhlizdə dayanmışlar. Təxminən 1-2 dəqiqə sonra otaqda olarkən dəhlizdən tir silahından açılan qırma səsi gəlmiş, nə baş verdiyini soruşduqdan bir neçə saniyə sonra Şahid2 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğunu demişdir. Tez bir şəkildə otaqdan çıxıb dəhlizə gəldiyi zaman Zərərçəkmiş şəxs ayaq üstə olduğunu, pambıqla ürək nahiyyəsini sildiyini, heç bir şey olmadığını bildirmişdir. Tir silahı isə Təqsirləndirilən şəxs əlində olmuşdur. O tez bir zamanda təcili tibbi yardıma müraciət etmək lazım olduğunu bildirmiş və istifadəsində olan mobil telefondan “103” xidmətinə zəng etmişdir. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yanında qalmış və Şahid2 isə təcili tibbi yardım maşınının həyətə daxil olması üçün darvazanı açmışdır. Təxminən 1-2 dəqiqə sonra Zərərçəkmiş şəxs halı pisləşmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs huşu açıq vəziyyətdə olmuş, 5-6 dəqiqə sonra təcili tibbi yardım avtomobili olduqları ünvana gəlmişdir. Həkimlər Zərərçəkmiş şəxs xəsarəti hansı şəraitdə aldığı barədə onlara sual ünvanladıqları zamanı Məhəmməd həkimlərə sonuncunun mismar batması nəticəsində xəsarət aldığını bildirmişdir. Aqilin mismar batması deməsini eşitməmişdir, Məhəmməd demişdir ki, mismar batdığını deyək, Aqil danışmırdı, otağa özü yeriyərək keçmişdir. Əgər Aqil otaqda danışsaydı, eşidərdi. Onun yanında Aqil mismar söhbətini etməyib, Aqil onun yanında danışmamışdır. Daha sonra həkimlərin köməyi ilə Zərərçəkmiş şəxs təcili tibbi yardım avtomobilinə yerləşdirilməklə Təqsirləndirilən şəxs müşayiəti ilə Mingəçevir şəhər mərkəzi xəstəxanasına yola salmışdır. Onlar isə Şahid2 idarə etdiyi “Vaz 2106” markalı avtomobil ilə birlikdə Mingəçevir şəhər mərkəzi xəstəxanasına gəldikdən 10-15 dəqiqə sonra Zərərçəkmiş şəxs xəstəxanada aldığı xəsarət nəticəsində vəfat etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 1999-cu ildə Mingəçevir tibb kollecindən məzun olmuş, həmin tarixdən Mingəçevir ŞMXnın TTTY bölməsində tibb bacısı vəzifəsində işləmişdir. Onun vəzifəsi 103 xidmətinə daxil olmuş məlumatlar əsasında çağırış ünvanına gedərək orada olan xəstələrə ilkin tibbi yardım göstərməkdə çağırışçı həkimin göstərişlərini yerinə yetirməkdən ibarətdir. 10 fevral 2024-cü il tarixdə, saat 21 radələrində 103 xidmətinə daxil olmuş müraciət əsasında xələkçi Naibə Qurbanova, çağırışçı həkim Şahid3 və sürücü İlqar Sadıqovla birlikdə Mingəçevir şəhəri, Günəşli Bağlar massivi 8-ci küçə ünvanında yerləşən 42 nömrəli fərdi yaşayış evinə getmişlər. Hadisə yerinə getdikləri zaman tanımadığı şəxs fərdi yaşayış evinin giriş darvazasını açmış və çağırışçı həkim Şahid3 ilə birlikdə fərdi yaşayış evinə daxil olmuşdur. Sol tərəfdəki otağa girdikləri zaman xəsarət alan şəxsin çarpayıya uzadıldığını görmüşdür. Çarpayının üzərində olan şəxsin huşu yerində olsa da, halsız vəziyyətdə olmuşdur. Ətrafında olan şəxslərə və onlara yaxşı olduğunu, heç bir problemin olmadığını bildirmişdir. Onlar hadisənin necə baş verdiyini soruşduqda orada olan şəxslərdən biri xəstənin sol sinə nahiyəsindən mismar batdığını və qırılıb bədənin içərisində qaldığını bildirmişdir. Həkim Şahid3 şəxsin əynində olan köynəyi yuxarı doğru sıyırıb xəsarət yerinə baxdığı zaman mismar batmasını xarakterik olan heç bir zədə müəyyən etməmişdir. Şəxsin bədən nayihəsində hər hansı xəsarət izləri və qan ləkələri mövcud olmamışdır. Şəxs dərhal təcili tibbi yardım avtomobilinə yerləşdirilmiş və tez bir şəkildə acil şöbəsinə gətirilmişdir. Onlar burada xəstəni təhvil vermişlər. Xəstəxanaya gəldikləri zaman da xəstənin huşu yerində olmuşdur. Sonradan öyrəndiyi qədəri ilə şəxs dostu ilə zarafatlaşarkən sonuncu tir tüfəngindən açdığı qırma atəşi nəticəsində qırma mərhumun sol sinə nayihəsinə girmiş və sonuncu aldığı xəsarətdən ölmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs, Şahid1 və Təqsirləndirilən şəxs uzun müddətdir ki tanımışdır. Onlar eyni məhəllədə böyümüş, eyni məktəbdə təhsil almış və dost olmuşlar. Zərərçəkmiş şəxs, Şahid1 və Təqsirləndirilən şəxs tez-tez spirtli içki qəbul etmiş, lakin o, spirtli içki qəbul etmədiyindən, tez-tez həmin şəxslərlə görüşməmişdir. Həmin şəxslər spirtli içki qəbul edərkən onu ayıq sürücü kimi dedikləri ünvana aparmış və bunun qarşılığında onun avtomobilinə yanacaq vurmuşlar. 10 fevral 2024-cü il tarixdə axşam vaxtı Zərərçəkmiş şəxs ona nömrəsini xatırlamadığı nömrədən zəng edərək Səməd Vurğun parkında yerləşən “Samux” adlı kafedə yemək yediklərini bildirməklə onu həmin ünvana dəvət etdiyindən Mingəçevir şəhərində yerləşən “Samux” kafesinə getmiş və həmin kafeye daxil olub Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs götürüb istifadəsində olan “LADA” markalı 2106 modelli avtomobili ilə yaşadığı ünvana doğru aparmışdır. Yolda olduqları zaman Zərərçəkmiş şəxs pivə içmək istədiyini bildirmiş, o isə namaz qıldığını və bu səbəbdən mənzilində spirtli içki qəbul edilməsini istəmədiyini bildirsə də, sonradan Zərərçəkmiş şəxs təkidləri ilə razılaşaraq Mingəçevir şəhəri Günəşli bağları ərazisində “Çovdar” adlı marketdən pivə almışlar. Daha sonra Zərərçəkmiş şəxs Şahid1 zəng edərək evindən çölə çıxmağını söyləmiş və onu avtomobil ilə götürmüşlər. Zərərçəkmiş şəxs, Şahid1 və Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, Günəşli Bağlar massivi 8-ci küçə ünvanında yerləşən 42 nömrəli fərdi yaşayış evinə gətirmişdir. Həmin evdə 2 ildir tək yaşamışdır. İdarə etdiyi avtomobili yaşadığı evin qarşısında saxlamış və qapını açaraq evin həyətinə daxil olmuşdur. Evin binasına Təqsirləndirilən şəxs birinci daxil olmuş, Zərərçəkmiş şəxs isə ayaqyoluna getmək üçün onlardan ayrılmışdır. Daha sonra isə evə daxil olmuş və Təqsirləndirilən şəxs əlində ona məxsus olan “Quattro” markalı “Mod 125” modelli tir tüfəngi olduğunu görmüşdür. Sadiq zarafat etmək məqsədi ilə həmin silahı ona tərəf tutduğu zaman Sadiqə silahı qırağa qoymasını, silahın içərisində qırma olması ehtimalının olduğunu demiş, Sadiq isə onun dediklərinə məhəl qoymayaraq Zərərçəkmiş şəxs evə daxil olduğu zaman silahı sonuncuya tərəf tutaraq ehtiyatsızlıqdan atəş açmışdır. Təqsirləndirilən şəxs tətiyi çəkərkən silahın içinin boş olduğunu düşünmüşdür. Zərərçəkmiş şəxs atəş açıldıqdan sonra üzərinə nəyinsə batdığını bildirmişdir. O isə Zərərçəkmiş şəxs sinəsində qan olduğunu görmüş, qırma batdığını başa düşmüş və təcili tibbi yardım çağırılmasının ehtiyac olduğunu demişdir. Zərərçəkmiş şəxs isə buna ehtiyac olmadığını bildirsə də, Şahid1 tez bir zamanda istifadəsində olan mobil telefondan təcili tibbi yardımın “103” xidmətinə zəng etmiş, 10-15 dəqiqə ərzində təcili tibbi yardım gəldiyi zaman o, təcili tibbi yardım maşınının həyətə daxil olması üçün darvazanı açaraq təcili tibbi yardım briqadasını evə qəbul etmişdir. Tibbi briqada gəldiyi zaman Zərərçəkmiş şəxs divana uzanmış və şüuru açıq vəziyyətdə olmuşdur. Gələn həkimlərin köməkliyi ilə Zərərçəkmiş şəxs təcili tibbi yardım avtomobilinə yerləşdirilmiş, Təqsirləndirilən şəxs həmin avtomobilə əyləşmiş, Şahid1 isə onun idarə etdiyi “Vaz2106” markalı avtomobil ilə birlikdə Mingəçevir şəhər mərkəzi xəstəxanasına getmişlər. Onlar xəstəxanaya getdikdən 10-15 dəqiqə sonra xəstəxanadan onlara Zərərçəkmiş şəxs vəfat etdiyini bildirmişlər. Mismar batma nəticəsində xəsarət alma yalanı Zərərçəkmiş şəxs təklifi və razılığı ilə təcili tibbi yardım həkimlərinə bildirilmişdir. Aqillə Sadiqin arasında heç bir inciklik olmamış, nə də onlar bir-birinə söyüş söyməmişlər. O da elə bir ifadə işlətməmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri-Mingəçevir şəhəri, Günəşli Bağlar massivi, 8-ci küçədə yerləşən 42 nömrəli fərdi yaşayış evidir. Evin həyətinə daxil olmaq üçün dəmir materialından hazırlanmış yaşıl rəngli darvaza quraşdırılmışdır. Baxışda iştirak edən fərdi yaşayış evinin sahibi Şahid2 ilə birlikdə darvazadan keçərək həyətə daxil olundu. Darvazadan daxil olduqdan sonra sol tərəfdə 3.2 metr məsafədə kərpic materialından tikilmiş 01 mərtəbəli fərdi yaşayış evi müşahidə olundu. Darvazadan daxil olduqdan sonra üzbəüz istiqamətdə 1.3 metr məsafədə Şahid2 məxsus “Vaz 2106” markalı avtomobil mövcuddur. Darvazadan daxil olduqdan sonra 3.2 metr məsafədə fərdi yaşayış evinin sol hissəsinə sanitar qovşağı və təsərrüfat işlərinin görülməsi üçün yardımçı tikili vardır. Fərdi yaşayış evinə daxil olmaq üçün dəmir materialdan hazırlanmış yaşıl rəngli giriş qapısı mövcuddur. Giriş qapısı bağlıdır. Şahid2 giriş qapısını açdıqdan sonra ikipilləli pilləkən vasitəsi ilə fərdi yaşayış evinə daxil olundu. Fərdi yaşayış evi 02 otaq, 01 dəhlizdən ibarətdir. Giriş qapısından dəhlizə daxil olundu. Dəhlizin uzunluğu 2.1 metr, eni 1.8 metr olmaqla döşəməsi taxta materialdandır, üzərinə qırmızı-sarı rəngli xalça sərilmişdir. Dəhliz süni işıqla işıqlandırılmışdır. Yan divarları ağ rəngli divar kağızı ilə üzlənmişdir. Giriş qapısından daxil olduqdan sonra sağ tərəfdə, 1.7 metr məsafədə, dəhlizin sağ yan divarına bitişik şəkildə paltar asmaq üçün nəzərdə tutulan şkaf mövcuddur. Şkafın sol tərəfində şkafa söykədilmiş şəkildə, açıq vəziyyətdə şkafa söykənilmiş şəkildə lüləsi yuxarı tərəf qoyulmuş, lüləyi və qundağı qara rəngli, gövdəsi isə tünd yaşıl rəngli, üzərində təsvirlər olan, lüləyinin uzunluğu 37 sm olmaqla ümumi uzunluğu 1.22 metr olan tir tüfəngi aşkarlandı. Həmin tüfəngin üzərində “Quattro”, “Mod 125” sözləri yazılmışdır. Baxışda iştirak edən Şahid2 tir tüfənginin özünə məxsus olduğunu, bir neçə il əvvəl türk vətəndaşından aldığını, silahı həmişə açıq vəziyyətdə burada saxladığını, silah qabının olmadığını, hadisə zamanı silahın içinin boş olduğunu düşündüyünü bildirmişdir. Giriş qapısından daxil olduqdan sonra 1.7 metr məsafədə sol tərəfdə otaq mövcuddur. Otağa daxil olmaq üçün taxta materialından hazırlanmış giriş qapısı quraşdırılmışdır. Qapı açıq vəziyyətdədir. Otağa daxil olundu. Otağın giriş qapısı ilə üzbəüz şəkildə 01 ədəd çarpayı, giriş qapısından daxil olduqda sağ tərəfdə 01 ədəd televizor müşahidə olundu. Giriş qapısından sağda yerdən 30 sm hündürlükdə taxta materialından ibarət pəncərə mövcuddur. Pəncərə qapalı vəziyyətdədir. Otaq dağınıq və səliqəsiz şəkildədir. Otaq süni işıqla işıqlandırılır. Otağın döşəməsi taxta materialından olmaqla üzərində ağ-qəhvəyi rəngli xalça sərilmişdir. Otağın yan divarları boz rəngli divar kağızı ilə üzlənmişdir. Çarpayının üzərində qara rəngli gödəkcə mövcuddur. Gödəkcənin sol üst hissəsində dəlik mövcuddur. Gödəkcənin iç hissəsinə baxdıqda çöl hissəsində olan dəliyə müvafiq olaraq buta formalı, üzərində qana bənzər ləkələr olan cırıq müəyyən edildi. Baxışda iştirak edən Şahid2 həmin gödəkcənin mərhum Zərərçəkmiş şəxs məxsus olduğunu bildirdi. Çarpayının yanında olan stulun üzərində “Huawei” markalı tünd boz rəngli smartfon tipli mobil telefon mövcuddur. Baxışda iştirak edən Şahid2 həmin mobil telefonun Zərərçəkmiş şəxs məxsus olduğunu bildirdi. Otaqda yerə sərilmiş xalçanın üzərində, otağın giriş qapısının yanında üzərində qanabənzər ləkələr olan 01 ədəd pambıq parçası müşahidə olundu. Şahid2 həmin pampıq üzərində mövcud olan qanabənzər ləkələrin Zərərçəkmiş şəxs aid olduğunu bildirdi. Fərdi yaşayış evinin giriş qapısından daxil olduqdan sonra üzbəüz şəkildə 2.1 metr məsafədə digər otaq mövcuddur. Otağa daxil olmaq üçün taxta materialından hazırlanmış qapı mövcuddur, qapı açıq vəziyyətdədir. Otağa daxil olundu, döşəməsi taxta materialından olmaqla üzərində qara-qəhvəyi rəngli xalça sərilmişdir. Yan divarları ağ rəngli aboy ilə üzlənmişdir. Otaqda idman etmək üçün nəzərdə tutulan vasitələr və 01 ədəd üzərində “adidas” yazılmış velosiped mövcuddur. Otaq süni işıqla işıqlandırılır, dağınıq və səliqəsiz şəkildədir. Baxışda iştirak edən Şahid2 dəmirçi-usta kimi fəaliyyət göstərdiyindən, həmin otağı ləvazimatlarını saxlamaq üçün istifadə etdiyini bildirdi. Baxış zamanı iş üçün cinayət izlərini özündə əks etdirən sübut əhəmiyyəti kəsb edə biləcək mərhum Zərərçəkmiş şəxs məxsus qara rəngli gödəkcə, qanabənzər ləkələr olan 01 ədəd pambıq parçası, android tipli “Huawei” markalı tünd boz rəngli mobil telefon, lüləyi və qundağı qara rəngli, gövdəsi isə tünd yaşıl rəngli, üzərində təsvirlər olan, uzunluğu 1.21 metr olan, üzərində “Quattro”, “Mod 125” sözləri yazılmış tir tüfəngi müvafiq şəkildə qablaşdırılaraq götürüldü. Hadisə yerinə baxış zamanı digər cinayət izlərini əks etdirə biləcək və sübut əhəmiyyəti daşıyacaq hər hansı sübut aşkar olunmadı. Cinayət işinin materiallarında olan 11 fevral 2024-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, meyit Zərərçəkmiş şəxs məxsusdur. Meyit Məhkəmə Tibbi Ekspertizası və X4 Mingəçevir şəhər şöbəsinin meyitxanasında təşhir masasının üzərində uzadılmışdır. Əynində aşağıdakı paltarlar vardır:-boz rəngdə mayka və boz rəngdə qısaqol köynək. Paltarlar ön hissədən kəsilmişdir. Maykaların sol ön yuxarı hissələrində 0.6 sm diametrində deşik vardır, həmin hissələr qana bulaşmışdır. Boz rəngdə cins şalvar, qara kəmər, qara trusik. Paltarlar çıxarıldı. Meyit kişi cinsli və düzgün bədən quruluşludur. Meyit soyundurulmuşdur. Dərialtı piy təbəqəsi yaxşı inkişaf etmişdir. Meyit ləkələri bədənin arxa və yan səthlərində göyümtül-bənövşəyi rəngdədir, barmaqla təsir etdikdə avazıyır və 15-20 saniyə müddətində yenidən bərpa olunur. Meyit qacıması müayinə olunan bütün qrup əzələlərdə zəif inkişaf etmişdir. Saçları qaradır, uzunluğu 0.5 sm-ə qədərdir, boyunun uzunluğu 172 sm-dir. Əllədikdə kəllə tağı sümükləri tamdır. Başın yumşaq toxumalarında xəsarətlər aşkar olunmur. Göz qapaqları qapalıdır, göz qapaqlarının birləşdirici qişası solğun çəhrayı rəngdədir. Bəbəklər bərabər diametrdə olub ölçüləri təxminən 0.5 sm-dir, buynuz qişa şəffafdır. Əllədikdə üz və burun sümükləri tamdır. Ağzı qapalı vəziyyətdədir. Dişi diş xəttinin arxasındadır. Dişləri təbiidir. Dodaqlarında və dişlərində xəsarətlər aşkar olunmur. Boyunu bədənə mütənasib formadadır. Xarici qulaq keçəcəkləri sərbəst keçiricidirlər. Döş qəfəsi slindirik formadadır, əllədikdə qabırğalar tamdır, qarını döşü səviyyədədir. Xarici cinsiyyət üzvləri kişi cinsli normal inkişaf etmişdir. Arxa keçəcək təmizdir, sərbəst keçiricidir, ətraf dərisi zədəsizdir. Ətrafları nomral inkişaf etmişdir, aşağı və yuxarı ətraflarında patoloji hərəkətlilik yoxdur. Xəsarətləri: -döş giləsinin sol ön səthində döş giləsindən 4 sm yuxarı və 3 sm solda 0.7 sm diametrində kənarları sıyrıqtılı, mənfəzindən qan axan deşilmiş yara vardır. Yara zondla yoxlanıldıqda 2-3-cü qabırğa arasından döş boşluğuna daxil olur, istiqaməti soldan sağa, nisbətən yuxarıdan aşağı və bir qədər öndən-arxayadır. Bədənində başqa xəsarət aşkar olunmadı. Baxış zamanı material üzrə cinayət izlərini özündə əks etdirən sübut əhəmiyyəti kəsb edə biləcək hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan bir ədəd boz rəngli qısaqol köynək, bir ədəd boz rəngli mayka, bir ədəd qara rəngli cins şalvar və 01 ədəd metal materialdan hazırlanmış qırma müvafiq şəkildə qablaşdırılaraq götürüldü. Cinayət işinin materiallarında olan 11 fevral 2024-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerindən götürülmüş tir tüfəngi Şahid2 məxsus olmaqla “Hatsan Quattro” markalı, “Mod 125” modeldir, pnevmatik silahdır. Tüfəngin gövdəsi tünd yaşılı rəngli, qundağı, tətik çərçivəsi, nişangah qurğusu və lüləəyləc kompensatoru qara rənglidir. Üzərində təsvirlər mövcuddur. Pnevmatik tüfəngin qundağının uzunluğu 27sm, gövdəsinin uzunluğu 57 sm, lüləyinin uzunluğu isə 38 sm olmaqla, ümumi uzunluğu 122 sm-dir. Tüfəng yerə üfüqi şəkildə qoyulmuşdur. Sol tərəfdən başlayaraq qundaq, əl yatağı, silahın gövdəsi, gövdənin alt hissəsində tətik və tətik çərçivəsi, gövdənin üzərində nişangah qurğusu, silahın lüləyi və üzərində nişangah olan lülə-əyləc kompensatoru mövcuddur. Tətik və silahın lüləyi saz vəziyyətdədir, hər hansı dəyişikliyə məruz qalmamışdır. Silahın gövdəsinin alt hissəsində yerləşən keçirici düymə vasitəsi ilə silahın qırma qoyulması üçün nəzərdə tutulan qırma yuvası hissəsi açıldı və silahın boş olduğu müəyyən edildi. Cinayət işi üzrə sübut əhəmiyyəti daşıyacaq başqa hər hansı məlumat tapılmadı. Cinayət işinin materiallarında olan 12 fevral 2024-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerindən götürülmüş gödəkcə, mayka, boz rəngli qısaqol köynək və qara rəngli cins şalvar mərhum Zərərçəkmiş şəxs məxsusdur. Gödəkcə qara rənglidir, yun materialından hazırlanmışdır. Gödəkcənin sağ tərəfində, 0.2 sm ölçüdə 01 ədəd dəlik vardır. Həmin dəliyə müvafiq olaraq gödəkcənin sağ iç hissəsində “buta” formalı, üzərində qana bənzər ləkələr olan cırıq vardır. Gödəkcə üzərində başqa zədə müəyyən edilmədi. Zərərçəkmiş şəxs məxsus boz rəngli qısaqol köynək üzərində “Coca Cola delicous and refreshing” sözləri, 5 rəqəmi yazılmışdır. Köynəyin sağ üst hissəsində “Coca Cola” yazılan hissənin yanında 0.2 sm ölçüdə dəlik vardır. Köynək üzərində tibbi müdaxilə zamanı yarana biləcək kəsik izləri mövcuddur. Köynək üzərində qanabənzər ləkələr müəyyən edildi. Köynək üzərində başqa sübut əhəmiyyətli izlər aşkar edilmədi. Zərərçəkmiş şəxs üzərində olan boz rəngli maykanın üzərində qanabənzər ləkələrin olduğu müəyyən edildi. Maykanın sağ üst hissəsində 0.4 sm ölçüdə dəlik müəyyən edildi. Mayka üzərində tibbi müdaxilə zamanı yarana biləcək kəsik izləri mövcuddur. Zərərçəkmiş şəxs üzərində olan qara rəngli cins şalvar üzərində cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı iz müəyyən edilmədi. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli 128 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə törədən zaman yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli 128 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə faktı aşkar edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/307;3/344 nömrəli kompleks məhkəmə trasoloji və məhkəmə ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd tüfəng zavod üsulu ilə istehsal edilmiş “X21 125” modelli, 4.5 mm kalibrli yivsiz pnevmatik tüfəngdir, odlu və qaz silahı hesab edilmir, saz vəziyyətdədir, istifadəyə yararlıdır, üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd predmet, zavod üsulu ilə istehsal edilmiş pnevmatik silahlarda istifadə edilmək üçün nəzərdə tutulan, idman-məşq təyinatlı 4.5 mm kalibrli mərmidir və döyüş sursatı hesab edilmir. Mərminin üzərində öz təyinatına uyğun pnevmatik silahdan atıldıqdan sonra hər hansı bərk-küt predmetə dəymə zamanı yaranmağa xarakterik deformasiya izləri aşkar edildi, lakin izlər xüsusi əlamətlərə malik olmadığından hər hansı pnevmatik, o cümlədən təqdim edilmiş pnevmatik silahdan atılması nəticəsində qalmasını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli gödəkcə, bir ədəd boz rəngli qısaqol köynək, bir ədəd boz rəngli mayka üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, onların ətrafında atəşin əlavə faktoru olan qurğuşun metal izinin aşkar edilməməsinə əsasən, bir ədəd qara rəngli gödəkcə, bir ədəd boz rəngli qısaqol köynək, bir ədəd boz rəngli maykanın ön hissəsində olan zədələr giriş zədəsi olmaqla, pnevmatik silahdan açılmış bir atəş nəticəsində diametri 4.5 mm olan mərminin təsirindən, o cümlədən ekspertizaya təqdim edilən silahdan açılan atəş nəticəsində, silahın lülə ağzı bir ədəd qara rəngli gödəkcə, bir ədəd boz rəngli qısaqol köynək, bir ədəd boz rəngli maykanın ön, nisbətən yuxarı hissəsinə doğru vəziyyətdə, öndən-arxaya doğru istiqamətdə yetirilməyə xarakterikdir. Həmin tüfəngin konstruksiyasını və iş prinsipini nəzərə alaraq, bu modelli tüfəng sıxılmış hava təzyiqi iş prinsipinə malikdir, həmin silahdan atılmış mərminin təsirindən yaranmış zədəyə görə məsafəni müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd qara gödəkcənin üzərində mərmi hissəcikləri aşkar edilməmişdir. Təqdim edilmiş geyim əşyaları üzərində olan zədəyə əsasən atəş açılan vaxt silahın lüləsinin ağız kəsiyi ilə Zərərçəkmiş şəxs sol, ön tərəfinə doğru yönəlmişdir. Təqdim edilmiş tüfəngin konstruksiyasını və iş prinsipini nəzərə alaraq, bu modelli tüfəng sıxılmış hava təzyiqi iş prinsipinə malik olduğuna və ondan mərmiciklərin atılması zamanı alışma prosesi baş vermədiyinə görə, həmin tüfəngdən atəşin açılıbaçılmamasını müəyyən etmək üçün kimyəvi tədqiqatın aparılması əhəmiyyətini itirir. Bu səbəbdən ekpert qarşısında qoyulmuş “Silah təqdim olunan vəziyyətdə atəşə yararlıdırmı və sonuncu dəfə həmin silahdan nə vaxt atəş açılmışdır?” sualı üzrə tədqiqat işi aparılmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli, 136/2024-MTBŞ nömrəli məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz mayka və qısaqol kofta, hadisə yerində bir ədəd pambıq topasına hopdurulmuş nümunə üzərində periferik mənşəli insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” antigeni, pambıq topası üzərində həmçinin alfa aqqlyutinini də alındı. Bu qan ləkələri Balfa(İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş Zərərçəkmiş şəxs uzunqol gödəkçəsi üzərində qan, ona məxsus şalvar üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Cinayət işinin materiallarında olan mərhum Zərərçəkmiş şəxs meyidinin müayinəsinə dair tərtib olunmuş xx.xx.2024-cü il tarixli 06 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs meyidinin məhkəmə-tibbi müayinəsi zamanı ürək kisəsinin, sağ qulaqcığın, orta divar aralığı və ağciyərin zədələnməsi ilə döş qəfəsinin daxilinə dəlib keçən bir ədəd güllə yarası, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə “Hatsan Quattro” markalı, “Mod 125” modelli tir tüfəngindən açılmış atəş nəticəsində güllənin təsirindən əmələ gələ bilərdi, tüfəngin iş prinsipini nəzərə alsaq mərminin atılması zamanı alışma prosesi baş vermədiyindən atəşin əlavə faktorları (tıxaclar, yanmamış qırma dənəcikləri, alov və s.) olmadığına görə atəşin məsafəsini təyin etmək mümkün deyildir. Zərərçəkmiş şəxs ölümünə səbəb ürəyin zədələnməsi ilə döş qəfəsinin daxilinə dəlib keçən güllə yarası nəticəsində inkişaf edən ürəyin tampanadası olmuşdur, ağırlıq dərəcəsinə sağlam şəxslər üçün götürdükdə xəsarət yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddir, xəsarətin onun ölümü ilə birbaşa səbəbli əlaqəsi vardır. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəməkimyəvi müayinəsində narkotik vasitələr və etil spirti aşkar olunmamışdır. Ölüm meyitin meyitxanasındakı müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs açılmış atəşin istiqaməti soldan-sağa, yuxarıdan-aşağı və nisbətən öndən arxaya olmuşdur, açılmış atəşin istiqamətinə əsasən bu nəticəyə gəlmək olar ki, atəş açan şəxs onun sol yan-ön tərəfində olmuşdur. Atəş açılarkən zərərçəkən oturmuş vəziyyətdə ola bilərdi. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli 190 saylı kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərini törədən zaman hər hansı psixi pozuntudan, xəstəlikdən və ya ağır psixi pozuntulardan əziyyət çəkməmişdir. Onda hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və onu idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altında düşmür. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətdikdən sonra və hal-hazırda psixi xəstəlikdən əziyyət çəkmir. O, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək iqtidarındadır, onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arasında konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən adi psixi emosional halda olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli 514 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülmüşdür. Cinayət işi materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs ilə X9 arasında xx.xx.2015-ci il tarixdə Mingəçevir şəhər Nikah evində rəsmi nikah bağlanmış və həmin nikah 179 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Əhmədova” soyadı verilmişdir. Cinayət işi materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs ilə X3 birgə nikahından xx.xx.2019-cu il tarixdə Əsmər, xx.xx.2024-cü il tarixdə Toğrul adlı uşaqları doğulmuşdur. Cinayət işi materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü ildə ölmüşdür. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi-X3 ölmüş əri Zərərçəkmiş şəxs üzərində 1.000 AZN pul vəsaiti olması və ərinin bu səbəbdən qəsdən öldürülməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından, iş üzrə əldə edilmiş sübutlarla təkzib edildiyindən Sevinc Əhmədovanın ifadəsində həmin xüsusatlarla bağlı göstərdikləri sübut növü kimi qiymətləndirilmədən rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində CM-nin 120.1-ci və 126.3-cü maddələrinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs və Şahid2 əməllərində CM-nin 228.1 və 228.4-cü maddələrinin tərkib əlamətləri olmadığından barələrində cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan öldürülməsində hər hansı iştirakları, təqsirləri aşkar olunmadığından barələrində cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 və Şahid2 barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə verilmələri nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində İXM-in həmin maddəsi ilə inzibati icraatın başlanılması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılması, iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə görə bir “X21 125” modelli, 4.5 mm kalibrli yivsiz pnevmatik tüfəng, həmin tüfəngə aid “Diablo” markalı, 4.5 mm bir ədəd mərmi, Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli gödəkcə, bir ədəd boz rəngli qısaqol köynək, bir ədəd boz rəngli mayka, bir ədəd qara rəngli cins şalvar və hadisə yerindən götürülmüş üzərində qanabənzər ləkələr olan pambıq maddi sübut qismində tanınması və Mingəçevir şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılması qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 300 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:00 radələrində Şahid2 məxsus Mingəçevir şəhəri, Günəşli Bağlar massivi 8-ci küçə ünvanında yerləşən 42 nömrəli fərdi yaşayış evinin dəhlizində sonuncuya məxsus, açıq şəkildə saxlanılan, odlu və ya qaz silahı hesab edilməyən “X21 125” modelli, 4.5 mm kalibrli yivsiz pnevmatik tüfəngi görüb zarafat etrnək məqsədi ilə götürərək əvvəlcə Şahid2 tərəf, daha sonra isə orada olan, aşağı əyilərək ayyaqqabısının bağını açan digər dostu Zərərçəkmiş şəxs tərəf tutub cinayətkarcasına etinasızlıq göstərərək öz əməlinin ictimai təhlükəli nəticələrə səbəb olacağını lazımi diqqətlilik və ehtiyatlılıq göstərərək qabaqcadan görməli və görə bilməli olduğu halda, bunu görməyib pnevmatik tüfəngin dolu ola biləcəyini, canlı şəxsləri öldürə biləcəyini qabaqcadan görməli və görə bilməli olduğu halda görməyərək, ehtiyatsızlıqdan sonuncunu öldürməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs uzun müddət dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:00 radələrində Mingəçevir şəhəri, Günəşli Bağlar massivi 8-ci küçə ünvanında yerləşən 42 nömrəli fərdi yaşayış evinin dəhlizində ev sahibi Şahid2 məxsus, açıq şəkildə saxlanılan, odlu və ya qaz silahı hesab edilməyən “X21 125” modelli, 4.5 mm kalibrli yivsiz pnevmatik tüfəngi görüb zarafat etrnək məqsədi ilə götürərək əvvəlcə Şahid2 tərəf, daha sonra isə orada olan aşağı əyilərək ayyaqqabısının bağını açan digər dostu Zərərçəkmiş şəxs tərəf tutub cinayətkarcasına etinasızlıq göstərərək öz əməlinin ictimai təhlükəli nəticələrə səbəb olacağını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli və görə bilməli olduğu halda bunu görməyib pnevmatik tüfəngin dolu ola biləcəyini, canlı şəxsləri öldürə biləcəyini qabaqcadan görməli və görə bilməli olduğu halda görməyərək, həmin tüfəngdən soldan-sağa, yuxarıdan aşağı və nisbətən öndən arxaya istiqamətində atdığı bir ədəd atış nəticəsində “Diablo” tipli, 4.5 mm kalibrli mərmiciyin Zərərçəkmiş şəxs ürək kisəsinin, sağ qulaqcığının, orta divar aralığının və ağciyərin zədələnməsi ilə döş qəfəsinin daxilinə dəlib keçməsi ilə müşayiət olunan həyat üçün təhlükəli olduğundan ağırlıq dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarət yetirib ehtiyatsızlıqdan sonuncunu öldürmüşdür. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 124.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ehtiyatsızlıqdan adam öldürmə əlaqədar olaraq ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsini, himayəsində 2 nəfər azyaşlı uşaqlarının olmasını, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il tarixdə doğulmuş Nərmin və xx.xx.2017-ci il tarixdə doğulmuş Məzahir adlı azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarına əlavə edilmiş 7 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 7 saylı MİS-ə şikayət daxil olmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək ev dustaqlığında saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan, xx.xx.2024-cü il şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 12 fevral 2024–cü il tarixli, 4(051)–7/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığı qətimkan tədbirinin əvvəli 11 fevral 2024–cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024–cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanıldığı müddət 2 ay 25 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanması müddətini nəzərə alaraq hesab edir ki, ev dustaqlığında saxlamanın müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 2 ay 25 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Ona görə də məhkəmə, cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi, həmçinin mülki iddiaçı X3 mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 20000 (iyirmi min) manat, mənəvi ziyana görə 30000 (otuz min) manat, cəmi 50000 (əlli min) manat və dövlət rüsumu kimi ödənilmiş 240 manat məbləğində mülki iddiasını iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, belə nəticəyə gəlir ki, mülki iddia mülki iddiaçıya münasibətdə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə mülki iddianın mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı verilməsi ilə bağlı qeyd edir ki, məhkəmə istintaqında sübuta yetirilmiş, Təqsirləndirilən şəxs cinayətkarcasına etinasızlıq göstərərək öz əməlinin ictimai təhlükəli nəticələrə səbəb olacağını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli və görə bilməli olduğu halda bunu görməyib pnevmatik tüfəngdən bir dəfə açdığı atəş nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs öldürmüşdür. Belə olan halda Təqsirləndirilən şəxs cinayət məsuliyyəti ilə yanaşı, həm də mülki məsuliyyət daşıyır. Zərərçəkmiş şəxsin hüquqi varisi isə X6r. Ona görə də zərərçəkmiş şəxsin hüquqi varisi ona qarşı mülki iddia verməkdə subyektiv hüquqa malikdir. Məhkəmə, həmçinin mülki iddianın sübut və həll edilməsi üçün tələbin hüquqi əsasını təşkil edən maddi hüquq normasının müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin predmeti dəymiş ziyanın ödənilməsi ilə bağlı olduğundan, mübahisə cinayət prosessual qanunvericiliyin müddəaları ilə yanaşı, qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normalarının müddəalarının müvafiq olaraq əlaqəli şəkildə tətbiq edilməsi yolu ilə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1–ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2–ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3–cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərərçəkmiş şəxs ölmüşdür. X11 mərhumun arvadıdır. Birgə nikahlarından xx.xx.2019-cu il tarixdə Əsmər, xx.xx.2024-cü il tarixdə Toğrul adlı uşaqları doğulmuşdur. Həmin uşaqlar atasız, ailə isə ailə başçısız qalmışdır. Bütün bunlar da onu deməyə əsas verir ki, mülki iddiaçı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində mənəvi zərərə məruz qalmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002–ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008–ci il tarixli 7 nömrəli qərarının 1–ci bəndində qeyd olunmuşdur ki, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın 41–ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri–əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2–ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri–əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 4–cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması istənilən xarakterli qeyri–hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 7–ci bəndində göstərilmişdir ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115–ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 10–cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarda dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020–ci il tarixli qərarında göstərilmişdir ki, mülki qanunvericiliyin 1097.1,1097.3 və 1099-cu normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3–cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə mülki iddianın mənəvi zərərə görə hissəsinə münasibətdə o qənaətdədir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində mülki iddiaçı iztirab və sarsıntı keçirmişdir. Birgə nikahdan doğulmuş Əsmər və Toğrul adlı uşaqlar atasız qalmışdır. Bu hallar isə o nəticəyə gəlməyə əsas verir ki, mülki iddiaçı mənəvi zərərə məruz qalmışdır. Məhkəmə işin müəyyən olunmuş bütün hallarını, mülki cavabdehin maddi, əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, mənəvi zərərin 17000 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı, ədalətli və işin həqiqi hallarına uyğundur. Ona görə də məhkəmə hesab edir ki, mülki iddianın, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində vurulmuş mənəvi zərərə görə 30000 manat məbləğində ödənilməsinə dair hissəsi qismən əsaslı olduğundan, qismən təmin edilməli və vurulmuş mənəvi zərərə görə mülki cavabdehdən 17000 manat məbləğində pul alınıb mülki iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 354.1, 354.1.1 və 354.1.3–cü maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın baxılmamış saxlanması əks etdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2–ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini, itirilmiş gəlirin ödənilməsini, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 181.3–cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, zərərçəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə, zərərçəkmiş şəxsin dəfninə, sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə, əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər şəklində özünü göstərir. Məhkəmə, həmçinin nəzərə alır ki, mərhumun arvadı X11 fəaliyyət qabiliyyətli şəxsdir. Baş vermiş ölüm hadisəsinə görə maddi zərərin yaranması və maddi zərərin tutulması Sevinc Əhmədovanın təbii haqqı olsa da, bu hissə üzrə mütləq məhkəməyə sübutlar təqdim etməlidir. Mülki iddiaçının 20000 manat məbləğində maddi zərərə məruz qalması, iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmamışdır. Həmçinin mərhum Zərərçəkmiş şəxs hər ay ailəyə 1000 manat qazanc gətirməsi iddianın maddi ziyana aid hissədə təmin edilməsi üçün əsas deyildir. Eləcə də mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılması zərurəti yaranmışdır. Bu hal isə məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb olduğundan, mülki iddia maddi ziyana aid hissədə baxılmamış saxlanmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 nömrəli qərarının 72-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirilməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Məhkəmə, qeyd olunan halları nəzərə alaraq hesab edir ki, mülki iddia maddi ziyana aid hissədə baxılmamış saxlanmalı və mülki iddiaçıya maddi ziyan tələbinə dair mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Məhkəmə, həmçinin hesab edi ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə mülki cavabdehə aid edilməli və mülki cavabdeh Təqsirləndirilən şəxs ödənilmiş dövlət rüsumunun 141 (bir yüz qırx bir) manat məbləğində hissəsi alınıb mülki iddiaçı X7 verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 514 saylı rəyinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməsi müəyyən edilmədiyindən, onun narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Bununla yanaşı, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Mingəçevir şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan, “X21 125” modelli, 4.5 mm kalibrli yivsiz pnevmatik tüfəng, həmin tüfəngə aid “Diablo” markalı, 4.5 mm bir ədəd mərmi məcburi qaydada dövlət nəfinə müsadirə edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut olub Mingəçevir şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan, Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli gödəkcə, bir ədəd boz rəngli qısaqol köynək, bir ədəd boz rəngli mayka, bir ədəd qara rəngli cins şalvar və hadisə yerindən götürülmüş üzərində qanabənzər ləkələr olan pambıq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X8 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 11 fevral 2024–cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə, xx.xx.2024-cü il tarixdən 06 may 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 25 (iyirmi beş) gün müddət, azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 09 (doqquz) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 29 iyul 2024–cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Mingəçevir şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan, “X21 125” modelli, 4.5 mm kalibrli yivsiz pnevmatik tüfəng, həmin tüfəngə aid “Diablo” markalı, 4.5 mm bir ədəd mərmi məcburi qaydada dövlət nəfinə müsadirə edilsin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan, Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli gödəkcə, bir ədəd boz rəngli qısaqol köynək, bir ədəd boz rəngli mayka, bir ədəd qara rəngli cins şalvar və hadisə yerindən götürülmüş üzərində qanabənzər ləkələr olan pambıq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X8 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülsün. Mülki iddia mənəvi zərərə aid hissədə qismən təmin edilsin. Mənəvi zərərə görə mülki cavabdeh Təqsirləndirilən şəxs 17000 manat məbləğində pul tutulub mülki iddiaçı X7 verilsin. Mülki iddianın mənəvi zərərə aid qalan hissəsi X7 münasibətdə təmin edilməsin. Mülki iddia maddi ziyana aid hissədə baxılmamış saxlansın. Mülki iddiaçıya iddianın baxılmamış hissəsinə münasibətdə mülki məhkəmə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə mülki cavabdehə aid edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs ödənilmiş dövlət rüsumunun 141 (bir yüz qırx bir) manat məbləğində hissəsi alınıb mülki iddiaçı X7 verilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar