Məhkəmə qərarları › İş №1(051)-94/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-94/2020

28.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-94/2020 28.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi X1 iştirakı ilə, xx xxxxxx 1954-cü ildə Bərdə rayonunun Mirzəcəfərli kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 mənzil 29 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci tarixdə saat 22 radələrində Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi ev 74, mənzil 29-da yarıçılpaq halda gəzdiyi üçün arvadı Zərərçəkmiş şəxs ona evlərində gəlinlərinin olduğunu deyib irad bildirdiyinə görə aralarında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı iki dəfə Zərərçəkmiş şəxs burun nahiyəsinə vuraraq ona burun sümüyünün qapalı yerdəyişən sınığı, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində arvadı ilə 1981-ci ilin aprel ayının 26-da rəsmi ailə həyatı qurduğunu, dörd övladının olduğunu, xx.xx.2020-ci il tarixdə saat 15 radələrində yorğun halda yaşadığı ünvana geri qayıdıb yatağında yatdığını, saat 19 radələrində yuxudan oyanan zaman hava isti olduğu üçün yarıçılpaq halda yaşadığı ünvanda gəzən zaman Ayna ona ayıb olduğunu ünvanda belə gəzməməli olduğunu bildirdiyini, onun isə arvadına cavabında bura onun evi olduğunu, necə istəməli olduğunu, yenidən gedib yatdığını, saat 21 radələrində yuxudan oyanan zaman Ayna yenidən irad tutmağa başladığını, ünvanda yarıçılpaq gəzməməli olduğunu bildirdiyini, uşaq yataq otağında əsəbiləşib iki dəfə möhkəm zərbə ilə qəsdən Aynanın burun nahiyyəsinə qəsdən zərbə endirdiyini, həmin vaxt burnundan qan açıldığını, gəlini Mədinə araya girib araladığını, bundan sonra gedib yatdığını, sonradan oyanandan sonra ailə üzvlərinin yaşadığı ünvanda olmadığını gördüyünü, sonradan Aynanın polisə şikayət etdiyini eşitdiyini, hazırda arvadı Zərərçəkmiş şəxs üzr istəyib onunla barışdığını göstərmiş, qeyd olunanlara əsasən barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində əri Təqsirləndirilən şəxs ilə 1981-ci ilin aprel ayının 26-da rəsmi ailə həyatı qurduqlarını, dörd övladlarının olduqlarını, onunla aralarında tez-tez mübahisələr olduğunu, ərinin həmişə onu döydüyünü, mübahisələrə səbəb isə ərinin mütəmadi olaraq içki qəbul etməsi, səbəbsiz yerə mübahisə etməsi olduğunu, xx.xx.2020-ci il tarixdə saat 15 radələrində əri Qnyazın sərxoş halda yaşadığı ünvana geri qayıdıb yatağında yatdığını, saat 19 radələrində yuxudan oyanan zaman ərinə yarıçılpaq mənzildə gəzməməsini, bu hərəkətinin ayıb olduğunu, mənzildə gəlin olduğunu, ərinin yenidən gedib yatdığını, saat 21 radələrində Qnyaz yuxudan oyanıb ona irad tutmağa başladığını, həmin mənzilin ona məxsus olmasını, ürəyi necə istəyir gəzəcəyini bildirdiyini, ərinə isə cavabında bu halın düzgün olmadığını, böyük–kiçik var, ayıb olduğunu bildirdiyini, ərinin isə yersiz yerə iradlar tutub sanki onu günahlandırdığını, cavab qaytardıqda isə iki dəfə möhkəm zərbə ilə burun nahiyyəmə qəsdən zərbə vurduğunu, həmin vaxt burnundan qan açıldığını, gəlini Mədinənin araya girib araladıqlarını, bundan sonra ərinin gedib yatdığını, onun isə oğlu Elşənə zəng edib bu barədə məlumat verdiyini, oğlu Elşən ilə birlikdə şəhər Mərkəzi xəstəxanasına getdiklərini, orada ilkin tibbi yardım göstərdiklərini, xəstəxanada ona burnunun qırıldığını bildirdiklərini, bu barədə şəhər polis şöbəsinə ərizə ilə müraciət etdiyini, hazırda əri Təqsirləndirilən şəxsla barışdığını göstərmiş, buna görə də onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Qnyaz oğlunun ifadəsi ilə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələrində göstərilən xüsusatlar təsdiq olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək barışdıqlarını bildirmişlər, bu əsasa görə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını öyrənməklə aşağıdakılara əsasən hesab edir ki, məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. Belə ki, materialda olan və məhkəmə baxışında araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 385 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı burun sümüyünün qapalı yerdəyişən sınığı, küt əşyanın (alətin-lərin) təsirindən əmələ gəlmiş, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğundur, sağlamlığın qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aid olduğu müəyyən edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkumluğu olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar barışmışlar. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarından görünür ki, təqsirləndirilən şəxslə zərər çəkmiş barışmış, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərər çəkmişlə barışması qəbul edilməli və cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, CPM-nin 37.2, 40.2.2, 43.1.2, 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutaraq qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar