Məhkəmə qərarları › İş №1(051)-94/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-94/2021

28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-94/2021 28.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçi–Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1985-ci ildə Bərdə rayonu, Qaradırnaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən məhkum olunmamış, Bərdə rayonu, Qaradırnaq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində yayılmış yeni növ «Koronavirus COVİD-19» infeksiyasına yoluxmasının müəyyən edilməsi ilə əlaqədar olaraq, xx.xx.2020-ci il tarixdə verdiyi laboratoriya müayinələri nəticəsində koronavirus infeksiyasına yoluxma faktının təsdiq edilməsi barədə xx.xx.2020-ci il tarixdə olduğu yerdə təcrid olunma haqqında məlumat aldıqdan sonra yaşadığı Bərdə rayonu, Qaradırnaq kəndində yerləşən yaşayış evində karantinə alınmasına və Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydalarının 4.5.5 və 4-1-ci maddələrinin tələbinə əsasən 14 gün müddətinə yaşadığı mənzili tərk etməməli olduğu halda xx.xx.2021-ci il tarixdə saat 15:30 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı evi tərk edib, Mingəçevir şəhərinə gələrək özündə aşkar olunan yeni növ «Koronavirus COVİD-19» xəstəliyinin ətrafda qarşılacağı və üz-üzə gələ biləcəyi şəxslər arasında yayılması üçün real təhlükə yaratmışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, xx.xx.2020-ci il ci il tarixdə yaşadığı evdə olarkən xəstə olduğunu hiss etmişdir. O, “Covid-19” xəstəliyinə yoluxduğunu bilməmiş və ev şəraitində müalicəyə başlamışdır. Lakin o, xəstəliyinin keçmədiyini görmüş, bundan sonra xx.xx.2020-ci il tarixdə “Covid-19” infeksiyasına yoluxub-yoluxmamağı ilə bağlı test vermişdir. O, test verərkən özünün mobil telefonu olmadığı üçün əlaqə nömrəsi kimi atasına məxsus olan mobil telefon nömrəsini qeyd etdirmişdir. xx.xx.2020-ci il tarixdə atasına məxsus mobil telefona onun “Covid-19” infeksiyasına yoluxmağı və 14 gün müddətinə yaşadığı mənzili tərk etməməyi barədə mesaj (bildiriş) gəlmişdir. O, bundan sonra ev şəraitində müalicəyə davam etmişdir. xx.xx.2020- ci il tarixdə atasının tanışı olan Əsəd adlı həkimlə danışan zaman onun xx.xx.2020-ci il tarixdə test verdiyini, lakin hələ də, öskürək qaldığını demişdir. Əsəd həkim isə atasına onu “KT” müayinəsindən keçməyini demişdir. Buna görə də xx.xx.2020-ci il tarixdə atası ilə birlikdə yaşadığı yaşayış evini tərk edib Mingəçevir şəhərinə gəlmişlər. Lakin Mingəçevir şəhərinin girişində qoyulmuş karantin postunda onun aktiv “Covid-19” xəstəsi olduğu müəyyən edilmiş, bu səbəbdən polis əməkdaşları onu Mingəçevir şəhəri ərazisinə buraxmamışlar. Əməlindən peşmandır. Himayəsində bir nəfər azyaşl, bir nəfər isə əlil uşağı vardır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Mingəçevir ŞPŞ-nin X2 şəhərinin Yevlax rayonu, Tanrıqullar kəndi istiqamətində olan çıxışında aktiv “Covid-19” xəstəsinin saxlanılması barədə məlumat verilmişdir. Bundan sonra dərhal əməliyyat-istintaq qrupu ilə birlikdə Mingəçevir şəhərinin Yevlax rayonu, Tanrıqullar kəndi istiqamətində olan çıxışına getmişdir. Oraya çatdıqda, saxlanılan şəxsin Bərdə rayonu, Qaradırnaq kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Tərəfindən Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı videoçəkiliş aparılmışdır. Aktiv “Covid-19” xəstəsi olduğu üçün Təqsirləndirilən şəxs şəhər ərazisinə buraxılmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə yaşadıqları evdə olarkən xəstə olduğunu hiss etmişdir. Qızı və o, “Covid-19” xəstəliyinə yoluxduğunu bilməmiş və ev şəraitində müalicəyə başlamışlar. Lakin qızının xəstəliyi keçmədiyi üçün xx.xx.2020-ci il tarixdə “Covid- 19” infeksiyasına yoluxub-yoluxmaması ilə bağlı test vermişdir. Qızı test verərkən özünün mobil telefonu olmadığı üçün əlaqə nömrəsi kimi ona məxsus mobil telefon nömrəsini qeyd etdirmişdir. xx.xx.2020-ci il tarixdə ona məxsus mobil telefonuna qızı Günelin “Covid-19” infeksiyasına yoluxmağı və 14 gün müddətinə yaşadığı mənzili tərk etməməyi barədə mesaj gəlmişdir. Qızı Günel bundan sonra ev şəraitində müalicəyə davam etmişdir.xx.xx.2020-ci il tarixdə o, tanışı olan Əsəd həkimlə danışan zaman qızının xx.xx.2020-ci il tarixdə test verdiyini, lakin qızında hələ də, öskürək qaldığını demişdir. Əsəd həkim isə ona qızını “KT” müayinəsindən keçməyini demişdir. Onlar buna görə xx.xx.2020-ci il tarixdə qızı ilə birlikdə yaşadıqları yaşayış evini tərk edib Mingəçevir şəhərinə gəlmişlər. Lakin Mingəçevir şəhərinin girişində qoyulmuş karantin postunda qızı Günelin aktiv “Covid-19” xəstəsi olduğu müəyyən edilmiş, bu səbəbdən polis əməkdaşları onu və qızı Güneli Mingəçevir şəhəri ərazisinə buraxmamışlar. Məhkəmə, həmçinin məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə iclasında iştirakı mümkün olmamamış Şahid3 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, məhkəməyədək icraat zamanı Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdən Bərdə rayon GEM-in epidemiologiya şöbəsinin müdiri vəzifəsində çalışır. xx.xx.2020-ci il tarixdə GEM-in istifadəsində olan Milli məlumat bazasına Təqsirləndirilən şəxs “Covid-19” testinin nəticəsinin pozitiv olması barədə məlumat yerləşdirilmişdir. O, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs bazada göstərilmiş ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək onun “Covid-19” infeksiyasına yoluxduğunu, 14 gün müddətinə yaşadığı mənzili tərk etməməsi, əks təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli diskə baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “COVİD-19” virusu ilə əlaqədar olaraq labarator müayinə (yaxma) olunmuş və müayinənin nəticəsi pozitiv olmuş, buna baxmayaraq Təqsirləndirilən şəxs karantin rejimini tələblərini pozaraq xx.xx.2020-ci il tarixdə küçəyə çıxmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli telefona baxış protokolundan görünür ki, baxış zamanı mobil telefonda “TƏBİB” publik hüquqi şəxs tərəfindən Təqsirləndirilən şəxs məxsus mobil telefona xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs “Covid-19” infeksiyasına yoluxması ilə bağlı xx.xx.2020-ci il tarixdə verdiyi testin cavabının pozitiv olması barədə sms göndərilməsi aşkar olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Bərdə rayonu, Qaradırnaq kəndində yerləşən yaşayış evini tərk etməməli olduğu halda o, xx.xx.2021-ci il tarixdə saat 15:30 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı evi tərk edib, Mingəçevir şəhərinə gələrək özündə aşkar olunan yeni növ «Koronavirus COVİD-19» xəstəliyinin ətrafda qarşılacağı və üz-üzə gələ biləcəyi şəxslər arasında yayılması üçün real təhlükə yaratmaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində yayılmış yeni növ «Koronavirus COVİD-19» infeksiyasına yoluxmasının müəyyən edilməsi ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə verdiyi laboratoriya müayinələri nəticəsində koronavirus infeksiyasına yoluxma faktının təsdiq edilməsi barədə xx.xx.2020-ci il tarixdə olduğu yerdə təcrid olunma haqqında məlumat aldıqdan sonra yaşadığı Bərdə rayonu, Qaradırnaq kəndində yerləşən yaşayış evində karantinə alınmasına və Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydalarının 4.5.5 və 4-1-ci maddələrinin tələbinə əsasən 14 gün müddətinə yaşadığı mənzili tərk etməməli olduğu halda xx.xx.2021-ci il tarixdə saat 15:30 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı evi tərk edib Mingəçevir şəhərinə gələrək özündə aşkar olunan yeni növ «Koronavirus COVİD-19» xəstəliyinin ətrafda qarşılacağı və üz-üzə gələ biləcəyi şəxslər arasında yayılması üçün real təhlükə yaratmışdır. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 139-1.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarının 4.1-ci bəndinə əsasən Təmasda olmuş şəxslərin dairəsi Nazirliyin gigiyena və epidemiologiya mərkəzlərinin mütəxəssisləri tərəfindən 12 (on iki) saat ərzində müəyyən edilir və onlar barədə tibbi müşahidənin aparılması üçün ərazi ambulator-poliklinika müəssisəsinə, yaxud tabeliyində sanitariya nəzarətini həyata keçirən tibb müəssisələri olan orqanlara məlumat verilir. Həmin qərarın 4.2-ci bəndinə əsasən Bu Qaydaların 4.1-ci bəndində göstərilən şəxslərin dairəsinin müəyyən edilməsinə daxili işlər orqanları da cəlb olunurlar. Həmin qərarın 4.3-ci bəndinə əsasən Yoluxucu xəstəliyə yoluxmuş şəxslə təmasda olan şəxslər son təmasdan sonra bu Qaydaların 3.1-ci bəndi ilə müəyyən edilmiş müddətdə yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülürlər. Həmin qərarın 4.5-ci bəndinə əsasən yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir. Həmin qərarın 4-1.2-ci bəndinə əsasən yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq tibbi müşahidə həyata keçirilir. Həmin qərarın 4-1.3-ci bəndinə əsasən yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların 4.5-ci bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır. Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs iltizamı imzalamaqdan imtina etdikdə, bu barədə (ona qanunda nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdarlıq edildiyi göstərilməklə) 2 (iki) nüsxədə akt tərtib edilir. Aktın bir nüsxəsi yoluxucu xəstəliyə tutulma faktı təsdiq edilmiş şəxsə verilir, digər nüsxəsi tibb müəssisəsində qalır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2–ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, ona təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla, Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılması səbəb olan və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratmaqla əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq himayəsində bir nəfər azyaşlı uşağının olmasını, hadisələrin təsadüfi axarı zəmində ilk dəfə az ağır cinayət törətməsini, eləcə də Həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirlən şəxsin himayəsində bir nəfər yetkinlik yaşına çatmayan və orta dərəcəli əqli gerilik xəstəliyi olan uşağının olmasını, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2021–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsiqələrinin surətlərindən görünür ki, təqsirləndirlən şəxsin himayəsində xx.xx.2006-cı il tarixdə doğulmuş X6 və xx.xx.2014cü il tarixdə X7 adlı uşaqları vardır. Cinayət işinin materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başcısının Hüseynalılar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin idarədə xadimə işləyir. O, ərazidə işlədiyi və yaşadığı dövrdə özünü intizamli aparmış və onun barəsində idarəyə şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş xəstənin ambulator, stasionar tibbi kartasının çıxarışının surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X6 orta dərəcəli əqli gerilik diaqnozu ilə müalicə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1–ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə hesab edir ki, vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN:**********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bərdə rayonunun hüdudlarını tərk etməmək, Bərdə rayonu, Qaradırnaq kəndində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilməsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 120 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN:**********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar