Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-94/2022 15.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən X2, Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Şikayət verən şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, işləməyən, Mingəçevir şəhəri, Nizami prospekti, ev 12, mənzil 36da qeydiyyatda olan və ünvan 1 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ona xəyanət etməsini telefonuna baxış keçirərək müəyyən etmək məqsədi ilə Şəlalənin yaşadığı blokun 4-cü mərtəbəsinə qalxıb gözləmişdir. Təxminən 15 dəqiqə keçdikdən sonra Zərərçəkmiş şəxs xx.xx.2015-ci il təvəllüdlü oğlu X1 məktəbə qoyub yaşadığı mənzilinə qayıdıb daxil olanda 4-cü mərtəbədə gözləyən Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs arxasınca qəflətən evə daxil olmuş, həmin vaxt Şəlalənin birgə yaşadıqları dövrdə ona xəyanət etdiyini və bunu sübut edəcəyini deyəndə, Zərərçəkmiş şəxs belə bir hərəkət etmədiyini deyib cavab qaytarmış, bu zaman Təqsirləndirilən şəxs əsəbləşərək yumruqla Zərərçəkmiş şəxs sifət və sağ bazu nahiyələrinə vurub Şəlalənin sol almacıq nahiyyəsində, burnunun üstündə və sağ bazuda qançılarla nəticələnən sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs stolun üzərində olan mobil telefonuna baxmaq üçün götürəndə Şəlalə telefonunu qaytarmasını tələb etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs saçından tutub dartaraq sağ ayağına bir neçə dəfə təpiklə vurub Şəlalənin sağ topuq oynağının hərəkət məhdudluğu ilə yumşaq toxumalarının əzilməsi ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışı iclasında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, şikayət verən şəxs Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır. Onlar xx.xx.2014-cü il tarixdə ailə həyatı qurmuş, birgə nigahlarından 2 azyaşlı övladları vardır. 2016-cı il tarixdə rəsmi olaraq boşanmışlar. Bundan sonra bir neçə dəfə Zərərçəkmiş şəxs ilə küsüb sonra barışıb birlikdə yaşamışlar. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yarandı, ona görə də ayrıldılar. Bundan sonra aralarında heç bir mübahisə və münaqişə olmamışdır. Lakin təxminən bir müddətdir ki, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə olduqları müddət ərzində onun başqa bir kişi ilə münasibət qurub xəyanət etdiyindən şübhələndi, buna görə də onun telefona baxmaq, şübhələrini sübuta yetirmək istədi. Bu səbəbdən də xx.xx.2022-ci il tarixdə saat 08-radələrində Zərərçəkmiş şəxs yaşadığı blokun 4-cü mərtəbəsinə gedib Şəlalənin məktəbdən gəlməsini gözlədi, bir qədər sonra Zərərçəkmiş şəxs gəlib yaşadığı mənzilinə daxil olanda arxasınca düşüb həmin mənzilə daxil oldu. Həmin vaxt Zərərçəkmiş şəxs başqa bir kişi ilə münasibəti olduğunu, ona sübut edəcəyini deyəndə Şəlalənin ona yalan danışdığını dediyini, buna görə də əsəbləşib keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs sifət və qoluna yumruqla vurduğunu bildirdi. Əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışlar. İş üzrə icraata xitam verilməsini xahiş edir. Şikayət verən şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində bildirdi ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. Onlar xx.xx.2014-cü il tarixdə ailə həyatı qurmuş, birgə nigahlarından 2 azyaşlı övladları vardır. 2016-cı il tarixdə rəsmi olaraq boşanmışlar. Bundan sonra bir neçə dəfə Təqsirləndirilən şəxsla küsüb sonra barışıb birlikdə yaşamışlar. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxsla aralarında mübahisə yarandı, ona görə də ayrıldılar. Bundan sonra aralarında heç bir mübahisə və münaqişə olmamışdır. Lakin təxminən müraciət etdikdən 10 gün qabaq keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ona mütəmadi olaraq mesajlar yazaraq birgə yaşadıqları dövr ərzində başqa bir kişi ilə danışıb münasibət qurmaqla xəyanət etdiyini bildirdi. 10.05 2022ci il tarixdə 08:20-radələrində azyaşlı uşağı X1 məktəbə qoyub yaşadığı mənzilə qayıdıb daxil olanda yuxarı mərtəbədə gözləyən keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs onun arxasınca mənzilə daxil oldu, başqa bir kişi ilə münasibəti olduğunu ona sübut edəcəyini dedi. O, yalan danışdığını deyəndə Təqsirləndirilən şəxs onun sifətinə yumruqla vurdu. Sonra stolun üzərindəki mobil telefonu əlinə götürəndə Şəlalə qışqırıb bloka çıxdı. Bu zaman Təqsirləndirilən şəxs bloka çıxaraq onun saçından tutub sağ ayağına bir neçə dəfə təpiklə vurub xəsarət yetirdi. Bundan sonra o, Ramilin əlindən çıxıb qaçdı və Mingəçevir ŞPŞ-yə ərizə ilə müraciət etdiyini bildirdi. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Materiala əlavə olunmuş məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 281 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər - sol almacıq nahiyəsində, burunun üstündə və sağ bazuda qançırlar - küt əşyanın (alətlərin) təsirindən əmələ gəlmişlər, sağ topuq oynağının hərəkət məhdudluğu ilə yumşaq toxumaların əzilməsi - küt əşyanın və yaxud sağ ayağın fiksə olunmuş vəziyyətdə bədənin ağırlığı hesabına burulma nəticəsində əmələ gəlməsi inkar olunmur, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə sol almacıq nahiyəsində, burunun üstündə və sağ bazuda qançırlar sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur, sağ topuq oynağının hərəkət məhdudluğu ilə yumşaq toxumaların əzilməsi sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gelir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şikayət verən Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şikayət verən şəxsin ifadəsi və iş üzrə toplanmış digər sübutlarla təsdiq edilir və onun törətmiş olduğu əməl təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan DİN Baş əməliyyat və Statistika informasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşə əlavə olunmuş əməli törətmiş Təqsirləndirilən şəxs və şikayət verən şəxs Zərərçəkmiş şəxs ərizələrindən görünür ki, onlar barışmışlar, bir-birilərinə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə şikayət verən şəxsin və əməli törətmiş şəxsin ərizələrini nəzərə alaraq hesab edir ki, onlar barışdıqları üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş üzrə mülki tələb, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci, Cinayət Prosessual Məcəlləsinin 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-94/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-94/2022
15.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver