Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-95/2021 01.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Musayeva Günel Şövkət qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs xx.xx.1967-ci ildə Mingəçevir şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olan, Mingəçevir şəhəri Korğolu küçəsi ev 7 də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 05 iyul 2020-ci il tarixdə saat 06:00 radələrində özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Mingəçevir şəhəri, «Tərəvəzçilik sovxozu» deyilən ərazidə yerləşən, hüdudları hasarlanmamış, açıq olan pay torpaq sahəsinə gələrək sonuncuya məxsus, 450 (dörd yüz əlli) manat dəyərində, 01 rəst 7 (yeddi) yaşlı, qara rəngli atın sahibsiz otlamasmı görüb atı həmin torpaq sahəsində tutaraq yaxınlıqda olan Zərərçəkmiş şəxs məxsus 100 (yüz) manat dəyərində 01 ədəd qara rəngli, istifadədə olmuş, təyinatı üzrə istifadəyə yararlı olan yəhərlə yəhələyərək minmiş, atı çaparaq sahədən uzaqlaşmaqla gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə cəmi 550 (beş yüz əlli) manat məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında veridiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərdi ki, səhhətində problemlər olduğundan həkim müayinəsindən keçən zaman müalicə həkimi ona səhərlər şehli otun üzərində gəzməyi məsləhət görmüşdür. Buna görə də, 05 iyul 2020-ci il tarixdə səhər saat 06:00 radələrində yaşadığı evdən çıxıb Mingəçevir şəhərinin “AzİES” qəsəbəsinin şimal qurtaracağında yerləşən “Tərəvəzçilik sovxozu” deyilən əraziyə getmişdir. «Tərəvəzçilik sovxozu»nda boş otlaq sahələrinin birində şehli otların üzərində gəzən zaman bir rəst qara rəngli atın sahibsiz olaraq həmin torpaq sahəsində otlamasını görüb həmin atı minib bir qədər çapmaq qərarına gəlmişdir. O, ürkməməsi üçün yavaşca ata yaxınlaşaraq onun ağzında olan yüyəndən yapışdı, həmin ərazidə olan yəhəri tapıb atın belinə qoyaraq yəhərləməklə atı mindi, bir qədər atı çapdıqdan sonra gözlənilmədən at üzərində idarə etməni itirdi. Belə ki, at ona tabe olmayaraq Yevlax rayonunun Tanrıqulular kəndi istiqamətində qaçmağa başladı. O, atın yüyənini çəkib onu saxlamaq istəsə də bacarmadı. Həmin atın üzərində “Şor kanalı” deyilən əraziyə çatan zaman arxadan bir nəfər atlının sürətlə gəldiyini gördü. Həmin atlı, sonradan adının və soyadını bildiyi Zərərçəkmiş şəxs onu saxladaraq atını oğurlamaq istədiyini bildirdi. Bundan sonra Zərərçəkmiş şəxs onu atının tərkindən düşürtdü. Ona atı oğurlamaq niyyəti olmadığını, sadəcə olaraq çapmaq üçün minməyini izah etməyə çalışsa da, Zərərçəkmiş şəxs inanmayaraq mobil telefonu vasitəsi ilə polis əməkdaşlarına məlumat verdi. Oraya ərazidə xidmət aparan polis əməkdaşları gəlib onları izahatlarının alınması üçün polis şöbəsinə apardılar. İzahatları alınandan sonra evə buraxılmışlar. Atı çapmaq üçün təkbaşına yəhərləyib minmiş, atı oğurlamaq fikri olmamışdır. Sadəcə at üzərində idarəteməni itirdiyi üçün onu saxlaya bilməmişdir. Əməlində peşimandır. Zərərçəkmiş şəxs iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, ərizə verərək sonrakı məhkəmə iclasında iştirak etmək istəmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, yaşadığı evin həyətində iri buynuzlu mal-qara saxlamaqla məşğul olduğundan fərdi təsərrüfatında 1 rəst 7 yaşar, qara rəngli at da var. Hər gün səhər saatlarında atını otlamaq üçün Mingəevir şəhəri «Tərəvəzçilik» sovxozu adlanan ərazidə yerləşən pay torpaq sahəsinə buraxıb axşam saatlarında isə otlaq sahəsindən yaşadığı evin həyətinə geri qaytarır. 05 iyul 2020-ci il tarixdə saat 06 radələrində atı aparıb yenə də öz otlaq sahəsinə buraxıb yaşadığı evə qayıtdı. Bir az sonra qonşusu Şahid1lə qarşılaşdı. Həmin vaxt Şahid1 otlaq sahəsindən gəldiyini və tanımadığı bir nəfər şəxsin ona məxsus olan atı yəhərləyib çaparaq apardığını dedi. Şahid1 həmin sözləri eşidən kimi atın yəhəri ilə birlikdə oğurladığını başa düşüb dərhal onun atın alıb minərək otlaq sahəsinə getdi. Otlaq sahəsinə çatdıqda atının orada olmamasını gördü. Otlaq sahəsində həmkəndlisi Şahinlə rastlaşdı. Şahin də tanımadığı bir nəfər şəxsin ona məxsus atı minərək Yevlax rayonunun Tanrıqullar kəndi istiqamətində getdiyini dedikdən sonra Elşadın atını həmin kənd istiqamətində çaparaq hərəkətinə davam etdi. O, yaşadığı ərazi ilə Yevlax rayonu, Tanrıqullar kəndi arasında yerləşən “Şor” kanalı deyilən yerə çatan zaman tanımadığı şəxsin atını həmin kanaldan keçirməyə cəhd etməsinin gördü. Həmin şəxsə çatıb adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin əlindən atını aldı. Sonra isə bu barədə polisə məlumat verdi. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Şahid2 məhkəmə iclasında ifadəsində bildirdi ki, 05 iyul 2020-ci il tarixdə saat 07:00 radələrində oğlu Elçin Məmmədov evə gəlib qonşusu Zərərçəkmiş şəxs atının otlaq sahəsindən oğurlanmasını, Zərərçəkmiş şəxs isə atını oğurlayan şəxsi “Şor” kanalı deyilən ərazidə saxlamasını eşitdikdən sonra narahat olmuş, özünə məxsus olan traktoru işə salıb “Şor” kanalı deyilən əraziyə getmişdir. Oraya çatan zaman qonşusu Zərərçəkmiş şəxs sonradan tanıdığı Təqsirləndirilən şəxs saxladığını və özünə məxsus atı həmin şəxsin əlindən aldığının şahidi olmuşdur. Həmin vaxt qonşusu Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında baş verən sözlə mübahisədən Təqsirləndirilən şəxs atı Zərərçəkmiş şəxs məxsus otlaq sahəsindən oğurlayaraq aparmasını, digər həmkəndlisi Şahid1 Təqsirləndirilən şəxs atı oğurlamasını görüb vaxtında Zərərçəkmiş şəxs xəbər verdiyi üçün Zərərçəkmiş şəxs Şahid1 məxsus atı minərək çapıb “Şor” kanalı deyilən ərazidə Təqsirləndirilən şəxs çatıb onu saxlayaraq, özünə məxsus atı onun əlindən almasını öyrəndi. Onları sakitləşdirib hər ikisini yaşadığı küçəyə gətirdi. Bundan sonra Zərərçəkmiş şəxs polis şöbəsinə məlumat verdi. Təqsirləndirilən şəxs əməli Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə sübuta yetirilir. İşin 78-81-ci vərəqlərində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 yanvar 2021-ci il tarixli, 9/359 saylı rəyində göstərilir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 rəst, 7 yaşlı, qara-qəhvəyi rəngli atın 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 450,00 manat, 1 ədəd qara rəngli istifadə olunmuş, təyinatı üzrə istifadəyə yararlı at yəhəri isə 100,00 manat müəyyən edilir. İşin 91-ci vərəqində olan Mingəçevir şəhər Rayonlarası Psixo-Nevroloji Dispanserindən verilmiş 03.02.2021-ci il tarixli, 223 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Hidayət oğlu 08 iyul 1986-cı ildən “Şizoferinəbənzər”psixoz xroniki gedişli pataloji meyllərlə (sosial təhlükəli) diaqnozu ilə dispanserdə qeydiyyata götürülmüşdür. İşin 122-123-cü vərəqlərində olan Gəncə şəhər Psixonevroloji Dispanserinin 04 fevral 2021-ci il tarixli, 63 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi vəziyyəti, anlaqlı və ya anlaqsız vəziyyətdə olması haqqında ambulator şəraitdə rəy vermək mümkün olmamışdır. İşin 157-162-ci vərəqlərində olan stasionar məhkəmə psixiatrik ekspertizasının 15 mart 2021-ci il tarixli, 32 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs cinayət törədən zaman şizofreniya xəstəliyinin paranoid formasından əziyyət çəkib, onda aşkar olunan xroniki psixi xəstəlik öz ifadə dərəcəsinə görə onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlara cavab vermək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Ancaq bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs müəyyən edilən şizofreniyanm paranoid forması kimi xroniki psixi xəstəlik natamam remissiya vəziyyətində olduğundan ona ittiham olunan cinayət əməli dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Hal-hazırki psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 05 iyul 2020-ci il tarixdə saat 06:00 radələrində özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Mingəçevir şəhəri, «Tərəvəzçilik sovxozu» deyilən ərazidə yerləşən, hüdudları hasarlanmamış, açıq olan pay torpaq sahəsinə gələrək sonuncuya məxsus, 450 (dörd yüz əlli) manat dəyərində, 01 rəst 7 (yeddi) yaşlı, qara rəngli atm sahibsiz otlamasmı görüb atı həmin torpaq sahəsində tutaraq yaxınlıqda olan Zərərçəkmiş şəxs məxsus 100 (yüz) manat dəyərində 01 ədəd qara rəngli, istifadədə olmuş, təyinatı üzrə istifadəyə yararlı olan yəhərlə yəhələyərək minmiş, atı çaparaq sahədən uzaqlaşmaqla gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə cəmi 550 (beş yüz əlli) manat məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün qismənetirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan digər sənədlərlə sübuta yetirilir. Ona görə də onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 126-128-ci vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 17.01.2019-cu il tarixli, 1(051)-10/2019 saylı hökmündən və tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 29 iyul 2018-ci tarixdən 31 iyul 2018-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün hesabı ilə hesabı ilə hesablanmaqla 4 (dörd) gün ona təyin edilmiş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin hökümlə təyin edilmiş 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına Mingəçevir şəhər məhkəməsini 16.10.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 2000 manat cərimə cəzasının çəkilməmiş 1697,50 manat hissəsi tam toplanmaqla üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 1697,50 manat cərimə cəzası saxlanılmışdır. İşin 129-130-cu vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 10.09.2020-ci il tarixli, 7(051)-56/2020 saylı qərarın surətindən görünür ki, məhkum Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-10/2019 saylı, 17.01.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 5 ay 8 gün azadlığın məhdudlaşdırılması cəzasının 2 günü 1 günə hesablamaqla 8 (səkkiz) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs həmin qərarla təyin edilmiş 8 ay 19 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına Mingəçevir şəhər məhkəməsini 17.01.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 1697,50 manat cərimə cəzasının çəkilməmiş 562 manat hissəsi tam toplanmaqla üzərində qəti olaraq 8 (səkkiz) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 562 manat cərimə cəzası saxlanılmışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nun Mingəçevir şəhər şöbəsinin **********3 saylı, 01 iyun 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Hiadyət oğlu ümumi səbəbdən İİ qrup əlil olduğuna görə müavinət alır və aylıq müavinətinin məbləği 130,00 (bir yüz otuz) manatdır. İşə əlavə olunmuş Mingəçevir şəhər icra və probasiya şöbəsinin 345/3-12 saylı, 01 iyun 2021-ci il tarixli məktubundan görünür ki, cərimə cəzası məhkum Təqsirləndirilən şəxs pensiyasına yönəlmiş, 01.05.2021-ci il tarixdə tutulma tam şəkildə başa çatdırılmışdır. İşə əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlini qismən etiraf edib peşiman olması, yaşayış yerində müsbət xarakterizə olunması, dəymiş ziyanı ödəməsi, İİ qrup əlil olması, anlaqlılığı istisna etməyən psixi pozuntusunun olmasıAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməməsi, dəymiş zərəri ödəməməsini, cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs 15.04.2021-ci il tarixdən 01.06.2021-ci il tarixədək 1 ay 17 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalından azad edilməlidir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan 1 rəst at və 1 ədəd qara rəngli, istifadə olunmuş, təyinatı üzrə istifadəyə yararlı olan yəhər Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki tələb yoxdur. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 15.04.2021-ci il tarixdən 01.06.2021-ci il tarixədək 1 ay 17 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 8 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində secilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə zalından azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan 1 rəst at və 1 ədəd qara rəngli, istifadə olunmuş, təyinatı üzrə istifadəyə yararlı olan yəhər Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-95/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-95/2021
01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver