Məhkəmə qərarları › İş №1(051)-95/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-95/2022

16.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-95/2022 16.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1983-cü il tarixdə Yevlax rayon, Aran qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkum olunmamış, Yevlax rayon, Aran qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 3 ildir ki, tanıyır. Onların 3 ildir ki, qeyri rəsmi münasibətləri var. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2022-ci il təvəllüdlü 1 azyaşlı övladı da var. Münasibətləri mart ayından pozulmuşdur. Aralarında dəfələrlə mübahisələr də olmuşdur.xx.xx.2022-ci il tarixdə saat 11 radələrində gecələmək üçün Hamam Motelə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 4 radələrində Motelə daxil olaraq rəfiqəsi Şahid1 Təqsirləndirilən şəxs onu izlədiyini demişdir. Sonradan onlar otelin 103№-li otağına daxil olmaq istəyərkən, Səbuhi zərərçəkmişi saçlarından tutub çəkmiş, əvvəl hamam otağına salaraq saçını kəsmişdir. Saçının üst hissəsini kəsərkən cibindən çıxardığı qara rəngli açılıb-bağlanan bıçaqla başının sağ təpə nahiyəsinə bıçağın uc hissəsi ilə vuraraq xəsarət yetirmişdir. Sonradan otelin inzibatçısı yuxarıda səs-küy olduğunu eşidib Şahid1 nə olduğunu soruşanda, Şahid1 heç nə olmadığını və Təqsirləndirilən şəxs düşüb gedəcəyini bildirən zaman , Səbuhi və Məryəm yataq otağına keçmişdir. Təqsirləndirilən şəxs ora da əlində olan bıçaqla təkrarən Məryəmin saçının üst nahiyəsindən kəsərək sol alın nahiyəsinə vurub otaqdan çıxıb getmişdir. Sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, kəsici-deşici əşyanın təsireindən yaranan, alın nahiyəsində olan qançır isə küt əşyanın(alətin) təsirindən əmələ gələn, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 3 ildir ki tanışdır. Mart ayından bəri aralarındakı münasibət pozulmuşdur. Zərərçəkmişin dediyinə görə birgə münasibətimizdən azyaşlı uşaqları olub. Ancaq həmin uşağın məndən olduğundan əmin deyiləm. Əvəllər onu vurmuşdur. Lakin bu dəfə onu vurmamışam. Ayrıldığımıza görə belə ssenari qurmuşdur. Mən ona bıçaq vurmamışam. Məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanıverdiyi ifadəsindən görünür ki, o Təqsirləndirilən şəxs 3 ildir ki, tanıyır. Belə ki, 3 ildir ki, Təqsirləndirilən şəxsla onun arasında qeyri-rəsmi münasibətləri var. Onların bu münasibətdən 1 az yaşlı xx.xx.2022-ci il təvəllüdlü qız övladları var. Təqsirləndirilən şəxsla onun arasında dəfələrlə mübahisələri olmuşdur. Sonuncu dəfə 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxsla onun arasında mübahisələri yarandıqdan sonra onlar ayrılmışdır. xx.xx.2022-ci il tarixdə saat 04 radələrində o tanışı Şahid1 ilə birlikdə Mingəçevir şəhəri H.Əliyev pr yerləşən Hamam Motelə daxil olaraq, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində qalmaq üçün tutduqları 103 N-li otağa çıxmaq istəyən zaman dəhlizdə Şahid1 çönüb arxaya baxan zaman onun qeyri-rəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxs onların arxaları ilə gəldiyini gördüyü üçün ona bu barədə məlumat vermişdir. Daha sonra isə Şahid1 qalmaq üçün tutduqları 103 N-li otağın qapısını açaraq otağa daxil olan zaman Təqsirləndirilən şəxs arxadan gələrək, onun saçından tutaraq onu otağa salıb, oradanda isə hamam otağına salmışdır. Onlar hamam otağında olarkən 0 Səbuhi Hüeynova onu buraxmasını və otaqdan çıxmasını istədiyi üçün Təqsirləndirilən şəxs qara rəngli qatlama bıçağı cibindən çıxardaraq onun saçının üst nahiyəsindən kəsərək, sağ təpə nahiyəsinə bıçaqla xəsarət yetirmişdir. Bundan sonra onlar hamam otağından çıxan zaman X3 nümayəndəsi Kamran adlı şəxslə telefonda danışmasını görmüşdür. Bu zaman, Kamram adlı şəxs Şahid1 otaqdan səs- küy gəldiyini və Səbuhinin otaqda çıxmasını istəyən zaman Şahid1 isə Kamran adlı şəxsə Təqsirləndirilən şəxs otaqdan indi çıxacağını bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs əlində olan bıçaqla təkrar olaraq yataq otağında onun saçının üst nahiyysindən kəsərək sol gicgah nahiyyəsinə vurub otaqdan çıxıb getmişdir. Bundan sonra isə 0 əvvəllər polis kimi tanıdığı Arif Şərifov adlı polis əməkdaşına zəng vuraraq, Səhubi Hüseynovun onunla mübahisə etdiyini bildirərək, hadisə yerinə köməyə çağırmışdır.Daha sonra isə X7 Motelə gələn zaman onun baş nahiyyəsindən xəsarət aldığını gördüyü üçün, ona ilkin tibbi yardım olunması üçün onu Mingəçevir ŞMXnın Acil şöbəsinə aparmışdır. Ona Mingəçevir ŞMX-da ilkin Tibbi yardım oldunduqdan sonra o buraxılmışdır. O mübahisənin təxminən 5 dəqiqə olmasını və ətrafkənar şəxslərin toplaşmamasını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Hamam Moteldə inzibatçı işləyir. Məryəm və Səbuhini də həmin motelə gəlib gedərkən tanımışdır. Sonuncu dəfə 13 may 2022-ci il tarixdə saat 11 radələrində zərərçəkmiş Məryəm və rəfiqəsi Günel otağa gəlmişlər. Sonradan Səbuhi də arxalarınca gəlmış və ondan nəyə görə getdiyini soruşanda Məryəmə söz deyəcəyini bildirmişdir. Yuxarda səsküy gəldiyini eşidəndə qaldıqları otağa zəng etmiş, lakin telefon dəstəyini kimin götürdüyünü dəqiq bilməmişdir, hər şey qaydasında olub-olmadığını soruşmuş, cavabında isə ona heç nə olmadığını bildirmişlər. Səbuhi və Məryəm həmin gün ayrı-ayrı otaqda idilər. Ancaq sonradan kameraya baxanda məlum olmuşdur ki, Səbuhi Günelin otağına keçmişdir. Otağa girəndə Məryəmin başında qan izləri var idi, ancaq yerdə qan izi görünmürdü. O, hadisədən sonra Səbuhinin əlində bıçaq görməmişdir. Sonuncu dəfə isə Məryəmi 1 ay əvvəl görmüşdür. Məryəm başqa adamla motelə gəlmək istəmiş, ancaq icazə verməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid1 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanıverdiyi ifadəsindən görünür ki, Məryəm Qədir qızı və Təqsirləndirilən şəxs 3 ildir ki, tanıyır. Onların 3 ildir ki, qeyri rəsmi münasibətləri var. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2022-ci il təvəllüdlü 1 azyaşlı övladı da var. Münasibətləri mart ayından pozulmuşdur. Aralarında dəfələrlə mübahisələr də olmuşdur.xx.xx.2022-ci il tarixdə saat 11 radələrində gecələmək üçün Hamam Motelə getmişlər. xx.xx.2022-ci il tarixdə saat 4 radələrində Motelə daxil olarkən Təqsirləndirilən şəxs Məryəmi izlədiyini görmüşdür. Sonradan onlar otelin 103№-li otağına daxil olmaq istəyərkən, Səbuhi zərərçəkmişi saçlarından tutub çəkmiş, əvvəl hamam otağına salaraq saçını kəsmişdir. Məryəmin saçının üst hissəsini kəsərkən cibindən çıxardığı qara rəngli açılıb-bağlanan bıçaqla başının sağ təpə nahiyəsinə bıçağın uc hissəsi ilə vuraraq xəsarət yetirmişdir. Sonradan motelin inzibatçısı yuxarıda səs-küy olduğunu eşidib ondan nə olduğunu soruşanda, o heç nə olmadığını və Təqsirləndirilən şəxs düşüb gedəcəyini bildirən zaman , Səbuhi və Məryəm yataq otağına keçmişdir. Təqsirləndirilən şəxs ora da əlində olan bıçaqla təkrarən Məryəmin saçının üst nahiyəsindən kəsərək sol alın nahiyəsinə vurub otaqdan çıxıb getmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai araşdırma və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolda görünür ki, xx.xx.2022-ci il tarixdə saat 04 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyüb xəsarət yetirdiyi yer Mingəçevir şəhəri, H.Əliyev prospektinə yerləşən Hamam Moteldə baş vermişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 293 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər-təpə nahiyəsindəki yara kəsici-deşici əşyanın təsirindən yaranan, alın nahiyəsində olan qançır isə küt əşyanın(alətin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğundur. Ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə pozulduğundan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Alın nahiyyəsində qançır sıyrıq sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İşdə olan Yevlax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(039)-9/2020 saylı Hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinyaət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, Təqsirləndirilən şəxs qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirildi. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş şəxs və şahid ifadəsi, habelə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmiş və Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 3 ildir ki, tanıyır. Onların 3 ildir ki, qeyri rəsmi münasibətləri var. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2022-ci il təvəllüdlü 1 azyaşlı övladı da var. Münasibətləri mart ayından pozulmuşdur. Aralarında dəfələrlə mübahisələr də olmuşdur.xx.xx.2022-ci il tarixdə saat 11 radələrində gecələmək üçün Hamam Motelə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 4 radələrində Motelə daxil olaraq rəfiqəsi Şahid1 Təqsirləndirilən şəxs onu izlədiyini demişdir. Sonradan onlar otelin 103№-li otağına daxil olmaq istəyərkən, Səbuhi zərərçəkmişi saçlarından tutub çəkmiş, əvvəl hamam otağına salaraq saçını kəsmişdir. Saçının üst hissəsini kəsərkən cibindən çıxardığı qara rəngli açılıb-bağlanan bıçaqla başının sağ təpə nahiyəsinə bıçağın uc hissəsi ilə vuraraq xəsarət yetirmişdir. Sonradan otelin inzibatçısı yuxarıda səs-küy olduğunu eşidib Şahid1 nə olduğunu soruşanda, Şahid1 heç nə olmadığını və Təqsirləndirilən şəxs düşüb gedəcəyini bildirən zaman , Səbuhi və Məryəm yataq otağına keçmişdir. Təqsirləndirilən şəxs ora da əlində olan bıçaqla təkrarən Məryəmin saçının üst nahiyəsindən kəsərək sol alın nahiyəsinə vurub otaqdan çıxıb getmişdir. Sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, kəsici-deşici əşyanın təsireindən yaranan, alın nahiyəsində olan qançır isə küt əşyanın(alətin) təsirindən əmələ gələn, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə tövsif olunmalıdır. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində müəyyən olunmuş hədlərdə cəza təyin olunmalıdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs himayəsində iki az yaşlı uşağının olmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 yetkinlik yaşına çatmayan övladıvardır. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq nəzərə alaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Belə ki, cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022–ci il tarixdə Yevlax rayonu, Aran qəsəbəsi ərazisində tutulmuşdur və ondan başqa yerə getməmək barədə iltizam alınmışdır. Yevlax rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs Yevlax rayonu Tanrıqulular kəndində qeydiyyatda olmasına baxmayaraq, hazırda orada yaşamadığı üçün onun Mingəçevir şəhər Məhkəməsinə məcburi gətirilməsi mümkün olmamışdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 66 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ521BAZ******************** saylı hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 5 (beş) faizi dövlət büdcəsinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı qazancından dövlət büdcəsinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 66 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən. Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar