Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-95/2023 14.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs oğlunun və müdafiəçisi – Mingəçevir vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci ildə Rusiya Federasiyası, Serov vilayəti, Sverdlovski şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, “Mingəçevir şəhər mərkəzi xəstəxanası” PHŞ-nin Doğum- Ginekologiya şöbəsində həkim mama-ginekoloqu vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən hazıradək İcbari Sığorta üzrə Dövlət Agentliyinin “Mingəçevir şəhər mərkəzi xəstəxanası”publik hüquqi şəxsin Doğum-Ginekologiya şöbəsində həkim mama-ginekoloq vəzifəsində işləyərkən, Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim mama-ginekoloqun nümunəvi vəzifə Təlimatı”na əsasən tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin stasionar şəraitində aparılması taktikasını və diaqnozunu müəyyən etməli, fizioloji və patoloji doğuşları aparmalı, ona həvalə olunmuş vəzifə öhdəliklərinin və öz fəaliyyəti üzrə normativhüquqi aktların tələblərinin vaxtında, keyfiyyətlə və peşəkar səviyyədə yerinə yetirilməsinə görə məsuliyyət daşımalı olduğu halda, vəzifəli şəxs kimi işə laqeyd münasibət göstərib xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək həmin şöbənin işçilərinin 2021-ci ilin sentyabr ayı üzrə növbətçilik cədvəlinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə saat 09:00-dan 21:00-dək növbədə olduğu müddət ərzində həmin tarixdə saat 10:45-də “38 həftəlik hamiləlik, baş gəlişi, uşaqlıq üzərində çapıq” diaqnozu ilə “Mingəçevir şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsinə daxil olmuş xəstə Zərərçəkmiş şəxs üzərində “Aşağı seqmentdə Kesar kəsiyi” cərrahiyyə əməliyyatı icra edərkən öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda cinayətkarcasına etinasızlıq edərək sonuncunun üzərində cərahiyyə əməliyyatı etdikdən sonra qarın boşluğunda tənzif tampon unutmuş, tənzif tamponun 7 (yeddi) ay qarın boşluğunda qalması nəticəsində xəstədə mütamədi ağrı, bədən hərarətin yüksəlməsi, yad cismin çürüməsi ilə əlaqədar irinli prosesin inkişafı və septiki vəziyyətin yaranmasına səbəb olmaq, daxili orqanlarda patoloji vəziyyətin daha da sürətli inkişafına gətirib çıxarmaqla xx.xx.2022-ci il tarixdə xəstəyə Azərbaycan Tibb Universitetinin X4 “S-vari bağırsağın cırılması, qarnın ön divarının bağırsaq fistulu, bitişmə xəstəliyi, xronik nəcisli peritonit” diaqnozu təyin edilmiş və onun üzərində “Laporatomiya, bitişmələrin ayrılması, qarının ön divarının bağırsaq fistulunun ləğvi, S-vari bağırsağın rezeksiyası, Dessendostomanın qoyulması, nazik bağırsağın rezeksiyası, Yan-yana yeyuno-ileo anastomozun qoyulması, Qalça bağırsağın rezeksiyası, Ucuca ileo-ileo anastomozun qoyulması, kiçik çanaq absesinin açılması, sanasiya və drenə olunması, Qarın boşluğunun sanasiya və drenə olunması” cərrahiyyə əməliyyatı icra edilməklə zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığının uzun müddət pozulmasına, dəfələrlə cərahiyyə əməliyyatı olduğundan uzun müddət yataq vəziyyətində qalmasına səbəbiyyət verməklə vəzifəli şəxs kimi işə laqeyd münasibət göstərib xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək sonuncunun sağlamlıq hüququna və qanuni mənafeylərinə mühüm zərər vurulmasına səbəb olmaqla səhlənkarlıq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, 2012-ci ildən “Mingəçevir şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin Doğuş-Ginekologiya şöbəsində həkim-mama ginekoloq vəzifəsində işləyir. Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə Ağdaş rayonundan doğuşa buraxılış vərəqəsi ilə təkrar Qeysəriyyə kəsiyi əməliyyatı məqsədi ilə Mingəçevir şəhər mərkəzi xəstəxanası publik hüquqi şəxsinin Doğuş-Ginekologiya şöbəsinə daxil olmuşdur. Həmin gün saat 15:05-də spinal anestezi altında laparotomiya aparılmış, qarın boşluğunda bitişmələr izlənmiş, uşaqlığın aşağı seqmenti nazilmiş, yararsız çapıq toxuması üzərində cift toxuması izlənmişdir. Qadın cinsində 3200 qram diri yetişmiş döl azad edilmişdir. Yara qat-qat tikilmiş, əməliyyat və sonrakı dövr fəsadsız keçmişdir. Zahı qadın 2 sutkada USM-dən keçirilmiş, patalogiya aşkar edilməmişdir. 3cü sutkada kafi vəziyyətdə diri uşaq ilə evə buraxılmışdır. Xəstə dekabr ayında ona qarnın aşağı nahiyyəsində ağrılardan şikayətlənərək müraciət etmişdir. USM aparılmış, endometrioz diaqnozu qoyulmuş, xəstəyə ambulator şəraitdə müvafiq müalicə təyin edilmişdir. May ayının əvvəlləri xəstənin qaynanası ona zəng vuraraq Ayselin aprelin axırında Bakı şəhər Xəzər klinikasında cərrah Rauf həkim tərəfindən sol yumurtalıq kistası əsasında əməliyyat olunduğunu, cərrahın əməliyyatın yaxşı keçdiyini deməsi, əməliyyatın səhəri gün Ayseli qarın drenajı ilə evə buraxıldığını və evdə drenajdan sulu nəcis axıntısını gəldiyini bildirmişdir. Ayselin qaynanası və anası həkimin üstünə gedəndə həkim 3 gün sonra bunlara əslində Ayseldə kista yox tampun qaldığını demiş və tampun bağırsaqları həkimin deməsinə görə deşmişdir. O, Rauf həkim ilə telefon ilə danışıb Ayselin vəziyyətini nəzərə alaraq dərhal stasionara yerləşdirməsini demişdir. Cərrah ona onların klinikasının bayram günləri işləmədiyini və stasionarın elə bir şəraiti olmadığını bildirmişdir. Aysel Bakıda olduğu üçün həkimdən heç olmasa hansısa bir dövlət xəstəxanalarına yerləşdirməsini xahiş etmişdir. Həkim Respublika Klinik Xəstəxanasında cərrah dostu ilə danışıb Ayseli həmin gün RKX-nın cərrahiyyə şöbəsinə yerləşdirmişdir. 1 həftə ərzində Aysel xəstəxanada müalicə almış, vəziyyətinin yaxşı olduğunu və yarasından artıq heç bir ifrazatın gəlməməsini ona bildirmişdir. Həkim də ona Ayselin yaxşılaşdığını demişdir. Ayselin bütün reseptlərini o qarşılamışdır. Ayseli kafi vəziyyətdə evinə buraxmışlar. Evə buraxılandan 3 gün sonra yenidən Ayselin qaynanası onu yığıb Ayselin vəziyyətinin çox pis olduğunu, yarasından sulu nəcisin gəlməsi, halsız olduğunu demişdir. O, xəstəni Mingəçevir ŞMX-nın Cərrahiyyə şöbəsinə yerləşdirmək məqsədi ilə anası ilə Mingəçevirə gətizdirmiş və Cərrahiyyə şöbəsinə yerləşdirmişdir. Cərrahlar tərəfindən konsilium olunaraq nazik bağırsaq fistulası diaqnozu qoyulmuş və xəstəyə gözləmə taktikası seçilərək təyinat başladılmişdır. Lakin xəstə yaxınları ona təzyiq edərək xəstəni dərhal əməliyyat etdirməyini və sağaltmağını ondan tələb etmişlər. Burda həkimlərin Ayseli əməliyyat etmək istəmədiklərini görüb xəstəni yenidən Bakı şəhərinə X6 professor cərrah Xaləddin həkimin qəbuluna aparmağı qərara almışdır. Professor ilə öncədən danışıb xəstənin anamnezi ilə həkimi şifahi tanış etmişmiş, razılığını aldıqdan sonra səhər saat 6:00 da şəxsi maşını ilə xəstəni və anasını həmin xəstəxanaya aparmışdır. Həkim Ayseli şöbəyə qəbul etmiş, bütün kliniki-laborator müayinələrdən keçirmiş və qarın boşluğunun kontraslı KT müayinəsi etdirmişdir. Xəsdə səhəri gün əməliyyata alınmış, əməliyyatdan sonra professor ona və xəstənin anasına əməliyyatın ağır keçdiyini əməliyyat zamanı qarın boşluğunda çoxsaylı bitişmələr olduğunu, nazik bağırsağın 2 yerdən və yoğun bağırsağın 1 yerdən böyük həcmli perforasiyasının olduğunu bildirmiş və xəstəyə nazik bağırsağa 2 yerdən anastomoz qoyduğunu və yoğun bağırsağa stoma qoyduğunu demişdir. Həmçinin professor ona bele böyük həcmli perforasiyanı nece görməmək və ya görüb qəsd ilə qarın boşluğunu bağlamaq olar demişdir. Xəstə yaxşılaşaraq kafi vəziyyətdə evə buraxılmışdır. Xəstənin xəstəxana daxil bütün xərclərini kassaya o, ödəmişdir. Aysel anası, qaynanası və xalası xəstəxanadan çıxan günü Ayselin sağalıb evə buraxıldığı üçün ona təşəkkürlərini bildirmiş, ondan heç bir narazılıqlarının olmadıqlarını, tək istəklərinin Ayselin sağalması olmasını demişlər və ondan heç bir hüquq mühafizə orqanlarına şikayət etməyəcəklərini yazılı şəkildə təqdim etmişlər. Lakin, Ayselin həyat yoldaşı həbsxanadan çıxan kimi onun üstünə gəlib Ayselin müalicəsi adı ilə ondan müəyyən miqdarda pul tələb etmiş və o. pulun qarşılığında Ayseli xəstəxanaya yerləşdirib müalicə etdirməyi təklif etsə də razılaşmamışdır. Hazırda zərərçəkənlə barışmışdır. İş üzrə özünü təqsirli bidiyini, cinayət məsuliyyətinə cəlb etmə müddətinin ötdüyünü və buna görə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə “Mingəçevir şəhər mərkəzi xəstəxanası”PHŞ-in Doğum şöbəsində qeysəriyyə kəsiyi əməliyyatı ilə doğuş gerçəkləşdirmiş və həmin əməliyyatı da həkim mama-ginekoloq Təqsirləndirilən şəxs icra etmişdir. Əməliyyatdan sonra uşaq salamat dünyaya gəlmiş, əməliyyatdan bir ay sonra qarnı mütəmadi ağrımağa başlamışdır. Özü və ailə üzvləri ilkin olaraq soyuqladığını fikirləşsələr də, 2021-ci ilin dekabr ayında ağrılar səngimədiyinə görə onu Leyla həkimin yanına aparmışlar. Təqsirləndirilən şəxs da onun soyuqladığını bildirərək müalicə yazmışdır. Bundan sonra Leyla həkimin məsləhəti ilə iki dəfə müalicə almış, lakin ağrıları keçməmiş, dəfələrlə Bakı şəhərində xəstəxanalarda müayinə olunsa da ağrılarının səbəbi bilinməmişdir. 2022-ci ilin aprel ayında Bakı şəhərində “Xəzər” klinikasında MRT müayinəsindən keçmiş, həmin müayinə zamanı qarnında kista olduğu bildirilmişdir. xx.xx.2022ci il tarixdə kistanın götürülməsi üçün “Xəzər” klinikasında Rauf adlı həkim tərəfindən cərrahi əməliyyat olunmuş, əməliyyat zamanı qarnında tənzif aşkar olunsa da Rauf həkim Leyla həkimdən şikayət etməmələri üçün onlara bu barədə ilkin olaraq məlumat verməmişdir. Əməliyyatdan bir gün sonra Rauf həkimdən səhhəti barədə soruşan zaman Rauf həkim onlara qeysəriyyə əməliyyatı zamanı qarnında tənzif unudulduğunu bildirmişdir. Rauf həkim əməliyyat zamanı qarnında aşkar olunmuş tənzifin fotoşəkillərini də onlara təqdim etmiş, onlar da bu barədə Leyla həkimə məlumat vermişlər. Leyla ilk olaraq bunu inkar etsə də fotoşəkilləri göndərdikdən sonra buna inanmışdır. Bundan sonra Leyla həkim Rauf həkimlə əlaqə saxlayaraq onu dərhal xəstəxanaya yerləşdirilməsini bildirmiş, həmin gün Respublika Klinik Xəstəxanasına yerləşdirilmiş, 11 gün həmin xəstəxanada stasionar müalicə almış və xəstəxananın da xərclərini Leyla həkim çəkmişdir. 11 gün sonra onun sağaldığını bildirərək onu evə buraxmışlar, lakin bir gün evdə qaldıqdan sonra yenidən ağrıları başladığından yenidən Respublika Klinik Xəstəxanasına getmişdir. İki gün həmin xəstəxanada stasionar müalicə almış, iki gündən sonra Leyla həkim zəng edərək onu Mingəçevir ŞMX-na gəlməyini istəmişdir. Həmin gün onu Mingəçevir ŞMX-na aparmışlar, xəstəxanada olan həkimlər onu müayinə etdikdən sonra Mingəçevir ŞMX-da əməliyyat oluna bilməyəcəyini bildirmişlər. O, 4 gün stasionar olaraq həmin xəstəxanada müalicə aldıqdan sonra Leyla həkim ona Bakı şəhərində həkim danışdığını bildirmiş və onu Mingəçevir ŞMX-dan çıxarıb özü Bakı şəhərinə X5 yerləşdirmişdir. xx.xx.2022ci il tarixdə həmin klinikada Xaləddin həkim onu əməliyyat etmiş, əməliyyat zamanı S vari bağırsağında tənziflə təmas nəticəsində çürümə baş verdiyindən həmin çürümüş hissə kəsilmiş, sağlam hissələr birləşdirilmiş və bağırsağın sağalması üçün həmin birləşdirilən hissə qarın boşluğundan çölə çıxarılmışdır. O, 8 gün həmin klinikada stasionar müalicə almış və sonra evə buraxılmışdır. X4 müalicəsinə tələb olunan xərclər Təqsirləndirilən şəxs tərəfindən çəkilmişdir. Xaləddin həkimin məsləhəti ilə bağırsağı əməliyyatdan sonra bir il müddətinə çöldə qalmalı və bir il tamam olduqdan sonra ikinci əməliyyatla yerinə salınmalıdır. Bütün bu prosedurlara ilkin vaxtlarda Təqsirləndirilən şəxs 500 manat maddi dəstək olsa da digər müayinə və müalicə ehtiyaclarını qarşılamamış, bütün xəstəxana və dərman ehtiyaclarını özü qarşılamışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Leyla həkimin yanına gedən zaman Leyla həkim onu müalicə etməyə gücünün çatmadığını bildirmişdir. Hazırda isə təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Əvvəlki məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Əhmədova Şahidə Akif qızı ifadəsində göstərmişdir ki, 20 ildir ki, İTSÜDA-nın Mingəçevir ŞMX PHŞ-nin Doğum- Ginekologiya şöbəsində həkim mama-ginekoloq vəzifədə çalışır. Zərərçəkmiş şəxs xx.xx.2021ci il tarixində xəstə doğum şöbəsinə uşaqlıq üzərində çapıq toxumasını nəzərə alaraq planlı cərrahi doğuş məqsədi ilə daxil olunmuşdur. Doğuşu icra edən şöbənin həkim mamaginekoloqu Təqsirləndirilən şəxs olmuşdur. O, da həmin əməliyyatda asistent kimi iştirak etmişdir. Həmin gün saat 15:05-də spinal anestezi altında laparotomiya aparılmış, qarın boşluğunda bitişmələr izlənmiş, uşaqlığın aşağı seqmenti nazilmiş, yararsız çapıq toxuması üzərində cift toxuması izlənmişdir. Qadın cinsində 3200 qram diri yetişmiş döl azad edilmişdir. Yara qat-qat tikilmiş, əməliyyat və sonrakı dövr fəsadsız keçmişdir. Zahı qadın 2 sutkada USMdən keçirilmiş, patalogiya aşkar edilməmişdir. 3-cü sutkada kafi vəziyyətdə diri uşaq ilə evə buraxılmışdır. Əməliyyatdan təxminən 6 ay sonra Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs qeysəriyyə kəsiyi əməliyyatı zamanı qarın boşluğunda tənzif tampon unudulduğunu və buna görə də Bakı şəhərində əməliyyat olunduğunu bildirmişdir. Bundan sonrakı prosseslərdən məlumatı olmamışdır. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, təxminən 40 ildir ki, göstərilən vəzifədə çalışır. Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixində xəstə doğum şöbəsinə uşaqlıq üzərində çapıq toxumasını nəzərə alaraq planlı cərrahi doğuş məqsədi ilə daxil olunmuşdur. Doğuşu icra edən şöbənin həkim mama-ginekoloqu Təqsirləndirilən şəxs olmuşdur. O, da həmin əməliyyatda əməliyyat tibb bacısı kimi iştirak etmişdir. Əməliyyat tibb bacısı kimi onun vəzifə funskiyası əməliyyat zamanı həkimin göstərişlərini icra etmək və tələb etdiyi alət, vasitə, o cümlədən tənzif verməkdən ibarət olmuşdur. Həmin gün saat 15:05-də spinal anestezi altında laparotomiya aparılmış, qarın boşluğunda bitişmələr izlənmiş, uşaqlığın aşağı seqmenti nazilmiş, yararsız çapıq toxuması üzərində cift toxuması izlənmişdir. Qadın cinsində 3200 qram diri yetişmiş döl azad edilmişdir. Yara qat-qat tikilmiş, əməliyyat və sonrakı dövr fəsadsız keçmişdir. Zahı qadın 2 sutkada USM-dən keçirilmiş, patalogiya aşkar edilməmişdir. 3-cü sutkada kafi vəziyyətdə diri uşaq ilə evə buraxılmışdır. Əməliyyatdan təxminən 6 ay sonra Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs qeysəriyyə kəsiyi əməliyyatı zamanı qarın boşluğunda tənzif tampon unudulduğunu və buna görə də Bakı şəhərində əməliyyat olunduğunu bildirmişdir. Bundan sonrakı prosseslərdən məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının haqqında 28 fevral 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 314.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq həmin tarixdə cinayət işinin istintaqı davam etdirilməsi üçün icraata qəbul edilmişdir. zərərçəkmiş şəxs qismində tanınma haqqında 04 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. 30 mart 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayəıt işi üzrə icraat dayandırılmışdır. Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında 15 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. 23 may 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə təqirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Komissiyon məhkəmə tibbi ekspertizası tərtin edilməsi haqqında 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, 203/C-22 nömrəli məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Komisyon məhkəmə-tibb ekspertizasının 17 fevral 2023-cü il tarixli KEŞ-09 nömrəli rəyindən görünür ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası˝ PHŞ-in doğum şöbəsinə “38 həftəlik hamiləlik. Baş gəlişi. Uşaqlıq üzərində çapıq” diaqnozu ilə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra diaqnoz öz təsdiqini tapmış və uşaqlıqda çapığın olmasını nəzərə alaraq hamilə üzərində “Aşağı seqmentdə Kesar kəsiyi” cərrahiyyə əməliyyatı taktiki olaraq düzgün icra edilmişdir. Zərərçəkmiş şəxs üzərində icra edilmiş “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı zamanı tənzifdən istifadə olunmasına zərurət yaranır. Belə ki, tənzifdən əməliyyat yerinin təmizlənməsi və qurudulması və s. hallarda istifadə oluna bilər, bu da əməliyyatı icra edən həkim-cərrah tərəfindən həyata keçirilir. “Xəzər” klinikasında Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, o, xx.xx.2022-ci il tarixdə “Sol yumurtalığın kistoz törəməsi” diaqnozu ilə daxil olmuşdur. Təyin edilmiş diaqnoza əsasən operativ müalicə taktikası seçilmiş və xəstə üzərində “Laparotomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat zamanı qarın boşluğundan yad cism (tənzif tamponu) xaric olunmuşdur. Xəstə bir gün stasionarda qalmış və xx.xx.2022-ci il tarixdə yaxşılaşma ilə evə yazılmışdır. ATU-nun X4 Zərərçəkmiş şəxs adına tərtib edilmiş ibbi sənədlərdən göründüyü kimi, o, xx.xx.2022-ci il tarixdə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “S-vari bağırsağın cırılması. Qarının ön divarının bağırsaq fıstulu. Bitişmə xəstəliyi. Xronik nəcisli peritonit” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun onun üzərində “Laporatomiya. Bitişmələrin ayrılması. Qarının ön divarının bağırsaq fıstulunun ləğvi. S-vari bağırsağın rezeksiyası. Dessendostomanın qoyulması. Nazik bağırsağın rezeksiyası. Yan-yana yeyuno-ileo anastomozun qoyulması. Qalça bağırsağın rezeksiyası. Uc-uca ileo-ileo anastomozun qoyulması. Kiçik çanaq absesinin açılması, sanasiya və drenə olunması. Qarın boşluğunun sanasiya və drenə olunması” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xəstə xx.xx.2022-ci il tarixdə evə yazılmışdır. Beləliklə, Zərərçəkmiş şəxs keçirdiyi etaplı cərrahiyyə əməliyyatlarına səbəb ilkin müdaxilə zamanı qarın boşluğunda unudulmuş tənzif tamponun qalması olmuşdur. Tənzif tamponun 7 ay müddətində qarın boşluğunda qalması daxili orqanlarında (əməliyyat olunan nahiyədə) mütamədi ağrı, bədən hərarətin yüksəlməsi, yad cismin çürüməsi ilə əlaqədar irinli prosesin inkişafı və septiki vəziyyətin yaranmasına səbəb olması istisna edilmir. Bununla da, xəstədə mövcud olan yanaşı patologiya-bitişmə xəstəliyi daxili orqanlarında mövcud patoloji vəziyyətin daha da sürətli inkişafına gətirib çıxarmışdır. Buna məsul şəxs xx.xx.2021-ci il tarixdə “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatını icra edən həkim-cərrahdır. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmur. Zərərçəkmiş şəxs üzərində icra edilmiş ilkin tibbi müdaxilə zamanı tənzif tamponun unudularaq qarın boşluğunda qalması texniki qüsur kimi qiymətləndirilir. Bununla da səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndi pozulmuşdur. Əlavə komissiyan məhkəmə-tibbi texnikası ekspertizasının təyin edilməsi haqqında 30 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əlavə komissiyon məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Əlavə komisyon məhkəmə-tibb ekspertizasının 17 aprel 2023-cü il tarixli KEŞ-191 nömrəli rəyindən görünür ki, tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. “Xəzər” klinikasında Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, o, xx.xx.2022-ci il tarixdə “Sol yumurtalığın kistoz törəməsi” diaqnozu ilə daxil olmuşdur. Təyin edilmiş diaqnoza əsasən operativ müalicə taktikası seçilmiş və xəstə üzərində “Laparotomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat zamanı qarın boşluğundan yad cism (tənzif tamponu) xaric olunmuşdur. Xəstə bir gün stasionarda qalmış və xx.xx.2022-ci il tarixdə yaxşılaşma ilə evə yazılmışdır. ATU-nun X4 Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, o, xx.xx.2022-ci il tarixdə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “S-vari bağırsağın cırılması. Qarının ön divarının bağırsaq fıstulu. Bitişmə xəstəliyi. Xronik nəcisli peritonit” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun onun üzərində “Laparotomiya. Bitişmələrin ayrılması. Qarının ön divarının bağırsaq fıstulunun ləğvi. S-vari bağırsağın rezeksiyası. Dessendostomanın qoyulması. Nazik bağırsağın rezeksiyası. Yan-yana yeyuno-ileo anastomozun qoyulması. Qalça bağırsağın rezeksiyası. Ucuca ileo-ileo anastomozun qoyulması. Kiçik çanaq absesinin açılması, sanasiya və drenə olunması. Qarın boşluğunun sanasiya və drenə olunması” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xəstə xx.xx.2022-ci il tarixdə evə yazılmışdır. Beləliklə, Zərərçəkmiş şəxs keçirdiyi etaplı cərrahiyyə əməliyyatlarına səbəb ilkin müdaxilə zamanı qarın boşluğunda unudulmuş tənzif tamponun qalması olmuşdur. Tənzif tamponun 7 ay müddətində qarın boşluğunda qalması daxili orqanlarında (əməliyyat olunan nahiyədə) mütəmadi ağrı, bədən hərarətin yüksəlməsi, yad cismin çürüməsi ilə əlaqədar irinli prosesin inkişafı və septiki vəziyyətin yaranmasına səbəb olması istisna edilmir. "xxxx" MMC-nin Xəzər klinikasından daxil olmuş məktuba əlavə edilmiş tibbi sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs qarın boşluğundan “Laparotomiya” cərrahi əməliyyatı zamanı yad cisim – tənzif tampon xaric edilmişdir. TƏBİB PHŞ Ağdaş rayon Mərkəzi Xəstəxanası PHŞ-dən daxil olmuş 15 mart PHŞ-6-22/2- 380/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində ruhi-əsəb, narkoloji, dəri-zöhrəvi, göz, onkoloji xəstəliklər üzrə, həmçinin Ftiziatrik kabinetində vərəm xəstəlikləri üzrə qeydiyyatda deyil. xx.xx.2021-ci il iarixdə Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində “23 həftəlik İİ hamiləlik” diaqnozu ilə qeydiyyatda olmuşdur. "xxxx" MMC-nin Xəzər klinikasından daxil olmuş məktubdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixində Xəzər kilinikasında laborator və USM müayinəsinə və xx.xx.2022-ci il tarixində isə əməliyyat məsrəflərinə ümumilikdə 600 AZN pul ödəmişdir. Tibbi Ərazi Bölmələrini X7 Hüquqi şəxsdən daxil olmuş 27 mart 2023-cü il tarixli PHŞ-6/2- 1724/2023 nömrəli məktubdan görünür ki, Mingəçevir şəhər xəstəxanası PHŞ-də Zərərçəkmiş şəxs cərrahi doğuş həkim mama-ginekoloq Təqsirləndirilən şəxs tərəfindən göstərişlə icra edilmişdir. Lakin əməliyyat gedişində cərrah mama-ginekoloq və əməliyyat tibb bacısı (təqdim edilən protokolda adı qeyd edilməyib) tərəfindən cərrahi əməliyyatın gedişi təlimatına əməl edilməyərək - tamponlar sayılmamışdır. (Keysəriyyə kəsiyi əməliyyatından sonra qarın boşluğunda tampon unudulma halları 500 xəstədən birində rast gəlinir.) Xəzər klinikasında cərrah Xəlilov R. Tərəfindən icra edilən əməliyyat zamanı qarın boşluğu təftiş edilməmiş, S-vari bağırsağın deşilməsi gözdən qaçmışdır, buda sonradan xəstədə nəcis peritonitinin inkişafına səbəb olmuşdur. RKX PHŞ-da xəstənin müalicəsi gecikdirilmiş, xəstəyə yalnız konservativ müalicə təyin edilmişdir. Azərbaycan Tibb Universitetinin X3 daxil olmuş 05 aprel 2023-cü il tarixli 149 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixində klinikaya qarnında olan küt ağrılar, ağrıların vaxtaşırı artması, hərarətin yüksəlməsi, göbəkaltı nahiyyəsində əməliyyat yarası yerindən nəcis ifrazının olması, arabir ürəkbulanma, qarında ağırlıq hissi, iş qabiliyyətinin aşağı düşməsi, diskomfort, arıqlama, ümumi zəiflik, halsızlıq şikayətləri ilə müraciət etmişdir. Aparılmış diaqnostik müayinələr nəticəsində xəstə Zərərçəkmiş şəxs S-vari bağırsağın cırılması, xroniki nəcisli peritonit, qarnın ön divarının bağırsaq fistulası diaqnozları qoyulmuşdur. xx.xx.2022-ci il tarixində laparotomiya, bitişmələrin ayrılması, qarnın ön divarının bağırsaq fistulunun ləğvi, Svarı bağırsaq rezeksiyası, Dessendostomanın qoyulması, nazik bağırsağın rezeksiyası, yanyana yeyuno ileo anastomozun qoyulması, qalça bağırsağın rezeksiyası, uc - uca ileo-ileo anastomozun qoyulması, kiçik çanaq absesinin açılması, sanasiya və drenə olunması, qarın boşluğunun sanasiya və drenə olunması əməliyyatları icra olunmuşdur. Zərərçəkmiş şəxs ATU TCK-nın xəzinəsinə ödənişi barədə - Zərərçəkmiş şəxs ATU TCKnın xəzinəsinə xx.xx.2022-ci il tarixində SARS-Cov-2 Antigen Testinə görə 25.00 azn, tam qarın boşluğunun KT müayinəsi üçün 247.35 azn, Əməliyyat paketi üçün 2700.68 azn, xx.xx.2022-ci il tarixində 59.00 azn, xx.xx.2022 -ci il tarixində tam qarın boşluğunun KT müayinəsi üçün 140.48 azn ödənişlər etmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə müraciət edilmiş və həmin idarədən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı müəyyənləşdirilmişdir. 1 № li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda ünvan 2 ünvanda yaşadığı müddətcdə qonşularla münasibəti yaxşı olmuş, yaşadığı müddət ərzində onunla bağlı nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, Komisyon məhkəmə-tibb ekspertizasının və Əlavə komisyon məhkəmə-tibb ekspertizasının rəyləri, digər istintaq sənədləri sübut növü kimi tanınmışdır. İşdə olan Zərərçəkmiş şəxs notarial qaydada imzaladığı ərizədən görünür ki, Cəfərova X2 şəhər xəstəxanasında keysəriyyə əməliyyatı zamanı səhlənkarlıq etmişdir. Hal-hazırda onunla barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkənlə barışmışdır. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsilə əlaqədar haqqında olan cinayət işinə xitam verilməsinə razı olduğunu və barəsində qərar çıxarılmasını xahiş etmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs iş üzrə təqsirli bilindiyi cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ötdüyünü və buna görə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə razı olduğunu bildirərək və bu barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, iş materiallarında olan istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs qarşı Təqsirləndirilən şəxs Allahveri qızı tərəfindən sağlamlıq hüququna və qanuni mənafeylərinə mühüm zərər vurulmasına səbəb olmaqla səhlənkarlıq edilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs həmin əməli 2021-ci ilin sentyabr ayının 10-da törətmişdir və bu əməl böyük ictimai təhlükə törətməyən cinayətdir. CM-in 75.1 və 75.1.1-ci maddələrinin tələblərinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmçinin, bu epizod üzrə Təqsirləndirilən şəxs Allahveri qızı özünü təqsirli bildiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı müddəaların tətbiq edilməsini xahiş etdiyindən sözügedən epizod üzrə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri tədbiri ləğv edilməlidir. CPM-in: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CM-in 314.1-ci maddəsi əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Zərərçəkmiş şəxs mülki iddia tələbi ilə bağlı qeyd edir ki, hazırda Təqsirləndirilən şəxs ilə barışdığından ona qarşı heç bir şikayət və tələbi olmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməldir. İş üzrə mülki iddiaya dair məhkəmə qeyd edir ki, CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə baddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia təmin edilməməlidir. Belə ki, mülki iddiaçının etibarnamə üzrə nümayəndəsi, vəkil Müdafiəçi ərizəsinə əsasən aralarında barışıq əldə olunduğundan və ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyindən və mülki iddiaya dair mübahisə olmadığından iddia təmin edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Zərərçəkmiş şəxs qarşı Təqsirləndirilən şəxs tərəfindən 2021-ci ilin sentyabr ayının 10-da səhlənkarlı edilməsi ilə bağlı epizod üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam xitam verilməlidir. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 321, 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3 və 43.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Mülki iddia təmin edilməsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-95/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-95/2023
14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver