Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-96/2020 22.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X3 və tərcüməçi X1 iştirakı ilə, xx.xx.1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri Y.Muradov küçəsi 37A №-li evin 60 №-li mənzilində qeydiyyatda olmaqla yaşayan, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs1 Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Orxan” bazarının girişində açıq sahədə saxladığı 1 ədəd 120 (yüz iyirmi) manat dəyərində “Stels” markalı velosipedi özgənin yəni Zərərçəkmiş şəxs1 məxsus 120 ( yüz iyirmi) manat dəyərində əmlakını Zərərçəkmiş şəxs1 ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, təkrarən xx.xx.2020-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Mingəçevir şəhəri M.Maqomayev küçəsi 54№-li yaşayış binasının 1-ci girişində açıq sahədə saxladığı 1 ədəd 150 (yüz əlli) manat dəyərində “Maxima 2010” markalı velosipedi özgənin yəni Zərərçəkmiş şəxs2 məxsus 150 (yüz əlli) manat dəyərində əmlakını Zərərçəkmiş şəxs2 ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ rəngli sellafon bükümünün içərisində təmiz çəkisi 38,215 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-tiryəki satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki göy rəngli gödəkçənin sağ yan cibində gizlədib saxlayaraq daşımış və xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 Yanvar küçəsində yerləşən “Güllü bağ” dairəsinin yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 20 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə tiryək onun əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 14 radələrində şəhərin H.Əliyev prospektində yerləşən “Orxan” bazarında gəzərkən bazara keçid hissədə divar söykənilmiş vəziyyətdə velosiped olduğunu görmüşdür. Ətrafa nəzər yetirib həmin velosipedin sahibinin olmadığını görüb velosipedi oğurlamaq fikrinə düşmüş, yaxınlaşıb velosipedə əyləşib sürərərək oradan aralaşmışdır. Həmin gün saat təxminən 16 radələrində Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən “MRT” tikinti materiallarının satıldığı ticarət mərkəzinə gedib orada işləyən sifətdən tanıdığı adının sonradan Xəyal olduğunu bildiyi şəxsə 30 manata satmışdır. Əldə etdiyi pulu gündəlik xərclərinə sərf etmişdir. Bundan başqa xx xxxx 2020-ci il tarixdə saat 14 radələrində Mingəçevir şəhəri M.Maqomayev küçəsi 54 saylı yaşayış binasının qarşısından keçərkən həmin binanın 1-ci girişində açıq sahədə velosiped olduğunu görmüşdür. Ətrafa baxdıqda velosiped sahibinin olmadığını görüb, velosipedə yaxınlaşıb oğurlayıb, həmin velosipedi sürərək bir qədər oradan aralaşıb M.Maqomayev prospektində dayanmış taksi fəaliyyəti ilə məşğul olan Vaz 2106 markalı avtomobilə yaxınlaşıb həmin velosipedi avtomobilin yük yerinə qoyub avtomobili yaşadığı evə sürməyini bildirmişdir. Sonradan həmin velsoseipedi özünə məxsus olduğunu bildirirb 25 manat müqabilində əmisi oğlu Şahid3 satmışdır. Paşa ona 21 manat pul vermiş, qalan 4 manatı isə sonra verməli idi. Sonradan polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər, sorğu zamanı o da törətdiyi cinayət əməllərini etiraf etmişdir. Bundan başqa o, narkotik vasitələrdən istifadə edir. xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Mingəçevir şəhəri Y.Muradov küçəsində yerləşən “Əli qəbiristanlığı”-nın yaxınlığından keçərkən yerdə 1 ədəd ağ rəngli sellafon bükümünü görüb götürüb, açıb baxdıq da həmin bükümün içində narkotik vasitə tiryək olduğunu bilmişdir. Çünki, özü də narkotik vasitələrdən istifadə edir. Həmin bükümü əynindəki göy rəngli gödəkçənin sağ yan cibinə qoyaraq gizlətmişdir. Gün ərzində həmin bükümdə olan narkotik vasitə tiryəkdən bir qədərini özü istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən “Güllübağ” dairəsinin A.S.Puşkin küçəsi 3 saylı yaşayış binasının yaxınlığı ilə hərəkət edən zaman tapdığı narkotik vasitə də üzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər, o da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı bildirilmiş, o da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirilmiş, o da əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd ağ rəngli sellafon bükümündə olan narkotik vasitə tiryəki, 1 ədəd açarı, 2 ədəd iyirmi qəpiklik pulu, gödəkcənin sol yan cibindən 1 ədəd içi boş olan kibrit qutusunu, əynindəki qara rəngli jiletin sol iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, 1 ədəd plastik kartı, əyindəki şalvarın sağ yan cibindən 1 ədəd şpritsi könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa üzərində digər əşya olmadığını bildirdikdən sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd ağ rəngli sellafon bükümü açılıb baxıldıqda bükümdə olan kütlənin qəhvəyi rəngli, kəskin iyə malik yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə aptek tərəzisində çəkilmiş və sellafon bükümü ilə birlikdə çəkisi 38,74 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Mingəçevir şəhəri Y.Muradov küçəsində yerləşən “Əli qəbiristanlığı”-nın yaxınlığından keçərkən yerdə 1 ədəd ağ rəngli sellafon bükümündə tapıbdır. Tərəzidə çəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis işçiləri üzərinə şəxsi axtarış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar, həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Əməlindən peşmandır. Ona cəza təyin olunarkən səmimi peşimançılığını və ikinci qrup əlil olmasını nəzərə alaraq barəsində yüngül cəzanın təyin olunmasını xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 14 radələrində özünə məxsus “Stels” markalı velosipedi idarə edərək Mingəçevir şəhəri H.Əliyev propektində yerləşən “Orxan” bazarına getmişdir. Velosipedi bazarın girişində divara söykəyib bazarın içərisinə daxil olmuşdur. Bir qədər bazarın ərazisində gəzdikdən sonra bayıra çıxıb velosipedi saxladığı yerdə görmədiyi üçün oğurlandığını fikirləşib dərhal DİN-nin 102 xidmətinə məlumat vermişdir. Daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Həmçinin o, ifadəsində göstərmişdir ki, oğurlanmış velosiped “Stels” markalıdır, 2016-cı ildə 150 (yüz əlli) manata almışdır, velosipedi oğurlayan şəxs Təqsirləndirilən şəxs tanımamışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Buna görə də təqsirləndirilən şəxs barəsində yüngül cəzanın təyin edilməsini xahiş edir. İstintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhəri 6 saylı orta məktəbdə hərbi hazırlıq müəllimi işləyir. Qonşularla münasibəti normaldır. Özünə məxsus “Maxima 2010” modelli velosipedi var. Həmin velosipedi yaşadığı binanın girişində saxlayır. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində velosipedi sürüb yaxınlıqda yerləşən mağazaya getmiş, bir qədər sonra geri qayıdıb velosipedi yaşadığı binanın girişində açıq sahədə saxlayıb mənzilə keçmışdir. Nahar etdikdən sonra bayıra çıxmış, görmüş ki, velosiped binanın girişində deyil. Əvvəlcə qonşulardan kiminsə sürə biləcəyini fikirləşmiş, bu səbəbdən də ərizə ilə müraciət etməmişdir. Lakin, sonradan velosipedini tapa bilmədiyi üçün Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmçinin o, ifadəsində göstərmişdir ki, velosiped Almaniya Federativ Respublikasında istehsal olunmuş, 300 manata alınmış, 3 il istifadə olunmuş saz vəziyyətdə, “Maxima 2010” markalı 28-lik, 7 çarxlıdır, velosipedi oğurlayan şəxs Təqsirləndirilən şəxs tanımır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödədiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini göstərmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs şəhər sakini kimi tanıyır. Onunla hər hansı ədavət və ya düşmənçiliyi yoxdur. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Səməd onun işlədiyi Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən “MRT” tikinti avadanlıqlarının satıldığı ticarət mərkəzinə gəlmişdir. Səməd həmin zaman velosiped idarə etmişdir. Səməd ona yaxınlaşıb həmin velosipedi satmaq istədiyini, həmçinin həmin velosipedin qardaşına məxsus olduğunu bildirmişdir. O da velosipedə baxıb həmin velosipedi Səməddən 30 manata almaq barədə razılaşmış və Səmədə 30 manat pul verib velosipedi ondan almışdır. Velosipeddən istifadə edib bir neçə gün işə gedib qayıtmışdır. Sonradan polis əməkdaşları ona yaxınlaşıb polis şöbəsinə dəvət etmişlər. O da polis şöbəsində Səməddən velosiped aldığını bildirib həmin velosipedi təqdim etmiş və protokol tərtib edilərək velosiped ondan götürülmüşdür. Həmçinin o, ifadəsində göstərmişdir ki Təqsirləndirilən şəxs aldığı velosipedin cinayət yolu ilə əldə edilməsi barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs həmin velosipedin qardaşına məxsus olduğunu, ehtiyacı olduğu üçün satmaq istədiyini ona bildirmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. 2020-ci ilin mart ayının ortalarında Səməd ona özünə məxsus velosipedi ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O da Səmədlə velosipedin qiyməti barədə 25 manat razılaşıb Səmədə 21 manat məbləğdə pul verib qalan 4 manatı isə sonra verəcəyini bildirirb velosipedi Səməddən almışdır. Velosipedi bir neçə gün idarə etmişdir. Həmin velosipedi təqdim etmiş velosiped protok tərtib edilərək ondan götürülmüşdür.Həmçinin o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs aldığı velosipedin cinayət yolu ilə əldə edilməsi barədə məlumatı olmamış, Səməd həmin velosipedin özünə məxsus olduğunu bildirdiyi üçün həmin velosipedi ondan almışdır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis Şöbəsində NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Mingəçevir şəhər PŞ-nin əməkdaşı Şahid2 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyt tədbirləri zamanı Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən “Güllü bağ” dairəsinin yaxınlığında görüb ona yaxınlaşaraq, Təqsirləndirilən şəxsa narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirilib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o, da əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd ağ rəngli sellafon bükümündə olan narkotik vasitə tiryəki, 1 ədəd açarı, 2 ədəd iyirmi qəpiklik pulu, gödəkcənin sol yan cibindən 1 ədəd içi boş olan kibrit qutusunu, əynindəki qara rəngli jiletin sol iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, 1 ədəd plastik kartı, əyindəki şalvarın sağ yan cibindən 1 ədəd şpritsi könüllü təqdim etmiş və üzərində digər əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən onun üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxsun əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən çıxarıb təqdim etdiyi bükümə açılıb baxıldıqda bükümdə olan kütlənin qəhvəyi rəngli, kəskin iyə malik kütlə yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş 1(bir) büküm narkotik vasitəyə oxşar kütlə aptek tərəzisində çəkilmiş, sellafon bükümü ilə birlikdə ümumi cəmi çəkisi 38,74 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə saat təxminən 23 radələrində Mingəçevir şəhəri Y.Muradov küçəsində yerləşən “Əli qəbiristanlığı”-nın yaxınlığından keçərkən yerdə 1 ədəd ağ rəngli sellafon bükümündə tapdığını, narkotik vasitələrdən istifadə etdiyi üçün əynində olan göy rəngli gödəkçənin sağ yan cibində gizlədərək saxladığını və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsun üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə bir ədəd poçt zərfinə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Orxan” bazarının girişində saxladığı velosiped oğurlanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı Mingəçevir şəhəri M.Maqomayev küçəsi 54 saylı yaşayış binasının 1-ci girişində saxladığı velosiped oğurlanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 özünə məxsus oğurlanmış “Stels” markalı velosipedi ona təqdim edilmiş velosipedlərin arasından tanıyaraq göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 özünə məxsus oğurlanmış “Maxima 2010” markalı velosipedi ona təqdim edilmiş velosipedlərin arasından tanıyaraq göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/1216 saylı rəyindən görünür ki, 1 ədəd 2016-cı ildə istifadə edilməmiş vəziyyətdə 150 (yüz əlli) manata alınmış, Rusiya Federasiyasında istehsal olunmuş 28-lik “Stels” marakalı velosipedin 2020-ci iln mart ayına olan orta bazar qiyməti 120 (yüz iyirmi) manat, 1 ədəd 2017-ci ildə istifadə edilməmiş vəziyyətdə 300 (üç yüz) manata alınmış, Almaniya Federativ Respublikasında istehsal olunmuş, 3 il istifadə olunmuş, 28-lik, 7 çarxlı velosipedin 2020-ci iln mart ayına olan orta bazar qiyməti 150 (yüz əlli) manat müəyyən edilir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan göy rəngli gödəkçənin sağ yan cibində gizlədərək saxladığı 1(bir) ədəd sellafon bükümünün içərisində ümumi təmiz çəkisi 38,215 qram olan olan narkotik vasitə-tiryək aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 17/207 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş....” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellafon bükümdə, təmiz çəkisi 38,215 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -tiryəkdir.. Məhkəmə kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan 0,100 qram narkotik vasitə kütləsindən sonra yerdə qalan ümumi qalıq çəkisi 38,115 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış tiryək iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞnin maddi sübutların saxlanc otağına verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qərarla təyin edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 466 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Tərkibində tiryək alkaloidləri saxlayan narkotik vasitələrdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə təyin edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan elektron məhkəmə portalından sorğu-çıxarışından görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir və bununla əlaqədar 130 manat müavinət alır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs1 Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Orxan” bazarının girişində açıq sahədə saxladığı 1 ədəd 120 (yüz iyirmi) manat dəyərində “Stels” markalı velosipedi özgənin yəni Zərərçəkmiş şəxs1 məxsus 120 ( yüz iyirmi) manat dəyərində əmlakını Zərərçəkmiş şəxs1 ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, təkrarən xx.xx.2020-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Mingəçevir şəhəri M.Maqomayev küçəsi 54№-li yaşayış binasının 1-ci girişində açıq sahədə saxladığı 1 ədəd 150 (yüz əlli) manat dəyərində “Maxima 2010” markalı velosipedi özgənin yəni Zərərçəkmiş şəxs2 məxsus 150 (yüz əlli) manat dəyərində əmlakını Zərərçəkmiş şəxs2 ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ rəngli sellafon bükümünün içərisində təmiz çəkisi 38,215 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-tiryəki satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki göy rəngli gödəkçənin sağ yan cibində gizlədib saxlayaraq daşımış və xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 Yanvar küçəsində yerləşən “Güllü bağ” dairəsinin yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 20 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə tiryək onun əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən aşkar edilib götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş ziyanı tam olaraq ödəməsini və 2-ci qrup əlil olmasını cəzanıyüngülləşdirənhallar kimi qiymət verir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri cinayətlərin məcmuyunu yaratdığına və həmin cinayətlər az ağır cinayətlər olduğuna görə, ona Azərbaycan Respublikası CM-nin 66.2ci maddəsinə əsasən təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, onun şəxsiyyətini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cəza təyin olunmasını əsaslı və qanuni hesab edir. Cinayət işi materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” və “qətimkan tədbiri seçmək haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək 2 gün müddətinə şübhəli şəxs kimi həbsdə saxlanılmışdır. Məhkəməhesabedirki, AzərbaycanRespublikasıCM-nin 69.3-cümaddəsinəəsasən, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02günmüddət ona təyin ediləcək azadlıqdan məhrum etməcəzasından çıxılaraq onun üzərində qəti cəza təyin edilməlidir Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına verməqətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclası zalında həbs edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təstiq edilmiş Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasına əsasən məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara tətbiq oluna bilməz. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə İİ qrup əlil olduğu üçün tətbiq oluna bilməz. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən iş üzrə 69,10 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümimi 38,115 qram tiryək Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. Zərərçəkmiş şəxs1 məxsus “Stels” markalı velosiped və Zərərçəkmiş şəxs2 məxsus “Maxima 2010” markalı velosipedin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxsqətiolaraq2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02günmüddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etməcəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına verməqətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclası zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan tədqiqata sərf edildikdən sonra qalıq qalan 38,115 qram tiryək qalığı məhv edilsin. Zərərçəkmiş şəxs1 məxsus “Stels” markalı velosiped və Zərərçəkmiş şəxs2 məxsus “Maxima 2010” markalı velosiped Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə 69,10 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-96/2020
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-96/2020
22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver