Məhkəmə qərarları › İş №1(051)-96/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-96/2022

01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-96/2022 01.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Mingəçevir şəhər vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1993-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 2 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş ünvan 1 ünvanında qeydiyyatda olan və Mingəçevir şəhəri, Şəfa bağ massivi 5-ci küçədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1 və 234.2–ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə etdiyi narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə olan heroini satış məqsədilə özü ilə daşıyıb yaşadığı Mingəçevir şəhəri, Şəfa bağ massivinə aparıb, 30 mart 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı Mingəçevir şəhəri, Şəfa bağ massivində həmin narkotik vasitə heroindən 1 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,045 qram olan hissəsini Şahid1 Elbrus oğluna 10 (on) manata qanunsuz olaraq satıb Şahid1 əldə etdiyi 2 (iki) ədəd C 43259104, A 29646721 seriyalı 5 manatlıq əskinaslardan ibarət ümumilikdə 10 (on) manat məbləğdə pulu əynindəki şalvarın sağ arxa cibində, 1 (bir) ədəd qırmızı rəngli sellofan bükümdə şəxsi istehlak miqdarından artıq təmiz çəkisi 0,525 qram olan narkotik vasitə heroini və 1 (bir ) ədəd ağ rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq təmiz çəkisi 13,04 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan əynində olan gödəkcənin sol iç cibində saxlayaraq daşımış və şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd sellafon torbada ümumi təmiz çəkisi 450,78 qram olan narkotik vasitə qurudulmuş marixuananı isə satış məqsədi olmadan Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən zibillikxananın yaxınlığındakı yulğun kolluğunun dibində torpağın altında gizlədərək saxlamış, 30 mart 2022-ci il tarixdə saat 22 radələrində Mingəçevir şəhər X1 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Heydər Əliyev” adına parkın H.Aslanov küçəsi ilə kəsişməsində saxlanılıb ünvan 3 ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 22 radələrində üzərinə şəxsi axtarış keçirilərkən 1 (bir) ədəd qırmızı rəngli sellofan bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,525 qram olan narkotik vasitə heroin, 1 (bir) ədəd ağ rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq təmiz çəkisi 13,04 qram olan narkotik vasitə qurudulmuş marixuana əynində olan gödəkcənin sol iç cibindən, Şahid1 narkotik vasitə heroin sataraq əldə etdiyi 2 (iki) ədəd C 43259104, A 29646721 seriyalı 5 (beş) manatlıq əskinaslardan ibarət ümumilikdə 10 (on) manat məbləğdə pul əynindəki şalvarın sağ arxa cibindən, şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd sellafon torbada ümumi təmiz çəkisi 450,78 qram olan narkotik vasitə qurudulmuş marixuana isə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən zibillikxananın yaxınlığındakı yulğun kolluğunun dibinə baxış keçirilərkən torpağın altından aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,207 qram olan küstar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini satış məqsədi olmadan üzərində gəzdirərək əynində olan şalvarın sağ yan iç cibində saxlayaraq daşımış və 09 aprel 2022-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən 30 saylı yaşayış binasının yaxınlığında saxlanılıb ünvan 5 ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 00 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə psixotrop maddə-metamfetamin onun əynində olan şalvarın sağ yan iç cibindən aşkar edilib götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2–ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ona qarşı elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün cinayət məsuliyyətinə cəlb edilmişdir. Hazırda da narkotik vasitələrdən asılıdır. 29 mart 2022-ci il tarixdə Yevlax rayon sakini olan Fərid adlı tanışı ilə Yevlax rayonu ərazisində “Ermənikənd” olaraq tanınan Çənlibel qəsəbəsində körpünü keçən kimi yolun sol kənarında görüşüb Fəriddən 20 manata narkotik vasitə heroin almış, aldığı həmin bir büküm heroini əynindəki gödəkçənin sol içəri cibinə qoyub saxlamışdır. Bundan başqa 2021-ci ilin sentyabr-oktyabr aylarında Yevlax rayon ərazisində olarkən yabanı halda bitmiş çətənə kollarının yarpaqlarından bir qədər toplayıb qurudub özü istifadə etmək üçün saxlamışdır. xx.xx.2022-ci il tarixdə də həmin qurudulmuş marixuananın bir qismini kağıza bükərək əynindəki gödəkçənin sol içəri cibinə qoymuş, qalan hissəsini isə şəhərin Şəfa bağ massivində yerləşən zibillxananın yaxınlığında yulğun kolluğunun dibində torpağı qazıb basdırmışdır. Məqsədi həmin marixuanadan lazım olduqca özü istifadə etmək olmuşdur. 30 mart 2022-ci il tarixdə saat 19 radələrində şəhərin Şəfa bağ massivində əvvəlcədən tanıdığı Şahid1 ilə görüşmüş, söhbət zamanı Şahid1 narkotik vasitə heroinə ehtiyacı olduğunu və ondan Yevlax rayonuna narkotik vasitə almaq üçün getməyi təklif etmiş və narkotik vasitə almaq üçün avtomobilin əylənc yerinə 10 manat pul qoydu. O, pula əli dəyməmiş, Faiqə zəng gəlmiş və o, maşından düşmüşdür. Elə həmin vaxt polis əməkdaşları Şahid3 və başqaları maşına yaxınlaşıb, həmin 10 manatı onun cibinə qoymuşlar və Mingəçevir şəhər Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsinin inzibati binasında şübhəli şəxs qismində tutularkən onun hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təyin olunmasını xahiş etmiş və növbətçi vəkil X3 ona dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Sonra ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur, O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilən zaman onun əynində olan gödəkcənin sol içi cibində saxladığı kağız bükümün içərisindəki narkotik vasitə qurudulmuş marixuananı, sellofan bükümdə içərisində narkotik vasitə olan heroini, əynindəki şalvarın sağ arxa cibindən Şahid1 verdiyi 2 ədəd 5 manatlıq əskinaslardan ibarət olan 10 manat məbləğdə pulu çıxarıb polis işçilərinə təqdim etmişdir. Halbuki, həmin pul əskinaslarını onun cibinə polis əməkdaşı olan Şahid3 qoymuşdur. Çünki o, Şahid1 narkotik vasitə satmamışdır. Üzərindən aşkar olunmuş kağız büküm açılarkən polis əməkdaşları həmin bükümün içərisindəki kütlənin nə olduğunu soruşmuşlar o da həmin bükümdə olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, sellofan bükümdə olan kütlənin isə narkotik vasitə heroin olduğunu, heroini Yevlax rayon sakini Fərid adlı şəxsdən 20 manata aldığını bildirmişdir, həmçinin o, marixuanın bir qismini də Şəfa bağ massivində zibillikxananın yaxınlığında torpağa basdırıb gizlətdiyini də bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və bükümlər boş zərfə qoyularaq ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq möhürlənib götürülmüşdür. Daha sonra şəxsi axtarış və götürmə barədə polis əməkdaşları tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş protokolun doğruluğuna o və vəkili Çingiz Məmmədov imza etmişlər. Bundan sonra Mingəçevir şəhərinin Şəfa bağ massivində yerləşən zibillikxananın yaxınlığına getmişlər. Həmin ərazidə müdafiəçinin də iştirakı ilə keçirilən baxış və götürmə zamanı o, torpağa gizlətdiyi sellofanda olan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sellofan açılan zaman içərisindəkinin qurudulmuş marixuana olduğunu bildirmiş və tərəzidə çəkilən zaman kütləsinin sellofanla birlikdə 495 qram olması müəyyən edilmişdir. Həmin bağlama da polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş protokolun doğruluğuna o da imza etmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə axşam saatlarında psixotrop maddə metamfetamin əldə etmək məqsədi ilə Yevlax şəhərinə getmək üçün şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olan 2107 markalı avtomobili saxladıb avtomobilə əyləşdikdən sonra sürücüyə avtomobili Yevlax şəhərinə sürməyini bildirmişdir. Avtomobilin sürücüsünü tanımamışdır. Yolda sürücüdən danışmaq üçün mobil telefonunu istəmiş və sürücüyə məxsus mobil telefonla Yevlax şəhərində yaşayan narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan Fərid adlı tanışının istifadəsində olan 055- ***-**-** mobil telefon nömrəsinə zəng edərək Fəriddən psixotrop maddə istəmişdir. Bir qədər sonra Yevlax şəhərinin dəmir yolu körpüsünün yaxınlığında “Ermənikənd” olaraq tanınan Çənlibel qəsəbəsində körpünü keçən kimi yolun sol kənarında Fəridlə görüşüb Fəridə 10 (on) manat məbləğdə pul verib 1 (bir) ədəd ağ rəngli sellofan bükümdə psixotrop maddə metamfetamin almışdır. Daha sonra həmin taksi fəaliyyəti ilə məşğul olan avtomobillə Mingəçevir şəhərinə geri qayıtmışdır. Fərid adlı şəxsdən aldığı psixotrop maddə metamfetamini sonra istifadə etmək məqsədi ilə əynində olan sarı rəngli şalvarın sağ yan iç cibində gizlətmişdir. xx.xx.2022-ci il tarixdə saat 00 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən 30 saylı yaşayış binasının yaxınlığından keçərkən əldə etdiyi psixotrop maddə də üzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər, o da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirilmiş, o da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi mənə bildirilmiş, o da əynindəki sarı rəngli şalvarın sağ yan cibindən 1 ədəd “Keno” markalı siqaret qutusunu, şalvarın sağ yan iç cibindən 1 (bir) ədəd içərisində psixotrop maddə metamfetamin olan ağ rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan başqa üzərində digər əşya olmadığını bildirdikdən sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Təqdim etdiyi ağ rəngli sellofan büküm açılıb baxıldıqda, bükümdə olan kütlənin ağ rəngli kəskin iyə malik, kristallik kütlə, yəni psixotrop maddə metamfetamin olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə aptek tərəzisində çəkilmiş və sellofan bükümü ilə birlikdə psixotrop maddə metamfetamin çəkisi 0,26 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin psixotrop maddəni xx.xx.2022- ci il tarixdə axşam saatlarında Yevlax şəhəri ərazisində tanışı Fərid adlı şəxsdən 10 (on) manata almışdır. Tərəzidə çəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Həmçinin qeyd edir ki, özünü verilmiş ittiham üzrə AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilmir. Odur ki, məhkəmədən ifadəsində qeyd edilənləri nəzərə alaraq, ona CM-nin 234.2-ci maddəsi ilə bəraət, CM-in 234.1-ci maddələri ilə isə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, narkotik vasitə aludəçisidir və Mingəçevir şəhəri Şəfa bağ massivində yaşayan İlkin adlı şəxsi uzun müddətdir ki, tanıyır. Belə ki, o, İlkinlə birlikdə cəza çəkmişdir. İlkinin narkotik vasitə olan heroin satdığını eşitmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında istifadəsində olan mobil telefon vasitəsi ilə İlkinin istifadəsində olan mobil telefon nömrəsi ilə əlqə saxlayaraq narkotik vasitə olan heroin almaq istədiyini İlkinə demişdir. O, İlkinlə telefon vasitəsi ilə danışan zaman İlkinin ona narkotik maddə heroini 10 manata satması barədə razılaşmışlar. Belə ki, o, İlkinlə 1 büküm narkotik vasitə heroinin 10 manata satması ilə bağlı razılaşmışdır. İlkinlə bu barədə razılaşdıqdan sonra o, idarə etdiyi Vaz 21015 markalı avtomobillə İlkinin yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivinə getmişdir. Orada İlkinlə görüşmüş və İlkin ona 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə narkotik vasitə olan heroin vermişdir. O da İlkinə 10 manat ( iki ədəd 5 manatlıq) məbləğdə pul vermişdir. O, İlkindən 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə narkotik vasitə heroin alıb münasib vaxtda istifadə etmək üçün əynindəki gödəkcənin sol içəri döş cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Heydər Əliyev” adına parkın H.Aslanov küçəsi ilə kəsişməsi ilə piyada hərəkət edən zaman bir neçə nəfər mülki paltarda polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Mngəçevir səhər Polis Şöbəsinin inzibati binasına getmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər, o da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirilmiş, o da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirilmiş, o da əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd alışqanı, arxa cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, əynindəki gödəkçənin sağ yan cibindən açarlar, gödəkçənin sol iç cibindən siqaretin qızılı kağızına bükülmüş bir ədəd bükümdə olan narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərimə şəxsi axtarış keçirilərkən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd qızılı-ağ rəngli kağız bükümü açılıb baxılarkən içərisindəkinin qəhvəyi rəngli, kəskin iyli kristallik maddə narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və kağız bükümlə birlikdə çəkisi 0,11 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Mingəçevir şəhəri, Şəfa bağ massivində yaşayan İlkin adlı şəxsdən Şəfa bağ massivində 10 manata almış və özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Tərəzidə çəkildikdən sonra həmin qızılı-ağ rəngli kağız büküm onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin NMQnun əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 və Təqsirləndirilən şəxs əvvəllər tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs və Şahid1 hər ikisi əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün cinayət məsuliyyətinə cəlb olunmuşlar. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid3 və o, Mingəçevir şəhər sakini Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Şahid1 Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən H.Əliyev adına parkın H.Aslanov küçəsi ilə kəsişməsində piyada hərəkət etdiyini görüb Şahid1 yaxınlaşaraq Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib Şahid1 polis şöbəsinə dəvət etmişlər. X7 Qasımova narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirib Şahid1 üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şahid1 da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Eləcə də şəxsi axtarış keçirilərkən videoçəkilişdən də istifadə ediləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Şahid1 təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanılması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, Şahid1 da əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd alışqanı, şalvarın arxa cibindən bir ədəd “ Samsung “ markalı mobil telefonu, əynindəki gödəkçənin sağ yan cibindən açarları, əynindəki qırmızı rəngli gödəkçənin sol iç cibindən siqaretin qızılı-ağ rəngli kağızına bükülmüş bir ədəd büküm çıxararaq təqdim etmişdir. Bundan sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Şahid1 üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Şahid1 əynindəki qırmızı rəngli gödəkcənin sol iç cibindən çıxarıb təqdim etdiyi 1 siqaretin qızılı-ağ rəngli bükümü digər iştirakçıların yanında açılıb baxılarkən içərisindəkinin qəhvəyi rəngli, kəskin iyli kristallik kütlə yəni, narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Aşkar olunmuş 1 ədəd siqaretin qızılı-ağ rəngli kağız büküm içərisində olan maddə ilə birlikdə elektron tərəzidə çəkilmiş, kağız bükümlə birlikdə ümumi çəkisi 0,11 qram olmuşdur. Sorğu zamanı Şahid1 həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2022 -ci il tarixdə saat təxminən 19 radələrində tanışı İlkin adlı şəxsin yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivində İlkindən 10 manat pul verib aldığını, narkotik vasitələrdən istifadə etdiyi üçün əynində olan qırmızı rəngli gödəkcənin sol iç cibində gizlədərək saxladığını və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Şahid1 üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə bir ədəd poçt zərfinə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Bundan sonra Şahid1 narkotik vasitə satmış İlkin adlı şəxsin xx.xx.1993-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 14/1 saylı evin 14 saylı mənzilində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Şəfa bağ massivi 5-ci küçədə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində Mingəçevir şəhərinin H.Əliyev prospektində yerləşən "Heydər Əliyev” adına parkda piyada hərəkət etdiyini görüb Təqsirləndirilən şəxs yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumat olduğunu bildirmiş və Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs özünün razılığı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilərkən videoçəkilişdən də istifadə ediləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən videoçəkilişdən istifadə edilməsinə də etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynində olan gödəkçənin sol iç cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş bükümü, bir ədəd qırmızı rəngli sellofana bükülmüş kiçik həcmli bükümü, şalvarının sağ arxa cibindən 2 ədəd 5 manatlıq əskinazları çıxarıb könüllü təqdim edərək üzərində digər əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən hər hansı əşya aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı 2021-ci ilin sentyabr-oktyabr aylarında Yevlax rayonu ərazisində bitmiş çətənə bitkisindən yığıb toplayaraq özü istifadə etmək üçün qurutmuş, bir hissəsini isə yaşadığı Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən zibillikxananın yaxınlığında kolların arasında torpağın altına basdıraraq saxladığını bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə heroini isə 29 mart 2022-ci il tarixdə Yevlax rayonu ərazisində tanışı Fərid adlı şəxslə görüşüb ondan 20 manata aldığını demişdir. Üzərindən aşkar olunmuş 2 ədəd 5 manatlıq əskinası isə tanışı Faiq adlı şəxsə narkotik vasitə heroin sataraq Faiqdən əldə etdiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunmuş narkotik vasitələr qurudulmuş marixuana və heroin, 2 ədəd 5 manatlıq əskinaslar zərflərə qablaşdırılaraq möhürlənərək götürülmüş, bu barədə tərtib olunmuş protokola o da imza etmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivinə getmişlər. Şəfa bağ massivində zibillikxananın yaxınlığında Təqsirləndirilən şəxs göstərdiyi yer qazılmış və torpağın altından 1 ədəd sellofan torba aşkar edilmişdir. Aşkar edilmiş sellofan torba digər iştirakçıların yanında açılıb baxılarkən içərisindəkinin yaşıl rəngli, otabənzər kütlə yəni, narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və sellofan torba ilə birlikdə çəkisi 450 qram olmuşdur. Daha sonra aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana qablaşdırılaraq götürülmüş, bu barədə tərtib edilmiş protokola o da imza etmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 00 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid4 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin H.Əliyev küçəsində yerləşən 30 saylı yaşayış binasının yaxınlığında piyada hərəkət etdiyini görüb Təqsirləndirilən şəxs yaxınlaşaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. X8 Həsənova narkotik vasitə və psixotrop maddə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirilib Təqsirləndirilən şəxs üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir, eləcə də şəxsi axtarış keçirilərkən videoçəkilişdən də istifadə ediləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən istifadə edilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o, da əynindəki boz rəngli yay şalvarının sağ yan cibindən bir ədəd Keno markalı siqaret qutusunu, şalvarın sağ iç cibindən bir ədəd ağ sellofona bükülmüş bükümü çıxarıb könüllü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan iç cibindən aşkar olunmuş 1 ədəd ağ rəngli sellofan büküm digər iştirakçıların yanında açılarkən içərisində şəffaf rəngli, kəskin iyli psixotrop maddəyə bənzər kütlə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş 1 ədəd ağ rəngli sellofan bükümdə olan psixotrop maddəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş və ağ rəngli sellofan bükümü ilə birlikdə ümumi çəkisi 26 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında Yevlax rayonu ərazisində tanışı Fərid adlı şəxsdən 10 manata aldığını, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyi üçün əynində olan şalvarın sağ yan iç cibində gizlədərək saxladığını və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəyə oxşar kütlə zərfə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3 da digər Şahid2 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid4 xidməti ezamiyyətdə olduğuna görə məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə Şahid4 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid4 digər şahidlər Şahid3 və Şahid2 ilə eyniməzmunlu ifadə verərək onların göstərdiyi halları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan gödəkcənin sol iç cibində gizlədərək saxladığı 1 (bir) ədəd qırmızı rəngli sellofan bükümün içərisindən ümumi təmiz çəkisi 0,525 qram qram olan narkotik vasitə-heroin, 1 (bir) ədəd ağ rəngli kağız bükümün içərisində ümumi təmiz çəkisi 13,04 qram olan narkotik vasitəqurudulmuş marixuana, əynindəki şalvarın arxa sağ cibindən 2 ədəd C 4325104, A 29646721 seriyalı 5 manatlıq əskinaslardan ibarət ümumilikdə 10 (on) manat məbləğdə pul aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Şahid1 üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qırmızı rəngli gödəkcənin sol iç cibində gizlədərək saxladığı 1 (bir) ədəd qızılı ağ rəngli kağız bükümün içərisindən ümumi təmiz çəkisi 0,045 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən zibillikxananın yaxınlığında yulğun kolluğunun dibinə baxış keçirilərkən Təqsirləndirilən şəxs orada torpağın altında gizlətdiyi 1 (bir) ədəd sellofan torbanın içərisində ümumi təmiz çəkisi 450,78 qram qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan şalvarın sağ yan iç cibində gizlədərək saxladığı 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümün içərisində ümumi təmiz çəkisi 0,207 qram olan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 əynində olan qırmızı rəngli gödəkcənin sol iç cibindən 1 ədəd qızıl-ağ rəngli kağız bükümə bükülmüş narkotik vasitə heroin aşkar edilmiş və Şahid1 aşkar edilmiş narkotik vasitə heroini İlkin adlı şəxsdən 10 (on) manata almasını bildirməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol iç cibindən 1 (bir) ədəd qırmızı rəngli sellofan bükümdə narkotik vasitə heroin, 1 (bir ) ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana, əynindəki şalvarın sağ arxa cibindən 2 ədəd C 43259104, A 29646721 seriyalı 5 manatlıq əskinaslardan ibarət ümumilikdə 10 (on) manat məbləğdə pulun aşkar edilməsi, Təqsirləndirilən şəxs aşkar edilmiş 2 (iki) ədəd 5 (beş) manatlıq əskinaslardan ibarət ümumilikdə 10 (on) manat məbləğdə pulu Faiq adlı şəxsə narkotik vasitə heroin alması üçün Faiqdən aldığını bildirməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən zibillikxananın yaxınlığında kolluğun dibində torpağın altından saxladığı 1 (bir) ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan iç cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetamin aşkar edilməsi, həmin psixotrop maddəni xx.xx.2022-ci il tarixdə Yevlax rayonu ərazisində Fərid adlı şəxsdən aldığını etiraf etməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/292 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində " vət. Şahid1 üzərindən aşkar olunub götürülmüş heroinə oxşar kütlə..' sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,045 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim olunmuş, üzərində “ Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində heroinə oxşar kütlə...” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd qırmızı rəngli sellofan bükümdə, təmiz çəkisi-0,525 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə və 01 (bir) ədəd qırmızı rəngli sellofan bükümdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərində “ Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş bükümdə içərisində qurudulmuş marixuanaya oxşar kütlə...” sözləri adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 13.04 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “ Vət.Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə oxşar kütlə...” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd sellofan torbanın içərisindəki, təmiz çəkisi-450,78 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd ağ rəngli kağız bükümdə və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/331 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “ Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi-0,207 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 486 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi tərəfindən xx.xx.2022-ci tarixdə verilmiş sübutların qiyətləndirilməsi haqqında qərardan görünür ki, Şahid1 Elbrus oğlunun barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş və onun əməlində İXM-in 206.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmiş, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə heroin və psixiotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə əlavə araşdırma aparılması üçün cinayət işindən ********* nömrəli material ayrılmışdır. Cinayət işi materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)-53/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 2 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmamasını, 30 mart 2022-ci il tarixdə saat 19 radələrində şəhərin Şəfa bağ massivində əvvəlcədən tanıdığı Şahid1 ilə görüşməsi, söhbət zamanı Şahid1 narkotik vasitə heroinə ehtiyacı olduğunu və ondan Yevlax rayonuna narkotik vasitə almaq üçün getməyi təklif etməsini və narkotik vasitə alması üçün avtomaşının qabaq hissəsinə Faiqin 10 manat pul qoyması, həmin vaxt isə Faiqə zəng gəlməsi və onun maşından düşməsi, bundan sonra polis əməkdaşları Şahid3 və başqaları maşına yaxınlaşıb, həmin 10 manatı onun cibinə qoyması ilə bağlı istinad etdiyi dəlillər işin həqiqi hallarına uyğun olmadığına görə məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 telefon vasitəsi ilə danışan zaman İlkinin ona narkotik maddə heroini 10 manata satması barədə razılaşdığını Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Belə ki, o, Təqsirləndirilən şəxsla 1 büküm narkotik vasitə olan heroini 10 manata satması barədə razılaşdıqdan sonra o, idarə etdiyi Vaz 21015 markalı avtomobillə İlkinin yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivinə getmişdir. Orada İlkinlə görüşmüş və İlkin ona 1 ədəd qızılı- ağ rəngli kağız bükümdə narkotik vasitə olan heroin vermişdir. O da İlkinə 10 manat (iki ədəd 5 manatlıq) məbləğdə pul vermişdir. Eləcə də ekspert rəyi ilə də təsdiq edilir ki, Şahid1 üzərindən çıxan narkotik vasitə heroinlə Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə heroinin tərkiblərinə görə eyni olmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmaması ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla təkzib olunmuşdur. Bütün bu xüsusatlar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs qazanc əldə etmək məqsədilə Şahid1 ilə əvvəlcədən razılıq əldə narkotik vasitə olan heroni 10 manat məbləğində pul müqabilində ona satmışdır. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin həmin hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlayaraq daşımaqla, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib gizlədərək saxlamaqla və qanunsuz olaraq narkotik vasitəni satmaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə etdiyi narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə heroini özü ilə daşıyıb yaşadığı Mingəçevir şəhəri, Şəfa bağ massivinə aparıb, 30 mart 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı Mingəçevir şəhəri, Şəfa bağ massivində həmin narkotik vasitə heroindən 1 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,045 qram olan hissəsini Şahid1 Elbrus oğluna 10 (on) manata qanunsuz olaraq satıb Şahid1 əldə etdiyi 2 (iki) ədəd C 43259104, A 29646721 seriyalı 5 manatlıq əskinaslardan ibarət ümumilikdə 10 (on) manat məbləğdə pulu əynindəki şalvarın sağ arxa cibində, 1 (bir) ədəd qırmızı rəngli sellofan bükümdə şəxsi istehlak miqdarından artıq təmiz çəkisi 0,525 qram olan narkotik vasitə heroini və 1 (bir ) ədəd ağ rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq təmiz çəkisi 13,04 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan əynində olan gödəkcənin sol iç cibində saxlayaraq daşımış və şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd sellafon torbada ümumi təmiz çəkisi 450,78 qram olan narkotik vasitə qurudulmuş marixuananı isə satış məqsədi olmadan Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən zibillikxananın yaxınlığındakı yulğun kolluğunun dibində torpağın altında gizlədərək saxlamış, 30 mart 2022-ci il tarixdə saat 22 radələrində Mingəçevir şəhər X1 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Heydər Əliyev” adına parkın H.Aslanov küçəsi ilə kəsişməsində saxlanılıb ünvan 3 ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 22 radələrində üzərinə şəxsi axtarış keçirilərkən 1 (bir) ədəd qırmızı rəngli sellofan bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,525 qram olan narkotik vasitə heroin, 1 (bir) ədəd ağ rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq təmiz çəkisi 13,04 qram olan narkotik vasitə qurudulmuş marixuana əynində olan gödəkcənin sol iç cibindən, Şahid1 narkotik vasitə heroin sataraq əldə etdiyi 2 (iki) ədəd C 43259104, A 29646721 seriyalı 5 (beş) manatlıq əskinaslardan ibarət ümumilikdə 10 (on) manat məbləğdə pul əynindəki şalvarın sağ arxa cibindən, şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd sellafon torbada ümumi təmiz çəkisi 450,78 qram olan narkotik vasitə qurudulmuş marixuana isə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən zibillikxananın yaxınlığındakı yulğun kolluğunun dibinə baxış keçirilərkən torpağın altından aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,207 qram olan küstar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini satış məqsədi olmadan üzərində gəzdirərək əynində olan şalvarın sağ yan iç cibində saxlayaraq daşımış və 09 aprel 2022-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən 30 saylıyaşayış binasının yaxınlığında saxlanılıb ünvan 3 ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 00 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə psixotrop maddə-metamfetamin onun əynində olan şalvarın sağ yan iç cibindən aşkar edilib götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in məhz 234.1 və 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanununun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Həmin Qanunun 1.0.11–ci maddəsinə əsasən miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011–ci il tarixli Qərarının 9–cu bəndində izah edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsin Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)-53/2022 saylı hökmü ilə məhkum olunmasına münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti əməlini birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyindən, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidr. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş hədlərdə ayrı-ayrılıqda azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı, həmin Məcəllənin 66.2–ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmçinin həmin Məcəllənin 66.5–ci maddəsində nəzərdə tutulmuş qaydada, yeni və əvvəlki hökmlə təyin edilmiş cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2–ci maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs himayəsində 1 nəfər azyaşlı uşağının olmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il tarixdə doğulmuş İlkinur adlı azyaşlıuşağı vardır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini müxtəlif vaxtlarda vahid niyyət və ümumi məqsədlə əhatə olunmayan halda törətməsini nəzərə alaraq qənaətə gəlir ki, ittihamın qanuni, əsaslı və ədalətli həll edilməsi üçün təqsiləndirilən şəxsin əməlində cinayətin təkrar törədilməsi halının olub-olmamasının müəyyən edilməsi, cəzanı ağırlaşdıran halların dairəsinin müəyyən olunması baxımından zəruridir. Belə ki, məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və qurudulmuş marixuananı, həmçinin psixotrop maddə metamfetamini qanunsuz əldə etmiş, daşımış və saxlamışdır. Bununla da o, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini iki dəfə törətmişdir. Təqsirləndirilən şəxs birinci dəfə xx.xx.2022-ci il tarixdə 1 (bir) ədəd qırmızı rəngli sellofan bükümdə şəxsi istehlak miqdarından artıq təmiz çəkisi 0,525 qram olan narkotik vasitə heroini və 1 (bir ) ədəd ağ rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq təmiz çəkisi 13,04 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan əynində olan gödəkcənin sol iç cibində daşımaqla, həmçinin 1 (bir) ədəd sellafon torbada ümumi təmiz çəkisi 450,78 qram olan narkotik vasitə qurudulmuş marixuananı isə Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən zibillikxananın yaxınlığındakı yulğun kolluğunun dibinə basdırıb saxlamaqla törətmiş, ikinci dəfə isə xx.xx.2022-ci il tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,207 qram olan küstar üsulla hazırlanmış psixotrop maddəmetamfetamini satış məqsədi olmadan üzərində gəzdirərək əynində olan şalvarın sağ yan iç cibində saxlayıb daşımaqla törətmişdir. Bununla da təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini iki dəfə qəsdən törətmiş və hər iki cinayət əməli ayrı-ayrı tarixlərdə başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni bir maddəsi ilə nəzərdə tutulan cinayəti əməlini iki dəfə qəsdən törətmiş və heç birinə görə məhkum olunmamış, həmçinin heç bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə görə həmin Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə hər bir cinayətə görə ayrı-ayrılıqda azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini və CM-in 66.5–ci maddəsində nəzərdə tutulmuş qaydada, yeni hökmlə təyinedilmiş azadlıqdan məhrum etmə cəzasını, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 2 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla və çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla, ona cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.2–ci maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs X4 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarında olan, xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 4(051)-43/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Hazırda həmin qətimkan tədbiri dəyişdirilməmişdir. Ona görə də məhkə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin nəzərə alır ki, cinayət işinin materiallarında olan, xx.xx.2022–ci il tarixdə tərtib edilmiş, şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2022–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY–dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022–ci il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 03 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı 03 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 03 gün müddət təyin edilmiş qəti cəzadan çıxılmalı və üzərində azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, cəzanın məqsədlərinə nail olunması istiqamətində zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM–in 93.1.2–ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Mingəçevir ŞPŞ–yə məsul saxlanca verilmiş, 2 ədəd C 43259104, A 29646721 seriyalı 5 manatlıq pul əskinaslar dövlət nəfinə alınmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkiləri 463,72 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 0,500 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,157 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma və məhkəmə istintaqı zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 172 manat 75 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344– 349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il, CM-in 234.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona qəti olaraq 3 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022–ci il tarixdən xx.xx.2022–ci il tarixədək həbsdə saxlanıldığı 03 gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrumetmə cəzasının 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində 3 (üç) il 9 (doqquz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 09 aprel 2022–ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkiləri 463,72 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 0,500 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,157 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş C 43259104 və A 29646721 seriyalı 2 ədəd 5 manatlıq pul əskinasları əvəzsiz olaraq Dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 172.75 (yüz yetmiş iki manat yetmiş beş qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar