Məhkəmə qərarları › İş №1(051)-97/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-97/2020

18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-97/2020 18.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, aşkar cinayət üzrə şikayət vermiş şəxs Zərərçəkmiş şəxs və əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiçəsi Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri Naxçıvan küçəsi ev 29 mənzil 19-da qeydiyyatda olan, Mingəçevir şəhəri Samux küçəsi ev 10-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Mingəçevir şəhəri, Vaqonlar yaşayış massivi yaxınlığından axıb keçən “Qarabağ” su kanalının kənarında balıq tutarkən Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, belə ki, sonuncunun onun ünvanına nəlayiq ifadələr işlətməsi və sinəsindən tutaraq silkələməsi səbəbindən Zərərçəkmiş şəxs sağ sifət nahiyəsinə qəsdən bir dəfə yumruqla vuraraq, həmin əlində saxladığı xırda həcmli kəsici əşya ilə sağ sifət nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə nəticələnən, sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Aşkar cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs hadisə baş verən günədək tanımamışdır. Onun yeganə dolanışıq yeri “Qarabağ” kanalından tilovlarla balıq tutub satmaqdır. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində balıq tutmaq üçün özünə lazım olan ləvazimatlarını çantasına yığıb “Qarabağ” kanalının kənarına getmiş, şəhərin Vaqonlar yaşayış massivi yaxınlığından axıb keçən “Qarabağ” kanalının kənarında tilovlarını qurub balıq tutmaq üçün suya atmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs da oraya gələrək tilovlarını qurub balıq tutmaq üçün suya atmışdır. Bir müddət sonra Zərərçəkmiş şəxs balıq tuta bilmədiyi üçün ona tilovlarını yığışdırıb oradan getməsini tələb etmişdir. Bu zaman sonuncunun sözlərinə məhəl qoymayaraq tilovların qarmaqlarına əlindəki xırda həcimli kəsici alətlə balaca balıqları keçirib yenidən tilovları suya atmışdır. Bundan sonra Zərərçəkmiş şəxs əsəbləşərək onun ünvanına nəlayiq ifadələr işlədib yaxasından tutaraq silkələməyə başlamışdır. Bu zaman o da əsəbləşərək qəsdən Zərərçəkmiş şəxs sağ sifət nahiyyəsinə yumruqla zəbrə vurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs əlində olan kiçik həcimli kəsici alətlə onun sağ sifət nahiyyəsini kəsərək yara ilə nəticələnən sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs sağ sifət nahiyyəsinin kəsildiyini görüb oradan uzaqlaşmağa çalışarkən öz ehtiyyatsızlığından müvazinətini itirərək üzü üstə yerə yıxılaraq təkrar xəsarət almışdır. Bu zaman əlində olan kiçik həcimli kəsici aləti “Qarabağ” kanalına suya atmış, daha sonra onun balıq tutduğu tilovları oradan yığışdıraraq çıxıb yaşadığı evə getmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs onun barəsində Mingəçevir şəhər polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etməsini öyrənmişdir. Zərərçəkmiş şəxs onu söydüyü üçün vurmuşdur. Bu səbəbdən də əməlindən peşman deyil. Cəza təyin olunarkən himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında aşkar cinayət üzrə şikayət vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə baş verən günədək tanımamışdır. Onun yeganə dolanışıq yeri “Qarabağ” kanalından tilovlarla balıq tutub satmaq olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində balıq tutmaq üçün özünə lazım olan ləvazimatlarını çantasına yığıb “Qarabağ” kanalına getmiş və şəhərin Vaqonlar yaşayış massivi yaxınlığından axıb keçən “Qarabağ” kanalının kənarında tilovlarını qurub balıq tutmaq üçün suya atmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs da oraya gələrək tilovlarını qurub balıq tutmaq üçün suya atmışdır. Bu zaman Təqsirləndirilən şəxs qarmaqlarının tilovları onun tilovlarına dalanmışdır. Bu səbəbdəb sonuncuya tilovlarını bir qədər kənara atmasını xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs qəsdən yenidən tilovlarını onun tilovlarının istiqamətində suya atmış və bu zaman Təqsirləndirilən şəxs tilovları yenidən onun tilovlarına dolanması səbəbindən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əsəbləşərək Təqsirləndirilən şəxs ünvanına nəlayiq ifadələr işlətmiş və bundan sonra sonuncu da əsəbləşərək ona yaxınlaşıb qəsdən bir dəfə yumruqla onun sağ sifət nahiyyəsinə zərbə vurmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əlində olan dəqiq görə bilmədiyi kəsici alət onun sağ sifət nahiyyəsini kəsmişdir. Bu zaman onun sağ sifət nahiyyəsinin kəsildiyini görüb oradan uzaqlaşamağa çalışarkən öz ehtiyyatsızlığından müvazinətini itirərək üzü üstə yerə yıxılmışdır. Həmin vaxt oradan keçən tanəmadığı başqa bir balıqçının dava-dalaşa müdaxilə edərək onları ayırmışdır. Bundan sonra özünə məxsus tilovları oradan yığışdırıb yaşadığı evə getmiş, daha sonra isə aldığı xəsarətlə bağlı tibbi yardım göstərilməsi üçün xx.xx.2020-ci il tarixdə gecə saatlarında Mingəçevir şəhər mərkəzi xəstəxanasına müraciət etmişdir. Həkim müayinəsi zamanı sağ sifət nahiyyəsinin kəsilmiş yara ilə nəticələnən, sağlamlığı qısa müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət almasını öyrənmişdir. Bundan sonra geri yaşadığı evə qayıtdığını və bir neçə gün səhhətində problemlər yarandığından yataq vəziyyətində olmuşdur. xx.xx.2020-ci il tarixdə isə şəhər polis şöbəsinə getmiş, polis şöbəsində olanlarla bağlı ərizə yazıb rəsmi olaraq müraciət etmişdir.Təqsirləndirilən şəxs ilə barışmamış və onun barəsində qanuna uyğun cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Ailələrinin yeganə dolanışıq yeri balıqçılıqdır. Bu səbəbdən atası Zərərçəkmiş şəxs hər gün axşamlar şəhərin Vaqonlar yaşayış massivinin yaxınlığından axıb keçən “Qarabağ” kanalından balıq tutub satmaqla məşğul olur. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs balıq tutmaq üçün özünə lazım olan ləvazimatları çantasına yığıb “Qarabağ” kanalının kənarına getmişdir. xx.xx.2020-ci il tarixdə saat 00:10 radələrində atası Zərərçəkmiş şəxs həyəcanlı şəkildə geri evə qayıtdığını, həmin vaxt onun sağ sifət nahiyyəsinin kəsilərək qanadığını görüb nə baş verdiyini soruşmuşdur. Bu zaman atası Zərərçəkmiş şəxs ona “Qarabağ” kanalının kənarında tilovla balıq tutan zaman Təqsirləndirilən şəxs də oraya balıq tutmaq üçün gəldiyini, daha sonra onlar bir yerdə dayanıb balıq tutan zaman tilovlarının bir-birinə dolaşdığını, bu səbəbdən aralarında mübahisə yarandığını, həmin vaxt atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nəlayiq ifadələr işlətməsi səbəbindən sonuncunun qəsdən yumruqla onun sağ sifət nahiyyəsindən vurduğunu, bu zaman Təqsirləndirilən şəxs əlində olan kəsici alətin atası Zərərçəkmiş şəxs sağ sifət nahiyyəsini kəsərək xəsarət yetirdiyini, nəticədə atasının sağ sifət nahiyyəsinin kəsilərək qanadığını, bundan sonra atası Zərərçəkmiş şəxs sifət nahiyyəsinin qanadığını görüb oradan uzaqlaşmağa çalışarkən öz ehtiyyatsızlığından müvazinətini itirib üzü üstə yerə yıxıldığını və həmin vaxt oradan keçən tanımadığı balıqçının yaranmış davadalaşa müdaxilə edərək onları ayırdıqlarını bildirmişdir. Daha sonra isə atam Zərərçəkmiş şəxs qayıdıb evə gəlmiş və xx.xx.2020-ci il tarixdə isə atası Zərərçəkmiş şəxs aldığı xəsarətlə bağlı Mingəçevir ŞMX-na tibbi yardım göstərilməsi üçün müraciət etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Ailələrinin yeganə dolanışıq yeri balıqçılıq olduğu üçün qardaşı Təqsirləndirilən şəxs hər gün axşamlar şəhərin Vaqonlar yaşayış massivinin yaxınlığından axıb keçən “Qarabağ” kanalından balıq tutub satmaqla məşğul olur. xx.xx.2020-ci il tarixdə saat 21 radələrində qardaşı balıq tutmaq üçün özünə lazım olan ləvazimatları çantasına yığıb “Qarabağ” kanalının kənarına getmişdir. Həmin gün saat 23:30 radələrində qardaşı Təqsirləndirilən şəxs həyəcanlı şəkildə geri evə qayıtdığını görüb ondan nə baş verdiyini soruşmuşdur. Bu zaman qardaşı Təqsirləndirilən şəxs ona həmin gün saat 22 radələrində “Qarabağ” kanalının kənarında tilovla balıq tutan zaman Zərərçəkmiş şəxs da oraya balıq tutmaq üçün gəldiyini, daha sonra sonuncunun onun yanında dayanıb balıq tutmağa başladığını, onlar bir-birinə yaxın məsafədə dayanıb balıq tutan zaman tilovlarının birbirinə dolaşdığını, bu səbəbdən aralarında mübahisə yarandığını, mübahisə zamanı Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs ünvanına nəlayiq ifadələr işlətdiyini, bundan sonra Zərərçəkmiş şəxs daha da əsəbləşərək qardaşı Təqsirləndirilən şəxs yaxasından tutub silkələməyə başladığını, bu zaman qardaşı Təqsirləndirilən şəxs də əsəbləşərək qəsdən yumruqla Zərərçəkmiş şəxs sağ sifət nahiyyəsinə zərbə vurduğunu, həmin vaxt qardaşı Təqsirləndirilən şəxs əlində olan kiçik həcimli kəsici alətin Zərərçəkmiş şəxs sağ sifət nahiyyəsini kəsərək xəsarət yetirdiyini, nəticədə sonuncunun sağ sifət nahiyyəsinin kəsilərək qanadığını, bundan sonra Zərərçəkmiş şəxs sifət nahiyyəsinin kəsilməsi səbəbindən oradan uzaqlaşmağa çalışarkən öz ehtiyyatsızlığından müvazinətini itirib yerə yıxıldığını və həmin vaxt oradan keçən tanımadığı balıqçının yaranmış davadalaşa müdaxilə edərək onları ayırdığını bildirmişdir. Daha sonra isə qardaşı Təqsirləndirilən şəxs özünə məxsus tilovları oradan yığışdırıb geri evə qayıdıb gəlmiş və bir müddət sonra Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs barəsində Mingəçevir ŞPŞ-nə rəsmi şikayət ərizəsi ilə müraciət etməsini öyrənmişdir. İşdə olan və məhkəmə baxışında araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 375 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - sağ sifətində yara, kəsici əşyanın (alətin) təsirindən, qarın nahiyəsində olan qançırlar, küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdi, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə yara sağlamlığın qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa Yüngül zərər vurmaya, qarın nahiyəsində olan qançırlar sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İşə əlavə olunmuş MKT istehsalat Birliyinin 270b saylı xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2006-cı il təvəllüdlü Rüqəyə adlı uşağı var. İş materiallarına əlavə olunmuş tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Mingəçevir şəhəri, Vaqonlar yaşayış massivi yaxınlığından axıb keçən “Qarabağ” su kanalının kənarında balıq tutarkən Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, belə ki, sonuncunun onun ünvanına nəlayiq ifadələr işlətməsi və sinəsindən tutaraq silkələməsi səbəbindən Zərərçəkmiş şəxs sağ sifət nahiyəsinə qəsdən bir dəfə yumruqla vuraraq, həmin əlində saxladığı xırda həcmli kəsici əşya ilə sağ sifət nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə nəticələnən, sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağın olmasını cəzanı yüngülləşdirən hal kimi qiymət verir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və yaşını nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdüdlarını tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspert xərcləri yoxdur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq. hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdüdlarını tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar