Məhkəmə qərarları › İş №1(051)-97/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-97/2022

13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-97/2022 13.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs xx.xx.1977-cı ildə Goranboy rayonu, Goranlı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Goranboy rayonu, Goranlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə səhər saatlarında Gəncə şəhərində yaşayan tanışı cinayətin törədilməsinə aidiyyəti olmayan X4 ilə əlaqə saxlayıb Mingəçevir şəhərində dəmiryol relslərini çıxarmaqdan ötrü 20 manat müqabilində əl haqqı kimi pul təklif etməklə dəmir yol relslərini avtomobilə yükləmək üçün 3 nəfər şəxsə ehtiyacının olduğunu, görüləsi işə görə hər bir şəxsə 15 manat, əlavə olaraq Gəncə şəhərindən Mingəçevir şəhərinə gəlmələrinə görə avtomobillərinə yanacaq doldurmaları üçün 20 manat verəcəyini vəd verdikdən sonra cinayətin törədilməsinə aidiyyəti olmayan 3 nəfər şəxslə Mingəçevir şəhərinə gəlmiş, Mingəçevir şəhərində yaşayan tanışı cinayətin törədilməsinə aidiyyəti olmayan Şahid3 Mingəçevir şəhəri, 20 yanvar küçəsi 1 ünvanında yerləşən “X11” ASC-yə məxsus qum-çınqı karxanasının ərazisində bir neçə dəmir yolu relslərini kəsməsi müqabilində 20 manat təklif etmiş, daha sonra Mingəçevir şəhərində yaşayan, cinayətin törədilməsinə aidiyyəti olmayan X7 ilə əlaqə saxlayıb “X11” ASC-yə məxsus qum-çınqıl karxanasının ərazisində bir neçə dəmir yolu relslərinin altında olan taxtaları çıxartması üçün 60 manata razılaşıb, öz cinayətkar əməlini həyata keçirmək məqsədi ilə onlara əvvəllərdə həmin qum-çınqıl karxasında işlədiyini və hazırda icazəsi olduğunu bildirərək həmin şəxsləri buna inandırıb, xx.xx.2021-ci il tarixdə saat 10 radələrində ünvan 3 ünvanda yerləşən “X11” ASC-yə məxsus qum-çınqıl karxanasının ərazisi hesab edilən saxlanc yerinə qanunsuz daxil olub, həmin ərazidə yerləşən dəmir yol xəttinin bir relsinin uzunluğu 25 metr olmaqla parallel şəkildə gedən ümumi uzunluğu 50 metr olan 2500 manat dəyərində R65 tipli iki dəmir yol relslərini hadisə yerinə gətirdiyi şəxslərin və texnikanın köməyi ilə ətrafını və üstünü açmaq yolu ilə oğurlamaq istədikdə Mingəçevir ŞPŞ-nin əməkdaşlarının hadisə yerinə gəlməsi və onun tərəfindən törədilən cinayətin qarşısının alınması ilə əlaqədar, iradəsindən asılı olmayan səbəblərə görə 2500 manat dəyərində əmlakı gizli yolla talamaqda ifadə olan niyyətini başa çatdırmadan oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, Gəncə şəhər sakini qohumu Sahib haradasa iş olan zaman ona zəng vurub iş olduğunu bildirdi. O isə Goranboy və Gəncə şəhərində tanıdığı şəxslərə zəng vurub iş olduğunu bildirir və gündəlik pul müqabilində həmin şəxslər onunla birgə gedib briqada halında söküntüdə işləyirdilər. Sahib 2021-ci ilin mart ayında ona zəng vurub Mingəçevir şəhərində dəmiryolu söküntüsünə başlayacağını və ona briqada yığıb Mingəçevir şəhərinə gedəcəklərini bildirirdi. 2021ci ilin mart ayında o və adlarını xatırlamadığı Goranboy sakinləri olan bir neçə şəxs ilə Mingəçevir şəhərində Vüqar adlı şəxsin qum karxanasına gəldilər. Orada Vüqar adlı şəxsin işlərini Rövşən adlı şəxs görürdü. Onlardan başqa orada təxminən 25 işçi var idi. Həmin şəxsləri o, tanımırdı. Sahib gündəlik olaraq onlara 25 manat verirdi. 4 ay müddətində onlar briqada olaraq Mingəçevir şəhərində həmin qumxanada, təxminən, 20 kilometr dəmiryolları relslərini sökürdülər. Həmçinin o, gecələr avtomobildə sökülən relslərə nəzarətçi kimi qalıb baxırdı və buna görə də əlavə olaraq 20 manat pul alırdı. O və onun gətirdiyi şəxslər briqada kimi sökülən relsləri yük avtomobillərinə yığırdılar. Onlar təxminən 20 kilometr dəmiryolu relslərini sökən zaman həmin dəmiryolu relslərinin altında əlavə olaraq başqa bir dəmiryolu relsləri olduğunu gördülər. Bundan sonra həmin dəmiryolu relslərinin altında olan dəmiryolu relslərinin təxminən 1-2 kilometr sökdükdən sonra söküntü işləri dayandırıldı. Söküntü işləri dayandırıldığı üçün onlar çıxıb getdilər. Təxminən 1 ay sonra Mingəçevir şəhərində əvvəllər işlədiyi qumkarxanasına gəldi. Rövşən qumkarxanasında sökülmüş dəmiryollarının betonlarını bir qırağa yığdırırdı. O Rövşənlə görüşüb su kənarında olan dəmir relslərin arxasınca gəldiyini bildirdi, lakin ekskavator su kənarı olduğu üçün həmin əraziyə çox yaxınlaşa bilməyəcəyini bildirdi. Çünki altda olan relsləri dartmaq üçün ora yaxınlaşmaq lazım idi. Bundan sonra onlar çıxıb getdilər. O, orada olan relsləri hissə hissə söküb aparmaq qərarına gəldi. Bu məqsədilə xx.xx.2021-ci il tarixdə o, Gəncə şəhərində yaşayan Bəhruza və Mingəçevir şəhərində yaşayan Rəşada zəng vurub Mingəçevir şəhərində dəmir relsləri sökmək üçün gedəcəklərini dedi. O, Bəhruza əlavə olaraq 2 nəfər götürməyi bildirdi. O, həmin şəxslərə bir gün müqabilində hərəsinə 20 manat pul verəcəkdi. O, Bəhruz, tanımadığı iki şəxs Bəhruzə məxsus Qaz 24 markalı avtomobil ilə Mingəçevir şəhərinə gəldilər. Mingəçevir şəhərində isə Rəşadı yaşadığı binanın qarşısından götürdülər. Rəşad relsləri kəsəcəkdi. O, əvvəlcədən qum karxanası yolu üzərində dayanan traktora zəng vurub həmin günü Mingəçevir şəhərinə gələcəyini bildirdi və Mingəçevir şəhərinə gəldikdən sonra qumkarxanası yolunda traktor sürücüsü ilə görüşdü. O, traktor sürücüsü ilə 1 saat müddətində işləmək üçün 60 manat müqabilində razılaşdı. Onlar həmin yerə çatdı və traktor relslərin üzərini 3 metrdən bir açdıqdan sonra polis əməkdaşları onları oğurluqda şübhəli bilib polis şöbəsinə gətirdilər. Mingəçevir şəhəri Qumxanasında yerləşən dəmiryolu relslərini sökmək üçün hər hansı icazə sənədi yox idi və özü ilə gətirdiyi şəxslərə isə həmin ərazidə söküntü işləri aparmaq üçün icazəsinin olduğunu bildirmişdi. Əməlindən peşimandır. Zərərçəkmiş şəxsə dəymiş zərər tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2021-ci ilin fevral ayında ünvan 5 ünvanında yerləşən “X11” ASC-nin səmhlərinin 91.8251 faizini hərrac yolu ilə almışdır. “X11” ASC-nin direktoru X5r. Səhmdarı olduğu ASC-nin ərazisinin əksər hissəsində torpağın altında dəmiryolu xətləri vardır. O, hərrac yolu aldığı “X11” ASC-nin ona aid olan hissəsindən dəmiryolu xətlərinin bir hissəsini kəsdirmişdir. O, avtomobillə 3 gündən bir həmin əraziyə baxış keçirirdi. xx.xx.2021-ci il tarixdə səhər saat 10 radələrində Mingəçevir ŞPŞ-dən ona məlumat verildi ki, “X11” ASC-nin ərazisindən dəmiryolu xətlərini oğurlamaq istəyən şəxslər saxlanılmışlar. Bundan sonra onlar polis şöbəsinə gəlib oğurluq olunması barədə müraciət etmişlər. O, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “X11” ASC-yə məxsus dəmiryolu xəttinin kəsdirməsindən heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs “X11” ASC-yə ərazisində yerləşən dəmiryolu xəttinin 50 metr uzunluğunda olan hissəsinin kəsdirmək istəmişdir. Təqsirləndirilən şəxs hazırda heç bir şikayəti və tələbi yoxdur. “ASC”-yə dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 08 radələrində Bəhruz ona zəng vurub Mingəçevir şəhərində dəmir olduğunu, həmin dəmirləri avtomobilə yükləmək lazım olduğunu və bunun müqabilində adambaşına 15 manat pul veriləcəyini, 20 manat pul isə ona məxsus “QAZ 24” avtomobilinə benzini üçün veriləcəyini bildirdi. O isə bu barədə xalasıoğlu Əliyə məlumat verdi, Əli də razılaşdı. Bundan sonra onlar Bəhruzla görüşdülər. Goranboy rayonunun yaxınlığından keçən zaman sonradan tanıdığı Rasim avtomobilə əyləşdi və onlar birlikdə Mingəçevir şəhərinə gəldilər. Mingəçevir şəhərinə gəldikdən sonra Rasim avtomobili şəhər ərazisinə sürdürdü,o, Mingəçevir şəhər ərazisni tanımadığı üçün Rasimin dediyi yerə sürürdü. Sonra avtomobilə adını sonradan bildiyi Rəşad adlı şəxs əyləşdi. Rəşad avtomobilə əyləşdikdən sonra avtomobili tanımadıqları bir yerə sürdürdü. Onlar Mingəçevir şəhəri “555” kafesinin qarşısından Rəşadın tanışından oksigen balonu götürüb ona məxsus avtomobilin yük hissəsinə qoydular. Bundan sonra Rasim ona yolu göstərdi və onlar Mingəçevir şəhəri Qum karxanasına gedən yol istiqamətində hərəkət etməyə başlamışlar. Bu zaman Rasim əvvəlcədən telefon ilə danışıb razılaşdığı traktor sürücüsə zəng vurub çağırdı. Traktor sürücüsü onların yanına gəldi, Rasim isə traktor sürücüsünə 1 saatlıq işi olduğunu bildirdi və həmin şəxslə 1 saata görə 60 manat müqabilində razılaşdılar. Onlar su kənarı olan bir yerə gəldilər. Rasim orada olan dəmir yol relslərinin sökəcəklərini bildirdi. Traktor həmin dəmiryol relslərini qazıb üzə çıxartdı Rəşad isə həmin dəmir yol relslərini kəsməyə başladı. Onlar isə kəsilmiş dəmiryol relslərini avtomobilin yük hissəsinə yükləyəcəklərdilər. Lakin bir qədər sonra polis əməkdaşları onların işlədiyimi yerə gələrək onların dəmir yol relslərini oğurlamaqda şübhəli olduqları üçün polis şöbəsinə dəvət etdilər. Şahid X7 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2018-ci il tarixdən özünə məxsus traktor ilə fərdi qaydada gündəlik olaraq pul müqabilində tikinti və söküntü işləri görür. xx.xx.2021-ci il tarixdə saat 08:30 radələrində tanımadığı adını sonradan bildiyi Rasim ona zəng vurub iş olduğunu bildirdi. O isə həmin şəxsdən harada və nə işi olduğunu soruşan zaman Rasim ona Mingəçevir şəhər Qum karxanasında dəmiryolu relslərini altında olan taxtaları çıxartmaq lazım olduğunu bildirdi, o isə həmin şəxslə saatı 60 manat müqabilində razılaşdı. Həmin günü yəni xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Rasim ona zəng vurub qum karxanasının yaxınlığında onu gözlədiyini bildirdi. O, traktor ilə Rasim dediyi yerə gəldi, Rasim isə yanında bir neçə nəfər şəxs var idi. O, traktoru Rasimgilin avtomobilin arxasınca sürdü. Onlar qum karxanasında su kənarında olan bir yerə gəlib çıxdılar. Rasim dəmiryol relslərinin söküləcəyini bildirdi, o isə Rasimdən bu dəmiryol relslərini sökmək üçün sənədləri olub olmadığını soruşduqda Rasim ona əvvəllərdə burada işlədiyini və dəmiryol relslərini sökmək üçün sənədi olduğunu bildirdi. Rasim ona dəmiryol relslərinin üzərini traktorla açmağını bildirdi. O, traktorla həmin relslərinin üzərini açdı. Relslərin üzərini açdıqdan sonra Rəşad relsləri kəsməyə başladı, lakin bir qədər sonra polis əməkdaşları onların işlədiyi yerə gəlib onları dəmiryol relsləri oğurlamaqda şübhəli olduqları üçün bizi pöolis şöbəsinə apardılar. Şahid3 Mahir oğlu oğlu məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o təxminən 17 ildir ki, dəmir kəsmək işi ilə məşğul olurdu. Dayısıoğlu Elnur ona zəng vurub Sahib adlı şəxsin dəmir kəsmək üçün işçi axtardığını bildirdi, o isə həmin vaxtlar Mingəçevir şəhərində “Şüşə” zavodunda işlədiyi üçün dayısıoğlu Elnurun təklifini rədd etdi. xx.xx.2021-ci il tarixdə Elnur ona yeni zəng vurub işləyib işləmədiyini soruşdu, o isə hazırda heç bir iş görmədiyini bildirən zaman Elnur ona tanışı Rasim adlı şəxsə dəmir kəsmək üçün işçi lazım olduğunu bildirdi. O isə işsiz olduğu üçün razılaşdı. Bir qədər sonra adını sonradan bildiyi Rasim adlı şəxs ona zəng vurub dəmir kəsmək lazım olduğunu bildirdi, o isə Rasimə 1 gün ərzində dəmir kəsmək üçün 30 manat xidmət haqqı alacağını bildirdi, Rasim razılaşdı. Həmin günü yəni xx.xx.2021-ci il tarixdə Rasim Mingəçevir şəhərinə gəldiyini bildirdi. Rasim və yanında olan şəxslər avtomobillə onun yaşadığı Mingəçevir şəhəri S.Vurğun küçəsinə gəldilər. O, həmin şəxlsərin avtomobilinə əyləşdi və Rasimdən kəsəcəkləri dəmir üçün icazəsi olub-olmadığını soruşdu. Rasim isə əvvəllər orada işlədiyini və həmin dəmirləri kəsmək üçün icazəsi olduğunu bildirdi. Bundan sonra o dəmir kəsmək üçün avtomobili Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “555” kafesinin qarşısına sürdürdü, orada oksigen balonunu avtomobilin yük yerinə yüklədikdən sonra Rasimin dediyi Mingəçevir şəhəri Qum karxanasına getdilər. Qum karxanasına gedən zaman yolda traktor sürücüsü ilə görüşdü. Rasim traktor sürücüsü ilə 1 saat işləmək üçün 60 manat müqabilində razılaşdı, daha sonra qum karxanasında su kənarında olan bir yerə gəldilər. Traktor sürücüsü dəmir relslərin üzərini açdıqdan sonra o, həmin dəmir relsləri kəsməyə başladı. Avtomobildə olan digər şəxslər isə onun kəsdiyi dəmir relsləri avtomobilə yükləyəcəkdilər. OBir qədər sonra polis əməkdaşları onların işlədiyi yerə gəlib onları dəmiryol relsləri oğurlamaqda şübhəli olduqları üçün bizi polis şöbəsinə apardılar. Şahid6 oğlu məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2021-ci ilin mart ayından müqavilə əsasında Mingəçevir şəhəri Qum Çınqıl ASC-də iş icraçısı kimi işləyirdi. 2021-ci ilin mart ayında X11 ASC-nin ərazisində olan dəmir relslərinin söküntü işləri başladı. Söküntü işlərini Gəncə şəhərindən gələn briqada həyata keçirdirdi. Həmin briqadaya rəhbərliyi Sahib adlı şəxs həyata keçirdirdi. Söküntü işləri gedən zaman o, orada işləyən Rasim adlı şəxsi tanıyırdı. Söküntü işləri 2021-ci ilin aprel ayıın sonuna kimi davam etdi. Söküntü işləri gedən zaman o, kür çayı sahili tərəfdə sökülmüş relslərin altında daha bir dəmiryolu relslərinin getdiyini gördü. Bundan sonra o səhmdar cəmiyyətinin sədrinə bu barədə məlumat verdi. Söküntü işləri qurtardıqdan sonra həmin briqada ordan çıxıb getdi. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Qum Çınqıl ASC-nin ərazisinə gəlib dəmiryol relslərini sökməsindən xəbəri olmadı və Rasim heç kimə məlumat vermədən dəmiryol relslərini sökmək üçün gəldi. Şahid X6 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun bibisi oğludur. 2021-ci ilin fevral ayında Mingəçevir şəhərində yaşayan dostu Vüqar ona zəng vurub özünə məxsus Mingəçevir şəhərində yerləşən "xxxx" ASC-nin ərazisində dəmir relslər və digər dəmirlərin olduğunu və özünün başı çıxamadığı üçün həmin ərazidə söküntü işləri aparmağa ona köməklik etməyini xahiş etdi. Bundan sonra o, şirkətində işləyən təxminən 4-5 nəfər dəmir resylərini sökməyi bacaran şəxsləri Mingəçevir şəhərinə Vüqarın dediyi "xxxx" ASC-nin ərazisinə göndərdi. Həmçinin Rasimdə orada fəhlə kimi işləmək üçün getmişdir. İlqurtardıqdan bir neçə gün sonra Rasim "xxxx" ASC-nin ərazisində olan dəmir qırıtılarını yığmaq istədiyini dedi, o, da cavabında bildirdi ki, bunu onların özlərinə deyib razılıq alsın. xx.xx.2021-ci il tarixdə isə X9 Çınqıl ASC-nin ərazisindən dəmiryol relslərini oğurlamaq üçün getməsindən məlumatı olmamışdır. Şahid8 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhər PŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. Mingəçevir şəhəri, Təbriz küçəsi və Təbriz küçəsi yaxınlığında yerləşən qumkarxanaları onun xidməti ərazisi hesab edilir. xx.xx.2021-ci il tarixdə o, Mingəçevir ŞPŞ-nin əməkdaşı əməliyyat müvəkkili polis baş leytenantı Şahid9 ilə Mingəçevir şəhəri 20 yanvar küçəsi 1 ünvanında yerləşən Qum Karxanasında ərazini avtomobil ilə gəzən zaman bir neçə şəxsin dəmiryol relslərinin traktor vasitəsi ilə qazdığını gördülər. Onlar həmin şəxslərə yaxınlaşıb burada qazıntı işləri aparmaq üçün qanuni sənədləri olub-olmadığını soruşdular, həmin şəxsləri isə onlara qanuni sənədləri olmadıqlarını bildirdilər. Bundan sonra onlar həmin şəxsləri polis şöbəsinə dəvət etdilər. Təqsirləndirilən şəxs əməli digər şahid X1 məhkəmə iclasında verdiyi ifadəsi ilə, həmçinin şahidlər Şahid4 və Şahid5 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə də təsdiq olunur. İşin 23-24-cü vərəqlərində olan 09 avqust 2021-ci il tarixli şəxsi hadisə yerinə baxış keçirilməsi barədə protokolda göstərilir ki, X11 ASC-nin balansında Mingəçevir 20 yanvar küçəsi 1 ünvanında yerləşən qum karxanasında kür çayı sahilinə baxış keçirilən zaman orada olan bir tərəfinin uzunluğu 25 metr, hər iki tərəfinin uzunluğunu 50 metr olan dəmiryol relslərinin kəsilərək çıxarıldığı, lakin polis əməkdaşlarının müdaxiləsi nəticəsində həmin dəmir yol relslərinin oğurlayan şəxslərin öz əməllərini başa çatdıra bilməmişlər. İşin 172-174-cü vərəqlərində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 oktyabr 2021-ci il tarixli, 9/7207 saylı rəyində göstərilir ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən ümumi uzunluğu 50 metr R65 tipli dəmiryol relsinin orta istismar parametrlərinə uyğun olaraq 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2500 manat müəyyən edilir. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə səhər saatlarında Gəncə şəhərində yaşayan tanışı cinayətin törədilməsinə aidiyyəti olmayan X4 ilə əlaqə saxlayıb Mingəçevir şəhərində dəmiryol relslərini çıxarmaqdan ötrü 20 manat müqabilində əl haqqı kimi pul təklif etməklə dəmir yol relslərini avtomobilə yükləmək üçün 3 nəfər şəxsə ehtiyacının olduğunu, görüləsi işə görə hər bir şəxsə 15 manat, əlavə olaraq Gəncə şəhərindən Mingəçevir şəhərinə gəlmələrinə görə avtomobillərinə yanacaq doldurmaları üçün 20 manat verəcəyini vəd verdikdən sonra cinayətin törədilməsinə aidiyyəti olmayan 3 nəfər şəxslə Mingəçevir şəhərinə gəlmiş, Mingəçevir şəhərində yaşayan tanışı cinayətin törədilməsinə aidiyyəti olmayan Şahid3 Mingəçevir şəhəri, 20 yanvar küçəsi 1 ünvanında yerləşən “X11” ASC-yə məxsus qum-çınqı karxanasının ərazisində bir neçə dəmir yolu relslərini kəsməsi müqabilində 20 manat təklif etmiş, daha sonra Mingəçevir şəhərində yaşayan, cinayətin törədilməsinə aidiyyəti olmayan X7 əlaqə saxlayıb “X11” ASC-yə məxsus qum-çınqıl karxanasının ərazisində bir neçə dəmir yolu relslərinin altında olan taxtaları çıxartması üçün 60 manata razılaşıb, öz cinayətkar əməlini həyata keçirmək məqsədi ilə onlara əvvəllərdə həmin qum-çınqıl karxasında işlədiyini və hazırda icazəsi olduğunu bildirərək həmin şəxsləri buna inandırıb, xx.xx.2021-ci il tarixdə saat 10 radələrində ünvan 3 ünvanda yerləşən “X11” ASC-yə məxsus qum-çınqıl karxanasının ərazisi hesab edilən saxlanc yerinə qanunsuz daxil olub, həmin ərazidə yerləşən dəmir yol xəttinin bir relsinin uzunluğu 25 metr olmaqla parallel şəkildə gedən ümumi uzunluğu 50 metr olan 2500 manat dəyərində R65 tipli iki dəmir yol relslərini hadisə yerinə gətirdiyi şəxslərin və texnikanın köməyi ilə ətrafını və üstünü açmaq yolu ilə oğurlamaq istədikdə Mingəçevir ŞPŞ-nin əməkdaşlarının hadisə yerinə gəlməsi və onun tərəfindən törədilən cinayətin qarşısının alınması ilə əlaqədar, iradəsindən asılı olmayan səbəblərə görə 2500 manat dəyərində əmlakı gizli yolla talamaqda ifadə olan niyyətini başa çatdırmadan oğurluq etməyə cəhd etmişdir. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, işdə olan digər sənədlərlə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 170-171-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşin 168-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşə əlavə edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs dəymiş ziyan tam ödəmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlindən peşiman olması, dəymiş ziyanı ödəməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, yaşayış yerində müsbət xarakterizə olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İşin 46-cı vərəqində olan şübhəli şəxsi tutma haqqında 01 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 95-96-cı vərəqlərində olan Mingəçevir şəhər Polis Şöbəsinin 03 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad olunmuşdur. İşin 206-207-ci vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 4(051)-36/2022 №li qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanma müddətinin əvvəli tutulduğu vaxtdan hesablanmaqla 1(bir) ay 8 (səkkiz) gün müddətində həbs qətimkan tədbiri seçilmişdir. İşin 212-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İşin 229-230-ci vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 13 may 2022-ci il tarixli, 4(051)-57/2022 №li qərarından görünür ki, müdafiəçi X2 vəsatəti təmin olunmuş, Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığı qətimkan tədbirinin son müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 20 may 2022-ci il tarixli, 4(051)-60/2022 №li qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin uzadılmasından imtina edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ev dustaqlığında olduğu müddət bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Goranboy rayonunun ərazi hüdudlarını, eləcə də saat 24:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut “X11” ASC-yə məxsus bir tərəfi 25 metr, hər iki tərəfi 50 metr olan dəmir yol relsləri zərərməkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki tələb yoxdur. Hökmün icrası Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43,344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3 maddəsi təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ev dustaqlığında olduğu müddət 1 ay 10 gün CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, 2(iki) ay 20 (iyirmi) gün ona təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 9(doqquz) ay 10(on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs Goranboy rayonunun ərazi hüdudlarını, eləcə də saat 24:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut “X11” ASC-yə məxsus bir tərəfi 25 metr, hər iki tərəfi 50 metr olan dəmir yol relsləri zərərməkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Goranboy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar