Məhkəmə qərarları › İş №1(051)-97/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-97/2025

04.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-97/2025 04.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150,00 manat olmaqla cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-549/2023 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(051)-60/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixədək 4800,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2001-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 2003-cü il tarixdə Vüqar, 2005-ci il tarixdə Tural, 2011-ci il tarixdə Səbinə və 2016-cı il tarixdə Əminə adlı dörd uşaqları doğulmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar. Lakin sonradan Zərərçəkmiş şəxs ilə münasibətləri pozulmağa başlamışdır. Belə ki, Zərərçəkmiş şəxs onu bir ər olaraq sayıb hörmət etmirdi. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə dağılmışdır. 2021-ci il tarixdən Zərərçəkmiş şəxs ondan ayrılıb uşaqları ilə birlikdə ayrı yaşayır. Ramilə ilə ailəli olaraq birlikdə yaşayanda bacısı İlqarənin əri Ağasəfin yanında usta köməkçisi fəhlə kimi işləməklə ayda 600,00 manat qazancı olurdu. Faktiki olaraq ayrıldıqdan sonra Zərərçəkmiş şəxs ona qarşı aliment tələbinə dair məhkəmədə iddia qaldırdığı üçün Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-549/2023 saylı qətnaməsinə əsasən ondan xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2011-ci il tarixdə doğulmuş X4 və xx.xx.2016-cı il tarixdə doğulmuş X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150,00 manat olmaqla cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun yaşadığı yer üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(051)- 60/2024 saylı inzibati tənbehvermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1- ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə, də təqdimat verilən günə, yəni xx.xx.2024-cü il tarixli təqdimatda qeyd edilən cəmi 4800,00 manat aliment borcunu ödəməmişdir. 2022-ci il tarixdə başından əməliyyat olunana kimi yeznəsi və qeyri ustaların yanında Bakıda və respublikanın digər rayonlarında usta köməkçisi kimi işləmişdir. 2022-ci ildə əməliyyat olduqdan sonra işləməmişdir. Əməliyyatdan sonra fiziki işlə məşğul olduğu vaxtlarda əlində ayağında və digər orqanlarında heç bir fiziki qüsur hiss etməmiş hazırda da etmir. Məşğulluq mərkəzinə təqdim etdiyi ***-***-**-** və ***-***-**-** nömrələri dəyişdiyi üçün onunla əlaqə saxlaya bilməyiblər və yeni nömrələri həmin mərkəzə təqdim etməmişdir. Habelə həmin mərkəz tərəfindən ona məşğulluq mərkəzinə yaxınlaşacağı təqdirdə məşğulluq tədbirlərinə cəlb olunmağı istiqamətində tədbirlər görüləcəyi bildirilsədə o, həmin mərkəzə yaxınlaşmamışdır. Ekspertiza rəyi ilə tanış olmuş və o, həmişə anlaqlı vəziyyətdə olmuş sadəcə başından ağrıları tutduğu üçün əməliyyat olmuş və ay ərzində bir və ya iki dəfə qısa müddətli yaddaş itməyi olub, lakin hər hansı yüngül işdə işləməmişdir. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2001-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 2003-cü ildə Vüqar, 2005-ci ildə Tural, 2011 -ci ildə Səbinə və 2016-cı ildə Əminə adlı dörd uşaqları doğulmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar. Lakin sonradan Təqsirləndirilən şəxs ilə münasibətləri pozulmağa başlamışdır. Belə ki, bacısı Şahid2 və anası Züleyxa xanımın təkidi ilə İlqar evdə tez-tez yersiz dava dalaş edirdi. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2021 -ci ildən Təqsirləndirilən şəxs ilə ayrılıb uşaqları ilə birlikdə ayrı yaşayır. Onlar birlikdə ailə olaraq yaşadıqları müddətdə Təqsirləndirilən şəxs bacısı İlqarənin əri Ağasəfin yanında usta köməkçisi fəhlə kimi işləməklə ayda 600,00 manat qazanırdı. Faktiki olaraq ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşaqlarının saxlanılmaları üçün ona heç bir maddi köməklik göstərməmiş və o, heç bir yerdə işləmədiyi üçün uşaqlarını təkbaşına saxlamaqda çətinlik çəkirdi. Ona görə qardaşının maddi yardımı ilə uşaqlarını saxlayırdı. O, Təqsirləndirilən şəxs qarşı məhkəmədə uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün aliment tələbi ilə iddia qaldırmış və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051 )-549/2023 saylı qətnaməsinə əsasən ondan xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2011-ci il tarixdə doğulmuş X4 və xx.xx.2016-cı il tarixdə doğulmuş X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150,00 manat olmaqla cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Ona görə də təqsirləndirilən şəxslə razılıq əldə edilməmiş və ondan şikayətçidir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni xx.xx.2024-cü il tarixli təqdimatda qeyd edilən cəmi 4800,00 manat aliment borcu yaranmışdır. Qeyd edilən borcun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(051 )-549/2023 saylı qətnaməsinə əsasən ondan xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2011 -ci il tarixdə doğulmuş X4 və xx.xx.2016-cı il tarixdə doğulmuş X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150,00 manat olmaqla cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(051)-60/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 15 (on beş) gün müddətinə həbs edilmişdir. Borclu inzibati məsuliyyətdən sonra da məhkəmə qərarının icrasını təmin etməmiş və xx.xx.2024-cü il tarixədək tələbkar Zərərçəkmiş şəxs cəmi 4800,00 manat məbləğində aliment borcu yaranmışdır. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq cəzanın tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs ilə keçmiş gəlini Zərərçəkmiş şəxs xx.xx.2001-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahdan 2003-cü il təvəllüdlü Vüqar, 2005-ci il təvəllüdlü Tural, 2011-ci il təvəllüdlü Səbinə və 2016-cı il təvəllüdlü Əminə adlı dörd uşaqları olmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar. Lakin sonradan Zərərçəkmiş şəxs ilə münasibətləri pozulmağa başladı. Belə ki, Zərərçəkmiş şəxs qardaşım bir ər olaraq sayıb hörmət etmirdi. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2021 -ci ildən Zərərçəkmiş şəxs qardaşı İlqardan ayrılıb uşaqları ilə birlikdə ayrı yaşayır. Ramilə ilə qardaşı İlqar ailəli olaraq birlikdə yaşayanda sonuncu onun əri Ağasəfin yanında usta köməkçisi fəhlə kimi, habelə müxtəlif fermalarda çoban işləməklə ayda 600,00 manat qazancı olurdu. Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs qarşı aliment tələbinə dair məhkəmədə iddia qaldırdığı üçün Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051 )-549/2023 saylı qətnaməsinə əsasən qardaşından xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2011-ci il tarixdə doğulmuş X4 və xx.xx.2016-cı il tarixdə doğulmuş X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150,00 manat olmaqla cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra qardaşının yaşadığı yer üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, İlqara tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024- cü il tarixli, 3(051)-60/2024 saylı inzibati tənbehvermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni xx.xx.2024-cü il tarixli təqdimatda qeyd edilən cəmi 4800,00 manat aliment borcunu ödəməmişdir. Qardaşı Təqsirləndirilən şəxs ilə bir evdə yaşayır, qardaşının hal hazırda heç bir yaddaş pozuntusu yoxdur və fiziki işlə məşğul olanda heç bir qüsur hiss etməmiş, görməmişdir. Qardaşı Təqsirləndirilən şəxs dəfələrlə o, da anası X5 da bildirmişlər ki, getsin işləsin aliment pulunu ödəsin lakin onlara məhəl qoymur və işləmək istəməmişdir. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 09 sentyabr 2024-cü il tarixli “cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsində toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması və icraatına qəbul edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan 2(051)-549/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə doğulmuş Səbinə, xx.xx.2016-cı il tarixdə doğulmuş Əminə adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-549/2023 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan, xx.xx.2001-ci il tarixdə Mingəçevir şəhər Nikah Evində 53 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2011ci il tarixdə doğulmuş Səbinə, xx.xx.2016-cı il tarixdə doğulmuş Əminə adlı uşaqların anaları Zərərçəkmiş şəxs yanında qalmaları, xx.xx.2011-ci il tarixdə doğulmuş Səbinə, xx.xx.2016-cı il tarixdə doğulmuş Əminə adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(051)-549/2023 saylı icra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası üçün bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt verilməklə xx.xx.2023-cü il tarixli, 2(051)-549/2023 saylı icra sənədi üzrə borcunu ödəmək tələb olunmuşdur. Cinayət işinin materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli izahatlardan görünür ki, Təqsirləndirilən şəxs borclu olduğu və borcunu ödəmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı xatırladılmışdır. Həmin izahatlar Təqsirləndirilən şəxs tərəfindən şəxsən yazılaraq imzalanmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli, MN1476143 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-549/2023 saylı icra vərəqəsi üzrə 2250 manat aliment borcunu ödəmədiyinə görə 528.1-ci maddəsi ilə inzibati xəta haqqında icraata başlanmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “borclunun yaşayış yerinin dəyişdirilməsi haqqında” aktdan görünür ki, ünvan 2 ünvanında borclu Təqsirləndirilən şəxs məxsus qanunla tələbin yönəldilə biləcəyi əmlak aşkar edilmədi. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(051)-731/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 gün müddətə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, borclu Təqsirləndirilən şəxs 3000 manat aliment borcunun olması barədə xəbərdarlıq edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli, MN1476177 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-549/2023 saylı icra vərəqəsi üzrə 3300 manat aliment borcunu ödəmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında icraata başlanmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Bələdiyyəsi tərəfindən yazılmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs məxsus bələdiyyə tərəfindən icarəsi, istifadəsinə və mülkiyyətinə torpaq sahəsi verilməmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(051)-16/2024 saylı qərardadından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-549/2023 saylı icra sənədi icra olunanadək borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(051)-60/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 gün müddətinə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında bağlanmış Mingəçevir “Asan Xidmət” Mərkəzinin xx.xx.2023-cü il tarixli, 121 nömrə akt qeydi ilə nikah pozulmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli “cinayət məsuliyyətinə cəlb olunması haqqında” xəbərdarlıq məktublarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-549/2023 saylı icra sənədinin icra olunması barədə xəbərdarlıq edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, qismən səfərbərlik üzrə hərbi xidmətə və ya hərbi təlim toplanışına cəlb edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 X9 X3 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “vətəndaşın məşğulluğunun təmin olunması ilə əlaqədar görülmüş işlər barədə” tədbirlər görmüş, filial əməkdaşı tərəfindən qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlamaq mümkün olmamışdır. Cinayət işinin materiallarında olan 12 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, qonşular tərəfindən Təqsirləndirilən şəxs barəsində MİS-ə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 3 ünvanında yaşayır. Cinayət işinin materiallarında olan xx.xx.2024 və xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-549/2023 saylı qətnaməsi üzrə yaranmış 4800 manat aliment borcunun ödənilməsi tələb edilmiş, borclu Təqsirləndirilən şəxs həmin borcu ödəməyə imkanı olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxs kimi tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir Psixo-Nevroloji Dispanserin xx.xx.2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzvi mənşəli baş beynin 3-cü mədəciyinin yeni törəməsi, şəxsiyyət pozğunluğu diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarında olan 17 sentyabr 2025-ci il tarixli çıxarış epikrizindən görünür ki, xx.xx.2022-ci il tarixində ümumi anesteziya altında “sağtərəfli alın krainotomiya, baş beynin 3-cü mədəciyinin yenitörəməsinin xaric edilməsi” cərrahi əməliyyatı icra olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə psixiatrik və tibbisosial ekspertizasının xx.xx.2024-cü il tarixli, 3821 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi mənşəli şəxsiyyət pozuntusu” koqnitiv funksiyalarının bir qədər zəifləməsi ilə müşayiət olunsa da, psixi funksiyaların kobud pozuntuları ilə izlənilməmiş, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olması qeyd edilmişdir. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır və onun stasionar müalicəyə ehtiyacı yoxdur. Bununla əlaqədar hal-hazırda əmək qabiliyyətinin itirilmədiyi müəyyənləşdirilmişdir. Əsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilməsi mümkündür. Cinayət işinin materiallarında olan 24 fevral 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamın elan olunması qərara alımışdır. Cinayət işinin materiallarında olan 24 fevral 2025-ci il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs İsayev X6 Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-549/2023 saylı qətnaməsi qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2011-ci il tarixdə doğulmuş Səbinə adlı uşağın və xx.xx.2016-cı il tarixdə doğulmuş Əminə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair xx.xx.2023-cü il tarixli, 2(051)-549/2023 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(051)-60/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixədək 4800,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 306.1–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 129–cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5–ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.3–cü maddəsinin tələbinə görə, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012–ci il taixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306–cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313–1.1 (yeni redaksiyada 528.1) – ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə istintaqda tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, ədalət mühakiməsinin, xeyrinə məhkəmə aktı çıxarılmış hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafelərini ifadə edən ictimai münasibətlərə qəsd etməklə, ədalət mühakiməsi əleyhinə olan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs məhkumluğunun olmamısını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və əməlini etiraf etməsi onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə nəticəyə gələrkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri» dəyişdirilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5–ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Hazırki cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 04 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar