Məhkəmə qərarları › İş №1(051)-98/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-98/2020

25.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-98/2020 25.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs -xx xxxxxx 1980-ci ildə Qax rayonu Almalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi sahibkarlıqla məşğul olan, ünvan 1 mənzil 18 ünvanında yaşayan, barəsində başqa yerə haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 27000(iyirmi yeddi min) manat məbləğində pulun Zərərçəkmiş şəxs verilməsinə dair Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(051)- 1988/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10(on) gün müddətinə həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 17 iyul 16 oktyabr, 17 dekabr və xx xxxxxx 2019-cu il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış, şəxsi maraq niyyətilə 27000 (iyirmi yeddi min) manat məbləğində pulu Zərərçəkmiş şəxs ödəməyərək, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzəli olaraq icra etməməklə, eləcə də sonuncuya həmin məbləğdə maddi ziyan vurmaqla ədalət mühakiməsi mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasnda verdiyi ifadəsində bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(051)-1988/2018 №li qətnaməsi ilə ondan 27.000 (iyirmi yeddi min) manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra X1 və Probasiya Şöbəsindən qeyd edilən məbləğin tələbkara ödənilməsi üçün ona rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmişdi. Lakin o, qətnaməni icra edə bilmədi. Məhkəmənin qətnaməsi icra olunmadığı üçün icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması üçün məhkəməyə müraciət etdi. Mingəçevir Şəhər Məhkəməsi onun barəsində inzibati tənbeh tətbiq etməmiş və 0.x xxxxx 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsilə olan inzibati xəta haqqında işin icraatına xitam vermişdir. Zərərçəkmiş şəxs məhkəmənin bu inzibati qərarı ilə razı olmamış və həmin inzibati qərardan Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti etmişdi. Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayəti təmin edildi. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ləğv edildi, o, Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada 10 (on) gün müddətinə həbs edildi. Lakin buna baxmayaraq o, qətnaməni icra edə bilmədi. Barəsində inzibati tədbir görüldükdən sonra icra məmuru ünvanına yeni bildirişlər göndərərək qətnamənin icrası üçün ona yenidən müddət təyin etmişdir. Habelə həmin müddət keçdikdən sonra borclu olduğu tələbin ödənilməsi tərəfindən təmin edilməsə barəsində Azərbaycan Respublikası CM-ııin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar edildi. Lakin o, yenə də, məhkəmə qətnaməsini tam icra edə bilmədi. Belə ki, o, indiyədək tələbkara borcundan cəmi 4800 (dörd min səkkiz yüz) manat məbləğində ödəniş etmişdi, qalan borcunu isə imkanı olmadığından ödəyə bilməmişdi. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir, heç bir borcu qalmamışdır, ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(051)-1988/2018 saylı qətnaməsi ilə Təqsirləndirilən şəxs 27.000 (iyirmi yeddi min) manat məbləğində pul alınaraq ona verilməsi qət edilmişdir. Lakin qətnamə qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qətnaməni icra etmədi. Məhkəmənin qətnaməsi icra olunmadığı üçün icra məmuru Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunması üçün məhkəməyə müraciət etdi. Mingəçevir Şəhər Məhkəməsi Təqsirləndirilən şəxs barəsində xx xxxxx 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verildi. O, məhkəmənin qərarı ilə razı olmadığı üçün həmin qərardan Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verdi. Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edildi. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs yenə də, ödəniş etməmişdir. Barəsində inzibati tədbir görüldükdən sonra Təqsirləndirilən şəxs ünvanına yenidən bildirişlər göndərərək qətnamənin icrası üçün ona yenidən müddət təyin edilmişdi. Lakin bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs borcunu tam ödəməmişdir. Hazırda Təqsirləndirilən şəxs ittiham aktında göstərilən dəymiş ziyanı tam ona olaraq ödəmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayyət Məcəlləsinin 306-cı maddəsinin qeydində göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökümünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minnənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işinə əlavə edilmiş 93-cü vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs şikayəti yoxdur, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə qərarını icra etdiyinə dəymiş ziyanı tam ödədiyinə görə onun barəsində cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki tələb, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73, Cinayət Prosessual Məcəlləsinin 37.4, 40.2, 43.3, 321.1, 321.2 və 384.1.3-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət məcəlləsinin 306.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar