Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-98/2021 16.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Mingəçevir Şəhər vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxxx 1992–ci il tarixdə Mingəçevir şəhərində, doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvəllər məhkum olunmamış, işsiz, Mingəçevir şəhəri, N.Nərimanov prospekti, ev 49, mənzil 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 23 radələrində Mingəçevir şəhərində yerləşən 1 nömrəli orta məktəbin yaxınlığında olan küçədə tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sərxoş olduğunu, evə getməsini bildirən zaman sonuncunun söyüş söyərək dönüb getməsinə əsəbləşib sol ayağı ilə ona arxadan badalaq verib, kürəyindən itələyib üzü üstə yerə yıxaraq, sağ əli onun üzünə və başına 3-4 dəfə zərbə vurub, ona burun sümüyünün sınığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Mingəçevir şəhəri, Dram Teatrın yaxınlığında piyada atasının yaşadığı evə doğru gedərkən, tanışı Zərərçəkmiş şəxs binanın yanında dayandığını görüb, onunla salamlaşımışdır. Onun içkili olduğunu bildiyi üçün ondan hara getmək istədiyini soruşmuş.dur. Sonuncu isə ona evə gedəcəyini demişdir. O, uzaqlaşmaq istəyəndə, Bəxtiyar ondan hara getdiyini soruşmuş, o da 1 nömrəli məktəb tərəfə gedəcəyini demişdir. Ondan sonra Bəxtiyar da onunla birlikdə getmək istədiyini bildirmiş, o da etiraz etməmişdir. O, yolda mağazaya daxil olmuş, özünə bir ədəd pivə, Bəxtiyara isə 1 (bir) ədəd “go” içkisi almış və birlikdə 1 nömrəli məktəbə tərəf getmişlər. Bəxtiyar “go” içkisini içdikdən sonra daha da sərxoş vəziyyətə düşmüşdür. 1 nömrəli məktəbə tərəf gedən zaman Bəxtiyar ona qaranlıqla getməyi bildirərək məktəbin sol tərəfindən ara yola daxil olmuşdur. Bu zaman o, Bəxtiyarın arxasınca getmiş və içkili olduğuna görə evə getməsinin düzgün olduğunu demişdir. Sonuncu isə ona söyüş söyərək çıxıb getməsini bildirmişdir. O, Bəxtiyara düzgün danışmasını bildirmiş, lakin Bəxtiyar onun işinə qalmadığını deyərək, onu ağır söyüşlərlə söyüb-təhqir edərək yoluna davam etmişdir. Bu zaman o, əsəbiləşib Bəxtiyara arxadan sol ayağı ilə badalaq verərək onu kürəyindən itələmişdir. Bundan sonra Bəxtiyar üzü üstə yerə yıxılmış, yerdə o, 3-4 dəfə sağ əli ilə Bəxtiyarın üzünə və başına zərbələr vurmuşdur. Daha sonra Bəxtiyar ondan üzr istədiyi üçün onu götürüb evinə aparmaq məqsədilə onu yola çıxartmış, sonuncu işıqlı yerə çıxdıqdan sonra özünün gedəcəyini bildirərək ondan ayrılmş, o da yaşadığı evinə getmişdir. Onun Bəxtiyarla tanışlığı olduğu üçün sonuncunun şikayət etməyəcəyini düşünmüş, lakin polis şöbəsindən çağırıldıqda Bəxtiyarın ondan şikayət etdiyini bilmişdir. Hadisədən sonra o, zərərçəkmiş şəxslə barışıb razılıq əldə etmişvə ona dəymiş ziyanı ödəmişdir. Hazırda əməlindən peşmandır, bir daha cinayət törətməyəcəyinə söz verir və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə bir kafedə yeyib içdikdən sonra Mingəçevir şəhəri Dram Teatrın yanında olan binalardan birinin yanında dayanan zaman tanışı Rövşən onunla salamlaşmış, o, Rövşəndən hara getdiyini soruşduqda sonuncu ona 1 nömrəli məktəbə tərəf getdiyini dedikdə, o, da həmin istiqamətə gedəcəyini demiş və onlar birlikdə söhbət edərək getməyə başlamışlar. Yolda olarkən Rövşən mağazaya daxil olaraq özünə pivə, ona isə bir ədəd “go” içkisi almışdır. Bir qədər getdikən sonra 1 nömrəli məktəbi keçən kimi o, Rövşənə ara yolla gedəcəyini demiş, sonuncu isə bu zaman ona çox içdiyini deyərək, evə getməsini bildirdikdə, o, içkili olduğundan Rövşənin sözü ona pis təsir etdiyi üçün o, sonuncuya öz işi ilə məşğul olmasını demişdir. Rövşən bir daha ona evə getməsini məsləhət gördükdə, o, əsəbiləşib sonuncuya söyüş söymüş və dönüb getmək istəyərkən, Rövşən ona badalağ verib onu üzü üstə yerə yıxaraq vurmağa başlamışdır. Bu zaman o, söyüşə görə Rövşəndən üzr istəmiş, bundan sonra Rövşən onu yerdən qaldırdıqdan sonra onlar birlikdə işıqlı yerə çıxmış və ona evə kimi aparmağını dedikdə, o, ehtiyac olmadığını demişdir. Evdə atası onu görüb nə baş verdiyini soruşduqda, o, atasına dalaşdığını, tanışı Rövşənin onu yerə yıxıb vurduğunu demiş, lakin özündə də səf olduğunu bildiyindən ondan şikayət etmək istəməmişdir. Həmin gündən iki gün sonra ağrıdığı üçün xəstəxanaya getmiş və orada burnunun qırıldığını bilmiş, burnu əməliyyat olunduqdan sonra isə evə buraxılmış, daha sonra isə bu barədə Mingəçevir ŞPŞ-yə ərizə ilə müraciət edərək Rövşən adlı şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəx onunla barışmış, ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də onun heç bir şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmədən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2021 -ci il tarixdə saat 23.30 radələrində oğlu Bəxtiyar sərxoş vəziyyətdə evə gəlmiş, o, sonuncunun üstünün bulaşıqlı olduğunu, üzündə qaraltılar olduğunu görüb nə baş verdiyini soruşmuş, sonuncu həmin vaxt tanışı Rövşənlə mübahisəsi olduğunu, ona söydüyü üçün Rövşənin ona badalaq verərək üzü üstə yerə yıxdığını və yumruqla vurduğunu demişdir. Həmin vaxt o, Bəxtiyara həkimə getmək lazım olduğunu bildirdikə, oğlu həkimə getmək lazım olmadığını demiş, lakin iki gün sonra Bəxtiyar ağrıdığını dediyi üçün onu həkimə aparmış, onlar xəstəxanada olarkən oğlu Bəxtiyarın bumunun qırıldığını bilmişdir. Bir qədər sonra isə polis əməkdaşları oraya gəlib, hadisə barədə soruşduqda, Bəxtiyar Rövşən adlı şəxs tərəfindən döyüldüyünü demiş və ərizə ilə müraciət etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx xxxx 2021–ci il tarixli 169 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün sınığı küt əşyanının (alətin-lərin) təsirindən əmələ gəlmişdir, yetirilmə müddəti qərarda göstərilən xx xxxx 2021-ci il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. Odur ki, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə tövsif edilməlidir. Bununla belə Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayəti və tələbi olmadığını bildirmiş və ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs xx.xx.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxslə barışdığını və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq, aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs ilk dəfədir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxs onun barəsində işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs isə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsinə etirazı olmadığını bildirmiş və işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, onların barışmasını əsas tutaraq, məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini mümkün hesab edir və o nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və başqa şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsində nəzərdə tutulmuşdur ki,. şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM–nin 72–ci maddəsinə yeni “Qeyd” hissəsinə əsaəsn Şəxs bu Məcəllənin 72-73- 2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsi mümkün sayılır. Məhkəmə nəzərə alır ki, zərərçəkmiş şəxs ilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət hadisəsindən sonra barışmışdır. Bu mənada Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması və işin icraatına xitam verilməsi gələcəkdə başqa neqativ halların aradan qalxmasına səbəb ola bilər. Odur ki, məhkəmə hazırki iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, həmçinin müəyyən etdi ki, hazırkı cinayət işi üzrə vəkil X1 ibtidai araşdırmada göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 54 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–nin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Vəkil X1 ibtidai araşdırmada göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 54 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-98/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-98/2021
16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver