Məhkəmə qərarları › İş №1(051)-98/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-98/2022

13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-98/2022 13.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi-Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxs Xəlilova (Qurbanova) Əfsanə Cavanşir qızının, iştirakı ilə xx.xx.1986-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Mingəçevir şəhəri, Bağlar massivi 11-ci küçədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Xəlilova (Qurbanova) Əfsanə Cavanşir qızına ödənilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2(051)-950/2019 saylı qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(051)-237/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 09 aprel 2021-ci il tarixədək 3800 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Xəlilova (Qurbanova) Əfsanə Cavanşir qızına ödəməyərək, sonuncuya maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 2008-ci ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuşlar. Əfsanə onun soyadını, yəni Qurbanov soyadını götürmüşdür. Onların Birgə nikahdan Ebru və Yeganə adlı iki qızları anadan olmuşdur. Onlar Əfsanə ilə birlikdə təxminən 11 il yaşamışlar. Lakin sonradan xasiyyətləri düz gəlmədiyi üçün aralarında mübahisələr və münaqişələr olduğundan ayrılmışlar. Onlar Əfsanə ilə birlikdə 2019-cu ilədək ailə olaraq yaşadıqları müddətdə o, dəmirçi olaraq işləməklə ayda ***-**** manat məbləğində qazancı olmuşdur. Əfsanə Qurbanova iki azyaşlı uşaqlarının saxlanılması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-950/2019 saylı qətnaməsinə əsasən ondan xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin alınaraq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Göstərilən qətnamə üzrə icra vərəqəsi Mingəçevir şəhər icra və probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icra məmuru onu icra və probasiya şöbəsinə dəvət edərək alimentin ödənilməsini tələb etmiş, ona hüquq və vəzifələrini izah etmişdir. Əvvəl Əfsanəyə qarşı acıqlı olduğu üçün ona alimenti ödəməmiş, sonra isə işi zəifləmişdir. İcra məmurunun qanuni tələblərin üzürsüz səbəbdən icra etmədiyi üçün Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(051)-237/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İcra məmuru alimentin ödənilməsi ilə bağlı onu bir neçə dəfə xəbərdar etmişdir. Təxminən üç il bundan qabaq Zərərçəkmiş şəxs (Qurbanovaya) xəsarət yetirdiyi üçün Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və həmin cəzasını çəkib qurtarmışdır. Həm bu səbəbdən həm də pandemiya olduğu üçün yaxşı pul qazana bilməmişdir. Təqdimat verilən xx.xx.2021-ci il tarixə 3800 manat məbləğində ödənilməmiş aliment borcu qalmışdır. İstintaq dövründə həmin aliment borcundan 500 manat ödəniş etmiş və həmin qəbzi cinayət işinə əlavə edilməsi üçün istintaqa təqdim etmişdir. Hazırda fərdi qaydada müxtəlif yerlərdə dəmirçi olaraq fəaliyyət göstərməklə hər ay 300-350 manat məbləğində qazancı olur. Hazırda əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxsə olan aliment borcunu tamamilə ödəmişdir. Odur ki, cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Xəlilova (Qurbanova) Əfsanə Cavanşir qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2009-cu il tarixdə faktiki nikah münasibətlərinə girərək el adəti ilə toy edib ailə qurmuş, nikahlarını rəsmi qaydada isə xx.xx.2009-cu il tarixdə qeyd etdirmişlər. Onların nikahlarından 2010-cu ildə Ebru və 2015-ci ildə Yeganə adlı 2 uşağları anadan olmuşdur. Ailə qurduqları ilk ildən sonra xasiyyətləri uyğun gəlməmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2010-cu ildə onunla evli olmağına baxmayaraq başqa qızı arvad etmək məqsədi ilə qaçırmışdır. 2017-ci ilin yanvar ayından Təqsirləndirilən şəxs ilə birgə yaşadıqları Sumqayıt şəhərində kirayə olaraq yaşadıqları evdən çıxaraq ata evinə qayıtmışdır. Təqsirləndirilən şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə sonuncu fəhlə işləməklə ailəni yaxşı saxlayacaq qədər qazancı olmuşdur. Uşaqları ilə birlikdə ata evinə gedəndən sonra Təqsirləndirilən şəxs uşaqlarının saxlanması üçün ona heç bir maddi köməklik göstərməmişdir və o heç bir yerdə işləmədiyi üçün uşaqları təkbaşına saxlamaqda çətinlik çəkirdir. Ona görə valideynlərinin maddi yardımı ilə uşaqlarını saxlayırdı. Təqsirləndirilən şəxs dəfələrlə istifadəsində olan mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq maddi köməklik etməsini bildirməyinə baxmayaraq uşaqların saxlanması üçün ona heç bir yardım etməmişdir. Bundan sonra o, Anara qarşı məhkəmədə iddia qaldırmış və Mingəçevir Şəhər Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(051)-950/2019 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2010-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni xx.xx.2021-ci tarixli təqdimatda qeyd edilən cəmi 3800 manat borcunu ödəməmişdir. İşə məhkəmədə baxılan zaman Təqsirləndirilən şəxs ona olan aliment borcunu tam şəkildə ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə iclasında iştirakı mümkün olmamış Şahid1 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2(051)-950/2019 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Xəlilova (Qurbanova) Əfsanə Cavanşir qızına ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Mingəçevir şəhər icra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(051)-237/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. Borclu inzibati məsuliyyətdən sonrada bir daha xəbərdarlıq edilmiş tələb yenə də icra olunmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək aliment borcundan 800 manat ödəniş etmişdir. Hazırda 2021-ci ilin mart ayı daxil olmaqla 3800 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında xidməti vəzifəsinin icrası ilə bağlı iştirak edə bilməmiş, şahid Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin rəisi Şahid2 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə iclasında iştirakı mümkün olmamış Şahid3 Zülfüqar qızının məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 Zülfüqar qızı ifadəsində göstərmişdir ki, 2008-ci ildə qardaşı Anar ilə Zərərçəkmiş şəxs ailə qurmuşlar. Birgə nikahdan onların Ebru və Yeganə adlı iki qız uşaqları olmuşdur. Onlar aralarında mübahisələr və münaqişələr olduğuna görə ayrılmışlar. Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2(051)-950/2019 saylı qətnaməsinə əsasən qardaşı ATəqsirləndirilən şəxs 2010-cu ildə anadan oldmuş Ebrunun və 2015-ci ildə anadan olmuş Yeganənin yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin alınaraq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Eşitdiyinə görə, Anarı icra məmuru icra və probasiya şöbəsinə dəvət edərək alimentin ödənilməsini ondan tələb etmiş və ona hüquq və vəzifələrini izah etmişdir. Qardaşı Anar əvvəllər qaynaqçı olmaqla, dəmir qapı və dəmir ilə bağlı başqa işlər görürdü. Lakin alimenti ödəmədiyinə görə, habelə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(051)-237/2020 saylı qərarı ilə icra məmurunun qanuni tələbin üzürsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Əvvəllər qardaşı Anarın qazancı hər ay üçün ***-**** manat olmuşdur, indi isə xəstə olduğuna görə heç bir yerdə işləyə bilmir. Belə ki, xroniki bronxit xəstəsidir və halı getdikcə daha da pisləşir. Hazırda onun himayəsində müalicə alır onunla birlikdə yaşadığı evdə qalmaqla müalicəsinə köməklik göstərir. Ona məlumdur ki, Əfsanəyə olan aliment borcundan 800 manat ödəniş etmiş və hazırda 2021-ci ilin mart ayı daxil olmaqla 3800 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-950/2019 saylı qətnaməsindən görünür ki, xx.xx.2010-cu il tarixdə doğulmuş X5 və xx.xx.2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq Xəlilova (Qurbanova) Əfsanə Cavanşir qızına ödənilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(051)-237/2020 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X9 02 mart 2022-ci il tarixli, 770 saylı məktubunda və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 38 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bronxial astma qarışıq forma, orta ağır gedişli, qarışıq tipli mötədil ventilyasiya pozğunluğunun olduğu müəyyən edilmiş və həmin xəstəliklərin xroniki gedişli olmaqla hazırda Təqsirləndirilən şəxs müvafiq şəraitdə yüngül işlərdə işləməsi mümkündür. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir şəhər icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, məhkum olunmuş şəxs Qurbanov X2 Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(051)-48/2019 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Mingəçevir Şəhər Məşğulluq Mərkəzinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Qurbanov X2 Şəhər Məşğulluq Mərkəzinə xx.xx.2020-ci il tarixdə işlə bağlı müraciət etmişdir. Mərkəz tərəfindən ona əmək bazarının mövcud vəziyyəti və mərkəzə daxil olmuş boş (vakant) iş yerləri o cümlədən “X11” MMC-də abadlıq işləri, sosial işçi (əmək haqqı 250,00 manat), işləri haqqında məlumat verilmiş. Təqsirləndirilən şəxs səhhətində narahatçılıq olduğunu bildirərək təklif olunan işlərdən imtina etmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xeyrinə cəmi 500 manat pul köçürülmüşdür. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş icraata başlamaq haqqında qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(051)-950/2019 saylı icra sənədi xx.xx.2019-cu il tarixdə icraata daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli tələbin dərhal icrası barədə bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt verilməklə xx.xx.2019-cu il tarixli, 2(051)-950/2019 saylı icra sənədi üzrə borcunu ödəmək tələb olunmuşdur. Cinayət işinin materiallarında olan borclunun axtarılması haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 3800 manat məbləğində aliment borcunu tələbkar Xəlilova (Qurbanova) Əfsanə Cavanşir qızına ödəməyərək Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-950/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Bununla belə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx.xx.2019cu il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Xəlilova (Qurbanova) Əfsanə Cavanşir qızına ödənilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2(051)-950/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(051)-237/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 09 aprel 2021-ci il tarixədək 3800 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Xəlilova (Qurbanova) Əfsanə Cavanşir qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir.. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 306.1–ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə istintaqında, həmçinin sübuta yetirildi ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxs Xəlilova (Qurbanova) Əfsanə Cavanşir qızı ilə barışaraq ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 306-cı maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, ədalət mühakiməsinin, xeyrinə məhkəmə aktı çıxarılmış hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafelərini ifadə edən ictimai münasibətlərə qəsd etməklə, ədalət mühakiməsi əleyhinə olan qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11–ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əssən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2–ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1– ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra cinayətin zərərli nəticələrini tamamilə aradan qaldırmasını, cinayət işinin icraatına xitam verilməsinə dair razılıq verməsini, əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, cinayət işinin materiallarında olan, zərərçəkmiş şəxs Xəlilova (Qurbanova) Əfsanə Cavanşir qızı tərəfindən yazılmış və məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona olan aliment borcunu tam şəkildə ödəmişdir. Ona görə də onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, zərərçəkmiş şəxsə olan aliment borcunu tam şəkildə ödəmişdir. Ona görə də həmin əsaslar üzrə cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət işinin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2, 344–347, 356, 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxsə cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar