Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-98/2023 21.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – KONSENSUS Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-60/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 228.1 və 234.1ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-234/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində olan hökm dəyişdirilərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan 01 (bir) ay 5 (beş) gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Mingəçevir şəhəri N.Nərimanov prospekti ev 30 mənzil 12-də qeydiyyatda olmaqla faktiki olaraq Mingəçevir şəhəri Günəşli Bağ massivi 8-ci küçə ev 26-da yaşamış, hazırda barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Məmmədov X2 şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib CM-in 66.2 və 93.1.2-ci maddələri tətbiq edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən təyin edilmiş cəzadan 01 (bir) ay 5 (beş) gün vaxtından əvvəl şərti azad edilməsinə, məhkumluğu ödənilməməsinə və qanunla müəyyən olunmuş qaydada üzərindən götürülməməsinə baxmayaraq islah olunmamış və 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd gümüş-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,182 qram çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə-heroini xx.xx.2023cü il tarixdə satış məqsədi olmadan əynindəki göy rəngli cins şalvarın sağ yan cibində, gümüş-ağ rəngli kağız bükümün içərisində saxlayaraq daşımış və həmin gün saat 12:10 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri Günəşli Bağ massivi 8-ci küçədə yerləşən 26 №-li fərdi yaşayış evinin yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 12:30-dan 12:40-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1 və 228.1-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasından vaxtından əvvəl azad edilmişdir. Narkotik vasitənin heroin növündən istifadə etmişdir. Hadisə ilə əlaqədar olaraq göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saat 10 radələrində hazırda yaşadığı şəhərin Günəşli bağlar massivi 8-ci küçədə yerləşən ev 26-dan çıxıb qonşu Günəşli bağlar massivi 7-ci küçəyə keçən zaman oradan səkinin kənarından bir ədəd siqaretin gümüşü-ağ kağızına bükülmüş bükümü görüb dayanmış, əyilib həmin bükümü yerdən götürərək açıb içərisinə baxanda içərisindəkinin 1 (bir) ədəd gümüşü-ağ rəngli kağıza bükülmüş bükümdə olan narkotik vasitə olan heroin olmasını anlamışdır. O, heroindən istifadə etdiyinə görə bükünün içərisində olan narkotik vasitəni iyindən, quruluşundan, rəngindən tanımış və bükülünü özü ilə götürmüşdür. Həmin narkotik vasitəni daha sonra gələcəkdə istifadə etmək məqsədi ilə əyninə geyindiyi göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq gizlətmişdir. İçərisində narkotik vasitə heroin olan bükülüdən az miqdarda istifadə etməyə fürsət tapmışdır. xx.xx.2023-cü il tarixdə saat 12:10 radələrində yaşadığı Mingəçevir şəhəri Günəşli Bağ massivi 8-ci küçədə yerləşən 26 №-li fərdi yaşayış evinin qarşısında gəzişən zaman xx.xx.2023-cü il tarixdə saat 10 radələrində səhər saatlarında Günəşli Bağ massivi 7-ci küçədə piyada gəzə-gəzə gedərkən səkinin kənarından tapdığı narkotik vasitə olan heroin də üzərində olmuşdur. Həmin vaxt mülki paltarda olan şəxslər yaxınlaşıb, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deməklə onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Mingəçevir ŞPŞ-nə gəlmişdir. Polis şöbəsində müdafiəçi kimi X5 ona təqdim olunaraq hüquqlarını müdafiə edəcəyi bildirilmişdir. Polis şöbəsində xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində vəkil X3 iştirakı ilə üstündə şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunduqda üzərində axtarış aparılmasına etiraz etməmişdir. Üzərində axtarış aparılmazdan əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya olub-olmaması soruşulmuş, olduğu təqdirdə isə çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən video çəkiliş aparmaqla üzərində axtarış aparılacağı halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah edildikdən sonra video çəkiliş tətbiq etməklə üzərində axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şpirs və kiçik həcmli şüşə qab, əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd “Arqo” adda siqaret qutusu, 2 ədəd alışqan, həmin gödəkçənin sol yan cibindən isə 13 manat (2 ədəd 5 manatlıq, 3 ədəd isə 1 manatlıq pul əskinasları), bir ədəd nömrə və bir ədəd sancaq, o cümlədən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir siqaretin gümüşü kağızına bükülmüş bükümün, içərisində tünd qəhvəyi rəngdə, toz şəklində, spesifik iyli kütlə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bükümün içərisi polis əməkdaşları tərəfindən nəzərdən keçirilərkən içərisindəki kütlənin iyindən və görünüşündən narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı həmin kütlənin narkotik vasitə olan heroin olduğunu bildiyini, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində səhər saatlarında Günəşli Bağ massivi 7-ci küçədə piyada gəzə-gəzə gedərkən orada səkinin kənarından bükülünün içərisində olan həmin narkotik vasitəni taparaq gələcəkdə istifadə etmək məqsədi ilə əyninə geyindiyi göy rəngli cins şalvarın sağ yan cibinə qoyub gizlədərək üzərində saxladığını etiraf etmişdir. Həmin narkotik vasitəyə oxşar 01 (bir) ədəd heroin kütləsinin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş, kütlənin çəkisi 0,62 ( sıfır tam yüzdə altmış iki) qram olmuşdur. Hamin narkotik vasitə barədə ailə üzvlərinə və ya digər şəxslərə hər hansı məlumat verməmiş, narkotik vasitəni saxlamaqda məqsədi özü istifadə etmək olmuşdur. Həmin narkotik vasitədən heç kimə satmaq və ya vermək məqsədi olmamışdır. Tərəzidə çəkildikdən sonra həmin kütlə onun və digərlərinin iştirakı ilə zərfdə qablaşdırılaraq möhürlənmiş, zərfin üzərinə o, da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış və götürmə zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o, da imza etmişdir. Şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə edildiyi bildirmişdir. Himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağı vardır. Etdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru xüsusi rütbəsində xidmət edir. 29 mart 2023-cü il tarixdə məxfi əməkdaşdan ona Mingəçevir şəhər sakini Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2023-cü il tarixdə saat 12:10 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2la birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivi 8-ci küçədə yerləşən 29 №-li fərdi yaşayış evinin qarşısında piyada hərəkətdə olmasını görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nə gətirmişlər. Polis şöbəsinə vəkil X5 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə aparılacağı, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmənin keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmadığı izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşyanın olduğu halda, könüllü çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra saat 12:30 radələrində onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şpirs və kiçik həcmli şüşə qab, əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd “Arqo” adda siqaret qutusu, 2 ədəd alışqan, həmin gödəkçənin sol yan cibindən isə 13 manat (2 ədəd 5 manatlıq, 3 ədəd isə 1 manatlıq pul əskinasları), bir ədəd nömrə və bir ədəd sancaq, o cümlədən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində tünd qəhvəyi rəngdə, toz şəklində, spesifik iyli kütlə aşkar olunmuşdur. Aşkar edilən kağız bükümün içərisi nəzərdən keçirilərkən içərisindəki kütlənin iyindən və görünüşündən narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin elektron tərəzidə çəkisi ölçülmüşdür. Həmin kütlənin çəkisi 0,62 ( sıfır tam yüzdə altmış iki) qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar 01 (bir) ədəd kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Qeyd olunan narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırımış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmış, bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd bükümdəki kütlənin narkotik vasitə “heroin” olduğunu, həmin “heroin”i özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 10 radələrində hazırda yaşadığı şəhərin Günəşli bağlar massivi 8-ci ev 26-dan çıxıb öz işimlə əlaqədar qonşu küçəyə Günəşli bağlar massivi 7-ci küçəyə piyada gəzərək keçən zaman oradan səkinin kənarından bükülünün içərisində olan həmin narkotik vasitəni taparaq gələcəkdə istifadə etmək məqsədi ilə əyninə geyindiyi göy rəngli cins şalvarın sağ yan cibinə qoyub gizlədərək üstündə saxladığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclası zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində bir daha təsdiq etmişdir. Məhkəmə iclası zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə saxladığını və istifadəçisi olduğuna görə tutulmuş Təqsirləndirilən şəxs doğma övladıdır. Oğlu Elşad bundan əvvəl də 2 dəfə məhkumluq həyatı yaşamışdır. Sonuncu məhkumluğu da narkotik vasitə saxlaması ilə bağlı olmuşdur. xx.xx.2022-ci ildə oğlu cəzasını çəkib azadlığa buraxılmışdır. 1 ay dayansa da, 2023-cü ilin yanvar ayından etibarən yenidən vəziyyətinin pisləşməsini müşahidə etmiş, bir müddət sonra Elşad narkotik vasitələrdən yenidən istifadə etməyə davam etməsi ona məlum olmuşdur. Belə ki, o, fərdi işlərlə məşğul olub qazandığı bütün pulu narkotik vasitələrə vermiş, arada bir də ondan narkotik vasitə almağa görə pul istəmişdir. Ona rəhmi gəldiyindən narkoitik vasitə alması üçün 25 manat pul vermişdir. Bir müddət sakitləşib yenə pul istəmişdir. Ona pul verməyinin səbəbi isə ağrıya dözə bilməməsi olmuşdur. Lakin, son vaxtlar vəziyyəti daha da pisləşdiyindən onun azadlıqda qalmağının sonunu yaxınlaşdırmasını başa düşmüşdür. Bu səbəbdən də onun məsuliyyətə cəlb edilməsi üçün Mingəçevir şəhər prokurorluğuna ərizə ilə mücaciət etmişdir. Oğlunun üstündə böyük ehtimalla narkotik vasitə heroin gəzdirməsinə əmin olduğundan tam arxayın müraciət etmişdir. 2 gün keçmiş Elşadın Mingəçevir polisinin əməkdaşları tərfindən yaşadığı evin qarşısında saxlayıb aparanda üstündən narkotik vasitə heroin, narkotiki istifadə etmək üçün şpris və şüşə ampula aşkar olunmasını öyrənmişdir. Hazırda oğlu həbsdədir. İşdə olan Təqsirləndirilən şəxs üzərində video çəkiliş tətbiqi ilə şəxsi axtarış aparılmasına dair tərtib edilmiş 29 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, qeyd edilən gün saat 12:30-dan 12:40-dək olan müddət ərzində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şpirs və kiçik həcmli şüşə qab, əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd “Arqo” adda siqaret qutusu, 2 ədəd alışqan, həmin gödəkçənin sol yan cibindən isə 13 manat (2 ədəd 5 manatlıq, 3 ədəd isə 1 manatlıq pul əskinasları), bir ədəd nömrə və bir ədəd sancaq, o cümlədən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində 0,62 ( sıfır tam yüzdə altmış iki) qram çəkidə olan narkotik vasitə - heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17\287 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərinə “vət. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş ….kütlə...” sözləri, imzalar və adlar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi – 0,182 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. - 01 (bir) ədəd şprisin və 01 (bir) ədəd şüşə ampulanın içərisində olan cüzi miqdarda maddə hissəcikləri heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək mümükün olmamışdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd şprisin və 01 (bir) ədəd şüşə ampulanın içərisindəki heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə həmin obyektlərlə 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan heroinin müqayisəli (eynilik) tədqiqatını aparmaq mümükün olmamışdır. Heroinin təmiz çəkisi – 0,182 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,132 qram. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 900 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan maddi sübut kimi tanımaq haqqında 27 may 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd şpris, 1 (bir) ədəd şüşə ampula və 1 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə ilkin xalis çəkisi təmiz çəkisi 0,182 qram olmaqla çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə – heroindən məhkəmə-kimyəvi ekpertizasının tədqiqatına 0,050 qram sərf edildikdən sonra qalan qalıq 0,132 qram olan narkotik vasitə - heroin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 4(051)-30/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsə alınmanın əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə yaşadığı müddətdə qonşularından və ictimaiyyətdən Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə heç bir şikayət daxil olmamışdır. İşdə olan Təqsirləndirilən şəxs ailə vəziyyəti haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs 1984-cü il təvəllüdlü həyat yoldaşı X4, 2005-ci il təvəllüdlü oğlu X6 və 2007-ci il təvəllüdlü oğlu X7 vardır. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Məmmədov X2 şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib CM-in 66.2 və 93.1.2-ci maddələri tətbiq edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən təyin edilmiş cəzadan 01 (bir) ay 5 (beş) gün vaxtından əvvəl şərti azad edilməsinə, məhkumluğu ödənilməməsinə və qanunla müəyyən olunmuş qaydada üzərindən götürülməməsinə baxmayaraq islah olunmamış və 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd gümüş-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,182 qram çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə-heroini xx.xx.2023-cü il tarixdə satış məqsədi olmadan əynindəki göy rəngli cins şalvarın sağ yan cibində, gümüş-ağ rəngli kağız bükümün içərisində saxlayaraq daşımış və həmin gün saat 12:10 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri Günəşli Bağ massivi 8-ci küçədə yerləşən 26 №-li fərdi yaşayış evinin yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 12:30-dan 12:40dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin aşkar edilərk götürülmüşdür. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materialarında olan Mingəçevir şəhər Məhkəməsinin 1(051)-60/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edimiş cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-234/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, apellyasiya protesti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il azadlıqdan məhrum etmə cəzası artırılaraq 2 (iki) il 6 (altı) ay müəyyən edilmişdir. Hökm baxılmış apelyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materialarında olan DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Məmmədov X2 şəhər məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib CM-in 66.2 və 93.1.2-ci maddələri tətbiq edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə 02 il 06 ay azadlıqdan məhrum etmə saxlanılıb, xx.xx.2022-ci ildə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılıb, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən təyin edilmiş cəzadan 01 (bir) ay 5 (beş) gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzası başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin səmimi peşmançılıq hissi keçirməsini, himayəsində 1 nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən cinayətin residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CMnin 234.1-ci maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəza çəkmə müddətinin başlanğıcı həbs edildiyi yəni, 29 mart 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93-1.1-cü maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-nin 93-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 74- 1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,132 qram narkotik vasitə heroin qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 71,94 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,132 qram narkotik vasitə heroin qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-98/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-98/2023
21.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver