Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-98/2024 03.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi– Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1982-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2də polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 111-ci bəndinə əsasən narkotik vasitə olan metadonun xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0.02 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd “Kent” markalı siqaret qutusunun içərisində xeyli miqdarda, yəni təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram olan üzərində F/M40 yazısı həkk olunmuş, qəhvəyi rəngli dairəvi formalı 3 ədəd metadon həbini satış məqsədi olmadan idarə etdiyi «VAZ 21012» markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön qapısındakı saxlanc üçün nəzərdə tutulmuş hissəsində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən «Xarıbülbül» şadlıq sarayının qarşısında idarə etdiyi «VAZ 21012» markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən saxlanılaraq Mingəçevir şəhər Polis Şöbəsinə gətirilib ŞPŞ-nin inzibati binasında saat 13:50-dən saat 14:04-dək olan müddət ərzində idarə etdiyi avtomobilə baxış keçirilən zaman həmin çəkidə narkotik vasitə metadon idarə etdiyi etdiyi «VAZ 21012» markalı **- CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön qapısının saxlanc üçün nəzərdə tutulmuş hissəsindən aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, təxminən 4 gün bundan əvvəl, yəni xx.xx.2024-cü il tarixdə özünə avtomobil almaq üçün Bakı şəhərinə getmişdi. Bakı şəhərində olarkən o, istifadəsində olan mobil telefon vasitəsilə bir nəfər tanışından narkotik vaitsə satışı ilə məşğul olan İran vətəndaşının nömrəsini alaraq sonuncu ilə əlaqə saxlamış və danışıqlarına görə həmin şəxs ona 20 manat müqabilində narkotik vasitə olan qurudulmuş marixuana və 4 ədəd metadon həbi satmalı olmuşdur. Daha sonra o, İran Respublikasının vətəndaşının verdiyi kart hesabına 20 manat pul göndərmişdir. Həmin şəxs ona konum atdıqdan sonra Bakı şəhərində Gənclik metrostansiyasının yaxınlığında yerləşən “Şuşa” Kinoteatrının yanından həmin şəxsin atdığı bir ədəd bükümü tapıb götürmüşdür. Sonra isə bükümdə olan narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində saxlamış və aldığı həblərdən bir ədədini istifadə etmişdir. Həmçinin narkotik vasitə qurudulmuş marixuanın da bir hissəsindən istifadə etmişdir. Qalan narkotik vasitələri də istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə yaşadığı evdən çıxarkən qonşusu Namiqdən avtomobilini götürmüşdür. Belə ki, o, qonşusu Namiqə məxsus olan «VAZ 21012» markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobili satın almaq istəyirdi və avtomobili yoxlamaq üçün Namiqdən avtomobili götürmüşdü. Avtomobili aldıqdan sonra isə üzərində olan 3 ədəd metadon həbləri “Kent 8” markalı siqaret qutusuna qoyub avtomobilin sürücü tərəfdən olan sol ön qapısının aşağı hissəsində olan saxlanc yerinə qoymuşdur. İçərisində narkotik vasitə qurudulmuş marixuana olan bükümü isə əynindəki göy rəngi cins şalvarının sağ yan kiçik cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 13 radələrində Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən “Xarıbülbül” şadlıq sarayının qarşısında idarə etdiyi avtomobildə olarkən polis əməkdaşları onu saxlayaraq ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. O da polis əməkdaşları ilə birlikdə idarə etdiyi avtomobillə birlikdə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində X4 ona vəkil təyin olundu və ona hüquqlarını müdafiə edəcəyi izah olundu. Polis şöbəsində vəkilinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmək istədiklərini bildirdilər. Həmçinin bildirmişlər ki, üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə ediləcəkdir. O da üzərinə şəxsi axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirildi. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ kiçik yan cibindən 1 ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kağız bükümdə olan kütlə elektron tərəzisində çəkilmiş və həmin kütlənin ümumi çəkisi 0,39 qram olmuşdur. Narkotik vasitə tərəzidə çəkildikdən sonra həmin 1 ədəd kağız bükümdə olan kütlə onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Sonra polis əməkdaşları üzərinə baxış zamanı yazmış olduqları protokolu oxumuş və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Həmçinin o, həmin narkotik vasitəni təxminən 4 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə Bakı şəhərində tanımadığı İran vətəndaşı ilə əlaqə saxlayaraq əldə etdiyini, həmin şəxsdən əlavə olan 4 ədəd metadon həblərini əldə etdiyini, əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuanadan bir qədər istifadə etdiyini, metadon həblərindən 1 ədədini istifadə etdiyini, metadon həblərinin isə hazırda saxlanılan zaman idarə etdiyi avtomobildə olmasını bildirmişdir. Bundan sonra idarə etdiyi avtomobilə baxış keçirilməsinə etiraz etməmişdir. Onun vəkilinin və digər şəxslərin iştirakı ilə idarə etdiyi, qonşusu Namiqə məxsus olan «VAZ 21012» markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobil sol ön sürücü oturacağının yanında avtomobilin qapısına qoyduğu 1 ədəd Kent 8 markalı siqaret qutusunun içərisində olan 3 ədəd metadon həbləri aşkar olunaraq götürülmüşdür. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş 3 ədəd metadon həbləri olan elektron tərəzisində çəkilmiş və həmin həblərin ümumi çəkisi 1,83 qram olmuşdur. Narkotik vasitə tərəzidə çəkildikdən sonra həmin 3 ədəd həblər onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Sonra polis əməkdaşları üzərinə baxış zamanı yazmış olduqları protokolu oxumuş və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Üzərindən və idarə etdiyi avtomobildən aşkar olunan narkotik vasitələri şəxsi istifadə məqsədilə üzərində saxlamışdır. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Mingəçevir ŞPŞ-də CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində o və Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid2 və Ruşanov X5 şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, Xarı Bülbül şadlıq sarayı yaxınlığında idarə etdiyi VAZ 21012 markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olan zaman görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və idarə etdiyi VAZ 21012 markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir ŞPŞ-yə gətirilmişdir. Polis şöbəsinə vəkil növbətçilik cədvəli üzrə X4 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd ağ rəngli kağız büküm aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ağ rəngli kağız büküm açıldıqda içərisindən spesifik rəngindən və iyindən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar olunmuşdur. Həmin narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Həmçinin narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilmişdir. İçərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan bükümün çəkisi 0.39 qram oldu. Həmin narkotik vasitəyə oxşar kütlələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd ağ rəngli kağız bükümün içərisindəki kütlənin qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananın özünə məxsus olduğunu, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını və həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Bakı şəhərində tanımadığı İran Respublikası vətəndaşından 20 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21012 markalı **- CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə vəkili X1 və proses iştirakçılarının iştirakı ilə baxış keçirilən zaman avtomobilin sol ön qapısının saxlanc yerindən bir ədəd Kent markalı siqaret qutusunun içərisində 3 ədəd üzərində M40 yazısı həkk edilmiş metadon həbləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21012 markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön qapısında 1 ədəd Kent markalı siqaret qutusunun içərisindən aşkar edilmiş 3 ədəd üzərində M40 yazısı olan həblərin narkotik vasitə olan metadon olduğunu və həmin həblərin ona məxsus olmasını bildirmişdir. Həmçinin o sorğuya cavab olaraq xx.xx.2024-cü il taixdə tanımadığı İran Respublikası vətəndaşından 4 ədəd metadon həblərini alan zaman bir ədəd ağ rəngli kağız bükümdə qurudulmuş marixuana da almışdır. Həmin narkotik vasitəyə oxşar həblər zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Mingəçevir ŞPŞ-nin ƏRQ-nun polis nəfəri, polis serjantı Şahid3 da Şahid1 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid4 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, Şahid4 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Onun atası Nikolay Abbasov ilə yaxşı münasibəti olmuşdur. Nadirin onun böyük oğlu Natiqlə yaxın münasibəti var. VAZ 21124 markalı ** CO *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və 2021-ci il tarixdə almışdır. Həmin vaxtdan avtomobil onun idarə etməsində olmuşdur. Təxminən 1 ay olar ki, avtomobildən istifadə etmədiyinə görə onda müəyyən nasazlıqlar yaranmışdır. Ona görə də bir dəfə evakuator vasitəsilə avtomobili təmir etdirmək üçün usta yanına aparmışdır. Bu işdə də Nadir ona kömək etmişdir. Çünki Nadir əvvəl özü avtomobil alqı-satqısı ilə məşğul olduğundan və avtomobil təmirindən məlumatlı olduğundan yenidən avtomobilim nasaz olduğuna görə Nadirdən avtomobili yenidən ustaya aparmasını xahiş etmişdir. Buna görə də xx.xx.2024cü il tarixdə səhər saatlarında avtomobili təmir etmək məqsədilə ustaya aparması üçün Nadirə vermişdir. Həmin vaxt avtomobildə hər hansı qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet olmamışdır. Bundan bir qədər sonra o, elə Mingəçevir şəhəri, 20 Yanvar küçəsində “Xarıbülbül” şadlıq sarayının yaxınlığında olan “Oba” marketdə olan zaman polis əməkdaşlarının avtomobildə olan Nadirə yaxınlaşmasını görmüşdür. Həmin vaxt o, Nadirin hansı səbəbdən saxlanılmasını bilməmişdir. Sonradan isə Nadirin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına görə saxlanılması barədə məlumatı olmuşdur. Həmçinin o, avtomobilində narkotik vasitə metadon olmasından məlumatsız olmasını və həmin metadonların ona məxsus olmadığını bildirmişdir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan göy rəngli şalvarın sağ kiçik cibindən ağ rəngli kağız bükümdə içərisində narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Baxış zamanı həmin kütlə elektron tərəzi ilə çəkilmiş, həmin kütlənin çəkisinin 0.39 qram olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli baxış və götürmə keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21012 markalı **- CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman sol ön qapısının saxlanc yerindən 1 ədəd Kent markalı siqaret qutusunun içərisindən 3 ədəd Metadon M40 adlı həb aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş həblər elektron tərəzi ilə çəkilmiş və ümumi çəkisinin 1.83 qram olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/1403 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: Azərbaycan Respublikası DİN Zərflər üçün N 76 dairəvi möhür əksi..”Vət. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş ..” yazısı və imzalar olan zərfdəki üzərində “Methadone 40” markalanma göstəricisi olan 3 ədəd konvalyutda 3 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 3 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edir (üzərindəki göstəriciyə əsasən bir həbdə 0,04 qr metadon olmaqla). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/253 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində ”vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə.” sözləri və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd kağız bükümdə, təmiz çəkisi- 0,17 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 418 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metadondan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispenserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 3 ədəd narkotik vasitə olan metadon həblərindən 1 ədədi tədqiqatlara sərf olunduqdan sonra qalan 2 ədəd narkotik vasitə olan metadon həbləri maddi sübut kimi tanınması və saxlanca verilməsi nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan metadonu haradan əldə etməsini müəyyən edilməsi üçün cinayət işindən material ayrılması, iş üzrə Təqsirləndirilən şəxs üzərindən təmiz çəkisi 0.17 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi faktına görə barəsində AR İXM-in müvafiq maddəsində nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməsi qərara alınmış, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə təqsirləndirilən şəxs Şahid4 barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd “Kent” markalı siqaret qutusunun içərisində xeyli miqdarda, yəni təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram olan üzərində F/M40 yazısı həkk olunmuş, qəhvəyi rəngli dairəvi formalı 3 ədəd metadon həbini idarə etdiyi «VAZ 21012» markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön qapısındakı saxlanc üçün nəzərdə tutulmuş hissəsində saxlayıb daşımaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd “Kent” markalı siqaret qutusunun içərisində xeyli miqdarda, yəni təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram olan üzərində F/M40 yazısı həkk olunmuş, qəhvəyi rəngli dairəvi formalı 3 ədəd metadon həbini satış məqsədi olmadan idarə etdiyi «VAZ 21012» markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön qapısındakı saxlanc üçün nəzərdə tutulmuş hissəsində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən «Xarıbülbül» şadlıq sarayının qarşısında idarə etdiyi «VAZ 21012» markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən saxlanılaraq Mingəçevir şəhər Polis Şöbəsinə gətirilib ŞPŞ-nin inzibati binasında saat 13:50-dən saat 14:04-dək olan müddət ərzində idarə etdiyi avtomobilə baxış keçirilən zaman həmin çəkidə narkotik vasitə metadon idarə etdiyi etdiyi «VAZ 21012» markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön qapısının saxlanc üçün nəzərdə tutulmuş hissəsindən aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında tam, hərtərfli və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin himayəsində bir nəfər azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il tarixdə doğulmuş yetkinlik yaşına çatmamış Aylin və xx.xx.2011-ci il tarixdə doğulmuş Nəzrin adlı azyaşlı uşağı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş və onun barəsində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.2–ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024–cü il tarixli “qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, o, xx.xx.2024-cü il tarixdə saxlandığı Mingəçevir ŞPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 3 ədəd narkotik vasitə olan metadon həblərindən 1 ədədi tədqiqatlara sərf olunduqdan sonra qalan 2 ədəd narkotik vasitə olan metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekpertiza tədqiqatının dəyəri olan 148,55 (bir yüz qırx səkkiz manat əlli beş qəpik) manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq, 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 3 ədəd narkotik vasitə olan metadon həblərindən 1 ədədi tədqiqatlara sərf olunduqdan sonra qalan 2 ədəd narkotik vasitə olan metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 148 manat 55 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-98/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-98/2024
03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver