Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-98/2025 01.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Təqsirləndirilən şəxs, müdafiəçi Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1988-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 №-li qərarı ilə təsdiq edilmiş «Yaşıllıqların götürülməsi Qaydası»nm təsdiq edilməsi haqqında qərarın 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirildiyi halda, qeyd olunan qərarları əldə etmədən 2024-cü ilin fevral ayının ortalarında şəxsiyyəti istintaq məlum olmayan şəxsin vasitəsilə Mingəçevir şəhər ərazisində “Azərkabel” zavodunun yardımçı təsərrüfat sahəsinin yerləşdiyi dövlət mülkiyyəti ərazisinə məxsus torpaq sahəsində meşə fonduna daxil olmayan köküstə yaş vəziyyətdə bioloji inkişafda olan 8 sm diametrli 1 ədədinin dəyəri 100 manat olmaqla 2 ədəd 200 manat dəyərində, 10 sm diametrli 1 ədədinin dəyəri 120 manat olmaqla 2 ədəd 240 manat dəyərində, 12 sm diametrli 1 ədədinin dəyəri 120 manat olmaqla 4 ədəd 480 manat dəyərində, 15 sm diametrli 1 ədədinin dəyəri 150 manat olmaqla 4 ədəd 600 manat dəyərində, 16 sm diametrli 1 ədədinin dəyəri 150 manat olmaqla 3 ədəd 450 manat dəyərində, 17 sm diametrli 1 ədədinin dəyəri 180 manat olmaqla 2 ədəd 360 manat dəyərində,18sm diametrli 1 ədədinin dəyəri 180 manat olmaqla 4 ədəd 720 manat dəyərində, 20 sm diametrli 1 ədədinin dəyəri 180 manat olmaqla 14 ədəd 2520 manat dəyərində, 22 sm diametrli 1 ədədinin dəyəri 200 manat olmaqla 3 ədəd 600 manat dəyərində, 23 sm diametrli 1 ədədinin dəyəri200 manat olmaqla 1 ədəd 200 manat dəyərində, 25 sm diametrli 1 ədədinin dəyəri 250 manat olmaqla 1 ədəd 250 manat dəyərində, 30 sm diametrli 1 ədədinin dəyəri 300 manat olmaqla 4 ədəd 1200 manat dəyərində, 40 sm diametrli 1 ədədinin dəyəri 400 manat olmaqlal ədəd 400 manat dəyərində ümumilikdə 8,220 manat dəyərində iydə cinsindən olan ağacları qanunsuz olaraq kökündan çıxarıb götürərək təbiətə xeyli miqdarda maddi ziyan vurmuşdur. Qeyd olunan əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsi ilə özünü təqsirli qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2i ünvanında qeydiyyatda olan X5 ona, Mingəçevir şəhəri Az.Dres qəsəbəsində yerləşən özünün (Kamil Cəbrayılovun) xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək və əkin işləri aparmaq məqsədilə notarial qaydada xx.xx.2023-cü il tarixdə 999329 nömrəli Etibarnamə üzrə səlahiyyətlər vermişdir. Sözügedən torpaq sahəsini 2023-cü ilin dekabr ayının son günlərindən 2024-cü ilin yanvar ayının 14-ü tarixədək şumlatdırmağa başlatmışdır. 14 yanvar 2024-cü il tarixdə əkin sahəsində şumlama işləri başa çatmışdır. 2024-cü ilin fevral ayının gününü xatırlamadığı tarixində əkin sahəsinin baş tərəfində və əkin sahəsinə həmsərd torpaq ərazisində yerləşən kolluq ərazidə yerləşən köküstəyaş halda olan iydə cinsinə aid ağaclar onun həmin əkin sahəsində əkin işləri aparmağına mane olduğu üçün həmin iydə ağaclarını həmin ərazidən çıxarmaq qərarına gəlmişdir. Bundan sonra o, əkin sahəsində olan iydə ağaclarını çıxarmaq üçün traktor axtarmışdır. Belə ki, 2024-cü ilin fevral ayının gününü xatırlamadığı tarixində əkin sahəsinə idarə etdiyi Niva markalı avtomobillə gedərkən Az.Dres qəsəbəsi Vaqonlar massivində qarşıdan traktor gəldiyini görüb saxlatmışdır. O, avtomobildən düşərək traktora tərəf getmişdir. Traktorun sürücüsü ilə salamlaşıb ona (sürücüyə) idarə etdiyi traktor vasitəsilə əkin sahəsində iydə ağaclarını çıxartmağı təklif etmişdir. Traktorun sürücüsü ilk növbədə onun fikri ilə razılaşmamışdır. O, isə məsuliyyəti üzərinə götürərək, hər hansı problem olarsa o, həll edəcəyini və görəcəyi işin müqabilində 300 manat pul verəcəyini bildirmişdir. Bundan sonra traktorun sürücüsü onunla razılaşmışdır. Daha sonra o, həmin traktorun sürücüsünə arxası ilə gəlməsini bildirmişdir. Təxminən bir neçə dəqiqə getdikdən sonra əkin sahəsinə çatmışlar. Əkin sahəsinə çatdıqda sonra o, idarə etdiyi Niva markalı avtomobili iydə ağacları olan əraziyə sürmüşdür. Traktorun sürücüsüdə onun ardınca həmin əraziyə gəlmişdir, iydə ağacları olan əraziya gəldikdən sonra traktorun sürücü sözügedən əkin sahəsinin ərazisində yerləşən 12 ədəd köküstəyaş halda olan iydə cinsinə aid ağacları onun göstərişi ilə qazaraq kökündən çıxarmış və əkin sahəsinin kənarına yığmışdır. X5 ona Mingəçevir şəhəri Az.Dres qəsəbəsində yerləşən həmin torpaq sahəsindən istifadə etmək və əkin işləri aparmaq məqsədilə notarial qaydada xx.xx.2023-cü il tarixdə 999329 nömrəli Etibarnamə üzrə səlahiyyətlər vermişdir. O, həmin sözügedən torpaq sahəsində şumlama işləri apararkən həmin ərazidə yalnız 12 ədəd köküstə yaş halda olan iydə cinsinə aid ağaclar olmuşdur. Həmin ərazidən yalnız 12 ədəd iydə ağacı çıxartmışdır. Yerdə qalan 33 ədəd iydə ağacını kimin məhv etməsi ilə bağlı xəbəri və ya hər hansı məlumatı yoxdur. O, qeyd edilən ərazidən köküstəyaş halda olan iydə cinsinə aid ağacları onun göstərişi ilə çıxardan traktorun sürücüsünü tanımır, həmin şəxsi ilk dəfə idiki görmüşdür və həmin gündən sonra heç bir əlaqəsi olmamışdır. 12 ədəd iydə cinsindən olan ağacları həmin ərazidən götürülməsi ilə bağlı rəsmi qaydada heç bir orqana müraciət etməmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş hüquqi şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə vermiş olduğu ifadəsində göstərmişdir ki, 2022-ci ildən etibarən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsində aparıcı məsləhətçi-müfəttiş vəzifəsində çalışır. 18 aprel 2024-cü il tarixində idarənin mühafizə yegeri Bəhruz Mustafayev ilə birlikdə idarədə tərtib edilmiş monitorinq aktının icrası ilə əlaqədar Mingəçevir şəhəri ərazisində, keçmiş “Azərkabel” zavodunun yardımçı təsərrüfat sahəsinə baxış keçirmişlər. Araşdırma zamanı həmin ərazidə ümumilikdə 45 ədəd kökündən çıxarılmış və sahənin kənarına yığılmış iydə ağacları mövcud olması müəyyən etmişlər. Onların diametrləri 2 ədəd - 8 sm, 2 ədəd - 10 sm, 4 ədəd - 12 sm, 4 ədəd - 15 sm, 3 ədəd - 6 sm, 1 ədəd - 7 sm, 1 ədəd - 23 sm, 1 ədəd - 25 sm, 4 ədəd - 30 sm, 1 ədəd - 40 sm olması müəyyən olunmuşdur. Torpaq sahəsinin istifadəçisi Təqsirləndirilən şəxs izahatında, torpaq sahəsində şumlama işlərinin sonuncu tərəfindən aparılmasını, lakin ağacların çıxarılmasından məlumatı olmamasını bildirmişdir. Araşdırma nəticəsində tərəfindən 76 nömrəli akt tərtib edilmişdir. Qeyd edilən ərazidən iydə ağaclarının qanunsuz olaraq kim tərəfindən götürülməsi ilə bağlı dəqiq heç nə deyə bilməməsə də, lakin ərazidə şumlama işlərinin Təqsirləndirilən şəxs tərəfindən aparılmasını və ağacların da məhz həmin sahədən çıxarılmasını bildirmişdir. Həmin ərazidən ümumilikdə 45 ədəd iydə ağacının çıxarılması nəticəsində, Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 saylı qərarına əsasən, 8 sm diametrli 1 ədədinin dəyəri 100 manat olmaqla 2 ədəd 200 manat dəyərində, 10 sm diametrli 1 ədədinin dəyəri 120 manat olmaqla 2 ədəd 240 manat dəyərində, 12 sm diametrli 1 ədədinin dəyəri 120 manat olmaqla 4 ədəd 480 manat dəyərində, 15 sm diametrli 1 ədədinin dəyəri 150 manat olmaqla 4 ədəd 600 manat dəyərində, 16 sm diametrli 1 ədədinin dəyəri 150 manat olmaqla 3 ədəd 450 manat dəyərində, 17 sm diametrli 1 ədədinin dəyəri 180 manat olmaqla 2 ədəd 360 manat dəyərində, 18 sm diametrli 1 ədədinin dəyəri 180 manat olmaqla 4 ədəd 720 manat dəyərində, 20 sm diametrli 1 ədədinin dəyəri 180 manat olmaqla 14 ədəd 2520 manat dəyərində, 22 sm diametrli 1 ədədinin dəyəri 200 manat olmaqla 3 ədəd 600 manat dəyərində, 23 sm diametrli 1 ədədinin dəyəri 200 manat olmaqla 1 ədəd 200 manat dəyərində, 25 sm diametrli 1 ədədinin dəyəri 250 manat olmaqla 1 ədəd 250 manat dəyərində, 30 sm diametrli 1 ədədinin dəyəri 300 manat olmaqla 4 ədəd 1200 manat dəyərində, 40 sm diametrli 1 ədədinin dəyəri 400 manat olmaqla 1 ədəd 400 manat dəyərində ümumilikdə 8,220 manat məbləğində ziyan dəyməsini bildirmişdir. Odur ki, məhkəmədən yekun qərar qəbul edilərkən ifadəsində göstərilən halların nəzərə alınmasını xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, keçmiş “Azərkabel” zavodunun yardımçı təsərrüfat sahəsində yerləşən 52,1 hektar torpaq sahəsi faktiki olaraq ona məxsus olsa da, həmin ərazi bibisi oğlu X2 adına rəsmiləşdirilmişdir. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Təqsirləndirilən şəxs 2023-cü ilin may ayında kənd təsərrüfatı ilə məşğul olmaq məqsədilə həmin torpaq sahəsini subicarəyə götürmüşdür. Kamil Cəbrayılov onun razılığı ilə 10 illik müddətə Təqsirləndirilən şəxs etibarnamə vermişdir. Kamil Cəbrayılov bu torpaq sahəsini 2001-ci ildə Mingəçevir Şəhər İcra Hakimiyyətindən 50 illik müddətə icarəyə götürmüşdür. Ümumi torpaq sahəsinə görə o, illik 6,000 manat icarə haqqı ödəməyə razılaşmışdır. Təqsirləndirilən şəxs 2024-cü ilin ilk günlərində torpaq sahəsini əkin işləri aparmaq məqsədilə şumlatdırmışdır. 14 yanvar 2024-cü il tarixində şumlama işləri başa çatmışdır. 2024-cü ilin aprel ayında Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onunla əlaqə saxlayaraq torpaq sahəsində ağacların qanunsuz götürüldüyünü bildirmişlər. Sonradan ona həmin ərazidən 45 ədəd iydə ağacı qanunsuz olaraq çıxarılması məlum olmuşdur. İş üzrə şahid qismində tanınmış Şahid2 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına sədrlik edən hakim tərəfindən şahidin istintaq zamanı vermiş olduğu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 30 may 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər ərazisində “Azərkabel” zavodunun yardımçı təsərrüfat sahəsinə baxış keçirilən zaman həmin ərazidə 45 ədəd iydə cinsinə məxsus ağacların kökündən çıxarılmış formada olması aşkar olunmuşdur. (İ cild i.v. 23-25). 24 dekabr 2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Fərzəliyev X3 şəhər ərazisində “Azərkabel” zavodunun yardımçı təsərrüfat sahəsində şəxsiyyəti ona məlum olmayan şəxsdən kökündən çıxartmasını xahiş etdiyi 12 ədəd iydə cinsinə ağacın yerləşdiyi yeri göstərərək ifadəsində göstəridiyi xüsusatları təsdiq etmişdir. (İ cild i.v. 75). xx.xx.2025-ci iltarixli baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi “Google Earth” mobil tətbiqindən Mingəçevir şəhər ərazisində “Azərkabel” zavodunun yardımçı təsərrüfat sahəsində iydə ağaclarının yerləşdiyi ərazinin 5 sentyabr 2022ci il tarixli, 22 may 2023-cü il tarixli və 27 fevral 20224-cü il tarixli görüntüləri əks olunmuşdur. (İ cild i.v. 140). 13 saylı X7 Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə Mingəçevir şəhər ərazisində “Azərkabel” zavodunun yardımçı təsərrüfat sahəsinə baxış keçirilmiş, baxış zamanı sözügedən ərazi şumlanması, təqribən 0.10 ha ərazinin təmizləndiyi, şuma hazır vəziyyətə gətirildiyi aşkar edilmişdir. Həmçinin baxış zamanı, şumlanmış və şuma hazırlıq işi aparılmış sahədə iydə cinsindən olan 2 ədəd 8 sm diametrli, 2 ədəd 10 sm diametrli, 4 ədəd 12 sm diametrli, 4 ədəd 15 sm diametrli, 3 ədəd 16 sm diametrli, 2 ədəd 17 sm diametrli, 4 ədəd 18 sm diametrli, 14 ədəd 20 sm diametrli, 3 ədəd 22 sm diametrli, 1 ədəd 23 sm diametrli, 1 ədəd 25 sm diametrli, 4 ədəd 30 sm diametrli, 1 ədəd 40 sm diametrli ümumilikdə 45 ədəd ağacların kökündən çıxarıldığı, sahənin qırağına iki hissədə cəm şəkildə qalaqlandığı və bir qisminin yandırıldığı, eyni zamanda ağacların müayinəsi zamanı köküstə yaş halda olaraq məhv edilməsi, sahədə qalmış iydə cinsindən olan ağacların kök hissələrinin bioloji inkişafda olduğu, yəni cücərtilərin olması, qalaqlanmış ağacların budaqlarının elastik olması, budaqlarda tumurcuqlarm olması, kök hissəsinin rənginin şəffaf olması və saçaq köklərinin möhkəm olması müəyyən edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs dəyəri 8.220 (səkkiz min iki yüz iyirmi) manat təşkil edən iydə cinsindən olan ağacları qanunsuz olaraq kökündən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin vasitəsilə 2024-cü ilin fevral ayının ortalarında qanunsuz kəsərək, təbiətə xeyli miqdarda maddi ziyan vurması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 №-li qərarı ilə təsdiq edilmiş «Yaşıllıqların götürülməsi Qaydası»nın təsdiq edilməsi haqqında qərarın 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirildiyi halda, qeyd olunan qərarları əldə etmədən 2024-cü ilin fevral ayının ortalarında şəxsiyyəti istintaq məlum olmayan şəxsin vasitəsilə Mingəçevir şəhər ərazisində “Azərkabel” zavodunun yardımçı təsərrüfat sahəsinin yerləşdiyi dövlət mülkiyyəti ərazisinə məxsus torpaq sahəsində meşə fonduna daxil olmayan köküstə yaş vəziyyətdə bioloji inkişafda olan 8 sm diametrli 1 ədədinin dəyəri 100 manat olmaqla 2 ədəd 200 manat dəyərində, 10 sm diametrli 1 ədədinin dəyəri 120 manat olmaqla 2 ədəd 240 manat dəyərində, 12 sm diametrli 1 ədədinin dəyəri 120 manat olmaqla 4 ədəd 480 manat dəyərində, 15 sm diametrli 1 ədədinin dəyəri 150 manat olmaqla 4 ədəd 600 manat dəyərində, 16 sm diametrli 1 ədədinin dəyəri 150 manat olmaqla 3 ədəd 450 manat dəyərində, 17 smdiametrli Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 259.1–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 259.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” olmaqla, qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 (bir) nəfər azyaşlı uşağının olmasını, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş və onun barəsində 1 saylı MİS-ə heç bir şikayət daxil olmamışdır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü X6 adlı 1 nəfər azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə təbiətə maddi ziyan vurulması, habelə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlinə görə vurulmuş maddi ziyan ödənilməsə də, bununla bağlı zərərçəkmiş hüquqi şəxs tərəfindən cinayət mühakimə icraaatı zamanı mülki iddia verilməmişdir. Bununla belə məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344– 349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №1(051)-98/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-98/2025
01.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver