Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-99/2021 01.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 0l.10.1974-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir Şəhər Məhkəməsinin 21.02.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddələri ilə təqsirli bilinərək 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02.11.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış, barəsində 31.01.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd qara rəngli sellofan bükümünün içərisində təmiz çəkisi 460 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı yaşadığı ünvan 3 ünvanında olan soyuducunun içərisində gizlədərək saxlamış və 29.01.2021-ci il tarixdə saat 12 radələrində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan bükümünün içərisində təmiz çəkisi 39,980 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəki satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki qara rəngli qolsuz gödəkcəsinin sol yan cibində gizlədib saxlayaraq daşımışdır. 29.01.2021-ci il tarixdə Mingəçevir şəhər X2 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti, 36 saylı evin yaxınlığında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 19 radələrində üzərinə şəxsi axtarış keçirilərkən, 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi, həmin siyahının 19-cu bəndində tiryəkin şəxsi istehlak miqdarının yuxarı həddi 0,5 qram müəyyən edildiyi halda onun əynində olan qara rəngli qolsuz gödəkcəsinin sol yan cibindən 39,980 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitətiryək, həmçinin özünün ərizəsi əsasında yaşadığı mənzilə baxış keçirilərkən eyvanda olan soyuducunun içərisindən təmiz çəkisi 460 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 29 yanvar 2021 -ci il tarixdə saat 12 radələrində N.Nərimanov küçəsi ilə tək piyada keçən zaman “Kosmos” şadlıq sarayının yaxınlığında yerdən 1 ədəd şəffaf sellofan bükümünü görüb götürmüş, açıb baxdıqda bükümün içində narkotik vasitə olduğunu bilmişdir. Çünki özü əvvəllər də narkotik vasitələrdən istifadə etmişdir. Həmin bükümü əynində olan qara rəngli qolsuz gödəkcənin sol yan cibinə qoyaraq gizlətmişdir. 29.01.2021-ci il tarixdə saat 19 radələrində yaşadığı evin yaxınlığında olan zaman həmin narkotik vasitə də üzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O. da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində X6 ona vəkil təyin olunmuş və onun hüquqlarını müdafiə edəcəyi ona izah olunmuşdur. Polis şöbəsində müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Həmçinin ona üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə ediləcəyi bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa, çıxarıb təqdim etməsi ona bildirilmişdir. O da üzərində narkotik vasitə olduğunu bildirərək əynində olan qara rəngli qolsuz gödəkcənin sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümündə olan narkotik vasitə - tiryəkə bənzər kütləni və həmin gödəkcənin sağ cibindən 1 qutu siqareti, 1 ədəd alışqan, 1 ədəd “Nokia” markalı mobil telefon, əynimdə olan tünd göy rəngli cins şalvarın sol cibindən 1 qutu siqaret və 1 ədəd beş manatlıq əskinazı könüllü olaraq təqdim etmişdir. Təqdim etdiklərindən başqa üzərində hər hansı əşya olmadığını bildirdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi əşyalardan başqa digər əşya və ya saxlanılması qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi qara rəngli qolsuz gödəkcəmin sol yan cibində gizlətdiyi 1 ədəd şəffaf sellofan bükümü açılıb baxıldıqda bükümdə olan kütlənin kəskin iyə malik narkotik vasitə tiryəkə bənzər kütlə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçılarının yanında üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan kütlə tərəzidə çəkildi, tiryəkə bənzər kütlənin ümumi çəkisi 40,36 qram oldu. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitə olan tiryəki 29.01.2021-ci il saat 12 radələrində Mingəçevir şəhəri, N.Nərimanov küçəsi ilə tək piyada keçən zaman “Kosmos” şadlıq sarayının yaxınlığında yerdən 1 ədəd şəffaf sellofan bükümdə yerdə tapmışdır. Tərəzidə çəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə o da imza etmişdir. Sonra polis işçiləri üzərinə baxış zamanı yazmış olduqları protokolu oxudular və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Daha sonra onun yazılı razılığı ilə yaşadığı evə baxış keçirilmiş və mənzilin eyvanında olan soyuducunun içərisinə qoyduğu içərisində qurudulmuş marixuana olan qara rəngli sellofan torba aşkar olunaraq götürülmüşdür. Belə ki, o, təxminən 2020-ci ilin avqust ayında “Mingəçevir kəndi” adlandırılan ərazidə Kür çayının kənarından çətənə bitkisini yığaraq qurudub torbaya yığıb yaşadığı evə gətirmiş və həmin narkotik vasitənin müalicə üçün olduğunu və başqa şəxsə aid olduğunu demişdir. Yaşadığı evdən aşkar olunmuş həmin qurudulmuş marixuana tərəzidə çəkilmiş və çəkisi 466 qram olmuşdur. Həmin narkotik vasitə olan qurudulmuş marixuananı da satmaq məqsədi olmamış, ondan yalnız 1 kibrit qutusu götürərək istifadə etdiyini bildirmişdir. Əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 29.01.2021-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zaman Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 saylı binanın yaxınlığında olan zaman onu görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirilib polis şöbəsinə dəvət olunmuşdur. Bundan sonra Mahmudov X5 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil X6 dəvət olunmuş və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə, video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkcəsinin sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümü könüllü olaraq təqdim etmişdir.Təqdim olunmuş həmin şəffaf sellafona bükülmüş büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən onun əynində olan qara rəngli qolsuz gödəkcəsinin sol yan cibindən aşkar olunmuş 1 ədəd şəfaf sellofan bükümün içərisində tiryəkə oxşar narkotik vasitə olan kütlə müəyyən edilmiş, həmin narkotik vasitəyə oxşar həmin sellafona bükülmüş büküm elektron tərəzidə çəkilmişdir. Narkotik vasitə tiryəkə oxşar kütlənin ümumi çəkisi isə 40,36 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərflərin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd şəffaf sellofana bükülmüş bükümdə olan kütlənin tiryək və həmin narkotik vasitəni 29.01.2021-ci il tarixdə təxminən saat 12 radələrində Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən “Kosmos” şadlıq sarayının yaxınlığından piyada keçərkən yerdən taparaq əynindəki qara rəngli qolsuz gödəkcəsinin sol yan cibinə qoyub üstündə saxladığını bildirmişdir. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 saylı binanın 33 saylı mənzilində istifadə etmək məqsədilə narkotik vasitə saxladığını bildirmişdir. Ona görə də 29.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs vermiş olduğu ərizə əsasında onun yaşadığı ünvana ünvan 4əkdaşları Şahid2, Şahid3, mənim və vəkil X1 iştirakı ilə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilin eyvanında olan soyuducunun içərisində qara rəngli sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirərək, onu təqdim etdi. Təqdim olunmuş həmin qara rəngli sellafon torba Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən 1 ədəd qara rəngli sellofan torbanın içərisində qurudulmuş marixuanaya oxşar narkotik vasitə olan kütlə müəyyən edildi. Həmin qara sellafon torbada olan narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkildi. Narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi isə 466 qram oldu. Həmin narkotik vasitəyə oxşar kütlə qablaşdırıldı, üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürləndi və zərflərin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalandı. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilib götürülmüş bir ədəd qara rəngli sellofana torbada olan kütlənin qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni 2020-ci ilin avqust aynda Mingəçevir kəndi adlandırılan ərazidə Kür çayının kənarından yabanı şəkildə yetişmiş çətənə bitkisini yığaraq qurudub torbaya yığıb istifadə etmək məqsədilə yaşadığı evə gətirdiyini və bu məqsədlə yaşadığı mənzilin eyvanındakı soyuducunun içərisində saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan 29.01.2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli qolsuz gödəkcəsinin sol yan cibində gizlədərək saxladığı 01 (bir) ədəd şəffaf sellofan bükümünün içərisində çəkisi 40.36 qram olan narkotik vasitə-tiryək aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan 29.01.2021-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti 36 saylı binanın 33 saylı mənzilinə baxış keçirilən zaman onun mənzilin eyvanındakı soyuducunun içərisində gizlədərək saxladığı 01 (bir) ədəd qara rəngli sellofan torbanın içərisində çəkisi 466 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizası və məhkəmə-kimyəvi ekspertizasının 30.01.2021-ci il tarixli 17/80 №-li rəyinə əsasən, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 39,980 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim edilmiş üzərinə yapışdırılmış vərəqədə Təqsirləndirilən şəxs mənzilindən aşkar edilib götürülmüş narkotik...” sözləri qara rəngli sellofan torbanın içərisindəki təmiz çəkisi - 460,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan 02.04.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi barədəd” qərardan görünür ki, məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan 0,100 qram narkotik vasitə kütlələrindən sonra yerdə qalan ümumi çəkisi 39,880 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və tədqiqata sərf olunan 0,05 qram narkotik vasitə kütlələrindən sonra yerdə qalan ümumi çəkisi 459,95 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhər Narkoloji Dispanseirinin ambulator məcburi narkoloji-tibbi ekspertizasının 25.03.2021-ci il tarixli 288 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 39,980 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəki satış məqsədi olmadan üzərində gəzdirərək ictimai təhlükəli əməli törətmiş və bundan başqa Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilərkən eyvanda olan soyuducunun içərisindən təmiz çəkisi - 460,00 qram olan narkotik vasitə aşkar edilmişdir. Onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd qara rəngli sellofan bükümünün içərisində təmiz çəkisi 460 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananı yaşadığı ünvan 5 ünvanında olan soyuducunun içərisində gizlədərək saxlamış və tiryəkin şəxsi isteklak miqdarının yuxarı həddi 0,5 qram müəyyən edildiyi halda 29.01.2021-ci il tarixdə saat 12 radələrində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan bükümünün içərisində təmiz çəkisi 39,980 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəki satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki qara rəngli qolsuz gödəkcəsinin sol yan cibində gizlədib saxlayaraq daşımış və 29.01.2021-ci il tarixdə Mingəçevir şəhər X2 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 saylı evin yaxınlığında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 19 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə olan narkotik vasitə - tiryək onun əynində olan qara rəngli qolsuz gödəkcəsinin sol yan cibindən və Təqsirləndirilən şəxs ərizəsi əsasında yaşadığı mənzilə baxış keçirilərkən eyvanda olan soyuducunun içərisindən həmin çəkidə olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Mahmudov X5 Şəhər Məhkəməsinin 02.04.2021–ci il tarixli 1(051)–51/2021 nömrəli hökmünə əsasən AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 5 (beş) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lakin Təqsirləndirilən şəxs məhkum olunmamışdan və həmin hökm qanuni qüvvəyə minməmişdən əvvəl, yəni 2020-ci ilin avqust ayında qəsdən cinayət törətsə də, o, həmin cinayətə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş, habelə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu cinayəti Mingəçevir Şəhər Məhkəməsinin 02.04.2021–ci il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, ona hazırkı cinayət işi üzrə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən, cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, həmin Məcəllənin 66.5–ci maddəsində nəzərdə tutulmuş qaydada, yeni və əvvəlki hökmlə təyin edilmiş cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs himayəsində 1 nəfər az yaşlı uşağının olmasını, həmin Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, himayəsində 1 nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 30.03.2008-ci il tarixdə doğulmuş Azad adlı azyaşlı uşağı vardır. İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 29.03.2006-ci il tarixdə doğulmuş Nərgiz adlı yetkinli yaşına çatmayan uşağı vardır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhəri 5 nömrəli Mənzil İstisimar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı ərazidə rəsmi olaraq onun haqqında qonşulardan 5 saylı MİS-nə heç bir şikayət daxil olmamışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 21.02.2018–ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, 02.11.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən, yəni 2020-ci ilin avqust ayında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd qara rəngli sellofan bükümünün içərisində təmiz çəkisi 460 qram olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı yaşadığı ünvan 3 ünvanında olan soyuducunun içərisində gizlədərək saxlamaqla yenidən qəsdən cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs narkotik vasitəqurudulmuş marixuananı əldə etməsini və daşımasını 2020-ci ilin avqust ayında həyata keçirmiş və bu andan ona istinad olunan narkotik vasitənin əldə edilməsi və daşınması əməlləri başa çatmış, lakin narkotik vasitənin saxlanması üzrə əməl 29.01.2021-ci il tarixində onun yaşadığı evdə aşkar olunduqdan sonra başa çatmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.09.2020-ci il tarixli qərarına göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdırılan halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində residivə görə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və həmin cəza CM-in 66.5–ci maddəsində nəzərdə tutulmuş qaydada, Mingəçevir şəhər Məhkəməsinin 02.04. 2021–ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla, ona cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.3–cü maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsna təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, həmçinin birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla, Təqsirləndirilən şəxsna təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 29.01.2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 29.01.2021-ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Eləcə də, Mingəçevir Şəhər Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 31.01.2021–ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin əvvəli 29.01.2021–ci il tarixdən hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM– in 93.1.4–cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması baxımından Təqsirləndirilən şəxs oğlu narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1–ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 39.880 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryək və 459.95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 107 manat 91 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 150 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən birinci hökm üzrə çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Mingəçevir şəhər Məhkəməsinin 02.04. 2021–ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 5 (beş) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona qəti olaraq 2 (iki) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 29 yanvar 2021–ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 39.880 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryək və 459.95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 107 (bir yüz yeddi) manat 91 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 150 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-99/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-99/2021
01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver