Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-99/2024 05.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi – Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1961-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu olan, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi ev 20, mənzil 12-də qeydiyyatda olmaqla ünvan 1-də yaşamış, barəsində xx.xx.2024-cü il tarixindən həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Məmmədov X4 şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay müddətinə azaldılmasına, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən və qanunla müəyyən olunmuş qaydada üzərindən götürülmədən, islah olunmayaraq istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi, ümumi təmiz çəkisi 397,5 qram olan narkotik vasitə- qurudulmuş marixuananı özü ilə daşıyıb, yaşadığı ünvan 1 ünvanına aparmış, həmin narkotik vasitə - qurudulmuş marixuananın xeyli miqdarda olan, yəni 5,40 qram çəkidə olan hissəsini ayırdıqdan sonra, həmin hissəsini qanunsuz olaraq, satış məqsədi olmadan bir ədəd kibrit qutusunun içərisində əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxlayaraq daşımış, təmiz çəkiləri 0,32 qram və 0,29 qram ayrı-ayrılıqda 2 ədəd kağız bükümdə olan, ümumi təmiz çəkisi 0,61 qram olan hissəsini 21 fevral 2024-cü il tarixdə saat 23-24 radələrində yaşadığı Mingəçevir şəhəri, F.Əzimov küçəsi, 1 saylı evin 14 saylı mənzilində Şahid4 19 (on doqquz) manata qanunsuz olaraq satmış, satış məqsədi ilə 391,49 qram çəkidə narkotik vasitə – qurudulmuş marixuananı hissələrə bölərək, 390 qram olan hissəsini bir ədəd göy rəngli sellofan torbanın içərisində yaşadığı Mingəçevir şəhəri, F.Əzimov küçəsi, 1 saylı evin 14 saylı mənzilinin yataq otağındakı çarpayının altında, 0,50, 0,47 və 0,52 qram olmaqla, ümumilikdə 1,49 qram olan hissəsini isə üç ədəd ayrıayrı bükümlərdə qablaşdıraraq 1 ədəd kibrit qutusunun içərisində yaşadığı həmin mənzilin yataq otağındakı masanın altındakı stulun üzərində qanunsuz olaraq saxlamış, 22 fevral 2024-cü il tarixdə saat 10:40 radələrində Mingəçevir ŞPŞ-nin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Həsənov X3 şəhəri, F.Əzimov küçəsində yerləşən 4 №-li orta məktəbin yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər polis şöbəsinin inzibati binasına aparılaraq, orada həmin tarixdə saat 11:10-dan saat 11:22-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən onun Şahid4 qanunsuz olaraq satdığı 0,32 qram və 0,29 qram ayrı-ayrılıqda 2 ədəd kağız bükümdə ümumi çəkisi 0,61 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana sonuncunun üzərindən aşkar edilərək götürülmüş, davam edən əməliyyat-axtarış tədbirləri zamanı həmin tarixdə saat 18:40 radələrində o (Təqsirləndirilən şəxs), Mingəçevir ŞPŞ-nin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri, F.Əzimov küçəsi, 1 saylı binanın blokunda saxlanılıb Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına aparılaraq, orada saat 19:25-dən saat 19:40-dək olan müddət ərzində üzərinə keçirilən şəxsi axtarış zamanı satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 5,40 qram olan narkotik vasitə-qurudulmuş marixuana onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında xx.xx.2024-cü il tarixdə saat 20:20-dən saat 20:50-dək olan müddət ərzində yaşadığı Mingəçevir şəhəri, F.Əzimov küçəsi, 1 saylı evin 14 saylı mənzilinə baxış keçirilərkən mənzilin yuxarıda qeyd olunan yerlərindən satış məqsədi ilə qanunsuz olaraq saxladığı ümumi çəkisi 391,49 qram narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək, götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsilə elan olunmuş epizod üzrə özünü təqsirli bilsə də, AR CM-nin 234.2-ci maddəsilə elan olunmuş epizod üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman yaşadığı mənzilin qapısını bağlamağa imkan verilməmiş və qapı açıq formada polis şöbəsinə gətirilmişdir. Sonradan isə yaşadığı mənzildən çarpayının altından sellofan büküm aşkar olunmuşdur. Həmin bükümün ona məxsus olmadığını bildirmişdir. Yaşadığı mənzildən aşkar olunmuş 1 ədəd kibrit qutusu içərisində ayrı-ayrı bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olduğunu, sellofan bükümdə aşkar olunan narkotik vasitənin isə ona məxsus olmadığını bildirmişdir. Belə ki, polis əməkdaşları evə daxil olan zaman yalnız bir otağa baxış keçirmiş, digər otağa və evin digər hissələrinə baxış keçirilməmişdir. O üzərindən və yaşadığı mənzildən kibrit qutularının içərisində aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaları şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Şahid4 keçmiş bacanağı olduğunu, Səbuhinin xx.xx.2024-cü il tarixdə saat 23-24 radələrində onun yaşadığı mənzilə sanitar qovşağın su borusunda axıntı olduğu üçün borunu təmir etmək məqsədilə çağırmışdır. O Səbuhiyə heç vaxt narkotik vasitə satmadığını bildirmişdir. Şahid4 ifadəsində ondan narkotik vasitə olan qurudulmuş marixuana almasını bildirməsi ilə bağlı olaraq Səbuhinin dediklərinin yalan olduğunu, ona heç bir narkotik vasitə satmadığını, boruları təmir etdikdən sonra zəhmət haqqı kimi 10 azn və narkotik vasitə verdiyini bildirmişdir. Deyilənlərin nəzərə alınaraq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. Daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixdə saat 10:40 radələrində Mingəçevir ŞPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və X8 Bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə Mingəçevir şəhər sakini Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Şahid4 Mingəçevir şəhəri, 4 saylı orta məktəbin yaxınlığında olan zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Sonra Şahid4 Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Şahid4 üzərinə şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə vəkil X5 dəvət olunmuş və vəkilin iştirak ilə Şahid4 narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Şahid4 qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakının məcburi olmadığı oizah olunmuşdur. Şahid4 üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Şahid4 üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Şahid4 əynindəki açıq qəhvəyi rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd kibrit qutusunu təqdim etmişdir. Kibrit qutusunun içərisinə baxış keçirən zaman oradan 2 ədəd ağ rəngli kağız büküm aşkar olunmuşdur. Həmin 2 ədəd bükümdə olan kütlənin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Narkotik vasitəyə oxşar həmin iki ədəd kağıza bükülmüş bükümlər elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuanaya oxşar kütlələrdən birinin çəkisi 0,54 qram, digərinin çəkisi isə 0,52 qram olmuşdur. Bundan sonra Həmin narkotik vasitəyə oxşar kütlələr qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Şahid4 özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Şahid4 üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı xx.xx.2024-cü il tarixdə saat 23-24 radələrində Mingəçevir şəhəri, Az.Dress qəsəbəsində yaşayan keçmiş bacanağı Yusif adlı şəxsdən 19 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin PPXBnün polis nəfəri, polis serjantı Şahid3 ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsüsatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, , o, Yusifi tanımır. Sadəcə uzaqdan tanıyır. Ümumiyyətlə bir-birlərini tanımırlar. Onu heç vaxt nə görməmişdir, nə də onunla görüşməmişdir. Onu birinci dəfədir məhkəmə zalında görüb. O, öz işi ilə bağlı istintaqda olmuşdur. Ona deyiblər ki, sənədə qol çək. O, nə Səbuhini tanımır nə də Yusifi tanımır. Bu barədə o, istintaqda da bildirmişdir. Onu müstəntiq çağırmışdır ki, Səbuhi ilə birgə tutulmasını bildirməsini demişdir. Lakin o, istintaqda belə bir hadisənin olmadığını bildirmişdir. O, bir daha qeyd edir ki, o, Yusifi tanımır. Yusifin Səbuhidən nəisə alıb verdiyini də görməmişdir. O, sadəcə Səbuhini tanıyır. Lakin Səbuhi ilə Yusifin arasında nəyinsə baş verdiyini görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, narkotik vasitələr istifadə edir və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuşdur. Təqsirləndirilən şəxs onun köhnə bacanağı olmuş, Yusifi təxminən 10 il əvvəl tanımışdır. O usta kimi işləyir. Yusif onu evdə santexnik işlərinin görülməsi üçün çağırmışdır. Gördüyü işin müqabilində Yusif ona 10 azn pul vermişdir. O, da həmin pulun üzərinə əlavə pul qoyub ondan narkotik vasitə almışdır. Yusif ona əvvəllər narkotik vasitə satmayıb, cəmi bir dəfə olmuşdur. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid2 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1 və 234.2-ci maddələri ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid4 həmin tarixdə saat 11:05 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:15 radələrində CM-nin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs statusuna xitam verilməsi və şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi faktı aparılmış araşdırma nəticəsində müəyyən edilmədiyindən Şahid4 şübhəli şəxs statusuna xitam verilmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işi üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə protokoldan görünür ki, Şahid4 üzərinə şəxsi axtarış keçirilən zaman Şahid4 əynindəki açıq qəhvəyi rəngli gödəkcənin sol yan cibindən bir kibrit qutusunun içərisində 2 (iki) ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,32 və 0,29 qram olmaqla ümumi təmiz çəkisi 0,61 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Cinayət işi üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunun içərisində çəkisi 8,57 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Cinayət işi üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli baxış və götürmə protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, F.Əzimov küçəsi 1 saylı evin 14 saylı mənzilinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı mənzilin yataq otağında olan stullardan birinin üzərindən 1 ədəd kibrit qutusunun içərisində 3 ədəd ağ rəngli kağız bükümün içərisində çəkiləri 0,50 (sıfır tam yüzdə əlli), 0,47 (sıfır tam yüzdə qırx yeddi) və 0,52 (sıfır tam yüzdə əlli iki) qram olan narkotik vasitə qurudulmuş marixuana, yataq otağındakı çarpayının altından göy rəngli sellofan torbada ümumi təmiz çəkisi 390 (üç yüz doxsan) qram olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/194 №-li rəyinə əsasən: Tədqiqata təqdim olunmuş üzərində “Vət. Şahid4 üzərindən aşkar olunmuş narkotik vasitələr” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 02 (iki) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,32 qram və 0,29 qram, ümumi çəkiləri – 0,61 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi – 5,40 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildə aşkar olunmuş narkotik vasitələr” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 03 (üç) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,50 qram, 0,47 qram və 0,52 qram, ümumi çəkiləri – 1,49 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapşdıırılmış kağzda “Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildə aşkar olunmuş narkotik vasitə” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd göy rəngli sellofan torbanın içərisindəki 01 (bir ədəd) qara rəngli sellofan torbada təmiz çəkisi – 390,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 416 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** GSM nömrəsinə və Şahid4 istifadəsində olmuş ***-***-**-** GSM nömrələrinə daxil olan və çıxan zənglərə, mesajlara, mesajlarda göndərilən mətnlərə dair məlumatlar və əlaqədə olmuş abonentlərin anket və anten məlumatları ilə bağlı görüntüləri özündə əks etdirən DVD diskə baxış zamanı məlumatların qeyd olunduğu diskin 153-cü bəndində xx.xx.2024-cü il tarixdə saat 19:25:17-də, 157-ci bəndində xx.xx.2024-cü il tarixdə saat 18:47:29-da, 159-cu bənddə xx.xx.2024-cü il tarixdə 18:16:24-də, həmçinin 165, 166 və 167-ci bəndlərdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında danışqıların aparılması qeyd olunmuşdur. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Mingəçevir şəhər Məhkəməsinin 1(051)-85/2021 saylı xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs 20 dekabr 2020-ci il tarixdən 22 dekabr 2020-ci tarixədək 02 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 1 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması hökm edilmişdir. xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə yaşadığı müddətdə qonşulardan və ictimaiyyətdən Yataqxana komendantlığına heç bir şikayət daxil olmamışdır. Mingəçevir şəhər Rayonlararası Psixo-Nevroloji Dispanserinin 131 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Məmmədov X4 şəhər Rayonlararası Psixonevroloji Dispanserində qeydiyyatda yoxdur. Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Məmmədov X4 şəhər Rayonlararası Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Məmmədov X4 şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay müddətinə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş şəxsdir. Sübutların qiymətləndirilməsi haqqında 05 may 2024-cü il tarixli qərardan görünür ki, Şahid4 üzərindən, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ekspertizadan sonra ümumi təmiz qalıq çəkisi 397,15 qram olan narkotik vasitə –qurudulmuş marixuana iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması, sadəcə istifadə etməsi, polis əməkdaşlatının onun evinə narkotik vasitə qoyması, Şahid4 narkotik vasitə satmaması ilə bağlı istinad etdiyi dəlillər işin həqiqi hallarına uyğun olmadığına görə məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Digər hal ekspert rəyi ilə də təsdiq edilir ki, Şahid4 üzərindən çıxan narkotik vasitə qurudulmuş marixuana Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə qurudulmuş marixuana tərkiblərinə görə eyni olmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmaması ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla təkzib olunmuşdur. Bütün bu xüsusatlar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs qazanc əldə etmək məqsədilə Şahid4 ilə əvvəlcədən razılıq əldə edərək narkotik vasitə olan qurudulmuş marixuananı 19 manat məbləğində pul müqabilində ona satmışdır. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin həmin hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımaqla, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib gizlədərək saxlamaqla və qanunsuz olaraq narkotik vasitəni satmaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Məmmədov X4 şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay müddətinə azaldılmasına, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən və qanunla müəyyən olunmuş qaydada üzərindən götürülmədən, islah olunmayaraq istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi,ümumi təmiz çəkisi 397,5 qram olan narkotik vasitə- qurudulmuş marixuananı özü ilə daşıyıb, yaşadığı ünvan 1 ünvanına aparmış, həmin narkotik vasitə - qurudulmuş marixuananın xeyli miqdarda olan, yəni 5,40 qram çəkidə olan hissəsini ayırdıqdan sonra, həmin hissəsini qanunsuz olaraq, satış məqsədi olmadan bir ədəd kibrit qutusunun içərisində əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxlayaraq daşımış, təmiz çəkiləri 0,32 qram və 0,29 qram ayrı-ayrılıqda 2 ədəd kağız bükümdə olan,ümumi təmiz çəkisi 0,61 qram olan hissəsini 21 fevral 2024-cü il tarixdə saat 23-24 radələrində yaşadığı Mingəçevir şəhəri,F.Əzimov küçəsi, 1 saylı evin 14 saylı mənzilində Şahid4 19 (on doqquz) manata qanunsuz olaraq satmış, satış məqsədi ilə 391,49 qram çəkidə narkotik vasitə – qurudulmuş marixuananı hissələrə bölərək, 390 qram olan hissəsini bir ədəd göy rəngli sellofan torbanın içərisində yaşadığı Mingəçevir şəhəri, F.Əzimov küçəsi, 1 saylı evin 14 saylı mənzilinin yataq otağındakı çarpayının altında, 0,50, 0,47 və 0,52 qram olmaqla, ümumilikdə 1,49 qram olan hissəsini isə üç ədəd ayrı-ayrı bükümlərdə qablaşdıraraq 1 ədəd kibrit qutusunun içərisində yaşadığı həmin mənzilin yataq otağındakı masanın altındakı stulun üzərində qanunsuz olaraq saxlamış, 22 fevral 2024-cü il tarixdə saat 10:40 radələrində Mingəçevir ŞPŞ-nin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Həsənov X3 şəhəri, F.Əzimov küçəsində yerləşən 4 №-li orta məktəbin yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər polis şöbəsinin inzibati binasına aparılaraq, orada həmin tarixdə saat 11:10-dan saat 11:22-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən onun Şahid4 qanunsuz olaraq satdığı 0,32 qram və 0,29 qram ayrı-ayrılıqda 2 ədəd kağız bükümdə ümumi çəkisi 0,61 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana sonuncunun üzərindən aşkar edilərək götürülmüş, davam edən əməliyyat-axtarış tədbirləri zamanı həmin tarixdə saat 18:40 radələrində o (Təqsirləndirilən şəxs), Mingəçevir ŞPŞ-nin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri, F.Əzimov küçəsi, 1 saylı binanın blokunda saxlanılıb Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına aparılaraq, orada saat 19:25-dən saat 19:40-dək olan müddət ərzində üzərinə keçirilən şəxsi axtarış zamanı satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 5,40 qram olan narkotik vasitə-qurudulmuş marixuana onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2024-cüil tarixli qərarı əsasında xx.xx.2024-cü il tarixdə saat 20:20dən saat 20:50-dək olan müddət ərzində yaşadığı Mingəçevir şəhəri, F.Əzimov küçəsi, 1 saylı evin 14 saylı mənzilinə baxış keçirilərkən mənzilin yuxarıda qeyd olunan yerlərindən satış məqsədi ilə qanunsuz olaraq saxladığı ümumi çəkisi 391,49 qram narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək, götürülmüşdür. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən AR CM-in 234.1 və 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsini AR CM-in 234.2-ci maddəsinə münasibətdə etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanununun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Həmin Qanunun 1.0.11–ci maddəsinə əsasən miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2–ci maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 16.1-ci maddəsinə görə bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, lakin məhkumluğu ödənilmədən xx.xx.2024-cü il tarixində yenidən qəsdən cinayət əməllərini törətməsini, yəni cinayətlərin residivini CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CMnin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətlər törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə hər bir cinayətə görə ayrı-ayrılıqda azadlıqdan məhrumetmə cəzasının təyin edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olmamasını və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-in 66.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə ona qəti cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, (CPM-158.2.1), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan Mingəçevir ŞPŞ-də saxlanması üçün təhvil verilmiş 397,15 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 34,55 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə ona qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş 397,15 qram narkotik vasitə - qurudulmuş marixuana qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-99/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-99/2024
05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver