Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 1(052)-1/2023 18.09.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X9 Aydın oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılova Nüşabə Qaraş qızının katibliyi ilə. X5 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Naftalan Şəhər Məhkəməsinə müraciət edərək X5 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naftalan Şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 1(052)-13/2021 saylı qərarı ilə barəsində xüsusi ittiham icraatı qaydasında şikayət olunmuş şəxs xx.xx.1966-cı il tarixdə Naxçıvan MR-in Sədərək rayonunun Sədərək kəndində anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsi, ev 09-da qeydiyyatda olan və yaşayan X7 barəsində axtarış elan olunması və onun Naftalan Şəhər Məhkəməsinə gətirilməsi, qərarın icrasının Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsinə həvalə olunması, iş üzrə icraatın X7 tapılanadək dayandırılması qərara alınmışdır. Bundan başqa Naftalan Şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 1(052)- 13/2021 saylı qərarı ilə barəsində xüsusi ittiham icraatı qaydasında şikayət olunmuş şəxs xx.xx.1980-ci il tarixdə Xaçmaz rayonu, Yalama kəndində anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 94-də qeydiyyatda olan və yaşayan X4 barəsində axtarış elan olunması və onun Naftalan Şəhər Məhkəməsinə gətirilməsi, qərarın icrasının Bakı Şəhər Suraxanı Rayon Polis İdarəsinə həvalə olunması, iş üzrə icraatın X4 tapılanadək dayandırılması qərara alınmışdır. 08 sentyabr 2023-cü il tarixdə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmənin icraatında olan X7 və X2 qarşı xüsusi ittiham qaydasında şikayətindən tərəflər müəyyən edilmədiyi üçün imtina etdiyini və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respubliası Cinayət-Prosessual Məcəlləsinin: 302.1.8-ci maddəsinə əsasən şikayət vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzürlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respubliası Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 302.1.8 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 X7 və X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148ci maddələri ilə cinayət təqibi başlanması barədə xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X11
Məhkəmə qərarları › İş №1(052)-1/2023
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №1(052)-1/2023
18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver