Məhkəmə qərarları › İş №1(052)-1/2025

Naftalan Şəhər Məhkəməsi Hökm — İş №1(052)-1/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naftalan şəhəri İş № 1(052)-1/2025 24.04.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X131 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1968-ci ildə Ağdam rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən məhkəməyə verilmişdir ona görə ki, o, 19 yanvar 2009-cu il tarixdən Naftalan şəhər uşaq musiqi məktəbinin direktoru vəzifəsində işlədiyi müddətdə məktəbin bütün fəaliyyətinə rəhbərlik edərək şəxsən məsuliyyət daşımaq, inzibati və xidmətedici işçilərin işə davamiyyətini müvafiq cədvəl üzrə tənzimləmək, təlim-tərbiyə işinin yüksək səviyyədə həyata keçirilməsinə nəzarət etmək və digər təşkilati-sərəncamverici funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edib musiqi məktəbinin şagirdləri siyahısında adları getsə də, faktiki olaraq dərslərdə iştirak etməyən şagirdlər X79 dərs tədris edilmədiyi halda 2018/2019-cu tədris ilində Naftalan şəhər Uşaq musiqi məktəbinin İ sinif şagirdi olarkən 3 saat qarmon dərsinin tədrisinə görə X59 567,81 manat, 1 saat konsertmeyster dərsinin tədrisinə görə X99 181,83 manat, 2019/2020-ci tədris ilində musiqi məktəbinin İİ sinif şagirdi olarkən 1 saat qarmon dərsinin tədrisinə görə X45 251,87 manat, 2 saat qarmon dərsinin tədrisinə görə X19 503,75 manat, 1 saat konsertmeyster dərsinə görə X34 242,18 manat, 2020/2021-ci tədris ilində musiqi məktəbinin İİİ sinif şagirdi olarkən 3 saat qarmon dərsinin tədrisinə görə X80 906,75 manat, 1 saat konsertmeyster dərsinə görə X20 242,18 manat, 2021/2022-ci tədris ilində musiqi məktəbinin İV sinif şagirdi olarkən 2 saat qarmon dərsinin tədrisinə görə X80 669,60 manat, 1 saat konsertmeyster dərsinə görə X60 334,80 manat, 1 saat qarmon dərsinin tədrisinə görə X26 334,80 manat, 1 saat ümumi fənn üzrə fortepiano dərsinin tədrisinə görə X46 334,80 manat və 2022/2023-cü tədris ilinin sentyabr-dekabr aylarında musiqi məktəbinin V sinif şagirdi olarkən 3 saat qarmon dərsinin tədrisinə görə X47 368,80 manat, 1 saat konsertmeyster dərsinə görə X34 118,38 manat, 1 saat ümumi fənn üzrə fortepiano dərsinə görə X26 122,93 manat, həmçinin məktəbin şagirdi X86 dərs tədris edilmədiyi halda 2020/2021-ci tədris ilində musiqi məktəbinin İİ sinif şagirdi olarkən 2 saat qarmon dərsinin tədrisinə görə X47 585 manat, 1 saat qarmon dərsinin tədrisinə görə X45 292,50 manat, 1 saat konsertmeyster dərsinin tədrisinə görə X34 281,25 manat, 1 saat ümumi fənn üzrə fortepiano dərsinin tədrisinə görə X11 292,50 manat, 2021/2022-ci tədris ilində musiqi məktəbinin İİİ sinif şagirdi olarkən 1 saat qarmon dərsinin tədrisinə görə X19 315,89 manat, 2 saat qarmon dərsinin tədrisinə görə X47 631,79 manat, 1 saat konsertmeyster dərsinə görə X34 303,75 manat və 1 saat ümumi fənn üzrə fortepiano dərsinin tədrisinə görə X11 315,89 manat və 2022/2023-cü tədris ilinin sentyabr-yanvar aylarında musiqi məktəbinin İV sinif şagirdi olarkən 3 saat qarmon dərsinin tədrisinə görə X47 489,60 manat, 1 saat konsertmeyster (muğam saatına) dərsinin tədrisinə görə X34 158,46 manat, 1 saat ümumi fənn üzrə ixtisas dərsinin tədrisinə görə X59 163,20 manat və 1 saat konsertmeyster dərsinə görə X61 163,20 manat, habelə məktəbin şagirdi X35 dərs tədris edilmədiyi halda 2021/2022-ci tədris ilində Naftalan şəhər Uşaq musiqi məktəbinin Vİ sinif şagirdi olarkən 2 saat fortepiano dərsinin tədrisinə görə Şahid6 631,79 manat, 1 saat ümumi fənn üzrə müşayiət dərsinin tədrisinə görə X12 315,89 manat, 1 saat ümumi fənn üzrə müşayiət konsertmeyster dərsinə görə X87 328,76 manat və 2022/2023-cü tədris ilinin sentyabryanvar aylarında Naftalan şəhər Uşaq musiqi məktəbinin Vİİ sinif şagirdi olarkən 2 saat fortepiano dərsinin tədrisinə görə Şahid6 290,14 manat, 2 saat fortepiano dərsinin tədrisinə görə X27 36,27 manat, 1 saat konsertmeyster dərsinin tədrisinə görə X19 163,20 manat və 1 saat müşayiət dərsinin tədrisinə görə X62 163,20 manat, eləcə də məktəbin şagirdi X63 2022/2023-cü tədris ilində 2 ay müddətinə faktiki olaraq dərs tədris edilmədiyi halda Naftalan şəhər Uşaq musiqi məktəbinin İİİ sinif şagirdi olarkən 4 saat tar dərsinin tədrisinə görə X2 290,13 manat, 1 saat konsertmeyster dərsinə görə X36 72,53 manat və 1 saat ümumi fənn üzrə fortepiano dərsinə görə X64 72,53 manat, həmçinin məktəbin şagirdi Şahid5 Ziyafər qızına faktiki olaraq tədris edildiyindən artıq dərs saatları rəsmiləşdirilməklə 2020/2021-ci tədris ilində Naftalan şəhər Uşaq musiqi məktəbinin İİİ sinif şagirdi olarkən 2 saat kamança dərsinin tədrisinə görə X13 585,00 manat və 1 saat konsertmeyster dərsinin tədrisinə görə X5 281,25 manat, 2021/2022-ci tədris ilində Naftalan şəhər Uşaq musiqi məktəbinin İV sinif şagirdi olarkən 2 saat kamança dərsinin tədrisinə görə X13 631,79 manat, 1 saat konsertmeyster dərsinin tədrisinə görə X37 315,89 manat və 1 saat ümumi fənn üzrə fortepiano dərsinə görə X1 315,89 manat və 2022/2023-cü tədris ilinin sentyabr-yanvar aylarında Naftalan şəhər Uşaq musiqi məktəbinin V sinif şagirdi olarkən 2 saat kamança dərsinin tədrisinə görə X13 326,40 manat, 1 saat konsertmeyster dərsinin tədrisinə görə X108 163,20 manat və 1 saat ümumi fənn üzrə kamança dərsinə görə X65 163,20 manat olmaqla, məktəbin 5 şagirdinə 2018/2019, 2019/2020, 2020/2021. 2021/2022-ci tədris illəri və 2022/2023-cü tədris ilinin sentyabr-yanvar ayları ərzində faktiki olaraq tədris edilməmiş dərs saatlarına görə məktəbin ayrı-ayrı müəllimlərinə ümumilikdə vahid niyyətlə 14.320,57 manat məbləğində əsassız əməkhaqqı hesablanıb ödənilməsinə nail olmaqla qulluq mövqeyindən istifadə edib xeyli miqdarda büdcə vəsaitini israf etməklə talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadə verərək bildirdi ki, verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Belə ki, Mədəniyyət Nazirliyi Uşaq Musiqi İncəsənət məktəblərinin nümunəvi əsasnaməsində həm direktorun, həm də digər işçilərin vəzifə səlahiyyətlərinin nədən ibarət olması qeyd olunmuşdur. Hazırda gedən prosesin dərs hissəsinə aid olduğu üçün düşünür ki, direktor müavini tam şəkildə bu işlərin içərisindədir. O, özü tutduğu administrativ vəzifəsi ilə əlaqədar tabe olduğu Nazirliyə çağırldığı, müəyyən idarələrə çağırıldığı, müxtəlif şəhər tədbirlərində və s. iştirak etdiyi üçün məktəbdə daimi ola bilməmişdir. Buna görə də, sözü gedən uşaqların fasiləli şəkildə dərslərə gəlmələrinə nəzarət edə bilməzdi. Bu işə səlahiyyətli olan şöbələr vardır. Bununla məşğul olan məktəbdə fortepiano şöbəsi, nəzəriyyə şöbəsi və xalq çalğı alətləri şöbələrinin ayrıayrılıqda müdirləri vardır. Şagirdlərdən Habil və Ayxanın son tədris ilində dərslərə zəif gəlmələrinin səbəblərini araşdırmış, şəxsən özü uşaqların valideynləri ilə əlaqə saxlayaraq uşaqlarının dərslərdə mütəmadi iştirak etmələrini tələb etmişdir. Belə ki, həmin uşaqlardan biri kənddə, digəri isə Naftalan şəhərində yaşayır. Həmçinin ona görə özünü təqsirli bilmir ki, o, işini bilən və məsuliyyətli bir direktor kimi daim məktəbdə keçirilən pedoqoji iclaslarda həm şöbə müdirlərindən, həm də müəllimlərdən uşaqların dərslərə davamlı şəkildə gəlmələrini tələb etmişdir. Məktəbdə hər kəs bilir ki, bir direktor kimi daim uşaqların məktəbə zəif gəlmələrinin əleyhinə olmuş, bu barədə dəfələrlə uşaqların valideynləri ilə söhbətlər etmişdir. Hətta bu işi səlahiyyəti olan digər insanlara belə buraxmamış, özü həll etməyə çalışmışdır. Bu səbəbdən hesab edir ki, onun təqsiri yoxdur. Çünki o, vəzifə səlahiyyətlərini lazımi şəkildə yerinə yetirmiş, gündəlik dərslərin lazımi şəkildə keçirilməsinə nəzarət etmiş və açıq dərslərdə özü iştirak etmişdir. Bilindiyi kimi musiqi məktəbində təhsil könüllüdür, yəni ki, təhsil məcburi deyildir. Bu səbəbdən əgər bir uşaq bir-iki ay müddətində davamlı olaraq dərslərdə iştirak etmirsə, onlar həm uşaqla, həm də valideynləri ilə danışıqlar aparır. Yekun olaraq ya uşaq təhsil almağa davam edir, ya da söhbətdən sonra yenidən bir ay vaxt verilməsinə baxmayaraq, yenə həmin uşaq dərslərdə iştirak etmirsə, bu zaman məktəbdən azad edilir. Beləliklə Habil və Ayxanın axırıncı tədris ilində dərslərdə iştirak etmədiyi bilindikdə onlar məktəbdən çıxarılmışlar. Digər şagirdlər isə dərslərdə iştirak etmişlər. Belə ki, məhkəmə iclaslarında dindirilən şahidlərin ifadələrindən hər şeyi dəqiq müəyyən etmək olur. Düzdür ümumilikdə Zəhra və Aysel zəif şagirdlər olmuşlar. Zəhranın belində skaleozu olduğu üçün müalicələrə aparılırdı. Həmin müddətlərdə dərslərdə olmayıb. Ümumilikdə isə dərslərdə iştirak etmişlər. Hər bir uşağın adi halda buraxdığı qədər dərs buraxmışlar. Yəni götürsək ki, musiqi məktəbində həftədə 2 gün dərsləri olmuşdursa, onlar ayda 2-3 həftədə 1 dəfə dərslərdə iştirak etməmişlər. Onlarla söhbət edilərək gəlməmənin üzürlü səbəbləri öyrənilmişdir. Eşqin adlı şagird isə 2 ay dərslərdə davamlı şəkildə iştirak etməmişdir ki, müəllimlər bununla bağlı onlara ödənilmiş pulları geri qaytarmışlar. Bunun da səbəbi barədə valideyni ilə əlaqə saxlanılmış və öyrənilmişdir ki, Eşqinin dərsə gəlməməsinin səbəbi atasının xəstəliyi ilə əlaqədar olmuşdur. Daha sonra isə Eşqin dərslərdə iştirakına davam etmiş və hazırda məktəbdə təhsil almaqdadır. Eşqinin dərslərdə olmadığı 2022-ci ilin 2 ayının ödənişləri isə müəllimələr tərəfindən geri qaytarılmışdır. Ümumiyyətlə onların əlində elə bir təlimiat yoxdur ki, əgər şagird həftə ərzində üç dəfə olan dərsinin ikisində iştirak etmiş, lakin bir dərsində iştirak etməyibsə, hansı qaydada müəllimin maaşından tutulmalar aparılmalıdır. Bu səbəbdən də, onların hansısa müəllimin əmək haqqını azaltmağa səlahiyyətləri yoxdur və müəllim maaşını tam şəkildə almışdır. Həmçinin həmin saatlarda müəllim öz sinif otağında olmuş və dərsində iştirak etmişdir. O, özünü təqsirli bilmir. Lakin 600 manatın müəllimlər tərəfindən ödənilmiş olması nəzərə alınarsa, Habil Qarayevin son tədris ilində gəlmədiyi dövr üçün ödənilmiş 811 manat 26 qəpik və Ayxan Babaxanovun son tədris ilində gəlmədiyi dövr üçün ödənilmiş 610 manat 11 qəpik olmaqla, ümumilikdə 1422 manat olan pulu və 507 manat cinayət məsuliyyətindən azad olunması ücün pul məbləğini dövlət büdcəsinə ödəmişdir. Digər məbləğlərlə isə razı olmadığı üçün ödəmək fikrində deyildir. Belə ki, məhkəmə iclasında iştirak edən şahidlərin verdiyi ifadələr nəzərə alınarsa, onun ödəməli olduğu məbləğ qeyd edilən kimidir. Odur ki, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə ifadə verərək bildirdi ki, şikayət əsasında Naftalan şəhər Musiqi Məktəbində Goranboy rayon prokurorluğu tərəfindən araşdırma aparılmışdır. O, həmin araşdırmada iştirak etməmişdir. Aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, şagirdlər davamlı şəkildə dərsə gəlməmiş, lakin buna baxmayaraq müəllimlərə pul vəsaitləri ödənilmişdir. Aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə edib 14.320,57 manat məbləğində dövlət büdcəsinə ziyan vurması müəyyən edilmişdir. Odur ki, təqsirləndirilən şəxsdən dəymiş ziyanın ödənilməsini tələb edilir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid7 ifadə verərək bildirdi ki, onun həyat yoldaşı Şahid6 20 ildən artıqdır ki, Naftalan Şəhər Musiqi Məktəbində Fortepiano müəlliməsi işləyir. 2020-ci ildə bir gün yoldaşı evə gələrək, məktəbin direktorunun ondan pul istədiyini demişdir. O da yoldaşəna “sən dərsə vaxtında gedib-gələn müəlliməsən, nəyə görə ona pul verməlisən” deyə soruşmuş, yoldaşı isə dərs saatı ilə əlaqədar olduğunu ona demişdir. Şahid6 Təqsirləndirilən şəxs pul verməmiş, daha sonra hər tədris ilində 2 saat olmaqla dərs saatları azalmışdır. Bir gün yoldaşı evdə ağlayaraq məktəbin direktoru tərəfindən ünvanına nalayiq sözlər işlədildiyini demişdir. O, da bu hadisədən sonra məktəbdə gedən qanunsuzluqarla bağlı məlumat toplamağa başlamış, hansı ki, hər tədris ili başlayan zaman müəllimlərdən pul istənməsi və yoldaşında olduğu kimi uşaq olmaya-olmaya dərs keçirilmiş kimi göstərilməsi barədə eşitdiklərindən Təqsirləndirilən şəxs barəsində Goranboy rayon prokurorluğuna şikayət ərizəsi vermişdir. Yoldaşı həmin dərs keçilmədiyi uşaqlara görə almış olduğu ödənişdən Təqsirləndirilən şəxs hər hansı pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək bildirdi ki, o, Naftalan Şəhər Musiqi məktəbinin şagirdi X66 anasıdır. İbtidai istintaq dövründə vermiş olduğu ifadələri təsdiq etmir. Belə ki, həmin dövrlər xəstə olduğu üçün ifadələrin çoxunu düzgün verə bilməmiş, uşağın hansı günlər dərslərə gedib-getmədiyini dəqiq bilməmişdir. O, Ayxanı təxmini 2018-ci ildə Qarmon dərsi üzrə tədris alması üçün musiqi məktəbinə yazdırmışdır. Ayxan bir il müddətində demək olar tam şəkildə dərslərə getmiş, sonraki tədris ilində pandemiya ilə əlaqədar olaraq məktəbdə dərs keçilmədiyi üçün getməmişdir. Həmçinin pandemiya dövründən sonra Ayxan musiqiyə münasibətdə artıq həvəsdən düşdüyünü demişdir. O, 2020-ci ildə səhhəti ilə bağlı evdə olmamış və buna görə də, Ayxanın dərsə getməsindən tam şəkildə xəbəri olmamışdır. Daha sonra Ayxanın ara-sıra dərsə getsə də, əsasən dərsə getmədiyindən xəbərdar olmuşdur. Ayxan yalnız 2022-ci ildə tam şəkildə dərslərdə iştirak etmədiyi üçün məktəbdən çıxarılmışdır. Xatırladığı qədər 2022-ci ilə qədər Ayxan dərslərdə iştirak etmişdir. İbtidai istintaq dövründə ona qarşı heç bir təzyiq olmamış və ifadəni özü vermişdir. Həmçinin məktəbin müəllimləri ilə də arasında üzləşdirmə aparılmış, bu zaman yazılmış yazıları oxuduqdan sonra imzalamışdır. Lakin oğlunun cəmi 10 gün musiqi məktəbinə dərsə getmiş olması barədə verdiyi ifadəni hazırda təsdiq etmir. Belə ki, bu sözü dəqiq məlumatı olmadığı halda işlətmişdir. Ümumilikdə məhkəmə istintaqında vermiş olduğu ifadəsi daha doğrudur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək bildirdi ki, Habil onun nəvəsidir. Habilin musiqiyə həvəsi yaranmış və valideynləri onu Naftalan şəhər Musiqi Məktəbində qarmon üzrə təhsil alması üçün yazdırmışlar. Habil bir müddət davamlı olaraq dərslərə getmişdir. İllər üzrə isə hazırda dəqiq xatırlamır. Hətta 3-4 dəfəsində Habili dərsə şəxsən özü gətirmişdir. Qalan vaxtlarda isə uşaq özü avtobus ilə Naftalana gəlmişdir. Lakin sonradan onlara məlum olmuşdur ki, uşaq Naftalan şəhərinə gəlmiş olsa da, evdəkilərdən xəbərsiz musiqi məktəbinə deyil, idman məşqlərinə gedirmiş. Uşağın musiqi məktəbindən uzaqlaşdırılmasının səbəbi isə ona məlum deyildir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 Ziyafər qızı ifadə verərək bildirdi ki, o, orta məktəbin 2-ci sinfində oxuyarkən Naftalan şəhər Musiqi Məktəbinə Kamança musiqi alətində tədris almaq üçün yazılmışdır. Ümumilikdə 5 il musiqi məktəbində oxumuşdur. Bu sahə üzrə dərs tədrisi 5 ildir. O, həftədə 1-2 dəfə dərsə getməmiş, qalan dərs saatlarının hamısında iştirak etmişdir. 4 il tam şəkildə dərslərə getmiş, ancaq axırıncı tədris ilində orta məktəbin 9-cu sinif imtahanlarına hazırlaşdığı üçün dərslərin çox hissəsində iştirak etməmişdir. İbtidai istintaq dövründə vermiş olduğu ifadəni hazırda tam olaraq xatırlamır. Belə ki, yaddaş zəifliyindən əziyyət çəkir. Həmin vaxt ona qarşı hər hansı hədə-qorxu və ya təzyiq olmamışdır. Lakin həmin ifadələri təsdiq etmir. Məhkəmə istintaqında verdiyi ifadə daha düzgündür. Ona kamança dərslərini məktəbin müəlliməsi Seyran müəllimə tərəfindən keçirilmişdir. Ramilə müəllimə, Ceyhunə müəllimə, Taliyə müəllimə isə digər musiqi üzrə dərsləri ona keçmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 ifadə verərək bildirdi ki, o, uzun illərdir Naftalan şəhər Musiqi Məktəbində müəllimə işləyir. Təqsirləndirilən şəxs hər tədris ili başlayan zaman müəllimələrdən dərs saatlarının əvvəlki illərdə olduğu kimi saxlanılması üçün pul yığmışdır. Lakin o, ailə qurduqdan sonra həyat yoldaşı qəti şəkildə buna etiraz etmişdir. Bu səbəbdən o, yeni tədris ili başlayan zaman Təqsirləndirilən şəxs pul verməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs onun dərs saatlarını hər il 2 saat olmaqla azaltmağa başlamışdır. O, buna məhəl qoymasa da, Təqsirləndirilən şəxs tərəfindən onun ünvanına nalayiq və təhqiredici sözlər işlədilmişdir. O, həyat yoldaşına bu barədə məlumat vermiş və məktəbdə olan qanunsuzluqları ona bildirmişdir. Həyat yoldaşı da, öz şəxsi əlaqələri ilə məktəbdə olan hadisələr haqqında məlumat toplamış və Təqsirləndirilən şəxs barəsində prokurorluq orqanına şikayət etmişdir. O, dəqiq adlarını bilməsə də, məktəbdə adı gedən, lakin dərslərdə iştirak etməyən bir neçə şagird olmuşdur. Onlardan biri onun sinfində olan Zəhra adlı qız olmuşdur. Zəhra həmin ilin sentyabr ayından dekabr ayına kimi dərsə gəlməmişdir. O, hər dəfə Təqsirləndirilən şəxs uşağın dərsə gəlmədiyini bildirmişdir. Həmin dərs saatları üçün ona əmək haqqı da ödənilmişdir. Həmin əmək haqqını almaqda özünü haqlı hesab edir. Çünki o, həmin dərs saatlarında məktəbdə olmuş, lakin uşaq dərsə gəlməmişdir. Həmin puldan Təqsirləndirilən şəxs hər hansı pul verməmişdir. Yoldaşı tərəfindən Təqsirləndirilən şəxs barəsində şikayət olunduqdan sonra, yəni 2023-cü ilin dekabr ayından sonra Zəhra onun sinfindən çıxarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadə verərək bildiri ki, o, Zəhranın anasıdır. Zəhra orta məktəbin 2-ci sinfində oxuyarkən musiqi məktəbinə Fortepiano dərslərinə yazılmışdır. Fortepiano üzrə tədris 7 ildən ibarətdir. O, həftənin 3 günü olmaqla 3-4 il dərslərdə mütəmadi olaraq iştirak etmişdir. Daha sonra o, ürək əməliyyatı keçirmiş, 1 il evdə olmamış və həmin vaxtlarda bacısı musiqi məktəbində müəllimə işlədiyi üçün Zəhranın dərsləri ilə o məşğul olmuşdur. Zəhra pandemiya dövründə dərslərdə bütün uşaqlar kimi iştirak etməmişdir. Sonradan isə daimi olaraq dərslərə getməsə də, dərslərin yarısında iştirak etmişdir. Zəhra artıq 7 illik musiqi məktəbini oxuyub bitirmişdir. Zəhranın müəlliməsinin dəyişməsini isə o özü istəmişdir. Belə ki, şikayət ərizəsində onun qızının adını hallandığı üçün qızının müəlliməsi kimi Şahid6 imtina etmiş və Zəhra digər müəllimənin sinifinə keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadə verərək bildirdi ki, o, X48 anasıdır. O, Eşqini 2021-ci ildə musiqi məktəbində tədris alması üçün yazdırmışdır. 2022ci ilin oktyabr və noyabr aylarında Eşqin musiqi məktəbinə dərsə getməmişdir. Buna səbəb isə oktyabr ayının 19-da atasının ciddi xəstəliyi olması və atasının səhhəti ilə əlaqədar olaraq ilk əvvəl Bakı şəhərində xəstəxanada, sonra isə Naftalan Mərkəzi xəstəxanasında müəlicə alması olmuşdur. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2023-cü il tarixli, 9/5239 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Naftalan şəhər Uşaq musiqi məktəbində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 30 iyun 1993-cü il tarixli “7(8) illik uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin inzibati və xidmətedici heyətin Nümunəvi ştatı”nın tələblərinə əməl etməyərək artıq saxlanılmış 0,5 ştat vahidi təsərrüfat müdiri vəzifəsinə görə X6 2020-ci ilin sentyabr-dekabr aylarında 643,98 manat və 2021-ci ilin yanvar-sentyabr aylarında 1256,88 manat olmaqla cəmi 1900,86 manat, 0,5 vahidi ştat kitabxanaçı vəzifəsinə görə X16 2020-ci ilin sentyabr-dekabr aylarında 597,68 manat və 2021-ci ilin yanvar-sentyabr aylarında 1332,54 manat olmaqla cəmi 1930,22 manat və 0,5 ştat vahidi katibə-makinaçı vəzifəsinə görə X71 2020-ci ilin sentyabr-dekabr aylarında 483,25 manat və 2021-ci ilin yanvar-sentyabr aylarında 1070,96 manat olmaqla cəmi 1554,21 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. X96 İdarəsinin Naftalan şəhər Uşaq musiqi məktəbinin işçilərinə əməkhaqqı və məzuniyyət haqqının ödənilməsinin düzgünlüyünü yoxladıqda, təsərrüfat müdiri X6 2020-ci ilin noyabr ayında 58,97 manat artıq əməkhaqqı ödənildiyi müəyyən olunur. Naftalan şəhər Uşaq musiqi məktəbinin müəllimi X50 əlillik dərəcəsi ləğv olunduqdan sonra 2022-ci ilin oktyabr - dekabr aylarında 238,68 manat və 2023-cü ilin yanvar ayında 91,46 manat olmaqla ümumilikdə 330,14 manat əsassız olaraq artıq əməkhaqqı ödənilmişdir. Naftalan şəhər Uşaq musiqi məktəbinin müəllimi X50 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102-ci “Gəlir vergisindən azadolmalar və güzəştlər” maddəsinin tələbinə əməl edilməyərək, əməkhaqqından gəlir vergisinin az tutulması hesabına 2022-ci ilin oktyabr - dekabr aylarında 42,00 manat və 2023-cü ilin yanvar ayında 14,00 manat olmaqla ümumilikdə 56,00 manat artıq əməkhaqqı ödənilmişdir. 2020/2021-ci tədris ilində Naftalan şəhər Uşaq musiqi məktəbinin İİ sinif şagirdi olmuş X93 2 saat qarmon dərsinin tədrisinə görə X51 585,00 manat, 1 saat qarmon dərsinin tədrisinə görə X42 292,50 manat, 1 saat konsertmeyster (muğam saatına) görə X43 281,25 manat, 1 saat ümumi fortepiano dərsinin tədrisinə görə X7 292,50 manat olmaqla ümumilikdə 2020/2021-ci tədris ilində 1451,25 manat əsassız olaraq əməkhaqqı ödənilmişdir. 2020/2021-ci tədris ilində Naftalan şəhər Uşaq musiqi məktəbinin İİİ sinif şagirdi olmuş X28 4 saat kamança dərsinin tədrisinə görə X8 1170,00 manat və 1 saat konsertmeyster dərsinin tədrisinə görə X4 281,25 manat olmaqla ümumilikdə 2020/2021-ci tədris ilində 1451,25 manat əsassız olaraq əməkhaqqı ödənilmişdir. 2021/2022-ci tədris ilində Naftalan şəhər Uşaq musiqi məktəbinin Vİ sinif şagirdi olmuş X29 2 saat fortepiano dərsinin tədrisinə görə Şahid6 631,79 manat, 1 saat ümumi fənn üzrə müşayət dərsinin tədrisinə görə X9 315,89 manat, 1 saat ümumi fənn üzrə müşayətin konsertmeysteri dərsinə görə X85 328,76 manat olmaqla ümumilikdə 2021/2022-ci tədris ilində 1276,44 manat əsassız olaraq əməkhaqqı ödənilmişdir. 2021/2022-ci tədris ilində Naftalan şəhər Uşaq musiqi məktəbinin İİİ sinif şagirdi olmuş X93 1 saat qarmon dərsinin tədrisinə görə X17 315,89 manat, 2 saat qarmon dərsinin tədrisinə görə X51 631,79 manat, 1 saat konsertmeyster (muğam saatına) dərsinə görə X43 303,75 manat və 1 saat ümumi fənn üzrə fortepiano dərsinə görə X7 315,89 manat olmaqla ümumilikdə 2021/2022-ci tədris ilində 1567,33 manat əsassız olaraq əməkhaqqı ödənilmişdir. 2021/2022-ci tədris ilində Naftalan şəhər Uşaq musiqi məktəbinin İV sinif şagirdi olmuş X28 4 saat kamança dərsinin tədrisinə görə X8 1263,58 manat, 1 saat konsertmeyster dərsinin tədrisinə görə X30 315,89 manat və 1 saat ümumi fənn üzrə fortepiano dərsinə görə X22 315,89 manat olmaqla ümumilikdə 2021/2022-ci tədris ilində 1895,36 manat əsassız olaraq əməkhaqqı ödənilmişdir. 2022/2023-cü tədris ilinin sentyabr-yanvar aylarında Naftalan şəhər Uşaq musiqi məktəbinin İİİ sinif şagirdi olmuş X52 4 saat tar dərsinin tədrisinə görə X3 580,27 manat, 1 saat konsertmeyster dərsinə görə X31 145,07 manat və 1 saat ümumi fənn üzrə fortepiano dərsinə görə X53 145,07 manat olmaqla ümumilikdə 2022/2023-cü tədris ilinin sentyabr-yanvar aylarında 870,41 manat əsassız olaraq əməkhaqqı ödənilmişdir. 2022/2023-cü tədris ilinin sentyabr-yanvar aylarında Naftalan şəhər Uşaq musiqi məktəbinin İV sinif şagirdi olmuş X93 3 saat qarmon dərsinin tədrisinə görə X51 489,60 manat, 1 saat konsertmeyster (muğam saatına) dərsinin tədrisinə görə X43 158,46 manat, 1 saat ümumi fənn üzrə ixtisas dərsinin tədrisinə görə X72 163,20 manat və 1 saat konsertmeyster dərsinə görə X50 163,20 manat olmaqla ümumilikdə 2022/2023-cü tədris ilinin sentyabr-yanvar aylarında 974,46 manat əsassız olaraq əməkhaqqı ödənilmişdir. 2022/2023-cü tədris ilinin sentyabr-yanvar aylarında Naftalan şəhər Uşaq musiqi məktəbinin Vİİ sinif şagirdi olmuş X29 2 saat fortepiano dərsinin tədrisinə görə Şahid6 15 sentyabr 2022-ci il tarixdən 13 yanvar 2023cü il tarixədək olan dövr ərzində 290,14 manat əməkhaqqı hesablanmış, Naftalan şəhər Uşaq musiqi məktəbi direktorunun 13 yanvar 2023-cü il tarixli 13 nömrəli əmri ilə həmin şagirdə dərslərin tədrisi Şahid6 alınaraq məktəbin müəllimi X44 həvalə olunmuş, Naftalan şəhər Uşaq musiqi məktəbi direktorunun 19 yanvar 2023-cü il tarixli 22 nömrəli əmri ilə həmin şagirdə dərslərin tədrisi məktəbin müəllimi X32 alınaraq məktəbin digər müəllimi X23 həvalə olunmuşdur. Həmin şagirdə 2 saat fortepiano dərsinin tədrisinə görə X23 19 yanvar 2023-cü il tarixdən 31 yanvar 2023-cü il tarixədək olan dövr ərzində 36,27 manat, 1 saat konsertmeyster dərsinin tədrisinə görə X17 163,20 manat və 1 saat müşayət dərsinin tədrisinə görə X54 163,20 manat olmaqla ümumilikdə 2022/2023-cü tədris ilinin sentyabryanvar aylarında 652,81 manat əsassız olaraq əməkhaqqı ödənilmişdir. 2022/2023-cü tədris ilinin sentyabr-yanvar aylarında Naftalan şəhər Uşaq musiqi məktəbinin V sinif şagirdi olmuş X28 4 saat kamança dərsinin tədrisinə görə X8 652,81 manat, 1 saat konsertmeyster dərsinin tədrisinə görə X102 163,20 manat və 1 saat kamança ümumi fənn üzrə ixtisas dərsinə görə X55 163,20 manat olmaqla ümumilikdə 2022/2023-cü tədris ilinin sentyabr-yanvar aylarında 979,21 manat əsassız olaraq əməkhaqqı ödənilmişdir. Naftalan şəhər Uşaq musiqi məktəbində 28 fevral 2023-cü il, 02 mart 2023-cü il və 17 mart 2023-cü il tarixlərində müəllimlərin və şagirdlərin Naftalan şəhər Uşaq musiqi məktəbində dərsə davamiyyəti mütəxəssislər tərəfindən aparılmış yoxlama zamanı 28 fevral 2023-cü il tarixində Vüsalə Şükürovanın saat 13:30-14:15-də olan fortopiano dərsi saat 13:46-da yoxlanıldı və yoxlama zamanı müəllim Vüsalə Şükürovanın və şagird Aişə Abdullazadənin dərsdə olmadığı, Sevda Zeynalovanın saat 13:30-14:15-də olan ümumi fənn üzrə ixtisas dərsi saat 13:50-də yoxlanıldı və yoxlama zamanı müəllim Sevda Zeynalovanın və şagird Aylin Məmmədlinin dərsdə olmadığı, konsertmeyster Məhərrəmova İlhamənin dərsdə olduğu, Ramilə Kərimovanın saat 13:30-14:38-də olan solfecio dərsi saat 13:50-də yoxlanıldı və yoxlama zamanı müəllim Ramilə Kərimovanın dərsdə olduğu, lakin qrupda olan 6 şagirddən 3 nəfər şagirdin yəni, Rəsulov Ruslan, Həsənli Almaz və İmanov Cavidin dərsdə olmadığı, Elfrida Quliyevanın saat 13:30-14:15-də olan drijorluğun əsasları dərsi saat 13:52-də yoxlanıldı və yoxlama zamanı müəllim Elfrida Quliyevanın və konsertmeyster Sevda Əliyevanın dərsdə olduğu, lakin şagird Solmaz İsmayılzadənin dərsdə olmadığı, Səyyarə İsmayılovanın saat 13:30-14:15-də olan qarmon dərsi saat 14:00-da yoxlanıldı və yoxlama zamanı müəllim Səyyarə İsmayılovanın və şagird Vilayət Zamanovun dərsdə olduğu, lakin konsertmeyster Ceyhun Verdiyevin dərsdə olmadığı və Esmira Qəhrəmanovanın saat 15:00-15:45-də olan fortepiano dərsi saat 15:17-də yoxlanıldı və yoxlama zamanı müəllim Esmira Qəhrəmanovanın və şagird Vasif Əmrahlının dərsdə olmadığı, 02 mart 2023-cü il tarixində Aytən Əliyevanın saat 13:30- 14:15-də olan müşayət dərsi saat 14:10-da yoxlanıldı və yoxlama zamanı müəllim Aytən Əliyevanın və şagird Şəfəq Bayramlının dərsdə olduğu, lakin konsertmeyster Cahid Adıgözəlovun dərsdə olmadığı, Bahar Ruzicənginin saat 15:00-15:45-də olan müşayət dərsi saat 15:20-də yoxlanıldı və yoxlama zamanı müəllim Bahar Ruzicənginin və konsertmeyster Məleykə Ələkbərovanın dərsdə olduğu, lakin şagird Zəhra Mustafayevanın dərsdə olmadığı, Şəfa Hüseynovanın saat 15:00-15:45-də olan azərbaycan musiqi ədəbiyyatı dərsi saat 15:10-da yoxlanıldı və yoxlama zamanı müəllim Şəfa Hüseynovanın dərsdə olduğu, lakin qrupda olan 6 şagirddən 3 nəfər şagirdin yəni, Murad Musazadənin, Sərvan Səlimovun və Məhyəddin Şükürovun dərsdə olmadığı və 17 mart 2023-cü il tarixində Məlahət Bayramovanın saat 15:00-15:45-də olan fortepiano dərsi saat 15:30-da yoxlanıldı və yoxlama zamanı müəllim Məlahət Bayramovanın dərsdə olduğu, lakin şagird Aytac Səfiyevanın dərsdə olmadığı müəyyən olundu. Naftalan şəhər Uşaq musiqi məktəbində dərslərin tədrisinin yoxlanılması zamanı 28 fevral 2023-cü il tarixində yoxlama zamanı dərsdə olmayan X18 9,53 manat, X85 9,92 manat və X73 9,53 manat, 02 mart 2023-cü il tarixində yoxlama zamanı dərsdə olmayan X24 9,53 manat olmaqla ümumilikdə 38,16 manat əməkhaqqı ödənilmişdir. 2020-ci ilin sentyabr ayında Naftalan şəhər Uşaq musiqi məktəbinin müəllimi X56 əməkhaqqı cədvəlinə əsasən 93,00 manat ödənilməli olduğu halda fakitiki olaraq əməkhaqqı kartına 100,00 manat köçürülmüş, yəni 7,00 manat artıq, məktəbin katibə-makinaçısı X71 əməkhaqqı cədvəlinə əsasən 242,09 manat ödənilməli olduğu halda fakitiki olaraq əməkhaqqı kartına 343,42 manat köçürülmüş, yəni 101,33 manat artıq, 2020-ci ilin oktyabr ayında məktəbin təsərrüfat müdiri X6 əməkhaqqı cədvəlinə əsasən 281,71 manat ödənilməli olduğu halda fakitiki olaraq əməkhaqqı kartına 416,63 manat köçürülmüş, yəni 134,92 manat artıq, 2020-ci ilin noyabr ayında məktəbin katibə-makinaçısı X71 əməkhaqqı cədvəlinə əsasən 239,80 manat ödənilməli olduğu halda fakitiki olaraq əməkhaqqı kartına 478,16 manat köçürülmüş, yəni 238,36 manat artıq olmaqla ümumilikdə 2020-ci ilin sentyabr-dekabr aylarında işçilərin əməkhaqqı kartına 481,61 manat vəsaitin artıq yükləndiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2023-cü il tarixli, 9/9733 nömrəli rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X10 İdarəsi Nftalan şəhər Uşaq musiqi məktəbinin 18 dekabr 2023-cü il tarixli, 34 nömrəli arayışında göstərilənlərin düzgünlüyü istintaq tərəfindən nəzərə alındıqda X79 dərs tədris etdiklərinə görə Naftalan şəhər Uşaq musiqi məktəbinin hər bir müəlliminə hər tədris ilində fərdi fənlər üzrə dərslərin tədrisinə görə əsassız olaraq müəllimlərə ödənilən əməkhaqqı 5180,48 manat məbləğində müəyyən edilir. O cümlədən: 2018/2019-cu tədris ili – X88 – 3 saat ixtisas dərsi sentyabr ayında 1 saat 17.17 manat olmaqla 51.51 manat, əmək haqqının artırılması əsasında mart ayında 1 saat 23.08 manat olmaqla 69.24 manat olmuşdur. Hesablanmış 732 manat 67 qəpik, nəğd – 567 manat 81 qəpik. X116 1 saat konsertmeyster dərsi – sentyabr ayında 16.50 manat, əmək haqqının artırılması əsasında mart ayında 22.17 manat olmuşdur. Hesablanmış 234 manat 63 qəpik, nəğd 181 manat 83 qəpik. 2019/2020-ci tədris ili X82 1 saat not dərsi 32.50 manat hesablanmış 325 manat, nəğd 251 manat 87 qəpik. X38 2 saat muğam 1 saat 32.50 manat olmaqla 65.00 manat olmuşdur. Hesablanmış 650 manat, nəğd 503 manat 75 qəpik. X67 1 saat konsertmeyster 31.25 manat hesablanmış 312 manat 50 qəpik nəğd 242 manat 18 qəpik. 2020/2021-ci tədris ili X100 3 saat ixtisas 1 saat 32.50 manat olmaqla 97.50 manat olmuşdur. Hesablanmış 1170 manat, nəğd 906 manat 75 qəpik. X39 1 saat konsertmeyster 31.25 manat, hesablanmış 312 manat 50 qəpik, nəğd 242 manat 18 qəpik. 2021/2022-ci tədris ili. X100 2 saat muğam –sentyabr ayında 32.50 manat olmaqla 65.00 manat, əmək haqqının artırılması əsasında yanvar ayında 39.00 manat olmaqla 78.00 manat olmuşdur. Hesablanmış 864 manat, nəğd 669 manat 60 qəpik. X89 1 saat konsertmeyster – sentyabr ayında 32.50 manat əmək haqqının artırılması əsasında yanvar ayında 39.00 manat olmuşdur. Hesablanmış 432 manat, nəğd 334 manat 80 qəpik. X49 1 saat not – sentyabr ayında 32.50 manat, əmək haqqının artırılması əsasında yanvar ayında 39.00 manat olmuşdur. Hesablanmış 432 manat, nəğd 334 manat 80 qəpik. X83 1 saat ümumi fortepiano sentyabr ayında 32.50 manat əmək haqqının artırılması əsasında yanvar ayında 39.00 manat olmuşdur. Hesablanmış 432 manat, nəğd 334 manat 80 qəpik. 2022/2023-cü tədris ili X84 3 saat ixtisas sentyabr ayında 39.00 manat olmaqla 117.00 əmək haqqının artırılması əsasında yanvar ayında 44.83 manat olmaqla 134.49 manat olmuşdur. Hesablanmış 475 manat 88 qəpik, nəğd 368 manat 80 qəpik. X67 1 saat konsertmeyster sentyabr ayında 37.50 manat, əmək haqqının artırılması əsasında yanvar ayında 43.17 manat olmuşdur. Hesablanmış 152 manat 75 qəpik, nəğd 118 manat 38 qəpik. X49 1 saat ümumi fortepiano sentyabr ayında 39.00 manat əmək haqının artırılması əsasında yanvar ayında 44.83 manat olmuşdur. Hesablanmış 158 manat 62 qəpik, nəğd 122 manat 93 qəpik. Naftalan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 noyabr 2023-cü il tarixli, 1192 nömrəli arayışından və həmin tarixli, 1191 nömrəli xasiyyətnamədən görünür ki, Əliyeva X103 şəhəri, İ.Həsənzadə küçəsi, ev 07, mənzil 35 ünvanında daimi pasport qeydiyyatında olaraq yaşayır və ailə tərkibi 1963cü il təvəllüdlü əri X68, xx.xx.1993-cü il təvəllüdlü qızı X40, xx.xx.1996-cı il təvəllüdlü X41 və xx.xx.1999-cu il təvəllüdlü X15 ibarətdir. Təqsirləndirilən şəxs barəsində hazıradək nümayəndəliyə sakinlər tərəfindən heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs barəsində inzibati orqanlar tərəfindən nümayəndəliyə bir neçə dəfə sorğu göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cu il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 21 dekabr 2023-cü il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2024-cü il tarixli, 9/3572 nömrəli rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan mövcud sənədlərlə ekspert qarşısında qoyulmuş sual üzrə cinayət işinin materiallarından istifadə edilməklə, iş üzrə vurulmuş ümumi ziyanın məbləği məktəbin şagirdləri X101, X109 və Şahid5 Ziyafər qızına münasibətdə 2020-ci ilin mart ayının 3-dən 2021-ci ilin mart ayının 1-dək olan dövr nəzərə alınmamaqla hesablanmış əmək haqlarının cəmi ayrı-ayrılıqda aşağıdakı kimi müəyyən edilir: X101 üzrə-5.994 manat 55 qəpik, X109 üzrə- 5.823 manat 36 qəpik, Şahid5 Ziyafər qızı üzrə 6.464 manat 85 qəpik. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2024-cü il tarixli, 9/7431 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında olan mövcud sənədlərlə ekspertlər qarşısında qoyulmuş suallar üzrə cinayət işinin materiallarından istifadə edilməklə, iş üzrə vurulmuş ümumi ziyanın məbləği məktəbin şagirdləri X101, X109 və Şahid5 Ziyafər qızına münasibətdə 2020-ci ilin mart ayının 3-dən 2021-ci ilin mart ayının 1-dək olan dövr nəzərə almmamaqla və CİLD 2, səhifə 1-də olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 07 aprel 2023-cü il tarixli yoxlama aktında olan məlumatlardan və Mədəniyyət Nazirliyi X14 İdarəsindən Goranboy rayon prokurorluğuna təqdim edilmiş və cinayət işi CİLD 7, səhifə 13-də olan xx.xx.2023-cü il tarixli, 34 nömrəli Arayışda olan məlumatlardan istifadə olunmaqla hesablanmış əmək haqqlarının cəmi ümumilikdə 14.368,74 manat məbləğində müəyyən edilir. O cümlədən ayrı-ayrılıqda asağıdakı kimi hesablanır: X101 üzrə - 5.125 manat 55 qəpik, X109 üzrə - 4.436 manat 72 qəpik, Şahid5 Ziyafər qızı üzrə 4.806 manat 47 qəpik. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2025-ci il tarixli, 9/9020 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında olan mövcud sənədlərlə ekspertlər qarşısında qoyulmuş suallar üzrə vurulmuş ziyan məbləği məktəbin şagirdləri X101, X109, Şahid5 Ziyafər qızı, X90 və X35 münasibətdə 2020-ci ilin mart ayının 3-dən 2021-ci ilin mart ayının 1-dək (pandemiya şəraiti) olan dövr nəzərə alınmamaqla (həmin dövr çıxılmaqla) dəymiş ziyan məbləği (ödənilmiş pul məbləği) yenidən hesablanmaqla (çıxılma cinayət işi cild 2, səhifə 1-də olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 07 aprel 2023-cü il tarixli yoxlama aktında olan məlumatlardan, Mədəniyyət Nazirliyi X10 İdarəsindən Goranboy rayon prokurorluğuna təqdim edilmiş və cinayət işi CİLD 7, səhifə 13-də olan xx.xx.2023-cü il tarixli, 34 nömrəli Arayışda olan məlumatlardan və xx.xx.2023-cü il tarixli, 9/5239 saylı ekspert rəyi alındıqdan sonra cinayət işi üzrə məbləğlərdə olan azalmalar nəzərə alınmaqla ödənilmiş əmək haqqları ümumilikdə 10854,14 manat məbləğində olmaqla, aşağıdakı kimi müəyyən edilir. X101 üzrə 4031 manat 55 qəpik, X109 üzrə 2541 manat 79 qəpik, Şahid5 Ziyafər qızı üzrə 1916 manat 37 qəpik, X90 üzrə 435 manat 19 qəpik, X69 üzrə 1929 manat 25 qəpik. xx.xx.2023-cü il tarixli, 20882 nömrəli qəbzdən görünür ki, X70 tərəfindən 73 manat pul vəsaiti artıq ödənilmiş vəsaitin geri qaytarılması təyinatı üzrə X25 ödənilmişdir. xx.xx.2023-cü il tarixli, 4762 nömrəli qəbzdən görünür ki, X21 tərəfindən 290 manat pul vəsaiti artıq ödənilmiş vəsaitin geri qaytarılması təyinatı üzrə X25 ödənilmişdir. xx.xx.2023-cü il tarixli, 142330 nömrəli qəbzdən görünür ki, X91 tərəfindən 164 manat pul vəsaiti artıq ödənilmiş vəsaitin geri qaytarılması təyinatı üzrə X25 ödənilmişdir. xx.xx.2023-cü il tarixli, 21864 nömrəli qəbzdən görünür ki, X92 tərəfindən 73 manat pul vəsaiti artıq ödənilmiş vəsaitin geri qaytarılması təyinatı üzrə X25 ödənilmişdir. xx.xx.2025-ci il tarixli, 1395 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1422 manat pul vəsaiti artıq ödənilmiş vəsaitin geri qaytarılması təyinatı üzrə X25 ödənilmişdir. xx.xx.2025-ci il tarixli, 17297 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 507 manat pul vəsaiti cinayət məsuliyyətindən azad olma təyinatı üzrə X25 ödənilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X10 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 21 fevral 2024-cü il tarixli 124/04 nömrəli məktubda qeyd edilmişdir ki, pandemiya şəraiti olduğuna görə 2020-ci ilin mart ayının 3-dən 2021-ci ilin mart ayının 1dək uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təlim-tərbiyə prosesi dayandırılmış və tədris distant (məsafədən) formada təşkil edilmişdir. İstisna olmaqla aşağı siniflər 2020-ci il sentyabr 15-dən, yuxarı siniflər 2020-ci il oktyabr 1-dən 19 oktyabr 2020-ci il tarixədək qismən təlim tərbiyə prosesi təmin olunmuşdur. Azərbaycan Respublikası Baş Nazirinin 02 mart 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVİD- 19) yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci il martın 3-dən Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmış və bununla bağlı bütün tədbirlər təxirə salınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs elan olunan ittihama hüquqi qiymət verərək qeyd edir ki, yuxarda adı çəkilən sərəncamın icrası ilə əlaqədar olaraq pandemiya şəraiti olduğuna görə 2020-ci ilin mart ayının 3-dən 2021-ci ilin mart ayının 1-dək uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təlim-tərbiyə prosesinin dayandırılması və tədris distant (məsafədən) formada təşkil edilməsi nəzərə alınarsa, qeyd edilən dövr ərzində ittihamda adları sadalanan Naftalan şəhər Uşaq Musiqi Məktəbinin müəllimlərinə ödənilmiş əmək haqqlarının Təqsirləndirilən şəxs verilmiş ittihama daxil edilməsi qanuni hesab edilə bilməz. Belə ki, qeyd edilən dövr ərzində məktəblərdə təhsil və təlim-tərbiyə prosesinin dayandırılaraq distant formaya keçirilməsi və eyni zamanda müəllimlərə əmək haqqlarının tam şəkildə ödənilməsi onu deməyə əsas verir ki, həmin zaman kəsiyində ümumiyyətlə cinayətin törədilmə şəraiti mövcud olmamışdır. Odur ki, Naftalan şəhər Uşaq Musiqi Məktəbinin müəllimlərinə 2020-ci ilin mart ayının 3-dən 2021-ci ilin mart ayının 1-dək olan dövr ərzində ödənilmiş əmək haqqlarına dair hissə Təqsirləndirilən şəxs verilmiş ittihamdan xaric edilməli və ittiham üzrə dəymiş ziyan məbləği azaldılaraq 18 fevral 2025ci il tarixli, 9/9020 nömrəli ekspert rəyinə uyğun olaraq 10854,14 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, şahidlər Şahid2, Şahid1, Şahid5 Ziyafər qızı və Şahid3 məhkəmə istintaqında ibtidai istintaqda vermiş olduqları ifadələrdən kəskin fərqlənən ifadələr vermələrini onların təqsirləndirilən şəxsə münasibətdə onun məsuliyyətinin yüngülləşdirməyə cəhdi kimi qiymətləndirir və bu səbəbdən həmin şəxslərin ibtidai istintaq dövründən vermiş olduqları ifadələri mötəbər sübut kimi qəbul edir. Bundan başqa məhkəmə təqsirləndirilən şəxsin ifadəsini səmimi hesab etməyərək, bunu onun məsuliyyətdən azad olunmaq cəhdi kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində özünü təqsirli bilməməsi ilə əlaqədar göstərdiyi dəlillər, şahid ifadələri ilə yanaşı, ekspert rəyi, eləcə də işin digər faktiki halları ilə təkzib olunduğundan, məhkəmə həmin ifadəyə tənqidi yanaşır. Məhkəmə hesab edir ki, qeyd olunan ifadə ittihamı təkzib etməməklə yanaşı, həmçinin gələcəkdə cəzadan boyun qaçırma məqsədi daşımışdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini CM-nin 59.1.14-cü, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən yuxarıda qeyd olunan halları, cəzanı ağırlaşdıran halların isə müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı təyin edilməli, cəzanın icrası müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Odur ki, məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxs hazırki cinayəti Naftalan şəhər Musiqi Məktəbində direktor vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə törətdiyindən, onun gələcəkdə müəyyən rəhbər və maddi məsul vəzifə tutma hüququnun saxlanılması qeyri mümkündür və bu səbəbdən ona Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsini rəhbər tutaraq əlavə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naftalan şəhəri və Goranboy rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Naftalan şəhər İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə (08 avqust 2023-cü il tarixli, 9/5239 nömrəli ekspert rəyi üzrə 150 manat, 06 dekabr 2023-cü il tarixli, 9/9016 nömrəli ekspert rəyi üzrə 150 manat, 20 dekabr 2023-cü il tarixli, 9/9733 nömrəli ekspert rəyi üzrə 150 manat, xx.xx.2024-cü il tarixli, 9/3572 ekspert rəyi üzrə 100 manat, xx.xx.2024-cü il tarixli, 9/741 nömrəli ekspert rəyi üzrə 100 manat, xx.xx.2025-ci il tarixli, 9/9020 nömrəli ekspert rəyi üzrə 50 manat) 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut, müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsnun üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naftalan şəhəri və Goranboy rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmün icrasına nəzarət Naftalan şəhər İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X133

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar