Məhkəmə qərarları › İş №1(052)-11/2024

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №1(052)-11/2024

21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 1(052)-11/2024 21.11.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X5 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, dövlət İttihamçısı - Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Goranboy Rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Goranboy rayon, Veyisli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Goranboy rayon, Balakürd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni rəfiqəsi Naftalan şəhər sakini X3 özünün də müraciət edərək müsbət nəticə əldə etdiyi falçı nömrəsi kimi verməklə, sonuncu ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə yazışmaqla özünü Zamiq kimi təqdim edib, ona qeyri-adi güclərinin olduğunu inandırmaqla onunla evlənəcəyi vədini verib 2024cü ilin yanvar ayının istintaqa dəqiq məlum olmayan günündən 2024-cü ilin iyun ayının 14dək olan müddət ərzində qəsdən vahid niyyətlə 18000 manat pulunu, 1 ədəd 4194 manat 74 qəpik dəyərində üzərində “583” damğası olan sarı rəngli qızıl boyunbağını və 1 ədəd 247 manat 34 qəpik dəyərində üzərində “585” damğası olan sarı rəngli qızıl kulonunu ələ keçirməklə zərərçəkmiş X2 ümumilikdə 22442 manat (iyirmi iki min dörd yüz qırx iki) 08 qəpik (sıfır səkkiz) dəyərində, yəni özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadə verərək bildirdi ki, ona qarşı irəli sürülmüş ittihamlar ilə razıdır və özünü tam təqsirli bilir. Bu səbəbdən zərəçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəmiş və onunla barışmışdır. Bundan başqa dəymiz maddi ziyan məbləğinin 25 faizi miqdarında pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. İlk dəfə cinayət sayılan əməli törətməsini, səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməklə məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. 17 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmənin baxış iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam şəkildə ödədiyindən onunla barışmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsinə etiraz etmir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin19 avqust 2024-cü il tarixli 3-16-16/2-6/3984-9/6357 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən zərgərlik məmulatlarının 2024-cü ilin iyun ayına olan tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4442,09 manat müəyyən olunur. Aparılmış təhqiqatın dəyəri 128 manatdır. Goranboy rayon İcra Hakimiyyətinin başçısının Balakürd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. xx.xx.2024-cü il tarixli, 25721 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 5617 manat məbləğində pul vəsaiti cinayət məsuliyyətindən azad olma təyinatı üzrə X1 ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində qeyd edilmişdir ki, Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73-1.2-ci maddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan ərizədən və ödəniş qəbzindən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmiş şəxsə dəymiş maddi ziyаnı ödəmiş və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin müddəaları tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməli, həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar